İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 9:16 PM
    HAKİMLƏ ƏHALİNİN QARŞILIQLI HÜQUQLARI
    Həzrəti Əli (əleyhissalam) bu barədə, Nəhcül-bəlağədə buyurur: "Ay camaat! Mənim sizin boynunuzda və sizin də mənim boynumda haqqınız vardır. Amma sizin mənim boynumda olan haqqınız budur ki, sizə nəsihət edim və qənimət və hüquqlarınızı bərabər şəkildə sizə çatdırım.
    Sizə öyrədim ki, nadan olmayasınız. Sizi tərbiyət edim ki, öyrənəsiniz. Amma mənim sizin boynunuzda olan haqqım budur ki, beytinizdə qalasınız, gizlin və aşkarda dost və ixlaslı olmaq, sizi nə vaxt çağırsam cavab vermək, sizə əmr etdiymə tabe olmaq."
    Bu qarşılıqlı hüquqlarda Həzrət, cəmiyyətdə nəsihət və moizə etmək, iqtisadi və maliyyat məsələlərini insanlara öyrədib tərbiyə etməyin hakimə vacib olduğunu vurğulayır. Hakim, cəmiyyətin maliyyatını və elmi səviyyəsinin şəraitini hazırlamalıdır.
    Amma, hökumətin (əhalinin) haqqı isə evində sabitqədəm olmaq, gizlin və aşkarda hakimi moizə etmək, hakimin dəvətinə cavab vermək və işlərdə ona tabe olmaqdır.
    Başqa yerdə həzrət Əli (əleyhissalam) belə buyurur:
    "Allah-talanın buyurduğu ən böyük vacib olan hüquqlardan biri, hakimin rəiyyətə və rəiyyətin də hakimə olan haqqıdır. Bu, Allahın onlardan hər birinin digərinin boynuna qoyduğu vacibdir. Bu hüquqlara riayət etməyi onlara, nəzm, ülfət, dostuluq və izzət kimi qərar vermişdir. Hakimləri saleh olmayınca rəiyyətin işləri sabit olmayacaq.
    Hakimlər sabit qədəm, möhkəm və haqqa riayət etməyincə, islah olmazlar. Əgər bu iki təbəqə cəmiyyətdəbir-birinin haqqını əda etsələr, din onlar arasında əziz olar, yolları və ədalətləri yerində qalar, ədalət nişanələri, möhkəmlik və İlahi qanunlar öz yerində icra olunar. Bu əsaslara riayət etməklə, zəmanə saleh zəmanə olar. Hökumətin davamı çoxalar. Düşmənlərin tamahları ümidsizliyə çevrilər.”(Nəhcül Bəlağə. 34-ci xütbə.  )
    Həzrət sözlərinin davamında buyurur:
    "Lakin, əgər rəiyyət, hakiminin fərmanına baş qoşmasa, yaxud, hakim rəiyyətə zülm rəva bilsə, o vaxt ixtilaf yaranacaq və zülm çoxalacaq. Dinin xarab olmasına səbəb olanlar dinə daxil olacaq. İlahi qanunlar öz yolundan çıxacaq, həva və həvəslərə əməl olunar. İlahi hakimlərin icrası tətil olar. Xüsusi və ictimai xəstəliklər zühur edər. Bir daha tətil olunmuş əzəmətli hüquqlardan qorxan və çəkinən olmaz. Böyük cinayətlərin pisliyi aradan gedər, nəticədə saleh və yaxşılar zəlil olarlar. Əşrar və pis fitrətli şəxslər əziz olub, bəndələrin günahları Allah yanında böyük görünər. "
    Bu xütbədə, həzrət, hökumətin davamının səbəbləri, hakimlə millət arasında sülh və səfanın olması, nəticədə, cəmiyyətin saədətə nail olmasına işarə etmişdir. Xütbənin başqa qismində bunların əksinə, hökumətin dağılması, cəmiyyətdə aramlıq və əmniyyətin olmaması, yaxşı və saleh şəxslərin ölkədən getmələri, cəmiyyətin iflası, şər və fasid şəxslərin cəmiyyətin işlərini ələ almaları səbəblərinə işarə edir, nəticədə, dini nişanələrin tətil olub zəlaləti, fasidliyi vəcəmiyyətin dağılması bayrağının dalğalanması qeyd olunur.
    İmam Əli (əleyhissalam) sərhəd əsgərlərinə yazdığı məktubda belə işarə edir:
    "Hakimə şübhəsiz vacib olan haqdan biri budur ki, ona çatan nemət və fəzli rəiyyətdən əsirgəməsin və yolunu dəyişməsin. Ona yetişən xüsusi hədiyyələrdən də rəiyyəti məhrum etməsin. Allah-talanın onun qismətinə ayırdığı nemətdən bəndələrə versin ki, onlara yaxın olsun. Qardaşlarına qarşı mehriban olsun və öz mehribançılığından qardaşlarını bəhrələndirsin(Nəhcül-bəlağə .50-ci məktub) "
    Həzrət Əli (əleyhissalam) buyurduğu hər bir şeyə əməl edən idi. Doğurdan da, qısa müddətli hökuməti ədalətli hökumət olub. Cəmiyyətə qarşı mehriban ata kimi olmuşdur. Həzrət özü buyurur:
    "Məgər mənə əmirəl-möminin dedildiynə qənaət edib, əhalinin giriftarçılıq günlərində onlara kömək göstərməyim? Xeyir! Heç vaxt belə ola bilməz "(Nəhcül-bəlağə -45-ci məktub )
    Həzrəti Zeynalabidin (əleyhissalam) buyurur:
    "Hakim, mehriban ata kimi cəmiyyətin üzvlərini öz övladları yerində bilib, onlar arasında bərabərliyə riayət etməlidir. Bu mətləb, həzrəti Əli (əleyhissalam)-ın qısa müddətli hökuməti dövründə əməli olur. İmam Əli (əleyhissalam) özünün Malik-Əştərə yazdığı məşhur məktubunda onu bu mövzuya əməl etməsinə tövsiyə edərək, buyurur:
    "Öz qəlbini, mehribançılıq və dostluqla əhalini tanış et. Onların qənimətini udmağa hazır olan canavar kimi olma. Çünki, insanlar iki dəstədirlər: Ya sənin din qardaşlarındır, yaxud da, əsl insaniyyətdə və yaranışda səninlə birdilər”(Nəhcül-bəlağə -53-cü məktub )
    Həzrət Səccad (əleyhissalam) buyurur: Rəiyyət və əhalinin xətaları vardır. Hakim onları görməməzliyə vurub bağışlamalıdır.
    Həzrəti Əli (əleyhissalam) Malikə yazdığı məktubda buyurur:
    "Əhalinin bəzi eybləri və çirkinlikləri vardır. Onların üstünü örtməyə ən layiq şəxs, hakimdir!"
    Belə olan halda, əhalinin sənə gizlin olan eybləri ilə maraqlanma çünki, sənə aşikar olan eybləri örtmək sənə vacibdir!
    Bu qismətdə hakimin cəmiyyətdə müdiriyyət vəzifələrindən biri sayılan, eybləri biləndə özünü qəflət və görməməzliyə vurması mövzusuna işarə olunur.
    İmam Səccad (əleyhissalam)-ın rəiyyətin haqqı barəsindəki mövzusu, hakimin insanlara hökumət etməsi neməti müqabilində Allaha şükür etməsidir. Hakim bilməlidir ki, özündən heç bir şeyi yoxdur. Bu qüdrəti ona, Allah mərhəmət etmişdir. O, zəif və zəlil bəndədir. İmam Əli (əleyhissalam) Malik Əştərə sifarişində buyurur:
    "Əgər öz hökumətinlə, özündə qürur və təkəbbür hiss etsən, Allahın mülkünün əzəmətinə bax. Hər şey Onundur. Allah, bu qüdrəti imtahan etməkdən ötrü sənin ixtiyarında qoyub. Belə olan halda yaxşı olar ki, hakim, bu İlahi nemətə şükür etsin!"
    19. ŞAGİRDİN HAQQI
    وأمَّا حَقُّ رَعِيَّتِكَ بالعِلْمِ فَأَنْ تَعْلَمَ أَنَّ اللهَ قَدْ جَعَلَكَ لَهُمْ فِيمَا آتاكَ مِنَ الْعِلْمِ وَولاّكَ مِنْ خَزَانةِ الْحِكْمَةِ، فَإنْ أَحْسَنْتَ فِيمَا ولاّكَ اللهُ مِنْ ذلِكَ وَقُمْتَ بهِ لَهُمْ مَقَامَ الخَازِنِ الشَّفِيقِ النَّاصِحِ لِمَولاهُ فِي عَبيدِهِ، الصَّابرِ الْمُحْتَسِب الَّذِي إذَا رأَى ذا حَاجَةٍ أَخرَجَ لَهُ مِنَ الأَمْوَالِ الَّتِي فِي يَدَيهِ كُنْتَ رَاشِدًا، وَكُنْتَ لذَلِكَ آمِلاً مُعْتَقِدًا وَإلاّ كُنْتَ لَهُ خَائِنًا وَلِخَلقِهِ ظَالِمًا وَلِسَلْبهِ وَعِزِّهِ مُتَعَرِّضًا.
    "Sənin elmi rəiyyətin sayılan şagirdilərin haqqı budur ki, biləsən, Allah-taala, sənə verdiyi elm və ixtiyarında qoyduğu hikmət xəzinəsinə görə onları sənin şagirdilərin qərar verib. Əgər Allahın sənə əta etdiyi bu hamiçilikdə yaxşı əməl etsən, səbirli və Allah istədiyi xeyirxahmövla və mehriban xəzinadar olsarsan. Ehtiyaclı gördükdə öz mal-dövlətindən ona verən kimi olsan, ağıllı və imanlı xadimsən. Yoxsa, Allaha xəyanət, xalqa qarşı zalim olmuş olarsan. Həmçinin, izzət və nemətin aradan getməsinə səbəb olarsan! "
    "Məkarimul-əxlaq kitabında yazır:
    "Əgər insanları öyrəndikdə yaxşılıq edib onlarla tünd və pis davranış etməsən, Allah öz fəzl və kərəmindən elminə əlavə edər. Əgər əhalini öz elmindən məhrum edib onlarla pis və çətin rəftar etsən, Allah Özünə vacib bilir ki, elmi və biliyi səndən geri alsın və əhali arasında olan məqamından çıxasan."
    İmam Səccad (əleyhissalam) hüquq bəhsinin bu qismətində aşağıdakı mövzulara işarə etmişdir.
    Birinci: Müəllimin öyrəndiyi və ələ gətirdiyi elm və hikmətAllahın nemətlərindəndir. Müəllimin özünün zatında heç bir şey yoxdur. Beləliklə, bu mövzuya diqqət etməklə, müəllimdə qürur hissi aradan gedir.
    İkinci: Müəllim, bu bilik və hikmətdə başqalarının xəzinədarıdır. Bu xəzinənin bölünməsində mehriban üzügülər və üzüaçıq olmaqdır.
    Üçüncü: İmam Səccad (əleyhissalam) müəllimi, elm və hikmətin xəzinədarı bilir. Elm xəzinəsindən bağışlamağı, mal-dövlət xəzinəsindən bağışlamağa bənzədib, bildirir ki, bu işdə xəsislik edilməməlidir.
    Dörüncü: Əgər müəllim öz vəzifəsinə əməl etsə, öz əmanətinin hifzində ciddi olan əmanətdar kimidir. Əgər öz vəzifəsinə əməl etməsə, insanlar barəsində zülm və sitəmi rəva bilib, onların hüquq və izzətini azaltmış xəyanətkar şəxs kimidir. Nəhayət, müəllim, elm öyrətmək yolunda yaxşı yol və bəyənilmiş rəftar seçməklə şagirdləri elm və biliyə olan həvəslərini artırsın.Müəllimin pis rəftarı, əsəbləşməsi və pis xasiyyəti səbəb olur ki, şagird sinifdən soyusun, bəlkə də, təhsili tərk etməyə səbəb olsun. Əslində, müəllim bu əməllə öz elm və biliyinə qarşı xəyanət edir və şagirdlərin öyrədilməsində xəsislik göstərir.
    YAXŞI MÜƏLLİMİN XÜSUSİYYƏTLƏRİ
    Layiqli və yaxşı müəllim odur ki, onda müəllimlik, tədris və şagirdlərlə yaxşı davranış xüsusiyyətləri olmuş olsun. Layiqli müəllim aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
    Birinci: Yaxşı müəllim o kəsdir ki, istedad və qabiliyyət ələ gətirməyincə tədris kürsüsünə təkyə etməsin. Elə məqama çatsın ki, yaxşı və saleh müəllimlər onun tədrisini təsdiq etsinlər.
    İkinci: Müəllim, öz rəftarı ilə elmi məqam və mənzilətinin azalıb zillətə düşməsinə səbəb olmasın. Belə ki, öz elmini, əhli olmayanın ixtiyarında qoymasın.
    Üçüncü: Müəllim, sözün tam mənasında öz elminə amil olsun və vücudundan elm meyvələri asılmış olsun. Əgər belə olmasa, bu mübarək ayənin misdaqına çevriləcək. "Əhaliyə yaxşılığı əmr edirlər, lakin özlərini unudurlar.”(Bəqərə surəsi-44 )
    İmam Sadiq (əleyhissalam) Quranda gələn, "Həqiqətən, Allah bəndələrindən, alimlər Allahdan qorxarlar!"- ayəsinin şərhində buyurur:
    "Alim o kəsdir ki, əməli dediyini təsdiq etsin. Hər kimin əməli elmini və dediklərini təsdiq etməsə, alim deyil.”(Usul Kafi. C.1. səh. 36 )
    Dördüncü: Müəllimin yaxşı rəftarı və xasiyyəti, səbr və hövsələ ilə elmini öyrətməsi zəruridir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) alimlər barəsində buyurur:
    "Ümmətimin alimləri, İsrail övladlarının peyğəmbərləri kimidirlər."(Munyətul Murid. Səh. 182 ) .
    Peyğəmbərlərdə yaxşı rəftar və təvazökarlıq olduğu kimi müəllimlər də beləolmalıdır.
    Beşinci: Müəllim, şagirdlərə xalis niyyətləri olmaması bəhanəsi ilə elm öyrətməkdən çəkinməsin. Əksinə, onları qəbul edib, dərs zamanı yavaş-yavaş onlarda ixlas icad etsin. Əgər elm xalis niyyətlə olmasa, Həzrət Əli (əleyhissalam) dediyi kimi: "Donuzun boynuna salınmış boyunbağıya bənzəyir!"
    Altıncı: Müəllim hər vaxt elm öyrənmək istəyən şəxs görsə, onu başından etməsin. İmam Baqir (əleyhissalam) dan nəql olunur ki, buyurur: "Elmin zəkatı, Allahın bəndələrinə elm öyrətməkdir.”(Usul Kafi. C.1. səh. 41 )
    Yeddinci: Müəllimin hərəkət və əməlləri sözlərinin əksinə səbəb olmasın. Məsələn, bir şeyi haram bilib, ona əməl edən kimi olmasın.
    Səkkizinci: Haqqı izhar etməkdə qüdrəti çatana qədər ciddi olsun və yersiz bəhsdən çəkinsin. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Əhali arasında bidət və batil zühur etdikdə, alimlərə lazımdır ki, öz elmini izhar etsin. Əgər belə etməsə, Allahın lənəti ona olsun! "
    YAXŞI MÜƏLLİMİN ŞAGİRDLƏRƏ VƏ SİNİFƏ GÖRƏ VƏZİFƏLƏRİ
    Birinci: Müəllim, şagirdlərə tədriclə ədəb və əxlaq xüsusiyyətlərini öyrədib, dini məsələlərlə tanış etməli və onlarda dünyaya qarşı zahid olmaqı anlatmalıdır.
    İkinci: Elmin fəzilətlərini şagirdlərə izah etməli, alimlərin məqamlarını, peyğəmbərlərin məqamı kimi olduğunu anlatmalıdır.
    Üçüncü: Müəllim, özünə rəva bildiyini şagirdlərə də arzu etsin, özünə rəva bilmədiklərini onlara da istəməsin.
    Dördüncü: Müəllim, təhsil alan şagirdləri, pis əxlaqlı olmaq, harama düşmək və onların zərərinə olanlardan çəkindirməlidir.
    Beşinci: Müəllim, şagirdlərin müqabilində təkəbbür göstərməməli və onlarla təvazökarcasına rəftar etsin. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Dərs öyrətdiyniz və dərs aldığnız şəxslərin müqabilində təvazökar olun”.
    Altıncı: Müəllim, şagirdlərin rəftarına diqqət göstərsin. Hər vaxt dərsdə iştirak etməsə, bunun səbəbi ilə maraqlansın. Bəzən özü yaxud başqalarının vasitəsi ilə şagirdən xəbər tutsun. Əgər xəstələnibsə, yoxlasın. Əgər ehtiyacı varsa, onu ödəməyə çalışsın.
    Yeddinci: Şagirdləri xüsusi adlarla tanısın.
    Səkkizinci: Elm öyrətməkdə ən sadə yolu seçsin. Lazım olan budur ki, əvvəlcə şagirdin qabiliyyətinə uyğun dərsi anlatsın sonra ondan tələb etsin.
    Doqquzuncu:Dərs otağına şövq və rəğbətlə getsin.Şagirdin onu anlaya bilməyə qüdrəti olmayan məsələlərdən çəkinsin.
    Onuncu: Şagirdlərin hamısına bir gözlə baxsın. Bəzilərini digərlərinə (yersiz) üstün qərar verməsin. Əlbəttə, bu o halda olar ki, şagirdlərin hamısı eyni səviyyədə olsalar! Lakin, əgər şagirdlər arasında mərtəbə, yaş və elmi cəhətdən fərqlər olsa, üstünlərə, aşağı səviyyədə olanların təşviq olmasından ötrü daha çox ehtiram qoysun.
    TƏDRİS VAXTI MÜƏLLİMƏ, AŞAĞIDAKI ƏDƏBLƏRƏ RİAYƏT ETMƏK ZƏRURİDİR
    Birinci: Tədrisə gələrkən, tam vüqar və heybətli olub, təmiz libas geyinsin, bədən və zahiri paklığına tamamilə riayət etməklə, dərs otağına daxil olsun.
    İkinci: Tədrisə gələrkən, Allahın adını zikr etsin, Peyğəmbər və İmamlardan (əleyhimussalam) ali mənada nəql olunan dualardan oxusun. Məsələn, desin: İlahi! Məni yolumu azmaqdan, yoldan azdırmaqdan, kəc anlamaqdan və pis fikirlərdən hifz et! Öz dərsini dua etməklə başlasın.
    Üçüncü: Dərs otağına girərkən hazır olanlara salam versin. Əgər dərs yeri məsciddirsə, iki rəkət "Təhiyyə" namazı qılsın və Allahdan istəsin ki, ona xətalardan nicat verib, fürsət versin.
    Dördüncü: Oturarkən, ruhi aramlıq, vüqar və tam hazırlıqla keçmiş dərsin mütaliəsinə başlasın.
    Beşinci: İmkan olana qədər üzü qibləyə oturub, mənasız və batil söz danışmaqdan çəkinsin.
    Altıncı: Dərs zamanı yersiz zarafatlardan pəhriz etsin. Lakin, yerli-yerində azca zarafat və yaxşı lətifələrlə şagirdlərin yorğunluq və tənbəlliklərini aradan aparsın.
    Yeddinci: Dərsə gələrkən, xalis niyyətdə olub öz hədəfini elmi yaymaq və İlahi hökmləri çatdırmağa yönəltsin.
    Səkkizinci: Elə otursun ki, bütün şagirdlər onu görsün. Söz danışarkən diqqət nəzərini bütün şagirdlərə yönəltsin. Əgər ondan sual olunarsa, tam diqqətlə şagirdin cavabını versin.
    Doqquzuncu: Dərs deyərkən, özündən şad və təbəssümlü çöhrə nişan versin.Üzünü turşudub, pis xasiyyətli olmaqdan pəhriz etsin.
    Onuncu: Dərsə başlayarkən, Quran oxumaqla dərs məclisini mübarək etsin.
    On birinci: Müəllimdən ötürü ən mühüm mövzu budur ki, əgər ondan sual soruşsalar və cavabını dəqiq bilməsə, tam şəhamətlə: Bilmirəm! Desin.
    Həzrəti Əli (əleyhissalam) buyurur:
    "Əgər bilmədiyniz bir şeyi soruşsalar, cavab verməyin. Ərz etdilər necə cavab verməyək? Həzrət buyurdu: Allah bilir! – deyin.”(Münyətül Mürid. Səh. 204 )
    Diqqət etmək lazımdır ki, əgər müəllim desə ki, bilmirəm, elmindən bir şey azalmaz. Bəlkə də, əhalinin qəlbində özünə daha çox yer tapacaq. Bunu da onun dəyanət və təqvalı olmasına yozacaqlar.
    İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və aiehi və səlləm) NƏZƏRİNDƏ, ELM ARDINCA OLANLARIN MƏQAMI
    Mərhum şəhid Sani, "Muniyətul-murid" kitabında çox ədəbləri nəql edir. Biz bu bəhsdə, müxtəsər nəqllə kifayətlənirik.
    Allahın elm axtaran və təhsil ardınca olanlara verdiyi savab və məqama işarə etmək istərdik:
    Birinci:İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Hər kim elm ardınca gedib elm öyrənərsə, Allah ona iki savab və iki mükafat mərhəmət edər. Hər kim elm öyrənmək ardınca gedərsə, lakin, elmdən bəhrə ələ gətirə bilməsə, Allah ona bir savab və bir mükafat əta edər.”(Munyətil Murid. Səh. 204 )
    İkinci: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) yenə buyurur:
    "Hər kim Allah tərəfindən Cəhənnəm odundan nicat tapanları ziyarət etmək istəyirsə, alimlər və elm dalınca gedənlərə baxsın. And olsun ruhumun qəbzi, Onun əlində olan Allaha ki, alimlərin evinə elm öyrənməkdən ötrü gedən hər bir tələbəyə, Allah-taala hər bir qədəminə görə bir ilin ibadətinin savabını yazır. Atdığı hər bir addıma görə behiştdə ondan ötrü bir şəhər tikilər. Yol getdiyi yerdə, yer ondan ötrü Allahdan bağışlanmaq istəyər. Sübh və şam, Allahın bağışlaması ilə birlikdədir. Mələklər şəhadət verirlər ki, bunlar atəşdən azad olunmuşlardır."(Munyətil Murid. Səh. 204  )
    Başqa bir hədisdə Rəsul Əkrəm (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql olunur, buyurur:
    "Hər kim elm ardınca gedirsə, gündüzləri oruc, gecələri isə oyaq qalıb ibadət edənlər kimidir. Elmdən öyrəndiyi hər bir fəsl ondan ötrü Əbu Qubeys dağının qızıl olub, onu Allah yolunda infaq etməsindən xeyirlidir.”(Munyətil Murid. Səh. 204  )
    Yenə də İslam Peyğəmbəri(səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Hər kim elm öyrənərkən əcəli gəlsə və vəfat etsə, əgər hədəfi İslam dinin canlandırmaqdan ötrü olarsa, Behiştdə onunla peyğəmbərlərin arasında bir dərəcə cənnət olar.”(Munyətil Murid. Səh. 204  )
    İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) elm tələb edənlər barəsində buyurduğu kəlamların qısası bunlardan ibarət idi.
    20. HƏYAT YOLDAŞININ HAQQI
    وَأمَّا حَقُّ رَعِيَّتِكَ بمِلْكِ النّكَاحِ فَأَنْ تَعْلَمَ أَنَّ اللَّهَ جَعَلَهَا سَكَنًا وَمُسْتَرَاحًا وَأُنْسًا وَوَاقِيةً، وَكَذَلِكَ كُلُّ وَاحِدٍ مِنْكُمَا يَجِبُ أَنْ يَحْمَدَ اللَّهَ عَلَى صَاحِبهِ، ويَعْلَمَ أَنَّ ذَلِكَ نِعْمَةٌ مِنْهُ عَلَيْهِ. وَوَجَبَ أَنْ يُحْسِنَ صُحْبَةَ نِعْمَةِ اللَّهِ وَيُكْرِمَهَا ويَرْفَقَ بهَا وَإنْ كَانَ حَقُّكَ عَلَيْهَا أَغْلَظَ وَطَاعَتِكَ بهَا أَلْزَمَ فِيمَا أَحْببْتَ وَكَرِهْتَ مَا لَمْ تَكنْ مَعْصِيةً، فإنَّ لَهَا حَقُّ الرَّحمَةُ وَالْمُؤَانَسَةِ، وَمَوْضِعُ السُّكُونِ إلَيهَا قَضَاءَ اللَّذَّةِ الَّتِي لا بُدَّ مِنْ قَضَائِهَا وَذَلِكَ عَظِيمٌ. وَلا قُوَّةَ إلا باللهِ.
    "Evlənmək yolu ilə sənin ixtiyarında olanın, (həyat yoldaşının) haqqı odur ki, biləsən, Allah onu rahatlıq qaynağı, ünsiyyət və sənin qoruyanın qərar verib. Həmçinin, siz ər və arvaddan hər biriniz digərinizin vücuduna görə Allaha şükür etməlisiniz. Bil ki, bu, Allahın ona verdiyi nemətdir. Bu nemətlə xoş rəftar etməyiniz vacibdir. Bu nemətin qədrini bil və onunla xoş rəftar et.
    Doğrudur ki, istədiyin və istəmədiyin işlərdə zövcənin sənə itaəti çətin və səndən ona itaət lazımdır. O, yerə qədər ki, günah olmasın. Lakin, o qadının sənin boynunda da mehribançılıq və ünsiyyət haqqı vardır. Sənin məqamının hifz olunması onun ətəyindədir. Kam almaq və ləzzət almaq özü böyük bir haqqdır. Allah tərəfindənbaşqa heç güc qüvvət yoxdur!”.
    "Məkarimul-Əxlaq kitabında belə yazır:"
    "Həqiqətən, zövcənin də sənin boynunda mehribançılıq və mərhəmət haqqı vardır. Çünki, o sənin əsirin kimidir. Ona yemək verib geyindirməlisən. Hər vaxt bilmədən xətaya düçar olsa, onu bağışlamalısan!"
    Biz əvvəlcədən, qadının iffəti barəsindəki hüquqda, evlənmək və ailə hüququ barəsində müfəssəl bəhs etdik. O bəhsdə, cəmiyyətin fəhşa və çirkinliyə düşməsi və ailə həyatını yaxşı tərzdə qurmaq yollarını bəyan etdik. Bu bəhsdə isə İmam Səccad (əleyhissalam)-ın buyurduğu kimi həyat yoldaşının, Quran və hədis nəzərindən vəzifələrini qısa şəkildə izah edəcəyik.
    Əvvəlcə qeyd etdik ki, evlənmək mübarək bir binadır. Ər və arvadın bir-birinə verdiyi əhdin əsasında qurulur. Bu bina, həyatlarının sonuna kimi davam edir. Bina, dəmir, kərpic, sement, sim və torpaqdan deyildir. Bəlkə də, aramlıq və məhəbbət evi olub, ər-arvadın bir ömür bir-birinin kənarında xoşluqla yaşayışıdır. Öz vücud ağaclarından faydalı və şirin meyvələr verir, oğlan və qız övladları tərbiyət edib cəmiyyətə təhvil verirlər.
    Onu da deyək ki, bu bina, o vaxt möhkəm olar ki, ərlə arvad İslamın haqq ünvanı ilə təyin etdiyi əhkamları bilsin. Yoxsa, bina titrəyib pis vəziyyətə düşər.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 721 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024