İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1936
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Foilimnuy
  • Karasevstist
  • Xalid11
  • semi_84
  • farid777
  • Allah___dogru
  • Alishka1111
  • narmin93
  • Messenat
  • Riza
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:39 AM
    YUSİF VƏ QARDAŞLARI
    Yəqub peyğəmbərin övladları, Yusifi atasından ayırıb onu quyuya atdıqda, nəfsləri onları aldatdı. Necə ki, Quran buyurur:
    «Onlar Yusifin köynəyinin üstünə yalandan bir qan ləkəsi yaxıb gətirmişdilər. Yəqub dedi: Xeyr! Sizin öz həvayi-nəfsləriniz bu işi sizə gözəl göstərmişdir. Mən gözəl və yaxşı səbr etməliyəm. Dediklərinizin yalan olduğunu [sübut etməyə isə] ancaq Allahdan kömək istəyirəm.»(Yusif surəsi-8. )
    Bu ayədə, "səvəllət" cümləsi ərəbcədən "təsvil" kökündən olub «zinət vermək» mənasındadır. Bəzən onu «rəğbətləndirmək», bəzən də "vəsvəsə etmək" mənaları kimi təfsir edirlər. Ümumilikdə, bunların hamısını bir mənada cəm etmək olar. O da buna işarədir ki, tüğyanedici həvəslər, insanın ruhuna və fitrətinə sahib çıxdıqda ən çirkin günahları o cümlədən, qətlə yetirmək və ya qardaşı sürgün etməyi, insanın nəzərində elə zinətləndirir ki, günah sahibi onu zəruri və müqəddəs bir əməl kimi təsəvvür edir. Bu da, ruhi məsəllərdə ümumi bir qanuni yoldur. O da budur ki: Hər hansı bir məsələyə ifrat dərəcədə meyl etmək, xüsusilə bu meyl, çirkin əxlaqla olduqda, insanın həqiqəti aramaq fikrinin üstünə pərdə çəkilir və həqiqətlər onun nəzərində tamamilə dəyişir. Ona görə də, insan nəfsini pak etməyincə düzgün və doğru şəkildə mühakimə yürüdə bilməz. Bu əhvalatdan aydın olur ki, Yusifin qardaşları «müsəvvələ nəfsin» (aldadıcı nəfsin) vasitəsilə ən böyük cinayəti edirlər. Yalandan qanlı köynək düzəltməklə öz yalanlarını doğru və düzgün şəkildə cilvələndirmək istəyirlər. Həmin əhvalatda qardaşlar, Misirdən qayıdıb qardaşlarının oğurluq xəbərini Yəquba verdilər. Yəqub (əleyhissəlam) buyurur:
    «Dedi: Sizin öz nəfsiniz mövzunu nəzərinizdə belə zinətləndirdi. Mən səbr edirəm. Gözəl səbr. Ümidvaram ki, Allah onların hamısını mənə qaytarsın. Çünki, O, bilən və hikmət sahibidir!»(Yusif surəsi-83. )
    SAMİRİ
    Quran buyurur: «Musa Tövartın lövhələrindən ötrü Tur dağına gedir. Gedərkən camaata buyurur: Mənim bu işim otuz gün çəkəcək. Ancaq, Allah onun işini on gün də artırır, qırx gün çəkir. Bu on günlük gecikmə fasiləsində Samiri adlı şəxs Bəni-İsraili aldada bilir və onları buzova pərəstiş etməyə vadar edir. Həzrət Musa qayıdır və belə bir narahatedici mənzərə ilə rastlaşır. Əvvəlcə, qardaşı Harunu danlayıb məzəmmət edir. Qardaşının təqsirkar olmadığı məlum olduqda Samirini xitab qərar verib, buyurdu: Ey Samiri! Nəyə görə bu işi gördün? Samiri belə cavab verdi: Mən onların görmədiklərini gördüm. Mən o rəsulun (Allah elçisinin) ləpirlərindən bir az götürdüm sonra onu atdım. Beləcə, öz nəfsim məqsədimi gözlərim önündə cilvələndirdi!» (Taha surəsi-96. )
    Samiri təkəbbürlü və özündən deyən bir şəxs idi. Özünün huşyarlığı, qüdrəti və xüsusi məharəti vasitəsilə İsrail övladlarının zəif cəhətlərindən istifadə edib böyük bir fitnə yarada bilmişdi. Musanın (əleyhissəlam) zəhmətlərini görməməzliyə vurub, əhalini buzovpərəstliyə dəvət etmişdi.
    Ayədə Samiri, öz çirkin əməlini, yəni, İsrail övladlarını zəlalətə salmasını "müsəvvələ nəfsinə" və ya özü-özünü aldatmasına nisbət verir. Söyləyir: "Beləcə nəfsim məqsədimi gözlərim önündə cilvələndirdi."
    Ayədəki, «Mən o rəsulun (Allahın elçisinin) ləpirindən bir az götürdüm» cümləsində, «ləpirdən"məqsəd, ayağın altında olan torpaqdır. «Atdım» sözündən məqsəd isə o torpağı qızıldan düzəldilmiş buzovun heykəlinin içinə atmasıdır. Yaxud, belə mənalandırmaq olar ki, «iz və ya ləpirdən» məqsəd, təlimatlardan bir qismini bilmək, «atmaq»dan məqsəd isə «Musanın təlimatlarını kənara atmaqdır.»
    Hər iki ehtimal olunmuş mənanın hansını qəbul etsək, belə bir mənanı çatdırmaq istəyir ki, Samiri, İsrail övladlarını zəlalətə salmaq əməlində öz nəfsinə aldanmış və belə bir böyük cinayətə əl atmışdır.
    HƏSƏN BƏSRİNİN MÜSƏLMAN ÜMMƏTİNDƏ SAMİRİ ROLUNU OYNAMASI
    Təbərsinin «Ehticac» kitabından nəql olunan hədisdə gəlib: Əmirəl-möminin Əli (əleyhissəlam) Bəsrəni fəth edən zaman əhali onun ətrafına yığışır. Onların arasında Həsən Bəsri adlı bir şəxs özü ilə yazı yazmaqdan ötrü xüsusi lövhələr gətirmişdi. Həzrət Əli (əleyhissəlam)-dan hər nə söz eşidirdisə, dərhal yaddaş edirdi. İmam Əli (əleyhissəlam) əhali arasında onu müxatəb qərar verib uca səslə soruşur: Nə edirsən? Cavab verir: Sizin əsərlərinizi və sözlərinizi gələcəkdə araşdırmaqdan ötrü qeydə alıram! Əmirəl-möinin (əleyhissəlam) buyurdu:
    «Agah olun! Hər bir tayfanın və cəmiyyətin bir Samiriyə bənzər şəxsi var. Həsən Bəsri də bu ümmətin Samirisidir. Təkcə, Musanın (əleyhissəlam) dövründəki Samiri ilə fərqi budur ki, hər kim Musanın (əleyhissəlam) dövründəki Samiriyə yaxınlaşsaydı, deyərdi ki, mənimlə ünsiyyətdə olmayın. Lakin, bu Samiri əhaliyə deyir ki: Döyüşmək olmaz hətta, yolunu azmışlarla belə olsa da.»
    Bu sözlər, Həsən Bəsrinin Cəməl döyüşünə qarşı etdikləri təbliğlərinə görə idi.(Təfsiri-nur Səqəleyn, 3-cü cild, səh-392. )
    4. MÜTMƏİNNƏ NƏFSİ
    Nəfsin mərtəbələrindən biri də, «mütməinnə» (arxayın, xatircəm olan) nəfsdir. Bu mərtəbə, nəfsin ən uca mərtəbəsidir. Qurani-kərimdə belə oxuyuruq:
    «Ey xatircəm olan nəfs! Rəbbinə tərəf dön! Sən ondan, O da səndən razı olaraq! Bəndələrimin zümrəsinə daxil ol! Cənnətimə daxil ol!»(Fəcr surəsi- 27-30. )
    Pərvərdigari-aləmin, iman sayəsində xatircəmlik və arxayınlıq halətində olan nəfsi Behiştə dəvət etməsi necə də səfalıdır! Hər iki tərəfin razılığı ilə qarışmış dəvət, öz məşuquna qəlbini vermiş aşiqin razılığı və onun ardınca məhbub və həqiqi məhbubun razılığı! Bəndələrin iftixar, bəndəlik libası ilə onu fəxrli etmək, xüsusi şəxslərin yolunu ona vermək və nəhayət, mömini Behiştə dəvət etmək!
    Xatircəmlik, bir sıra dəyişiklikdən sonra qəlbdə olan sakitlik və aramlıqdır. Nəfsin sakitliyi, yəqinliyə və mərifətə yetmiş halətidir. Məşhur alim "Kaşifi"yazır:
    «Ey xatircəm nəfs! Çətinlikdə və nemətli hallarda səbirli və dözümlü olub, Mənə şükr etdin! Allahın Öz kəramətindən sənə verdiyi yerə qayıt. Sənə verdiyim nemətlərdən razı olduğun halda!»(Təfsi Ruhul-bəyan, 10-cu cild, səh-432)
    MÜTMƏİNNƏ NƏFSİ ÖLÜM VAXTI
    "Mütməinnə" nəfsinin ən gözəl cilvəsi, insanın ölüm vaxtı və xatir cəmliklə bu maddi aləmi tərk edib əbədiyyət aləminə qovuşması zamanı aşkara çıxır. Ravilərdən biri İmam Sadiqdən (əleyhissəlam) bu halət barəsində nəql edərək, yazır:
    «İmam Sadiq (əleyhissəlam)-a ərz etdim: Qurbanın olum! Ey Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) övladı! Məgər möminin ruhunun bədənindən çıxmasından ikrah edərmi? Buyurdu: Xeyr! Allaha and olsun, ölüm mələyi gələndə möminin ruhu azca narahat olar. Ölüm mələyi ona deyər: Ey Allahın dostu narahat olma! And olsun o Allaha ki, Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) göndərmişdir. Mən sənə atadan da mehribanam! Əgər sənin yanına gəlsə, gözlərini aç və gör!
    Sonra buyurdu: Mömin can verəndə, Peyğəmbər, Əli, Fatimə, Həsən, Hüseyn və başqa İmamlar (əleyhimussəlam) onun yanında hazır olarlar. Ona deyilmiş olar: Ey Məhəmmədin övladlarına görə aram tutmuş nəfs! Əlinin (əleyhissəlam) vilayətini qəbul edib, Rəbbinin sənə verdiyi mükafatdan razı halda ona tərəf qayıt! Məhəmməd və onun Əhli-beyti kimi bəndələrimin zümrəsinə gəl və Behiştə daxil ol! Ruhun yanında o səsdən yaxşı və nida edəni görməkdən başqa yaxşı şey yoxdur.»(Təfsiri-Nur Səqəleyn, 5-ci cild, səh-577.)
    KAMİLLİYİN SON MƏRHƏLƏSİ, NƏFSİN İSTƏKLƏRİ İLƏ MÜBARİZƏ APARMAQDIR
    İnsanın kamilliyə yetişməsindən ötrü ilk mərhələdə, insan öz nəfsini tanımalı və bütün maddi meyllərinə göz yummalıdır. Bu mənanı Müşace adlı ravi, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir:
    «Ğəvali-Ləali" kitabının müəllifi, bəzi xəbərlərdə nəql edir ki, Mücaşe adlı bir kişi, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlib və o həzrətdən çoxlu suallar soruşur. O cümlədən: soruşur: Ya Rəsulullah! Haqqı tanımağın yolu nədir? Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) cavab verir: «Nəfsi tanımaqlıqda!"Soruşur: Haqla müvafiq olmağın yolu nədir? Buyurur: Nəfslə müxalifətçilik etmək.
    Soruşur: Haqqın razılığına yetişməyin yolu nədir?
    Buyurur: Nəfsi qəzəbə gətirmək.
    Soruşur: Haqqa yetişməyin yolu nədir?
    Buyurur: Nəfsin meyllərindən mühacirət etmək.
    Soruşur: Haqdan itaət etməyin yolu nədir?
    Buyurur: Nəfsin istəklərindən boyun qaçırmaq.
    Soruşur: Haqqı xatırlamağın yolu nədir?
    Buyurur: Nəfsi unutmaqlıq.
    Soruşur: Haqqa yaxın olmağın yolu nədir?
    Buyurur: Nəfsdən uzaqlaşmaq.
    Soruşur: Haqla ünsiyyətdə olmağın yolu nədir?
    Buyurur: Nəfsdən qorxmaq.
    Soruşur: Bütün bunların hamısı ilə ünsiyyətdə olmağın yolu nədir?
    Buyurur: Nəfslə mübarizə aparmaqdan ötrü Allahdan kömək istəmək.(Müstədrəkül-Vəsail, 2-ci cild, səh-270. )
    Bu maraqlı hadisədə, insanda kamilliyin ən yuxarı həddinə yetişməsini, onun haqqa yetişməsi və nəfsi ilə müxalifətçilik etməsində görür. Hədisdə, haqqın müqabilində zikr olunan yollar daha diqqətə layiqdir. Haqqı və nəfsi tapmaq, haqqla müvafiqlik və nəfslə müxalifətçilik, haqqın razılığı və nəfsdən uzaqlaşmaq, haqqa itaət və nəfsə qarşı günah, haqqı xatırlamaq və nəfsi unutmaq, haqqa yaxınlaşmaq və nəfsdən uzaq qalmaq.
    İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) bu hədisdə qeyd etdiyi vəsfləri ələ gətirməklə əsil ariflər sırasına düşmək olar.
    NƏFSİN FİQHİ CƏHƏTDƏN HÜQUQU
    Nəfsin hüququ bəhsinin sonunda, onu fiqhi cəhətdən araşdıracağıq. Qurani-kərimdə istifadə olunan (nəfsin) mənalarından biri də «həyat» (və insanın canı) mənasındadır. Elə bir məna ki, insanın ondan üstün heç bir qiymətli şeyi yoxdur. Qurani-kərim insanın canının qiymətini belə bəyan edir:
    «Hər kəs bir kimsəni icazəsi və haqqı olmadan yaxud, yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o bütün insanları öldürmüş kimi olur. Hər kəs birisinin həyatının davam etməsinə səbəb olsa, o bütün insanları diriltmiş kimi olur.»(Maidə surəsi-32. )
    Quran, günahsız bir mömini öldürməyi, ən böyük günahlardan sayır və cəriməsini bütün cərimələrdən üstün hesab edir.
    «Hər kəs bir mömin şəxsi qəsdən öldürsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (Axirətdə) onun üçün böyük əzab hazırlayar.»(Nisa surəsi-93. )
    Quran başqa yerdə buyurur:«Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə qisas ixtiyarı verdik. Lakin, o da qətl etməkdə ifrata yol verməsin. »(İsra surəsi-33. )
    Qisas hökmü, Qurani-kərimin əbədi hökmlərindən biridir:
    «Ey ağıl sahibləri, bu qisas [qisas hökmü] sizin üçün həyat deməkdir.»(Bəqərə surəsi-179. )
    Qətl üç qisimdir:
    1. Qəsdən öldürmə;
    2. Qəsdən öldürməyə oxşama;
    3. Səhvən öldürmə. Qəsdən qətlə yetirməkdə öldürülmüş şəxsin sahibinin ixtiyarı var ki, ya qisas alsın, ya da qan bahası almaqla qatili əfv etsin. Amma, qəsdən öldürməyə oxşar və ya səhvən qətldə qisas yoxdur. Öldürülmüşün yaxın qohum-əqrəbası yalnız, qan bahası ala bilər. Qəsdən öldrüməyə oxşar olan qətldə buyurulur ki, ölüm, öldürücü alətlərlə olmasın (bıçaq və s.). Qatilin də öldrümək qəsdi olmasın. Lakin, zərbə nəticəsində ölüm hadisəsi baş vermiş olsun.
    Bəli! Quran baxımından qisas cəmiyyətdə həyata zəmanət verəndir. Qisas hökmünü qadağan etmək canilərə meydan verməkdir. Bununla belə qisas hökmündə ifrata yol vemək haramdır. Azad insanın qan bahası aşağıdakılardan biridir:
    1. Altı yaşına keçmiş yüz dəvə;
    2. 200 inək;
    3. 1000 qoyun;
    4. 200 top Yəmən parçası;
    5. Hər misqalı 18 noxud olan, 1000 şəri qızıl misqal;
    6. 10000 dirhəm.
    Xatırladaq ki, qadının qan bahası, kişinin qan bahasının yarısı qədərdir.(Müxtəsərun-Nafe. kitabi diyad, səh-294. )
    BƏDƏN ÜZVLƏRİNİN HAQQI
    DİLİN HAQQI
    وَأَمَّا حَقُّ اللّسَان فَإكْرَامُهُ عَنِ الْخَني وتَعْوِيدُهُ عَلَى الْخَيْرِ وَحَمْلُهُ عَلَى الأَدَبوَإجْمَامُهُ إلاّ لِمَوْضِعِ الْحَاجَةِ وَالْمَنْفَعَةِ لِلدِّينِ وَالدُّنْيَا وَإعْفَاؤُهُ عَنِ الْفُضُول اُلشَّنِعَةِ الْقَلِيلَةِ الْفَائِدَةِ الَّتِي لا يُؤْمَنُ ضَرَرُهَامَعَ قِلَّةِ عَائِدَتِهَا. وَيُعَدُّ شَاهِدَ الْعَقْلِ وَالدَّلِيلَ عَلَيْه وَتَزَيُّنُ الْعَاقِلَ بعَقْلِهِحُسْنُ سِيرَتِهِ فِي لِسَانِهِ. وَلا قُوَّةَ إلا باللهِ الْعَلِيِّ الْعَظِيمِ.
    «Amma, dilin haqqı [hüququ] budur ki, onu çirkin işlərə bulaşdırmaqdan qoruyub, hörmətini saxlayasan. Əksinə, onu yaxşı və ləyaqətli söz deməyə vadar et! Onu ədəbli və yerində saxla! Yalnız, ehtiyac olanda dünya və Axirətinə faydası olan zaman ondan istifadə et! Onu çox danışdırmaqdan və zərərindən amanda qalmadığın faydasız sözlərdən qoru! Dil, ağıla şahidlik edəndir. Ağılın zinəti dilin vasitəsi ilədir. Böyük Allahdan başqa heç bir tərəfdən güc-qüvvət yoxdur!"
    İmam Səccad (əleyhissəlam) dil barəsində buyurur:
    Onu bütünlüklə Allah yolunda itaətdə saxla və yeddi üzvünün hüquqlarını qoru. O həzrət bədənin əzalarının hüququnda, əvvəlcə dildən başlayır və onu qorumağın yolunu bəyan edir.
    DİL, İNSANDA ƏN BÖYÜK NEMƏTDİR
    Şübhə yoxdur ki, yaradılış aləmində insana məxsus olan ən böyük İlahi nemətlərdən biri dil və danışmaqdır.
    «Ərrəhman" surəsinin 3-4-cü ayələrində bu böyük nemətə aşkarcasına işarə olunur və buyurur:
    «İnsanın yaratdı, ona danışmağı [fikrini və duyğularını bəyan etməyi] öyrətdi.»
    Müfəssirilər ayəni belə məna etmişlər: Bir şeyin üzərindən pərdə götürmək. Dil insanın batinindən xəbər verir və onun mütərcimidir. Pərdələri kənara atır və qəlbdə olanların hamısının izhar edir. Əgər dil olmasaydı, bəşər də başqa heyvanlar kimi sakit qalar, anlamaq və anlatmaq qapısı onun üzünə bağlanardı.
    DİLLƏRİN MÜXTƏLİFLİYİ İLAHİ ƏLAMƏTDİR
    Allah-taala Qurani-kərimdə buyurur:
    «Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün nişanələr vardır.»(Rum surəsi-22. )
    DİL, İNSANI TANIMAĞIN AMİLİDİR
    Hər bir şəxsi tanımağın müxtəlif yolları vardır. Onlardan biri də onun danışığıdır. Hər bir insan, öz şəxsiyyətini öz dili ilə tanıtdırır. Dil, onun batininin gözəl və ya çirkin olmasını göstərəndir. Hər bir şəxsin sözündən anlamaq olar ki, saleh ya fasiq şəxsdir. Həzrət Cavad (əleyhissəlam) buyurur:
    «Kişi, öz dilinin altında gizlənmişdir.»(Müntəhəl-amal, 2-ci cild, səh-358.) Dil, pərdələri kənara atır və həqiqəti cilvələndirir.
    DİLİN MAHİYYƏTİ VƏ MADDƏSİ
    Həzrət Əli (əleyhissəlam), dil barəsində qısa bir cümlə söyləyib və dilin həqiqətini tam mənada aydınlaşdırmışdır. Həzrət buyurur: «Dilin çəkisi çox az, ancaq günahı çox ağırdır!»
    Allahın insana bəxş etdiyi əzaların hər birisinin xüsusi vəzifəsi vardır. Məsələn, gözün, rəngləri və şəkilləri görməkdən başqa qüdrəti yoxdur. Qulağın, səsləri, danışıqları eşitməkdən başqa birqabiliyyəti yoxdur. Əl, cisimləri ləms etməklə ayırd edə bilər. Lakin, dilin meydanı genişdir. Xeyir və şər meydanı, xoşbəxtlik və bədbəxtlik meydanı vardır. Nə vaxt xeyirə söz danışarsa, səadət meydanında dolanır və hər zaman pisliyə və şər danışarsa, insanı yolundan azdırmaqdan ötrü Şeytanın ən böyük tələsinə çevrilə bilər.
    CƏMİYYƏTİN İSLAH VƏ YA FƏSADA DOĞRU GETMƏSİNDƏ DİLİN ROLU
    Cəmiyyətin islah və ya fəsada doğru getməsindən ötrü müxtəlif yollar var. Ən təsiredici yollardan biri, həmin «söz danışmaqdır».
    Hər bir zirək və söz ustasının imkanı var ki, cəmiyyəti islaha, insani dəyərlərə və fəzilətlərə tərəf çəksin. Həmçinin, əksinə, həmin şəxs cəmiyyəti səadət yolundan ayırıb fitnə-fəsad, çirkinlik və əxlaqi pozğunluğa çəkə bilər. Mahir söz ustası, tənbəllik və uçuruma uğramış cəmiyyəti hərəkətə gətirərək, onların həyatını dəyişə bilər. Həmçinin, cəmiyyətin tünd həssasiyyətlərini və alovlarını söndürüb, onları hər şeyə qarşı biganə edə bilər. Xətib, haqq tələbində olan cəmiyyəti batilə doğru həmçinin, batil yolda qərar tutmuş cəmiyyəti isə haqqa doğru çəkə bilər. İndi də bu mövzuda bir neçə nümunə gətirək:
    Həzrət Əli (əleyhissəlam), şəhadətə yetən zaman bu xəbər bütün islami şəhərlərə yayıldı.
    Həzrətin mehrabda şəhadətə yetməsi xəbəri Şama yetişəndə, Müaviyənin öyrətdiyi şəxslərin yalan təbliğinin təsirindən aldanmışlardan bəziləri dedilər: Məgər, Əli namaz və mehrab əhli olub?
    İnsanların ən abidi olub, ömrünü namazı bərpa etmək yolunda döyüşdə keçirən, namaz halında müqəddəs budundan oxu çıxarılan və bunu hiss etməyən bir şəxs, indi Şamda namazsız bir insan kimi tanıtdırılıb. Əhali onun məscidə getməsindən təəccüblənir. Bu dilin, haqqı batil sifətində cilvələndirməsinin nəticəsidir.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 652 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2021