İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:39 AM
    BOSR İBNİ ƏRTA VƏ BƏNİ HƏMDAN QƏBİLƏSİ
    Müaviyə Bosr ibni Ərtanı, Bəni-həmədana hakim ünvanı ilə göndərən vaxt o, heç bir cinayətdən dala qalmayıb, elə bir zülm edir ki, nəfəslər sinələrdə boğulub, heç kəs söz danışmağa belə cürət etmirdi.
    Belə bir həssas və böhranlı vəziyyətdə, şücaətli, şir ürəkli Sudə adlı bir qadın, müqəddəs dinin hörmətini və əhalini qorumaqdan ötrü Şama yola düşür. Müaviyəyə xəbər verirlər ki, Sudə adlı bir qadın səninlə görüşmək istəyir. Müaviyə təəccüblə dedi: Göydə gəzdiyim bir şəxs, öz ayaqları ilə sarayıma gəlib. Sudənin gəlməsinə icazə verdi. Sudə, saraya daxil olub, Müaviyəyə acı bir salam verir. Müaviyə soruşur: Gördün ki, axırda əlacsız qalıb bizim xilafətimizə salam verdin!
    Sudə onun cavabında dedi: Özünə güvənmə! Hər bir şeyin sonu və zamanı var. Bu müvəqqəti məqama ürək bağlama. Tezliklə, vaxtın sona yetəcək.
    Müaviyə dedi: Ey Sudə! Əlinin qoşunu döyüşərkən onların arasında qəhrəmanlıq şeri oxumağını xatırlayırsanmı? De görüm, bu işdən məqsədin nə idi? Sözsüz ki, mənim həlakət və məhv olmağımı istəyirdin? O şerlərdən bir də oxu!
    Sudə cavabında dedi: Sənin zülmkarlığın və amansızlığın hər şeyi yadımdan çıxarıb. Mən indi sənin yanına Bosr ibni Ətadan şikayətə gəlmişəm. O, bizlərə zülm edir, əhalinin mallarını qarət edir və kişiləri qətlə yetirir. Müaviyə dedi: İndi səni onun yanına göndərərəm və səninlə nə cür istəsə, rəftar etsin. Sudə bu məzmunda şeri zəmzəmə edir:
    Allahın salam və rəhməti o pak bədənə olsun ki, qəbir onu özünə çəkdi və onun getməsi ilə ədalət onunla dəfn olundu!
    Müaviyə dedi:O şəxsdən hədəfin kimdir? Cavab verdi: Ağam Əli (əleyhissəlam), ey Müaviyə! Necə ki, bu gün sənin yanına şikayətə gəlib kömək istəyirəm və sən mənə belə cavab verirsən, günlərin birində məsulların birindən şikayət etməkdən ötrü Əlinin (əleyhissəlam) yanına getdim. O həzrət tək idi. Namaz qılmaq istəyirdi. Gözləri mənə sataşanda soruşdu: Nə işdən ötrü gəlmisən? Cavab verdim: Sənin təyin etdiyin qoşun başçısından şikayətə. Ey Əli!
    Əli (əleyhissəlam) əllərini üzünə tutub, uca səslə ağlamağa başladı və ərz etdi:
    «İlahi! Sən özün şahidsən ki, mən onu bəndələrinə zülm etməkdən ötrü göndərməmişəm.»
    O vaxt həmin şəxsin işdən götürülməsi barəsində əmrini yazıb mənə verdi. Amma, sən şikayətə yetişmək əvəzinə məni qorxudursan! Budur Əli ilə sənin fərqin! Müaviyə qəmgin oldu. Əlacsız qalıb Bosr ibni Ətana yazır ki, cinayət və qətllərdən əl çəksin.
    Bəli, dil elə bir iti bıçaqdır ki, hərəkətə gələn zaman Müaviyə kimi daş ürəkli bir şəxsi belə dəyişdirir. O vaxt Müaviyə dedi: Əli ibni Əbi Talib sizi məğrur edib. O sizin tayfanın barəsində belə söyləyir:
    «Əgər Behiştin qapısı olsam, Həmdan qəbiləsinə deyərəm: Salamatçılıqla Behiştə daxil olun!»(Əlamun nisa, 4-cü cild, səh-270. )
    BƏLAĞƏTLİ SÖZÜN TƏSİRİ
    Bu barədə başqa bir nümunəyə işarə edək. Əli ibni Əbi Talib (əleyhissəlam)-la Müaviyənin arasında çoxlu yazışmalar olub. Onlardan birini Əli (əleyhissəlam) xoş surət və xoş söz danışan Termah adlı birisinə verib Müaviyəyə göndərir.
    Termah uzaq yol keçib Şama çatır. İlk dəfə Müaviyənin müşaviri Əmr ibni As və Yəzidlə rastlaşır. Bu iki nəfərə sözlə qalib gəlib onları utandırır. Sonra Müaviyə ilə görüşür. Onu da özünün təsiredici danışığı ilə təsir altına alır.
    Müaviyə qərara alır ki, bu gözəl danışıq qabiliyyəti olan şəxsi alsın və öz xeyirinə istifadə eləsin. Ona görə də, ona dedi: Ey ərəb! Əgər sənə bir şey versəm, qəbul edərsən? Cavab verir:Nəyə görə qəbul etməyim? Sənin canını bədənindən çıxarıb almaq istəyirəmsə, nəyə görə pulunu da qəbul etməyim?
    Müaviyə göstəriş verir ki, ona 10000 dirhəm pul versinlər. Müaviyə dedi: Əgər azdırsa de artırsınlar. Səfir cavab verir: Göstəriş ver ki, artırsınlar! Sən ki, atanın pulundan vermirsən? Müaviyə əmr edir ki, 10000 dirhəm də artırsınlar. Bu vaxt Termah deyir: Göstəriş ver ki, 10000 dirhəm də artırsınlar. Bununla 30000 min dirhəm olsun. Çünki, Allah da təkdir. Termah dirhəmlərin yolunu gözləyib onların verilməsini gördükdə, Müaviyəyə dedi: Məni məsxərə edirsən? Sənin sözlərin dağ başından əsən küləklərə bənzəyir.
    Müaviyə göstəriş verir ki, pulları versinlər. Bu vaxt Əmr As ona dedi: Əmirəl-möminin verdiyini necə gördün? Termah cavab verdi: Bu müsəlmanların malı olub, İlahi xəzinədən bəndələrindən birinə qismət oldu. O, kimdir?!
    Bu zaman Müaviyə dedi: Bu kişi dünyanı gözümdə qaraltdı. Sonra öz katibini çağırtdırıb, Əlinin (əleyhissəlam) məktubuna çaşqınlıqla cavab yazdırdı.
    Termah dedi: Ey Müaviyə! Əlini döyüşlə qorxudursan? Su quşunu su ilə qorxudursan? Allaha and olsun! Əlinin (əleyhissəlam) elə böyük xoruzu var ki, sənin bütün əsgərlərinin öz çətənəsində yerləşdirər. Müaviyə dedi: Düz deyir. O, Malik Əştərdir!
    Termah getdikdən sonra Müaviyə öz ətrafındakılarına müraciət edib dedi: Mənim nəyim varsa, sizə versəm də bu səhrada yaşayan kişinin Əliyə elədiyi xidmətin onda birini mənə xidmət edə bilməzsiniz. Əmr ibni As dedi: Əgər Əlinin Peyğəmbərə olan nisbət və onun yanındakı fəziləti səndə də olsaydı, biz də sənə daha çox xidmət edərdik. Müaviyə dedi: Allah ağzını əysin! Allaha and olsun! Sənin sözlərin o ərəb kişinin sözlərindən də baha oturdu. İmam Səccad (əleyhissəlam) buyurur:
    «Dilini xeyirə, saleh işlərə və yaxşı sözlərə adətləşdir. Bəli, dil, İslam və haqqa xidmət yolunda işə düşdükdə, belə bir əzəmət tapır və Müaviyə kimi düşməni diz çökdürüb, hökumət və dünyanı onun gözündə qaranlıqlaşdırır.»
    SAKİTLİYİN HİKMƏTİ
    Bir sıra rəvayətlərdə dilin sakit dayanmasına sifariş olunmuşdur. Belə ki, bəzən sakitliyi danışmağa üstün qərar vermişlər. Bu sakitlik nədir və hansı yerlərdə olar?
    Əvvəlcədən qeyd etdiyimiz kimi dil, insanın şərhi-halını bəyan edən və onun batinindən xəbər verəndir. Dil, hər bir şəxsin şəxsiyyətini göstərir. Bununla belə dilə bir sıra zərər və ziyanlar ariz olur. Əli (əleyhissəlam) bu barədə buyurur:
    «Dil elə bir yırtıcıdır ki, əgər azad olsa, yara vurar.»(Nəhcül-bəlağə, 57-ci hikmət )
    Başqa yerdə buyurur:
    «Bəşərə təəccüblənin ki, bir tikə piylə görür, bir tikə ətlə danışır və bir tikə sümüklə eşidir və burun deşiyi ilə nəfəs alır!»(Nəhcül-bəlağə, 7-ci hikmət. )
    DİL, BEHİŞT VƏ YA CƏHƏNNƏMƏ DAXİL OLMAĞIN ƏN MÜHÜM AMİLİ
    Səhl ibni Saidi, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir ki, buyurdu:
    «Hər kəs mənə, iki dodağın və iffətin yəni, dil və namusunu qorumağı zəmanət versə, mən də Behişti ona zəmanət verərəm.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-192. )
    İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) insanların Behiştə getmələrinin ən çox amilindən soruşurlar. Həzrət cavabında buyurur: Təqvalı və yaxşı xasiyyətli olmaq. Yenə də soruşurlar: İnsanların Cəhənnəmə getmələrinin ən çox səbəbi nədir? Buyurdu: Ağzını və iffətini gözləməmək! "
    Məaz ibni Cəbəl İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) soruşdu: Məgər danışıqlarımıza görə sorğu-sual olunacağıq?
    Həzrət buyurdu: Anan sənə ağlasın! Məgər cəhənnəmə tullanmaqdan ötrü dil yaralarından böyük amil varmı?»
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), bu üç danışıq və bəyanda insanın ən böyük səadətini, yersiz danışığın tərki və dilin günaha düşməsini qorumaqda görür. Bu da insanın behiştə daxil olmasının ən böyük və mühüm amillərindəndir.
    Ənəs ibni Malik nəql edir ki: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    «Bəndənin imanı o vaxt möhkəm olar ki, qəlbi möhkəm olsun. Qəlb o vaxt möhkəm olar ki, dil möhkəm olsun və qonşusuna əziyyət edən şəxs, heç vaxt Behiştə daxil olmaz!»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-196. )
    Bu hədisdə, iman durumu, qəlbin durumuna və qəlbin də durumu dilin sakitliyinə bağlanır. Yəni, hər kəsin dili öz yerində olmasa, vücudunun heç bir qismətində durum və möhkəmlik olmaz.
    SUSMAQ ƏN ASAN İBADƏTDİR
    Səffan ibni Səlim, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql edir:
    «Sizə insanın bədəninə ən az zəhmət verən, ən sadə ibadəti tanıtdırımmı? Biri sükut, digəri isə yaxşı xüsusiyyət.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-194.)
    Bura ibni Azəb nəql edir: Ərəblərdən birisi İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlib dedi: Mənə elə bir əməl öyrət ki, Behiştə gedim. Həzrət buyurdu: Ac müsəlmanı doydur! Susuza su ver! Yaxşı işlərə dəvət və pis işlərdən çəkindir. Əgər qüdrətin olmasa, dilini xeyir olmayan işlərdən qoru!»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-195.)
    Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    «Möminin dili, onun qəlbinin arxasındadır. Söz demək istədikdə, əvvəlcə sözü qəlbə nişan verir. Belə ki, əgər qəlb imzalasa və icazə versə, söz danışır. Əgər icazə verməsə, ağzını yumur. Münafiq, möminin əksinədir!»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-198. )
    Həmçinin, nəql olunur ki, bir dəstə, Müaviyənin sarayında söhbətlə məşğul idilər. Əhnəf ibni Qeys də kənarda oturub ağzını açmırdı. Ona dedilər: Ey Əbu Bəhr! Nə üçün danışmırsan? Belə cavab verir: Əgər yalan desəm, Allahdan qorxuram! Əgər doğrusunu desəm, sizdən qorxuram! Bəs nə yaxşı olar ki, heç danışmayım! "
    Söylədiyimiz bütün rəvayətlərdən, sakitliyin əhəmiyyəti aydın oldu. İnsan susarkən, günahların xətərli təsirindən amandadır. Aqil insan öz sözünü ağlın və vicdanın qəzavətinə nişan verər. Əgər danışmağa icazə verməsə, susar. İnsanı susmağa təşviq edən rəvayətlər, onun yersiz danışıqların acı nəticəsindən qorunmasına işarədir. Yoxsa, qeyd edildiyi kimi danışıq hər bir fərdin və cəmiyyətin təkamül və inkişaf amilidir.
    DİLİN BƏLALARI
    Əxlaq elminin alimləri deyirlər: Aləmdə hər bir şeyin bəlası vardır və dil də bu qanundan müstəsna deyil. Onun da çoxlu bəla və zərərləri var. Bəzi alimlər, dilə 20 ədəd bəla sayıblar. Onlara xülasə şəkildə işarə edirik:
    1. Faydasız danışıq:
    İnsanın xeyrinə olmayıb, ancaq vaxtını tələf etməsi dilin zərərlərindən biri sayılır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bu barədə buyurur:
    «İslamın gözəlliyindən biri də odur ki, müsəlman faydasız danışıqdan çəkinsin.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-200. )
    2. Həddən artıq danışmaq:
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    «Xoş o kəslərin halına ki, həddən artıq danışmaqdan çəkinsin və malı çoxaldıqca aclara xərc etsin.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-204. )
    3. Batillə danışmaq:
    Qadınların və şərabxorların məclisinə düşüb, fasiqlər, dövlətlilər və padşahlarla danışmaqda, belə işlər qabağa gəlir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Qiyamət günündə, xəta cəhətdən ən çox o şəxslərdir ki, batildə olublar! "
    Quran, Cəhənnəmə düşənlərdən, ora düşməyin səbəblərini soruşulmasının cavabında, onların sözünə işarə edərək, cavab verirlər: Biz batilə düşmüş və onlarla oynamaqla məşğul idik.»(Əl-Mühəccətül-beyza, 5-ci cild. ) Salmandan nəql olunur, buyurur:
    «Qiyamət günü ən çox günahkarlar onlardır ki, dilləri ilə ən çox günah etmişlər.»(Əl-Mühəccətül-beyza, 5-ci cild. )
    4. Boş danışmaq və mübahisə:
    Məzəmmət etmək və mübahisə, dilin başqa zərərlərindəndir. Şəriət sahibi, bu işləri qadağan etmişdir. Boş-boşuna mübahisə edənlər, məzəmmət olunmuşlar. Bu barədə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) sözlərinə işarə edirik:
    «Din qardaşınla yersiz zarafatı və vədə xilafı tərk et.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-5. )Başqa yerdə buyurur:
    «Bəndə o zaman kamala yetər ki, yersiz danışıq və mübahisəni tərk etsin. Hətta, haqq onunla olsa da.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-5. )
    Başqa bəyanda buyurur:
    «Hər kəs haqq onunla olan halda, yersiz mübahisəni tərk etsə, Behiştin ən yüksək dərəcələrində ondan ötrü ev tikilər. Hər kəs yersiz mübahisəni batil olduğu halda tərk etsə, behiştin aşağı dərəcələrində ondan ötrü ev bina olar.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-208. )
    Yersiz mübahisədən məqsəd, başqasının sözünə yersiz e
    tiraz yaxud, başqasının cümləsini söz və ya məna cəhətdən istehza etməklə izhar edəsən. Yaxud, tərəf, özünün fəzilətini izhar etməklə, başqasını alçaltmaq niyyətində olsun. Ümumiyyətlə, başqasına minnət qoymaq, əməldə xalis olmamaq deməkdir.
    5. Düşmənçilik:
    Dilin zərərlərindən biri də, şəriətdə qadağan olunmuş düşmənçilikdir. Qeyd etdik ki, yersiz mübahisə, başqasının sözünə lağ etmək və ya müxatəbə təhqir niyyəti ilə baxmaqdan yaranır. Həmçinin, bəziləri bununla öz məzhəblərini sübuta yetirmək istəyirlər. Düşmənçilik, hər hansı bir haqqı və ya malı əldə etməkdən ötrü edilən inadkarlığa deyilir. Əbu Hüreyrə, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir:
    «Hər kəs elm və biliksiz mübahisəyə girişib düşmənçilik etsə, dünyadan gedənə qədər Allahın qəzəbində olar.»(Əl-Mühəccətül-beyza, 5-ci cild. )
    Başqa yerdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), hər bir müsəlmanı öz sözlərində ədəb-ərkanlı olmağa sifariş edib, töhmətli və təhqirli sözlərlə başqalarını təhqir etməkdən çəkindirir. Bəlkə də, müsəlman,ədəbli sözlərlə başqalarının qəlbində məhəbbət icad etməlidir!»
    6. Danışıq həddindən kənara çıxmaq:
    Danışıq həddindən kənara çıxmaq yəni, danışıqda qurama və mətanətli olmamaq.
    Fatimeyi-Zəhra (səlləllahu əleyha), atası İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir ki, buyurur:
    «Mənim ümmətimin ən kərahətliləri onlardır ki, İlahi nemətləri yeyir, müxtəlif təamlardan istifadə edir, rəngli libaslar geyir, amma sözdanışanda özlərini zəhmətə salır və qurama sözlər danışırlar.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-215 )
    İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) bu sözlərindən aydın olur ki, insan söz danışarkən özünü zəhmətə salmasın, əhalinin anlaya bilmədiyi sözlərlə çalışıb özünü fəsahətli və bəlağətli cilvələndirməsin.
    Amma yüksək dərəcəli maarifi, gözəl və ürəyə yatan səpkidə əhaliyə bəyan etmək nəinki pislənmir, bəlkə də, dini nəzərdən ən bəyənilmiş işdir.
    7. Söyüş və nalayiq danışmaq:
    Söyüş və nalayiq sözlər danışmaq şəriətdə pislənilib və dilin zərərlərindən biri kimi tanıtdırılıb.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    «Özünüzü söyüş söyməkdən uzaqlaşdırın. Çünki, Allah söyüşü və söyüş söyməyə adət edən şəxsi sevməz.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-215 )
    Başqa rəvayətdə Həzrətdən nəql olunur:
    «Hər kəs söyüş söymək xəstəliyinə tutulsa, Behişt ona haram olar və ora daxil olmaz.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-215 )
    Başqa bir rəvayətdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Ayişəyə buyurur:
    «Ey Ayişə! Əgər söyüş kişi olsaydı və ya kişi şəklində mücəssəm olsaydı, hökmən, bütün cəhətdən ən çirkin bir şəxslərdən sayılardı.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-216. )
    Söyüş söymək, ən çirkin və bəyənilməz sifətlərdəndir. Hər kəs bu bəlaya düçar olsa, müalicəsi barəsində fikirləşməlidir. Alimlər söyüşü belə tərif edirlər:
    «Çirkin və xoşagəlməz işləri açıq və aydın cümlələrlə izhar etməyə söyüş deyilir.»
    Hər kim söyüş söyürsə, ya qarşı tərəfi incitmək istəyir, (başqalarına əziyyət vermək haramdır) ya da fasiqlər və pis fitrətli şəxslərlə oturub-durmaqdan belə bir adətə vərdiş etmişdir. Bütün bunlar şəriətdə pislənmişdir.
    Ərəblərdən biri İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzurana gələrək əzr edir: Mənə nəsihət və sifariş buyurun!
    Həzrət buyurur: Allahdan qorx! Əgər bir nəfər səni səndə olan bir səbəblə məzəmmət etsə, sən onu onda olan bir eyblə məzəmmət etmə! Nəticədə, əməlin pis ağırlığı onun, savab və mükafatı səninlə olacaq. Allahın yaratdığı heç bir şeyə söyüş vermə!»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-217. )
    Bu sifarişdə nəzərə çarpan ən mühüm mətləbdən biri budur ki, insan başqasının eybini bilə-bilə, onun abrını qorumaqdan ötrü hər yerdə onun üzünə çəkməsin.
    Əyan ibni Səmar söyləyir: İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) ərz etdim: Ya Rəsulullah! Mənim qohumlarımdan biri, özü şəxsiyyətcə məndən aşağı səviyyədə olduğu halda, mənə söyüş verir. Onun müqabilində özümü müdafiə edib, onu söyə bilərəmmi?
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Hər iki nəfər ki, bir-birini söyüb təhqir edirlər və söyüş söyürlər bir-birinə kömək edən Şeytan kimidirlər.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-217. )
    8. Lənət:
    Dilin bəlalarından biri də, lənət deməkdir. Hər kəs birisini lənətləsə, onu Allahın rəhmətindən uzaqlaşdırır.
    Lənət bəhsi, Qurani-kərimdə bir çox ayələrdə bəyan olunmuşdur. Allah-taala bir çoxlarını Quranda lənətləmiş və onları Öz rəhmətindən məyus etmişdir. Onlardan biri də Şeytandır.
    Allah-taala buyurur:
    «Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskis olmasın!» (Sad surəsi-78 )
    Həqiqətləri gizlədənlər də lənətlənmişlər.
    «Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələr və doğru yol göstərən ayələrimizi gizlədən şəxslər Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər onlara lənət oxuyar!»(Bəqərə surəsi-159 )
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) ilə xaçpərəstlərin mübahilə (and içmə mərasimində) yalançılar lənətləndirilmişdir.
    «İsanın Allah bəndəsi və peyğəmbəri olması barədə sənə göndərilən bilikdən [məlumatdan] sonra buna [İsanın əhvalatına] dair səninlə mübahisə edənlər olsa, onlara de ki: Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qızlarımzı, siz də qızlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü [bura] çağıraq! Sonra Allaha yalvarıb yalançılara Allahın lənət etməsini diləyək!»(Ali-İmran surəsi-61 )
    "Mübahilə" lüğətdə, azad etmək bir şeyin üstündən qeyd və şərti götürməkdir. Ona görə də, elə ki, heyvanı öz halına buraxıb, döşlərini kisədən azad etdikdə və öz balasına istədiyi vaxt süd verilməsinə imkanı olan heyvana, «bahil» deyirlər.
    İbtihal, duada yalvarış və işi Allaha tapşırmaq mənasındadır. Əgər bəzən onu, həlakət, lənət və Allahdan uzaqlaşmaq mənasında işlədilirsə, ona görədir ki, bəndəni öz halına buraxmağın nəticəsi budur.
    Məna cəhətdən ayə, iki nəfərin bir-birinə nifrin etməsinə dəlalət edir. Belə ki, bir sıra şəxslər, mühüm məzhəbi məsələlər barəsində bir-biri ilə danışığa başlayırlar. İxtilaf zamanı Allahdan istəyirlər ki, yalançını rüsvay etsin. Bu ayeyi-şərif də həmin bəhsdə, Əhli-beytin (əleyhissəlam) ismət və təharətinə ən böyük dəlildir.
    Kafirlər və yəhudilər Peyğəmbərin zühur etməsinin intizarında idilər. Elə ki, o həzrət zühur etdi, onu tanıyandan sonra inkar etdilər.
    Qurani-kərim buyurur:
    «Onlara Allah tərəfindən əllərindəkini [Tövratı] təsdiq edən bir kitab [Quran] göndərildiyi zaman onu qəbul etmədilər. Tanıdıqları gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lənət eləsin!»(Bəqərə surəsi-89 )
    Bəzi vaxtlar İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) və Əli ibni Əbi Talib (əleyhissəlam) da bəzi şəxslərə lənət oxumuşlar. Onlardan iki nümunəyə işarə edirik:
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Əbu Süfyanı yeddi yerdə lənətləmişdir.(Səfinətul-bihar, 2-ci cild, səh-513.)
    Həzrət Əlidən (əleyhissəlam) nəql olunur ki, buyurur:
    «İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Yeddi dəstə var ki, Allah və Peyğəmbəri onları lənətləmişdir:
    1. Allahın kitabını dəyişdirəni;
    2. Allahın göstərişini inkar edəni;
    3. Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qoyduğu qanunu dəyişəni;
    4. Allahın, mənim Əhli-beytimə haram bildiyinə, onlara halal bilənlər;
    5. Qüdrətli olan zaman Allahın əziz tutduğu şəxsi zəlil edənlər;
    6. Allahın zəlil etdiyini əziz tutanlar;
    7. Allahın haram buyurduqlarını halal bilib, Allaha ibadət etməkdə təkəbbür edənlər.(Səfinətul-bihar, 2-ci cild, səh-512. )
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 517 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024