İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:18 AM
    YETMİŞ ALTINCI MƏKTUB
    19 Səfər 1330
    1. O, atifə və hissə qapılırdı.
    2. "Hüsn və əqli qəbahət”in sübutu.
    3. Səhih xəbərlər Ümmül-mömininin dediklərinə ziddir.
    4. Ümmü-Sələmənin hədisi Ayişənin hədisindən irəlidir.
    Birinci məsələnin cavabında xatırlatdınız ki, Ümmül-mömininin həyatının seyri və tarixindən məlum olur ki, o, atifi (hisslərə) təslim olmazmış və hədisin nəqlində şəxsi qərəzlərdən uzaqmış. Mən sizdən xahiş edirəm, özünüzdən təqlid qeydini və atifəni kənar edib bir daha onun həyat tarixinə bir nəzər salın. Onun şərhi-halına sevənlər və müxaliflərinin münasibətini götür-qoy etməklə diqqət yetirin. O şərtlə ki, bu müqayisə çox diqqət və düşüncəylə yerinə yetirilsin. Onda görəcəksən ki, onun həyatında atifə hissləri olduqca barizdir. Xüsusilə, onun Osmanla söhbəti və rəftarını unutmayın. Onun Əli, Fatimə, Həsən və Hüseynlə (ə) açıq və gizli, Peyğəmbərin (s) digər zövcələri ilə rəftarını, hətta Rəsulullahın özü ilə rəftarını nəzərə alın. Hökmən onda atifə və qərəzi tamamilə müşahidə edəcəksiniz.
    Nümunə üçün kifayətdir ki, yalançıların Mariya və övladı İbrahim haqqındakı böhtan və töhmətini Ayişənin necə təsdiq etdiyini nəzərə alasınız. Nəhayət, Allah ona və onun övladına Əmirəl-mömininin böyük zəkası ilə bəraət qazandırdı. Qurani-kərim bu barədə buyurur: وَرَدَّ اللَّهُ الَّذِينَ كَفَرُوا بِغَيْظِهِمْ لَمْ يَنَالُوا خَيْرًا "Allah kafir olanları rədd etdi. Onlar qeyz ilə yandılar və heç bir xeyrə nail olmadılar.” Siz bu əhvalatda Ayişənin hissə qapılma halını aydın görəcəksiniz.
    Əgər onun bundan da artıq hissə qapılma hallarını bilmək istəyirsənsə, bax gör Rəsulullaha nə deyir: "Səndən "məğafir” iyi gəlir.” Nəhayət, bu yolla o, Peyğəmbəri "Ümmül-möminin Zeynəb”in mənzilində bal yeməkdən çəkindirir. O əgər çox adi şeyə görə belə bir mətləbi özündən düzüb-qoşaraq Peyğəmbərə aid edirsə, Əliyə (ə) "vəsayət”i inkar edən hədisi ondan necə qəbul edə bilərik?
    Onun Nömanın qızı Əsmanın toyunda qərəzli rəftarını unutma ki, Peyğəmbərlə toy gecəsi ona dedi: "Peyğəmbərin o qadından xoşu gəlir ki, daxil olanda ona (Peyğəmbərə) desin: "Mən Allaha səndən pənah aparıram.” Məqsədi bu idi ki, Peyğəmbər (s) ona nifrət etsin və o möminə qadın Peyğəmbərin gözündə kiçilsin. Guya, Ümmül-möminin belə bir işi Rəsulullaha (s) aid etməyi özünə caiz sayırdı, istər bu iş əhəmiyyətsiz olsun, ya da haram, təki o öz məqsədinə çatsın.(Hücurat surəsi, 11-ci ayə.)
    Həmçinin Allahın rəsulu (s) bir dəfə onu məmur etdi ki, bir qadını izləsin və qadının vəziyyətindən onu xəbərdar etsin. Amma, Ayişə yenə müəyyən qərəzi üzündən gördüklərindən başqa şeyi danışdı .
    Həmçinin bir gün Rəsulullah (s) (ondan) atasına şikayət edərkən özünü saxlaya bilməyib Peyğəmbərə "ədalətli rəftar et” – dedi. Bu zaman atası ona elə bir sillə vurdu ki, qanı paltarının üstünə töküldü.
    Bir dəfə Rəsulullahın (s) yanında hirslənərkən Həzrətə (s) dedi: "Sən Allahın rəsulu olduğunumu güman edirsən?”
    Deməliyəm ki, bu qəbildən olan əhvalatlar çoxdur. Onların dərin tədqiqi və zikri bu məktuba münasib deyil və verdiklərimiz kifayətdir.
    2. İkinci cavabınızda buyurmusunuz ki, sünnilər "hüsn və əqli qəbahət”ə qail deyil və bu haqda izahat vermisiniz. Amma mən məsələyə sizin belə yanaşmağınızı bəyənmirəm. Çünki bu söz səfsətəçilərin fikrinə oxşayır və onlar kökündən hissi duyğuları inkar edirlər. Belə ki, bir çox işlər hamı tərəfindən müsbət və təriflə qarşılanır (istər şəriət desin, istər yox). Bu tələb o işlərin özünün zatındandır. Məsələn, ehsan, ədalət və s. kimi ki, onlar zatən yaxşıdır və biz vicdanla onların yaxşılığını dərk edirik. Bəzi işlər də var ki, qəbahətli və pisdir. Onlara qarşı məzəmmət və ikrah hissi zatlarındakı müəyyən sifətlərlə bağlıdır. Pislik və zülm zatən pisdir və ağıl onun qəbahətinə təbii şəkildə hökm edir.
    Fitrətin zəruri hökmüdür ki, deyir yaxşılıq edənlə pislik edən arasında fərq var. Çünki, ağıl müstəqil surətdə dərk edir ki, birinci qismə tərif, mükafat, ikinci qismə isə məzəmmət və qisas düşür. Bu barədə şəkki olan öz ağlı ilə bəhs və mübarizəyə qalxmışdır. Əgər zikr etdiyimiz məsələlərdə şəriətə uyğun hüsn və qəbahət varsa, bunu yalnız şəriət və din münkirləri qəbul etməməlidirlər. Halbuki onlar dini qəbul etməsələr də, ədalət və ehsanın hüsnünü (yaxşılığını) qəbul etmişlər. Zülm və təcavüzün pisliyini qəti qəbul edirlər. Bu işdə onların əsaslandıqları ağıldır, vəssalam. Buna görə də siz öz ağlı və vicdanı ilə mübarizə və ümum ağıl sahiblərinə bədihi bir şeyi inkar edənin sözünü burax getsin. Belə adamlar təbiətin (vicdan) əksinə hökm verirlər. Çünki Allah, bəndələrini ağılları vasitəsiylə bir çox həqiqətləri dərk etmə qabiliyyəti fitrəti ilə yaratmışdır. Buna görə də insanın yaradılışı elədir ki, ədalətin hüsnünü, zülmün qəbahətini şüurlu surətdə dərk edir. Belə ki, dadbilmə ilə balın şirinliyini, hənzəlin (yabanı bitki) acılığını dərk edir, iybilmə ilə müşkün ətrini və murdarın pis iyini, ləms (toxunmaq) ilə əşyanın yumşaqlığı və bərkliyini, həmçinin, gözlə gözəl və pis mənzərəni, eşitmə hissi ilə ruh oxşayan neyin səsini ulağın səsindən fərqləndirir. Bu Allahın insana bəxş etdiyi fitrətidir. "Elə fitrət ki, Allah insanları onun əsasında yaratmışdır. Allahın xilqətində dəyişmə yoxdur. Bu möhkəm qanundur, amma adamların əksəriyyəti bilmirlər.”
    Əşairə (sünni əqidə cərəyanı) istəyir ki, şəriətə imanda və onun qanunlarına təslimdə həddi aşaraq ağlın hökmünü inkar edib demiş: "Hökm yalnız şəriət hökmüdür.” Amma diqqətsizlikdən yağışdan çıxıb yağmura düşərək çıxış yolunu üzlərinə bağlayıblar. Çünki, bu hökmdən sonra şəriətin əslinin sübutu şəri dəlillərə əsaslanaraq dövrə səbəb olar və ləğv baş verər. Əgər ağıl əvvəlcə dinin əsasını qəbul etməsə, heç nə sübuta yetməz. Yeri gəldikcə, alimlərin bu barədə nəzərləri təfsilatı ilə veriləcək.
    3. Amma Ümmül-mömininin "Peyğəmbər onun sinəsinə söykənmiş halda dünyadan getdi” – iddiası pak Əhli-beyt (ə) təriqiylə çatmış səhih və mütəvatir xəbərlərlə ziddir. Qeyri-Əhli-beyt təriqiylə İbn Səd Əlidən (ə) xəbər vermişdir ki, Peyğəmbər (s) xəstə olarkən buyurdu: "Qardaşımı çağırın. Mən onun yanına gəldim. Mənə buyurdu: Yaxın gəl.” Yaxınlaşdım. O həzrət özünü mənə söykəyərək danışmağa başladı. Hətta ağzının suyundan bir qədər də mənim üstümə axdı. Sonra isə vəfat etdi.”
    Həmçinin Əbu Nəim "Hilyətül-Övliya”da, Əbu Əhməd Fərzi öz nüsxəsində və "sünən” sahiblərindən bir qrupu Əlidən belə nəql etmişlər: "Peyğəmbər (s) ölən zaman mənə elmin min babını (qapısını) təlim etdi ki, hər qapıdan min qapı açılır.”
    Ömər ibn Xəttabdan bu barədə (Peyğəmbərin ölüm vaxtı barədə) soruşulanda deyirdi: "Bu barədə Əlidən soruşun ki, o bu işi öhdəsinə götürmüşdü.”
    Cabir ibn Abdullah deyir ki, Kəbül-əhbar Ömərdən soruşdu: "Peyğəmbərin dediyi axırıncı söz nə idi? Ömər cavab verdi: Əlidən soruşun. Kəb Əlidən soruşdu və o Həzrət cavab verdi: Peyğəmbəri sinəmə söykədim. Başını çiynimə qoydu və buyurdu: Namaz, namaz! Kəb dedi: Düzdür. Peyğəmbərin (s) son sifarişi budur ki, onlar buna görə məmur və məbus olublar. Kəb soruşdu: Kim ona qüsl verdi? Ömər dedi: Əlidən soruşun. Kəb soruşdu və Əli cavab verdi: Mən ona qüsl verdim.”
    İbn Abbasdan soruşuldu: Peyğəmbər (s) öləndə başının kimin dizinin üstündə olduğunu gördünüz? Cavab verdi: Əlinin (ə) sinəsinə söykəmişdi. Ona deyildi: Ürvə Ayişədən nəql etmiş ki, Peyğəmbər (s) onun qucağında vəfat etdi. İbn Abbas onu inkar edib dedi: Sən də buna inanırsanmı? Allaha and olsun ki, Peyğəmbər (s) Əliyə söykənən halda vəfat etdi və ona qüsl verən də o idi.”
    Həmçinin İbn Səd İmam (Əli ibn Hüseyn) Zeynəlabidindən nəql etmiş ki, Allahın rəsulunun (s) başını Əlinin qucağında saxlayaraq dünyadan köçdü.
    Mən deyirəm: Bu barədə başqa Əhli-beyt imamlarından xəbər mütəvatirdir. Bundan əlavə, həmin xəbərləri imamı qəbul etməyənlərdə təsdiq etmişlər. Hətta İbn Səd Şöbədən xəbər vermiş ki, Peyğəmbər (s) başı Əlinin dizi üstündə vəfat etdi və Əli ona qüsl verdi.” Möminlərin əmiri (ə) özü bu mətləbi xalqın hüzurunda xütbələrində buyurmuşdur. Aşağıdakı xütbəyə diqqət yetirmək kifayətdir.
    "Məhəmmədin (s) sirlərini qoruyan əshabə və dostları yaxşı bilirlər ki, mən hətta bir ləhzə belə Allahın ehkam və göstərişlərinə qarşı çıxmamışam. Əksinə, canımı dişimə alıb şücaətlilərin ayaqları əsən, arxa çevirib qaçdıqları döyüş səhnələrində Həzrətə dayaq olmuşam. Bu, Allahın mənə verdiyi bir şücaətdir.
    Allahın rəsulu (s) başı sinəm üstündə ruhunu tapşırdı və mən öz əlimlə o həzrətin gözlərini bağladım.
    Mən ona qüsl verərkən mələklər enib mənə kömək etdilər. Sanki Həzrətin evi dörd tərəfdən nalə çəkirdi. Mələklər dəstə-dəstə yerə enib, göyə qalxırdılar. Onların Peyğəmbərə (s) namaz oxuyan səsləri kəsilmirdi, hətta o vaxta qədər ki, onu öz qəbrində torpağa tapşırdıq. Belə isə, kim o Həzrətə həyatda və ölümündə məndən daha yaxın idi!?”
    Həmçinin deyilir ki, qadınların seyyidəsi Fatimənin (ə) dəfni zamanı (Əli (ə)) belə demişdi: "Ey rəsulullah, mənim və indi sənə qovuşacaq qızın tərəfindən sənə salam olsun! Ey peyğəmbər, misilsiz pak qızının ayrılığından səbrimin kasası dolmuş və taqətim əldən getmişdir. Amma sənin ölüm və rehlətindən sonra (mənə) hər nə müsibət üz versə kiçikdir. (Heç unutmaram,) səni öz əlimlə qəbrə qoyduğum və (vəfatın zamanı) başın sinəmin üstündə ikən ruhunu tapşırdığın anı!”
    Səhih hədisə əsasən Ümmü-Sələmə deyir: "İnandığım o kəsə (Allaha) and olsun, Peyğəmbərə (s) hamıdan yaxın Əli idi. Bir gün səhər Əli gəlməmişdən əvvəl, həzrəti gördük fasiləsiz soruşurdu: Əli gəldi? Əli gəldi? Fatimə ərz etdi: Deyəsən siz onu bir işin dalınca göndərmisiniz. Sonra Əli gəldi. Biz fikirləşdik ki, yəqin onunla xüsusi bir işi var, ona görə də evdən çıxdıq. Mən qapıya hamıdan yaxın idim. Eşidirdim ki, onunla ardı kəsilmədən pıçıltıyla nə isə danışır. Peyğəmbər (s) elə həmin gün ruhunu tapşırdı.”
    Bunlara əsasən, Əli Peyğəmbərin (s) sifariş və vəsiyyətlərində ən yaxın adam olmuşdur. Abdullah ibn Ömərdən gəlib çatmışdır ki, Peyğəmbər (s) xəstə olanda buyurdu: Qardaşımı yanıma çağırın. Əbu Bəkr gəldi. Ay üzünü yana çevirib buyurdu: Qardaşımı çağırın. Osman gəldi. Həzrət yenə üzünü çevirdi. Əlini çağırdılar. Ona yanında olan parçanın altına girməsini əmr etdi və bu vaxt (onu) qucaqladı. Əli çıxandan sonra ondan soruşdular: Peyğəmbər sənə nə buyurdu? Dedi: "Mənə min qapı (elm) təlim etdi ki, hər qapıdan min qapı açılır.”
    Gördüyünüz kimi peyğəmbərlərin davranışına münasib olanlar bu deyilənlərdir, nəinki Ayişənin nəql etdikləri ki, daha çox qadınlara məhəbbət bəsləyənlərin halına uyğun gəlir. Doğrusu, lap desək bir çoban əgər ölən zaman başı arvadının sinəsi, ya dizinin üstündə olsa öz qoyunları haqda sifariş və ya vəsiyyət etməsə, çobanın əməli nöqsanlı deyilmi?!
    Allah Ümmül-möminini bağışlasın, kaş bu fəziləti Əlidən götürmək istəyəndə heç olmasa onu atasına aid edəydi. Amma yox, çünki atası o gün o adamların sırasında idi ki, Rəsulullah özü onları Üsamənin ordusuna göndərmişdi və o vaxt "Cürüf”də yerləşmişdilər. Hər halda, Peyğəmbər vəfat edəndə başı Ayişənin qucağında idi” – sözünü özündən başqası nəql etməmişdir. Amma "Həzrət vəfat edəndə (ata-anam ona fəda olsun) Əlinin sinəsinə söykənmiş halda idi” – hədisi Əli, İbn Abbas, Ümmü-Sələmə, Abdullah ibn Əmr, Şəbi, Əli ibn Hüseyn və digər Əhli-beyt imamlarından nəql olunmuşdur. Buna görə sənəd baxımından üstünlüyü daha çoxdur və Rəsulullahın məqamına daha layiqdir.
    4. Əgər Ayişənin sözünə zidd olan yalnız Ümmü-Sələmənin hədisi olsa belə, yenə Ayişənin sözündən üstün (bir neçə cəhətdən) sayılacaq. Vəssalam.
    "Ş”
    YETMİŞ YEDDİNCİ MƏKTUB
    20 Səfər 1330
    Nə üçün Ümmü-Sələmənin hədisi (zidd olan surətdə) üstündür?
    Allah səni salamat etsin, Ümmü-Sələmənin hədisinin Ayişənin hədisindən üstünlüyünü yalnız əvvəl dediklərinizlə kafi bilməyib, əksinə, sizin fikrinizcə zikr etmədiklərinizin etdiklərinizdən çox olduğunu vurğulamısınız. Allah sənə rəhmət etsin, onları da nə qədər var, zikr et və ondan bir şey azaltma. Çünki indi məqam istifadə, gör-götür vaxtıdır. Vəssalam.
    "S”
    YETMİŞ SƏKKİZİNCİ MƏKTUB
    22 Səfər 1330
    Ümmü-Sələmənin hədisinin deyilənlərdən başqa əsas üstünlüyünün səbəbləri.
    Ümmü-Sələmənin qəlbi Qurani-əzim "nəss”inə əsasən "isğa”ya (haqdan sapma və ayrılma meyli) düçar və hikmətli Allah kitabında tövbəyə məmur olmamış, həmçinin bir ayə belə Peyğəmbərin hüzurunda onun təzahür və müxalifəti barəsində və ondan əlavə o Həzrətin vəsisinə (Əli (ə)) qarşı çıxdığına dəlalət edən bir ayə belə nazil olmamışdır. Elə bir iş görməmişdir ki, Allah ona görə özü başda olmaqla, Cəbrailı, "möminlərin salehi”ni və mələklərini Peyğəmbərin köməyinə göndərsin. Həmçinin Allah onu təlaqla və ondan da yaxşısını Peyğəmbərə (s) verməklə hədələməmiş, tənbih üçün Nuhun və Lutun arvadının aqibətini ona misal çəkməmiş, o qədər Allahın rəsuluna israr etməmişdir ki, Peyğəmbər halal olanı özünə haram etməyə məcbur olsun. Peyğəmbər heç vaxt çıxışlarında onun barəsində Ayişənin evinə işarə edərək "Burada fitnə var, burada fitnə var, buradan şeytanın buynuzu görünür” – deməmişdir. Tərbiyə və ədəb baxımından (Ayişə kimi) o yerə süqut etməyib ki, Peyğəmbər namaz qılarkən ayaqlarını onun qabağına uzatsın və səcdə yerindən Peyğəmbər onu zorla uzaqlaşdırandan sonra kənara çəkib, səcdədən qalxanda yenidən belə etsin.
    Həmçinin onun (Ayişə) Osmana qarşı hay-küy qaldırması, hədələməsi, ona "nəsəl” (qoca köpək) adı qoyması və "Nəsəli öldürün, o kafir olub” – deməsi, qadağan olduğu halda evdən xaric olması halları Ümmü-Sələmədə heç vaxt görünməyib. Çünki Allah Peyğəmbərin xanımlarına onun vəfatından sonra evdə qalmaq əmrini vermişdi. "Əsgər” adlı dəvəyə minib səhranın eniş-yoxuşlarından keçməsi, və "Hövdəb” məntəqəsinin itlərinin ona həmlə etməsi əhvalatları da vardır ki, halbuki Peyğəmbər qabaqcadan ona o dəvəyə minməməyi və itlərin ona həmlə edəcəyi xəbərdarlığını bildirmişdi . Həmçinin Ümmü-Sələmə onun kimi İmamın əleyhinə təşkil olunmuş güclü qoşuna rəhbərlik etməmişdi.
    Buna görə də Ayişənin "Peyğəmbər (s) sinəmə söykəndiyi halda dünyadan getdi” – sözü, onun bu sözü kimidir: "Sudanlılar məsciddə döyüş vəsaitləriylə, xəncər-qalxanla oyun nümayiş etdirirdilər. Peyğəmbər (s) mənə dedi: Baxmaq istəyirsənmi? Dedim: Bəli. O, məni çiyninə aldı. Peyğəmbər onları oyunu daha qızğın surətdə icra etməyə təhrik edirdi ki, mən ləzzət alım. Axırda mən yoruldum. Dedi: Bəsdirmi? Dedim: Bəli. Buyurdu: Get daha.” və ya "Peyğəmbər mənim yanıma daxil olduqda iki kəniz yanımda mahnı oxuyurdu (əcəbcə). Həzrət getdi ki, istirahət etsin. Bu vaxt Əbu Bəkr daxil oldu və məni incidərək bu əməldən çəkindirmək üçün dedi: Bu şeytan neyidir! Özü də Rəsulullahın hüzurunda? Peyğəmbər Əbu Bəkrə buyurdu: Onlarla işin olmasın.” və yaxud "Mən Peyğəmbərlə (s) qaçış müsabiqəsi keçirirdim ki, müsabiqəni uddum. Bir müddətdən sonra mən arıqlayanda yenə müsabiqə keçirdik. Bu dəfə o məni uddu və dedi: Bu dəfəki, o dəfənin əvəzidir.” və yaxud da "Mən qızlarla oynayırdım və rəfiqələrim də bir-bir gəldikcə, bizə qoşulurdu. Peyğəmbər özü də onları mənim evimə gətirərdi ki, birlikdə oynayaq.”, ya da ki, "Məndə yeddi xislət var ki, heç kimdə yoxdur (İmranın qızı Məryəmə verilənlərdən başqa). O yeddi xislət bunlardır: Mələk mənim şəklimdə nazil olub; Peyğəmbər (s) mənimlə bakirəliyimdə evlənib və onun məndən başqa ər görməmiş arvadı olmayıb; Rəsulullaha vəhy nazil olanda biz yorğan altında idik; mən zövcələrinin ən sevimlisi idim; Cəbrailı görmüşəm ki, onu məndən başqa Peyğəmbərin (s) arvadlarından heç biri görməyib; mənim evimdə ruhunu tapşırıb; məndən və mələkdən başqa heç kəs ondan muğayat olmağı öhdəsinə götürməyib.”
    Bunlardan başqa bir sıra digər xüsusiyyətləri də özünə nisbət vermişdir ki, məncə, bu qədər kifayətdir. Amma, Ümmü-Sələmə isə özünə rəhbər və vəsisini isə imam kimi qəbul edərək fərqlənir. Ümmü-Sələmə düşüncəli, ağıllı, mətin inamlı və möhkəm iradəlidir. "Hüdeybiyyə” sülhünün gedişilə əlaqədar yürütdüyü fikri onun ağlının çoxluğuna, dəqiq düşüncəyə, yüksək zəkaya malik olduğunu göstərir. Allah ona rəhmət və bərəkətini göndərsin! Vəssalam.
    "Ş”
    YETMİŞ DOQQUZUNCU MƏKTUB
    23 Səfər 1330
    İcma "Siddiq”in xilafətini qəbul edir.
    Vəsiyyət əhdi və verdiyiniz aydın "nüsus”ların hamısı düzgün olduğu təqdirdə, ümmətin Əbu Bəkr Siddiqə beyəti icmasıhaqqında nə deyəcəksiniz? Bilirsiniz ki, ümmətin icması qəti surətdə höccətdir. Çünki, Rəsulallah buyurub: «لا تَجْتَمِعُ اُمَّتي عَلَي الْخَطاءِ » "Ümmətim xəta üzrə toplaşmazlar.” Həmçinin buyurub: «لا تَجْتَمِعُ اُمَّتي عَلَي ضَلالٍ » "Mənim ümmətim toplaşmış halda zəlalətə düşməzlər.” Bunları necə izah edirsiniz? Vəssalam.
    "S”
    HƏŞTADINCI MƏKTUB
    28 Səfər 1330
    İcma kamil olmamışdır.
    Cavab veririk ki, dediyiniz Allah rəsulunun (s) "Mənim ümmətim xəta üzrə bir yerə toplaşmaz; zəlalət və nahaqdan toplanmazlar” – kəlamlarından yalnız bu ələ gəlir ki, hər bir işdə ümmətim məşvərət üzrə götür-qoy edəndə, nəhayət hamı onu təsdiq edəndə xəta etməz və haqqı tapdamazlar. Bu məna Peyğəmbərin (s) sünnəsindən də başa düşülür.
    Amma ümmətin neçə nəfərinin şəxsi fikrinə əsasən, bir işin həyata keçməsi üçün ümmətin nüfuzlu, başa düşən və iş bilən adamlarını o işə məcbur etmələri, heç də onun düzgün və qanuni olduğuna dəlalət etməyəcək. Bildiyiniz kimi "beyəti-Səqifə” məşvərətlə həyata keçməyib. Əksinə, ikinci xəlifə, Əbu Übeydə və o ikisinə tərəfdar olan neçə nəfərin qiyamı və qəflətən ümmətin qabaqcıl və nüfuzlu adamlarını çıxılmaz vəziyyətə salmaqla iş-işdən keçmiş, İslam ümmətinin ictimai (habelə ətraf məntəqələrin) və dövrün böhranlı vəziyyəti də onlara kömək etmiş və nəhayət, istədiklərinə çatmışlar.
    Əbu Bəkrin özü demişdir ki, ona beyət məşvərət və yekdil fikirlə baş tutmayıb. O, bu həqiqəti xilafətinin əvvəllərində camaatdan üzrxahlıq edərək etiraf edib: «اِنَّ بَيْعَتي كانَتْ فَلْتَةً وَقي الله شَرَّها وَ خَشِيتُ الْفِتْنَة» "Mənə beyət qəfildən və özü də yekdil fikirsiz baş tutub. Mən fitnədən qorxurdum, amma Allah onun şərini aradan götürdü.”
    Ömər özü də xilafətin son cüməsində Peyğəmbərin (s) minbərində söylədiyi xütbəsində aşkar bu məsələyə şəhadət verdi və bu hadisə hər yana yayıldı. Buxari bu xütbəni öz "Səhih”ində kamil vermişdir ki, biz burada yalnız lazım olan hissəni zikr edirik: "Mənə xəbər çatıb ki, filankəs sizə demişdir: Allaha and olsun, əgər Ömər ölsə filankəsə beyət edəcəyik. Əbəda! Heç kəs belə qürrələnməsin və deməsin ki, Əbu Bəkrə də beyət qəfildən, məşvərətsiz oldu və nəhayət, baş da tutdu. Bəli, Əbu Bəkrə beyət o cür olub. Amma, Allah onun şərini uzaq etdi... (Muğayat olun,) kim birinə məşvərətsiz beyət etsə, (bilməlisiniz ki,) nə beyət edən, nə də beyət olunan kəs xalq tərəfindən seçkidən məhrum olacaq. Onlara beyət olunmamalıdır. Çünki, onlar öldürüləcək,çünki, onlar müsəlman icmasına qiymət qoymur və gərək cəmiyyətdən uzaqlaşdırılıb öldürülsünlər.” O, Ömərin sözlərinə bunu da əlavə etmişdir: "Bəli, Peyğəmbərin (s) vəfatından sonra baş verən əhvalatlardan biri də bu idi ki, ənsar bizimlə müxalifətə qalxdı və hamı "Səqifə ibn Saidə”yə toplaşdı. Əli, Zübeyr və onlarla olan adamlar da bizimlə həmfikir olmadılar.” Sonra o, hadisənin gedişatındakı fikir ixtilafı, çəkişmələr və ora toplaşanların hay-küy qaldırma hallarını İslamda təfriqənin səbəbi kimi qiymətləndirmiş, Ömərin Əbu Bəkrlə beyətini də olduğu şəkildə vermişdir.
    Xəbərlər, hədislər və tarixdən çox aydın istifadə olunur ki, hətta nübüvvətə mənsub Əhli-beyt və risalət sülaləsindən bir nəfər belə bu beyətdə iştirak etməmiş, əksinə, onların hamısı Əlinin evinə yığışmışdılar. Bu toplanışda Salman, Əbuzər, Miqdad, Əmmar, Zübeyr, Xüzeymə ibn Sabit, Səid ibn As Əməvi və bir çox başqaları da var idi ki, onların təxəllüfü (beyətdən boyun qaçırmaları) ilə icma necə tam və qanuni ola bilərdi? Bu müxaliflərin arasında bütün Ali-Məhəmməd (s) var idi. Onlar ki, ümmət üçün başın bədənə, həmçinin gözün üzə olan nisbətinə bənzəyirlər. Onlar ki, Peyğəmbərin (s) ağırlıq daşı (səqəleyn) və elminin hamilləri idilər. Onlar ki, Quranla bərabər idilər. Allahın səfirləri idilər. Onlar ki, ümmətin nicat gəmisi, onun "Hittə qapısı”, ümmətin pənah yeri və hidayət bayraqları idilər. Əvvəldə sübut olunduğu kimi, onların yüksək məqam və mövqelərinin dəlilə ehtiyacı yoxdur. Çünki vicdan bədihi olaraq bu həqiqətə şahiddir.
    Buxari və Müslim öz "Səhih”lərində, və "sünən” və "əxbar” yazanlar Əlinin beyətə zidd olmasını yazmış, Fatimənin (ə) beyətdən 6 ay keçməsinə baxmayaraq xilafətin başçısı ilə sülh və barışıqda olmadığını demişlər. Amma 6 ay sonra İslam ümmətinin xeyir-məsləhətini, ağır şərait və mövqeyini nəzərə alaraq məcbur oldu ki, onunla sülh etsin. Bu haqda bir hədis də Ayişədəndir. Orada aydın deyib ki, Zəhra Əbu Bəkrdən küsdü və Peyğəmbərdən sonra onunla danışmadı. Əli onlarla sülh etməyə gələndə onlara dedi ki, haqqımı – xilafəti zor və istibdadla qəsb etdiniz. Bu hədisdən əsla məlum deyildir ki, onun barışığı onlarla sülh vaxtına təsadüf etmişdir. Əbu Bəkrə xitab edərək necə maraqlı və aydın məntiqlə buyurmuşdur:
    «فَاِنْ كُنْتَ بِالْقُرْبي حَجَجْتَ خَصيمَهُم فَغَيْرُكَ اَوْلي بِالنَّبِيِّ وَ اَقْرَبُ» "Əgər sən (Peyğəmbərlə) qohumluğundan istifadə edib öz müxaliflərinə qarşı dəlil gətirirsənsə, başqaları ki Peyğəmbərə (s) səndən daha yaxındır.”
    «وَ انْ كُنْتَ بِالشُّوري مَلَكْتَ اُمُورَهُم فَكَيْفَ بِهذا وَ الْمُشيرُونَ غُيَّبُ» "Və əgər məşvərətlə işin cilovunu ələ almısansa, bu necə şuradır, halbuki məşvərətə toplanmalı adamlar qaib idi!”
    Abbas da Əbu Bəkrə (aralarında olan mübahisə zamanı) eynilə belə cavab vermişdi. İbn Abbas ona demişdi: "Əgər Allahın rəsulu ilə yaxınlığına görə xilafəti mənimsəmisənsə, bizim haqqımızı qəsb etmisən və əgər onun möminlərinin vasitəsiylə ələ gətirmisənsə, biz ki, möminlərin içərisində hamıdan irəli idik və əgər inanırsan ki, möminlərin istək və beyətinə görə xilafəti qəbul etməyi vacib bilibsən, bu isə düz deyildir. Çünki biz razı deyildik və imtina edirdik.”
    Buna görə də, hansı icma Əbu Bəkrin xilafətini sübut edir? Peyğəmbərin əmisindən və əmioğlusu, vəlisi, qardaşı və Əhli-beytindən və ailəsindən sonra, (onlarsız) daha hansı icmadan danışmaq olar!? Vəssalam.
    "Ş”
    HƏŞTAD BİRİNCİ MƏKTUB
    28 Səfər 1330
    Artıq icma ixtilafdan sonra baş tutdu.
    Sünnilər bunu inkar etmir və deyirlər ki, bəli, beyət məşvərət və yekdil fikirsiz, qəfildən və müzakirəsiz baş tutub. Bu məsələdə də şübhə etmirlər ki, "ənsar” müxalif idi və onlar Səd ibn Übeydənin ətrafına toplaşmış və Bəni-Haşim mühacir və ənsardan olan dostları ilə birlikdə razılaşmayıb İmamla birləşmişdilər. Amma deyirlər ki, nəhayət, sonda xilafət Əbu Bəkrin xeyrinə qurtardı və hamı razılaşdı ki, o, imam və rəhbər olsun. Beləliklə, o əvvəlki ixtilaf aradan götürüldü, o çəkişmə tam mənası ilə sona çatdı və hamı əl-ələ verib "Siddiq”ə xeyirxah arxa olaraq aşkar və gizli surətdə ona dayaq durdular. Müharibə edənlə müharibə, sülh istəyənlə sülh etdilər, onun əmrlərinə tabe və ona qarşı çıxmadılar. Beləcə, icma tamam oldu və xilafət quruldu. Artıq, onların təfriqədən sonra söz birliyinə, nifrət və ixtilafdan sonra qəlblərinin ülfətinə görə Allaha şükür edirik! Vəssalam.
    "S”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 732 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024