İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan)

    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan)
    2012-02-05, 5:57 PM
    ARİFLƏRİN NƏZƏRİNDƏ HAQQA QOVUŞMAQ
    Ariflər son hədəfi və yolun axırını nədə görürlər? Həkim və filosoflar deyirlər ki, insan axırda fikir və düşüncə aləminə çevrilməlidir.
    Yəni, insan həyatının hədəfi aləmin ümumi surətdə ağıl aynasında canlanması və onu olduğu kimi görə bilməsidir.
    Amma görək ariflərin nəzəri necədir? Ariflər işin axırını görməkdə deyil, qovuşmaqda görürlər. Nəyə qovuşmaq? Əlbəttə haqqa qovuşmaq!
    Ariflər deyirlər ki, insan əgər öz daxilini saflaşdırıb, hədəflə özü arasında olan yolu və özündən üstün bir şəxsin nəzəri altında eşq ilə irəliləsə, onunla Allah arasında olan pərdə götürülər və o, Allaha qovuşar. Yolun sonu bax budur!
    Ariflər demirlər ki, mən fikir və düşüncə aləminə çevrilməli və ya aləmi özündə canlandıran bir güzgü kimi olmalıyam. Onlar haqqa qovuşmağı və aləmin mərkəzinə çatmağı öz qarşılarına məqsəd qoyurlar.
    Biz «İnşiqaq» surəsinin 6-cı ayəsində Allaha qovuşmaq məsələsi ilə qarşılaşırıq:
    «Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən ona qovuşacaqsan!...»
    «Əl-ubudiyyətu cövhərəhu kunuhuha».
    «Ora çatan zaman sənin hər şeyin olar, amma buna baxmayaraq Onun özündən qeyri heç bir şeyi istəmirsən. Hər şeyi sənə təqdim edirlər, amma sən Ondan başqa heç bir şeyə etina etmirsən».
    Əbu Səid Əbulxeyr deyir:
    Səni tanıyanlar canı neynir,
    Oğul, uşaq, ailə, malı neynir.
    İki dünyanı versən divanə olar,
    Sənə divanə olan, iki dünyanı neynir.
    Deməli, arifin hədəfi haqqa yetişməkdir. Amma bu o demək deyildir ki, Allah-taala insana qovuşmalı, onunla tərkibə girərək qaynayıb-qarışmalıdır. Çünki Allahın məxluqatla birləşməsi qeyri-mümkün olan bir şeydir. Ümumiyyətlə ariflər Allahı vahid bilib, Ona şərik qoşmurlar.
    Əgər qovuşmaq bir növ Onda həll olmaq və Onunla tərkib yaratmaq kimi götürülsə əlbəttə, Allaha şərik qoşmaq olar və əgər «ittihad» deyilsə, yenə də burada ikilik mənası başa düşülər, çünki ittihad bir neçə şeyin bir-biri ilə birləşərək vəhdət yaratması deməkdir. Ariflər deyirlər ki, biz əslində məxluqatı onun təcəllisi sanır və Allahın insanda təcəlli tapması da, heç də iki şeyin birləşməsi kimi qəbul edilmir.
    Buna görə də, Ona qovuşmağın mənası Onda fani olmaq deməkdir və fanilik də həqiqət olduğu kimi, dərk etmək məqamına çatmaq və özünü dərk etməzdən qabaq Onu dərk etmək deməkdir. Yəni hər şeydən əvvəl Onu görə və dərk edə.
    «Marəəytu şəyən illa və rəəytullahə qəbləhu və bədəhu və məəhu».
    Ariflərin nəzərində bu mərhələdən sonra insan üçün mənlik və başqa şeylər heç bir məna daşımır. Fanilik bax bu deməkdir. Demək, ariflərin sözlərinin məğzi həqiqətin yalnız bir şey olması, ondan başqa məxluqatın isə ikinci bir şey deyil, Onun adları, sifətləri və təcəllisi sayılması deməkdir.
    Haqqa qovuşmaq, yəni insan elə bir məqama yetişməlidir ki, hər şeydə Onu dərk etsin və hər yerdə Onu görsün.
    «Və huvə məəkum əynəma kuntum».
    Hər bir şeyi görəndə və hətta görməzdən də əvvəl Onu görmək;. Hər şeyin hətta özünün həyat və varlığını Onda müşahidə etmək.
    Artıq belə bir məqamda heç bir «mən» qalmır, hər şey məhv olub aradan gedir və qeyd olunan fəna və fanilik başlanır.
    Ariflərin dili ilə desək, artıq o, «yədullahul-basitə» olur. «Seyrun iləllah», «sulukun iləllah» da məhz budur.
    İSLAMIN NƏFSİ İSLAH ETMƏK BARƏSİNDƏ OLAN NƏZƏRİ
    Arif bütün dünyaya yalnız bir həqiqət qail olduğu və həmin həqiqətin eşqdən ibarət olduğunu bildirdiyi üçün onun fikrincə, insanın həqiqəti filosofun dediyi kimi fikir deyil, onun «qəlb»idir. Qəlbdən də məqsəd ilahi eşq mərkəzidir. Deməli, əql məktəbi ilə eşq məktəbi arasındakı fərqlərdən biri insanın «mən»liyi məsələsidir. İnsanın «mən»liyi onun fikirləşmə mərkəzidir, yoxsa eşq bəslədiyi yer? Arif deyir ki, sənin «mən»liyin fikirləşmə mərkəzi deyil, eşq bəsləmə mərkəzidir.
    Filosofun fikrincə, kamil insan məqamına çatmaq istəyən şəxs hansı vasitə ilə hərəkət edib irəliləməlidir? O deyir ki, insan bu məqama məntiq, deduksiya, müqayisə nəticəsi, təfəkkür və məntiqi dəlillərlə çatmalıdır. Amma arif deyir ki, məsələ elm, savad, söz-söhbət, məntiq, müqəddimə, deduksiya və s. ilə deyil.
    Dəftəre sufi səvado hərf nist
    Coz delesbid həm çun bərf nist.
    Bütün bunların yerinə nəfsini təmizləməklə məşğul ol! Filosof deyir ki, fikirləş, dərs oxu, müəllim yanına get, amma arif deyir ki, nəfsini təmizləyərək pak və saf et, çirkin, rəzil əxlaq və davranışı özündən uzaqlaşdır, bacardıqca haqdan başqa şeylərə olan diqqətini özündən kənar et və haqqa diqqəti gücləndir, zehnindən keçən şeylərə nəzarət edərək onları öz əlinə al, qəlbinə Allah fikrindən başqa nə gəlsə divdir. Nə qədər ki, div var, Allah nuru olan mələk sənin qəlbinə gəlməz.
    Bər səre anəm ki gər, zedəst bərayəd
    Dəst be kari zənəm ki qosse sərayəd
    Xəlvəte del nist caye sohbəte əğyar
    Div çu birun rəvəd fereşte dərayəd
    Sohbəte hukkam zolməte şəbe yəldast
    Nur ze xurşid cuy bu ki bərayəd
    Bər dele ərbabe bi müruvvəte dünya
    Çənd neşine ke xace key bedərayəd
    Tərke gedayi məkun ke gənc beyabi
    Əz nəzəre rəhrovi ke dər qozərayəd.
    Şair burada insanı böyük şəxsiyyət və qüdrət sahiblərinin qapısına getməkdən çəkindirdikdən sonra deyir ki, yolçuluğu tərk etmə, amma hansı yolçuluğu? Kamil insan qarşısında olan yolçuluğu!
    Hər halda bu məktəbin kamil insan məqamına çatmaq üçün təklif etdiyi yol və vasitə nəfsi islah edərək təmizləmək və Allaha diqqət etməkdir. Bu məktəb tərəfdarlarının fikrincə, insan Allaha nə qədər çox diqqət etsə, zehnindən Allahdan başqasına olan fikri nə qədər çox çıxartsa və öz batininə dalaraq xariclə əlaqəsini nə qədər çox kəssə, bir o qədər kamil insan məqamına yaxınlaşmış olar.
    Təbii ki, onlar bəhs, deduksiya və məntiqə dəyər vermirlər. Mövlana deyir:
    Paye istidlaliyan çubin bovəd
    Paye çubin səxt bi təmkin bovəd
    Dəlilə əsaslananların dayaqları çubuqdan olar və çubuq dayaq çox zəif və müqavimətsizdir.
    Digər bir yerdə isə belə deyir:
    Bəhse əqli gər dorro mərcan bovəd
    On degər başəd ke bəhse can bovəd
    Bəhse can əndər məqame digərəst
    Bade canra qivame digərəst
    Yolun sonu haradır? Filosofun fikrincə yolun sonu insanın öz-özlüyündə bir aləm – düşüncə və təfəkkür dünyası olmasıdır. Bütün dünya, ümumi şəkildə olsa belə, onun əql aynasına düşməlidir. Yəni o, dünyanı öz içində görməlidir. Filosof yolunun son nöqtəsi bilmək və dünyanı görməkdir. Bəs ariflər yolunun son nöqtəsi haradır? Ariflər yolunun sonu görmək deyil, çatmaqdır. Nəyə çatmaq? Haqqın zatına çatmaq. Onların fikrincə, insan öz batinini təmizləsə, eşq miniyi ilə hərəkət etsə və yol boyu olan mənzilləri daha kamil insanın nəzarəti altında keçsə, sonda onunla Allah arasındakı pərdə tamamilə götürülər və onların dili ilə desək, insan Allaha çatar. Quranda Allaha qovuşmaq məsələsi irəli sürülüb və ariflər bu barədə çox geniş söhbətlər ediblər. Mən indi Allaha qovuşmaq məsələsinə girişib onun məna verib-verməməsi barədə danışmaq istəmirəm. Amma hər halda arif uğursuz və nəs düşüncə dünyası və dünyanı əks etdirən nəs ayna olmaq istədiyini demir. O, dünyanın mərkəzinə çatmaq üçün hərəkət etdiyini bildirir. «Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!...» (İnşiqaq-6). Ora gedib çatdıqdan sonra sən hər şeysən və sənin hər şeyin var. Sənin hər şeyin var, amma sən heç nə istəmirsən. Müəmma da burdadır. Sən elə bir məqama çatırsan ki, sənə hər şey verirlər və sən Ondan başqa heç bir şeyə etina etmirsən.
    Əbu Səid deyir: Sən, Səni tanıyanı əvvəlcə özünə vurğun edirsən və sonra ona hər iki dünyanı verirsən; Sən iki dünyanı ona o vaxt verirsən ki, o, onları qətiyyən istəmir. Nə qədər ki, Səni tanımamışdı hər şeyi istəyirdi, amma onda onları ona vermirdin; Səni tanıyandan sonra isə ona hər şeyi verirsən amma o, həmin vaxt heç nəyə etina etmir, çünki artıq Səni tapıb, artıq nə dünya və nə də axirəti istəyir; yalnız dünya və axirətdən üstün olan Səni istəyir.
    İndi gərək islamın bu barədəki nəzərini açıqlayaq və görək ki, ariflərin kamil insanı islami ölçülərlə düz gəlir, yoxsa yox? İndiyə kimi etdiyimiz söhbətlərdən ariflərin kamil insandan məqsədlərinin nə olduğu məlum oldu. Ariflərin kamil insanı Allaha çatan, Allaha çatdıqdan sonra bütün ilahi ad və sifətlərin kamil təzahürü olan və haqqın zatı onda zühur edərək cilvələnən aynadır.
    Filosofların təsvir etdiyi kamil insanın islam baxımdan kamil deyil, naqis olduğunu bəyan etdiyimiz və həmin məktəbin nəzəriyyələrinin hansı hissəsinin bu din baxımından təsdiq və hansı hissələrinin rədd edildiyini dediyimiz kimi, bu məktəb barəsində də həmin yolla gedəcəyik. İslamda nəfsin təmizlənərək saflaşdırılması adlı məsələ vardırmı? Bəli, şübhəsiz ki, islamda belə bir məsələ mövcuddur, çünki bu məsələ Quranın mətnində gəlmişdir.
    «Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!
    Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.»
    (Şəms 9-10).
    Allah-taala bir-birinin ardınca yeddi dəfə and içdikdən sonra buyurur ki, səadət və xoşbəxtlik nəfsini təmizləyənlərə, bədbəxtlik isə nəfs, ruh və batinlərini çirkinlik və rəzil sifətlərə düçar edənlərə məxsusdur.
    LÜTFLƏ BAĞIŞLANAN ELM
    İslamda nəfsin təmizlənməsi elmə doğru olan bir yoldurmu? Quranın «Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır» deməsində heç bir söz ola bilməz, amma haqqı tanımaq yolu nəfsin təmizlənməsidir, yoxsa Onu tanımaq və elm əldə etmək; yəni, yalnız filosofların dedikləri dəlil, bürhan və deduksiya yoludurmu?
    Şübhəsiz, islam bura kimi deyilənləri təsdiq edir. İslam peyğəmbərinin inkaredilməz bir cümləsi vardır ki, həm şiələr və həm də sünnilər onu nəql ediblər. Peyğəmbər (s) buyurub: «Kim qırx gecə-gündüz əməllərini yalnız Allah xatirinə (saf niyyətlə) yerinə yetirsə, hikmət çeşmələri onun qəlbindən dilinə cari olar». Məqsəd budur ki, qırx gün onun vücudunda Allah razılığından başqa heç bir şey hakim olmasın, danışması, susması, baxması, göz yumması, yeməyi, yatmağı, oyaq qalmağı, bir sözlə hər bir şeyi Allah üçün və Onun razılığını əldə etmək üçün olsun. Yəni öz proqramını elə tənzim etsin və ruhunu elə təmizləsin ki, Allahdan başqa heç bir şey üçün qətiyyən iş görməsin, necə deyərlər həzrət İbrahim (ə) olsun. «De ki: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!»
    (Ənam-162).
    Bəli, Peyğəmbər buyurub ki, kim qırx gün nəfsani istəklərini tamamilə buraxıb həmin müddətdə Allahdan başqa heç bir şeyi nəzərdə tutmadan iş görsə və Ondan başqa heç bir şeylə yaşamasa, elm və hikmət çeşmələri onun batinindən qaynayaraq dilində cari olar. Deməli islam, lütf və feyzlə bağlanan, yəni daxildən qaynayaraq çağlayan elmi qəbul edir. Əlbəttə islam, əqli elmi də qəbul edir və davamçılarını ona doğru çağırır. Musa (ə)-a buyurur: «Bizim bir bəndəmiz var, onun yanına get və ondan elm öyrən. Biz həmin bəndəmizə öz tərəfimizdən, öz yanımızdan elm vermişik.» Məqsəd budur ki, o, elmini hansısa insandan öyrənməyib, biz onun daxilində elm çeşmələri qaynatmışıq.
    Peyğəmbər (s) həmçinin belə buyurub: «Əgər şeytanlar Adəm övladlarının qəlbləri ətrafında fırlanıb onda qübar və qaranlıqlar yaratmasaydı, onlar qəlb gözü ilə mələk və ruh aləmini müşahidə edərdilər.» Bu hədis bizim «Camius-səadət» kimi hədis kitablarımızda da nəql edilib. O həzrət həmçinin belə buyurub: «Əgər sizin (yersiz) çərənçilikləriniz, artıq danışmaqlarınız və qəlblərinizdəki çəmənliklər olmasaydı (və orada hər bir heyvan otlamasaydı) mənim gördüklərimi görər, eşitdiyim səsləri eşidərdiniz.» Məqsəd budur ki, həmin şeyləri görmək və ya eşitmək üçün insanın peyğəmbər olması lazım deyil; bəzən Məryəm kimi, peyğəmbər olmayan şəxslər də o səsləri eşidirlər.
    Əli (ə), Peyğəmbərlə (s) birlikdə Həra dağında olanda 10 yaşlı uşaq idi. Peyğəmbərə ilk dəfə vəhy nazil olanda və dünya, o həzrət üçün başqa bir şəklə düşəndə onun qeybdən eşitdiyi səsləri Əli (ə)-da eşidirdi. Əli (ə) Nəhcül-bəlağədə nəql edir: «Peyğəmbərə dedim ki, ey Allahın peyğəmbəri, ilk dəfə vəhy nazil olanda şeytanın naləsini eşitdim. Peyğəmbər (s) mənə dedi: Bəli, mən eşitdiklərimi sən də eşidirsən və mənim gördüklərimi sən də görürsən, amma buna baxmayaraq sən peyğəmbər deyilsən.»
    Buna görə də nəfsin təmizlənməsi, saflıq və nəfsani istəkləri özündən uzaqlaşdırmaq insanın qəlbini saflaşdırmaqla yanaşı, daha çox və yüksək təsirlər göstərir, onun vasitəsilə insanın daxilindən elm və hikmət çeşmələri qaynayır.
    RUHUN TƏRƏQQİ VƏ TƏNƏZZÜLÜ
    Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə bir hədis nəql edib: Peyğəmbərin (s) mömin olan səhabələri özlərində qeyri-adi bir hal hiss etdilər. Onlarda belə bir qorxu yarandı ki, birdən münafiq olarıq və özümüzün xəbərimiz olmaz. Peyğəmbərin yanına gəlib dedilər: Ey Allahın peyğəmbəri, biz münafiq olmağımızdan qorxuruq. Peyğəmbər (s), onlardan bunun səbəbini soruşdu. Onlar dedilər ki, biz sənin mübarək hüzurunda oturanda və siz söhbət və moizə edəndə, Allahdan, qiyamətdən, günahlardan tövbə etmək və istiğfardan danışanda çox yaxşı hala düşürük, amma sizin yanınızdan getdikdən və arvad-uşağımızla bir qədər əyləşdikdən sonra halımızın dəyişdiyinizi, yenə də əvvəlki adam olduğumuzu görürük. Ey Allahın peyğəmbəri, bu münafiqlikdirmi? Olmaya bu nifaqdır və biz münafiq olmuşuq? Peyğəmbər (s) onlara belə buyurdu: Xeyir, bu nifaq deyil. Nifaq ikiüzlülükdür, bu isə ikihallılıqdır. İnsanın ruhu bəzən çox yüksək olur və bəzən də aşağı düşür. Siz mənim yanımda olanda və bu sözləri eşidəndə belə bir hala düşməyiniz labüddür. Peyğəmbər (s) sonra bu cümləni buyurdu: Əgər mənim yanımda olduğunuz halda qalaraq ondan çıxmasanız mələklərin gələrək sizinlə əl-ələ görüşdüklərini və batmadan su üzərində yol gedə bildiyinizi görərsiniz. O, sizin üçün həmişə qalacaq bir hal deyil. Həmin hal sizin üçün bir adət şəklini alsa bu məqamlara çatarsınız.
    Məncə Sədinin bu məşhur beyti həmin hədisin tərcüməsidir, amma o, mətləbi Yəqub (ə)-ın dilindən başqa cür nəql edib:
    Yeki porsid əz on qomkərde fərzənd
    Ke ey roşən qohər pire xerədmənd
    Zemesrəş buye pirahən şenidi
    Çera dər çahe kənanəş nə didi?
    Bir nəfər oğlunu itirmiş şəxsdən (həzrət Yəqubdan) soruşdu ki, ey parlaq cövhərli, dərrakəli qoca: Misirdən (Yusifin) köynəyinin iyini aldın, bəs nə üçün onu Kənan quyusunda olanda görmədin?
    Yusif Misirdə özünü qardaşlarına təqdim etdi və köynəyini onlara verdi ki, onu özləri ilə aparsınlar. Onlar Kənana çatmamış həzrət Yəqub belə dedi: «...Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalançı hesab edib danlamasaydınız), deyərdim ki, Yusifin ətrini alıram!» (Yusif-94).
    Şerdə də kimsə Yəqub peyğəmbərə xitab edərək deyir: Sən Misirdən Yusifin köynəyinin ətrini necə hiss edirsən, halbuki o, öz kəndinizdə Kənan quyusunda idi, amma sən bunu hiss etmədin? Nə üçün onu quyuda olanda görmədin?
    Be qoft əhvale ma bərqe cəhanəst
    Dəmi peydavo digər dəm nihanəst
    Gəhi bər tarəm əla neşinim
    Gəhi bər poşte paye xod nəbinim.
    Bizim halımız ildırım parıltısı kimidir, bir an görünür və bir an yoxa çıxır, bəzi vaxtlarda çox yüksəklikləri seyr edərik və bəzi vaxtlarda öz ayağımızın altını görmərik.
    Hafizin dili ilə desək:
    Bərqi əz mənzili leyli be derəxşid səhər
    Vəh ki ba xərməni məcnun dele əfkar çekərd.
    Leylinin evindən bir şimşək çaxdı, bədbəxt Məcnunun xarmanına gör necə od vurdu.
    Bura kimi Yəqubdan soruşulan sualın davamı və onun verdiyi cavab idi. Bundan sonra Sədi belə deyir:
    Əgər dərviş dər hali bemandi
    Səro dəst əz do aləm bər fəşandi.
    Əgər arif onun üçün yaranmış hal və vəziyyətdə qalsa iki dünyadan da yuxarı qalxar.
    İRFAN MƏKTƏBİNƏ OLAN BƏZİ İRADLAR
    1. ƏQLİ TƏHQİRLƏR
    İslam, ariflərin kamil insanını yuxarıdakı qədər təsdiq edir. Amma irfan məktəbində bəzi şeylər təhqir edilib ki, islam həmin alçaltmalarla razılaşmır və buna görə də, ariflərin kamil insanı da bu din baxımından yarımkamildir. İrfanda elm və əql çox təhqir edilib. İslam qəlbi qəbul etməsinə baxmayaraq, heç vaxt əqli təhqir etməyib. Eşq, riyazət və mənəvi seyrləri təsdiq edir və əql, fikir, deduksiya və məntiqi təhqir etməklə razılaşmır. İslam əql, fikir, dəlil və təfəkkürə çox hörmət bəsləyir. Buna görə də islamın müxtəlif dövrlərində, xüsusilə son dövrlərdə qəlb və əqlə birlikdə əhəmiyyət verən qruplar tapılıb. Şeyx Şəhabəddin Söhrəvərdi təqribən həmin yolla gedib. Sədrul-mütəəllihin Şirazi isə Qurana tabe olaraq əql və qəlb yolunun hər ikisini Söhrəvərdidən də çox möhtərəm saymağa çalışıb. Şirazi bəzi filosoflar kimi qəlb yolunu təhqir etməyib və həmçinin bəzi arif və sufilər kimi əqli alçatmaq yolunu tutmayıb, hər iki yola hörmətlə yanaşmaq istəyib. Deməli məlum oldu ki, irfanda və ya ən azı bəzi ariflərin sözlərində elm və əqlin təhqir olunması islam tərəfindən təsdiqlənməyib. Quranın kamil insanı əqli baxımdan da kamala çatmış insandır və əqli kamal onun kamilliyinin bir hissəsidir.
    2. TAM BATİNPƏRƏSTLİK
    İrfan məktəbində kamil insanın islam tərəfindən təsdiq edilməyən digər cəhətlərindən biri də həmin məktəbdə yalnız batinpərəstliyin irəli sürülməsidir. Belə ki, bu məsələ xaricə diqqəti tamamilə kölgə altında saxlayıb. Bu məktəbdə fərdi cəhətlər çoxdur və ictimai cəhətlər məhv olub və ya çox zəifdir. İrfan məktəbinin kamil insanı ictimai insan deyil; o, başını ancaq öz komasına salıb və başqa heç bir şeylə işi yoxdur. İslam qəlb, eşq, mənəvi riyazət, lütflə bağışlanan mənəvi elm və nəfsin təmizlənməsi barəsində deyilənləri təsdiq etməklə yanaşı, kamil insanı da hərtərəfli bir vücud kimi təqdim edir. İslamın kamil insanı həm xaricə və həm də cəmiyyətə meylli bir insandır və o, yalnız öz komasında qərq olmayıb. Gecə öz komasında qərq olaraq dünya və onda olan hər şeyi unudursa, gündüz cəmiyyət içində olur. Bundan əvvəl dediyimiz kimi, imam Zamanın (ə)-ın kamil müsəlman nümunələri olan səhabələri barəsində rəvayətlərdə dəfələrlə təkrar edilib ki, onları gecə görsən bir dəstə rahibi gördüyünü düşünərsən, elə bil ki, dağ ətəyindəki mağarada yaşayan və ibadətdən başqa heç nə anlamayan bir qrupla rastlaşmısan. Amma onlar gündüz aslana dönürlər. Onlar gecə rahibləri və gündüz aslanlarıdırlar. Quran da bu sifətləri bir yerdə cəmləyib. «(Onlar Allaha) tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib, pis işləri yasaq edənlərdir...»
    (Tövbə-112).
    Bu ayənin «səcdə edənlər» ifadəsi də daxil olmaqla olan hissəsi batini, ondan sonrakı hissəsi isə ictimai cəhətləri açıqlayır. Ayə, həmin batini sifətlərə malik şəxslərin öz cəmiyyətlərinin islahatçıları olmasını bildirib. Həmçinin digər bir ayədə belə buyurur:
    «Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər...»
    (Fəth-29).
    Bu ayədə əvvəlcə onların cəmiyyətə meyilli olmaları açıqlanıb və onların haqq və həqiqət düşmənləri, inadkarlar və kafirlərə qarşı sərt və möhkəm olmaları, iman əhlinə qarşı isə mehriban, mərhəmətli və xeyirli olmaları bildirilib: «Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən.» Yəni sən cəmiyyətmeyilli həmin insanları rüku və səcdə halında görərsən; onlar öz Allahından razılıq və lütf diləyərlər; yəni özləri üçün dünya və axirət istəmirlər və onlar üçün haqqın razılığı hər şeydən üstündür. «Onların əlaməti üzlərində olan səcdə nişanəsidir.»
    Bəli, bu məktəb tərəfdarlarının ancaq batinpərəst olmaları onların kamil insanlarında olan zəif nöqtələrdən biridir. Əlbəttə, irfan məktəbi başçılarının çoxu, islam təlimlərinin güclü təsiri altına düşdükləri üçün bu zəif nöqtəni başa düşüblər və öz sözlərində buna toxunublar. Amma buna baxmayaraq, bəzi vaxtlarda bu cür ifratlar yaranıb; yəni batinpərəstlik o həddə çatıb ki, xaricə meyl tamamilə rədd və inkar edilib. İslam bu məsələni təsdiq etmir.
    3. NƏFSİ ÖLDÜRMƏK
    Bu məktəbdə, barəsində danışılan məsələlərdən biri də «nəfsi öldürmək»dir. İslam terminləri arasında «nəfsi öldürmək» kəlməsi yoxdur. Bir-iki yerdə «nəfsi öldürmək» ifadəsi işlədilib ki, onlardan biri bundan əvvəlki söhbətlərdə Nəhcül-bəlağədən gətirilən hissədədir. Bir də «ölməmişdən qabaq nəfsinizi öldürün» ifadəsi vardır. Adətən islami ifadələrdə söhbət nəfsin təmizlənməsi və islah edilməsi barəsindədir.
    Şairlərin sözlərində nəfsi öldürmək məsələsi çox işlədilib. Əlbəttə biz bu ifadə ilə də müxalif deyilik. Amma məsələ burasındadır ki, bizim irfanda nəfsi öldürmək və özünü sındırmaq, yəni eqoist və xudpəsənd olmamaq barəsində elə danışılıb ki, bu çox vaxt islamda özünə hörmət (heysiyyət) adlandırılan əsaslı bir məsələnin unudulmasına səbəb olub. Bu mətləb daha geniş bəhs edilməsini tələb edir.
    Söhbətin əvvəlində qeyd edildiyi kimi, irfan şirin olduğu və ariflər ədəbiyyat, nəsr və nəzm dili ilə öz iddialarını çox deyib yaydıqları üçün onların kamil insan nəzəriyyələri bizim cəmiyyətin müqəddəratında çox təsirlidir. Belə ki, biz çox vaxt uca və ali insanın ariflərin dediyi insan olmasını fikirləşirik. Buna görə də ariflərin dediyi uca və ali insan barəsində daha çox danışmaq lazımdır. Toxunulan son nöqtə də onların zəif nöqtələrindən biri üçün idi. İnşallah gələn bəhslərdə həmin mətləb və digər məsələlər barəsində geniş söhbət açacağam.
    QINAQ VƏ DANLAQ ÜSULU
    Bəzi sufilər arasında yayılmış, amma az-çox onların hamısına öz təsirini göstərmiş üsul və yollardan biri də «qınaq və danlaq üsulu» və ya «danlananlar üsulu» adlandırılan yoldur. Bu üsul nədir? Bu, riyakarlığın müqabil nöqtəsidir. Riyakar adamın batini pis olur, amma o, özünü yaxşı kimi göstərir. Qınaq və danlaq üsulu ilə gedən şəxs isə yaxşı adam olur, amma camaatın ona etiqad bəsləməməsi üçün özünü pis kimi göstərir. Məsələn, o, şərab içmir, amma özünü şərab içən adam kimi göstərir, zina etmir amma özünü zinakar kimi göstərir ki, camaat onu pozğun və zinakar adam kimi tanısın. Həmin şəxs, bütün işlərinin izahında deyir ki, onların hamısı nəfsin öldürülməsi və məhvi üçün görülür. Doğrudan da bu işlər nəfslə kəskin mübarizədir. Çünki nəfs ona etiqad bəslənilməsini və hörmət göstərilməsini istəyir. Amma şəxs bilə-bilə elə işlər görür ki, xalq ona inam göstərməsin. Bir də görürsən ki, oğru olmamasına baxmayaraq, özünü oğru kimi göstərir. Birinin malını götürüb elə yerə aparır ki, onu tutub döysünlər. Yaxud şərab içməməsinə baxmayaraq, özü ilə araq şüşəsi gəzdirir.
    Görəsən bu qism işlər islam məntiqinə uyğundurmu? Xeyr! İslam, möminin şərəfini əmanət hesab edir və onun ixtiyarının öz əlində olmadığını bildirir. Buna görə də, onun camaat içində şərəf, şöhrət və abır-həyasına xələl gətirən işlər görmək haqqı yoxdur. İslam deyir ki, nə riyakarlıq edərək özünü yaxşı adam kimi göstər və nə də yalandan özünü pis adam kimi qələmə ver! Bunların hər ikisi əməli yalan hesab olunur. Nə o yalanı və nə də bu yalanı de!
    İrfani ədəbiyyatda çox müqəddəs və mənəvi məna daşıyan mətləblərin xoşagəlməz kəlmələrlə bəyan edilməsinin və məsələlərin şahid, məşuq, şərab, ney və bu kimi ifadələrlə söylənilməsinin səbəblərindən biri də onların, özlərini olmadıqları kimi göstərmək istəkləri olub. Hətta Hafiz, özünün riyakar və ya qınaq üsulu ilə gedən olmasını inkar etməsinə baxmayaraq, onun şerlərində də bu mətləblərə çox rast gəlmək olar:
    Dela, dəlaləte xeyrət konəm be rahe necat
    Məkun be fesqe mobahoto zohd həm məfruş.
    Yəni: Ey qəlb, səni nicat yoluna aparan bir xeyir göstərim. (O budur ki,) nə günah işlərlə fəxr et və nə də zahidliklə öyünmə.
    Qınaq və danlaq üsulu, nəfslə sufiyanə mübarizə növüdür ki, islam bu üsulu qəbul etmir. Əlbəttə, bir daha diqqət etmək lazımdır ki, bu üsul bütün sufilər arasında mövcud olmayıb. Xacə Abdullah Ənsari kimi bir çox sufilər arasında şəriət qanunlarının qorunması və onlara riayət edilməsi çox güclü olub. Amma hər halda bu məsələlər bəzi sufilər arasında mövcud olub. Xorasan sufiləri arasında qınaq və danlaq üsulu ilə gedənlərin daha çox olduğu bildirilir. Bəli, bütün bunlara baxmayaraq islam, nəfslə cihad məsələsində bu üsulla ilə gedilməsinə icazə vermir.
    Category: Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) | Added by: Islam_Kitabxanasi
    Views: 801 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024