İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 9:03 PM
    34.ŞƏRİKİN HAQQI
    وَأمّا حَقُّ الشَّرِيكِ، فَإنْ غَابَ كَفَيْتَهُ، وَإنْ حَضَرَ سَاويْتَهُ، ولا تَعْزِمْ عَلَى حُكْمِكَ دُونَ حُكْمِهِ، وَلا تَعمَلْ برَأْيكَ دُونَ مُناظَرَتهِ، وتَحْفَظُ عَلَيْهِ مَالَهُ وَتنْفِي عَنْهُ خِيَانتَهُ فِيمَا عَزَّ أَو هَانَ فَإنَّهُ بَلَغَنَا أَنَّ «يَدَ اللهِ عَلَى الشَّرِيكَيْنِ مَا لَمْ يَتَخاوَنا». ولا قُوَّةَ إلا باللهِ.
    "Şərikin sənin boynunda haqqı odur ki, olmayan vaxta onun işlərinə yetişəsən. Əgər yanında olarsa,onunla birlikdə ol. Onun fikrini bilməmiş, öz qərar və fikrin əsasında nəticə alma. Onun malını ondan ötrü hifz et. Onun işlərinin az və ya çoxuna xəyanət etmə. Çünki, bizə çatıb ki, nə qədər ki, iki şərik bir-birinə xəyanət etməyiblər, Allahın əli onların üstündədir. Allahdan başqa heç bir güc-qüvvət yoxdur."
    "Şirk, şirkət, müşarikət", hər üçü şərik olmaq mənasındadır. "İşrak" da şərik etmək mənasındadır. Qurnda, "Taha" surəsində oxuyuruq:
    "Onunla (Harunla) arxamı möhkəmləndir. Onu işimə ortaq (şərik) et!"(Taha surəsi -31-32  ) Yəni, Musanın qadaşını, Fironu dinə dəvət etmək işinə şərik et.
    Ortaq və ya şərik o kəsdir ki, bir şeydə və ya bir işdə başqası ilə ortaq olsun. Furqan surəsində oxuyuruq:
    "O (özünə) heç bir övlad götürməmişdir. Mülkində heç bir şəriki yoxdur.(Furqan surəsi-2 )"
    Allahın, kainata hökumət və tədbirində heç bir şəriki yoxdur. Şərikdən məqsəd, müstəqil şərikdir. Yoxsa, kainatın tədbirindən ötrü çoxlu mələklər və qeyri-mələklər yaratmışdır.
    "Şirk "addır. Yəni şirk əməli. Həmçinin, şərik və nəsib mənasındada gəlmişdir. Bəziləri: "Yoxsa onların göylərdə bir şəriki var?"(Fatir surəsi-40 ) –ayəsində, "şərik" sözünün, "nəsib və bəhrə" mənasında olduğunu iddia edirlər. Müşrik o kəsdir ki, Allaha şərik qərar verir.(Qamus Quran .c.4.səh.20 )
    ŞƏRİ CƏHƏTDƏN ŞİRKƏTƏ BAXIŞ
    Şəriətdə "şirkət" yalnız, o hala deyilir ki, bütün sifətlərindən oxşar iki malı tamamilə qatışdırsınlar və hər bir şərikin o maldanistifadəsinə icazələri olsun.(Əl-Xilaf Şeyx Tusi. C.2.səh.138)
    Bəzi İslam alimləri şirkətin, ərəbcə və ya qeyri-ərəbcədə tələffüz olunmasını şərt bilirlər. Əqd vasitəsilə bir-birilə şirkəti olanlar, həddi buluğa yetmiş, aqil, qəsd və ixtiyarlı olmalıdırlar. Həmçinin, öz mallarından da istifadə etməyə icazələri də olmalıdır. Bəs səfeh şəxsin şirkəti düzgün deyildir.
    Əllamə Hilli, özünün "Qəvaidul-Əhkam" kitabında yazır:
    "Şirkət dörd qismdir: 1. Malların şirkəti. 2. Bədənlərin şirkəti. 3. Müfavəzə şirkəti. 4. Vucuh şirkəti.Birincidən başqa hamısı batildir."Beləliklə, şirkət yalnız, mallarda, o da şəriətin qoyduğu şəraitlə düzgündür.
    ALVERDƏ ƏDƏB QAYDALARINA RİAYƏT
    Müqəddəs İslam dinində, ticarət və müamilənin düzgün, faydalı və halal olmasından ötrü bir sıra göstərişləri vardır. Hamı onlara riayət etməlidir. Ona görə də "Vəsail-Şiə" kitabında, ticarətin ədəbləri haqqında xüsusi bəhs açılmışdır. Şirkət də alverdənsayıldığına görə bu barədə də qeyd olunmuşdur. Lakin şirkət, müştərək olduğuna görə bu ədəblərə hər iki tərəf riayət etməlidir. Bu rəvayətlərdən birində İmam Sadiq (əleyhissalam) buyurur:
    "İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Hər kim alver edirsə, beş göstərişə əməl etməlidir. Əgər riayət etməsə alver etməsin:
    1. Riba (sələm ) almaqdan çəkinsin
    2. Alverdə and içməsin.
    3. Malın eybini gizlətməsin.
    4. Satarkən malı tərifləməsin.
    5. Mal alarkən onu pisləməsin."
    Başqa hədisdə, İbni Tavus özünün "İstixarat" kitabında Əhməd ibni Məhəmməd ibni Yəhyadan belə nəql edir: Bir dəstə dostlarla ticarət etmək qararına gəldik. Səfərə yola düşərkən qərara aldıq ki, İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gedib Ona salam ərz edək və bu işdə ondan xeyir-dua istəyək. Sonraİmam Sadiq (əleyhissalam)-ın hüzuruna gedib məsələni həzrətə nəql etdik. İmam buyurdu:
    "Sənə lazımdır ki, danışığında doğru olasan. Ticarətdə məlının eybini gizlətmə. Səndən mal alanı özü bilmədən aldatma. Çünki, alverdə aldatmaq haramdır. Özünə istədiyini başqalarına da istə. And içməkdən çəkin. Çünki, yalan and, insanı atəşə atır. Haqqa riayət edən tacirdan başqa bütün tacirlər ziyandadır. Nə vaxt ticarətə səfərə çıxmaq istəsən, dua et və Allahdan xeyir istə!Çünki, atamİslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql edir ki, həzrət öz əshabına Quran təlim etdiyi kimisəfərə çıxarkən, istixarə etməyi də tövsiyə etmişdir.”(Vəsail şiə .c.13.səh.178 )
    RƏVAYƏTLƏRDƏŞİRKƏT BARƏSİNDƏ
    İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:
    "Həqiqətən, Allah-taala buyurur: İki şərik, nə qədər ki bir-birinə xəyanət etməyiblər, Mən onların arasında üçüncüyəm. Bəs hər vaxt xəyanət etsələr, Mən onların arasından gedərəm(Nəhcül-fəsahə .Kəlmə. 767 ). "
    Hüseyn ibni Muxtardan nəql olunur ki, İmam Sadiq(əleyhissalam)-a ərz etdim: Bir nəfərin şəriki var. Ona aydın olur ki, şəriki ona bir miqdar xəyanət etmişdir. Haqqı var ki, şərikinin xəbəri olmadan xəyanət etdiyi qədər onun malından götürsün? Həzrət buyurdu:
    Necədə pis bir iş! Bunlar şərik olmuşdular ki, Allahın pənahında olub bir-birlərinə xəyanət etməsinlər. Mən özüm bunu sevirəm ki, əgər şəriklərdən biri yoldaşından xəyanət görsə, onun üstünü örtsün və şərikinin xəbəri olmadan malındanbir şey götürməsin.”(Vəsail Şiə .c.13.səh.178 )
    Yuxarıdakı iki rəvayətdə gördüyümüz kimiiki şərik bir-birinə xəyanət etməyib, müştərək mallarından icazəsiz istifadə etməsinlər. Çünki, bu iş, şərikin haqqı ilə uyğun deyildir. İmam Səccad (əleyhissalam) ortaq barəsində bir neçə mövzunu xatırladır:
    Birinci: Şərik öz şəriki olmayan vaxtda icazəsiz ortaq maldan istifadə etməməlidir. Bəlkədə, o olmayan vaxtı onun işlərinə yetişməlidir.
    İkinci: Şərik olan vaxtı onun haqqına riayət edib, bərabərlik və birliyə riayət etməlidir.
    Üçüncü: Şərikinin nəzərinin əksinə qərara gəlməsin və bilsin ki, əvvəldən əhd ediblər ki, bir-birinə qarşı əmanətdar olacaqlar.
    Dördüncü: Şərik, şərikinin malının qoruyucusu olub, ona heç bir xəyanəti rəva bilməsin. Bilsin ki, Allah-taala, nə qədər ki, bir-birlərinə xəyanət etməyiblər Öz lütf və mərhəmətini onlardan əsirgəmir. Lakin, xəyanət baş verərsə, Allah Öz rəhmətini onların üzərindən götürür!
    35. MAL-DÖVLƏTİN HAQQI
    وَأمّا حَقُّ المَالِ، فَأَنْ لا تَأْخُذَهُ إلاّ مِنْ حِلِّهِ، ولا تُنْفِقَهُ إلاّ فِي حِلِّهِ، وَلا تُحَرِّفْهُ عَنْ مَوَاضِعِهِ، ولا تَصْرِفَهُ عَنْ حَقَائِقِهِ، ولا تَجْعَلْهُ إذا كَانَ مِنَ اللَّهِ إلاّ إلَيهِ وَسَبَباً إلَى اللَّهِ. ولا تُؤثِرَ بهِ عَلَى نفْسِكَ مَنْ لَعَلَّهُ لا يَحْمَدُكَ، وَبالْحَرِيِّ أَنْ لا يُحْسنَ خِلافَتَهُ فِي تَرِكَتِكَ ولا يَعْمَلُ فِيهِ بطَاعَةِ ربكَ فَتَكُونَ مُعِينًا لَهُ عَلَى ذلِكَ أَو بمَا أَحْدَثَ فِي مَالِكَ أَحْسَنَ نَظَرًا لِنَفْسِهِ، فَيَعْمَلَ بطَاعَةِ رَبهِ فَيَذْهَبَ بالْغَنِيمَةِ وتَبُوءَ بالإثمِ وَالْحَسْرَةِ وَالنَّدَامَةِ مَعَ التَّبعَةِ وَلا قُوَّةَ إلا باللهِ.
    "Sənin boynunda mal-dövlətin haqqı budur ki, onu yalnız, halal yolla ələ gətirib, halal yolda sərf edəsən. Onu yersiz sərf edib yerini dəyişmə və Allah tərəfindən sənə verilmiş malı yalnız, Allahyolunda və bu yolda vəsilə sayılan şeydən ötrü sərf et.Sənə təşəkkür etməyəni özünə üstün qərar vermə. Bu yolda, Allaha itaəti tərk etmə, belə ki, başqalarına və varisinə kömək üçün özündən bir irs qalsın. O, bundan da yaxşısını səndən gözləyir. Qoy onu, Allaha itaət yolunda sərf etsin. Qəniməti o aparır , günah yükü və peşimançılıq isə sənin boynunda qalır. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! "
    İmam Səccad (əleyhissala)-ın bu bəhsdə buyurduğu mövzular aşağıdakılarda xülasə olunur:
    1. Mal-dövlt ələ gətirmək və xərc etmək hansı yollarla olmalıdır.
    2. Mal-dövlətin özünə görə yeri və məhəlli vardır ki, ordan ayrılmamalıdır. Həmçinin, mal-dövlətbəzənyalnız, xüsusi yerlərdə sərf olunmalıdır.
    3. Allah tərəfindən verildiyinə görə Allah yolunda da sərf olunmalıdır.
    4. Mal-dövlətdən, yaxşı və ağılla istifadə olunmalıdır. Yoxsa, varisin əlinə düşərək, maldan dünya və axirəti üçün yaxşı istifadə edəcək. Bu vaxt bəhrə ona, zərər və ziyan isə malı qazananın boynuna düşəcək.
    MAL SÖZÜNÜN LÜĞƏTDƏMƏNASI
    İnsanın malik oduğu hər bir şey maldır. "Qamus" və "Əqrəbul-Məvarid" adlı lüğət kitablarında yazır: Mal, malik olunan hər bir şeyə deyilir. Həmçinin, köçərilərin yanındaheyvanlara da "mal"deyilir.
    "Rağib" lüğət ustası yazır: Mala o cəhətdən mal deyirlər ki, həmişə meyl edən və aradan gedəndir. (Bu dəstədən o dəstəyə meyl edir) Bu barədə məsəl var deyərlər: Mal, zinakar qadın kimi bir şeydir bir gün əttarın, bir gün də qəzet satanın evindədir. Quran buyurur: "Mal və övlad dünyanın zinətidir.”(Kəhf surəsi-46 )
    MÜLKİYYƏTİN NÖVLƏRİ
    Mülkiyyət iki növdür: Həqiqi mülkiyyət və etibari mülkiyyət. Həqiqi mülkiyyət, bir mövcudun başqa bir möcuda yaranışda malik olmasıdır. Məsələn, səbəb və məlul. Nümunə üçün nəfsin, zehni surətlərə hakim olmasını qeyd etmək olar. Nəfs, hər vaxt bir gülü təsəvvür etmək istəsə, o anda gül şəkili zehnə gəlir. Əgər diqqətini azaltsa, gül zehindən gedər. Allah-taala, bütün mövcudatlarınhəqiqi malikidir. Quran buyurur:
    "Göylərdə və yerdə nə varsa, Hamısı Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrəti ilə ) ehtiva etmişdir."(Nisa surəsi-126 )
    Həqiqi malikiyyət, malikdən başqasına intiqal olunmağa qabil deyildir. Çünki, təkvini əhatə, nəql və intiqal oluna bilməz. Etibari mülkiyyət isə bir mövcudun başqa bir mövcuda elə malikliyidir ki, o şeydən istifadə etsin və onda başqalarının istifadəsinin qarşısını ala bilsin. Məsələn, insanın öz mal-dövlətinə olan malikiyyəti. Belə malikiyyət insanların bir-biriləri ilə əlaqələrindən yaranır. Ona görə etibari deyilir ki, maliklə mülk arasında həqiqi və təkvini bağlılıq yoxdur. Həmin səbəbdən etibari malikiyyət, nəql və intiqal oluna bilər.
    İNSAN, YARANIŞIN ƏSASI
    İslami nöqteyi-nəzərdən, insan, yaranışın əsl məhvəri olub bütün mövcudatlar onun xidmətindədirlər. Quran, İlahi nemətləri sayır və onları insan üçün yarandığına işarə edir, buyurur:
    "Yer üzündə nə varsa , hamısını sizin üçün yaradan Odur! (Allahdır)"(Bəqərə surəsi- 29)Yenə də başqa yerdə buyurur:
    "(Ey insanlar!) Məgər Allahın yerdə və göydə olanları sizə ram etdiyini, aşkar və gizli nemətlərini sizə bolluca ehsan etdiyini görmürsünüzmü? "(Loğman surəsi -20 
    )Yenə buyurur:
    "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən (torpaqdan) yaradıb orada sakin etdi."(Hud surəsi-61  ) Yenə də başqa yerdə buyurur:
    "Onlara (əlinizin altında olanlara)Allahın sizə verdiyi maldan verin!"(Yunis surəsi -7-8 )
    Ayənin ləhnindən məlum olur ki, mal, əslində Allaha məxsusdur. Bəs onun bağışlanması sizin üçün çətin olmamalıdır.Zikr olunan ayələrdən məlum olur ki, insan, yaranışda əsldir.Allah hər şeyi hətta, mal-dövləti də ondan ötrü yaratmışdır. İslam dininin nizamnaməsindən biri də iqtisadi sistemdir. Bu sistem ümumi olub, bəşərin maddi ehtiyaclarını, yemək, geyim, məskən, müdafiə sisitemi, mədəni yayım, sağlamlıq, bəzi ruhi ehtiyacların ödənilməsi və insanın gözəllik tələblərini təmin etməkdən ötrü qərara alınmışdır.
    DÜNYA, İSLAM NƏZƏRİNDƏ!
    Dünya həyatının həqiqəti barəsindəki ayə və rəvayətlər üç qismə bölünür:
    1.Onlardan bəziləri dünyanı məzəmmət edir. Dünya bərəsində "oyun və boş şey" ifadələri Quranın Məhəmməd surəsinin 36-cı ayəsi, Ənam surəsi 64-cü ayə, Ənkəbut surəsi 20-ci ayələrdə işlənilmişdir. Həmçinin, dünya barəsində, "az azuqə, qürür yeri, mal-dövlət yığmaq yeri və fəxrlənmə yeri" kimi ifadələrə də rast gəlirik.
    2. Başqa ayə və rəvayətlərdə dünya həyatı barəsində elə fikirlər söylənilir ki, dünyanın sevimli və bəyənilmiş oldğunun əlamətləridir. Məsələn, dünya barəsində gələn ifadələrdən, "Allahın fəzli", Tövbə surəsi-28, Nəhl surəsi-16, Nisa surəsi-37, Nur surəsi-24-cü ayələrdə işlənmişdir. O cümlədən, dünya barəsində "Xeyir" ifadəsi, Quranın Bəqərə surəsinin 180, 251, 272-ci ayələri, Adiyat surəsinin 6-cı ayəsi və Məaric surəsinin 70-ci ayəsində gəlib. "Rəhmət" ifadəsi, Hud surəsinin 9-cu ayəsi, İsra surəsinin 100-cü ayəsi, Kəhf suəsinin 82-ci ayəsində qeyd olunub. Dünya barəsində "Həsənə”(ehsan) sözü, Əraf surəsinin 130-cu ayəsi və Tövbə surəsinin 50-ci ayəsində gəlmişdir. Bunların müqabilində, bəzi ayə və rəvayətlərdə xüsusi şəraitdə maddi məhrumiyyətdə qalmaq məzəmmət olunmuşdur.
    3. Ayə və rəvayətlərin üçüncü dəstəsi, yuxarıdakı iki dəstə ayə və rəvayətlərin izahına varır. Belə ki, ibtidadən iki dəstə ayə və rəvayətlərdə nəzərə gələn ziddiyyəti aradan aparır. Belə ayələr, dünayanı, əgər axirət üçün müqəddəmə qarar verilərsə, məhbub olduğu bəyan olunur. Belə olan halda, dünya bəyənilib ona bir növ əsalət verilir. Nümunə üçün aşağadakı ayədə buyurur:
    "Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid etməyən, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanların, məhz onların qazandıqları günaha görə düşəcəkləri yer Cəhənnəmdir."(Nəhcül-bəlağə 131-ci hikmət )
    DÜNYA, RƏVAYƏTLƏRDƏ
    Həzrət Əli ( əleyhissalam) buyurur: "Dünya, Allaha yaxın olanların ticarət yeridir. (Vəsail-Şiə c.12. səh.17 )"
    İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: "Dünya, axirət tarlasıdır." Və ya "Dünya, axirətə yaxşı köməkdir." Həmçinin, başqa yerdə buyurur:
    "Saleh (halal) mal, saleh şəxslərə necədə yaxşıdır!"(Şura surəsi-27 )
    Bu rəvayətlərdən məlum olur ki, dünya axirətə müqəddəmə üçün yaxşıdır. Rəvayətlərdə, "ticarət yeri, tarla və kömək" ifadələrindən məlum olur ki, dünya olmasa, insanın axirəti də yoxdur. Lakin, bəzən insan dünyanın axirətə müqəddəmə olduğunu unudub, ona əsalət verir və hesab edir ki, dünya əsas hədəfdir. Belə olduqda, isə yalnız, öz rifahı üçün çalışıb, Allahdan qafil olur. Quran bu barədə buyurur:
    "Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməklə) yer üzündə həddi aşardılar.(İsra surəsi 83)”
    Yaxud, başqa yerdə buyurur: "İnsana bir nemət (sağlamlıq, var-dövlət) verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə məyus olar."(Ələq surəsi-6-7 )Başqa surədə buyurur:
    "Xeyr! Kafir insan azğınlıq edər. Özünün dövlətli olduğunu (bir şeyə ehtiyacı olmadığını) gördüyü üçün! "(Biharul-ənvar. C.72.səh.59 )
    İlahi rəhbərlər, mal-dövləti kifayət edənə kimitəşviq edirlər. Rəvayətlərdən birində İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm)nəql olunur, buyurur:
    "İlahi! Məhəmmədə, Əhli–beytinə və onları sevənlərə kifəyət qədər ruzi ver! (Nəhcül-bəlağə.Xütbə-45 )"Nəhcül-bəlağədə oxuyuruq:
    "Dünyada, kifayətindən artıq tələb etmə və əlinə yetişənə də şükr et!(Bozorgsal və cavan. C. 1.səh. 272 ) "
    Ayə və rəvayətlərdən, dünyada mal-dövlətin insanın iqtisadi həyatında doğru və düzgün idiologiya ilə mühüm olduğu aydın olur. İndi də, İslam dini mal kəsb edib xərc etməkdə bizlərə hansı göstərişlər verməsinə nəzər salaq. İmam Səccad (əleyhissalam) bu məsələnin mühüm olduğundan ona hüquq nisbət verir.
    MAL-DÖVLƏT QAZANIB YIĞMAQ
    Az-çox da olsa, bəşərin hamısının dünya malına məhəbbəti vardır. Lakin, belə bir bəhs qarşıya çıxır ki, görəsən insanın dünya malına məhəbbəti fitri və təbiidir yoxsa, sonradan və arizidir? Bəziləri iddia edirlər ki, bu meyl insanda təbii olub, yaşayış fitrətində mövcuddur. Bəlkədə, heyvanlarda da təbii istəklərinə görə malik olmaq meylləri vardır.
    Alimlərin nəzəriyyəsinə əsasən, insanda mal-dövlətə əlaqə və meyl, heç də müstəqil və təbii bir meyl deyildir. Bəlkədə, insanın sonradan həyatdakı ehtiyaclarını ödəməkdən ötrü, yemək, libas, və məskən övladı saxlamaq, cinsi meylləri doydurmaq və sair kimi şeylərə ehtiyac vaxtında meylli olur.
    Heyvanlar, öz hədəflərinə görə ehtiyacları olduqları əşyalara malik olmağa çalışırlar. Onlarda malik olmağın ən aşikar surəti yemək, yuva, və vətəndir. Heyvanlarda malik olma meyli, çox vaxt aclığın təsiri, cinsi meyl və balasından müğayət olmağına görədir.
    "Vilyam Ceyms", yaşayış mühitində malikiyyəti şəxsiyyətin çoxalması və ya psixoloji ruhiyyənin artımı kimi qiymətləndirir. Yazır: "Mən”, insanda təkcə ruh qüvvəsi deyildir. Bəlkədə, insanın libası, evi, miniyi, mülki və bankdakı hesablarının hamısına aid olur. Bütün bunların hamısı insanda, mehr qüvvəsinin yaranmasında rol oynayırlar.(Adiyat surəsi-7 )"
    Doğrudur ki, mal-dövlətin məhbubiyyəti fitri deyildir, lakin, insanın həyatında fitri meyilləri doydurmaq, qüdrət və qüvvə ələ gətirməsində rolu olduğuna görə insanın çox istəklərinin təhəqqüq tapması vəşəxsiyyətinin formalaşmasında çox təsirlidir. Bütün bunlar, yavaş-yavaş mal-dövləti, insanların nəzərində əsas və sevimli bir amilə çevirir. Quran bu barədə buyurur:"İnsanın batini meyli və əlaqəsi mal-dövlətə qarşı çox şiddətlidir."(Vəsail Şiə .c.12.səh.19 )
    İmam Sadiq( əleyhissalam) buyurur: "Halal yolla mal yığıb, abır-həyasını qoruyub, borcunu ödəyib, qohum-əqrabası ilə əlaqə yaratmaq istəməyən kəsdə xeyir olmaz!"(Mühəccətül-bəyza.c.3.səh.14 )
    MAL-DÖVLƏT QAZANMAĞIN HƏDƏFİ
    "Günlərin birində, İslam Peyğəmbəri ( səlləlləahu əleyhi və alehi və səlləm) öz əshabı ilə birlikdə oturmuşdu. Sübh tezdən əziyyətlə çalışan güclü bir cavanı görür. Həzrətin ətrafındakılar onun işləməsindən təəssüflənib deyirlər: Ey kaş! Bu güclü və qüvətli cavan öz gücünü Allah yolunda işlədəydi!İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurdu: Bu sözü deməyin! Əgər o cavan, öz zəhmətilə, özünü dilənçilik zillətindən qurtarıb insanlara əl açmamaqdan ötrü çalışırsa, bu əməllə Allah yoluna tərəf gedir. Əgəröz zəhmətilə zəif valideynləri və gücsüz uşaqlarının həyatını idarə edib, ehtiyaclarını yerinə yetirməkdən ötrüçalışırsa, yenə də Allah yolunda çalışır. Lakin, əgər çalışırsa ki, dünya malı cəm edib əhaliyə qarşı fəxirlənsin və malı ilə öyünsün, bu zaman fikri napak və çirkin olubŞeytan yolunda çalışır.(Vəsail Şiə .c.12.səh.9 )"
    Bu hədisdən başa düşürük ki, insanın yaşayşını idarə edib əhaliyə əl açmamasından, öz abır-həyasını satmamaqdan ötrü çalışıb mal-dövlət qazanırsa, Allaha ibadət edən bəndə hökmündədir. Belə sərvət nəinki məzəmmət olunmur, bəlkə də, həyatda hər bir insanın mühüm vəzifəsidir. Məsum İmamlarımızın (əleyhimussalam) rəftar və əməlləri bu məsələnin sənədidir.İmam Sadiq (əleyhissalam) buyurur:
    "Məhəmməd ibni Münkədər nəql edir: Güman etmirdim ki, Əli ibni Hüseyn (İmam Səccad (əleyhissalam) özündən sonra layqli birisini öz canişini təyin etsin.Günlərin birində, oğlu Məhəmməd ibni Əlini ( İmam Baqir (əleyhissalam))-ı gördüm. Qərara aldım ki, ona öyüd-nəsihət edəm. Lakin, o mənə öyüd-nəsihət verdi. Əshab ondan soruşdu: O, sənə nə öyüd-nəsihət verdi? Dedi: Günlərin birində evdən çıxıbMədinənin ətrafını gəzmək istədim. Hava çox isti idi. Məhəmməd ibni Əlini ( İmam Baqir (əleyhissalam))-ı gördüm ki, havanın o qızmarında iki xidmətçi ilə birlikdə möhkəm işləyirdilər.
    Öz-özümə dedim: Sübhanəllah! Qureyşin qocalarından bu qızmar istidə, bu yaşında dünya malı ardıncadır! Ona öyüd-nəsihət verməliyəm. Yaxına gedib salam verdim. Salamımın cavabını verdi. Tər dənələri mübarək alnından sel kimi axırdı. Dedim: Allah sizi islah etsin! Qureyşin böyüklərindən, bu saatda dünya ardıncadır! Əgər ölüm mələyi bu anda gəlsə və siz bu halda olsanız, nə edəcəksiniz?!
    Buyurdu: Əgər ölüm mələyi bu anda gəlsə və mən dəbu halda olsam, Allah-taalaya ibadətdə olmuş olaram. İşim və əməyimlə özümü və övladlarımı dolandırıram və onları dolandırmaqdan ötrü sənəəl açmıram. Həqiqətən, mənim qorxum ondandır ki, ölüm mələyi gələn halda, Allaha qarşı günah etmək halında olam! Ərz etdim: Doğru deyirsiniz. Allah sizi Öz mərhəmətində qərar versin! Mən istəyirdm ki, sizə öyüd-nəsihət verəm, amma siz mənə nəsihət verdiniz! "(Vəsail Şiə .c.12.səh.44 )
    Bəli! İlahi rəhbərlər yaşayışlarını dolandırmaqdan vəehtiyac əllərini bəzi pis fitrətlərə açmamaqdan ötrü həmişə, işdə çalışıblar. Öz tərəfdarlarını həmişə tövsiyə ediblər ki. ehtiyac əllrini əhaliyə tərəf uzatmayıb, öz əllərinin zəhmətilə dolansınlar. İslam nöqteyi-nəzərində hər kim öz arvad-uşaqlarını dolandırmaqdan ötrü halal zəhmətlə çalışırsa, döyüş cəbhəsində düşmənlə cihad edənlər kimidir!İmam Sadiq (əleyhissalam) yenə buyurur:
    "Hər kim öz arvad-uşaqlarını dolandırmaqdan ötrü halal zəhmətlə çalışırsa, Allah yolunda düşmənlə cihad edənlər kimidir!”(Vəsail Şiə .c.12.səh.27 )
    Əksinə, hər kim öz arvad-uşaqlarını buraxıb, onların rifahından ötrü çalışmasa, Allahın rəhmətindən məhrumdurlar.
    İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm)nəql olunur buyurur:"Allahın rəhmətindən məhrumdurlar! Allahın rəhmətindən məhrumdurlar. O kəslər ki, haqqı boyunlarında vacib olanların haqqını zay etsələr!"(Vəsail Şiə .c.12.səh.27 )
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 640 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024