İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 6:03 AM
    OTUZ DÖRDÜNCÜ DƏRS
    Şiə məzhəbi nə vaxt meydana gəlmişdir?
    Bu barədə irəli sürülən nəzəriyyələr nədən ibarətdir?
    ŞİƏLİYİN YARANMASI (3)
    4. ŞİƏLİK İRANLILARIN MƏZHƏBİDİR
    Şiəlik haqda irəli sürülən dördüncü nəzəriyyə bu məzhəbin iranlılar tərəfindən meydana gəlməsidir. Onlar qeyri-islami ünsürləri dinə əlavə edərək sadə məzhəb halından çıxarmış, daha da genişləndirərək qol-budaq vermişlər. Bu nəzəriyyəni irəli sürənlər üç hissəyə bölünmüşlər, başqa sözlə desək, bu fikir üç müxtəlif tərzdə bəyan edilmişdir:
    A) ŞİƏLİK QOHUMLUQ ƏLAQƏLƏRİ NƏTİCƏSİNDƏ MEYDANA GƏLMİŞDİR
    Tarixçilərin bə’ziləri şiə məzhəbinin meydana gəlməsini Hüseyn ibni Əlinin Sasani sülaləsinin sonuncu padşahı üçüncü Yəzdgerdin qızı ilə evlənməsi ilə əlaqələndirirlər. Belə ki, iranlılar bundan sonra Əli və onun övladlarına meyl etməyə başlamış, imam Hüseynin (ə) Kərbəla faciəsindən sonra onlara olan diqqəti daha da artırmış və şiə məzhəbinin əhli-sünnənin müqabilində olduqca ciddi mövqe tutmasına səbəb olmuşlar.
    Əhməd Əmin yazır: «Tarixçilər yazırlar ki, iranlıların Əliyə (ə) meyl etmələri oğlu Hüseynin İran padşahı 3-cü Yəzdgerdin qızı ilə evlənməsindən irəli gəlmişdir. Beləliklə, iranlılarla Əli övladları arasında qohumluq əlaqəsi yaranmışdır. Lakin Fatimə övladlarına bəslədikləri sevgi və məhəbbət onların qədim əqidələrindən irəli gəlir. İranlılar belə bir əqidədə olmuşlar ki, Allah-taala aləmin bütün işlərini kəsraların* öhdəsinə buraxmış və Öz vücudunun bir hissəsini onlarda yerləşdirmişdir. İslamı qəbul etdikdən sonra bu əqidəni xəlifələrə də aid etmişlər. Yə’ni, Allahın vücudunun bir hissəsi xəlifələrin vücudunda yerləşmiş və irsi olaraq atadan övlada keçmişdir.(Əhməd Əmin Misri, Fəcrul islam.)
    Doktor Həsən İbrahim Həsən yazır: Hüseyn ibni Əli Sasani sülaləsinin sonuncu padşahı Yəzdigərdin qızı Şəhrəbanu ilə evləndikdən sonra iranlılarda ərəblərə qarşı meyl yarandı. Onlar Hüseynin övladlarını qədim padşahlarının məzhəbi hesab edir və Əli ibni Əbu Talibə qarşı sonsuz sevgi və məhəbbətlə yanaşırdılar. Bütün bunlar şiə məzhəbinin İranda asanlıqla yayılmasına münasib şərait yaratdı.
    Hüseynin Kərbəlada qətlə yetirilməsi pərakəndə vəziyyətdə olan İran şiələrini həyəcana gətirərək birləşdirdi. Hüseynin qanı şiəliklə yoğrularaq onların qəlblərinə nüfuz etdi. Beləliklə, şiəlik Hüseyn ilə qohum olan iranlılarda özünə yer taparaq daha da genişləndi. Onlar Hüseyni ərəb və iranlı irqinin ən gözəl məzhəbi hesab etdikləri üçün xilafəti onun övladlarının haqqı hesab edirdilər.»(İslamın siyasi tarxi, Həsən İbrahimhəsən.)
    TƏNQİD VƏ MÜLAHİZƏLƏR
    Hüseyn ibni Əlinin Şəhrəbanu ilə evlənməsi Ömər ibni Xəttabın dövrünə təsadüf edir. İran fəth olunduqdan sonra müsəlmanların əsir aldıqları şəxslərin arasında Yəzdgərdin üç qızı da var idi. Əsirlər satıldıqdan sonra xəlifə Yəzdgərdin qızlarının da satılmasını əmr etdi. Lakin Əli ibni Əbu Talib xəlifənin yanına gəlib buyurdu: Onlarla digər əsirlər kimi rəftar etmək olmaz. Xəlifə dedi: Bəs nə etməli? Əli dedi: Qiymətlərini tə’yin et, istəyən şəxslər seçib pulunu versinlər. Xəlifə onların qiymətlərini tə’yin etdikdən sonra Əli onların hər üçünü alıb birini Əbdullah ibni Ömər, birini oğlu Hüseyn, digərini isə Məhəmməd ibni Əbu Bəkrlə evləndirdi. Əbdullahın o qadından Salim, Hüseynin Şəhrəbanudan Zeynəlabidin, Məhəmməd ibni Əbu Bəkrin isə evləndiyi qadından Qasim adlı oğlanları oldu. Demək, onların (Salim, Zeynəlabidin və Qasim) anaları Yəzdgərdin qızları olduğu üçün bir-birləri ilə xalaoğlu hesab olunurlar.(Fəcrul-islam, Əhməd Əmin.)
    Burada belə bir sual yaranır. Əgər şiəlik Hüseyn ibni Əlinin iranlılara kürəkən olmasından irəli gəlibsə, bəs nə üçün hər ikisi xəlifə oğlu olan Əbdüllah və Məhəmmədin iranlılara kürəkən olması onların (yə’ni iranlıların) məzhəb və e’tiqadına tə’sir göstərə bilməmişdir.
    Bütün bunlarla yanaşı, Yəzid ibni Vəlid ibni Əbdülməlik və Əməvi sülaləsinin sonuncu xəlifəsi olan Mərvan ibni Məhəmmədin anası da iranlı olmuşdur.(Diyarbəkri; Tarixul-xəmsin, 2-ci cild.)
    Belə bir halda nə üçün bu ailə və qohumluq münasibətləri iranlıların Bəni-üməyyə sülaləsinə, onların məzhəb və e’tiqadlarına rəğbət göstərməsinə səbəb olmamışdır?
    B). ŞİƏLİK ALİ-BƏVEYH TƏRƏFİNDƏN MEYDANA GƏLMİŞDİR
    Tarixçilərin bə’zilərinin fikrincə, şiəlik Ali-Bəveyh sülaləsinin hakimiyyət dövründə və onlar tərəfindən meydana gəlmişdir. Sə’d Məhəmməd Həsən özünün «Əl-məhdəviyyə fil islam» adlı kitabında yazır: «Qüdrətli və vüqarlı İran sultanlığı olan Ali-Bəveyh şiə məzhəbinin zühur və rəsmən e’lan olunmasına səbəb oldu.»
    Başqa bir yerdə deyilir: «İslamdan sonra Ali-Bəveyh səltənətinin hakimiyyət illərində İran tarixində nəzərə çarpan dəyişikliklər müşahidə olunur. Çünki bu tayfa başqalarından fərqli olaraq, milli hissləri yaşatmağa və özünü onların bir nümayəndəsi kimi tanıtdırmağa nail ola bildi. Onlar Bağdad xilafətini süquta uğradıb, onun qarşısında şahlığı, sünnülüyün müqabilində şiəliyi və ərəb adət-ən’ənəsinin müqabilində isə İran adət-ən’ənələrini yaşadıb gücləndirə bildi.»(Bəhmənyar, Ali-Bəveyh tarixi, Rəşid Yasəmin müqəddiməsi, Kerman nəşri)
    Həmin kitabda yazılır: «Ali-Bəveyh mərkəzi xilafətə ağır zərbə vuraraq Sasanilərdən sonra ilk dəfə Bağdadı Mədainin canişini etdi. İran, islam dinini və Abbasi xilafətini darmadağın edən şiə məzhəbini rəsmi məzhəb e’lan etdi və xilafətlə müxalif olduğunu bildirdi.
    TƏNQİD VƏ MÜLAHİZƏLƏR
    Ali-Bəveyh sülaləsi Hicrətin 320-ci ilindən 447-ci ilinədək İranın cənub və qərb nahiyələrində (Fars, Kerman, İsfahan vilayətlərində) və İraqda hakimiyyətdə olmuşdur. Lakin qeyd olunan müddət ərzində onlar vahid hakimiyyət şəklində hökmranlıq etməmişlər. Onlar müxtəlif vaxtlarda ayrı-ayrı məntəqələrdə hökmranlıq etmiş və səltənətlərini daha da genişləndirməyə çalışmışlar.
    İbni Əsir özünün «Əl-kamilu fit-tarix» adlı kitabında qeyd edir ki, elmə xüsusi diqqət yetirdiyi üçün Ali-Bəveyh xilafətinə tabe olan ölkə və şəhərlərdə, hətta ətraf məntəqələrdə alimlərin sayı getdikcə artır və saysız-hesabsız kitablar yazılırdı. Yaranmış münasib şəraitdən istifadə edərək alimlər həmin məntəqələrə üz tutur və öz elmi-tədqiqat işlərini o yerlərdə aparırdılar. Onların arasında hətta sünnü alimlərini də görmək olardı. İbni Əsir özünün «Əl-izah fin-nəhv», «Əl-huccə fil-qiraət», «Əl-mulki fit-tib», «Ət-taci fit-tarix» kitablarını məhz bu dövrdə yazmışdır.(Əl-kamilu fit-tarix, İbni Əsir, 9-cu cild)
    Buradan belə bir nəticəyə gəlmək olur ki, Ali-Bəveyh nə sünnü, nə də şiə alimlərinə qarşı bir tərəfli mövqe tutmamış, həmçinin sünnü alimlərinə təzyiq göstərmək məqsədi ilə şiə alimlərinə xüsusi diqqət yetirməmişdir.
    V) ŞİƏ MƏZHƏBİ SƏFƏVİLƏR TƏRƏFİNDƏN MEYDANA GƏLMİŞDİR
    Bə’zi tarixçilərin fikrincə, digər müsəlmanların qarşısında dayanmaq üçün Səfəvi şahları şiə məzhəbini sadə haldan çıxarmış, ona qeyri-dini ünsürlər əlavə edib genişləndirməyə çalışmışlar. «...Sasani dövlətinin e’tiqad və ayinləri şiə adı ilə meydana gəldi. Sonralar yaranan Səfəvi dövləti əslində islam libasını geymiş Sasani dövləti idi.»(Lutrup Stevard; «Yeni islam aləmi» kitabına Əmir Şəkib Ərsəlanın əlavələri.) Başqa bir yerdə deyilir: «Səfəvilərin gördükləri iş ölkə və şəhərləri fəth edib orada dərvişlərin Əli və onun övladlarını mədh etməsi üçün kiçik ibadətgahlar tikməkdən ibarət idi.»(Məhəmməd Rəşid Riza; «Əs-sünnətu vəş-şiətu».)
    «Şah İsmayılın şan-şöhrəti ucaldıqda Allahlıq iddiası etdi. Olduqca zalım və qaniçən bir şəxs idi. Amansızcasına öldürdüyü günahsız insanların sayı-hesabı bəlli deyildi. Ordusu onu gördükdə qarşısında səcdə edirdi. Şəhərləri, ölkələri fəth edir, günahsız Allah bəndələrinin qanını tökürdü. Küframiz bir məzhəb yaradıb alimləri öldürür, sünni alimlərinin Qur’anlarına da od vurub yandırırdı. Öldürdüyü hər bir əmirin zövcəsini başqa birinə ya halal, ya da hədiyyə edərdi.(Əhməd Zeyni Dəhlan; Futuhatul islamiyyə, 2-ci cild.)
    TƏNQİD VƏ MÜLAHİZƏLƏR
    Səfəvilər Hicrətin 905-ci ilindən 1135-ci ilinədək İran və İraqın bir hissəsində hakimiyyətdə olmuş və bu müddət ərzində şiə məzhəbini rəsmi dövlət məzhəbi e’lan etmişlər. Lakin onları şiə məzhəbinin bünövrəsini qoyan ilk sülalə hesab etmək olmaz. Eyni zamanda şiə əqidəsinin Səfəvilər tərəfindən meydana gəldiyini iddia etmək də tamamilə əsassız bir fikirdi. Çünki Səfəvilərdən çox-çox əvvəl alimlər bu barədə yüzlərlə kitab yazmış və ətraflı izahlar vermişlər. Seyyid Mürtəza, Seyyid Rəzi, Şeyx Tusi, Şeyx Müfid, Koleyni, Xacə Nəsrəddin Tusi və onlarla digər şiə alimi bu məzhəbin fiqh, kəlam və e’tiqadı barədə yüzlərlə əsərlər yazaraq bu baxımdan islam dininin əsaslarını şərh etmişlər. Bütün bunları nəzərə alaraq, irəli sürülmüş üçüncü nəzəriyyənin nə dərəcədə düzgün olduğunu bilmək olar.
    Eyni zamanda mö’təbər tarix kitablarında Səfəvilər barədə verilən mə’lumatları yuxarıda adları çəkilən alimlərin şiə məzhəbinin e’tiqadına dair yazdıqları əsərlərlə müqayisə edərək, onların rəftar və davranışları barədə deyilənlərin nə dərəcədə düzgün olub-olmadığını da yoxlamaq olar.
    * * *
    Bu bəhsin sonunda qeyd etmək istəyirik ki, şiə əqidəsinə əsasən, bu məzhəb hələ Peyğəmbərin (s) həyatında mövcud olmuşdur. O həzrətin özündən «Əli şiəsi» kimi ifadələrin istifadə olunduğu onlarla hədis və rəvayətlər nəql edilmişdir. (Otuz birinci dərsdə bu hədislərin bir neçəsini qeyd etdik). Həmçinin onlar belə bir əqidədədirlər ki, Peyğəmbər (s) vəfat etməzdən əvvəl onlar şiəliyin ayrı məzhəb halında formalaşmasını istəməmişlər. Çünki şiəlik Peyğəmbərin (s) tə’lim etdiyi şeylərdən savayı bir şey deyildir. Lakin Peyğəmbər (s) vəfat etdikdən sonra o həzrətin canişinlik məsələsi ortaya çıxmaqla, şiələr təbii olaraq, Peyğəmbər (s) vəsiyyətinə əsasən xilafət və imamətin Əliyə (ə) çatmasında sə’y göstərmək məcburiyyətində qalmışlar. Beləliklə, səhabələrdən bir qisminin xilafət məsələsində müxalifət etməsi ilə, islam ictimaiyyəti bir-birindən fərqli olan fikri-siyasi hissəyə ayrıldı. Onlardan biri şiə adı ilə məşhurlaşdı. Zaman keçdikcə şiə məzhəbinin fiqhi, ictimai, əqidə və təfəkkür məsələləri mə’sum imamlar tərəfindən açıqlanmış, şərh edilmiş və tədricən vahid və müstəqil məzhəbə çevrilmişdir. Şiə əqidəsinə əsasən, imamlar Peyğəmbərin (s) tə’limlərindən savayı öz davamçılarına heç bir şey söyləməmiş, dini hökmlərə düzgün əməl etmək üçün sadəcə olaraq onun sünnə və buyuruqlarını təfsir etməyə və açıqlamağa çalışmışlar.
    Bütün məzhəblərdə olduğu kimi, şiə məzhəbinin tarixində də bə’zi cərəyanlar baş vermiş və müxtəlif firqələr yaranmışdır. Növbəti dərsimizdən başlayaraq, islam tarixi və ideologiyasında öz tə’sirini qoymuş və bu günədək davam edən şiə məzhəbinin mühüm firqələri barədə söhbət açacaq, sonda sair firqələr haqda danışacağıq.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. İranlılarla Əli ibni Əbu Talibin ailəsi arasında nə kimi qohumluq əlaqəsi vardır?
    2. Qohumluq əlaqələri iranlıların şiə məzhəbini qəbul etməsinə dəlil ola bilərmi?
    3. Şiə məzhəbi Ali-Bəveyh səltənəti tərəfindən meydana gəlmişdirmi?
    4. Şiə məzhəbinin meydana gəlməsini Səfəvilərlə əlaqələndirmək olarmı?
    5. Şiə məzhəbi nə zaman meydana gəlmişdir?
    OTUZ BEŞİNCİ DƏRS
    Zeydiyyə məzhəbi hansı firqəyə deyilir?
    Zeyd ibni Əli kimdir?
    ZEYDİYYƏ MƏZHƏBİNİN YARANMASI
    Bu firqənin davamçıları Zeyd ibni Əli ibni Hüseyn ibni Əli ibni Əbu Talibi özlərinə imam seçdikləri üçün belə adlandırılmışlar. Bir çox tarixi sənədlərdən belə bir qənaətə gəlmək olur ki, Zeyd ibni Əli heç vaxt imamlıq iddiası etməmiş, atası və qardaşı Məhəmməd ibni Əlinin e’tiqadına zidd olan heç bir əqidəyə əsaslanmamışdır. Bu səbəbdən də onu bu firqənin banisi hesab etmək tamamilə əsassız olardı. Lakin onun tərəfdarları qiyam etdiyi zaman, xüsusilə şəhid olarkən onu imam kimi qələmə verərək Zeydiyyə firqəsinin bünövrəsini qoymuşlar. Bu və növbəti dərslərimizdə Zeydiyyə firqəsinin e’tiqadları barədə söhbət açacaq və onun ətrafında araşdırmalar aparacağıq.
    ZEYD İBNİ ƏLİNİN TƏRCÜMEYİ-HALI
    Zeyd ibni Əli şiələrin dördüncü imamı Əli ibni Hüseyn ibni Zeynəlabidinin oğludur. Zeydin doğum və şəhadət günü barədə səhabələr və tarixçilər müxtəlif fikirdədirlər.
    Doğulduğu il Hicrətin 67, 75, 78, 79 və 80-cı illəri, şəhid olduğu il isə Hicrətin 120, 121 və 122-ci illəri göstərilmişdir. Lakin Zeydin Hicrətin 122-ci ilində 42 yaşında ikən şəhid olması həqiqətə daha yaxındır. Demək, onun Hicrətin 80-cı ilində doğulması daha mö’təbər hesab olunmalıdır. Tarixçilərin qeyd etdiklərinə və alimlərin e’tirafına görə, Zeyd zəmanəsinin görkəmli alim, fəqih, müfəssir və hədisşünası olmuşdur. Həddindən artıq təqvalı, pəhrizkar və mö’min bir şəxs olan Zeyd gecələrini ibadətlə keçirər və çox sadə həyat tərzi sürərdi. Onun şagirdlərindən biri olan Əbu Hənifə deyir: «Zeyd dövrünün ən savadlı şəxsiyyəti idi, mən həmin vaxtlar ondan daha elmli və natiqlik iste’dadına malik olan ikinci bir şəxs görmədim.»
    Zeyd ibni Əlinin imamiyyə alimlərinin arasında xüsusi yeri vardır. Şeyx Mufid onun barəsində deyir: «Zeyd ibni Əli ibni Hüseyn, qardaşları arasında həzrət Məhəmməd Baqirdən sonra ən bacarıqlı və iste’dadlı şəxs hesab olunurdu. O, olduqca abid, pəhrizkar, zahid, səxavətli, fəqih və şücaətli bir şəxs idi. Xeyirli işlərə də’vət, pis işlərdən çəkindirmək və cəddi Hüseyn ibni Əlinin intiqamını almaq məqsədilə qiyam etdi. Qur’anla çox ünsiyyətdə olduğu üçün ona «Həliful Qur’an» (Qur’anla əhd-peyman bağlayan) ləqəbi verildi.(Əl-irşad, Şeyx Mufid.)
    Şeyx Bəhaəddin Amili onun barəsində deyir: Zeydin haqqında yaxşılıqlardan başqa heç bir şey xatırlaya bilmirəm. İmamlarımız daim onu xoş sözlərlə yad edər və ruhuna rəhmət oxuyardılar. İmam Sadiq (ə) hər zaman onu xatırlayarkən deyərdi: «Allah əmimə rəhmət etsin.»(Ə’yanuş-şiə /1-ci cild. Şeyx Bəhaəddin Amilidən nəql edilməklə.)
    Cabir ibni Yəzid rəvayət edərək deyir: «Eşitmişəm ki, imam Məhəmməd Baqir (ə) qardaşı Zeyd ibni Əlini xatırlayarkan bu ayəni tilavət edərdi:
    «...Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək...»(Ali-İmran-195.)
    Daha sonra isə buyurardı: «And olsun Allaha! Zeyd bu ayənin ən aşkar nümunəsi idi.» Cabir ibni Yəzid deyir: Məhəmməd Baqir ələyhissəlamdan qardaşı Zeyd barədə soruşduqda buyurardı: «Elə bir şəxs barədə sual verirsiniz ki, o, vücudu elm və təqva ilə dolu bir insan və sülaləsinin böyük şəxsiyyətlərindən olmuşdur.»
    İmamiyyə məktəbinin ravilərinin nəql etdiyi hədislərə əsasən, Zeyd ibni Əli qiyam etməzdən əvvəl altıncı imam Cə’fər Sadiq (ə)-la məşvərət etmiş və o həzrət də buyurmuşdur: Ey Əli! Əgər qətlə yetirilib zibillikdə dar ağacından asılmağa razısansa, belə et (qiyam et!)»
    Zeyd o həzrətlə xudafizləşib getdiyi zaman imam Cə’fər Sadiq (ə) buyurmuşdur: «Vay o kəslərin halına ki, qiyam harayını eşidib ona yardımçı olmasınlar»(Üyunu Əxbarur-riza/1-ci cild, Biharul Ənvar/46-cı cild.)
    İmam Rizadan (ə) nəql olunan rəvayətdə deyilir: «Zeyd ibni Əli Peyğəmbər sülaləsinin böyük alimlərindən biri olmuşdur. O, Allahın razılığı üçün qəzəblənib Allah düşmənləri ilə cihad etdi və Allah yolunda da şəhid oldu.»(Üyunu Əxbarur-riza/1-ci cild, Biharul Ənvar/28-ci cild.)
    ZEYD İBNİ ƏLİNİN MÜƏLLİM VƏ ŞAGİRDLƏRİ
    Qeyd etdik ki, Zeyd ibni Əli zəmanəsinin böyük alimlərindən biri olmuşdur. Zəmanəsinin böyük ustadlarından təhsil almaqla yanaşı, şagirdlərin tə’lim-tərbiyəsi ilə də ciddi məşğul olurdu. Onun təhsil aldığı müəllimlərdən aşağıdakıların adlarını çəkmək olar:
    Atası Əli ibni Hüseyn Zeynəlabidin (ə), qardaşı Əbu Cə’fər Məhəmməd Baqir (ə), Əban ibni Osman, Ubeydullah Əbi Rafe və Urvət ibni Zubeyr.
    Məşhur şagirdlərindən də bə’ziləri aşağıdakılardan ibarətdir:
    Övladları İsa ibni Zeyd, Məhəmməd ibni Zeyd, Hüseyn ibni Zeyd və Yəhya ibni Zeyd.
    Həmçinin Əbu Hənifə, Mənsur ibni Mö’təmir, Harun ibni Sə’d, Müaviyət ibni İshaq, Əbulcarub Ziyad ibni Munzir, Həsən ibni Saleh, Əli ibni Saleh, Məhəmməd ibni Əbdürrəhman, Məhəmməd ibni Müslim, Əmr ibni Xalid Əlvasiti, Muəmmər ibni Xeysəm Hilali, Qeys ibni Rəbi, Süfyan ibni Əbissəmət, Məhəmməd ibni Əbdullah (Nəfs Zəkiyyə) və onun övladları və qardaşları İbrahim, İdris, Yəhya və Seyyid Musa.
    ZEYD İBNİ ƏLİNİN ELMİ ƏSƏRLƏRİ
    1. «Əl-məcmuül fiqhi», «Əl-məcmuül hədisi» və «Əl-musnəd» kitabları Zeydin yazdığı əsərlərdən hesab edilir. Zeydiyyə alimləri bu kitabların onun tərəfindən yazıldığını bildirirlər. Onlar bu kitablara şərh və izahlar da yazmışlar. Verilən şərhlərdən biri də qazi Əllamə Şərəfuddin Hüseyn ibni Əhməd Səyağinindir (h.q.1221).
    2. «Ğəribul-Qur’an təfsiri»; Əgər bu kitabın Zeydə mənsub olunması düzgün olarsa deməliyik ki, bu kitab anlamı çətin olan Qur’an ayələrinə şərh verən ilk təfsirlərindəndir.
    3. «Əs-sifvətu»; Qur’an ayələrindən istifadə olunaraq Əhli-beytin fəziləti haqda olduqca sadə dildə yazılan bir kitabdır.
    4. «Həcc əməlləri»; Həcc mərasiminin qayda-qanunları barədə yazılmış əməliyyə risaləsi.
    5. «Alim və ümmətə peyğam». Zeyd bu kitabda edəcəyi qiyamın hədəf və məqsədini şərh edir.
    Yuxarıda adları çəkilən kitablar Zeyd ibni Əliyə mənsub edilmiş və tarixçilər tərəfindən az-çox təsdiq olunmuşdur.
    ZEYD İBNİ ƏLİNİN QİYAMI
    Zeyd ibni Əlinin həyatı və Bəni-üməyyəyə qarşı etdiyi qiyam islam tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Zeyd, cəddi Hüseyn ibni Əlinin intiqamını almaq məqsədilə, Peyğəmbər (s) sünnəsini məhv edərək aradan aparmış və bir çox bid’ətlərə səbəb olan Bəni-üməyyəyə qarşı qiyam etdi. Qiyam etməkdə ilk məqsədi müsəlmanları Allahın kitabına də’vət etmək, Peyğəmbərin (s) sünnəsini yaşatmaq və meydana gəlmiş bid’ətləri aradan qaldırmaq idi.
    Zeyd ibni Əli bir müddət gizli şəkildə ətrafına silahdaş yığıb onlara hərbi tə’limlər keçirdi. Qiyam edəcəyini rəsmən e’lan etdikdə alimlərin bir çoxu, o cümlədən Əbu Hənifə onu müdafiə edərək müsəlmanlara bu qiyama qoşulmağın vacibliyinə dair fətva verdi.(Mənaqibu imam Əbu Hənifə/1-ci cild/İbni Bəzzaz.)
    Bir qədər əvvəl qeyd olunduğu kimi, imamiyyə məzhəbinin başçıları və mə’sum imamlar Zeydin qiyamını dəstəkləmiş və müsəlmanları bu qiyama qoşulmağa də’vət etmişlər. Tarixi mənbələrdə qeyd olunur ki, on beş min nəfərdən ibarət olan könüllü dəstə Zeydə birləşərək qiyamda iştirak etmələrinə hazır olduqlarını bildirdilər. Lakin o zaman Kufənin valisi olan Yusif ibni Ömər Səqəfi, Zeydin qiyam edəcəyindən xəbərdar olub Bəni-üməyyəyə tə’cili olaraq döyüşə hazır olmağın zəruriliyini çatdırır. Zeydin ordusu tam hazırlıqlı vəziyyətə düşməzdən əvvəl onlara qarşı hücum başlanır. Çarəsizlikdən üç yüz nəfərlik kiçik bir ordu ilə döyüşə atılıb həmin döyüşdə tərəfdarları ilə birlikdə şəhid olur. Zeydin bədəni Əməvilərin əlinə düşdükdə, onlar vəhşicəsinə onun başını bədənindən ayırıb Hişam ibni Əbdülməlikə göndərdilər. Sonra cəsədini Kufə zibilliyində dar ağacından asdılar və bir müddət qaldıqdan sonra yandırıb külünü Fərat çayına tökdülər.
    Zeydin qiyamı oğlu Yəhya tərəfindən Xorasanda davam etdirildi. Eyni zamanda imam Həsən (ə)-ın nəvəsi (Nəfs Zəkiyyə ləqəbi ilə məşhur olan) Məhəmməd ibni Əbdullah ibni Həsən Musənna Hicazda və qardaşı İbrahim ibni Əbdullah İraqda qiyama qoşularaq Bəni-üməyyə və Bəni-abbas sülaləsinə böyük təhlükə yaratdılar.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Zeyd ibni Əlinin şəxsiyyəti haqda qısa şəkildə danışın.
    2. Zeyd ibni Əlinin yazdığı kitabların adlarını çəkin.
    3. Zeyd ibni Əli nə üçün qiyam etmişdir və onun qiyamı nə ilə nəticələnmişdir?
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 1106 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024