İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri

    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri
    2012-01-24, 6:46 AM
    İYİRMİ BEŞİNCİ FƏSİL
    MÜHARIBƏ VƏ FƏDAKARLIQ
    Həzrət Əli (ə) öz köməkçilərini düşmənlə cihad və mübarizəyə rəğbətləndirmək üçün onlara belə göstəriş verirdi: – Zirehli paltar geyənləri ordunun ön cəbhəsinə göndərin, silahsız döyüşçüləri isə arxa cəbhədə qərar verin, dişlərinizi biri-birinə möhkəm sıxın, çünki bu, qılıncların başınıza az təsir qoymasına səbəb olur. Nizə atan zaman ilanvari hərəkət edin ki, nizəni düşmənə vuranda təsirli olsun. Nəzərlərinizi aşağı salın, çünki (bu iş) ürəklərinizi güclü və aram edər. Səs-küy qoparmayın! Çünki mətanətli və vüqarlı olmaq düşməni hər şeydən artıq qorxuya salır. Öz bayrağınızı möhkəm saxlayın, onun ətrafını boş qoymayın və onu ordunun şücaətlilərinə və təhlükəni sizdən uzaqlaşdıranlara həvalə edin.(İmam Əli (ə)-ın bu kəlamının nümunələrindən biri Rəbiə ibni Mükəddəm (Bəni Fəras tayfasındandır) idi. Deyirlər ki, bir səfərdə onun əhli-əyalından bir neçə nəfər var idi ki, yalnız onlara təklikdə keşik çəkirdi. Bu zaman Bəni Səlim tayfasından iki atlını gördü. Onlardan biri ox atıb onun düz ürəyinə vurdu. Bu zaman Rəbiə düşmənin bu hadisədən agah olmaması və ona hücum etməməsi üçün nizəsini yerə vuran halda atın üstündə oturmuşdu, kəcavələr Həyyin evlərinə çatıncaya qədər ona söykəndi. Bəni Səlim onun qarşısında dayanıb hərəkət etmirdilər. Təsəvvür edirdilər ki, o diridir. Nəhayət onlardan biri başa düşdü və onlara dedi: "Mənə elə gəlir ki, o ölmüşdür, çünki ümumiyyətlə hərəkət etmir." Sonra onun atına tərəf bir ox atdılar. At yerindən sıçradı və Rəbiənin cansız cəsədi yerə düşdü. (Müəllif) ) Məhz onlar bayrağın ətrafını tutur və dörd tərəfdən onun keşiyini çəkirlər. Nə ondan geri çəkilirlər ki, düşmənə təslim olsunlar, nə də ondan qabağa keçirlər ki, yalqız qalsınlar.("Nəhcül-bəlağə", 20-ci xütbə )
    O Həzrət Siffeyn müharibəsi günlərində öz köməkçi-lərinə buyurur: – Allahdan qorxunu öz şüarınız edin, qədəmlərinizi möhkəmlədin, aramlığı qoruyub saxlayın, dişlərinizi bir-birinə sıxın, çünki bu iş qılıncları başınızdan uzaqlaşdırır; zirehi diqqətlə geyinin, qılınclarınızı qınında hərəkət etdirin, düşmənə qəzəbli gözlərinizin guşəsi ilə nəzər salın. Hər tərəfdən nizə atın, qılınclarınızın ucu ilə döyüşün. Əgər qılınclarınız çatmırsa, qabağa gedib onu düşmənə çatdırın.("Nəhcül-bəlağə", 63-cü xütbə )
    İYİRMİ ALTINCI FƏSİL
    Şübhənin dəf edilməsi
    1-qoyunun haram hissələri
    Bir gün Əli (ə) qəssablar bazarından keçirdi. Onlara qoyunun (əti halal olan heyvanların) doqquz şeyini satmağa qadağan etdi:
    1-Qan;
    2-Ürəyinin qulaqcıqları;
    3-Dalaq;
    4-Onurğa beyni;
    5-Vəzilər;
    6-Xayalar;
    7-Cinsiyyət aləti.
    Qəssablardan biri dedi: – Ya Əmirəl-möminin! Dalaqla ciyər birdir, bunların arasında heç bir fərq yoxdur!
    İmam (ə) buyurdu: – Belə deyil! (Bilmək istəyirsənsə) mənim üçün iki qab su, bir dalaq və bir ciyər gətir.
    İki qab su, bir ciyər və bir dalaq gətirdilər. Həzrət buyurdu: – Hər ikisini ortadan yarın!
    Daha sonra göstəriş verdi ki, hər ikisini suya salıb islatsınlar. Bu zaman ciyər ağardı və ondan heç bir şey azalmadı, lakin dalaq ağarmadı və onun hamısı qana çevrildi, bir qədər dəri və bir neçə damar qaldı. Bu zaman Həzrət Əli (ə), ona etiraz edən şəxsə buyurdu: – Gördüyün onların fərqidir! Ciyər ətdir, dalaq isə çirkdir.("Fürui-Kafi", 6-cı cild, səh.253, hədis-2 )
    2-qadinlarin həya və iffəti
    Sərvi "Mənaqib" kitabında qeyd edir ki, qırx qadın Ömərin yanına gəlib ondan şəhvət barəsində soruşdular. Ömər dedi: – Kişilərdə bir, qadınlarda isə doqquz pay şəhvət var.
    Soruşdular: – Bəs necə olur ki, kişilər müxtəlif daimi və müvəqqəti izdivaclardan, habelə kənizlərdən istifadə edirlər, lakin qadınlar üçün birdən artıq kişi caiz deyildir?!
    Ömər bu sualın cavabını bilmədiyi üçün Əli (ə)-dan soruşdu, Həzrət onlara göstəriş verdi ki, hər biri bir qab dolusu su gətirsin. Sonra buyurdu ki, onları böyük bir qaba töksünlər. Daha sonra hər birinə buyurdu: – İndi hər biriniz öz tökdüyünüz suyu götürün!
    Dedilər: – Bunu ayırıb götürmək mümkün deyildir!
    İmam Əli (ə) nəticə alaraq buyurdu ki, əgər o qanun olmasaydı, övlad və nəsəb arasında fərq qoymaq olmazdı, miras və nəsəb qanunları pozulub aradan gedərdi.("Mənaqib" (Sərvi), səh.492 )
    Müəllif: Mütəal Allah qadınlara səbir, həya və iffət əta etməklə bu məsələni cübran etmişdir. Belə ki, bu mətləb Əsbəğ ibni Nəbatənin həzrət Əli (ə)-dan nəql etdiyi hədisdə də qeyd olunmuşdur.("Fürui-Kafi", 5-ci cild səh.378, hədis-1 )
    Məsədətin nəql etdiyi rəvayətdə qeyd olunur ki, "Allah-Taala hər bir qadına on kişinin səbir və müqavimətini əta etmişdir."("Fürui-Kafi", 5-ci cild, səh.379, hədis-6 )
    3-sakitləşdirmə üslubu
    Əli (ə) bəsrəlilərə qələbə çalıb, əsirlərini azad etdiyi zaman o həzrətin köməkçilərindən bəziləri dedilər: – Necə olur ki, onların qanları bizə halal, lakin əsirləri haram olur?
    Həzrət Əli (ə) buyurdu: – Müsəlmanların ölkəsində yaşayan şəxslərin arvad-uşaqları sizə necə halal ola bilər?! Düşmənin öz ordugahında yerə qoyduğu şeylər sizin üçün qənimət sayılır, lakin onların öz evlərində gizlətdikləri şeylər sizə halal deyildir.
    Səhabələr bu sözə israr etdikləri zaman Həzrət onları sakitləşdirmək üçün buyurdu: – Ayişəyə (əsirliyə götürülmək üçün) püşk atın! Hər kəsin adına çıxsa Ayişəni ona verəcəyəm!
    Bu sözü eşitdikdən sonra ayılaraq özlərinə gəldilər, tövbə və istiğfar edərək o Həzrətin yanından getdilər.("Fürui-Kafi", 5-ci cild, səh.339, hədis-6 )
    4-əvər (birgözlü)
    Bir kişi Əli (ə)-ın yanına gəlib dedi: – Mən həm sizi sevirəm, həm də sizin filan düşməninizi.
    Əli (ə) buyurdu: – Sən indi əvərsən (bir gözlüsən); ya tamamilə kor ol, ya tamamilə görən (gözü açıq)."("Mustətrəfat" (Sərair), səh.149 )
    İYİRMİ YEDDİNCİ FƏSİL
    Hikmətin bəyanı
    1-suda və havada olan canli varliqlar
    Əli (ə) buyurur: – Evin damından havaya, həmçinin axar suya bövl etməyin. Hər kəs belə etsə və bir bəlaya düçar olsa özündən başqasını məzəmmət etməsin. Çünki havada və suda canlı varlıqlar yaşayır.("Xisal", səh.63 )
    2-ömərin xatasi
    Ömər Kəbə evinin zinətlərini müsadirə etmək istədikdə Əli (ə) ona buyurdu: – Quran Peyğəmbər (s.ə.v.v)-ə nazil olduqda, ümumxalq əmlakı olan mal-dövlətləri dörd qismə böldü və hər birinin də harada sərf olunmasını müəyyən etdi: 1-İrs, 2-Fey, 3-Xüms, 4-Sədəqə-lər və zəkatlar. Kəbə evinin zinət əşyaları o gün də mövcud idi, (halbuki) Allah onların barəsində heç bir hökm vermədi. Belə isə, onları müsadirə etmək fikrindən keç!
    Ömər Əli (ə)-ın göstərişinə əməl etdi və dedi: – Əgər Əli olmasaydı, mən rüsvay olardım.(Mənaqib" (Sərvi), 1-ci cild, səh.498 )
    3-həcərul-əsvədin faydasi və ziyani
    Ömər Həcərul-Əsvədi öpən zaman ona xitab edərək dedi: – Bilirəm ki, sən adi bir daşsan və bir kəsə nə zərər çatdırırsan, nə də fayda. Əgər Peyğəmbərin sənin öpdüyünü görməsəydim, heç vaxt səni öpməzdim!
    Əli (ə) ona buyurdu: – Bu daşın həm ziyanı vardır, həm də xeyri!
    Ömər dedi: – Necə?!
    Əli (ə) buyurdu: – Allah bəni-Adəmdən əhd-peyman aldığı zaman onlar üçün bir əhd yazdı, həmin daş da o əhdi özünə uddu. Qiyamət günündə də möminin vəfasına və kafirin inkar etməsinə dair şahidlik edəcəkdir. Bu da Həcərul-Əsvədi ləms edən zaman oxunan duanın mənasıdır: "Allahummə imanən bikə və təsdiqən bikitabikə və vəfaən biəhdikə: Pərvərdigara! Mən Sənə iman gətirir, Sənin kitabını təsdiq edir və Sənin əhdinə vəfalı qalıram."(Mənaqib", 1-ci cild, səh.494 )
    İYİRMİ SƏKKİZİNCİ FƏSİL
    Şahid gətirilməsi mümkün olmayan hallar<.BASHLIQ3>
    1-KARLIĞIN YOXLANMASI
    Bir nəfər böyük bir sümük parçasını başqasının qulağına çırpdı, vurulan şəxs zərbə nəticəsində eşitmə qabiliyyətini itirdiyini iddia etdi. Əli (ə) buyurdu: – Bir il ərzində onu nəzarət altında saxlayın və bəzən ona qəfildən bir şey edin. Əgər eşitməsi sübuta yetərsə, yaxud iki adil buna şəhadət verərsə, diyə ala bilməz, əks halda eşitməməyinə dair and içərək qulağının diyəsini almalıdır.
    Bəziləri dedilər: – Ya Əmirəl-möminin! Əgər (karlığından) bir il keçdikdən sonra onun eşitməsi sübut olunarsa, hökmü nədir?
    İmam (ə) buyurdu: – Bunun heç bir təsiri yoxdur. Ola bilsin ki, Allah eşitmə qabiliyyətini bir ildən sonra (yenidən) ona mərhəmət etsin.("Fürui-Kafi", 7-ci cild, səh.322, hədis-3 )
    Həzrət imam Riza (ə)-ın Əli (ə)-dan nəql etdiyi rəvayətin davamında buyurulur ki, "əgər iddia olunan şey bütün eşitmə duyğularının əldən verilməsi olarsa... ağır yuxuya gedənə qədər bir müddət gözləyər və bu zaman onun üstünə çığırarlar."("Fürui-Kafi", 7-ci cild,səh.324, hədis-9 )
    2-görmə, iybilmə və danişiq qabiliyyətinin yoxlanmasi
    Əli (ə)-dan soruşdular ki, bir nəfər başqasının başına zərbə vurmuşdur, vurulan iddia edir ki, görmə, iy bilmə və danışıq qabiliyyətini itirmişdir. Əli (ə) buyurdu: – Əgər o düz deyirsə, ona üç diyə verilməlidir.
    Soruşdular: – Bunu necə bilmək olar?
    Əli (ə) buyurdu: – İybilmə qabiliyyətini itirib-itirməməsini belə yoxlamaq olar ki, yarı yanmış vəziyyətdə olan bir parçanı onun burnunun altına qoyarlar, əgər o şəxs öz yerində dayanıb hərəkət etmirsə, düz demişdir, əgər başını uzaqlaşdırsa və gözlərindən yaş axsa yalan demişdir. Görmə qabiliyyətini belə yox-lamaq olar; gözlərini günəşin qarşısında açıq saxlayın, əgər ixtiyarsız olaraq gözlərini qırpsa, yalan demişdir, əks halda düz demişdir. Danışıq qabiliyyətini də belə yoxlamaq olar; dilinə bir iynə batırsınlar, əgər qırmızı qan çıxsa yalan demişdir, əgər qara qan çıxsa düz demişdir.("Fürui-Kafi", 7-ci cild, səh.323, hədis-7 )
    3-görmə qabiliyyətinin zəifliyi
    Bir nəfər başqasının gözünə bir zərbə vurmuş, nəticədə onun görmə qabiliyyəti zəifləmişdi, amma gözünün quruluşuna xəsarət dəyməmişdi. Həzrət Əli (ə) onu yoxlamaq üçün bir parça ilə onun sağlam gözünü bağladı, bir nəfərə də göstəriş verdi ki, yumurtanı eyibli gözünün müqabilində tutub yavaş-yavaş ondan aralansın. Nəhayət, müəyyən qədər aralandıqda vurulan şəxs iddia etdi ki, onu görmür. Həmin nöqtəyə işarə qoyub sağlam gözünü də həmin qaydada yoxladı. Sonra bu iki məsafənin arasındakı fərqi aydınlaşdırdı və həmin miqdarda ona cinayət ərşi verdi.(Bu xəbərin zahiri mübhəmsiz deyildir və Müaviyə ibni Əmmarın İmam Sadiq (ə)-dan nəql etdiyi bir rəvayəti mülahizə etdikdə aydın olur ki, o Həzrət bu kimi hadisələrdə buyurur: "Əvvəlcə şəxsin bir gözünü parça ilə bağlayın və yumurtanı o biri gözünün qarşısında saxlayıb görməyəcəyi miqdarda uzaqlaşdırın. Sonra həmin nöqtəni müəyyən edib qalan üç tərəfdən də həmin gözün görmə qabiliyyətini nişanlayın, daha sonra onları bir-biri ilə müqayisə edin. Əgər onların arasında heç bir fərq olmazsa, iddiasında doğruçudur. Digər gözünün görmə qabiliyyətini də həmin qaydada yoxlayın, sonra iki gözün görmə qabiliyyəti arasındakı fərqləri müəyyənləşdirin. Həmin miqdarda ona cinayət ərşi verin." (Müəllifdən) "Fürui-Kafi", 7-ci cild, səh.323, hədis-8 )
    4-hər iki gözün zəifliyi
    Bir nəfərin başına bir zərbə vurmuşdular, o Əli (ə)-ın yanına gəlib, bu zərbə nəticəsində hər iki gözünün zəiflədiyini iddia etdi. Həzrət onu bir yerdə oturtdu, bir yumurta ilə görmə qabiliyyətini dörd tərəfdən yoxladı, hər dörd tərəfdə bərabər olduğu halda onun iddiasında düzgün olduğunu bildi və qəbul etdi. Sonra onunla eyni yaşda olan bir kişini çağırıb onun yanında oturtdu, əvvəlcə onun gözünün görmə qabiliyyətini dörd tərəfdən yoxladı, sonra iki məsafənin fərqini təyin etdi və vurulan şəxsə həmin miqdarda diyə verdi. (Məsələn, əgər görmə qabiliyyəti yarıbayarı azalıbsa, gözün diyəsinin yarısı, əgər üçdə biridirsə, üçdə biri qədər və s.).("Əcaibul-qəzaya" (Qummi), səh.93, hədis-48. Bu rəvayətdə hər iki gözün, əvvəlki rəvayətdə isə bir gözün yoxlanmasından söhbət gedirdi ki, digər bir gözlə müqayisədə cinayət ərşi təyin olunur. )
    5-əninin yoxlanmasi
    Bir qadın öz ərinin ənin olduğunu iddia edir, əri isə bunu inkar edirdi. Əli (ə) göstəriş verdi ki, qadınlar onun ərinin xəbəri olmadan həmin qadının bətninə xəluq (bir növ ətir adıdır) daxil etsinlər, sonra onun ərinə buyurdu: – Əgər alətin xəluqa çatırsa ənin deyilsən.("Fürui-Kafi", 5-ci cild, səh.411, hədis-8 )
    6-dilin naqisliyi
    Bir nəfər başqasına elə bir zərbə vurdu ki, vurulan şəxsin dilinin bir miqdarı kəsildi və nəticədə bəzi hərfləri düzgün şəkildə tələffüz edə bilmədi. Münaqişəni Ömərə dedilər, amma Ömər onun hökmünü deyə bilmədi. Əli (ə) buyurdu: – Əlifba hərfləri (ərəb dilində-müt.) iyirmi səkkizdir, vurulan şəxs hərflərdən neçəsini tələffüz edə bilmirsə, həmin miqdarda da canidən cinayət ərşi alınmalıdır.("Vəsailuş-şiə", 19-cu cild, səh.275, hədis-6 )
    İYİRMİ DOQQUZUNCU FƏSİL
    Xüsusi and
    1-lal adamin and içdirilməsi
    Əli (ə)-dan lal adamın necə and içdirilməsi haqda soruşduqda, buyurdu: – And olsun o Allaha ki, camaatın ehtiyaclarının hamısını aradan qaldırmayınca, məni dünyadan aparmadı. (Sonra buyurdu:) Mənim üçün bir Quran gətirin!
    Quran gətirdilər, İmam (ə) lal şəxsə üz tutub buyurdu: – Bu nədir?
    Lal kişi başını göyə qaldırıb Quran (səmavi kitab) olduğunu başa saldı. İmam (ə) buyurdu: – Onun qəyyumunu bura çağırın!
    Qardaşını gətirdilər, İmam (ə) o kişini lal qardaşının kənarında oturtdu və buyurdu: – Ey Qənbər! Mənim üçün qələm-kağız gətir.
    Qənbər qələm-kağız gətirdi, sonra lal kişinin qardaşına buyurdu ki, qardaşına de ki, səninlə düşmənin arasında qazi Əlidir. O kişi məsələni qardaşına başa saldı. Həzrət lalın boynundan vizrü-vəbalı götürən bir dua yazdı və onu suya salıb, buyurdu ki, bu suyu içsin. Lakin lal kişi suyu içməkdən imtina etdi. Bu zaman İmam Əli (ə) onu, öz borcunu qaytarmağa iltizamlı etdi.("Təhzib", 6-cı cild, səh.319, hədis-86 )
    2-zalim adami and içdirmək
    Əli (ə) buyurub: "Əgər zalım bir adamı and içdirmək istəyirsinizsə, ona deyin ki, (and içərək) Allahın hövl və qüvvəsindən bezarlıq etsin. Əgər o, yalandan and içsə, dərhal cəzalandırılar. Amma əgər "yeganə Allaha and olsun!" - deyə and içərsə, onun cəzası dərhal çatmaz, çünki o, Allahın yeganəliyinə etiraf etmiş olur."("Nəhcül-bəlağə", hikmət:253)
    OTUZUNCU FƏSİL
    Əlac yolu
    1-güzgü ilə kor etmək
    Qeys qəbiləsindən bir qulam öz ağası ilə Osmanın yanına getdi. Qulam dedi ki, ağası ona şiddətli bir zərbə vurmaqla gözünü kor etmişdir, lakin gözü zahirdə sağlamdır. Ağası qula dedi: – Mən gözün diyəsini sənə verirəm, qisas almaq fikrindən keç.
    Qulam isə diyə almaqdan imtina edərək yalnız qisas almaqla razılaşdı. Osman bu məsələnin hökmünü verməkdə aciz qaldığı üçün onları Əli (ə)-ın yanına apardı və o Həzrətdən hökm verməsini istədi. Ağası əvvəlcə bir, sonra isə iki kamil diyə verməyə belə razı oldu ki, qisas hökmündən keçsin, lakin qulam yenə də imtina edərək yalnız qisas alınmasına israr edirdi. Bu zaman Əli (ə) onun ağasından qisas almaq məqsədi ilə bir güzgü gətirdi, onu qızdırdı, sonra bir qədər pambıq istədi. Pambığı isladıb, onun gözünün ətraf hissələrinə və göz qapağının üstünə qoydu, gözünü günəşin qarşısında saxladı və buyurdu: – Sən güzgüyə bax!.
    O, güzgüyə bir qədər baxdıqda gözü kor oldu, amma gözünün quruluşuna heç bir xəsarət dəymədi.("Fürui-Kafi", 7-ci cild, səh.319, hədis-1 )
    2-zəncirin çəkisi
    Ayağında zəncir olan bir qul iki nəfərin yanından keçəndə onlar həmin zəncirin çəkisinin nə qədər olması ilə əlaqədar mərcləşdilər. Onlardan biri dedi: – Əgər zəncirin ağırlığı filan miqdar olmasa, arvadım üç təlaq olsun (yəni boşansın)!
    Digəri deyirdi: – Əgər sənin bu ehtimalın düz olsa mənim arvadım üç təlaq olsun!
    Sonra hər ikisi qulamla birlikdə onun ağasının yanına getdilər və ona dedilər: – Sən zənciri aç, biz onun çəkisini bilək.
    Qulamın ağası dedi: – Arvadım boşanmış olsun, əgər zənciri ondan açsam!
    Hər üçü Ömərin yanına gedərək, ondan bu məsələni həll etməsini istədilər. Ömər dedi: – Qulamın ağasının andı o iki şəxsin andından irəlidir.
    Sonra dedi: – Gəlin birlikdə Əliyyibni Əbi Talibin yanına gedək, bəlkə o bu məsələ barəsində bir tədbir görsün.
    İmam (ə)-ın yanına gedib, hadisəni dedilər. Əli (ə) buyurdu: – Bunun cavabı necə də asandır!
    Sonra göstəriş verdi ki, böyük bir qab gətirsinlər. Zəncirə nazik ip bağlayıb, qulamın ayağı ilə birlikdə qaba qoydular, sonra qabı su ilə doldurdular. Ondan sonra buyurdu: – İpdən yapışıb zənciri yuxarı qaldırın.
    Zəncir sudan tamamilə çıxana qədər yuxarı qaldırdılar. Bu zaman suyun həcmi bir qədər azaldı. Əli (ə) buyurdu: – İndi su əvvəlki səviyyəyə çatana qədər qaba dəmir qırıntıları tökün!
    Bu işi etdilər, sonra buyurdu: – İndi qabdakı dəmir qırıntılarını çəkin, zəncirin çəkisi elə onların çəkisi qədərdir.("Mən la yəhzur", "kitabul-qəza", "babul-hiyəl fil-əhkam", hədis-2. Şeyx Səduq "Fəqih" kitabında bu hadisəni nəql etdikdən sonra deyir: "Əli (ə)-ın tədbiri yalnız buna görə idi ki, camaatı and içməklə təlaq verənlərin əlindən xilas etsin. (Müəllif) (Bu, elə fizikadakı Arximed qanunudur. Müt.) )
    3-tədbir
    Bir nəfər Əli (ə)-ın yanına gəlib dedi: – Qarşımda bir qədər xurma var idi, birdən arvadım onlardan birini götürüb yedi. Mən and içdim ki, xurmanı yesə də, yeməsə də onu təlaq verim.
    İmam Əli (ə) buyurdu: – Onun yarısını yesin, yarı-sını isə yeməyib atsın. Bu zaman sən öz andından xilas olarsan.("İrşad", Şeyx Mufid, səh.118 )
    4-çətin and
    Bir nəfər and içmişdi ki, əgər Ramazan ayının günündə həyat yoldaşı ilə yaxınlıq etməsə, ona üç təlaq versin. Sonra Əli (ə)-ın yanına gəlib hadisəni dedik-də həzrət buyurdu: – Onu səfərə aparıb öz andına əməl et.("Əzkiya" (ibni Covzi), səh.25, 8-ci bab )
    5-dəmir qapinin çəkisi
    Bir neçə dəmirçi müştərinin təyin etdiyi ölçüdə dəmir qapı hazırladılar. Müştərilər qapını evə aparanda yolda bir nəfərlə rastlaşdılar, o, qapının ağırlığı barəsində soruşdu. Onlar dedilər ki, ağırlığı filan qədərdir, amma həmin şəxs dedi ki, bunun ağırlığı heç vaxt siz deyən qədər olmaz. Alıcılar qayıdıb satıcıdan qapının qiymətini azaltmasını tələb etdilər. Lakin satıcı bu işdən imtina etdi. Aralarında münaqişə başlandı və Əli (ə)-ın yanına getdilər. İmam (ə) onlara buyurdu: – Qapını çaya tərəf aparın! (Qapını çaya apardılar, sonra buyurdu:) Onu qayığa qoyun və qayığın suya batdığı miqdarı nişanlayın! (Bu işi etdikdən sonra buyurdu:) İndi qapını qayıqdan yerə qoyub, həmin qayığa, həmin miqdarda suya qərq olana qədər çəkisi məlum olan xurma yükləyin. (Sonra buyurdu:) Qapının ağırlığı elə xurmanın ağırlığıdır.("Biharul-ənvar", 40-cı cild, səh.286 )
    6-tənəffüsdə eyib
    Bir nəfərin sinəsinə ağır bir zərbə vurmuşdular, o iddia edirdi ki, zərbə nəticəsində tənəffüsündə eyib əmələ gəlmişdir. Əli (ə)-a şikayət edib, onun mühakimə yürütməsini istədilər. Həzrət buyurdu: – Nəfəs bəzi vaxtlar burunun sağ, bəzi vaxtlar isə sol deşiyindən xaric olur. Sübh açılandan gün çıxana qədər əksər hallarda sağ deşiyindən xaric olur.
    Sonra iddiaçının nəfəslərinin sayını həmin vaxtda təyin etdilər. Sabahı gün onunla eyni yaşda olan bir kişini həmin vaxtda yoxladılar, sonra ona varid olan nöqsana mütənasib olaraq canidən cinayət ərşi aldılar.("Mənaqib" (Sərvi), 1-ci cild səh309 )
    OTUZ BİRİNCİ FƏSİL
    İstinbat yolu
    1-qurandan dərman
    Bir nəfər Əli (ə)-ın yanına gəlib xəstəliyindən şikayət etdi. İmam (ə) ona buyurdu: – Arvadının mehriyyəsindən bir dirhəm al və onunla bir qədər bal alıb yağış suyu ilə birlikdə ye.
    O şəxs Əli (ə)-ın göstərişinə əməl edib şəfa tapdı. Bunu eşidənlər bu məsələnin sirri ilə maraqlanıb dedilər: – Ya Əli! Bu barədə Peyğəmbər (s.ə.v.v)-dən bir hədis nəql olunmuşdurmu?
    İmam (ə) buyurdu: – Xeyr! Mən onu Quran ayələrindən əldə etmişəm. Belə ki, bir ayədə buyurulur: "Əgər onlar (qadınlar) öz mehriyyələrindən bir miqdarını tam razılıqla sizə versələr, yeyin, halal-xoşunuz olsun!"(Nisa" surəsi, ayə:3 )Başqa bir ayədə isə buyurulur: "Onların (bal arılarının) qarınlarından rəngləri müxtəlif olan içməlilər çıxır ki, onda camaat üçün şəfa vardır."("Nəml" surəsi, ayə:69 ) Başqa bir ayədə də buyurulur: "Biz asimandan bərəkətli su nazil etdik." Bu ayələrin hökmünə əsasən halal-xoş olmaq, şəfa və bərəkət onlarda cəm olmuşdur. Bunu oxuduqda xəstənin onların vasitəsi ilə sağalacağına ümidvar oldum.("Təfsiri Əyyaşi", 1-ci cild, səh.219 )
    2-istiğfar
    Əli (ə) Allahdan yağış istəmək üçün minbərə çıxdı və ondan, istiğfardan başqa bir söz eşidilmədi. Bəziləri bunun səbəbini soruşduqda İmam (ə) buyurdu: – Məgər Allah-Taalanın belə buyurduğunu eşitməmisənmi: "Mən onlara dedim ki, Allahdan bağışlanmaq istəyin, həqiqətən O, çox bağışlayandır, sizin üçün ardıcıl olaraq (yağış) göndərir, sizə övladlarınız və mal-dövlətləriniz vasitəsilə kömək edir və sizin üçün bostanlar və su arxları qərar verir."(Nuh" surəsi, 12-19 ayələr )
    Sonra buyurdu: – Hansı dua istiğfardan daha üstün və bərəkəti (hər şeydən) artıqdır?!
    3-allahin əzabindan amanda olmaq
    Əli (ə) buyurur: – "Yer üzərində Allahın əzabından iki aman (vasitəsi) var idi: Onlardan biri sizin aranızdan getmişdir, çalışın ki, o birisini qoruyub saxlamaqda ciddi olasınız. Sizin əlinizdən gedəni Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-dir, aranızda qalanı isə istiğfar etmək və günahlardan bağışlanmaq istəməkdir. Çünki Allah-Taala buyurur: "(Ey Muhəmməd!) Sən onların arasında olduğun halda Allah onlara əzab göndərməz; (həmçinin) istiğfar etdikləri halda halda da Allah onları əzaba düçar etməz"("Ənfal" surəsi 34, "Nəhcül-bəlağə", hikmət 88 )
    4-əmək haqqi
    Əli (ə)-ın dostlarından biri xəstələnmişdi. Həzrət ona buyurdu: "Allah sənin xəstəliyini günahlarının tökülməsi (bağışlanması) səbəbi qərar versin. Çünki xəstəliyin (özünün) əcr və savabı yoxdur, lakin (o,) günahları ağacın yarpaqları kimi tökür. Əcr və savab yalnız dildə deyilən sözlər və əməldə baş verən işlər müqabilindədir. Allah batini pak və əməli yaxşı olan bəndələrindən hər birini istəsə behiştə aparır."(Nəhcül-bəlağə", hikmət:42 )
    5-zöhd
    Əli (ə) buyurur: "Bütün zöhd Quranın iki cümləsində qərar tapmışdır: "... ki, əlinizdən gedənlərə qəmgin olmayasınız, sizə verilənlərə (də) sevinməyəsiniz."("Hədid" surəsi, ayə:22 ) Hər kəs keçmişinə təəssüflənməsə və gələcəyindən fərəhlənməsə, zöhdün hər tərəfinə malik olmuşdur."("Nəhcül-bəlağə", hikmət:377 )
    6-qorxu və ümid
    Əli (ə) buyurur: – Bu ümmətin ən yaxşı şəxsi üçün belə, Allahın əzabından əmin-amanlıq hiss etmə. Çünki Allah-Taala buyurur: "Allahın məkr və tədbirindən, xəsarətə uğrayanlardan başqası əmin-amanlıq hissi keçirməz."("Əraf" surəsi, ayə:99 ) Bu ümmətin ən pis şəxsi üçün belə, Allahın rəhmət və mərhəmətindən ümidsiz olma, çünki Allah-Taala buyurur: "Həqiqətən Allahın rəhmətindən fasiqlərdən başqası ümidsiz olmaz."("Yusif" surəsi, ayə:87; "Nəhcül-bəlağə", hikmət:377 )
    Category: Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri | Added by: Islam_Kitabxanasi
    Views: 856 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024