İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 9:01 PM
    38. İDDİAÇI VƏ ƏLEYHİNƏ İDDİA OLUNMUŞUN HAQQI
    وَأمّا حَقُّ الخَصْمِ المُدَّعِي عَلَيْكَ، فَإنْ كَانَ مَا يَدَّعِي عَلَيكَ حَقّاً لَمْ تنفَسِخ فِي حُجَّتِهِ وَلَمْ تَعمَلْ فِي إبطَالِ دَعْوَتِهِوَكُنْتَ خَصْمَ نفْسِكَ لَهُ والحَاكِمَ عَلَيْهَا والشَّاهِدَ لَهُ بحَقِّهِ دُونَ شَهَادَةِ الشُّهُودِ، فَإنَّ ذلِكَ حَقُّ اللَّهِ عَلَيْكَ، وَإنْ كَانَ مَا يَدَّعِيهِ بَاطِلاً رَفَقْتَ بهِ وَرَوَّعْتَهُ وناشَدتهُ بدِينِه وَكَسَرْتَ حِدَّتهُ عَنكَ بذِكْرِ اللهِ وَأَلْقَيْتَ حَشْوَ الْكَلامِ وَلَغَطَه الَّذِي لا يَرُدُّ عَنْكَ عَاديَةَ عَدُوِّكَ بَلْ تبُوءُ بإثمِهِ وَبهِ يَشْحَذ عَلَيْكَ سَيفَ عَدَاوَتِهِ لأَنَّ لَفْظَةَ السُّوءِ تَبعَثُ الشَّرَّ. وَالخَيْرُ مُقْمِعَةٌ لِلشَّرِّ. وَلا قُوَّةَ إلا باللهِ.
    "Sənə qarşı iddiaçının haqqı budur ki, əgər iddiasında doğrudursa, dəlilini sındırma və iddiasını batil etmə. Özün onun xeyrinə və öz əleyhinə hökm et. Şahid olmayan halda, ona şahid ol. Çünki, bu, Allahın sənin boynuna qoyduğu haqqdır. Əgər öz iddiasında batildirsə, onunla yumuşaq rəftar et və onu qorxuzub dininə and içdir. Allahı ona xatırlatmaqla batil yolunun qarşısını al. Onunla çoxda pisləşmə, çünki, bu işin düşməninin sənə qarşı təcavüzünün qarşsını almaz. Bəlkədə, onun günahına giriftar olub, onun düşmənçilik şəmşiri sənə qarşı daha da itilənər. Çünki, pis söz şər gətirər və yaxşı söz şərri aradan götürər. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”
    Sözün qısası budur ki, sənə qarşı iddiası olan şəxs, iki haldan xaric deyildir. Ya iddiasında doğrudur. Bu vaxt haqq onunladır. Bu anda onun haqqı sənin boynunda budur ki, iddiasını qəbul edib öz əleyhinə hökm verəsən. Çünki, burada haqq, Allahdır. Əgər iddiasında batildirsə, onun haqqı sənin boynunda budur ki, onunla yumuşaq rəftar edib, həddini aşmağın qarşısını alasan. Acı sözlərinlə onun acılığını çoxaltma ki, acı şəmşir sənə qarşı, daha da acılansın. Bəlkədə, səbr və aramlıqla öz səhvini ona başa salmağa çalış!
    وَأمّا حَقُّ الخَصْمِ الْمُدَّعَى عَلَيهِ فَإنْ كَانَ مَا تدَّعِيهِ حَقًّا أَجْمَلْتَ فِي مُقَاوَلَتِهِ بمَخرَجِ الدَّعْوَى، فَإنّ لِلدَّعْوَى غِلْظَةً فِي سَمْعِ الْمُدَّعَى عَلَيهِ. وَقَصَدْتَ قَصْدَ حُجَّتِكَ بالرِّفْقِ وَأَمْهَلِ الْمُهْلَةِ وَأبْينِ الْبَيَانِ وَألطَفِ اللُّطْفِ ولَمْ تَتشَاغَلْ عَنْ حُجَّتِكَ بمُنازَعَتِهِ بالقِيلِ وَالقَالِ فَتَذهَبْ عَنْكَ حُجَّتُكَ ولا يَكُونَ لَكَ فِي ذَلِكَ دَرْكٌ. ولا قُوَّةَ إلا باللهِ.
    "Əleyhinə iddia etdiyin şəxsin sənin boynunda haqqı budur ki, əgər ona qarşı iddianda haqqlısansa, davadan xaric olmaqdan ötrü onunla yumuşaq rəftar et. Çünki, qarşı tərəfin qulağında sənin iddianın çox təsiredici əsəri vardır. Tam aramlıq və aydınlıqla öz dəlilini ona başa sal və onunla deyişməyə görə öz dəlilindən əl götürmə. Çünki, dəlil əlindən çıxandan sonra ələ gətirmək çətindir. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”
    Qısası,əgər haqq səninlədirsə, onun haqqı sənin boynunda odur ki, rahatçılıqla öz dəlilini ona bəyan edəsən və öz iddianı sübuta yetirəsən. Öz dəlilini bir elə bəyan et ki, haqqın aradan getməsin!
    İXTİLAF VƏ ŞİKAYƏTİN KÖKLƏRİ
    İnsanların dünyadakı qısa ömürlərindəki arzularından biri də aram və əmniyyətlə yaşamaqdır. Heç kim razı deyil ki, həyatda kimsə onların haqqına təcavüz etsin. İnsan, eşq və məhəbbətlə həyat sürmək istəyir. Dava və ixtilafı xoşlamır. Lakin, başqa tərəfdən, insanı hərislik və arzular əhatə etmişdir. Özündə olan təkəbbür və öyünmək hissi onu məcbur edir ki, öz haqqına qane olmayıb başqalarının haqqına təcavüz etsin. Həmin səbəbdən insanlar arasında müharibə və ixtilaflar yaranmağa başlayır. Təbii ki, hər hansı mühitdə insan cəmiyyəti çox olarsa, ixtilaf və çəkişmədə çox olacaqdır. Bu ixtilaf və çəkişmədə hər iki tərəf eynihalda haqq ola bilməz. Şübhəsiz ki, tərəflərdən biri təcavüzkardır. Bu cəhətdən, cəmiyyətdə olan ixtilafları həll edib, hərənin haqqını özünə verə bilən ədalətli bir qaziyə ehtiyac duyulur. Əvvəlcədən işarə etdik ki, peyğəmbərlərin göndərilmələrinin səbəblərindən biri də cəmiyyətdə ixtilafları aradan qaldırmaqdır.
    İSLAM DİNİ İXTİLAFLARIN KƏSLMƏSİNƏ DƏVƏT EDİR
    İslam dinin məntiqi, insanları ilk növbədə bir-birinə qarşı məhəbbət və mərhəmətə dəvət etməsidir. Bundan da üstün, onları bir-birinə qarşı bağışlamaq və əvf hissi ilə baxmağa səsləyir. Tövsiyə edir ki, öz həyatınızda ixtilaflarınkök atmasına yol verməyin. Allah-taala, Quranda mühacir və ənsardan sonra gələn tabeiinlər barəsində buyurur:
    "Onlardan (mühacirlərdən və ənsardan) sonra gələnlər (tabeiin) belə deyirlər: Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlivə mərhəmətlisən! "(Əraf surəsi-43)
    Onlardan ötrü zikr olunan üç xüsusuiyyət bunlardır: Birinci: Özlərinin islahı və tövbə etməklə bağışlanmaq fikrindədirlər. İkinci: Özlərindən əvvəlki iman gətirənlərə qarşı böyük qardaş kimi baxıb, hər cəhətdən ehtiramlarını qoruyururlar. Üçüncü: Hər cür kinyə, həsəd və düşmənçiliyi qəlblərindən atmaq istəyirlər.
    "Ğill” ərəbcədən lüğətdə, bir şeyin gizli nüfuzuna deyilir. Ona görə də ağacların altından axar suya da "ğiləl" deyilir. Həsəd və düşmənçilik gizli şəkildə insanın qəlbinə nüfuz etdiyindən ona "ğill" deyrilər. Bəs "ğill"təkcə həsəd yox, bəlkə də, insanın qəlbinə gizli nüfuz edən bütün çirkin sifətlərə deyilir. Ayədən göründüyü kimi əsl müsəlmanların fikri, bir-biriləri arasında dostluq və qardaşlıq yaratmaqdır.
    Əvvəlki ayədə deyilənlər, onların dünyadakı işlərinə bağlı idi. Lakin, əbdi həyat olan axirətə görə onların barəsində "Əraf" surəsində buyurur:
    "Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (qaldığı yerin) altından çaylar axar. Onlan (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: Bizi bura gətirib çıxaran Allaha həmd olsun! "(Üsul-Kafi. C.2.səh. 209 )
    Bəşərin ömür boyu axtardığı şirin və sədətli yaşayışı, Allah Behiştdə onlara vədə vermişdir. Ayələrdən məlum olur ki, İslam dini ilk növbədə insanlərı kinsiz və düşmənçiliksiz yaşayışa dəvət edir. Belə olmayan halda, onların arasında ixtilaf yaranacaq. İslamda bundan əlavə, xüsusi "barışdırma və islah etmək" göstərişi vardır.
    İXTİLAFLAR ARADAN GETMƏLİDİR
    "Kafi" kitabında, "İnsanlar arasında islah" ünvanı ilə rəvayətlər vardır. Öz din qardaşları arasında islah işləri aparmaq müsəlmanların vəzifəsidir. Bundan əlavə, onların arasında ibadət ünvanı ilə də islah işləri aparmalıdırlar. İmam Sadiq (əleyhissalam)bu barədə buyurur:
    "Allahın ən çox sevdiyi və qəbul etdiyi sədəqə, müsəlmanlar arasında islah işi aparıb, mübahisəli vaxtı onları bir-birinə yaxınlaşdırmaqdır!"(Üsul-Kafi. C.2.səh. 209 )
    Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam)buyurur:
    "Mənim üçün iki nəfərin arasında islah işi aparmaq, iki dirhəm sədəqə verməkdən üstündür."(Nəhcül-bəlağə.53-cü məktub. )
    Əgər islah işi ilə müsəlmanlar arasında razılaşma olmasa, onların işi məhkəmə və qəzaya çəkiləcək. İslam dini, yaşayış mühitində ədaləti hərtərəfli bərpa etməkdən ötrü çoxlu məhkəmə göstərişləri təyin etmişdir. Bu yüksək dərəcəli ali və dəqiq hökmlərlə hər bir şəxs cəmiyyətdə öz hüquqi haqqına layiqincə çata bilər. Mühakimədə bir neçə şey şərt buyurulmuşdur. Əvvəla, məhkəməni aparan hakim, müsəlmanlar içində ən ədalətli şəxslərdən olub, ixtilafda olanların hər ikisinə eyni gözlə baxmalıdır.
    İkinci, qazi öz qəzavətində yalnız, Allahın razılığını əsas götürməlidir. Bu bəhsimizdə, İslam dininin bir neçə qəzavət göstərişlərinə işarə edirik.
    MƏHKƏMƏ QANUNLARI
    Avropa ölkələrində məhkəmə barəsində atılan ən yüksək addımlar aşağıdakı üç mövzuda xülasə olunur:
    1. Qazi, canilərin hansı təbəqədən olmasına baxmayaraq mühakimə etməkdə müstəqil və toxunulmazdır.
    2. Qazi öz ehtiyaclarını ödəməkdən ötrü kifayət dərəcədə imkana malik olmalıdır. Bununlada, hər hansı bir sərvətli cinayətkar müqabilində, puluna gözü düşübhökmündə xəyanət etməsin.
    İngiltərə dövləti bu barədə ən böyük addım atmışdır. Qazilərdən ötrü maaş təyin olunmamışdır. Bəlkədə, qazinin ixtiyarında məbləği yazılmamış ağ dövlət çekləri qoyulmuşdur. Qazi istədiyi və ehtiyacı olan vaxt bu çeklərə məbləği yazır və pulunu istənilən dövlət bangından ala bilər.
    3. Məhkəmədə hamı qazinin nəzərində bir olub, heç kimə üstünlük verilməli deyildir.
    Bu üç qanun, bu gün avropa ölkələrində əməli olan ən böyük məhkəmə qanunlarındandır. Lakin, İslam dinin məhkəmə göstərişləri bunlardan daha kamil şəkildə müsəlmanların ixtiyarında qoyulmuşdur.
    QAZİNİN QÜDRƏTİ
    Müqəddəs İslam dinində qazilərə o qədər ixtiyar və qüüdrət verilmişdir ki, hətta, dövlət üzvləri arasında hakim və ya onun xüsusi müavinindən başqa heç kimə o qədər qüdrət verilməmişdir. Əmirəl-möminin Əli(əleyhissalam) Misirə göndərdiyi Malik Əştər adlı nümayəndəsinə fərman ünvanı ilə belə yazır:
    "Şəhərin qazisini əhalinin ən bilikli, layiqli və pak şəxslərindən birini təyin et. Öz yanında qazinin rütbə və məqamını o qədər böyük qərar ver ki, dövlət üzvlərindən, dostlardan və həmkarlardan heç birisi bu məqamı qəlblərindən dəkeçirməsinlər. Ey Malik! Qaziyə qüdrət cəhətdən verilən bu məqam ona görədir ki, əl-qolu açıq olmaqla, vəzifəsindənasılı olmayaraq, azadcasına, qorxusuz-hürküsüz bütün cinayətkarları mühakimə edə bilsin və onların barəsində qanunu icra etsin! "(Nəhcül Bəlağə . 27-ci məktub )
    QAZİNİN MAL-DÖVLƏTDƏ MÜSTƏQİLLİYİ
    İslam qanunları, qazinin yaşayışında ehtiyacı olduğu bütün imkaları və müstəqilliyi qərara almışdır. Bu cəhətdən, qaziyə ən böyük müstəqillik verilmişdir. Əmirəl-möminin Əli(əleyhissalam) həmin məktubda yazır:
    "Beytül-maldan, qaziyə o qədər ver ki, insanlardan heç kimə ehtiyacı olmasın!”
    Bu göstərişdə Həzrət öz nümayəndəsinə fərman verir ki, qazi üçün hüquq ayıranda diqqətli ol. Çünki, ola bilsin sənin təyin etdiyin maaş onun ehtiyacını ödəməsin və bu da səbəb olsun ki, fürsət tələblər ondan istifadə etsinlər.
    QAZİNİN MƏHKƏMƏDƏ VƏZİFƏLƏRİ
    Mühakimə bəhsində üçüncü mövzu qazinin müttəhim və iddiaçılara bərabər şəkildə və bir gözlə baxmasıdır. Müqəddəs İslam dinində, məhkəmədə bərabərlik məsələsində o qədər diqqətə yer verilmişdir ki, demək olar ki, təkcə avropada yox, yüz əsrlər sonra belə bəşəriyyətdə bu bərabərlik kimi qanun qərara gəlməyəcək. İslam nöqteyi nəzərindən məhkəmədə qazinin vəzifələri bunlardır:
    1. İxtilafı olan iki tərəf arasında tamamilə bərabərliyi bərqərar etmək. Müqəddəs İslam dinində qərara alınıb ki, məhkəmədə ixtilafı olan iki tərəfi bərabər yerbə otuzdurub hətta, məclisin yuxarı-aşağı tərəfində olmalarında da bərabərliyə riayət olunmalıdır. Əgər tərəflərdən biri böyük şəxsiyyələrdən digəri ən pis adamlardan olsada belə, qazi bu bərabərliyə tam riayət etməlidir. Onların arasında heç bir ayrı-seçkiliyə yol verməməlidər. Bu mövzuda nümunəüçün aşağadakı olmuş əhvalata diqqət edək.
    HARUN VƏ QAZİNİN TƏYİNİ
    Tarix yazır: Abbasi xəlifələrində Harun Rəşid, həcc əməllərini yerinə yetirdikdən sonra Mədinəyə qayıdır. Mədinə əhalisi şəhərin qazisinin dünyadan köçdüyünə görə ondan xahiş edirlər ki, şəhərə təzə bir ədalətli qazi təyin etsin. Mədinəin iki nəfər ədalətli və pak alimlərini xəlifəyə təklif edirlər. Harun, onlardan hansının qazilik məqamına daha layiqli olduğunu bilməkdən ötrü birini yanına çağırtdırır. Vəziri yanında olarkən alimə deyir: Mənimlə vəzirim arasında bir mülk üstündə ixtilafımız var. İxtilafın səbəbini də ona danışıb bu məsələnin hökmü barəsində onun nəzərini tələb edir. Alim bir qədər fikirləşdikdən sonra dedi: Bu işdə haqq xəlifə ilədir. Belə deyib, xəlifənin xeyirinə hökm verir. Harun ona getməyə icazə verir. Sonra göstəriş verir ki, ikinci alimi gətirsinlər. Həmin məsələni olduğu kimi ikinci alimə də açıqlayıb ondan qəzavət etməsini istəyir. İkinci alim buyurur: Mən qəzavət edə bilmərəm, çünki, məhkəmə şəraiti mövcud deyil. Davanın bir tərəfində sizsiniz ki, məclisin yuxarı başında oturmusunuz. Halbuki, vəzir sizin mühakimənizin qarşı tərəfidir və sizin qabağınızda durub. İslam qanuna görə məhkəmə zamanı hər iki tərəf bərabər şəkildə bir yerdə oturmalıdırlar. Harun alimin azad ruhundan xəbər verən bu sözlərini eşidib ləzzət alır və dərhalonu qazi mənsəbinə təyin edir.
    2. İki tərəf arasında bərabərliyi bərqərar etəməkdən ötrü qazi hətta, baxışında və işarəsində də bərabərliyə riayət etməlidir. Məhkəmədə, birinə digərindən çox baxmamalıdır. Hətta, hər ikisinə eyni səviyyədə işarə etməlidir.
    3. Qazinin vəzifəsidir ki, məhkəmə zamanı hər iki tərəflə eyni miqdarda söhbət etsin. Haqqı yoxdur ki, biri ilə çox digər ilə az danışsın.
    4. Qazi məhkəmə zamanı hər iki tərəfə qarşı eyni baxışla baxmalıdır. Haqqı yoxdur ki, birinin üzünə xoş digərinə turş baxsın.
    Əmirəl-möminin Əli(əleyhissalam) Məhəmməd ibni əbi Bəkrə əmrində yazır:
    "Əhali ilə təvazökarcasına rəftar et. Həmişə üzü açıq və gülərüz ol. İstər gözünün ucu ilə istərsə də açıq gözlə baxsan, hamıya bir gözlə bax. Bununlada sərvətlilər səni tamaha tərəf çəkib, zəiflər ədalətindən məyus olmasınlar! "(Nəhcül Bəlağə . 46-cı məktub )
    Başqa məktubda öz nümayəndələrindən birinə yazır:
    "Hamıyla bir cürə rəftar et. İstər gözünün guşəsi ilə baxmaqda, istər açıq üzlə baxmaqda, istər birinə işarə etməkdə, istərsə də, onlara salam verməkdə bir ol! Bununla da, sərvətlilərin səni tamaha salmaq istəmələrnin qarşısı alınar və zəiflər sənin ədalətindən məyus olmazlar."(Əllümətüd-Demeşqiyyə . Kitabul-Qəza  )
    MƏŞHUR İSLAM ALİMİ "ŞƏHİD ƏVVƏLİN" QAZİNİN VƏZİFƏLƏRİ BARƏSNDƏ SÖZLƏRİ
    "Qaziyə vacibdir ki, bərabərlik, salam, müxtəlif ehtiramlar, qulaq asmaq və insafda hər iki tərəfi bərabər nəzərə alsın. Əgər ixtilafda olanların biri müsəlman digəri kafir olsa, qazi, oturmaqda müsəlmanı kafirdən yuxarıda otuzdura bilər. Məsələn, müsəlman oturmuş halda, kafir isə ayaq üstə ola bilər. Bu halda qaziyə vacib deyil ki, qəlbində hər iki tərfə eyni səviyyədə meyilli olsun. !(Vəsail Şiə c.18.səh.170 )
    Bu hökm, qazinin iki tərəfə nisbət vəzifələrindən sayılır. Ancaq məhkəmə vaxtı :
    "Əgər iki tərəfdən biri danışıqda digərindən qabağa düşsə, qazi onun sözünə qulaq asmalıdır. Əgər hər ikisi birdən danışığa başlasa, qazi sağ tərəfdə olanı birinci dinləyə bilər.Əgər hər ikisi sükut etsə, qazi deyə bilər:Hansınız iddiaçısınızsa öz iddianızı bəyan edə bilərsiniz. Yaxud desin: Hər ikiniz sözə başlaya bilərsiniz. Qazinin onlardan birini müxatəb qərar verməsi məkruhdur.
    İDDİAÇI VƏ ƏLEYHİNƏ İDDİA OLUNAN
    İddaçı və münkir kimdir? Şəhid Əvvəl buyurur: İddiaçı o kəsdir ki, əgər öz iddiasından əl çəksə, ixtilaf aradan gedər. Münkir isə onun müqabilinda qərar tutub. Yəni, bu cür deyil ki, əgər getsə, ixtilaf yatar bəlkədə, iddianın müqabilində cavab verməlidir. Əleyhinə iddia olunmuş da cavab verməkdə üç haldan kənarda deyildir. Ya cavabında iddianı qəbul edir, ya rədd edir, ya da sükut ixtiyar edir. Bunların hər biri üçün qazinin xüsusi hökmü vardır.
    DƏLİL (ŞAHİD) VƏ AND, QƏZAVƏTİN ƏSASI
    İmam Sadiq (əleyhissalam) İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir,buyurur:
    "Şahid iddia edənindir. And içmək isə əleyhinə iddia olunanındır.(Vəsail Şiə c.18.səh.170 ) "
    Əbi Bəsir İmam Sadiq (əleyhissalam)-dan nəql edir ,buyurur:
    "Allah-taalanın sizin qanınız barəsində verdiyi hökmü ilə mallarınızın hökmü fərqlidir. Mallarınızda hökm etmişdir ki, iddia edənin şahidi (dəlili) olmalıdır. Əleyhinə iddia olunan isə and içməlidir. Amma qan bahalarınızda əleyhinə iddia olunanın şahidi olmalı, iddiaçı isə and içməlidir. Bununla da müsəlmanın qanı batmasın."(Ali-İmran-159 )
    İmam Rza (əleyhissalam) ondan soruşulan sualın cavabında buyurur:
    "Qan məsələsindən başqa hər yerdə iddiaçının şahidi və əleyhinə iddia olunana isə and içilməsinin səbəbi budur ki, əleyhinə iddia olunanın imkanı yoxdur ki, öz inkarına görə şahid gətirsin. Çünki, məlum deyil. Lakin, qan məsələsində əleyhinə iddia olunmuş öz inkarına şahid tutmalıdır. Bu bir ehtiyatdır ki, onun vaitəsilə müsəlmanın qanının batması qorunur. Bundan əlavə, bu əməlin özü qatildən ötrü bir növ əzab və cinayətin qarşısının alınmasıdır. Əleyhinə iddia olunan üçün şahid tapmaq çox çətindir. Çünki, onun qatil olmamasına şəhadət verən çox az adam olar! "
    Bu rəvayətlərdən, İslamda qəzavətin meyarı aydın oldu. Bunlar, iddiaçı və əleyhinə iddia olunanın hökmləri idi. Ancaq, İmam Səccad (əleyhissalam) bu mözuda yalnız, əxlaqi cəhətlərə toxunmuşdur. İmam Səccad(əleyhissalam) iddiaçı və münkirin əxlaqi vəzifələrini onlara xatırladır, haqqı onlardan ötrü belə aydınlaşdırır: Sənin əleyhinə düşmənçilik iddiası edənin sözü haqqdırsa, onun lehinə və özünün əleyhinə şəhadət ver. Ona zülm etməyib, haqqını tamamilə ödə.Əgər iddiasında batildirsə, onunla mülayim rəftar et və onun işində mehribançılıqdan başqa yol tutma. Allahı onun barəsində qəzəbləndirmə.
    Amma, sənin kiminsə əleyhinə iddia etdiyinin haqqı odur ki, əgər öz iddianda haqlısansa, onunla yumuşaq və gözəl danış. Onun haqqını əda et. Əgər öz iddianda batilsənsə, Allahdan qorx və Ona tərəf tövbə et. Öz iddiandan əl götür. İmam Səccad(əleyhissalam) iddiaçı və münkiri haqqı, həqiqəti görməyə dəvət edir və onları bir-birinə qarşı zülm və sitəmdən çəkindirir. Bəli! Yaxşı olar ki, hər kimin birisilə mal və hüquqda ixtilafı olsa, İmam Səccad (əleyhissalam)-ın göstərişlərini gözünün önünə gətirsin, bununlada həqiqətə çatıb nicat əhli olsun!
    Bu bəhsin sonunda qeyd olunmalı mövzulardan biri də budur ki, ixtilaflı tərəflər öz ixtilaflarını həll etməkdən ötrü adil və vilayəti olan şəxsə müraciət eləsinlər. Buna görə də zalim qazilərə üz tutmaqdan çəkinsinlər.
    39. MƏŞVƏRƏT İSTƏYƏNİN HAQQI
    وَأمّا حَقُّ المُسْتَشِيرِ، فَإنْ حَضَرَكَ لَهُ وَجْهُ رَأْىٍ جَهَدْتَ لَهُ فِي النَّصِيحَةِ، وَأَشَرْتَ عَلَيهِ بمَا تَعْلَمُ أَنَّكَ لَوْ كُنْتَ مَكَانهُ عَمِلْتَ بهِ، وَذَلِكَ لِيَكُنْ مِنْكَ فِي رَحْمَةٍ وَلِينٍ، فَإنَّ اللِّينَ يُؤْنِسُ الْوَحْشَةَ وَإنَّ الْغِلْظَ يُوحِشُ مَوضِعَ الأنْسِ. وَإنْ لَمْ يَحْضُرْكَ لَهُ رَأيٌ وَعَرَفْتَ لَهُ مَنْ تثِقُ برَأيِهِ وَترْضَى بهِ لِنَفْسِكَ دَلَلْتَهُ عَلَيْهِ وَأَرْشَدتَهُ إلَيْهِ، فَكُنْتَ لَمْ تَألُهُ خَيرًا وَلَمْ تَدَّخِرْهُ نُصْحاً. ولا حَوْلَ ولا قُوَّةَ إلا باللهِ.
    "Səninlə məşvərətə gələnin haqqı budur ki, əgər aydın nəzəriyyən varsa, ondan əsirgəmə. Hər nə bilirsənsə ona öyrət. Ona de ki, əgər sənin yerinə olsaydım belə edərdim. Bu ona görədir ki, sənin tərəfindən ona qarşı mehribanlçığının nişanəsi olsun. Çünki, yumuşaq rəftar vəhşəti aradan aparır və çətin tutmaq, insanı vəhşətə çəkir. Əgər özün ona məsləhət verə bilməsən və etimad etdiyin kimisə tanıyırsansa, onu, o şəxsin yanına yolla. Onun barəsində səhlənkarlıq etmə və nə başarırsansa nəsihət elə.Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”
    İmam Səccad (əleyhissalam)-ın məşvərət istəyənin haqqı barəsinə sözünün qısası budur ki, bu məşərət, məşvərət edənin boynuna haqq gətirir. O da budur ki, Əgər məsləhət verən, tələb olunan sahədə nəzəriyyə sahibidirsə, öz məşvərətində səhlənkarlıq göstərməsin və öz nəzərini ona aydıncasına bəyan etsin. Əgər o məsələdə məşvərət etməyə qüdrəti yoxdursa, yaxşı tanıyıb etimad etdiyi bir şəxsin yanına göndərsin.
    İSLAMDA MƏŞVƏRƏT MÖZUSU
    İslam dinin ən mühüm məsələlərindən biri bütün işlərin möhkəm olmasına səbəb olan məşvərət məsələsidir. Məşvərətsiz görülən iş, çiy və naqis olar. Hər hansı bir şəxs, nə qədər təfəkkürə və güclü ağıla malik olsada, yenə də məsələyə müxtəlif nöqteyi-nəzərdən baxmaqda, məsləhət və məşvərətə ehtiyacı vardır. Lakin, məsələ şuurda araşdırılsa, başqalarının ağıl və müxtəlif təcrübələri bir-birinin köməyinə gəldikdə, tamamilə aydın və çox az nöqsanlı olur. Məşvərət mövzusu İslamda o qədər mühümdür ki, hətta, vəhydən əlavə, özünün güclü təfəkkür qüvvəsindən bəhrələnən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) də məşvərətdən istifadə edirdi. Çünki, bir tərəfdən müsəlmanlara, gündəlik yaşayışlarında məşvərətdən istifadə etməklə onun böyük əhəmiyyətini çatdırmalı, digər tərəfdən isə əhalidə təffəkkür qüvvəsini möhkəmlətməyə çalışırdı.İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) şəriət qanunlarında yox, müsəlmanların ümumi tədbir işlərində həmişə, müsəlmanlarla məşvərətləşirdi. Bu işdə, nəzəriyyə sahiblərinə böyük ehtiram göstərirdi.
    MƏŞVƏRƏTİN NƏTİCƏLƏRİ
    Birinci: Öz işlərini məsləhət və məşvərət üzrə aparan camaat, çox az giriftarçılığa mübtəla olurlar. Əksinə, özlərinə öyünüb, özlərini başqalarının fikrindən ehtiyacsız bilənlər fikri cəhətdən fövqəladə yüksək səviyyədə olsalar da,təhlükəli səhvlərə giriftar olurlar. Öz nəzərinə arxalanmaq, insanın şəxsiyyətini alt-üst edir, təfəkkürün qarşısını alır və istedadları məhv edib aradan aparır.
    İkinci: Başqaları ilə məşvərət edərək müvəffəqiyyətə çatan şəxs, çox az insanların ona həsəd aparmasına düçar olar. Çünki, başqaları əsilində, onun qələbəsini özlərininki bilirlər. İnsan çox vaxt öz gördüyü işə həsəd aparmır. Həmçinin, əgər bu məşvərətdən məğlub olarsa, camaatın məzəmmət dili ona qarşı bağlanar.Çünki, heç kim öz işinin nəticəsinə etiraz etməz bəlkədə, qarşı tərəfin məğlubiyyətinə görə ona can yandırarlar.
    Üçüncü: Məşvərətin yaxşı nəticələrindən biri də insanın dost və düşmənlərinin dəyərinin məlum olmasıdır. Bu tanışlıq, qələbə yolunun ondan ötrü həmvar olmasına səbəb olur. Ola bilsin, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), fövqəladə təfəkkür qabiliyyəti olmasına baxmayaraq məşvərətdən istifadə etməsi, qeyd olunan bu səbəblər görə olsun.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 614 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024