İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Məad

    Məad
    2011-12-21, 10:19 AM
    KİMSƏ İNKAR ETMƏDİ
    Əql hökm edir ki, eşitdiyimiz sözlər qeyri-mümkün (məhal) deyilsə, onu inkar etməməli, əksinə, mümkün hesab etməliyik. Məsələn, bir astranom Ayın Yerin ətrafında fırlandığını, Marsın da ətrafında fırlanan ulduzların (peyklər) mövcud olduğunu deyirsə, görəsən bu xəbəri eşidəndə inkar etməliyikmi?! Əksinə, mümkündür ki, bu xəbər doğru olsun. Şeyxür-Rəis deyir: "Əgər eşitdiyiniz xəbərin ziddinə dəliliniz yoxdursa, onu mümkün hesab edin. Məsələn, eşitsəniz ki, dünyaya ikibaşlı uşaq gəlib, əql üçün qeyri-mümkün olmadığında, bu xəbəri mümkün bilin.”
    ÜÇ NÖV XƏBƏR
    1. Qeyri-mükünlüyünə əqli dəlil olmayan xəbər inkar edilməməlidir.
    2. Ziddinə dəlil olmamaqla yanaşı, bu xəbərə sadiq və doğruçu şahid varsa, əqlin hökmü ilə bu xəbər qəbul olunmalıdır.
    3. Əgər xəbər verən şəxsin Allah-Taala tərəfindən mö”cüzə kimi bir sənədi, şəhadətnaməsi varsa, bu xəbər tam yəqinliklə qəbul olunmalıdır.
    MƏADIN OLMAMASINA ƏQLİ DƏLİL YOXDUR
    Ölümdən sonra sual-cavabın olmayacağına kimin dəlili var?! Kim iddia edə bilər ki, qəbir sıxıntısı, bərzəx və Qiyamət yoxdur?! Siz əql sahibləri özünüz mühakimə edin: bir astronomun "Marsla Merkuri arasında dörd min ulduz var” deməsi ilə Həzrət Peyğəmbərin "kafir üçün qəbirdə 99 əjdaha var” deməsinin nə kimi fərqləri var? Əgər kimsə iddia edərsə, astronom hiss vasitəsilə deyib, bilməlidir ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) də hiss vasitəsi ilə xəbər verib. Dində məhşur "Mer”ac" gecəsində o Həzrət hər şeyi gövdü və müqəddəs ruhu hər şeydən xəbərdar oldu. bəli, hissin əyri-əskiyi ola bilər, amma Həzrətin qəlb gözü yanıla bilməz.
    HƏZRƏT MƏHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) MÜTLƏQ DOĞRUÇUDUR
    Bəli Həzrət (səlləllahu əleyhi və alihi və səlləm)-in buyurduqları atronomların dediklərindən qat-qat ucadır. Onun dediklərini inkar etmək əqli zəiflikdəndir. Buyurduqlarının ziddinə heç bir dəlil olmayan Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mütləq doğruçudur. Hələ İslamdan əvvəl onu Məkkədə "Əssadiqül-əmin” adlandırmışdılar. Onun peyğəmbərlik sənədi və əbədi mö”cüzəsi Qurani-Kərim hər zaman qarşımızdadır. Belə bir şəxsin qəbir sorğusu, Qiyamət barədə buyurduqlarını necə qəbul etməmək olar?!
    HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM)IN ANASININ DƏFN MƏRASİMİ
    Fatimə binti Əsəd vəfat edəndə Əli (əleyhissalam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in hüzuruna ağlar gəlib, anam dünyadan getdi” xəbərini verdi. Bir müddət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)a analıq etmiş bu sevimli qadın haqqında Həzrət buyrdu: "Mənim anam dünyadan gedib.” Kəfən zamanı Həzrət öz köynəyini gətirib, "ona bürüyün” buyurdu. Sonra qəbirdə bir müddət uzanıb dua etdi. Dəfndən sonra qəbrin başında dayandı və birdən uca səslə "ibnəki, ibnəki, la Əqil, la Cəfər” dedi. Həzrətdən bu əməllərin səbəbini soruşulanda buyurdu: "Bir gün Qiyamətin üryanlığından söhbət düşəndə, Fatimə ağlayıb, onu öz göynəyimə bükməyimi istədi. Qəbir əzabından qorxduğu üçün qəbirdə uzanıb, dua etdim. Qəbirdə Allah və Peyğəmbər barədə olan suallara cavab verən Fatimə İmam barəsindəki sualda tutuldu (çünki İmamət əmri aşkar olmamışdı), ona görə mən dedim ki, Cəfər yox, Əqil yox, söylə oğlun Əli.”
    FATİMƏ GƏLƏCƏK ƏZABDAN QORXUR
    Fatimə binti Əsəd kimi əzəmətli bir şəxs, Kəbə daxilində üç gün Allaha qonaq qalmış kəs, Həzrət Əli (əleyhissalam)-ın pak vücudunu böyütmüş ana, Peyğəmbərə ikinci iman gətirmiş qadın, o sayaq ibadət əhli sonrakı əzablardan bu cür qorxursa və Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) ona bu sayaq kömək edirsə, gəlin biz də özümüzü fikirləşək.
    Qayıdaq söhbətimizin davamına.
    CİSMANİ BƏDƏNƏ RUHUN TƏSİRİ
    Bərzəxdə nemət və ya əzab ruha aid olsa da bəzən ruhun qüvvəsindən bədən də təsirdə olur. Bəzən ruhun həyat qüvvəsindən qəbirdəki bədən min il ötsə də, çürümür, təravətini itirmir. Sübut üçün çox mövzular vardır. Məsələn, təqribən Fətəlişah döründə təmir məqsədi ilə İbn Babəveyhin (r) sərdabəsini açır və cənazənin, kəfənin zərrəcə çürümədiyinə şahid olurlar. Ən maraqlısı isə odur ki, dəfndən doqquz yüz il keçməsinə baxmayaraq, onun dırnaqlarındakı hənanın rəngi getməmişdi.
    SƏDUQUN CƏSƏDİ TƏRAVƏTLİ QALMIŞDI
    "Rovzatül-cənnat” kitabında yazılır: 1238-ci ildə güclü yağış Şeyx Səduqun (r) məqbərəsini uçurtdu. Təmir məqsədi ilə şərif qəbrə daxil oldular və cəsədin tamamilə səhih, salamat qaldığını gördülər. Cənazənin dırnaqlarında hənanın əlamətləri vardı. Bu xəbər Tehranda yayılıb, Fətəlişahın qulağına çatdı. Sultan özü bir dəstə alim və dövlət işçiləri ilə bu xəbəri yoxlamağa gedib, deyilənlərin həqiqiliyinə şahid oldular. Sultan binanın təmir edilib, güzgülənməsini əmr etdi.
    HÜRRÜN TƏRAVƏTLİ CƏSƏDİ VƏ BAŞINDAKI DƏSMAL
    Mühəddis Cəzairi "Ənvari-nö”maniyyə” kitabında Hürr ibni Yəzidin qəziyyəsini nəql edir: Şah İsmail Səfəvi Kərbəlaya gəldiyi vaxt eşidir ki, (Kərbəlada Yezid qoşunundan üz döndərib İmam Hüseyn Əleyhissalamın yoldaşlarına qoşulan) Hürrə tənə edib, onun haqqında pis danışanlar var. Onun Allah-Tərəfindən bağışlanıb, sevimli bəndə olmasını sübut etmək üçün Şah İsmail qəbrin açılmasını əmr edir. Qəbri açıb, cənazənin təravətli qaldığına şahid olurlar. Sanki, yenicə şəhid olmuş Hürrün başında Həzrət Hüseyn (əleyhissalam)-ın dəsmalı bağlanmışdı (Tarixə görə Aşura günü bu dəsmalla İmam Hürrün yarasını bağlamışdı). Şah İsmail bu dəsmalı öz kəfəninə qoymaq üçün açdırır. Qan axdığını görüb, yaranı başqa dəsmalla bağladılar, amma qan dayanmadığından həmin dəsmalla bağlamağa məcbur oldular. Hadisə Hürrün haqqındakı pis fikirləri aradan götürdü. Şah İsmail burada məqbərə tikdirib, xidmətçi təyin etdi.
    KULEYNİNİN QƏBRİNDƏ SÜDƏMƏR KÖRPƏ
    Məşhur "Kafi” kitabının müəllifi Kuleynini qəbri Bağdadda yerləşir. Zalım hakimlərdən biri Kazimeynə ziyarətin qarşısını almaqdan ötrü İmam Kazim (əleyhissalam) qəbrini uçurmaq fikrinə düşür. Qəlbən şiə olan vəzir öz əqidəsini açmamaqla, yolüstü Kuleyninin qəbrini hakimə göstərib, deyir: Gördüyün qəbir İmamın nümayəndələrindən birinin qəbridir. Deyirlər ki, onun cəsədi çürüməyib, təzədir. Gəl, bu sözü yoxla. Əgər doğru çıxsa, İmamımn qəbrinə toxunmağın məsələhət deyil.” Hakim qəbul etdi. Dərhal Kuleyninin qəbrinin açılması əmr olundu. Qəbri açıb cəsədin çürümədiyinə əmin oldular. Ən təəccüblüsü isə cəsədin yanında təravətli südəmər bir körpə cəsəd də vardı. Bu körpənin kimə məxsus olduğu məlum deyil. Bildiymiz budur ki, həyat çeşməsinə bağlı olanlar da ondan faydalanarmışlar. Əlbəttə, bütün xeyirlərin mədəni Həzrəti Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in ailəsidir. Onların, İmam övladalarının, həqiqi alimərin qəbirlərindəki mö”cüzələr həmən həyatın əsərləridir. Bu səbəbdən də onların cəsədləri çürüməmişdir.
    Əksinə, insan əzab, od əhlidirsə, ruhun çəkdiyi əzablar cəsədə də sirayət edər. Abbasilər Əməvilərə qalib gəldikdən sonra onların qəbirlərini xaraba qoydular. Məlun Yəzidin qəbri açılanda qəbirdə cəsəd uzunluqda kül xətdən başqa bir şey tapılmadı.
    BƏRZƏX ALOVU QƏBİRDƏN ŞÖ”LƏ SAÇIR
    Mərhum Şeyx Məhmud Əraqi "Darüs-səlam”da mö”təbər şəxslərdən nəql edir ki, buyurublar: Tehrandakı İmamzadə Həsən qəbirstanlığına getdik. Hələ gün batmamışdı. Dostlardan biri bir qəbrin daşı üstə oturdu və elə o an da fəryad çəkdi ki, məni qaldırın. Məzarın daşı eynən alov kimi idi. Ruhun əzabının şiddətindən hətta qəbir daşı da qızmışdı. Mən qəbir sahibini tanıyıram. Rüsvay olmasın deyə, adını çəkmirəm.
    Qumda dəfn edilmiş daha bir nəfərdən danışılır ki, qəbrindən od şö”ləsi qalxıb, məqbərənin xalçalarını yandırmışdı.
    Şeyx Şüştəri öz moizələrində buyurub: Quranda buyurulur "narun hamiyə”, yəni "isti alov.” Görəsən soyuq alov da varmı? Bəli. Əgər müqayisə olunsa, dünya alovu bərzəx və Qiyamət alovuna nisbətən çox soyuqdur.
    DÜNYADA ƏN BÖYÜK ALOV ŞİMŞƏKDİR
    Buyurur, ağac alovunu şimşək alovu ilə müqayisə edin. Şimşək buludların toqquşmasından yaranan lətif alovdur. Toxunduğu cismi yandırıb uzaqlaşır. Yandırdığını heç bir şey söndürə bilmir. Ağacı vurduqda tamamilə külə döndərir. Dənizə düşdükdə, hətta suyun altındakı balıqları da yandırır. Bəli, ağacdan da alğv yaranır. Amma bu alovu bir ovuc torpaq və ya su sndürür. yandırıcılığı da məhduddur.
    Aydın olur ki, digər bir aləmin alovu bu dünyanın heç bir alovu, hətta şimşək alovu ilə də müqayisə edilə bilməz. Bərzəxdə ruhi əzabda olan insanın qəbirdəki cəsədinin də təsirlənməsi mümkündür. Əlbəttə ki, həmişə yox. Əksinə, bəzi Allah dostlarının məzarında heç bir ətir səpələnmədiyi halda xoş qoxular, müşk, ətir qoxusu duyulmaqdadır.
    KİMLƏR ÜÇÜN QORXULU DEYİL?
    Əhli-beyt (əleyhissalam)-dan xoş bir müjdə yetişib ki, bir dəstəni Allah-Taala qəbir qorxusu qəbir sıxıntısı rvə bərzəx əzablarından amanda saxlayır. Əvvəl o adamları ki, təlqin olunmuş olsunlar. Zahirən dəfndən sonrakı üçüncü təlqin nəzərdə tutulur. Yəhya ibni Əbdüllah deyir ki, İmam Sadiq (əleyhissalam) buyurdu: "Nə edə bilrəsiniz ki, sizin meyyitləriniz Nəkir və Münkərdən amanda qalsınlar?” Soruşdum ki, nə edək, buyurdu: "Meyyit dəfn olunduqdan sonra onun vəlisi qəbrin yanında durub ağzını qəbrin baş tərəfinə yaxınlaşdırsın, sonra uca səslə təlqin desin. Təlqindən sonra Münkir Nəkirə deyər: "Gedək, höccəti, cavabı ona təlqin etdilər.” Təlqin 3-dür: Öləndə, dəfn zamanı qəbirdə və dəfndən sonra. Kimsə deməsin ki, ölü nə eşidir deyilənləri! Əvvəldə qeyd olunmuşdu ki, ruh oradadır və bizdən daha yaxşı eşidir. Deməyin ki, ölü ərəb dilini bilmir. Bu dünyadan köçən adam üçün bütün dillər eynidir. Məhdudluq bu dünyanın xüsusiyyətidir.
    İLAHİ RƏHMƏTİN NÜZULU ZAMANI ÖLÜM
    Növbəti qəbir əzabından amanda qalacaq dəstə cümə axşamının günortasından cümənin günortasınadək dünyadan gedənlərdir. Çünki bu müddət ərzində ilahi rəhmət nazil olur. Ölənlər həmin rəhmət yağışında Allah dərgahına qovuşduqlarından, rəhmət ağuşunda olarlar. Bu güzəşt əslində ilahi lütfdən olub bəndənin bağışlanması üçün bəhanədir.
    XURMA BUDAĞI VƏ 40 NƏFƏRİN ŞAHİDLİYİ
    Vəd edilmişdir ki, qəbrə qoulan çubuq, budaq qəbir əzabına mane olar. Yaxşı olar ki, budaq xurma ağacından və tər, yaş olsun. Həzrət Baqir (əleyhissalam) buyurmuşdur: "Nə qədər ki, budaq yaşdır, nəmdir meyyitə əzab verilməz və çubuq quruduqdan sonra əzabı iki çubuqca olmaz, inşallah!” Əzabdan amanda qalmağın digər səbəbi meyyitin yaxşılığına 40 nəfərin şəhadət verməsi və onun bağışlanmasını istəmələridir. "Ənvari-nömaniyyə”də İmam Sadiq (əleyhissalam)-dan nəql edilmişdir ki, Həzrət buyurdu: "Əgər 40 nəfər şəxs meyyitin yanında hazır olub "Xudaya, biz onun yaxşılığından başqa bir şey bilmirik” desələr, Allah-Taala buyurar: "Onun haqqındakı şəhadətinizi qəbul edib sizin bilmədiklərinizi bağışladım.”
    NƏ ÜÇÜN DAVUD PEYĞƏMBƏR ABİDİN CƏNAZƏSİNƏ NAMAZ QILMADI?
    Bəni İsrail tayfasında bir abid şəxs vardı. Allah-Taala Davud peyğəmbərə vəhy etmişdi ki, bu şəxs riyakardır. Ona görə də həmin abid öləndə Davud (əleyhissalam) onun dəfnində iştirak etmədi. Başqaları gəldilər və 40 nəfər şəxs ona namaz qılıb dedilər: "İlahi, biz onun barəsində yaxşılıqdan başqa bir şey bilmirik. Sən onu daha yaxşı tanıyırsan. Bağışla onu!” Qüsl veriləndə də 40 nəfər gəlib həmin cür dedilər. Çünki daxildən tanımırdılar. Davud (əleyhissalam)-a vəhy olundu ki, nə üçün ona namaz qılmadın? Ərz etdi ki, Xudaya, Sən onun riyakar olduüunu xəbər vermişdin. Nida yetdi ki, doğrudur, amma bir dəstə adam onun yaxşılığına şəhadət verdiyi üçün Biz də imza etdik və bağışladıq.” Əzabdan amanda qalmağa haqqı olmayan kəsin bu yolla bağışlanması da Yaradanın bir fəzlidir.
    MƏCLİSİNİN KƏFƏNİNƏ HÜSEYN (ƏLEYHİSSLAM)IN TÜRBƏTİ İLƏ YAZILMIŞ ŞƏHADƏT
    Xeyir əməl sahibləri öz kəfənlərini hazırlayaravə möminlərin o kəfənə (kəfən sahibi haqqında) şəhadətlərini yazmalarını xahiş edərdilər. Mühəddis Cəzairi nəql edib ki, sutadı Əllamə Məclisi möminlərdən istəyib ki, onun kəfəninə Hüseyn (əleyhissalam)-ın türbəti ilə (kəfən sahibinin imanına) öz şəhdətlərini yazsınlar. Belə yazıblar: "İmanına şəkk yoxdur”, sonra adlarını yazıb, möhür vurublar.
    Eləcə də qəbrə və kəfənə Həzrət Hüseyn (əleyhissalam)-ın türbətindən qoymaq, meyyitin alnına və iki övcuna türbət çəkmək fövqəl-adə təsirli işlərdəndir.
    ÖLÜMDƏN SONRA İNSANA YETİŞƏCƏK XEYİR İŞLƏR
    Ölən şəxsin yerinə, onun üçün bu dünyada görülən işlər bərzəx və Qiyamətdə həmin şəxs üçün faydalıdır. Məsələn, bir işin savabını ölənə hədiyyə etmək, borcunu ödəmək, qəza namaz və orucunu, boynunda qalmış vacib həccini yerinə yetirmək, ölən üçün Allah yolunda sədəqə vermək, dua edib bağışlanmasını istəmək və s. Bu barədə Əhli-beyt (əleyhissalam)-dan çoxlu rəvayət gəlib. İstəyənlər "Vəsailüş-şiə” kitabına müraciət edə bilərlər. Xülasə, Allah-Taala ölən üçün işlərin savabını mərhuma çatdırır və bu işi görən adama neçə qat artıq savab mərhəmət edir.
    MEYYİT ÜÇÜN HƏDİYYƏLƏR
    Həzrət Sadiq (əleyhissalam) buyurur: "Meyyit sıxınıtı və narahatlıqda olduğu zaman, bəzən onun üçün rahatlıq yaranar, ona deyərlər ki, bu rahatlıq dünyada filan şəxsin sənin üçün hədiyyəsinin nəticəsidir.”
    Bəzi bəxşişlərin meyyit üçün daha çox savabı olar, "Vəsail” kitabında İmam Sadiq (əleyhissalam)-dan belə rəvayət olub:
    Xudavənd Cəbrəilə əmr edər ki, hər birinin əlində Behişt neməti dolu xonça olan yetmiş min mələklə həmin qəbrə doğru getsinlər və "ey Allahın dostu, salam olsun sənə, bunlar filankəs oğlu filankəsin sənə göndərdiyi hədiyyədir”, desinlər, sonra qəbri nurla dolar...
    ÖLÜLƏRİN DİRİLƏRDƏN İSTƏYİ
    "Cameül-əxbar” kitabında Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dan nəql edilmişdir ki, buyurub: "Öz ölənlərinizə hədiyyə göndərin.” Soruşdular ki ölülaərin hədiyyəsi nədir? Buyurdu: -Sədəqə və dua. Hər cümə axşamı möminlərin ruhları dünya asimanında öz evlərinin müqabilinə gəlib, həzin səslə ağlayıb fəryada edərlər ki, qy mənim əhlim, ey mənim övladlarım, ey atam, ey anam, ey qonşularım, bizə mehribanlıq göstəri, Allah sizə rəhmət etsin, əlimizdə onlardan bizə catan əzab və hesab oldu, xeyri özgələrə çatdı, bizə mehribanlıq göstərin bir dirhəmlə, bir parça çörklə, bir paltarla...”
    BƏRZƏX BU DÜNYADAN QEYBDƏDİR
    Bəziləri belə bir sual verə bilərlər ki, bu genişlikdə oülan bərzəx aləmi harada yerləşir.?
    Əlbəttə, əqlimiz bunu dərk edə bilməz. Onu deyə bilərik ki, bərzəx bu dünyadan qeybdədir. Bu məsələni anlaağımız üçün rəvayətlərd bir sıra misallar çəkilib. Məsələn, yerdən göyədək bütün dünya bərzəxlə müqayisədə ucsuz-bucaqsız biyabandakı kiçik üzük həlqəsini xatırladır. Dünyada olan insan almadakı qurd, ana bətnindəki uşaq kimidir, yalnız öldüyü zaman azad olur. Doğrudur ki, başqa bir yerə getmir, həmin aləmdə möuddur, amma məhdudiyyətlərdən azad olur. Maddi məfhumlar olan zaman və məkam məhdudiyyətləri onun qarşısından götürülür.
    BƏRZƏX ALMİ DÜNYANIN MÜHİTİDİR (MÜHİT-ƏHATƏ EDƏN)
    Ana bətnindəki körpəyə, çöldə ana bətnindən qat-qat geniş bir aləm olduğu deyilsə, dərk edə bilməz. Biz də ana bətni ilə bərzəx arasında eyni vəziyyətdə olduğumuzdan, bərzəxi anlamırıq.
    Qurani Məcid buyurur: "Sənin üçün nə hazırlandığını kimsə bilmir.” Bəli, biliklərimizi sadiq, doruçu şəxslər xəbər verdiyinə görə, biz də təsdiq edirik.
    Bu dünya ana bətində mühit (əhatə edən) olduğu tək, bərzəx də bu dünyaya mühitdir-bundan dəqiq izahat, ifadə yoxdur.
    RUHLARIN BİR-BİRLƏRİ İLƏ ÜNSİYYƏTİ VAR
    İsbəğ ibni Nəbatə deyir: Mövlam Əmirəl-möminin Əli (əleyhissalam)-ın Kufə darvazasında səhra ilə üzbəüz durduğunu gördüm. Sanik, kiminləsə danışırdı, amma kimsə görünmürdü. Mən də dayandım, bir az ötdü, yorulub oturdum.
    Bir dəfə də durdum, əyləşdim, amma Həzrət Əli (əleyhissalam)-dayanıb söhbət edirdi. Ərz etdim, ya Əli, kiminlə danışırsan? "Söhbətim möminlərlədir” buyurdu. Soruşdu möminlərlə? Buyurdu: Bəli, o şəxslər ki, dünyadan getmişdilər, indi buradadırlar. Sual verdim ki, ruhdurlar, yoxsa cism? Buyurdu: "Ruhdurlar. Kaş onların toplanaraq, ünsiyyət saxlayıb, ilahi nemətlərini necə yad etdiklərini gördəydin!”
    Category: Məad | Added by: Islam_Kitabxanasi
    Views: 730 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024