İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:21 AM
    QURBANLIQ, ŞƏRİ VƏ ƏQLİ BİR İŞDİR
    Keçmiş bəhslərdən nəticə aldıq ki, qurbanlıq, şəri və əqli bir iş olub, İslam dininin qəbul etdiyi bir əməldir. Bu iş, ruhun paklanması və cəmiyyətin iqtisadiyyatının möhkəmlənməsində geniş rol oynayır. "İləluş-şəraye" kitabında rəvayətlərdən məlum olur ki, qurbanlığın əti təkcə fəqir və yoxsul şəxslərə verilməlidir. İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql edir ki, buyurur:
    "Allah-taala, bu qurbanlığı yoxsulların iqtisadi vəziyyətlərinin yaxşılaşmasından ötrü qərar vermişdir. Onlara bu ətdən yedirdin.”(İləluş-Şəraye, səh.437 )
    Əbi Bəsir nəql edir ki, İmam Sadiq (əleyhissalam)-a ərz etdim: Qurbanlığın səbəbi nədir? Buyurdu: "Qurbanlıqdan yerə tökülən ilk damcı qana görə Allah-taala, qurban kəsənin günahlarından keçir. Ona görə ki, müttəqi şəxslər Allah dərgahında müəyyən olunsun." Sonra buyurdu: "Allah-taala buyurur: Qurbanlığın əti və qanı heç vaxt Allaha çatmır. Çünki, Allahın ona ehtiyacı yoxdur. Bəlkə də, qurbanlıq insanların təqva və pərhizkarlıqlarından nişanədir." Daha sonra Həzrət buyurdu: "Görün, Allah Habilin qurbanlığını qəbul edir və Qabilin qurbanlığını necə rədd edir!”
    Bu hədisdə, qurban kəsənin savab və günahlarının bağışlanmasına, həmçinin, onun ixlasına işarə olunmuşdur. Əli (əleyhissalam) buyurur:
    "Əgər insanlar bilsəydilər ki, qurbanlıqda hansı əzəmət var, borc alıb qurban kəsərdilər. Həqiqətən, qurbanlıqdan yerə tökülən ilk qətrə qan zamanı Allah qurban sahibinin günahlarından keçər.”
    "Vəsail-Şiə" kitabında, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-in qızı həzrəti Fatimə (səlamullahi ələyha) buyurur:
    "Qurbanlığını kəsən zaman onun yanında hazır və şahid ol! Çünki, qurbanlığın ilk yerə tökülən qanı zamanı günahların bağışlanmış olur." Sonra buyurur: "Bu mətləb və savab bütün müsəlmanlara aiddir.”
    İmam Kazim (əleyhissalam)-dan nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Qurbanlıqlarınızı çoxaldın. Çünki, onlar sizin siratın körpüsündən keçməyinizə vəsilə olacaqlar.”(İləluş-Şəraye, səh.438, bab.179 )
    HAKİM DAİRƏLƏRİN HAQQI
    HAKİMİN HAQQI
    فأَمَّا حَقُّ سَائِسِكَ بالسُّلْطَانِ فَأَنْ تَعْلَمَ أنّكَ جُعِلْتَ لَهُ فِتنَة وأنَّهُ مُبْتَلىً فِيكَ بمَا جَعَلَهُ اللهُ لَهُ عَلَيكَ مِنَ السُّلْطَانِ وَأَنْ تُخلِصَ لَهُ فِي النَّصِيحَةِ وَأَنْ لا تُمَاحِكَهُ وَقَدْ بُسطْتَ يَدُهُ عَلَيْكَ فَتَكُونَ سَبَبَ هَلاكِ نفْسكَ وَهلاكِهِ. وتَذَلَّلْ وتَلَطَّفْ لإِعْطَائِهِ مِنَ الرِّضَا مَا يَكُفُّهُ عَنْكَ وَلا يَضُرُّ بدينِكَ وتَسْتَعِينُ عَلَيْهِ فِي ذلِكَ باللهِ. ولا تُعَازَّهُ ولا تُعَانِدَهُ فَإنَّكَ إنْ فَعَلْتَ ذلِكَ عَقَقْتَهُ وَعَقَقْتَ نَفْسَكَ فَعَرَضْتَهَا لِمَكرُوهِهِ وَعَرَضْتَهُ لِلْهَلَكَةِ فِيكَ وَكُنْتَ خَلِيقًا أَنْ تَكُونَ مُعِينًا لَهُ عَلَى نفْسِكَ وَشَرِيكًا لَهُ فِيمَا أَتى إلَيْكَ. وَلا قُوَّةَ إلا باللهِ.
    "Amma, hakim dairələrin sənin boynundakı haqqı budur ki, sənin ondan ötrü imtahan amili olmaqını və onun da sənin üzərindəki səltənətinə görə imtahan olunduğunu bilməlisən! Xaliscəsinə onun nəsihətinə qulaq as və onunla ixtilaf və mübahisəyə qalxma. Halbuki, o sənə hakimdir, özünün və onun həlakətinə səbəb olarsan. Onun yanında özünü təvazökarlıqla apar. Belə ki, onun razılığını ələ gətir bəlkə, sənin dininə zərəri dəyməsin. Bu barədə Allahdan kömək istə! Onunla şövkət və izzətçilikdə müamilə et, düşmənçilik və inadkarlıq etmə! Çünki, əgər belə etsən, həm özünə, həm də ona qarşı naşükürlük etmisən. Özünü onun meylsizlik hüzurunda qərar verib, onu da özünün həlakətində qərar vermiş olarsan. Sən onun işlərində ona kömək etməyə layiqsən. Səninlə nə iş görsə, öz zərərinə də olsa ona şərik ol!
    Allahdan başqa heç bir güc-qüvvə yoxdur!”
    Hüquq kitabının bu qismində, İmam Səccad (əleyhissalam) cəmiyyətdə hakim dairələrin hüquqlarını bəyan edir. Əvvəlcə, cəmiyyətin hakim və sultanının haqqını buyurur. Hakim və sultandan məqsəd, qüdrət sahibidir. Yəni, o kəs ki, cəmiyyətin işləri onun əlindədir.
    Bütün insanlar qəbul edirlər ki, ictimai qanunlar əsasında və əmniyyətdə yaşamaqdan ötrü hər bir cəmiyyətdə sultan və hakimə ehtiyac vardır. Hakim dairələr, cəmiyyətdə hərc-mərcliyin qarşısını almaqla insanların asudə yaşayıb təkamül yolunu keçmələrinə kömək etməlidirlər.
    HƏZRƏTİ ƏLİ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ HAKİMİN VÜCUDUNUN ZƏRURİLİYİ
    Həzrəti Əli (əleyhissalam) bu mövzuda buyurur:
    "İnsanlardan ötrü bir nəfər hakim zəruridir. İstər yaxşı olsun, istər pis. Mömin onun hökumətində ibadətlə məşğuldur. Kafir öz bəhrəsini alır. (Hamı hakimin olması ilə hərc-mərc və iztirabdan amandadırlar.) Allah, onun zamanında hər kəsi öz əcəlinə çatdırar. Onun vasitəsi ilə maliyyat cəm olar. Düşmənlə döyüşər, oğruların yollarının qabağı alınar. Zəifin və gücsüzün haqqı zalimdən alınar. Bununla da yaxşı insanlar pislərin şərrindən amanda yaşayarlar!”(Nəhcül-bəlağə, 40-cı xütbə )
    Həzrəti Əli (əleyhissalam) bu sözləri o vaxt buyurur ki, Xəvaric "həkəmeyn" əhvalatında etiraz edib deyirlər ki, hökumət səndən yox, Allahdandır!"
    Bu bəyanda Həzrəti Əli (əleyhissalam) hakimin cəmiyyətdə vücudunun zəruriliyini və onun roluna işarə edir. O yaşayış mühiti möhkəmdir ki, güclü hökuməti olmuş olsun. Bununlada, onun sayəsində hamı, əmin-amanlıqda öz hədəflərinə tərəf hərəkət etsinlər. Bu bəyanda Həzrət, ümumiyyətlə, mütləq hökumətdən və onun əsl vücudundan söz açmışdır.
    İMAM RZA (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ HAKİMİN VÜCUDUNUN ZƏRURİLİYİ
    Fəzl ibni Şazan, İmam Rza (əleyhissalam)-ın dilindən cəmiyyətdə hakimin zəruriliyi barəsində müfəssəl rəvayət nəql edir, sonra buyurur:
    "Onun səbəblərindən bəziləri odur ki, bizim heç bir dəstəyə və heç bir millətə sorağımız yoxdur ki, rəhbər və hakimsiz davam gətirsinlər. Çünki, hamı dünya və axirət işlərində hakimə möhtacdırlar. (Rəhbərin vücudu onlardan ötrü zərurdir.) Beləliklə, həkimin hikmətində icazə verilmir ki, əhali özbaşına buraxılsın, halbuki, insanların hakimə ehtiyacı var və həyat sürmələrində ondan asılıdırlar. Hakimin vasitəsilə düşmənlərlə döyüşüb, qənimətləri bölürlər. Öz cümə namazlarını bərpa edir və sitəmkarlardan məzlumların haqqını tələb edirlər."(Əl-həyat, cild.2, səh.386 )
    İmam Rza (əleyhissalam)-ın bu cümlələrindən hakimin vücudunun cəmiyyətdə zəruriliyi aydınlaşır.
    ADİL HAKİMLƏR VƏ ONLARA MƏXSUS XÜSUSİYYƏTLƏR
    Qurani-Kərimdə, Allah-taala iki dəstənin hakim və rəhbər olmasını bəyan edir: Birinci: Adil və ədalətli Hakimlər (rəhbərlər) İkinci: Zalim və sitəmkar hakimlər.
    Bu dəstələrin hər birisinin özünə məxsus sifət və xüsusiyyətləri vardır. Qısa şəkildə olsa da, onlara işarə edək. Quran buyurur:
    "Biz onları əmrimizlə (insanları) doğru yola gətirən İmamlar (rəhbərlər) etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və oruc tutmağı vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.”(Ənbiya surəsi- 73 )
    Qeyd olunan ayədə, Allah-taala hakim təyin etməyi Özünə nisbət verdikdən sonra onların xüsusiyyətlərini sayır.
    Birinci: Cəmiyyəti doğru yola yönəldən və hidayət edəndir.
    İkinci: Onlara vəhy olunur.Xeyir işlər, o cümlədən xalqla Xaliqin rabitəsi sayılan namazı (camaat namazını) bərpa edirlər, fəqirlə sərvətlinin rabitəsi sayılan zəkatı verirlər. Nəhayət, onlar cəmiyyətdə rəhbərlik məqamına layiq görülməsindən ötrü abidlik və Allaha itaət etməklik xüsusiyyətlərini xüsusilə vurğulayırlar.
    QƏLƏBƏ, RƏHBƏRLİKDƏDİR!
    Allah-taala, Qurani-Kərimdə adil rəhbər və hakimdən ötrü qüvvə və qüdrəti şərt sayır. Bu barədə misallar gətirilir. Onlardan biri "Talut”un əhvalatıdır. Talut, uca boylu, bədənli və xoşəndam bir kişi idi. Möhkəm və qüvvətli səbri vardı. Ruhi cəhətdən də çox güclü, alim və tədbirli bir şəxs idi. Bəziləri ona "Talut" adının verilməsini, onun uzun boyuna görə olduğunu bəyan edirlər. Quran buyurur:
    "Ya Məhəmməd! Musadan sonra bir dəstə tanınmış İsrail övladının başına gələnləri görmədinmi? Onlar öz Peyğəmbərinə: Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) Allah yolunda (zülmkarlarla) vuruşaq.- dedilər.”(Bəqərə surəsi-246 )
    Başqa yerdə yenə buyurur:
    "(İsrail övladının peyğəmbəri) onlara dedi: Allah Talutu sizə padşah göndərdi. Onlar isə: Biz hökmdarlığa layiq ikən və ona var-dövlət verilmədiyi halda, o necə bizə padşah (hakim) ola bilər? - deyə cavab verdilər. Peyğəmbər onlara dedi: Allah sizdən ötrü onu bəyənib seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah, Öz mülkünü (səltənətini) istədiyinə verər. Allahın (lütfü və kərəmi) genişdir. Allah (hər şeyi) biləndir.”(Bəqərə surəsi-247 )
    Qeyd etdik ki, hakimiyyətin qüdrət və yaxşı tədbirinin olması onun qələbə amilidir. Ayədə, aydın şəkildə İsrail övladlarının istəyi müqabilində, qüdrətli və elmi cəhətdən bilikli hakim seçilir. Talutun fəqirliyinə etiraz edən bir dəstənin müqabilində Allah-taala buyurur: Mal-dövlətin azlığı rəhbərliyin dəyərini azaltmır. Mühüm, qüdrət və elm və cismi qüvvədir.
    TALUT VƏ QOŞUN BAŞÇILIĞI
    Talut ordunun başçılığını öhdəsinə alır və qısa müddət ərzində məmləkəti və ordunu idarə etmək ləyaqətini göstərir. Sonra onları çox xətərli olan düşmənlərə qarşı mübarizəyə dəvət edir. Təkid edir ki, mənimlə yalnız, cihad niyyətində olanlar hərəkət etsinlər. Nəhayət, İsrail övladları qüdrətli hakimləri vasitəsilə Calutun qoşununa qalib gəlirlər.
    Bu əhvalatda, rəhbər və hakimiyyətin əsas şəraitini, Allahın istəyi, elm, qüdrət və gücdə bildirilir. Hakim özünün elm və biliyi sayəsində cəmiyyətin səadət yolunu müəyyən edib, əsaslarını hazırlamalıdır. Öz qüdrət və gücü ilə bu yolda çəkdiyi planları vaxtında yerinə yetirməlidir.
    İmam Zeynalabidin (əleyhissalam) da hakimlərin haqqı barəsində həmin əsaslara işarə edərək buyurur:
    "Hakim, Allahın onun sənin üzərindəki hakimiyyəti ilə imtahan olunur." Onun səltənət və qüdrətini Allah verir. Onun qüdrətinə işarə edir, buyurur:"Onun sənə geniş şəkildə qüdrəti var və sənin onun qüdrətinə diqqət etməməyin, sənin həlakətinə səbəb olar!"
    Başqa mətləb budur ki, İmamSəccad (əleyhissalam) buyurur: "Hakim və rəiyyət hər ikisi imtahandadır."
    Talutun əhvalatında da imtahan mövzusuna işarə olunur. Quran buyurur:"Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da bir ovucdan artıq içməsə, o məndəndir! Lakin, onların az bir qismi müstəsna olmaqla, hamısı o sudan içdi"(Bəqərə surəsi-249 )
    QÜDRƏTDƏN İSTİFADƏ ZÖVQÜ, ZÜLQƏRNEYNİN ƏHVALATI
    Qurani-Kərim bu mövzuda başqa bir misala işarə edir. Cəmiyyətin hakimi qüdrətli və bacarıqlı olub, öz qüdrətini insanların nicatı yolunda istifadə etməlidir. Bu, Zülqərneynin əhvalatıdır. Quran buyurur: "Nəhayət, iki dağ arasına gəlib çatdıqda, onların ön tərəfində az qala söz anlamayan bir tayfa gördü.”(Kəhf surəsi-93)
    İşarə olunur ki, Zülqərneyn dağlıq bir yerə çatır. Orada, şərq və qərbdəkindən başqa bir cəmiyyət görür və onların mədəni cəhətdən aşağı səviyyədə olduğunu müşahidə edir. Çünki, ayədə qeyd edir ki, onlar dil anlamırdılar. Bəşərin ən aydın təkamül və ya mədəniyyəti sayılan, danışıqdan bəhrələnə bilmirdilər. Yaxud, fikr və zehni cəhətdən çox geridə qalmışdılar.
    Bu tayfa, "Yəcuc və Məcuc"adlı qaniçən tayfadan İskəndərə şikayət edirlər. Onlar bu qaniçən tayfanın fitnə-fəsadından xəbər verir və İskəndərdən istəyirlər ki, hər nə istəyirsənsə, sənin ixtiyarında qoyuruq, tainki, bizimlə onların arasında sədd çək! Quran bu mövzuda buyurur:
    "Onlar (tərcüməçi vasitəsilə) dedilər: Ey Zülqərneyn! Yəcuc və Məcuc tayfaları bu ərazidə fitnə-fəsad törədirlər. Bizimlə onlar arasında sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) vermək olarmı?
    Zülqərneyn dedi: Rəbbimin mənə verdiyi (qüdrət və bəsirət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır. Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim!
    Mənə dəmir parçaları gətirin! (Onlar gətirdilər.) Zülqərneyn iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: Köpükləri üfürün! - dedi. (Onlar köpükləri üfürdülər.) Zülqərneyn dəmiri od halına salınca: Mənə ərimiş mis gətirin, onun üstünə töküm! - dedi.”(Kəhf surəsi-94-96 )
    Burada, Zülqərneyn mühüm bir işi yerinə yetirir. Başqa hakim olsaydı, əhalinin boynuna minnət qoyardı. Amma, Allah adamı olduğuna görə böyük ədəblə izhar edir ki, bu mənim Pərvərdigarımın lütfündəndir.
    Bu əhvalatda qüdrətli rəhbər öz imkanından cəmiyyətin mənafeyi üçün istifadə edir. Onun müqabilində əhali də ondan təşəkkür edirlər. Budur, qüdrətli və adil hakimin xüsusiyyəti! Necə ki, Həzrəti Əli (əleyhissalam) da öz bəyanında bu xüsusiyyəti, cəmiyyətin nicatı sanır, buyurur:
    "Saleh insanların nicatı adil və saleh hakimlərin əlindədir. Həmçinin, hər bir millətin həlakəti və məhv olması, onun zalim və sitəmkar hakimlərin yetirmələrindəndir.”(Əl həyat, cild.2, səh.385 )
    ADİL RƏHBƏRLƏRİN TANINMASI VƏ ONLARDAN İTAƏT!
    İmam Sadiq (əleyhissalam) buyurur:
    "İmam Hüseyn (əleyhissalam) öz əshabının yanına gələrək buyurur:
    Ey insanlar! Allah-taala, bəndələrini Onu tanımaqdan ötrü yaratmışdır. Elə ki, Onu tanıdılar, Ona pərəstiş edərlər və Ondan qeyrisindən biniyaz olarlar.
    Bir nəfər soruşdu: Atam-anam sənə qurban! Allahı tanımaq nədir? Buyurdu: Hər bir əsrin insanlarının, itaəti ondan vacib olan rəhbəri (İmamı) tanımaq!”(Biharul-Ənvar, cild.5. səh.312 )
    Bu bəyanda Həzrət, Allahı tanımaq yolunu, adil rəhbəri tanımaqda görür.
    MİSİRLİLƏRİNADİL VƏ ALİM HAKİMİN ƏLİ İLƏ NİCATI
    Qurani-Kərimdə oxuyrurq: Yusif zindandan çıxarkən, Misir padşahının yanında ləyaqətli olduğu aşkar olur. Padşah ona ən yüksək vəzifədə məsuliyyət almağı təklif edir. Yusif ona belə təklif edir:
    "Misir ölkəsinin xəzinəsini mənim ixtiyarımda qoy! Çünki, mənim iki xüsusiyyətim var, o da bu vəzifəni qəbul etməyi tələb edir: Birinci: Əhalinin malının qoruyucusuyam. Rəhbərliyin şəraitindən biri də əmanətdarlıqdır. O da məndə var. İkinci: İqtisad elmində geniş biliyə malikəm. Onun vasitəsilə ölkənin gəlirini və xərcini necə hesablamağı yaxşı bilirəm!”
    Misir padşahı bu həssas vəzifəni ona tapşırır. Yusuf uzun qıtlıq illərində ölkəni elə idarə edir ki, bu cəmiyyətin həlakətdən nicatına səbəb olur.
    ƏDALƏTLİ HAKİM EHTİRAMA LAYİQDİR
    İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm)-dən və məsum İmamlar (əleyhimussalam)-dan adil hakimə ehtiram olunması barəsində çoxlu rəvayətlər nəql olunmuşdur. Onlardan bəzilərinə işarə edirik:
    Birinci: İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Hakim dairələrinizə ehtiram və ikram edin. Çünki, onlar yer üzündə Allahın sayəsi və sizin izzət və qüdrətinizə səbəbdir. Əlbəttə, Əgər onlar ədalətlə rəftar etsələrhörmətə layiqdirlər!" (Adil hakimin ehtiramı lazımdır. Zalim və sitəmkar hakimə ehtiram yoxdur.)(Şərhi risalətul-hüquq, Qapançı, cild.1, səh.382 )
    İkinci: Ömər nəql edir: "İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm)-ə ərz etdim: Mənə elə bir hakimdən xəbər ver ki, onun müqabilində boyunlar əyilsin və bədənlər təvazökar olsunlar!
    Buyurdu: Hakim yer üzündə Allahın kölgəsi olmalıdır. Əgər yaxşı iş görsə, mükafat və savabı var. Sizə də ona təşəkkür etmək vacibdir. Əgər pis iş görsə, ağırlığı özünün öhdəsindədır. Fitnələrinə səbr edib dözümlü olun!”(Şərhi risalətul-hüquq, Qapançı, cild.1, səh.382 )
    Bu hədisdə İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) ehtiram və təşəkkürü, adil hakimin müqabilində qərar verir.
    Üçüncü: İmam Kazim (əleyhissalam)-dan nəql olunur, öz şiələrinə buyurur:
    "Hakimin fərman və göstərişlərindən qaçmaqla, özünüzə zillət və xarlığı rəva bilməyin. Çünki, əgər hakim adildirsə, Allahdan hakimiyyətdə uzun müddət qalmasını istəyin. Əgər zalimdirsə, Allahdan islah olunmasını istəyin. Ədalətli hakim, mehriban ata yerindədir. Özünüzə nə istəyirsinizsə ona daistəyin. Özünüzə bəyənmədiyinizi ona da bəyənməyin!”(Şərhi risalətul-hüquq, Qapançı, cild.1, səh.382 )
    İmam Kazim (əleyhissalam) bu hədisdə, ədalətli hakimi mehriban ata kimi tanıtdırır. Layiqli ata cəmiyyətə layiqli övladlar verdiyi kimi, ədalətli hakim də cəmiyyəti kamal və ləyaqətli işlərə tərəf aparacaqdır!
    Dördüncü:İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Allah-taala, göyləri üç şeylə bəzəmişdir: Günəş, ay və ulduzlar. Yeri də üç şeylə bəzəmişdir: Alimlər, yağış və ədalətli hakim.”(Şərhi risalətul-hüquq, Qapançı, cild.1, səh.382 )
    Bu hədisdə də bəşər cəmiyyətinin abad və islah olunması, ədalətli hakimin girovunda olduğu bəyan olunur.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 593 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024