İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 9:14 PM
    İSLAM VƏ KÖLƏLƏRİN DƏYƏRİ
    İslam, köləliklə azadlıq sərhədini aradan götürüb bütün müsəlmanları qardaş edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Sizin kölələriniz qardaşlarınızdır. Allah-taala imtahan üçün onları sizin əlinizin altında qərar verib. Bəs hər kimin qardaşı onun himayəsində olsa, öz yeməyindən ona yedirdər və libasından ona geyindirər. Həmçinin, gücü çatmayandan artıq iş ondan tələb etməz. Əgər onun işi çətin olarsa, ona köməklik edər."(İslam və Hüquq bəşər. Səh. 204 )
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) kölələri elə ehtiramla rəftar edirdi ki, hətta, heç kim onları kölə yaxud, kəniz deyə çağırmağa hazır deyildi. Həzrət buyurur:
    "Heç kimin haqqı yoxdur ki, öz xidmətçisini, kölə yaxud, kəniz deyə çağırsın. Bəlkə də, kişi xidmətçini "cavan", qadın xidmətçini isə "xanım”- deyə çağırın!"(İslam və Hüquq bəşər. Səh. 204 )
    İslam, kölələrə elə ehtiram qail olub onları əzizləyir ki, əgər birisi öz köləsinə kötək vursaydı, onu ən pis şəxs kimi tanıyardılar. Bununla da, heç kim cürət etmirdi ki, Allah bəndələrini incitsin və təcavüz əllərini onlara tərəf uzatsın. İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm)belə buyurduğunu nəql edir:
    "Sizə inanların ən pisindən xəbər verimmi? Əshab ərz etdilər: Bəli! Ya Rəsuləllah! Həzrət buyurur:O kimsə ki, səfərə tək çıxsın, qonaq qəbul etməsin və köləsini kötəkləsin”(İslam və Hüquq bəşər. Səh. 204 )
    Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) kölələrini incidənləri ən pis insan kimi tanıtdırır.
    ƏLİ (ƏLEYHİSSALAMIN) ÖZ QULAMINA BƏXŞİŞİ
    Həzrəti Əli (əleyhissalam) bir gün libas bazarına gedib, biri üç dirhəmə, digəri isə iki dirhəmə olan köynək alır. Üç dirhəmlik libası qulamı Qənbərə verir. Özü isə iki dirhəmlik libası geyinir. Qulam ərz edir: Siz, Əmirəl-möminin kimi mənbərdə əhaliyə söhbət etdiynizə görə üç dirhəmlik libasa daha layiqsiniz.
    Əli (əleyhissalam) buyurur: Mən özümü səndən üstün tutmağa həya edirəm. Çünki, İslam Peyğəmbərindən eşitmişəm ki, buyurur:
    "Özünüz geyindiklərinizdən kölələrə də geyindirin və özünüz yediklərinizdən onlara da yedizdirin!"
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Kölələrniz sizin qardaşlarınızdır. Onlara yaxşılıq edin və çətin işlərində əl tutun.”(İslam və Hüquq bəşər. Səh. 204 )
    Yenə də Həzrət buyurur:
    "Dostum Cəbrail, kölələrlə xoş rəftar etmək barəsində mənə o qədər tapşırdı ki, güman edirdim ki, onların azad olmalarından ötrü Allah müəyyən vaxt təyin edib.”(İslam və Hüquq bəşər. Səh. 204 )
    ƏBUZƏR VƏ LİBASIN BÖLÜNMƏSİ
    Əbuzər Ğəffarinin iki qiymətli parçası var idi. Birini üstünə örtürdü. Bir müddət sonra onlardan birini libas tikdirib, üstünü əbası ilə örtür. Digər parçasını isə qulamına verir. Əhali, Əbuzərdən belə əməli gördükdə məzəmmət üçün dedilər: Əgər hər iki parçanı libas tikdirib geysəydin yaxşı olardı. Əbuzər cavabında dedi: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Kölələrinizə, öz geyindiklərinizdən geyindirin və yediynizdən yedizdirin."
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), qulamı yanında piyada gedən bir atlı görür. Buyurur:
    "Qulamını da mindir! O sənin qardaşındır. Ruhu sənin ruhundandır.”(İslam və Hüquq bəşər. Səh. 204 )
    İMAM RZA (ƏLEYHİSSALAM) VƏ KÖLƏLƏR
    İmam Rza (əleyhissalam) kölələrindən, Yasir və Nadir nəql edirlər ki, İmam Rza (əleyhissalam) bizə buyurdu:
    "Hər vaxt yemək yediyiniz halda məni başınızın üstə görsiniz, yemək tamam olmayınca yerinizdən qalxmayın."(İslam və Hüquq bəşər. Səh. 204 )
    İMAM SADİQ (ƏLEYHİSSALAM) KÖLƏLƏRİ İLƏ RƏFTARI
    İmam Sadiq (əleyhissalam), qulamlarından birini iş dalınca göndərir. Qulam gec qayıdır. Həzrət özü onun dalınca gedir. Görür ki, yatıb yuxudadır. Başının üstündə oturub oyanmasını gözləyir. Oyanandan sonra ona buyurur: Ey cavan! Nəyə görə gecə də, gündüz də yatırsan? Gecə istirahət etməli, gündüz isə ehtiyacınız olanı ələ gətirməlisiniz! (İslam və Hüquq bəşər. Səh. 204 )
    Yuxarıdakı misallar nişan verir ki, Məsum İmamlar (əleyhimussalam) kölələrlə hansı ehtiramla rəftar edirdilər!
    KÖLƏLƏRİN PEYMANI
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) kölələrin şənini yüksək etməkdən ötrü kölələr arasında qardaşlıq peymanı bağlatdırır. Məsələn, kölələrdən, Bilal Həbəş, Zeyd ibni Harisə, Xaricət ibni Zeydi, azad şəxslərdən, Xalid ibni Ruvəyhə Xəsəmi, Həmzə ibni Əbutalib, Əbu Bəkr, Əbu Quhaf kimilərlə qardaşlıq peymanı bağlatdırır. Kölələrin ən yaxşı ailələrdən evləndirirdi. İlk nöbədə bibisi qızı Cəhimin qızı Zeynəbi, Zeyd ibni Harislə evləndirir. İkinci mərtəbədə Ziyad ibni Ləbidi, bəni Bəyazə qəbiləsinin başçısının qızı Cuvəybərlə evləndirir. Həmçinin, azad kişilərdən, Ömər, Əbu Bəkr və başqa mühacir və ənsarlar olan yerdə, azad olunmuş Usamət ibni Zeydi, İslam qoşununa başçı təyin edir və rumlularla döyüşməkdən ötrü Şama göndərir.
    KÖLƏLƏRİ AZAD ETMƏYİN SAVABI
    Bu vaxta kimi kölələrin hüquqlarına dair İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) və məsum İmamların (əleyhimussalam) bəyanları ilə tanış olduq. Bəhsin sonunda kölələrin azad olunmasına işarə edək. "Malikin haqqı" bəhsində, kölələrin azad olunması yollarını izah etdik. Amma kölələrin azad olunmasının savabı barəsində "Kitabul itq"kitabında çoxlu rəvayətlər gəlmişdir.Bu kitabın "Bab istihbab" qismətində nəql olunan bəzi rəvayətlərə işarə edirik. İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:
    "Hər kim öz köləsini azad etsə, Allah-taala, kölənin hər bir üzvü müqabilində, azad edənin üzvünü Cəhənnəm atəşindən azad edər."(Vəsail Şiə. C. 16. səh. 4 )
    Başqa rəvayətdə yenə də İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur:
    "Hər kim saleh köləni, Allahın razılığna xatir azad etsə, Allah taala onun hər üzvünə xatir azad edənin günahlarından keçər və onu Cəhənnəm atəşindən azad edər."(Vəsail Şiə. C. 16. səh. )
    ƏRƏFƏ GÜNÜNÜN ƏSİRİ VƏ KÖLƏLƏRİ AZAD ETMƏK
    Həmin kitabın səkkizinci babında İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur: ”Həzrəti Əli (əleyhissalam) öz əlinin zəhməti ilə qazandığı maldan min nəfər köləni azad etmişdir.”
    Ərəfə günü günortadan sonra kölə azad etməyin savabı barəsində İmam Sadiq (əleyhissalam)-dan rəvayət nəql olunur, buyurur:
    "Ərəfə günü əsr zamanı, Allaha daha yaxın olmaq (dua oxumaq), kölə azad etmək və sədəqə vermək müstəhəbdir."(Vəsail Şiə. C. 16. səh. 4 )
    İmam Zeynalabidin (əleyhissalam)-ın kölələr barəsində zikr etdikləri dərin mənalı sözlərin məcmuəsindən bu nəticə alınır: Kölələrin hüquqlarına riayət edin, çünki, onlar sizin yox, Allahın məxluqudurlar. Bəs onlara əzab-əziyyət verməyin və onlarla yaxşı rəftar edin. Necə ki, Peyğəmbər və məsum İmamlar (əleyhimussalam) rəftar etmişdilər.
    QOHUMLARIN HAQQI
    22. ANANIN HAQQI
    فَحَقُّ أُمِّكَ، فَأَنْ تَعْلَمَ أَنَّهَا حَمَلَتكَ حَيْثُ لا يَحْمِلُ أَحَدٌ أَحَدًا وَأَطْعَمَتكَ مِنْ ثَمَرَةِ قَلْبها مَا لا يُطْعِمُ أَحَدٌ أَحَدًا، وَأَنَّهَا وَقَتكَ بسَمْعِهَا وبَصَرِهَا ويَدِهَا وَرِجْلها وَشَعْرِهَا وبَشَرِهَا وَجَمِيعِ جَوَارِحِهَا مُسْتَبشِرَةً بذَلِكَ، فَرِحَةً مُوَابلَةً مُحْتَمِلَةً لِمَا فِيهِ مَكْرُوهُها وأَلَمُها وثِقْلُها وَغَمُّهَا حَتَّى دَفَعَتهَا عَنْكَ يَدُ القُدْرَةِ وَأَخرَجَتكَ إلَى الأَرضِ فَرَضِيَتْ أَنْ تَشْبَعَ وتجوعُ هِيَ، وَتَكْسُوكَ وَتعْرَى، وَتُرْوِيكَ وَتَظْمَأُ، وَتُظِلُّكَ وتَضْحَى، وَتُنَعِّمَكَ ببُؤْسِهَا، وَتُلَذِّذُكَ بالنَّوْمِ بأَرَقِهَا، وَكَانَ بَطْنُهَا لَكَ وِعَاءً، وَحِجْرُهَا لَكَ حِوَاءً وثَدْيُهَا لَكَ سِقَاءً، ونَفْسُهَا لَكَ وِقَاءً، تُبَاشِرُ حَرَّ الدُّنيَا وبَرْدِهَا لَكَ وَدُونَكَ، فَتَشْكُرَهَا عَلَى قَدْرِ ذَلِكَ وَلا تَقْدِرُ عَلَيْهِ إلاّ بعَونِ اللَّهِ وَتَوفِيقِهِ.
    "Ananın sənin boynunda olan haqqı budur ki, o, səni bir müddət həml etmiş, halbuki, heç kəs digərini həml etməz. (doqquz ay hamiləlik dövründəki zəhmətlərə işarədir). Öz canının şirəsindən sənə yemək verib, halbuki, heç kəs başqası üçün belə etməz. Ana, həmişə bütün vaxtınıbütün vücudu ilə, göz, qulaqı, əl, ayaq, tük, dəri və nəhayət, bütün əzalarını sənə sərf etmişdir. Halbuki, bu işə görə çox sevinir. Rəbbinin qüdrət əli ilə onu səndən ayırıb torpağa tapşırana kimi ana, həmişə sənin zəhmətlərinə, narahatçılığına və ağırlığına dözür. Sənin tox, özünün isə ac olmasına razı olur. (Aclığa dözür ki, sən doyasan) Özünə yarıçılpaq olmaqı rəva bilir ki, təki sən geyinəsən. Özü susuz qalır ki, sən sirab olasan. Özü günəşin istisinə dözür ki, təki sən kölgədə qalasan.
    O, narahatlıq içində olarkən, sən nemət və xoşluqla yaşayırdın. Yuxusuz və gecəni oyaq qalmaqla, səndən ötrü yuxu ləzzətini özünə haram edir. Ananın qarnı sənin vücudunun boy atma yeri, evi isə səni saxlamaq məkanı olub. Sinəsi, sənin süd içmək üçün çeşmən, şirin canı isə səni qoruyub saxlamaq vasitəsiolub.
    Ana, ruzigarın isti və soyuğuna dözüb ki, sən yaşayasan. Bəs, bütün bu zəhmətlər və xidmətlər müqabilində ondan təşəkkür et. Lakin, Allahdan kömək istəməsən heç vaxt ananın təşəkkürünü yerinə yetirə bilməzsən. Bu yolda Allah sənə tofiq və fürsət verməlidir ki, ananın xidmət və zəhmətlərinin əvəzini çıxasan! "
    "ÜMM" (ANA) KƏLMƏSİ
    "Ümm" yəni, başqa şeylərin ona birləşdiyi əsas və kök. Hədisdə oxuyuruq: "Şərab içməkdən çəkinin ki, "ümmül"fəsaddır." (Yəni, fəsadların əsasıdır) "Ümm" sözü ərəbcə, məna cəhətdən bir neçə mənada müştərəkdir. Bu sözün "ana" mənasında işlənməsi o qədər şöhrət tapmışdır ki, bəlkə də, məcazi məna daşıyır.
    "ÜMM"(ANA) GƏLMƏSİNİN QURANDA İŞLƏNMƏ YERLƏRİ
    1. Həqiqi ana: "Biz, Musanın anasına vəhy etdik ki, ona süd versin!"(Qəsəs surəsi -7 )
    2. Kök və əsas mənasında: Quran buyurur: "Ya Məhəmməd! Sənə Quranı nazil edən odur. Onun bir hissəsi Quranın əslini və əsasını təşkil edən möhkəm, digər qismi isə mütəşabeh ayələrir.(Ali İmran surəsi -7)
    3. Bir şeyin mərkəzi, "Ümüul–qura" (Şəhərlər mərkəzi) Quranda Məkkəyə işarədir.Quran buyurur: "Ümmül qura və ətrafındakıları qorxudasan. "(Şura surəsi -7 )
    Bu şəhərə o cəhətdən "Ümmül-qura" deyilir ki, hicaz məntəqələrinin mərkəzi sayılır. "Lüğətçi Rağib" və başqaları yazır: Məkkənin "Ümmül-qura" adlanması ona görədir ki, yer kürəsi ilk dəfə vücuda gələndə onun altında genişlənməyə başlayıb. Bəzi rəvayətlərə görə torpaq ilk quruluşunu Məkkədən başlayıb.
    Quranda, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) zövcələri, möminlər anası adlandırılır. Quran buyurur:
    "Peyğəmbər, möminlərə onların özlərindən daha üstündür. Onun zövcələri möminlərin analarıdır.(Əhzab surəsi -6 )
    Yuxarıdakı üç mənaya diqqət etməklə, "həqiqi ana, əsas, əsl və bir şeyin mərkəzi" kəlmələrinin mənaları arasındakı münasibətlər aydınlaşır.
    Ana, ağacın kökü və əsli yerində, övladları isə qol-budaqları olub kök üzərində göyərirlər. Belə bağılılıq kökdən asılıdır. Ağacın əsli və kökü nə qədər şərəfli və əsil olsa, qol budağı da, əsil və kökü təmsil edəcək və kökünə oxşayacaqdır.
    ANA VƏ ƏZİYYƏTƏ DÖZMƏK
    "Ümm" sözünün mənası aydın olandan sonra İmam Səccad (əleyhissalam)-ın anasının haqqı barəsində söylədiyi mətləbə qayıdaq. İmam Səccad (əleyhissalam) ananın hamilə olmaq mövzusundan başlayır. Buyurur: Sənin anan səni elə bir müddətdə həml edib ki, heç kəs insanı o qədər həml etməz!
    Bu mühüm mövzu, Quranın iki surəsində geniş şəkildə izah edilmişdir. Əraf surəsində belə oxuyuruq:
    "Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki, anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğulmşdur. Onun (ana bətnində) daşınma və süddən kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: Pərvərdigara! Mənə mənim özümə və ata-anama əta etdiyin nemətə şükr etmək və sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi saleh et. Mən günahlardan Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam. (Əhqaf surəsi - 15 )"
    "Loğman" surəsində isə belə buyurur:
    "Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətinində) çox zəif bir halda daşımışdır. Uşaqın süddən kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq): Mənə və ata-anana şükr et. Axir dönüş Mənədir(Loğman surəsi -14 ) "
    Ananın hamiləlik dövranı onun ən çətin və sıxıntılı günlərindəndir Nütfənin rəhimdə ilk gündən rüşeym bağlaması ilə ananın halı dəyişir. Ondan ötrü dalbadal narahatçılıqlar baş verir. Bu narahatçılıq halını "viyar" adlandırırlar. Nəyə görə anada belə hallar qarşıya çıxır? Həkimlər cavab verirlər: Ananın öz enerjisindən uşaqına əta etdiyinə görə öz bədənində çatışmamazlıq yaranıb narahat olur!
    ANANIN HAMİLƏLİK DÖVRÜ
    Bu dövrdə uşaqın rüşeymi nə qədər çox inkişaf edərsə, ananın canından bir o qədər şirə çəkir. Hətta, bu halət ananın sümüklərinə və əsəblərinə təsir edir. Bəzən, ondan yuxunu və istirahəti alır. Hamiləliyin son vaxtında ana yol yeriməyə hətta, oturub durmağa da əziyyət çəkir. Lakin, səbr, hövsələ və dünyaya gələcək övladın eşqi ilə təbəssüm edir və bütün narahatlıqlara dözür.
    Hamiləlik dövründən sonra uşaq doğmaq haləti ananın həyatında ən çətin halətdir. Hətta, bəzən övladı yolunda öz canını da əldən verir. Bu dövrdə ana, ən böyük əmanət və müsafiri öz məqsədinə çatdırmalıdır. Ona görə də bu dövrdə ana, əmanətdən ötrü lazım olan bütün ehtiyatlarını görməlidir. Hərəkətlərində, dayanmaq, yol getmək, yemək və sağlamlığının bütün cəhətlərini gözləməlidir. Bütün bunlar, bu dövrdə ananın vəzifələrindənhesab olunur.
    Ananın həml etdiyi müsafirin səfərinin müddəti iki ay yox,beş ay yox, bəlkə də doqquz aydır. Necə ki, müsafir öz məqsədinə yetişməkdən ötrü uzun məsafəni keçməlidir, ananın müsafiri də yol arasında müxtəlif xətlərlə üzbəüz ola bilər. Uşaq doğularkən ana rahatlaşır ki, müsafiri öz yerinə çatdırdım.
    Ana bətnində dörd ay və on gündən sonra uşaqın rüşeyminə ruh daxil olur. Bu vaxt anaya çətin olur. Qarın və böyrəklərini ağrı tutur. Amma, bir neçə dəqiqə sonra şükür edib deyir: "Əlhəmdulillah uşaqım diridir!" Allah, Öz tərəfindən ona ruh verib.
    Bu çətin dövrandan sonra ananın başqa çətin dövranı başlayır. Quran bu dövrandan "dalbadal çətinlik" ünvanı ilə ad aparıb. Süd vermək və gecə-gündüz uşaqdan muğayat olmaq dövranı. Elə dövran ki, uşaqın bütün ehtiyaclarına cavab verməlisən. Bu dövrdə uşaqın dili yoxdur ki, ağrıyan yerini təyin etsin. Dili təkcə ağlamaqdır. Ana bu ağlamaqdan hər şeyi anlamalıdır. Hər şeydən müşkül uşaqın bu dövrdə təmizlənməsi, ən çətin işdir. Müxtəlif xəstəliklərə şərait yarana bilməsinin qarşısını almaqdan ötürü ana bütün qüvvəsini bu dövrdə səfərbər etməlidir.
    SÜD VERMƏK DÖVRÜ
    Quran nəzərində uşaqa süd vermək dövrü tam iki ildir. Bəqərə surəsində oxuyuruq:
    "Analar uşaqlarına əmizdirmə müddətini tamamlamaq istədiyi üçün tam iki il əmizdirsinlər.(Bəqərə surəsi-233 )
    Əhqaf surəsində hamiləlik və süd vermə dövrünün cəmisi otuz ay zikr olunmuşdur. Əgər otuz aydan, tam iki ilini çıxsaq, hamiləlik vaxtı altı ay olar. Məgər altı ayda uşaqın dünyaya gəlməsi mümkündürmü? İslam alimləri hədis və rəvayətlərə əsasən deyirlər: Ən az hamiləlik dövrü altı aydır və ən çox süd vermə dövrü iyirmi dörd aydır.
    Calinus vəİbni Sinadan nəql olunur ki: Özləri öz gözləri ilə altı aydan sonra uşaqın dünyaya gəlməsini müşahidə ediblər
    Qeyd etmək lazımdır ki, Quranın bu ifadəsindən məlum olur ki, hamiləlik vaxtından nə qədər azalarsa , o qədər də süd vermə dövrü artırılır. Məcmuən, otuz aya aid olur. İbni Abbasdan nəql olunur ki, hər vaxt qadının hamiləlik dövrü doqquz ay olarsa, iyirmi bir ay süd verməlidir. Əgər hamiləlik dövrü altı ay çəkərsə, iyirmi dörd ay süd verməlidir.(Təfsir nümunə. cil 21 səh 321 )
    Təbiət qanunu da bunu tələb edir. Çünki, hamiləlik dövründəki çatışmamazlıqlar süd vermək dövründə əvəzi çıxmalıdır. Həmin səbəbdən ayədə zikr olunur: "Tam süd vermə iki ildir."
    Hər halda, ana bu otuz üç ay müddətində ruhi, hissi və cismi cəhətdən ən böyük fədakarlıq göstərir və övladına xidmət edir.
    Maraqlıdır ki, Quran əvvəl ata-ananın hər ikisinə yaxşılıq etməyi tövsiyə edir. Lakin, zəhmət və əziyyətləri bəyan edərkən, ananın zəhmətlərini əsas tutur. Bununla da, ananın böyük zəhmət və haqqına işarə olunur. Sonra buyurur: Tövsiyə edirəm ki, Mənə və ata-anana təşəkkür edəsiniz! Mənim şükrmü, sizin Xaliq və nemət verəniniz olduğuma, ata və ananıza isə bu feyz və neməti sizə çatdırmaq vəsiləsi olduğuna görədir.
    UŞAQIN QURULUŞUNDA ANANIN ROLU
    Əhqaf və Loğman surələrindən zikr etməklə "insanın ata-anasına" yaxşılıq etmələrinə sifariş olduğunu aydınlaşdırdıq. Onların hər iksinin övladının boynunda haqqı vardır. Lakin hansının daha çox haqqı vardır: Quran ananın hamiləlik süd vemə dövründəki zəhmətlərini xüsusi qeyd edir.
    Nütfənin bədəndə qərar tutması ilə uşaqın ilk vücudu əmələ gəlir. Ata-ana bərabər şəkildə bu işdə rol oynayırlar. Lakin, ana hamiləlik, uşaqı qidalandırmaq və uşaqın quruluşunda çox zəhməti vardır.Aleksis Karl yazır:
    "Ata-ana uşaqın ilk rüşeyminin vücuda gəlməsində bərabər rol oynayırlar. Lakin, ana, bundan əlavə uşaqa lazım olan bütün qidanı özündən verir. Ananın vəzifəsi, uşaqın rüşeymində atadan mühümdür. Atanın uşaqın vücuda gəlməsində vəzifəsi azdır. Lakin, ana doqquz ay bu vəzifəni yerinə yetirir. Bu müddət ərzində rüşeym ananın qanının paklaşıb, ciftdən keçib ona çatmaqla qidalanır və inkişaf edir."(Kudək (Qaftar fəlsəfi) cil. 1 səh. 96 )
    ANANIN VƏZİYYƏTİNİN UŞAQIN RÜŞEYMİNƏ TƏSİRİ
    Ananınbütün ruhi və cismi halətləri uşaqa təsir bağışlayır. Çünki, uşaq ananın rəhmində onun bir bədən üzvü hesab olur. Ananın maddi qida və yemək cəhətindən uşaqa təsiri olduğu kimi fikir və əxlaq cəhətdən də uşaqın canında və cismində təsir qoyur. Əgər ana hamiləlik dövründə bərk qorxarsa , bu vaxt özündə rəngin qaçması, uşaqda isə bu işə görə böyük zərər görmək ehtimalı vardır. "Ecaze Xurakiha" kitabında yazılır:
    "Əgər ana, hamiləlik dövründə möhkəm qorxarsa, belə ki, rəngi qaçıb titrəyərsə, uşaqın bədənində "ay tutumu" adlanan ləkələr görünər."(Ecaz Xurakiha. Cil. 1 səh 172 )
    Ümumiyyətlə, ananın bütün qəm-qüssələri, əsəbləşməsi, təəccübü, pisliklər və kin-küdurəti, həsədləri, bəşərdə bütün bəyənilmiş və bəyənilməmiş sifətləri uşaqa təsir bağışlayır(Kudək. Cil. 1 səh 118 ).
    QURAN NƏZƏRİNDƏ SÜD VERMƏ DÖVRÜ
    Quran buyurur: "Analar uşaqlarını əmizdirmə müddətini tamamlamaq üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində uşaqın atasının üzərinə düşür.Heç kəs gücü çatmadığından artıq yüklənməz. Nə bir ana, nə bir ata uşaqına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata-ana öz aralarında məsləhətləşib, uşaqı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşaqınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz yenə də sizə günah gəlməz. Allahdan qorxun, Allah həqiqətən sizin etdiklərinizi görəndir. (Bəqərə surəsi-223 )
    "Validə"sözü lüğətdə, "ana"mənasındadır. Lakin "Ümm" daha geniş mənadadır. Ümm sözü anaya, nənəyə, və bəzən hər bir şeyin əsas və əslinə deyilir. Əvvəlcədən bu barədə bəhs olunmuşdu.Quran, bu ayədə uşaqa süd vermək və ata-ananın müxtəlif hüquqlarına göstəriş verir. Onların hamısı yeddi göstərişdir.
    Birinci: Uşaqa süd vermək haqqı anaya məxsusdur. Uşaqı bu müddətdə gözləyən odur. Doğrudur ki, uşaqın vilayəti atanın üzərindədir. Lakin, bu müddətdə uşaqın qidalanması anaya bağlı olub, ana ilə qırılmaz məhəbbət bağlılığı olduğuna görə uşaqdan ana himayətçilik edir. Beləliklə, süd vermək haqqı ananındır. Tam iki il uşaqına süd verir.
    İkinci: Lazım deyil ki, ana uşaqına iki il tam süd versin. Bu göstəriş, tam iki il süd vermək istəyənlər üçündür. Lakin, ananın haqqı var ki, öz sağlamlığını nəzərə alaraq iki ildən az süd versin.
    Üçüncü: Ananın bu dövrdəki xərci, yemək libas və sair cəhətdən hətta, boşanmış olsa da uşaqın atasının öhdəsindədir. Bununla da, ana uşaqına asudə süd versin.
    Dördüncü: Ata-anadan heç birinin haqqı yoxdur ki, uşaqın həyatını özlərinin ixtilafı ilə zay etsinlər. Bununla da, uşaqa aradan getməz zərbə vurulmuş olsun. Kişilər ehtiyatlı olmalıdırlar ki, uşaqa süd vermək dövranında uşaqı anadan almasın və onun haqqını zay etməsin. Analar da öz vəzifələrini yerinə yetirib, bu fürsətdən pis istifadə etməsinlər.
    Beşinci: Əgər bu dövranda ata ölərsə, süd verən ananın və uşaqın bütün xərcləri vərəsənin öhdəsindədir.
    Altıncı: Uşaqı süddən kəsmək ixtiyarı ata-ananın ixtiyarına qoyulmuşdur. Keçmiş ayələrdə süd vermə müddəti təyin olunmasına baxmayaraq, ata-ana uşaqın cismi vəziyyətini və səlahını nəzərə almaqla südü kəsə bilərlər.
    Yeddinci: Ananın süd verməsinin qarşısını heç kim ala bilməz. Yalnız, ana özü bunu istəsə və ona bu işdə bir mane qarşıya çıxsa, bu vaxt uşaqa süd verib saxlamaq üçün dayəyə verilir. Bununla da, anaya uşaqı saxlamaqda kömək olunur(Təfsir nümunə. Cil. 2 səh 131 ).
    Bura kimi Qurandan məlum oldu ki, süd vermək ananın haqqıdır. Bu işi, Allah-taala bir vəzifə kimi onun üçün təyin etmişdir. İndi də görəyin ananın vücudunda bu süd necə vücuda gəlir?
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 745 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024