İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:37 AM
    İSLAM QANUNLARINDA QEYBƏTİN HARAM OLMASI
    Şiə və sünni ravilərin vasitəsilə qeybətin haram olması və onun acı təsiri barəsində çoxlu rəvayətlər nəql olunmuşdur. Bu günahı müxtəlif təmsillər və oxşatmalarla bəyan etmişlər. Onlardan bəzilərinə işarə edək:
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    «Bütün müsəlmanların malları və abır-həyaları bir-birinin yanında hörmətlidir.»(Mühəccətül- beyza.c.5.səh.251 )
    Feyz Kaşani, «Əl-Mühəccətül-beyza" kitabında qeybəti, abır-həya və şərəfin əksi kimi qeyd etmişdir.
    Cabir və Əbu Səid hər ikisi, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edirlər:
    "Qeybətdən çəkinin, çünki, qeybət müqayisə olunsa, zinadan da pisdir. Çünki, insanın bəzən zina vasitəsilə abrı gedir, sonradan peşiman olub tövbə edir. Allah-taala da onun tövbə və peşimançılığını qəbul edir. Ancaq, qeybət edənin günahı bağışlanılmır, o vaxta kimi ki, qeybət etdiyi şəxs onun günahından keçsin."(Əl-Mühəccətül-beyza, 5-ci cild. səh-251. )
    MERAC GECƏSİNDƏ MÜHÜM XƏBƏR
    Ənəs adlı ravi, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir: Merac gecəsində bir dəstənin yanından keçdim ki, dırnaqları ilə üzlərini cırırdılar. Cəbraildən soruşdum ki, bunlar kimlərdir?
    Buyurdu: Bunlar o kəslərdir ki, camaatın qeybətini etmiş, onların abır-həyasını hərraca qoymuşlar.»(Əl-Mühəccətül-beyza, 5-ci cild. səh-251. )
    QEYBƏT VƏ ONUN ƏKS TƏSİRİ
    Bu dünyanın sabit qanunlarından biri budur ki, insanda baş verən hər hansı bir əməlin, hər hansı bir əks-təsiri olur. Başqa sözlə desək, hər hərəkətin əksül-hərəkəti də var. Aşağıdakı nümunələr bu məsələyə şahiddir:
    Daşın müqabilində durub fəryad etmək, səbəb olur ki, səs insanın özünə eyni halda qayıtsın və fəryad edən həmin səsi eşitsin. Topu nə qədər sürətlə yuxarı atsan, həmin dərəcədə sürətlə aşağı gələcək. Turşu adını eşidəndə, azığın suyu hərəkətə gəlir. Bütün bunlar əməl müqabilində, əksül-əməl adlanır. Şair Məsnəvi demişkən:
    Bu dünya bir dağdır, işimiz nida!
    Özümüzə qayıdar, çox etmə nida!
    İndi də qeybət və onun əksül-əməli. Borra adlı ravi nəql edir: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bizlərə moizə oxudu. Belə ki, azad olmuşlar da, evlərində eşitdilər. Buyurdu: Ey o kəslər ki, qəlbdə yox, dildə iman gətirmisiniz! Müsəlmanların qeybətini qırıb, onların sirlərini axtarmayın! Hər kəs belə etsə, Allah da onun sirlərini açar, belə şəxs öz evinin içində də olsa, rüsvay olar!"(Əl-Mühəccətül-beyza, 5-ci cild. səh-251. )
    Bəli! Budur əməlin əksül-əməli! Qeyd etdik ki, bu mövzuda sünni və şiə ravilərindən rəvayətlər nəql olunmuşdur. Bura kimi sünni ravilərinin rəvayətlərini söylədik. İndi də şiə ravilərindən də bir neçə hədis nəql edək. Şeyxs Səduq, öz sənədi ilə İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir, buyurur:
    «Hər kim din qardaşının qeybətini edib, onun gizli sirlərini açmağa səy etsə, ilk götürdüyü addım Cəhənnəmə tərəfdir. Allah da onun sirrini insanların gözü önündə aşkar edər. Hər kim müsəlmanın qeybətini qırsa, orucu və dəstəmazı batil olar. Əgər belə halda ölsə, Allahın haram buyurduqlarını halal bilən kimi ölmüş olar.»(Əl-Mühəccətül-beyza, 5-ci cild. səh-251. )
    Aydın məsələdir ki, namaz və orucun batil olmasından məqsəd, fiqhi hökm deyil. Çünki, alimlər, qeybəti, namaz və orucu batil edənlər sırasında qeyd etməmişlər. Bəlkə də, məqsəd namaz və orucun təsirinin aradan getməsidir.
    İmam Sadiq (əleyhissəlam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir:
    «Qeybət, insanın imanının aradan getməsində, rak xəstəliyinin cismə etdiyi təsirdən də güclüdür!(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-250 )»
    Belə olan halda qeybəti dində rak xəstəliyi kimiadlandırmaq olar. Müfəzzəl ibni Ömər, İmam Sadiq (əleyhissəlam)-dan nəql edir:
    «Hər kim möminin zərərinə söz danışa və məqsədi onu xar etmək, abır-həyasını xalqın gözündən salmaq olsa, Allah onu Öz himayəsindən çıxarıb Şeytanın himayəsinə atar. Şeytan da onu qəbul etməz!»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-250 )
    Qeybət, təkcə dillə deyil! Başqasının eyb və nöqsanını çatdıran, haqqında deyilənin xoşuna gəlməyən hər şey qeybət adlanır. İstər sözlə, işlə, aşkar, işarə, rəmz, tənə vurmaq, yazmaq və s. olsa da, hamısı qeybətdir.
    Dillə qeybət ona görə haramdır ki, qardaşının nöqsanlarını başqasına anladır. Beləliklə, hansı yolla başqasının eybini anlatmaq istəsə, qeybət və haram olur. Başqasının yerişini yamsılamaq və özünü ona oxşatmaq haramdır. Bəlkə də, bunlar qeybətdən də pisdir. Çünki, eybi daha çox aşkar edir. Qadınlardan biri Ayişənin yanına gəlir. Çıxıb gedərkən, Ayişə əli ilə onun balaca boyluğuna işarə edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Qeybət etdin!(İslami əxlaq elmi, 2-ci cild, səh-393. )
    QULAQ ASAN DA QEYBƏTƏ ŞƏRİKDİR!
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    «Qeybətə qulaq asan da, qeybət edənlə şərikdir.»
    Beləliklə, qeybəti eşidən də günahdan uzaqda qalmır. Yalnız, bu halda günah qazanmır ki, dili ilə onu pisləsin və ya başqa sözlə onun sözünü kəssin, yaxud, məclisdən çıxsın. Əgər bütün bunları bacarmasa da, qəlbində qeybəti, çirkin və bəyənilməz işlərdən hesab etsin. Əgər dili ilə desə ki, «sakit ol», amma qəlbində qeybət edənin əməlindən razı qalsa, münafiq sayılır.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurub:
    «Hər kimin yanında bir mömini xar və rüsvay etsələr və o şəxs imkanı olan halda möminə kömək etməsə, Allah-taala Qiyamət günündə bütün məxluqatın gözü önündə onu xar və rüsvay edəcək.»(İslami əxlaq elmi, 2-ci cild, səh-393 )
    Yenə də buyurur:
    «Hər kim gizlində mömin qardaşının abır-həyasını qorusa, Allah Özünə vacib bilir ki, Qiyamətdə onun abır-həyasını qorusun.»(İslami əxlaq elmi, 2-ci cild, səh-393 )
    Yenə buyurur:
    «Hər kim gizlində mömin qardaşının abır-həyasının qorusa, Allah Qiyamətdə onu Cəhənnəm odundan saxlayar.»(İslami əxlaq elmi, 2-ci cild, səh-393 )
    QEYBƏTDƏN HƏDƏF
    Alimlər aşağıdakıları qeybətin hədəfləri bilirlər:
    1. Qəzəb, kin-küdurət, həsəd. Bu halda əxlaq alimləri qeybəti qəzəb qüvvəsinin rəzilətlərindən bilirlər.
    2. Məsxərə və istehza. Zarafat, şənlik, təəccübə gətirmək, yamsılamaq, əhalini güldürməkdən ötrü nəql etmək, bütün bunlar, insanın şəhvani qüvvəsinə bağlıdır.
    3. İftixar etmək və deyişmək. Bu halətdə insan, başqasının nöqsanını deməklə özünü yuxarı qaldırır. Məsələn, söyləyir: Filankəs bir şey bilmir. Bunun ətrafında özünün fəzilətini sübuta yetirmək istəyir. Belə rəzilətlər, qəzəb qüvvəsindən sərçeşmə alır.
    4. Çirkin işlərdən birini başqasına nisbət vermək. Bunu söyləməklə, özünü bu xüsusda pak bildirmək istəyir. Bəzən başqalarını da özünün pis işində şərik kimi yada salır və bununla özünü üzürlü hesab etmək istəyir.
    5. Yoldaşlıq və dostluğun nəticəsi. Ona qarşı nifrət etməsinlər deyə, qeybət edən dostlar arasında müsəlmanların eyblərini izhar edir. Belə ki, kiçik hədəflə deyilən qeybət, nəfsin zəifliyindəndir.
    6. Başqasının onun çirkin işlərinin açıqlamaq istəməsindən xəbər tutmaq və onun zərərinə şəhadət versin.
    Qarşı tərəfin sözünü təsirdən salmaqdan ötrü qabağa düşüb onunla düşmənçilik etdiyini izhar edir. Bu məsələnin mənşəyi də qorxu və zəifliyin nəticəsidir.
    7. Mehribançılıq və rəhimdillik. Belə ki, başqasının giriftarçılığında desin: Biçarə özünün çirkin işi ilə məni qəmgin etdi. Mən bu dərdi-sərdə onunla şərikəm. Lakin, belə şəxs, başqasının adını və eybini çəkməklə, qeybət edənlərdən hesab olur.
    8. Pis və çirkin işlərdən təəccüblənmək.
    Məsələn, desin ki: Filankəsdən çox təəccüblüdür ki, filan çirkin işi görüb! Belə şəxs, öz qəzəbini aşkar etmək üçün başqasını pis iş görüb, yaxşı işə dəvət etməsindən istifadə edir. Özü də bilmədən, günaha mübtəla olur.
    Bu səkkiz qismi, əxlaq elminin alimləri insanların qeybətdən olan hədəflərini bəyan edirlər.
    QEYBƏTİN ƏLACYOLLARI
    Belə bir çirkin əməlin islah yollarında biri budur ki, ilk mərhələdə, qeybətin axirətdəki əzablarını xatırlamaq lazımdır. İkinci mərhələdə isə qeybətin dünyadakı pisliklərini fikirləşmək lazımdır. Bütün bunlardan əhəmiyyətlisi qeybətdən olan hədəflərinin kökünü kəsmək lazımdır.
    Özünün çirkin işini başqasına nisbət verməyin müalicə yolu budur ki, Allahın qəzəbində olmaq, məxluqla düşmənçilik etməkdən daha çox çətin olduğunu bilib, bu əməli son dərəcədə cahilliyin əlaməti olduğunu güman etmək lazımdır.
    Amma, başqasının günahını nəzərə alıb, o bəhanə ilə qeybət etmək və özünü üzürlü hesab etmək, məsələn, mən filan kəs haram yediyinə görə haram yeyəcəyəm demək, yolunun əlacı odur ki, Allahla müxalifət edən hər kim olsa, ondan tərəfdarlıq etmək lazım deyil. Hər kim öz çirkin əməlini daim başqasının pis işi ilə müqayisə edirsə, onun üzrü ən böyük cəhl və pisliklərdən sayılır.
    Əgər qeybətin hədəfi dostlar və yoldaşlarla müvafiq olmaqdırsa, müalicəsi odur ki, hər kim məxluqun xoş olmağını, Allahın razılığına üstün qərar verirsə, Allah, onu möhkəm giriftarçılığa düçar edər. Mömin şəxs heç vaxt belə işə razı olmaz.
    Əgər qeybətin hədəfi, başqasının onun barəsində qeybətinin qarşısını almaqdan ötrüdürsə, əlac yolu budur ki, bilməlidir ki, təkcə güman etmək işin baş verməsinə dəlalət etmir. Ola bilsin, tərəf, ondan qeybət edib, əleyhinə şəhadət verməsin. Beləliklə, xəyal və gümanla vaqeiyyət arasında fərq var.
    Əgər, qeybətin hədəfi başqasına rəhmdillik edib Allaha xatir qəzəblənməkdirsə, bunların hamısı yaxşı əlamət olsa da, qeybətlə olduğuna görə mükafat və savabı aradan gedər. Belə qeybətin əlacı budur ki, insan fikirləşməlidir ki, rəhmdilliyin və təəccübün hədəfi, iman və dini qorumaqdır. Əgər bunlar qeybətlə bərabər olsa, bilməlidir ki, bu dindən himayət deyil.
    QEYBƏT VƏ İSLAMDA SÖZ AZADLIĞI
    Dilin bəla və zərərləri barəsində, xüsusilə, qeybət haqqındakı bəhsdən sonra İslamda söz azadlığı barəsində bəhsə başlayırıq.
    Görəsən, İslamda söz azadlığı var ya yox? Əgər varsa, hansı hədəfdir? Heç bir şübhə yoxdur ki, İslam hüquq məktəbində, söz azadlığı möhtərəm sayılır. Buna aşağıdakı ayə və rəvayətlər şahiddir. Qurani-kərim bu barədə buyurur:
    «Müjdə ver o kəslərə ki, sözü dinləyib onun ən gözəlinə [düzgününə] uyarlar. Onlar, Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır.»(Zümər surəsi 17-18 )
    Aydındır ki, sözün yaxşısını seçib, ondan tərəfdarlıq etmək o yerdədir ki, söz və bəyan azadlığı olmuş olsun.
    Bununla da, sözlər bir-biri ilə müqayisə olunub yaxşısı və pisi seçilsin. Həzrət Əlidən (əleyhissəlam) nəql olunur, buyurur:
    «Sözləri eşidəndə, sözün özünə diqqət et, sözü danışana yox.»(İslam hüququ, səh-271.)
    Yenə də Əli (əleyhissəlam) buyurur:
    «Zəlalətdə olanlardan da olsa, hikməti alın. Müşrikdən də olsa, hikməti alın!»(İslam hüququ, səh-271.)
    MƏSUM İMAMLARIN (ƏLEYHİMUSSALAM) MÜXALİF FİKİRLİLƏRLƏ RƏFTARI
    Məsum rəhbərlərin (əleyhimussəlam) həyatından məlum olur ki, ən çox sifarişləri, müxalif etiqadlı şəxslərlə düzgün və sağlam ağılla rəftar olunmasıdır. Nümunə üçün həzrət Əli (əleyhissəlam) xilafətin ilk günlərində, onunla beyət etməyənlərlə, Səid, Vəqqas, Əbu Musa Əşəri və başqalarına mane olmur. Təlhə və Zübeyr kimi əhdi pozanlarla, o həzrətlə döyüşə başlamayınca döyüşdən kənara çəkilirdi. "Vəsail Şiə" kitabında oxuyuruq:
    «Əli (əleyhissəlam) onunla döyüşənləri heç vaxt münafiq və müşrik adlandırmamışdır. Təkcə buyururdu: Onlar bizə zülm və təcavüz edən qardaşlarımızdır.»(Vəsail-Şiə.11-ci cild, səh-62.)
    Həmçinin, İmam Sadiq (əleyhissəlam), İbni Əbül Əvca kimlərlə yaxşı rəftar edir. Beləliklə, İslamda söz və bəyan azadlığının olmasına heç bir şəkk-şübhə yoxdur. O həddə qədər ki, hərc-mərc və sui-istifadə, İslamda hansı yolla olsa qadağandır.
    ŞƏRİ BAXIMDAN DİLİN DƏYƏRİ
    Dilin əhəmiyyəti çox olduğuna görə bəhsin uzadılmasına baxmayaraq, sonda dilin şəriətdə dəyərinə işarə edirik. Müqəddəs şəriət, mömin bir insanın dilinə görə kamil bir insanın qan bahasını (diyə) təyin etmişdir. Bunun özü də dilin əhəmiyyət və dəyərinə dəlildir. Dahi mühəqqiq Əllamə Hilli özünün "Müxtəsər-Nafe" kitabında buyurur:
    «Doğru və düzgün dilin qan bahası, kamil bir insanın diyəsi (qan bahası) qədərdir. Əgər dilin bəzi hissəsi kəsilmiş olsa, onun dəyəri 28 hərfin tələffüzündən asılıdır (nə qədər hərf tələffüz edə bilər). Eyibli və lalın dilinin qan bahası, sağlam insanın dilinin qan bahasınınüçdə bir qədəridir.»(Müxtəsərrü-nafe, səh-300. )
    Ayətullahül-üzma Hacı Seyyid Əbül Qasim Xoyi özünü «Məbanil təkmilətil-minac» kitabında yazır:
    «Dilin kəsilməsi və qan bahasında etibar, ölçü və uzunluqda yox, bəlkə də, dilin faydasının aradan getməsi ilədir. Əsas etibar, ağzından çıxan hərflərin sayı qədərdir. Beləliklə, əgər uzunluq cəhətdən dilin dörddə biri kəsilsə, amma hərflərin yarısı tələffüz oluna bilsə, belə olan halda,insanın tam qan bahasının ikidə biri qədər qan bahası ödənilməlidir. Əgər ölçü cəhətdən, dilin yarısı aradan getsə, lakin, hərflərin tələffüzü cəhətdən, dörddə bir qədər tələffüz qabiliyyəti aradan getsə, dörddə bir qədər qan bahası verilməlidir.
    Əslində dilin kiçik və ya böyük miqdardan xəsarət görməsi qan bahasında dəxli yoxdur. Bəlkə də, dilin qan bahasının təyinində hərflərin hansı qabiliyyətdətələffüz olunmasıdır.(Məbani təkmilətül-minhac, 2-ci cild, səh-290. )
    QULAĞIN HAQQI
    وَأَمَّا حَقُّ السَّمْعِ فَتَنْزِيهُهُ عَنْ أَنْ تَجْعَلَهُ طَرِيقًا إلَى قَلْبكَ إلا لِفُوهَةٍ كَرِيمَةٍ تُحْدِثُ فِي قَلبكَ خَيْرًا أَو تَكْسِبُ خُلُقًا كَرِيمًا فَإنَّهُ بَابُ الْكَلامِ إلَى الْقَلْب يُؤَدِّي إلَيْهِ ضُرُوبُ الْمَعَانِي عَلَى مَا فِيهَا مِن خَيْرٍ أَو شَرِّ. وَلا قُوَّةَ إلا باللهِ.
    «Qulağın haqqı, onu qəlbinin yolu qərar verib, pak saxlamağındadır. Sənin qəlbində xeyir icad edən yaxşı xəbərlər eşitsin və ya sənə kəramətli xüsusiyyət nəsib etsin. Çünki, qulaq qəlbin qapısıdır. Yaxşı mənaları eşidir, xeyirlə şəri qəlbə çatdırır. Allahdan başqa heç bir güc və qüdrət yoxdur!»
    Allah-taala buyurur:
    «De ki: Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Allahdır. Nə az şükr edirsiniz!»(Mülk surəsi-23 )
    EŞİTMƏYİN İNSANIN TƏKAMÜLÜNDƏ ROLU
    İnsan dünyaya göz açarkən bu aləmin mövcudatları ilə heç bir tanışlığı olmur. Lakin, yavaş-yavaş onları görüb tanıyır. Tanımaq vasitələrindən biri də insanın qulaq və ya eşitmək hissidir. İnsan, qulaq vasitəsilə eşidir və sözləri xatirində saxlayır. Eşitmək, məqsədə yetişməyin müqəddiməsidir. Həzrət Əli (əleyhissəlam) ondan xeyir işlərə yol göstərməyi tələb edən bir nəfərin cavabında buyurur:
    «Ey sual soruşan! Əvvəl eşit! Sonra anla! O vaxt inan və sonra işə salıb, əməl et!»(Üsuli-Kafi, 2-ci cild, səh-456. )
    Bu cəhətdən görürük ki, bütün anlaşılmalar, etiqad və əməl, eşitmək və qulaq asmağın yolu ilə başlanır. Ona görə dəeşitmək hissini, ictimai hiss adlandırıb, onu bu baxımdan görmək hissinə də üstün qərar vermək olar.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 757 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024