İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 5:15 AM

    QIRX İKİNCİ DƏRS
    Dəruziyyə necə meydana gəlmişdir?
    Dəruziyyənin əqidəsi nədən ibarətdir?
    DƏRUZİYYƏNİN YARANMASI
    Firqəni tə’sis edən şəxs yə’ni, İsmail ibni Məhəmməd dərzi olduğu üçün onun tərəfdarları özlərinə bu təxəllüsü götürmüşlər. «Dəruziyyə» firqəsi İsmailiyyə Fatimilərindən ayrılmış və 4-cü əsrin sonunda, daha dəqiq desək, Fatimi xəlifəsi Əl-hakim Bi-Əmrillahın (375-411 H.q.) dövründə meydana gəlmişdir.
    Bu firqənin meydanagəlmə səbəblərini iki amillə əlaqələndirirlər. Birincisi, Hakim Bi-Əmrillahın şəxsiyyəti və onun xilafət dövründəki fəaliyyətləri; İkincisi, xəlifəliyə və dəruziliyə olan sufilik təmayülü. Onlar İsmailiyyənin batinçilik, yozumçuluq və gizli fəaliyyət dövründə öz mövqelərini gücləndirmək üçün münasib şəraitlə rastlaşmışdılar.
    Hakim Bi-Əmrillahın tərcümeyi-halına və gördüyü işlərə nəzər salmaqla, hər iki amilin nədən ibarət olduğu bəlli olacaqdır.
    HAKİM Bİ-ƏMRİLLAHIN TƏRCÜMEYİ- HALI
    Fatimilər və Dəruzilər tarixində qeyd olunur ki, Hakim Bi-Əmrillah hakimiyyəti ələ alan zaman islam ictimaiyyəti böyük çətinliklərlə qarşılaşmışdı. Dövlət mə’murlarının böyük əksəriyyəti eyş-işrətə, fəsad və pozğunçuluğa qurşandıqları üçün cəmiyyətdə hərc-mərclik baş alıb gedirdi. Hakim Bi-Əmrillah o zaman güclü və bacarıqlı olduğu üçün yüksək ictimai-siyasi mövqeyə malik idi. Yaş həddini və yerləşdiyi şəraiti təsəvvür edən bir çoxları onun da eyş-işrətə meyl edəcəyini düşünürdülər. Lakin o bütün sə’y və bacarığını islam adət-ən’ənələrinin yenidən dirçəlməsinə, məscid və şəhərlərin abadlaşdırılmasına, şəriət qanunlarının və əxlaqi dəyərlərin güclənməsinə yönəltdi. Beytul-malı abadlıq işlərinə sərf edir və əmin-amanlığın tə’min olunmasında böyük sə’ylər göstərirdi. Camaat namazlarının, xüsusilə cümə namazlarının qılınması və haqq-ədalətin bərqərar olunması yolunda yorulmadan çalışırdı. Öz şəxsi həyatına gəldikdə isə, olduqca sadə və zahidanə həyat keçirir və ədalətə hər şeydən çox diqqət yetirirdi. (Şeyx Mursəl Nəsr/Əl-muvəhhidun «Əd-dəruz» fil- islam.).
    Həmin dövrdə sonralar «Dəruziyyə» firqəsinin bünövrəsini qoymuş və onların rəhbərliyini öz üzərlərinə götürmüş bir çox Fatimi şəxsiyyətləri, o cümlədən Dəruz ləqəbi ilə şöhrət tapmış İsmail ibni Məhəmməd, Həmzət ibni Əli ibni Əhməd Zuzəni, (İmamun ə’zəm kimi tanınırdı), Səlamət ibni Əbdülvəhhab Samiri, Məhəmməd ibni Vəhəb Qərşi və Murtəza Bəhauddin xəlifəyə dini, siyasi və ictimai islahatların keçirilməsində yaxından köməklik göstərərək bir çox ölkə və şəhərlərdə onun siyasətini (də’vətini) təbliğ etməyə başladılar. Xəlifə bu beş şəxsə hamıdan yaxın olduğu üçün onların e’tiqadlarından mütəəssir olmuşdu. Çünki onlar Dəruziyyə əqidəsinin təbliğinə xəlifənin həyatının son on ilində başlamışlar və həmin dövrdə «Muvəhhidun» (Dəruzilər bu adı özlərinə fəaliyyətə başladıqları ilk gündən qoymuşlar) ləqəbi ilə tanınmışlar. Sonrakı xəlifənin (Əliyyuz-zahir Lağərazə dinullahın) dövründə isə tə’qib və işkəncələrə mə’ruz qalaraq kütləvi şəkildə qətlə yetirilmişlər. Qeyd olunan həmin on il ərzində Hakim Bi-Əmrillahın vücudunda böyük ruhi dəyişiklik baş verdi. Tax-tacdan, ləl-cəvahirat və şan-şöhrətdən əl çəkdi, sadə paltar geyib qatırına minərək camaat arasında gəzməyə başladı. Hicrətin 411-ci ili Şəvval ayının 27-də ibadət məqsədilə camaatdan ayrılıb səhraya üz tutdu və bir daha onu kimsə görmədi.
    Hakimin qeybdə olduğu illər ərzində bir neçə risalə yazıldı. Qeyd olunur ki, onların bə’zilərinin müəllifi Hakim özü olmuşdur. Risalələrdən bə’ziləri Hakimin mə’nəvi və ruhani yüksəlişinə dəlalət edir və onlardan belə mə’lum olur ki, Hakim həqiqəti bütün vücudu ilə dərk etmiş və onu özündə yaşatmışdır. Sufilərin istifadə etdikləri irfani ifadələrin çoxluğu və (hədis mütəxəssislərinin dediklərinə əsasən,) onların özlərindən uydurduqları bə’zi hədislər Hakim Bi-Əmrillahın sufi təriqətinə böyük meyl göstərdiyinə dəlalət edir. Sufi təriqətinə olan belə bir təmayül Dəruzilərin İsmailiyyə firqəsinin əqidə üsullarında əsaslı dəyişikliklər aparmalarına və nəticədə Dəruziyyənin İsmailiyyə firqəsinin bətnində müstəqil firqə kimi formalaşmasına səbəb olmuşdur.
    DƏRUZİYYƏNİN ƏQİDƏLƏRİ
    1. Tövhid;
    Dəruzilər, məzhəblərini «Ət-tovhid», özlərini isə «Muvəhhidun» adlandırırdılar. E’tiqadlarının əsasını mütləq təkallahlıq əqidəsi təşkil edirdi. Allahın zatından başqa heç bir sifətin mütləq vəhdaniyyətini qəbul etmirdilər. Onların əqidəsinə görə, Allahın müqəddəs zatı [vəhdaniyyəti] bəşərin şüurundan üstün olduğu üçün dərkolunmaz və adi ifadələrlə vəsfedilməzdir; Allah zaman və məkanda məhdudlaşmır və Onun vücudu hər zaman hər yerdədir; Oxşarı olmayan yeganə bir varlıqdır; Onun yeganə zatı nə tə’rif olunar, nə də vəsf; Allah mütləq varlıqdır; Onun vücudu heç nəyə və kimsəyə ehtiyac duymayan yeganə zatdır. Bəşər Allahın müqəddəs zatını dərk və vəsf etməyə qadir olmadığı üçün O, özünü xarici aləmdə təcəlli etdirmişdir. İlk dəfə «uca olan Əlinin» sonuncu dəfə isə Hakimin (Fatimilərin 6-cı imamı) vücudunda təcəlli etmişdir.
    Dəruzilərin bu əqidəsi Hakimin Allahlıq iddiası etməkdə ittiham olunmasına səbəb olmuşdur. Lakin Dəruzilər bu ittihamı rədd etmişlər. Əvvəla ona görə ki, onlar Allahın insan vücudunda təcəlli etməsini Hülul* sayır və belə bir nəzəriyyəni qətiyyətlə rədd edirlər. Onlar İsmailiyyənin Məsəl* və Məmsul* nəzəriyyəsinə əsaslanaraq, imamları ilahiliyi özündə əks etdirən kamil insan hesab edirlər. Onların fikrincə, hər hansı bir təsvir güzgünün cövhərinə hülul etmədiyi kimi, Allah da Hakimin vücuduna hülul etməmişdir. Lakin Allahın təsvirinin bir hissəsi onda zühur və təcəlli edir. Dəruzilər Allahın Hakimin vücuduna hülul etməsini təkzib etdikləri üçün belə bir əqidədə olmuşlar ki, Allahın insanın vücudunda təcəlli etməsi kamil insanın vücudunda onun sifətlərinin təcəlli etməsi deməkdir. Və bu heç də hülul demək deyildir. Qeyd olunanlarla yanaşı, Dəruziyyə firqəsinin müasir alimlərindən olan Şeyx Mursəl Nəsr, Hakimin ilahilik iddiasını qətiyyətlə rədd edir və onun tərcümeyi-halını nəql etdikdən sonra deyir: Dinin dirçəlişi naminə belə bir fədakarlıq göstərən bir şəxs necə Allahlıq iddiası edə bilər!? Şeyx Nəsr daha sonra Hakimin dövründə hazırlanmış sikkəyə istinad edərək deyir: «Hakimin xilafəti dövründə onun göstərişi ilə hazırlanan sikkənin bir tərəfində «La ilahə illəllah, vəhdu la şərikə ləh, Muhəmmədən rəsulullah və Əliyyən vəliyyullah», digər tərəfində isə «Əbdullah və vəliyyuhu əl-imam əl-Hakim Bi-Əmrillah» sözləri yazılmışdır. Bu nəzəriyyənin araşdırılmasında iki mətləbə diqqət yetirilməlidir:
    1. Fatimilərin 7-ci xəlifəsi Əz-zahir hakimiyyəti ələ keçirdikdən sonra öz babalarının Allahlıq iddiasını qətiyyətlə inkar edərək belə bir əqidəyə əsaslananların qətlə yetiriləcəklərini bildirdi. Nəticə olaraq belə bir qənaətə gələ bilərik ki, (Dəruziyyənin təbliğat aparatının fəaliyyət göstərdiyi və Hakim Bi-Əmrillahın onlara tam ixtiyar verdiyi bir şəraitdə) Fatimiyyə cəmiyyətində belə bir əqidə geniş şəkildə yayılmış və Əz-zahir bu bəhanə ilə minlərlə günahsız insanı qətlə yetirərək var-dövlətlərini talan etmişdir.
    2. Hakimin Allahlıq iddiası etməməsi sübuta yetirilməsə belə, Allahın Hakimin vücudunda təcəlli etməsinə dair yaranmış fikir əksəriyyətin nəzərində onun Allahlıq iddiası etməsi ilə heç bir fərq daşımır və sufilərin irfani fərqi onlar üçün tamamilə dərkolunmazdır.
    2.Beş müqəddəs rütbə;
    Dəruziyyə firqəsi imamdan sonra daha beş müqəddəs dərəcənin mövcud olduğunu hesab edir:
    1. Kulli əql;
    Bu, İmam-ə’zəm Həmzət ibni Əli Zuzəninin ixtiyarındadır. O, zamanın imamı və hazırkı dövrün həqiqi insanıdır.
    2. Kulli nəfs;
    Bu yalnız Əbu İbrahim ibni İsmail ibni Məhəmməd Təmiminin məqamıdır.
    3. Kəlmə; Əbu Əbdullah Məhəmməd ibni Vəhəb Qərşi nəzərdə tutulur.
    4. Sağ cinah; Əbu Xeyr Səlamət ibni Əbdülvəhhab Samiri nəzərdə tutulur.
    5. Sol cinah; Əbul Həsən ibni Əhməd Səmuqi nəzərdə tutulur.
    Demək, Dəruzi firqəsinə mənsub olan hər bir şəxs Hakimin imamətini qəbul etdikdən sonra yuxarıda adları çəkilən şəxslərin mə’nəvi məqamlarına da hörmət və ehtiramla yanaşmışdır.
    * * *
    Bunlarla yanaşı «nəsx», «mə’suliyyətin götürülməsi» və digər e’tiqadi nəzəriyyələr Dəruziyyə firqəsinə mənsub edilsə də, onların müasir alimlərindən olan Şeyx Mürsəl Nəsr bütün bu ittihamları qətiyyətlə təkzib edərək onları əsassız hesab edir. Bu fikirlər hal-hazırkı Dəruzi firqəsinə qarşı əsassız ittihamlar olduğu üçün bu barədə ətraflı izah verməyi məqsədəuyğun saymırıq.(Əl-muvəhhidun «Əd-dəruz» Fil- islam/ Şeyx Mürsəl Nəsr.)
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Dəruzilərin meydana gəlməsinə hansı amillər səbəb olmuşdur?
    2. Dəruzilər firqəsi kimlər tərəfindən və necə meydana gəlmişdir?
    3. Dəruzilər İsmailiyyə firqəsinin əqidə üsullarında nə kimi dəyişikliklər aparmışlar?
    4. Dəruziyyənin tövhidə olan baxışı nədən ibarətdir?
    5. Dəruzilərin müqəddəs hesab etdikləri beş məqam hansılardır?
    QIRX ÜÇÜNCÜ DƏRS
    Ağaxaniyyə firqəsi necə meydana gəlmişdir?
    Ağaxaniyyə cərəyanı dini firqə hesab olunurmu?
    AĞAXANİYYƏ FİRQƏSİNİN YARANMASI
    Fatimi xəlifəsi Müstə’li hakimiyyəti ələ keçirdikdən sonra İsmailiyyə məzhəbindən ayrılmış Nəzariyyə firqəsinin davamçıları ölkə və şəhərlərdə qaçqın və köçkün halına düşdülər. Onlar xilafətin tə’qib və əzab-əziyyətindən yaxa qurtarmaq üçün müxtəlif məntəqələrdə gizli şəkildə yaşayır və çox az hallarda öz e’tiqadlarını biruzə verə bilir və ya təbliğ edirdilər. Digər tərəfdən də imam Şəmsəddin ibni Ruknuddindən sonra Nəzariyyə ardıcılları canişinlik məsələsində böyük ixtilafa düçar oldular. Beləliklə, onlar Mö’min ibni Məhəmmədi imamətə layiq hesab edən «Mö’miniyyə» və «Qasim şahı» imam kimi qəbul edən «Qasimiyyə» adlanan iki firqəyə bölündülər.
    Mö’miniyyə firqəsi çox tez bir zamanda süquta uğradığı üçün onlar barədə əsaslı sənəd əldə etmək mümkün deyildir. Lakin Qasimiyyə firqəsinin davamçıları sonralar İran və Hindistanda fəaliyyət göstərmişlər.
    Qasimiyyə tərəfdarları 12-ci əsrin sonunadək hələ də gizli fəaliyyət göstərirdilər. Elə həmin dövrlərdə onlar öz düşmənlərindən qorunmaq məqsədilə sufi firqələrinə, o cümlədən «Ne’mətülahiyyə» firqəsinə yaxınlaşıb onların adından istifadə etməyə başladılar və nəticədə əqidə baxımından onların tə’siri altına düşdülər. Qasimiyyə firqəsinin imaməti onların 44-cü imamı Əbul Həsən Əli Şahın xilafəti dövrünə çatdıqda, onlar İranda Zəndiyyə sülaləsinin banisi Kərim xan Zəndə rəğbət göstərməyə başladılar. Buna görə də İsmailiyyə məzhəbinin mövqeyi daha da güclənməyə və yenidən dirçəlməyə başladı. Məhz Həmin dövrdə Əbul Həsən Şah Kermana hakim tə’yin olundu və bu illərdə Hindistandakı İsmailiyyə tərəfdarları ona hər il şər’i vergi olaraq 20 min tümən məbləğində nəqd pul verməli oldular. Nəticədə o, Kermanda külli miqdarda var-dövlət, mülk əldə edib mövqeyini gücləndirdi və öz tərəfdarlarına maddi yardımlar göstərməyə başladı. 1206-cı ildə Qasimiyyənin 44-cü imamı vəfat etdi. Az sonra yə’ni, 1207-ci ildə Zənd sülaləsi Qacar xan tərəfindən məğlub edildi və bir müstəqil firqə kimi onların fəaliyyətinə son qoyuldu. Onlar Kermandan didərgin düşdü və imamın ailəsi, o cümlədən onun oğlu şah Xəlilullah Əli Kəhəkə getdi və orada firqə imamətliyini öz üzərinə götürdü. Daha sonra, 1230-cu ildə Bəm, Bəlucistan və Sinddəki tərəfdarlarına yaxınlaşmaq üçün Yəzdə gəldi, lakin baş vermiş məhəlli toqquşmaların birində qətlə yetirildi. Beləliklə, Nəzariyyə firqəsinin Qasimiyyə qolunun imamətliyinə son qoyuldu və sonra yeni bir cərəyan - Ağaxaniyyə firqəsi yaranmağa başladı.
    AĞAXANİLƏR
    Ağaxanilərin ilk imamı Həsən Əli şah ləqəbi ilə məşhur olan Məhəmməd Həsən 1219-cu ildə Qum şəhəri yaxınlığındakı Kəhək kəndində dünyaya gəlir. 1232-ci ildə atası qətlə yetirildikdən sonra İsmailiyyə məzhəbinin Nəzariyyə firqəsinin imamətliyini öz üzərinə götürür. Fətəli şah Qacar bu firqəyə böyük rəğbət göstərdiyi üçün onlar müəyyən mə’nada canlanmağa başladılar. Əli şah bacısını Fətəli şaha ərə verməklə qarşılıqlı münasibətləri daha da gücləndirdi və Qacar şahı tərəfindən Ağaxan ləqəbini aldı. Əvvəllər Qum və ətraf məntəqələrə hakim tə’yin olunsa da, az sonra Kerman da onun ixtiyarına verildi və əvvəldən də sıx münasibətdə olduğu üçün, orada məskunlaşan nəzariləri tez bir zamanda öz ətrafına toplaya bildi.
    Hindistan, Sind və digər məntəqələrdə yaşayan tərəfdarları da onun Kermana hakim tə’yin olunduğundan xəbər tutub görüşünə gəldilər. Lakin sonralar o, Nəsrəddin şahla yaranmış ixtilaflar nəticəsində özünü və ailəsini təhlükədən qurtarmaq üçün Kermanı tərk edib Böyük Britaniyanın istismarı altında olan Əfqanıstana qaçmağa vadar oldu. Hicrətin 1260-cı ilində ingilislərin köməyi ilə Əfqanıstandan Bombeyə gedir və orada tərəfdarlarının səmimi münasibətini görüb oranı imamət mərkəzi tə’yin edir. Beləliklə, o dövrədək İranda fəaliyyət göstərən Qasimiyyə sülaləsi süquta uğrayır və onun yerinə imamət mərkəzi Hindistanda yerləşən Ağaxaniyyə səltənəti tə’sis olunur.
    Birinci Ağaxan Hicrətin 1298-ci ilində vəfat edir və Bombey şəhərində dəfn olunur. Ondan sonra ikinci Ağaxan yə’ni, onun oğlu Əli şah İsmailiyyə rəhbərliyini öz üzərinə götürür. O, Hicrətin 1246-cı ilində İranın Məhəllat şəhərində dünyaya gəlmiş, dörd il imamət etdikdən sonra 1302-ci ildə vəfat etmiş və yerini oğlu Məhəmməd şaha vermişdir.
    Məhəmməd şah və ya Məhəmməd soltan üçüncü Ağaxan kimi İsmailiyyə firqəsinə imam tə’yin olundu. O, Hicrətin 1294-cü ilində Pakistanın Kəraçi şəhərində dünyaya gəlmiş və atası vəfat etdikdən sonra səkkiz yaşında ikən Hindistandakı tərəfdarlarının köməyi ilə imamət məqamına yiyələnişdir. İngiltərə və İran dövlət rəhbərləri onunla səmimi münasibətdə olduqları üçün fəxri ad olaraq ona «Ser», İran şahı isə «Həzrəti-vala» (Ə’lahəzrət) ləqəbini verir. Tərəfdarlarının ödədikləri külli miqdarda şər’i vergilər Məhəmməd şaha saysız-hesabsız var-dövlət yığmaq, dünyanın bir çox yerlərində saray və imarətlər tikdirmək və hətta şəxsi təyyarəyə malik olmaq imkanı verir.
    Etdiyi çıxışlardan və verdiyi göstərişlərdən onun Qərb adət-ən’ənələrinə meyl göstərdiyi və islam mədəniyyətindən uzaq düşdüyü açıq-aşkar bəlli olur. Belə ki, çıxışlarının birində tərəfdarlarına təcrübi və texniki elmlərə yiyələnib, əqli və nəzəri elmlərdən uzaqlaşmağı tövsiyə edir. Üçüncü Ağaxan vəfat etməzdən əvvəl nəvəsi Kərimi özünə canişin tə’yin edir, oğlu Əlini isə imamətdən uzaqlaşdırır. O bunun səbəbini belə izah etmişdir: «Yaranmış şərait dünyada bir sıra əsaslı dəyişikliklərə səbəb olmuşdur. Onlardan biri də nüvə texnologiyası və buna aid olan elmin meydana gəlməsidir. Yəqin bilirəm ki, İsmailiyyə firqəsinin rəhbərliyini elə bir şəxs öz üzərinə götürməlidir ki, yaşadığımız əsrdə inkişaf etməkdə olan müasir elmlə ayaqlaşa bilsin, yeni fikir irəli sürməyə qadir olsun. Bunun üçün də nəvəm Kərimxanı öz yerimə xəlifə və tayfanın rəhbəri tə’yin edirəm.(Tarixud-də’vətil İsmailiyyə/Mustafa Qalib.)
    Üçüncü Ağaxan İsmailiyyə firqəsinə 28 il rəhbərlik etdikdən sonra Hicrətin 1380-cı ilində vəfat edir və Kərimxan 4-cü Ağaxani imamı tə’yin olunur. O, miladın 1938-ci ilində Cenevrədə dünyaya gəlmiş, qərb universitetlərində təhsil almışdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində, xüsusilə qərbdə onlarla qəsr, iqtisadi mərkəz və şirkətlər sahibidir. İmamlıq iddiası etsə də, qərb ölkələrində vaxtının çox hissəsini eyş-işrət məclislərində keçirir və onun bu hərkətləri kütləvi informasiya vasitələri tərəfindən də geniş şəkildə işıqlandırılır. Qeyd edirlər ki, Tanzaniyanın İrinqay şəhərində olarkən tərəfdarlarının yanına gəlmiş və müvəqqəti olaraq məskun olduğu məhəllədə hamama getmişdir. Hamamdan çıxdıqdan sonra vannanın suyu şüşə qablara doldurub satılmış və camaat da təbərrük olaraq onu almağa cəhd göstərmişlər. Ağaxanilər haqda bu qədər mə’lumatla kifayətlənib söhbətimizi burada yekunlaşdırırıq.(Ağaxanlar; Mahərbus.)
    DİNİ BAXIŞ
    Sadəlövh tərəfdarları dini əsaslara e’tiqad bəsləsələr də, mövcud şəraiti nəzərə alaraq, Ağaxaniyyə firqəsinin rəhbərliyinin dini e’tiqadlara yiyələndiyini təsəvvür etmək olmaz. Çünki, qərb tə’lim-tərbiyəsi görmüş firqə rəhbərləri öz tərəfdarlarını yalnız müasir elmlərə yiyələnməyə çağırmış və dindən yalnız öz şəxsi mövqelərini qoruyub saxlamaq üçün istifadə etmişlər. Bir halda ki, İsmailiyyə firqəsinin ilkin dini rəhbərləri belə bir əqidədə olmuşlar ki, elm Peyğəmbərin (s) pak Əhli-beytindən öyrənilməli və bu işdə yalnız onların yolu davam etdirilməlidir.
    Mə’lum məsələdir ki, hər hansı bir firqənin dini rəhbəri öz təhsilini qeyri-müsəlmandan əxz edib həyatını eyş-işrət içində keçirərsə, ondan dinin əsaslarını təbliğ edib bu qanunları özündə yaşatmasını da gözləmək olmaz. Onların arasında dini ayinlərdən bir şey qalıbsa, o da «Sahibəzzaman» üçün edilən dualar və bə’zi zahiri mərasimlərdir. Bu kimi mərasimlər Ağaxanilərin «camaatxanə» adlandırdıqları mərkəzlərdə keçirilir və bu, dini e’tiqad kimi qələmə verilir.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Nəzariyyə firqəsi neçə şaxəyə bölünür?
    2. Ağaxaniyyə onların hansına deyilir?
    3. Ağaxan kimdir? Və onun gördüyü işlər nədən ibarətdir?
    4. Ağaxaniyyə firqəsinin tərəfdarları imama necə münasibət bəsləyirlər?
    5. Elmə münasibətdə İsmailiyyə ilə Ağaxaniyyə firqələri arasında mövcud olan fərq nədən ibarətdir?
    QIRX DÖRDÜNCÜ DƏRS
    İmamiyyə məzhəbi hansı məzhəbə deyilir?
    İmamiyyə məzhəbi necə meydana gəlmişdir?
    İMAMİYYƏ
    «İmamiyyə» sözü şiə məzhəbli firqələrə verilən ümumi bir addır. Onlar «imamət» məsələsini dini əsasların biri hesab edir və onu dinin qorunub saxlanılmasında ən mühüm amil kimi qiymətləndirirlər. Onların əqidəsinə görə, yer üzü heç vaxt imamsız olmayacaq, istər qeybdə, istərsə də zahirdə olmaqla daim dinin keşiyində duracaqdır.
    İmamət digər islam məzhəblərinin diqqət mərkəzində olmadığı üçün bu ad yalnız onların müqabilində dayanan İmamiyyə firqələrinə verilmişdir. Əvvəlki dərslərimizdə qeyd etdiyimiz kimi, İmamiyyə məzhəbi tarix boyu ağır mərhələlərlə qarşılaşmış və nəticədə «Zeydiyyə», «İsmailiyyə» və sair firqələrə bölünmüşdür.
    Bunun üçün də İmamiyyə deyildikdə, yalnız «on iki imamçı» şiə məzhəbi nəzərdə tutulur. Demək, hal-hazırda İmamiyyə məzhəbinin ardıcılları Əli ibni Əbu Talibdən başlayaraq, Məhəmməd ibni Həsən Mehdi Sahibəzzəmana qədər olan on iki mə’sum şəxsin imamətinə e’tiqadı olan şəxslərdir.
    Bu məzhəb altıncı imam Cə’fər ibni Məhəmməd Sadiqin adı ilə bağlı olaraq, Cə’fəri məzhəbi də adlanır. Bunun isə əsas səbəbi şiə məzhəbinin fiqhi əsaslarının məhz onun dövründə genişlənib vüs’ət tapmasıdır. E’tiqadi məsələlərə gəldikdə isə, şiə məzhəbi əksər hallarda imamiyyə adlandırılır.
    İMAMİYYƏ MƏZHƏBİNİN YARANMASI
    Əvvəlki dərslərimizdə islam firqələrinin necə və kimlər tərəfindən meydana gəlməsi haqda söhbət açdıq. Lakin İmamiyyə barədə belə bir fikir irəli sürmək düzgün və əsaslı olmazdı. Çünki, İmamiyyə tərəfdarları bu məzhəbin onların hər hansı bir alimi tərəfindən meydana gətrildiyini düzgün anlayış hesab etmir. Yə’ni, şiə məzhəbinin meydana gəlməsi heç də Vasil ibni Ətanın öz şəxsi nəzəriyyələrini irəli sürməsi və Mö’təzilə məzhəbini tə’sis etməsi kimi olmamışdır. Əksinə, onlar belə bir əqidədədirlər ki, şiə məzhəbi İslamın əvvəllərində Qur’an, sünnə və Peyğəmbərin (s) öz canişinləri haqda buyurduğu tövsiyələrdən irəli gəlmişdir. Peyğəmbər (s) vəfat etdikdən sonra isə onun sadiq davamçıları olan imamlar fiqh və əqidə üsullarının əsasını qoymuş və o həzrətin tə’limlərindən bəhrələnərək şiə ideologiyasını öz davamçılarına şərh və tə’lim etmişlər. Bu səbəbdən də İmamiyyə alimləri şiə məzhəbinin meydana gəlməsində özlərinin heç bir rol oynamadıqları fikrini irəli sürürlər.
    33-34-cü dərslərdə qeyd etdik ki, İmamiyyə alimləri şiə məzhəbinin müxtəlif şəxs, dövlət və ya xalq tərəfindən meydana gəlməsinə dair irəli sürülmüş nəzəriyyələri əsaslı dəlillərlə rədd və təkzib etmişlər.
    Bunun üçün də İmamiyyə alimləri şiə məzhəbini Peyğəmbərin (s) sünnə və buyuruqlarına tabe olub, müsəlman ümmətinin hidayət olunması üçün o həzrətin özündən sonra canişin tə’yin etdiyi imamların yolunu davam etdirməkdən savayı bir şey hesab etmirlər. Məsum imamlar ümmətin hidayət və rəhbərliyini öz üzərlərinə götürməklə yanaşı, şər’i hökmlərin təfsir və təbliğ olunması vəzifəsini də birbaşa rəhbərlik etmişlər. Bunun üçün də şər’i əqidə və qanunlar mə’sum imamların həyat tərzi ilə sıx əlaqəlidir. İmamiyyə almilərinin üzərinə düşən ən başlıca vəzifə isə Peyğəmbərin (s) tə’limlərini şərh və izah etmək, şər’i qanunları fiqhi mənbələrdən üzə çıxarmaqdır. İmamiyyə alimləri şiə məzhəbinin formalaşdığı tarixi mərhələni üç hissəyə bölürlər:
    1. Məzhəbin tə’sis və yaranması;
    2. Zühuru;
    3. Bəyan və davam etdirilməsi.
    1. ŞİƏ MƏZHƏBİNİN TƏ’SİS EDİLMƏSİ
    Bu mərhələ Peyğəmbərin (s) sağlığında o həzrətin özü tərəfindən həyata keçirilmişdir. İmamiyyə alimləri belə bir əqidədədirlər ki, bu mərhələ iki əsas hədəf və məqsəd daşımışdır:
    1. «Şiə» kəlməsinin meydana gəlib açıqlanması;
    2. İmamətin əsasının qoyulması.
    BİRİNCİ HƏDƏF
    Peyğəmbər (s) buyuruqlarının bir çoxunda Əli ibni Əbu Talibin tərəfdarlarını «Əli şiəsi» adlandırmış və onun razılığını qazanan şəxslərin böyük mükafata nail olacaqları və’dəsini vermişdir. (31-ci dərsdə bu hədislərdən bə’zilərin gətirdik). Orada qeyd olunan mənbələrlə yanaşı, aşağıda adları çəkilən kitablarda da bu məzmunda yüzlərlə hədis və rəvayət nəql olunmuşdur: «Yənabiul-məvəddə», 2-ci cild, (Qunduzi); «Nurul-əbsar», səh.78. (Şəblənci); «Şəvahidut-tənzil», 2-ci cild, (Hakim Həskani); Tarix, Əli ibni Əbu Talibin həyatının tərcüməsi, 2-ci cild, (İbni Əsakir); Mənaqib, səh.3. (Xarəzmi); Təfsir, 3-cü cild, (Təbəri); Künuzul-Həqaiq, 1-ci cild, (Mənadi); Fəthul-Qədir, 5-ci cild, (Şəvkani); Əl-füsulul-muhimmə, səh.107. (İbni Səbbağ Maliki); Təzkirətul-Xəvas, səh.27. (Səbt ibni Covzi); Ruhul-Məani, 16-cı cild, (Alusi); Ənsabul-Əşraf, 182-ci cild, (Bəlazəri).
    İKİNCİ HƏDƏF
    Peyğəmbərin (s) özündən sonra canişin tə’yin etməsinə dair üç fərziyyə irəli sürmək olar:
    a) Peyğəmbər (s) bu məsələyə e’tinasızlıqla yanaşaraq sükut etmişdir. (Yə’ni, kimsəni özündən sonra canişin tə’yin etməmişdir);
    Bu fərziyyə tamamilə əsassız və batildir. Çünki, Peyğəmbər (s) özünün sonuncu Peyğəmbər olduğunu bildiyi və on il ərzində bütün sə’yini islam cəmiyyətinin qurulmasına sərf etdiyi bir halda müsəlman ümmətinin gələcəyinə qarşı bu qədər e’tinasız ola bilməzdi. Digər tərəfdən də, Peyğəmbər (s) hələ öz sağlığında ümmətinin gələcək aqibətindən agah olmuş və buyuruqlarının bir çoxunda dəfələrlə bu mətləbə işarə etmişdir. Bu bir daha Peyğəmbərin (s) ümmətin gələcəyinə qarşı e’tinasız olmadığını sübuta yetirir. Bütün bunlarla yanaşı, Peyğəmbər (s) ümmətin gələcəyinin işıqlı olması üçün bə’zi tədbirlər də görmüşdür.
    Üsamənin rəhbərlik etdiyi qoşunu döyüş hazırlığına gətirib ölkədən xaricə e’zam olunmasını buna misal çəkmək olar. Peyğəmbərin (s), ümmətin gələcəkdə qarşılaşdığı çətinliklərin öhdəsindən gələcəyinə əmin olmasına dair irəli sürülən ehtimalı da əsaslı hesab etmək olmaz. Çünki, tarix bunun tam əksini göstərmiş və müsəlman ümməti bir çox məsələlərdə ixtilaf və qarşıdurmalara düçar olmuşlar.
    Gətirilən dəlili nəzərə alaraq, birinci fərziyyəni düzgün hesab etmək olmaz.
    b) Peyğəmbər (s) imamət və canişinlik məsələsini şuranın üzərinə qoymuşdur;
    Bunu sübuta yetirəcək mö’təbər tarixi sənəd mövcud olmadığı üçün irəli sürülmüş bu fərziyyəni də əsaslı hesab etmək olmaz.
    v) Peyğəmbər (s) öz canişinini əvvəlcədən tə’yin etmişdir.
    Bu mətləbə dəlalət edəcək bir çox mö’təbər hədis və rəvayətlər nəql olunmuşdur. «Qədir-xum», «Səqəleyn», «Yovmud-dar» və «Mənzilət» hədislərini buna misal çəkmək olar. Yuxarıdakı iki fərziyyə rədd edilməklə, istər-istəməz irəli sürülən bu fərziyyə böyük e’tibar kəsb edir. İmamiyyə alimləri deyilənlərdən belə bir nəticəyə gəlirlər ki, bu məzhəb Peyğəmbərin (s) sağlığında tə’sis olunmuş və hər iki hədəf Peyğəmbərin (s) öz tərəfindən tə’min olunmuşdur.
    2. ZÜHURU VƏ AŞKAR EDİLMƏSİ
    Bu mərhələ Peyğəmbərin (s) vəfatından sonraya - Peyğəmbərin (s) canişinlik məsələsinin diqqət mərkəzinə çıxdığı bir dövrə aiddir. İmamiyyə alimləri belə bir əqidədədirlər ki, bu mərhələdə «Əli şiələri» kimi tanınan şəxslər, yə’ni Salman Farsi, Əbuzər Ğəffari, Əmmar Yasir, Miqdad ibni Əsvəd, Əbu Əyyub Ənsari, Xəzimət ibni Sabit, Əbul Heysəm və başqaları Peyğəmbərin (s) hədislərini nəzərə alaraq, Əli ibni Əbu Talibin həqiqi canişin olduğunu dəfələrlə iqrar etmiş və onun xəlifə e’lan olunmasını istəmişlər.
    Bu mərhələdə müsəlman ümməti arasında yaranmış ixtilaflar özünü biruzə verdi və beləliklə, tarixdə iki böyük cərəyan, yə’ni şiə və sünnü məzhəbləri meydana gəldi.
    3. BƏYAN VƏ DAVAM ETDİRİLMƏSİ
    Əbu Bəkr xəlifə tə’yin olunduqdan sonra İmamiyyə şiələri Əhli-beytin ətrafına yığılaraq, onlara olan sevgi və məhəbbətlərini biruzə verməkdə davam etdilər.
    İmamların hər biri öz dövründə fiqhi və e’tiqadi əsasların müəyyən bir qismini tərtib və təkmil edərək, şiəliyi kamil məzhəb kimi ərsəyə çatdırdılar.
    İmamiyyə tərəfdarlarının fikrincə, imamların hər biri şiə məzhəbinin formalaşıb tarix boyu müstəqil məzhəb kimi fəaliyyət göstərməsində başlıca rol oynamışlar. Bu məzhəb son dərəcə çətin tarixi və ictimai şəraitlərlə üzləşməsinə baxmayaraq, onların sə’y və çəkdikləri zəhmətlər nəticəsində öz həyatını davam etdirə bilmişdir.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. İmamiyyə məzhəbinin e’tiqadi əsaslarını nə təşkil edir?
    2. İmamiyyə məzhəbi nə üçün Cə’fəri məzhəbi də adlandırılır?
    3. İmamiyyə məzhəbi kim və ya kimlər tərəfindən meydana gəlmişdir?
    4. İmamiyyə məzhəbinin meydana gəlməsi mərhələlərini ixtisarla izah edin.
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 892 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024