İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İmamiyyə şiələrinin əqidə üsullari

    İmamiyyə şiələrinin əqidə üsullari
    2012-01-12, 6:47 AM
    DÖRDÜNCÜ FƏSİL:
    ƏHLİ-BEYT (Ə)-IN ƏXLAQ VƏ TƏRBİYƏVİ MƏKTƏBİ
    –Müqəddimə
    –Dua
    –Səhifeyi-səccadiyyə dualari
    –Əhli-Beyt (Ə) nəzərində şiə
    –Zülm və zorakiliq
    –Zalimlarla həmkarliq və onlara kömək
    –Zalim dövlətdəki vəzifəmiz
    –İslami vəhdətə dəvət
    –Müsəlmanin müsəlman üzərindəki haqqi
    MÜQƏDDİMƏ
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əhli-beytindən olan məsum İmamlar bilirdilər ki, nə qədər ki, sağdırlar özlərinin qanuni hakimiyyəti (zalım xəlifələrin qəsb etmələri səbəbilə) onlara çatmayacaqdır, nəticədə onların özləri və şiələri çox çətin şəraitdə, zalım hakimlərin hərtərəfli təzyiqlərinə məruz qalacaqlar.
    Məhz bu səbəbə görə də təbiidir ki, İmamlarımız bir tərəfdən bu təzyiqlər müqabilində dini, özlərinin, habelə şiələrin canlarını hizf etmək üçün daha ehtiyatlı bir yol seçməli, başqalarının canı təhlükəyə düşmədiyi və dinə xətər yetmədiyi bir vaxta qədər təqiyyəyə riayət etməli idilər ki, bu yolla da özlərini kinəli və inadkar düşmənlər müqabilində qorusunlar.
    Digər tərəfdən isə məsuliyyətli İmamət vəzifəsinin tələbinə uyğun olaraq İslam hökmlərini və göstərişlərini öz şiələrinə öyrətməklə onları səhih və kamil dinə tərəf sövq etməli, onları faydalı ictimai təkamül yolunda elə tərbiyə etməli idilər ki, həqiqi müsəlman nümunəsi olsunlar.
    Əhli-beyt (əleyhimüssalam)-ın rəhbərlik etdiyi bu səhih proqramların şərhi bu kitaba sığmaz. Onların bu zəminədəki hədislərini ehtiva edən müfəssəl və qalın kitablar qeyd olunan məarif və təlimatları özündə yerləşdirir. O Həzrətlərin etiqadi bəhslərə oxşar olan təlim və tərbiyəvi proqramlarından bir neçəsini qeyd etmək yerinə düşərdi. Belə ki, onların bu proqramları öz şiələrini faydalı ictimai üsullara yönəldərək tərbiyə etdir, yüksək İlahi mərtəbəyə, məqama yaxınlaşdırır, qəlblərini, ruhlarını günah və rəzilət çirkinliklərindən paklayıb sədaqətli, adil insanlar yetişdiriridilər
    Yuxarıda bu ictimai və faydalı proqramlardan biri olan təqiyyə barəsində söhbət olundu, indi isə, Əhli-beyt (əleyhimüssalam)-ın tərbiyəvi məktəbindən bir neçə təlimi əziz oxucuların nəzərinə çatdırırıq.
    34. DUA VƏ RAZ-NİYAZ BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    Dua möminin silahı, dinin sütunu, yer və göylərin nurudur. (Əl-Kafi, 2-ci cild, səh.339, 1-ci hədis.)
    Dua və Allahla raz-niyaz və münacat şiələrə məxsus xüsusiyyətlərindəndir ki, onun vasitəsi ilə seçilmiş, onun qaydaları və fəziləti ilə ünsiyyət bağlamışlar. Əhli-beyt (əleyhimüssalam)-dan gəlib çatan dualar barədə böyüklü-kiçikli onlarla kitab təlif olunub. Bu kitablarda Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun pak Əhli-beytindən şiələri dua və münacata sövq etmələri, rəğbətləndirmələri barədə çoxlu sifarişlər qeyd olunmuşdur. Belə ki, hədislərin birində buyurulur:
    Ən fəzilətli ibadət duadır.(Yenə orada, səh.338.)
    Yer üzündən Allah üçün təqdim olunan ən sevimli əməl–duadır.(Əl-Kafi, 2-ci cild, səh.339, 8-ci hədis)
    Dua xoşagəlməz hadisələri, bəlanı dəf edir.(Əl-Kafi, 2-ci cild, səh.341, 1-8-ci hədislər),
    Dua hər bir dərdin dərmanıdır. (Əl-Kafi,2-ci cild, səh339, 8-ci hədis.)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) barəsində nəql olunub ki, O Həzrət başdan-ayağa dua idi. Yəni, həddindən artıq dua oxuyar, Allahla münacat edərdi. Müvəddihlərin ağası, Allahpərəstlərin rəhbəri, mövlası olan şəxs elə bu cür olmalıdır.
    O Həzrətin duaları da xütbələri kimi, ərəb bəlağətinin, söz ustalığının şah əsərlərindəndir. Məsələn, O Həzrətin Kumeyl ibni Ziyada öyrətdiyi dua ilahi məarifi, dərin dini göstərişləri və həqiqətləri ehtiva edir ki, hər bir müsəlman şəxs üçün ən ali, ən dəyərli və səhih tərbiyəvi proqram ola bilər.
    Doğrusu Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və Onun pak Əhli-beytindən gəlib çatan dualar ən gözəl tərbiyəvi məktəb kimi hər bir müsəlmana örnək olmalıdır. Elə məktəb ki, insan onun barəsində dərindən təfəkkür etsə, daxilində haqq yola olan iman qüvvəsi, dərin etiqad, bu yolda fədakarlıq ruhu yaradır, haqqa pərəstiş sirrini ona anladır, Allahla münacatınvə yalnız Ona bağlılığın ləzzətin insana dadızdırır, insanın Allah dərgahında məqamını yüksəldən amilləri təlqin edir, dinə tabe olmaq və vəzifəsini tanımaq yollarını öyrədir, insanı fəsaddan, həvayi-nəfsə pərəstişdən, batil işlərdən və bidətlərdin uzaqladır.
    Xülasə şəkildə demək olar ki, bu dualarda dini məarif, əxlaqiyyat, tərbiyə, əqidə məsələsi qısa şəkildə əks etdirilmişdir, həm də bu dualar fəlsəfi elmlərin, elmi-fəlsəfi və əxlaqi təfəkkürün ən mühüm ideoloqi mənbəyi hesab olunur.
    Əgər insanlar bu parlaq və dəyərli dualarla düzgün hidayət oluna bilsəydilər, (əfsuslar olsun ki, əksəriyyəti hidayət oluna bilmir) bu fəsaddan əsər-əlamət qalmazdı; çirkablarda, günah zindanlarında əsarətdə olan bu ruhlar haqq və paklıq səmasında azad pərvaz edərdi. Quranın buyurduğu kimi:
    Həqiqətən insanın nəfsi (daim) onu pisliklərə, əyriliklərə sövq edir.(Yusif surəsi, 53)
    (Ey Peyğəmbərimiz,) camaatın əksəriyyəti, onların iman gətirməkləri üçün həris olub çoxlu israr etsən də belə. iman gətirməyəcək.(Yusif surəsi, 103)
    İnsanda pis əməllərin kök salmasının səbəbi budur ki, o öz-özünə qürur hissi keçirərək pis əməllərini görməməzliyə vurur, onları tərsinə cilvələndirir, nəfsini səhvə salmaqla öz əməllərini yaxşı təsəvvür edir, nəticədə zülm və təcavüzə yol verir, yalan danışaraq başqalarını aldadır, nəfsani istəklərə tabe olur. Bu vəziyyətlə eyni zamanda nəfsini aldadıb deyir ki, gördükləri, yaxşı əməldən başqa bir şey deyildir. Yaxud da bilərəkdən gördüyü pis əməllərinə göz yumur və ya etdiyi xətaları öz nəzərində əhəmiyyətsiz, kiçik bir iş kimi qəbul edir.
    Vəhy mənbəyindən nəşət tapan bu dualar insanı Allahla kizli münacat, raz-niyaz, xəlvət yerdə, Allah dərgahında öz günahlarını etiraf etməyə vadar edir ki, tövbə edib bağışlanmaq üçün yalnız Allaha tərəf qayıtmağın zəruri olmasını iqrar etsin, günah etdiyi yerləri axtarıb tapsın. Məsələn, Allahla raz-niyaz edən şəxs Kumeyl duasında belə deyir:
    Ey mənim Allahım, ey mənim Mövlam! Sən mənim üçün əmr və fərman verdin, amma mən (bu əmr deyil) öz həvayi-nəfsimə tabe oldum və bu yolda günahlarımı zinətləndirən düşmənin (şeytanın təlqinlərindən) özümü qorumadım. Nəfsim məni bu ehtiraslarla qürurlandırıb aldatdı, ilahi qəzavü-qədər də ona kömək etdi. Nəticədə Sənin müəyyən etdiyin bəzi həddi-hüdudu aşdım, Sənin bəzi fərmanlarından boyun qaçırtdım, müxalifət etdim.
    Şəkk yoxdur ki, günahları xəlvət yerdə bu sayaq etiraf etmək–hətta özü ilə Allah arasında və ruhun ən çətin haləti olmasına baxmayaraq–insanlar üçün camaat içində etiraf etməkdən daha asandır. Əgər insan bu işi (günahı etiraf etməyi) lazımınca, kamil surətdə yerinə yetirsə, onun şər işlərə sövq edən napak və tüğyançı nəfsinin aludəliklərdən yüngülləşməsində, səadət yolunda irəliləyib xeyir kəsb etməsində xeyli təsirli olacaq, böyük məqama nail olacaqdır.
    Nəfsi çirkinliklərdən paklamaq, saflaşdırmaq istəyən hər kəs ilk növbədə nəfsi üçün qeyd olunan xəlvətgahlar tapmalı, tam azadlıq şəraitində təfəkkürə, nəfsini hesab-kitabına məşğul olmalıdır. Bu iş üçün ən yaxşı yol budur ki, insan məsum İmamlarımızdan gəlib çatan dərin mənalı və insanın ruhuna, nəfsin dərinliklərinə işləyən duaları müntəzəm surətdə və tam diqqətlə oxusun. Məsələn, İmam Səccad (əleyhis-salam)-dan gəlib çatan və Əbu Həmzə Somali adı ilə məşhur olan duada oxuyuruq ki:
    Ey mənim Pərvərdigarım! Səni and verirəm Öz lütf və kərəminə, pis əməllərimin üstünə pərdə çəkməklə ört, məni tənbeh etməkdən keç!
    Pərdə çəkməklə ört cümləsindən məlum olur ki, insanın zatında günahlarının örtülməsinə xüsusi istəyi, meyli var. Bu cümlə isə həmin meyli həyəcana gətirir ki, nəfsin həqiqətinə diqqət yetirsin, tədricən bu işləri etiraf etsin. Bu mərhələdən sonra duanın sonrakı cümləsini oxuyur:
    Əgər bu gün Səndən başqa bir kəs günahlarımdan agah olsaydı, onları etməzdim; və əgər günahların cəzasının tez gəlib çatmasından qorxsaydım, hökmən onlardan uzaq olardım.
    Nəfsin həqiqətini etiraf və etdiyi bəd əməllərin örtülməsinə son dərəcə meyllli olması onu Allahdan tövbə, əfv və məğfirət istəməyə sövq edir ki, Allahın, onun gördüyü işlər səbəbi ilə dünyəvi və ya axirət cəzalandırması nəticəsində camaat içində rüsvay olmasın. Məhz bu halda insan gizli raz-niyazdan, münacatdan ləzzət alır, istər-istəməz hər şeydən əl çəkib Allaha doğru qayıdır, üsyankarlıqları müqabilində bəndəyə qarşı helmli oduğu, bağışlayıb rüsvay etmədiyi üçün Ona şükür edir. Bunu duanın aşağıdakı cümləsində görmək olar.
    İlahi, Sənə həmd edirəm: (günahlarıma) elmindən sonrakı helminə, (cəzalandırmaqda olan) qüdrətindən sonrakı əfvinə.
    Bundan sonra Allahın helm və əfv məqamından sui-istifadə nəticəsində baş verən günahlardan üzr istəyib peşman olma yollarını nəfsə ilham edir ki, bəndə ilə Rəbb arasındakı rabitə kəsilməsin, bəndəyə təlqin edir ki, etdiyi günahlar Allahı inkar, yaxud fərmanlarına etinasızlıq səbəbilə baş verməyib:
    İlahi, məni Sənə qarşı məsiyətə qarşı cürət tapıb günah etməyə aparan yalnız Sənin helmindir; məni həyanın azlığına aparan yalnız günahlarıma pərdə çəkməyindir; haram işlər görməyə tələsdirən yalnız geniş rəhmətin və bağışlamağının əzəməti barədəki agahlığımdır.
    Dualar bu sayaq gizlin münacatlarla insan nəfsini çirkinliklərdən, aludəliklərdən paklamağa, saflaşdırmağa, Rəbbinə itaət edib günah əməlləri tərk etməyə vadar edir.
    Əlinizdəki kitabın həcmi bu qəbildən olan duaların hamısından nümunələr gətirməyə imkan vermir, amma o dualar içərisində insanın Allahdan istidlal yolu ilə əfv və məğfirət istəməsi gözə çarpan hissələri daha maraqlıdır. O cümlədən Kumeyl duasının bu hissəsi:
    Ey mənim Mövlam və Ağam! Kaş biləydim ki, Sən cəhənnəm odunu Sənin əzəmtin müqabilində (huşdan gedib) səcdəyə düşən üzlərə, Sənin tovhidinlə, sadiqcəsinə danışıb mədhinlə şükr edən dillərə, Sənin İlahi olmağını həqiqətən etiraf edən qəlblərə, Sənin mərifətinlə, elminlə dolub, nəticədə (Sənin əzəmətin müqabilində) xaşe (zəlil) olan batinlərə, öz meylləri ilə Sənin ibadət olunan yerlərinə tərəf ibadətə tələsən, mətin əqidə ilə Sənin məğfirətinə işarə edən bədən üzvülərinə cəhənnəm odunu hakim edərsənmi? Heç kəs Sənin barəndə belə güman etməz! Və bu xəbər Sənin fəzl və kərəminlə belə, bizə gəlib çatmayıb.
    Duanın bu yerlərini təkrar-təkrar oxumalı, bu ehticacın zərafətində, onun əsrarəngiz, məftunedici gözəlliyində və bəlağətində, sehrli bəyanında diqqət etməlk lazımdır. Bu dualar nəfsə, günahları, təqsirləri və bəndəçiliyi etiraf etməyi təlqin etməklə yanaşı, insanı Allahın rəhmət və kərəmindən məyus olmamasını, sonra isə dolayısı yolla ali vacibi əməlləri təlqin edir, onun yalnız bu vacib əməlləri kamil surətdə yerinə yetirməklə ilahi təfəzzülə, məğfirətə layiq olacağını öyrədir. Belə bir proqram insanı, öz vicdanına qayıtmağa, vicdanın fərmanı ilə əvvəlcə səhənkarlıq, süstlük etdiyi vacibləri yerinə yetirməyə təşviq edir.
    Bu duanın başqa bir qismətində Allahla dəlil əsasında raz-niyaz etməyin başqa bir üslubunu anlayırıq:
    Ey mənim İlahim, ey mənim Ağam və Rəbbim! Tutaq ki, Sənin əzabına səbir etdim, bəs onda Sənin hicranına, ayrılığına necə dözə bilərəm?! Və tutaq ki, cəhənnəm odunun hərarətinə dözdüm, bəs onda Sənin fəzl və kərəminə nəzər etdikdə, necə səbir edim?
    Duanın bu qismətləri insana, Allah dərgahına yaxınlaşıb ləzzət almağın zərurətini, Allahın kəramət və qüdrətini müşahidə etməyi, Ona məhəbbət bəsləyib yanında olan nemətləri xas bir şövqlə təlqin edir.
    Belə ki, bu ləzzət elə bir həddə çatmalıdır ki, o ləzzətdən məhrum olmaq nəticəsində nəfsə baş verən məhrumiyyət cəhənnəm əzabından, odun hərarətindən qat-qat böyükdür. Çünki, insanın cəhənnəm odu müqabilində səbir etməsi fərz olunursa, amma Allahın kərəminə olan baxışlardan məhrumiyyət müqabilində səbr etməsi əsla mümkün deyildir. Habelə duanın bu hissələri bizə başa salır ki, məbuda yaxınlaşmaqla məhəbbət göstərmək günahkarın günahları-nın Allah dərgahında bağışlanması üçün ən yaxşı şəfaətçi, vasitədir. Kərim (kəramətli), Həlim, tövbə qəbul edən və günahları bağışlayan bir Allah dərgahındakı həyəcanlı eşqin gözəlliyi və lətafətliyi heç də gizli deyil. Bəhsimizi müxtəsər, lakin əxlaqi fəzilətlərə şamil olan, bir dua ilə sona çatdırırıq.
    Belə ki, sinfindən asılı olmayaraq hər bir insanın özünə bu layiqli, gözəl sifətlərlə zinət verməsi daha layiqlidir:
    İlahi, Sənə itaət edib günahlardan çəkinmək xalis niyyət və Sənin dərgahında hörmətə layiq olanları tanımağı mənə nəsib et;
    və bizə hidayət olunub düz istiqamətdə hərəkət etməyi nəsib etməklə bizi əzizlə, dillərimizi doğru söz və hikmətlə danışmağa yönəlt, qəlblərimizi elm və mərifətlə doldur, qarınlarımızı haram və şübhəli yeməklərdən pakla, əllərimizi zülm və oğurluq etməkdən saxla, gözlərmizi pis şeylərə baxmaqdan və xəyanət etməkdən hifz et; qulaqlarımızı boş sözlərdən və qeybət eşitməkdən saxla;
    Alimlərimizə zöhd və nəsihət, tələbələrimizə elm yolunda ciddi cəhd və rəğbət, dinləyicilərimizə haqqa tabe olub öyüd-nəsihət qəbul etməklə, müsəlman xəstələrin rahatlıq və şəfa, ölüb rəhmətə gedənlərimizə rəfət və rəhmət, qocalarmıza vüqar və təmkinli olmaq, cavanlarımıza (günahlardan) tövbə edib düz yola qayıdış, qadınlarımıza həya və iffət, varlılarımıza təvazökarlıq və genişqəlbli olmaq, fəqirlərimizə səbr və qənaət,
    cihad edənlərə nüsrət və qələbə, əsirlərə azadlıq və rahatlıq, əmirlərimzə ədalət və şəfqət, rəiyyətimizə insaf və gözəl rəftar əta et!
    Həccə gedənlərin, ziyarətçilərin azuqə və xərclərini bərəkətli et, onlara vacib etdiyin həcc və ömrə əməllərini rəva et. Səni and verirəm Öz fəzl və rəhmətinə, ey rəhm edənlərin ən rəhimlisi!
    Mən əziz oxucalara tövsiyə edirəm ki, fürsətləri qənimət sayıb bu duaları oxumaqda səhlənkarlıq etməsinlər. Bu şərtlə ki, onları oxuyan zaman məna və məfhumlarına da hökmən diqqət yetirsinlər. Allaha tam diqqətli olub, cani-dildən, xüzu və xüşu ilə oxusunlar. O duaları elə oxusunlar ki, sanki özləri inşa etmişlər. Həmçinin bu duaları Əhli-beyt (əleyhimüssalam)-ın buyurduğu qayda-qanunlara müvafiq olaraq oxusunlar. Çünki əvvəlcədən qəlbən hazırlıq olmadan oxumaq dili ağızda hərəkət etdirməkdən başqa bir şey olmayacaq. Bu da nə insanın Allah barəsindəki mərifətini artırar nə də onu Allah dəragahına yaxınlaşdırar nə də onun ruhu müşküllərini həll edər, nəticədə isə müstəcab olunmaz.
    İmam Sadiq (əleyhis-salam) buyurur:
    Böyük Allah qafil qəlbdən gələn duanı qəbul etməz. Hər vaxt dua etmək istəsən, əvvəlcə qəlbən Alaha diqqət yetir, sonra bil ki, Allah sənin duanı hökmən qəbul edəcək.
    35. SƏHİFEYİ-SƏCCADİYYƏ DUALARI
    Qəmli və kədərləndirici Aşura faciəsindən sonra Bəni Üməyyə xəlifələri İslam ümmətinin rəhbərliyini öz əllərinə alaraq kəskin zülm və diktatorluq etdilər və həddindən artıq nahaq qanlar axıtdılar, islami məarif və təlimlərə batil və qondarma şeylər daxil etməklə İslamın köksünə ağır zərbələr vurdular. İmam Səccad (əleyhis-salam) belə bir şəraitdə pərişan və müsibətli halda bir kuşəyə çəkilmişdi. Heç kəs onun hüzuruna gedə bilmirdi. O Həzrət də hakimlərin güclü nəzarəti altında idi və camaatın arasına çıxıb onların şəri vəzifələrini bəyan edə bilmirdi.
    Naçar qalıb dua, münacat və raz-niyaz yolunu seçdi və onların vasitəsi ilə (qeyd olunduğu kimi, dua nəfsi paklamaq, saflaşdırmaq üçün təlim yollarından biridir) Quran təlimləri və İslam məarifini, Əhli-beyt (əleyhimüssalam)-ın getdyi yolu bəyan edərək dinin əsl təqvalılığını onlara öyrədir, nəfsi saflaşdırma və gözəl əxlaq kəsb etməkdəki vəzifələrini onlara başa salırdı.
    Bu üslub İmamın ixtira etdiyi yeganə yol idi ki, ona həmlə edənlərin heç vaxt buna gümanı gəlməzdi. İmam onun sayəsində düşmənin əlinə bəhanə vermədən islami göstərişləri və məarifi yaymağa başladı. Məhz bu məqsədlə, o Həzrət xalqa çoxlu dualar, münacatlar öyrətdi. Onların bir qismi Səhifeyi-Səccadiyyə (İmam Səccad (əleyhis-salam)-a məxsus səhifələr) adlı bir kitabda toplanmış və Ali-Mühəmmədin Zəburu adlandırılmışdır. Bu kitab özünün məram və üslubu ilə və ərəb ədəbiyyatının ən yüksək söz üslubunda hənif dinin (İslam) ali məqsədlərini, tovhid və nübüvvətin ən dəqiq sirlərini, İslami əxlaq və ədəb qaydaları öyrənilməsinin ən səhih yolunu açıb göstərir.
    Bu kitab müxtəlif dini-tərbiyəvi mövzuları ehtiva edir. Həqiqətdə demək olar ki, bu kitab dua qalibində din və əxlaqı öyrədir, yaxud xüsusi səpkində əxlaq və din öyrədən münacat toplusudur. Bu kitab haqlı olaraq Quran və Nəhcül-bəlağədən sonra ərəb bəyan növünün ən yüksək zirvəsində olmaqla ilahi və əxlaqi məsələlərdə ən gözəl fəlsəfi mənbədir.
    Bu duanın təlimlərindən bir hissəsində Allaha necə və hansı tərzdə təzim və təqdis, həmd-sitayiş və şükür etməyi, günahlardan tövbə edib Onun dərgahına qayıtmağı öyrədir.
    Digər bir hissəsində isə Allahla raz-niyaz, münacat etməyin, Onunla xəlvətə çəkilməyin, hər şeydən əl çəkib Ona tərəf yönəlməyin yollarını öyrədir.
    Bu duaların bir qismi Allah Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm), Allahın sair peyğəmbərlərinə düzgün salavat göndərməyin mənasını açıqlayır.
    Bəzi yerlərində ata-anaya ehsan və yaxşılıq etməyi başa salır, bəzi yerdə ata-ananın övlad qarşısındakı vəzifələri, yaxud övladın ata-anaya qarşı hüquqlarını, qonşuların, qohum-əqrəba və bütün müsəlmanlarla
    qarşılıqlı rəftar, onların hüquqları, yoxsullarla varlıların qarşılıqlı hüquq və vəzifələrini bəyan edir.
    Bəzi qismətlərdə insanın borclu olduğu şəxslərlə rəftarı və sair iqtisadi, maliyyə və s. kimi məsələlərdə qohum və dostlarla rəftar və müamilə və ümumiyyətlə bütün təbəqədən olanlarla, habelə onlardan öz mənafeyi istiqamətində istifadə tərzini şərh edir.
    Başqa bir hissədə layiqli əxlaqi fəzilətlərə səbəb olan amilləri təqdim edir ki, bu da əxlaq elmi üçün kamil bir yoldur.
    Daha başqa bir hissədə isə insana xoşagəlməz hadisələr, müsibətlər müqabilində dözüb mətanətli olmağın, sağlam və xəstə halda davranmağın yollarını öyrədir.
    Başqa hissədə İslam ordusunun və xalqın ordu qarşısındakı zəruri vəzifələrini bəyan edir. Ümumiyyətlə, İslam əxlaqı və ilahi şəriətin bizdən istədiklərini yalnız dua qalibində şərh edir.
    İmam Səccad (əleyhis-salam)-ın bu dualarını parlaq nümuənlərini aşağıdakı bəhslərdə xülasələndiririk:
    1. Allahı, Onun əzəmət və qüdrətini tanıtdırmaq, yeganə və müqədəs olduğu ən dəqiq elmi ifadələrlə bəyan olunub. Qeyd olunan mətləb müxtəlif ibarət və səpkilərdə təkrarlanıb. Məsələn, birinci duada oxuyuruq:
    Həmd olsun əvvəl olan Allaha. Elə Allah ki, Ondan öncə heç bir başlancıq olmamışdır; və axır olan Allaha ki, Ondan sonra axır olacaq bir şey yoxdur. Elə Allah ki, nəzər edənlərin gözləri Onu görməyə, vəsf edənlərin vəhm (dərk) qüvvəsi Onu vəsf etməkdə acizdir. Məxluqatı Öz qüdrəti ilə heç bir nümunə olmadan, Öz istədiyi əsasda xəlq etmişdir.
    Bu dua Allahın Əvvəl və Axır olmasının mənasını oxuyub pak və münəzzəh olduğunu, gözlə, dərrakə ilə dərk olunmadığını, habelə, tam dəqiqliklə xəlq və təkvin aləminin mənası göstərir.
    6-cı duada Allahın qüdrət və tədbirini bəyan edən başqa bir üslubu oxuyuruq:
    Həmd və sitayiş yalnız O Allaha məxsusdur ki, Öz qüvvəsi ilə gecə və gündüzü yaratdı, Öz qüdrəti ilə onların arasına fərq qoydu. Onların hər biri üçün müəyyən olunmuş hədd-hüdud, qədər qərar verdi. Onlardan hər birini digərinə (gecəni gündüzə, gündüzü də gecəyə) daxil edir (bir-birinə çevirir) ki, bunun vasitəsi ilə məxluqatı üçün qida tədarük görüb və inkişaflarını təmin etsin. Onlar üçün gecəni xəlq etdi ki, onda yorucu hərəkətlərdən, zəhmətli işlərdən rahat və asudə olsunlar; (və gecəni) onlar üçün bir libas qərar verdi ki, onun rahat yatağında dincəlsinlər və bu da onlar üçün qüvvə toplamaq və asudəlik vasitəsi oldu ki, öz əhval-ruhiyyələrini təzələyib təbii ləzzət və istəklərinə çatsınlar.
    Bu duada gündüzün yaradılmasının faydaları, insanın ondakı nemətlərə şükr etmə vəzifəsi və s. xatırladılmışdır.
    7-ci duada başqa bir tərzdə bütün işlərin və hadisələrin Allahın əlində olduğu belə bəyan olunur:
    Ey Allah (ey O kəs ki,) yalnız Sənin vasitən və səbəbinlə xoşagəlməz hadisələrin düyünü açılar; (ey O kəs ki,) çətinliklərin şidəti Sənin vasitənlə aradan qaldırılar; (ey O kəs ki,) çətinliklərin həll olunmlsı və asayişə çatmaq Səndən istənilər. Sənin qüdrətin müqabilində çətinliklər dalğası sakitləşər, Sənin lütfün səbəbi ilə səbəblər nizama salınar, Sənin qüdrətinlə qəzavü-qədər cərəyan edər, işlər Sənin iradən əsasında davam edər. Bu işlərin hamısı Sənin məşiyyətinlə (istəyinlə) olub, sözdə əmr etmədən kerçəkləşər və qəsd olunar; sözdə nəhy etmədən Sənin iradənlə nəhy olunar.
    2. İnsanlar hər şeydən əl çəkib Allah dərgahında nə qədər ixlasla ibadət, itaət və pərəstiş etsələr də, İlahi fəzl və nemətlərin şükrünü yerinə yetirə bilməzlər. 37-ci duada belə deyilir:
    İlahi, həqiqətən heç kəs Sənin şükrünü layiqincə yerinə yetirə bilməz, (şükr etməyə müvəffəq olsa da) yenidən Sənin ehsanından, o şükrü etdiyi üçün başqa bir şükür lazım gəlir. Nə qədər səy göstərsə də Sənin (layiq olduğun) itaətə çatmaz və Sənin layiq olduğun şükür müqabilində qüsurludur–Sənin sonsuz fəzl səbəbin ilə. Ən çox şükr edən bəndələr belə Sənə layiq şükr etmədə aciz, ən çox ibadət edən abidlər belə Sənə layiq itaət etməkdən acizdirlər.
    Allahın bəndələrə əta etdiyi nemətlərin sonsuz olduğuna görə bəndələr onların şükrünü yerinə yetirməkdə acizdirlər. Onda tam cürətlə Allahın fərmanları qarşısında üsyan edələrin halı necə olar?! Bu günahlardan təkcə birini bərpa etməyə qabil olmayan bir bəndə nə etməlidir? Səhifeyi-Səccadiyyənin 16-cı duası da qeyd olunan mətləbə işarədir:
    İlahi, əgər gözlərimin qapaqları bir-birinin üstünə düşənə qədər ağlasam, səsim qurtarana qədər ucadan ağlasam, ayaqalarım şişənə qədər ayaqüstə dursam, Sənin üçün kürək sümüyüm yeridən qopana kimi rüku etsəm, gözlərim in qarası kor olana qədər səcdə etsəm, ömrüm boyu torpaq yeyib və ruzgarımı kül qarışıq su içməklə keçirsəm, dilim topuq vurana qədər Sənə zikr etməklə məşğul olsam, sonra isə Sənin dərgahında həya edib, xəcalətdən asimana baxmasam, bu halda təkcə günahlarımdan birini bağışlatmaq üçün layiqli olmaram.
    3. Mükafat və cəzanı, cənnət və cəhənnəmi tanıtdıraraq, Allahın verdiyi bütün mükafatların Onun fəzli sayəsində olduğunu, habelə bəndənin cürət edib kiçik günaha batması ilə ilahi əzaba layiq ola biləcəyini açıqlayır və göstərir ki, Allahın günah etmək barədə bəndəyə höccəti tamam olubdur (bəhanə yollarının bağlanıbdır.)
    Səhifeyi-Səccadiyyənin bütün duaları bu təsirli ahəngi–Allah əzabından qorxu və Onun mükafatına ümidi insan ruhuna təlqin edir. Bu duaların hamısı qeyd olunan mətləbə şahiddir ki, özünün rəngarəng, bəlağətli üslubları ilə düşünən insanın qəlbində günah iş görməkdə vəhşət, qorxu hissi yaradır. Belə ki, 46-cı duada oxuyuruq:
    İlahi, Sənin höccət və dəlilin öz yerində sabitdir və batil olub qüvvədən düşməz; səltənətin əbədidir və məhv olub aradan getməz. Əbədi vay olsun o kəslərə ki, Səndən üz döndəriblər. Xaredici ümidsizlik o kəslərə məxsusdur ki, Səndən məyus olmuşlar. Ən böyük bədbəxtlik o kəslər üçündür ki, Sənin (kərəm və bağışlamağından) qafildirlər. Belə şəxslər Sənin əzabında nə qədər cürbəcür hallara düşərlər! Sənin cəzanda sərgərdan qalmaları müddəti nə qədər uzundur; Asudəliyə doğru qurtuluş yolu necə də uzaq, asan xilas olmaları necə də məyusedicidir! (Bütün bunlar) Sənin mühakimə və fərmanın səbəbilədir ki, onları geri götürməzsən. Həmçinin, Öz hökmündəki insaf səbəbilədir ki, onda zülm etməzsən. Sən höccət və dəlilləri bir-birinin ardınca göndərib üzr və bəhanə yollarını bağlamısan.
    31-ci duada oxuyuruq:
    İlahi, Sənin hüzurundakı tənhalığıma, Sənin xovfundan (xəşyətindən) qəlbimin döyünməsinə, Sənin heybətindən əzalarımın iztirabda olmasına rəhm et! Çünki, ey İlahim, Sənin dərgahında etdiyim günahlar məni xar və zəlillik məqamına sürükləmişdir. Əgər sükut etsəm, bir kəs mənim əvəzimdən danışmaz və əgər vasitəçi tapmaq istəsəm, şəfaət olunmaq üçün ləyaqətim yoxdur.
    39-cu duada oxuyuruq:
    İlahi, əgər Sən haqlı olaraq məni cəzalandırsan, məni həlak edərsən; və əgər mənə Öz rəhmətini şamil etməsən məhv edərsən. Səndən istəyirəm ki, mənə ağırlıq edən günahlarımı üstümdən götürəsən. Və Səndən mənim əl-qolumu bağlayan o günahlarımı tərk etməkdə kömək istəyirəm. Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun məsum övladlarına salavat göndər. Mənim nəfsimi, özünə zülm etdiyi üçün bağışla, Öz rəhmətini mənim günah yükünün üstümdən götürülməsi üçün vəkil et!
    4. Bu dualar, oxucuların qəlblərini aludəçiliklərdən paklamaq üçün pis əməllərdən, alçaq və rəzil sifətlərdən uzaqladır,
    20-ci duada oxuyuruq:
    İlahi, Öz lütfünlə mənim niyyətimi kamil, Öz yanında olanlarla yəqinimi səhih et, bəd əməllərimi Öz qüdrətinlə islah et!
    İlahi, Həzrət Mühəmməd və onun Əhli-beytinə salavat göndər, məni səhih hidayətdən bəhrələndir ki, onu başqa yolla dəyişməyim və mən haqq yoldan bəhrələndir ki, ondan sapmayım; elə bir niyyətdən bəhrələndir ki, onda şəkk etməyim.
    İlahi, mənə eyb gətirib bəd əxlaq və xislət kimi tanınan sifətlərimi islah etməyincə, məzəmmət olunmağıma səbəb olan pis sifətləri onu yaxşılığa çevirməyincə, naqis olan yaxşı xasiyyətlərimi kamillləşdirməyincə məni boşlama!
    5. Bu dualar dua oxuyana ruhi qüvvə bəxş etməklə təlqin edir ki, özünü camaatdan ehtiyacsız etməklə onların müqabilində xar və zəlil olmasın, öz ehtiyaclarını Allahdan başqasına deməsin. Həmçinin başa salır ki, camaatın əlində olanlara tamah gözü dikmək insan üçün ən alçaq sifətlərdən biridir.
    20-ci duada oxuyuruq:
    İlahi, iztirar halında Səndən başqasından kömək istəməklə, fəqirlik halında Səndən başqasından bir şey istəyib kiçilməklə, qorxu və xoflu olan vaxtımda Səndən başqasının hüzurunda ahü-zar etməklə və nəticədə bu inhiraflar səbəbilə Sənin dərgahında xarlığa, rəhmətindən uzaq olmağa, Sənin mənə qarşı mehrsiz olmağınla imtahan etmə!
    28-ci duada belə oxuyuruq:
    İlahi, həqiqətən mən (başqalarından əl üzməklə) Sənə bel bağlayıb əməllərimi (riyadan) xalis etmişəm. Özləri Sənin lütf və inayətinə (köməyinə) möhtac olanlardan üz döndərmişəm, Sənin kərəm və fəzlindən ehtiyacsız olmayanlardan (bir şey) istəməmişəm və yəqin etmişəm ki, möhtacın möhtacdan bir şey istəməsi düşüncədə səhfehlik və əqldən yol azmaqdır.
    13-cü duada oxuyuruq:
    Hər kəs öz ehtiyaclarını təmin olunmasını Sənin dərgahından istəsə və fəqirliyinin aradan qaldırılmasında Sənə meyl etəsə, həqiqətdə ehtiyaclarını öz həqiqi yerindən istəmiş, öz məqsədinə çatmaq üçün doğru yoldan varid olmuşdur. Amma əgər hər kəs öz ehtiyacının təmin olunması üçün Sənin məxluqatından birinə üz çevirsə, yaxud Səndən qeyrisini hacətinin rəva olunması səbəbi qərar versə, hökmən ümidsizliyə, məhrumluğa doğru irəliləmiş, Sənin ehsan və bəxşişinə çatmağa layiq deyil.
    6. Səhifeyi-Səccadiyyə dualarının bəzi hissələri İslam qardaşlığının həqiqi mahiyyətini insana başa salır, onlara, başqalarının hüquqularına riayət etməyi, aralarında qarşılıqlı kömək, mehr-məhəbbət, səfa-səmimiyyət, güzəşt, fədakarlıq, canıyananlıq və s.-ni öyrədir.
    38-ci duada oxuyuruq:
    İlahi, Səndən, mənim yanımda zülm olunan məzluma kömək etməməyim, mənə edilən ehsan və yaxşılıqlar müqabilində şükr etməməyim, mənə pislik edənin üzr istənildiyi halda, üzrünü qəbul etməməyim, məndən bir şey istəyən fəqirə kəramət etməməyimdən, möminin mənə vacib olan haqqını əda etməməyim, möminin mənim üçün aşkar olan eybini örtməməyim üçün Səndən üzr istəyirəm.
    Həqiqətdə bu cür üzr istəmək ən yeni proqramlardandır ki, insan ruhunu ən üyksək ləyaqətliyə və ilahi əxlaqa yönəldir.
    39-cu duada isə qeyd olunan mətləb daha ətraflı şəkildə bəyan olunur. Bu dua bir insana qarşı pislik edənləri necə əfv edib, güzəştə getmək, intiqam almaqdan uzaq olmaq yollarını öyrədir, insan ruhunu Allahın pak və müqəddəs bəndələri sırasında qərar verir:
    İlahi, mənim barəmdə başqalarına haram etdiyin işləri görən, mənim onlar üçün rəva bilmədiyin ismət pərdələrini yırtan, haqqımı tapdalayıb dünyadan gedən, yaxud hal-hazırda diri olan, haqqım da onun boynunda olan şəxsin (mənə qarşı) etdiyi zülmü bağışla, mənim haqqımdan apardıqlarından keç, mənim barəmdə gördüyü işlər üçün rüsvay etmə, onlara qarşı etdiyim əfv və güzəşti, verdiyim sədəqəni, bəxşiş edənlərin ən yaxşı, ən pak ehsan və sədəqəsindən, (Sənin dərgahına) müqərrəb olanların ən ali ətasından qərar ver. Onlar üçün etdiyim əfv müqabilində mənə Öz əfvindən, onları dua etdiyim üçün Öz rəhmətindən əvəz ver ki, bizlərdən hər biri Sənin fəzl və kərəmin sayəsində səadətə çatanlardan olaq.
    Doğrusu, duanın bu axır hissələri nə qədər də maraqlıdır və ləyaqətli ruhlarda necə də gözəl təsir qoyur! Çünki, bir insanın sair insanlara qarşı sağlam və pak niyyəti olmalı, onların hamısı üçün–hətta ona zülm edib haqqına təcavüz edənlər üçün də–səadət arzu etməlidir.
    Bu kitabda bu sayaq ilahi təlimlərə şamil olan dualar olduqca çoxdur. İnsanların ona doğru hidayət olunduqları təqdirdə, ruhlarını paklaşdırıla, aludəliklərdən yuyulub təmizləyə bilər.
    36. QƏBİRLƏRİN ZİYARƏTİ BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    İmamiyyə şiələrinin sair məzhəblərə nisbətən olan imtiyazlarından biri, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in və məsum İmamların (əleyhis-salam) qəbirlərinin ziyarətinə xas diqqət yetirib bu qəbirlərə xeyli hörmət bəsləmələri, üzərində əzəmətli məqbərələr tikmələridir. Bu kimi işlərdə onlara sonsuz məhəbbət və iman səbəbi ilə mal-dövlətlərini xərcləməkdə heç nəyi əsirgəmirlər.
    Onlar bu ehtiramları İmamlarımızın tövsiyyə və göstərişlərinə uyğun olaraq rəva bilirlər. Çünki onlar, öz şiələrini bu qəbirləri ziyarət etməyə təşviq etmiş, bu işlərə Allah yanında xeyli mükafat veriləcəyi ilə onları rəğbətləndirmişlər. Çünki bu işlər vacibi ibadətlərdən sonra itaətlərin ən yaxşısı, Allah dərgahına yaxınlaşmaqda ən yaxşı vasitə, bu qəbirlərin olduğu yerlər Allaha xalis ibadət, və duaların qəbul olunması üçün ən yaxşı məkan kimi tanıtdırmışlar.
    Hətta onlar buyurmuşlar ki, bu qəbirləri ziyarət etmək, şiələrin İmamlarla bağladığı əhd-peymanın, vəfadarlıqların tamamlayıcısıdır. Belə ki, İmam Riza (əleyhis-salam) buyurur:
    Həqiqətən hər bir İmamın öz dostları və şiələrinin boynunda əhd-peymanı vardır ki, bu əhdə vəfa etməyin kamilliyi, gözəl şəkildə əda olunması o İmamların qəbirlərini ziyarət etməkdir. Hər kəs rəğbət üzündən onları ziyarət etsə və ziyarətində İmamların rəğbət bəslədikləri hədəfi təsdiq etsə, Qiyamət günü İmamları onlara şəfaətçi olar. (Kamilüz-ziyarat, səh.122; Əl-Kafi, 4-cü cild, səh.567; Mən la yəhzürühül-fəqih, 2-ci cild, səh.577; Təhzibül-əhkam, 6-cı ciad, səh.78 və 93)
    Məsum İmamlarımızın, onların qəbirlərini ziyarət etməyə dair xas zinət yetirmələrinin səbəbi budur ki, bu işin çoxlu dini və ictimai faydaları vardır. O cümlədən, bu iş İmamlarla onların işləri arasında daha artıq dostluq və məhəbbət tellərinin yaranmasına səbəb olur, O Həzrətlərin gözəl əxlaq, fəzilət və haqq yolunda etdikləri cihad xatirəsini qəlblərdə yenidən canlandırır. Bununla eyni zamanda, ziyarət mövsümlərində dünyanın müxtəlif yerlərindən olan müsəlmanların bu qəbirlərin kənarında bir yerə toplaşmalarına, bir-biri ilə tanış olub ünsiyyətdə olmalarına səbəb olur. Bu yolla Allhın əmr və fərmanlarına itaət, Ona ibadətdə xalis niyyətlilik ruhiyyəsi ziyarətçilərin qəlblərində özünə daha yaxşı yer açır.
    Əhli-beyt (əleyhimüssalam)-dan bizə gəlib çatan ziyarətnamələrin gözəl ibarələri tovhidin həqiqətini, İslamın pak və müqəddəsliyini, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in risalətini, hər bir müsəlmana vacib olan möhkəm və ali əxlaqı, aləmlərin Rəbbi qarşısında xüzunu, Onun lütf və nemətlərinə şükrü onlara təlqin edir. Bu cəhətdən ziyarətnamələr elə əvvəldə qeyd edilən duaların təsirini qoyur.
    Hətta bu ziyarətnamələrin bir qismi ən ali və ən ürəkoxşayan dualarda da şamildir. Məsələn, İmam Səccad (əleyhis-salam)-ın cəddi Əli (əleyhis-salam)-ın qəbri kənarında oxuduğu Əminullah ziyarəti bu qəbildəndir.
    Digər tərəfdən, bu ziyarətnamələr İmamlarımızın yüksək məqamlarına, onların haqqa yardım etməkdə, din kəlməsinin yüksəlməsində göstərdikləri fədakarlıqlar, Allah dərgahında maddi aləmdən təcrid olunub sədaqətli, ixlasl` ibadətləri təcəssüm etdirilir. Bu ziyarətnamələr gözəl və ali fəsahətli ərəb kəlmələri ilə, mənalarının dərk olunması bütün təbəqələr üçün asan olan ibarələrlədir ki, ən ali və dəqiq tovhid məfhumlarını, Allaha diqqət yetirməni və s. özündə ehtiva edir.
    Quran, Nəhcül-bəlağə və İmamlardan çatan dualardan sonra bu ziyarətnamələr yüksək dini-ədəbi əsərdir. Belə ki, onlarda İmamlar barədə mərifətlər, onların dini və əxlaqi göstərişləri qısa şəkildə əks olunmuşdur.
    Bu müqəddəs qəbirlərin ziyarətində müəyyən olunan göstəriş və təlimlər, müsəlman şəxsin mənəviyyat dərəcəsini yüksəltmək, fəqirlərə qarşı nəvazişli ruh yaratmaq, onun ictimaiyyətdə gözəl rəftara, camaatla qaynayıb-qarışmağa vadar etmək kimi yüksək məna və məfhumların gerçəkləşməsinə təkid edirlər. Məhz bu səbəbdən də bu qayda-qanunların bir qismini bu pak qəbirlərin yanına getməzdən (ziyarət etməzdən) öncə, bir qisminin isə ziyarət əsnasında və ziyarətdən sonra yerinə yetirmək lazımdır.
    Category: İmamiyyə şiələrinin əqidə üsullari | Added by: Islam_Kitabxanasi
    Views: 674 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024