İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:28 AM
    "RAMAZAN"SÖZÜ LÜĞƏTDƏ
    "Ramazan"sözü ərəbcədən əslində, "rəmz" kökündən olub, "günəşin şiddətli şüa vurması”na deyilir. Bu münasibətlə, bu ayın "Ramazan"adlandırılması o ayda şiddətli isti olması ilə bağlıdır.
    Başqa nəzəriyyə də budur ki, "Ramazan"sözü Allahın mübarək adlarından biridir. Ona görə də hədisdə gəlib ki, Ramazan deməyin, bəlkə də, mübarək Ramazan ayı deyin.
    Üçüncü nəzəriyyə budur ki, bu ayda günahların yandığına görə ona, Ramazan adı vermişdir.(Təfsiri Məcməul-bəyan, cild. 2, səh. 275 )
    ORUC VƏ SƏBR
    Qurani-Kərimdə orucdan, "səbr" kimi ad aparılmışdır. İmam Sadiq (əleyhissalam)-dan, Allahın Quranda buyurduğu: "Səbr və namazdan kömək alın"ayəsinin şərhində buyurur: Ayədəki "səbr" sözü, oruc mənasındadır. Həmçinin, buyurur: Hər vaxt bir nəfərə şiddətli bir hadisə baş versə, oruc tutsun. Allah-taala buyurur: Səbrlə, yəni, orucla kömək alın!”(Miratul-uqul, cild. 16, səh. 201 )
    Mərhum Əllamə Məclisi "Miratul-uqul" kitabında belə yazır: Səbrin əsli həbsdir. Oruca o cəhətdən "səbr"deyilir ki, insanı yemək-içmək və evlənməyin ləzzətlərindən çəkindirib saxlayır.(Miratul-uqul, cild. 16, səh. 197 )
    RƏVAYƏTLƏRDƏ ORUCUN FƏZİLƏT VƏ TƏSİRLƏRİ!
    Hədis və rəvayət kitablarını mütaliə etməklə, orucun əhəmiyyətini daha çox anlayırıq. İndi də bu rəvayətlərdən bir qisminə işarə edək.
    Birinci rəvayət: Zürarə adlı ravi, İmam Baqir (əleyhissalam)-dan nəql edir ki, buyurur:
    "İslam dininin kökləri beş əsas üzərində qurulmuşdur: Namaz, zəkat, həcc, oruc və vilayət.”(Miratul-uqul, cild. 16. səh. 203 )
    Əllamə Məclisi "Miratul-uqul" kitabında bu hədisi "qəbul olunmuş"adlandırır və İslam dininin bu beş əsası barəsində yazır: Bəlkə də, bunlar tamamlayıcı və təkmil edicidirlər. Çünki, bunlarsız İslamın əsasları titrəyər. Yaxud, bu beş şeyə iman gətirmək imandandır. Yaxud, imandan məqsəd, İslamdır. Ya da ehtimal var ki, vilayətdən məqsəd, İmamətdən əlavə olan artıq məhəbbətdir.
    İkinci rəvayət:İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, ata-babalarından nəql edir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) əshabına buyurur: "İstəyirsiniz sizə elə bir şey öyrədim ki, Şeytan sizdən uzaqlaşsın? Məşriqin məğribdən uzaqlaşdığı kimi olsun? Ərz etdilər: Ey Allahın Rəsulu! Bəli!
    Həzrət buyurur: Ramazan ayının orucu Şeytanın üzünü qaraldır. Sədəqə vermək belini sındırır. Allah yolunda dost olmaq xeyir işlərə kömək və Şeytanın nəslini kəsir. Tövbə edib günahların bağışlanmasını tələb etmək, qəlbini paralayır. Hər şeydən ötrü zəkat var, bədənin zəkatı oruc tutmaqdır.”(Miratul-uqul, cild. 16. səh. 203 )
    Mərhum Əllamə Məclisi bu hədisi möhkəm inanılmış hədislərdən sayır.
    Üçüncü rəvayət: İmam Sadiq (əleyhissalam)-dan nəql olunur: "Allah-taala, Musa (əleyhissalam)-a vəhy edir ki: Mənimlə munacat etməyinə, sənə nə mane olur? Ərz edir: Oruc olduğuma görə ağzımın iyi mane olur.
    Ona vəhy olunur: Ey Musa! Mən, oruc tutanın ağzının iyini müşk-ənbər iyindən xoş bilirəm.”(Miratul-uqul, cild. 16. səh. 203 )
    Əllamə Məclisi buyurur: Ərəbcədən "xulvuf”, ağız iyinə deyilir. Yenə yazır: Heç kəs iddia etməsin ki, Allah-taalaya, iy hissini nisbət vermək olmaz. Oruc tutanın ağız iyini, Allah qəbul edir. Yaxud, bu söz fərz olunarsa, qəbuldur. Yəni, Allah yanında ətir təsəvvür olunarsa, oruc tutanın ağız iyi ətyəb (ən pak və ətrli) hesab olunur.
    Dördüncü hədis:İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Oruc, insanı Cəhənnəm atəşindən qoruyan qalxandır.”(Mühəccətül-beyza, cild. 2, səh. 123 )
    ORUC VƏ GÜNAHLARIN BAĞIŞLANMASI
    İmam Baqir (əleyhissalam)-dan nəql olunur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), Cabir ibni Abdullaha buyurur: Bu ay Ramazan ayıdır. Hər kim bu ayın gündəlik günlərini oruc tutsa, gecələrini ibadətlə məşğul olsa, qarnını haram buyurulmuşlardan hifz edib, abır-həyasını qorusa və dilini saxlasa, Ramazan ayından çıxdıqda günahları tökülər.(Mühəccətül-beyza, cild. 2, səh. 123 )Cabir ərz edir: Ey Allahın Rəsulu! Bu söz nə qədər gözəldir!
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Ey Cabir! Onun şərtləri nə qədər çətin və ağırdır!
    Bu hədisdə, İmam Səccad (əleyhissalam)-ın oruc haqqında dediyi təsirlərə işarə olunur. Dili, qarnı və abır-həyanı qorumaq, günahların bağışlanmasına səbəb olur. Başqa bir hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Oruc tutan həmişə ibadətdədir. Hətta, yatsa da, bu şərtlə ki, qeybət etməsin!”(Biharul-ənvar, cild. 96, səh. 371 )
    ORUC VƏ FƏQİRLƏ DÖVLƏTLİ ARASINDA BƏRABƏRLİK
    İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:
    "Allah-taala, fəqir və dövlətlinin bərabər olmalarından ötrü orucu vacib etmişdir. Çünki, əgər oruc olmasa, dövlətlinin acdan xəbəri olmaz və bununla da fəqirə təam vermək üçün məsuliyyət hiss etməz. Dövlətli istədiyi şeyi ala bilər. Ona görə də Allah-taala, aclıq və fəqirlərin əziyyətlərini dövlətlilərə göstərib, onları fəqirlərlə bərabər etməkdən ötrü orucu iradə etmişdir"(Mühəccətül-beyza.c. 2.səh. 124 )
    Bu hədisdən aydın olur ki, Ramazan ayındakı orucun vacib olmasının hikmətlərindən biri təbəqələr arasındakı fasiləni azaldıb, binəvalarla fəqirləri tanıtdırır. Sərvət məsələsi həmişə cəmiyyəti iki qütbə, fəqirlik və dövlətliliyə tərəf çəkir. Çox vaxt dövlətli və hər cür rifahdan bəhrələnənlər fəqir təbəqəsində olanların ah-naləsini və narahatçılıqlarını anlaya bilməzlər və onların əhvalından xəbər tutmurlar. Lakin, elə ki, oruc tutur, ac olur və susuzluq ona qalib gəlir, insani hissiyyatlar hərəkətə gəlir və aclığın əlacı barəsində fikirləşir. Maraqlısı budur ki, heç bir sərvətliyə şəriət icazə vermir ki, orucunu fəqirə versin ki, onun yerinə oruc tutsun. Əlbəttə, orucun heç bir hikmətini də bilməsək, bu hikmət onun üçün bəsdir.
    HƏZRƏTİ ƏLİ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİYYƏSİNDƏ (NƏHCÜL-BƏLAĞƏDƏ) ORUC
    "Nəhcül-bəlağə”də Əli (əleyhissalam)-dan oruc barəsində müxtəlif ifadələr var. Onlardan bəzilərinə işarə edirik.
    Bir yerdə belə buyurur:"Bədənin zəkatı orucdur.”
    Bildiyimiz kimi zəkat, həm inkişaf mənasında, həm də pakizəlik mənasındadır. Bu cümlədə Həzrət, orucun hikmətlərindən birini bədənin sağlamlığı bilir.
    Başqa yerdə buyurur:"Ramazan ayının orucu, İlahi əzabın müqabilində qalxan və ötrükdür.”(Nəhcül-bəlağə, Sübh-Saleh, 136-cı hikmət )
    Başqa cümlədə, mömin qardaşlar barəsində bəyanları var ki, bəziləri aşağıdakılardan ibarətdir:
    "Onlar o kimsələrdir ki, qarınları oruc tutmaqdan arıqlamış, dodaqları dua etməkdən solmuş, rəngləri yuxusuzluqdan saralmış və çöhrələrinə təvazökarlıq qubarı oturmuşdur. Onlar mənim getmiş qardaşlarımdırlar.”(Nəhcül-bəlağə, Sübh-Saleh, 120-ci xütbə.)
    Yenə də ayrı bir hikmətli cümləsində buyurur:"Oruc, bəndələrin ixlasını yoxlamaqdan ötrüdür.”(Nəhcül-bəlağə, Sübh-Saleh, 252-ci hikmət )
    Əli (əleyhissalam) fitr bayramı günlərəndə belə buyurur: Orucu qəbul olan və günah olunmamış gün, bayramdır.”
    Daha başqa bir bəyanda gəlib: "Sizə və bütün övladlarıma tövsiyə edirəm: İki nəfər küsülü mömini islah edib, barışdıranlardan olun! Bu işin savabı bütün oruclardan və namazlardan çoxdur.”(Nəhcül-bəlağə, 47-ci vəsiyyət )
    BƏHRƏLƏNMƏYƏN ORUC TUTANLAR
    "Nə çox oruc tutanlar ki, aclıq və susuzluqdan başqa bir bəhrə aparmayıblar. Nə çox gecə ibadət edənlər ki, özlərinə əziyyət verməkdən başqa bəhrələri olmayıb. Orucun və iftarın hikmətini bilərək yatmaq, necə də gözəldir!”(Nəhcül-bəlağə, 137-ci hikmət )
    İmam Əli (əleyhissalam) məşhur "Qasiə" xütbəsində, Şeytanın hiyləsinə giriftar olmaqın aqibətindən söz açır və insana nicat verən amillərə işarə edərək buyurur: Allah-taala, mömin bəndələrinə namaz, zəkat, cihad və vacib günlərdə oruc tutmağı tövsiyə edir. Çünki, bu əməllər əlin və ayağın günahdan çəkinməsinə səbəb olur. Həmçinin, gözün təvazökar və tüğyan edici nəfsin sakitləşməsinə səbəb olur. Təkəbbürçülükdən çəkinin. Alnın torpaq üstünə qoyub səcdə edilməsi və əzaların yerə qoyulması, insanın Allah dərgahında kiçik və təvazökar olmasına səbəb olur. Qarınlar, orucun səbəbindən arxaya yapışır.”
    Bütün bunlar, əmirəl-möminin Əli (əleyhissalam)-ın "Nəhcül-bəlağə”də oruc barəsində buyurduqlarındandır. Həzrət, orucun mənfi və müsbət təsirlərini diqqət nəzərdə tutur. Müsbət təsirlərdən: Bədənin zəkatı, atəşdən örtük, imtahan, ixlas və günahların tökülməsidir.
    Mənfi təsirlərdən: Orucdan bəziləri yalnız, aclıq kimi bəhrələnirlər. (Əlbəttə öz günahlarına əsasən)
    Nəql edirlər: Bir nəfər ərəb, dəvə ilə yol gedirmiş. Yol arasında bir nəfər namaz qılana rast gəlir. Onun qiyam, ruku, səcdə və s. əməlləri onu aldadır. Dəvəsindən düşüb, qəlbindəki səfa ilə onun yanında oturub, ona deyir: Bəh-bəh! Nə gözəl namaz qıldın! Nə yaxşı namaz qılansan! Cavab verdi: Xəbərin yoxdur. Oruc da tutmuşam. Özünü abidliyə vurmuş şəxsin namaz və orucu dəvəyə minmiş şəxsin qəlbini daha da arxayınlaşdırır və dəvəsini onun yanında əmanət kimi qoyub, işinin dalınca gedir. Qayıdarkən, nə dəvədən və nə də kişidən xəbər var idi. Ərəb çox təəccübdə qalıb barmağını dişləyir və ixtiyarsız deyir:
    "Namazı ilə qəlbimi aldı. Orucu ilə iradəmə hakim oldu. Heç vaxt dəvəni oruc tutan və namaz qılana vermə!”(Sərmayeyi süxən, cild. 1, səh. 14 )
    Bura kimi "Nəhcül-bəlağə”də Həzrəti Əli (əleyhissalam)-ın dilindən orucun müsbət və mənfi təsirlərinə işarə etdik. Yaxşı olardı ki, indi də məşhur alim, fəqih, Şeyx Məhəmmədin "Cəvahir" kitabının dilindən orucun müsbət təsirlərinə işarə edək. Allah buyurur:
    "Oruc Məndən ötrüdür və mükafatını da Mən verəcəyəm!" Müəllif bu mövzuda buyurur: Orucun Allaha məxsus olmasının dəlili budur ki, məxfi ibadətdir. Allahdan başqa heç kəsin ondan xəbəri olmur. Amma, başqa ibadətlər, məsələn, namaz, insanların gözü önündə olur. Oruca görə bədən qüvvəsi zəifləyib, ağıl və onun qoşunu güclənir. Orucun vasitəsi ilə İlahi feyzə nail olub, kamala yetişərsən.(Cəvahirul-kəlam, cild. 16, səh. 182 )
    QƏZZALİNİN NƏZƏRİYYƏSİNƏ GÖRƏ ORUCUN TƏSİRLƏRİ
    Əbu Hamid yazır: Oruc, Allahdan ötrü olub, xüsusi şərafətə malikdir. Doğrudur ki, bütün ibadətlərdə bu xüsusiyyət vardır, lakin, orucda iki xüsusi cəhət var:
    1. Oruc, "özünü gözləmək" və "tərk etmək”dir. Bu elə bir sirrdir ki, başqaları onu müşahidə edə bilmir. Lakin, başqa ibadətlər insanların gözləri önündə olur. Orucu, Allahdan başqa heç kəs hiss etmir. Ona görə ki, batində və səbrlə olan bir əməldir. Bu da özünü günahlardan qorumaq hesab olunur.
    2. Oruc, bəzi şeyləri tərk etməklə, Allahın düşməni sayılan Şeytana ən böyük zərbədir. Çünki, Şeytanın vəsiləsi şəhvətdir. Şəhvət də yemək-içməklə möhkəmlənir. Həmin səbəbə görə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Şeytan, insanın bədəninin qan dövranı kimi hərəkətdədir. Şeytanın mənzilini aclıqla bağlayın.”(Cəvahirul-kəlam, cild. 16, səh. 182 )
    Orucda aclıq, Şeytanı sındırandır, onun qarşısına möhkəm sədd çəkir. Hər kim Şeytanı sındırsa, Allaha kömək etmiş olur. Allaha kömək etmək isə Onun tərəfindən insanın özünə fürsət verilməsi deməkdir. Allah-taala buyurur:
    "Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər!”(Məhəmməd surəsi, ayə:7 )
    Çalışmaq və zəhmətin ibtidası, bəndənin öz tərəfindən, onun mükafatı isə Allah tərəfindəndir. Quranda buyurur: "Bizim uğrumuzda cihad edənləri Öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməl edənlərlədir.”(Ənkəbut surəsi, ayə:69 )
    Yenə də Allah taala buyurur:
    "Həqiqətən, hər hansı bir tayfa öz taleyini dəyişməyincə, Allah da onların taleyini dəyişməz.”(Rəd surəsi, ayə:11 )
    Həqiqətən, dəyişiklik, şəhvətin sındırılmasıdır. Şəhvət, Şeytanın otlağıdır. Otlaq nə qədər təzə olsa, Şeytan ordan qaçmaz. Nə qədər ki, Şeytan insanın vücudunda var-gəl edir, Allahın cəlalı insana görünməz. Ona görə də, Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Əgər Şeytanlar, Adəm övladlarının qəlblərinə var-gəl etməsəydilər, insanlar göylərin mələklərini görərdilər.”
    ORUC VƏ İNSANIN SAĞLAMLIĞI
    Orucun hikmətlərindən biri də insanın bədəninin sağlamlığıdır. Orucun, insanın bədəninin sağlamlığına olan təsirlərini şərh etməzdən əvvəl, xəstəliklərin hansı yollarla insanın bədəninə daxil olub, onu xəstələndirdiyinə diqqət edək! Əvvəlcə, din övliyalarının bu barədəki nəzəriyyələrinə baxaq:
    1. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "İnsanın mədəsi, hər bir dərdin mənzili, pərhizkarlıq isə hər bir dərmanın sərçeşməsidir.”(Səfinətul-bihar, cild. 2, səh. 78 )
    2. İmam Kazim (əleyhissalam) buyurur:"Pərhiz bir dərdin dərmanının sərçeşməsi, mədə isə dərdlərin mənzilidir.”(Səfinətul-bihar, cild. 2, səh. 79 )
    Yenə həmin Həzrətdən nəql olunur, buyurur:"Hər bir dərman, insanda həyəcan və başqa bir xəstəliyin meydana gəlməsinə səbəb olur. Bədəndən ötrü yeməklərdən pərhizlə istifadə etməkdən faydalı şey yoxdur.”(Səfinətul-bihar, cild. 2, səh. 78 )
    3. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:"Oruc tutun ki, sağlam olasınız!”
    Bu rəvayətlərdə, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) və İmam Kazim (əleyhissalam) öz elmlərini vəhydən olmaqla, həm sağlamlq, həm də tənbəllik yollarını göstərir, bütün xəstəliklərin mədədən başlanmasına işarə edirlər.
    4. "Ravi Əsbəğ ibni Nubatə nəql edir: Həzrəti əmirəl-möminin Əli (əleyhissalam) oğlu İmam Həsən (əleyhissalam)-a buyurur: Oğlum! Sənə dörd kəlmə göstəriş öyrədimmi ki, əgər riayət etsən, bütünlüklə həkimlərdən ehtiyacsız olarsan? Ərz etdi: Bəli! Həzrət buyurdu: Acmayınca süfrə başında oturma! Süfrədən, yeməyə iştahan olan halda qalx! Yeməyi yaxşı çeynə! Yatmazdan əvvəl ayaqyolunaget! Əgər belə etsən, təbibdən ehtiyacsızsan!”(Səfinətul-bihar, cild. 2, səh. 79 )
    Bu rəvayətdə görürük ki, yenə də yemək, mədə, çox yemək, pərhiz və yaxşı çeynəməkdən söz gedir. Yəni, bütün xəstəliklərin kökü, mədə və yeməkdəndir. İndi də mədənin ixrac və idxalından söz açaq.
    BƏDƏNİN İXRACINDA NƏZMİ VƏ İDXALINDAKI NƏZMSİZLİYİ
    İxracedici orqanizmdən sayılan böyrək, cigər, bağırsaq və dərinin hamısı münəzzəmdirlər. Böyrəklər, hətta, unutmurlar ki, insanın gecə yuxuya ehtiyacı olduğuna görə bövl etməkdən ötrü çox da fəaliyyətə ehtiyac yoxdur. Ona görə də gecənin qaranlığı və yuxunun ağırlığına münasib olaraq, az maddə ixrac edir və bununla da az bövl vücuda gəlir. Dəri və damarlar da bunun kimidirlər. Lakin, bədənin idxalı o qədər nəzmsizdir ki, bəzən insan pakizə, halal və təmiz yeməklərin əvəzinə, öz əlləri ilə toz-torpaq, tüstü və spirtli içkiləri öz bədəninə tökür. Nəhayət, insanın müqavimət qüvvəsi aradan gedib pis günə düşür.
    Bədən, yeyib-içilənlərin daxil olduğu ehtiyat mənbəyidir. İnsanın bəzi bədən üzvləri həmişə zərərverici şeyləri bədəndən xaric etmək üçün çalışdıqlarına görə, onlara bu işi görməyə fürsət vermək lazımdır. Bu fürsət və yaxşı fəaliyyət isə yalnız, qida maddələrinin keyfiyyətini və kəmiyyətini münəzzəmləşdirib, bədənə pərhizlə verilməsi ilə əmələ gəlir.(Əvvəlin daneşgah və axirin Peyğəmbər, cild. 3, səh. 37 )
    VƏZİLƏR
    1. Maddələr ixrac edən vəzilərin bağlılığının az və ya çox olması, bədəndə çatışmamazlığa səbəb olur.
    2. Hipovyuz. O vəzilərdəndir ki, bədənə yaxından bağlı olub, vəzilərin ən mühümü, xüsusilə yuxarı böyrək vəzilərinin əsası sayılır.
    3. Böyrəklərin yuxarısında bir qisim maddələrin vücuda gəlməsi çox mühüm olub, bütün bədən hüceyrələrinə yetişir. Çox yemək və pis yemək onların fəaliyyətinə böyük təsir göstərir.
    4. Sübut olunub ki, mədəaltı vəzi ilə böyrəyin yuxarı vəziləri insanın ömrünün uzun olmasında mühüm rol oynayır.
    5. Sübuta yetib ki, böyrəküstü vəzilərlə mədəaltı vəzilərin yaxından bağlılığı vardır.
    6. Təhəqqüq tapıb ki, yaş həddi yuxarı getdikcə mədəaltı vəzinin hazırladığı maddələr azalır, lakin, böyrəyin yuxarı vəziləri elə hormonlar ixrac edir ki, yaş həddi onun fəaliyyətinə təsir etmir.
    7. Son vaxtlar biologiya mütəxəssisi Vladimir Nikitin səhra siçanlarının üzərində illərlə təcrübə apardıqdan sonra sübuta yetirmişdir ki, siçanları xüsusi metodla ac saxlamaqla, onların iki il yarımlıq ömrünü, dörd il yarıma çatdırmaq olur. Adı çəkilən professor mötəqiddir ki, əgər böyrəyin yuxarı vəziləri bir müddət aclıq çəksə, məcbur olacaq ki, bədənin fəaliyyətinə mane olan hormonlardan istifadə etsin. Bu cəhətdən, əgər il arasında müxtəlif çatışmamazlıqlar, pis qidalanma və s. baş verərsə, oruc tutmaqla onların fəaliyyət sistemini uzun müddət tənzim etmək olar.(Əvvəlin daneşgah və axirin Peyğəmbər, cild. 3, səh. 40 )
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 764 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024