İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 7:29 AM
    FƏZİLƏT AYƏLƏRİ
    İşarə:
    Əvvəldə qeyd etdiyimiz kimi, bu fəsildə araşdıracağımız ayələr imamət və xilafətlə birbaşa bağlı deyil. Lakin onlar imam Əli (ə) üçün böyük fəzilət sayılır və o həzrətin şəxsiyyətini başqalarından tamamilə ayırır.
    İslam ümməti arasında onun kimisi var ikən imamət və xilafətin başqa birinə verilməsi əsla düzgün deyil. Başqa sözlə, əqli dəlilə əsasən, imamət və xilafət kimi bir məqamın hikmətli Allah tərəfindən "əfzəl”ə (daha fəzilətliyə) yox, "məzfzul”a (fəzilətcə aşağı şəxsə) verilməsi mümkün deyil. Hətta dünyanın ağıllı insanları belə bir işi məzəmmət edər, bunu tədbirsizlik nişanəsi sayar. Çünki burada üstün şəxs ondan aşağı səviyyədə olan şəxsə tabe edilmişdir.
    Bu fəsildəki ayələr daha çox olduğundan bəzi alimlər bu mövzuda ayrıca kitab yazmışlar. Biz onların içərisindən daha barizlərini seçib nəzərdə tutduğumuz həcmə uyğun şərh edəcəyik!
    Əhli-sünnənin məşhur mənbə və kitablarına istinad etməklə Əhli-beyt (ə) məktəbinin ardıcıllarının sözlərinə cüzi toxunacağıq ki, kimsə bu məktəb ardıcıllarının təəssüb üzündən çıxış etdiyini təsəvvür etməsin. Bu ayələr qədərincə çoxdur. Biz 25 ayəni seçib, onların təfsiri ilə sizi tanış edəcəyik:
    1-MÜBAHİLƏ AYƏSİ
    "Ali-İmran” surəsinin 61-ci ayəsində buyurulur:
    فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ
    "(Ya Peyğəmbər!) Hər kəs sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: "Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb) yalançılara Allahdan lənət istəyək.”
    Bu ayə ilə bağlı bir neçə nöqtəni aydınlaşdırmaq lazımdır:
    1. Ayənin məfhumu.
    2. İslamın məşhur mənbələrində bu ayənin təfsirində nəql olunan rəvayətlər kimləri tanıtdırır?
    3. Ayənin Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseynin (ə) fəzilət və üstünlüyünü göstərməsi.
    4. Bəzi irad və bəhanələrin cavabı.
    MÜBAHİLƏ AYƏSİNİN MƏFHUMU
    Bu ayə özündən əvvəlki və sonrakı ayələrlə birgə göstərir ki, xristianlar yanlış əqidələrindən əl çəkmədikləri, o cümlədən, heç bir məntiq və dəlilə əsaslanmadan həzrət İsanın (ə) allahlıq məqamına şərik olduğunu iddia etdikləri zaman İslam peyğəmbəri (s) haqqın üzə çıxmağı üçün "mübahilə”yə çağırılır. Belə ki, hər iki qrup Allaha yalvarıb qarşı tərəfin yalanının ifşa olmasını diləməli idi!
    "Mübahilə” əslində "azad, özbaşına buraxmaq, bir şeyi qeyd-şərtsiz nəzərə almaq” mənasını bildirən "bəhl” sözündən götürülmüşdür. Məsələn, balasına süd vermək üçün özbaşına buraxılan heyvana "bahil” deyilir. Dualarda da "ibtihal”ın mənası işlərin Allaha tapşırılmasından ibarətdir.
    Bəzən bu sözü "həlakət, lənət və Allahdan uzaqlaşmaq” kimi mənalandırmışlar. Bəndənin Allahın lütf və mərhəmətindən üzülüb özbaşına buraxılmasını misal göstərmək olar.
    "Mübahilə”nin bu ayədəki məfhum və mənasına gəldikdə isə "mübahilə” iki nəfərin bir-birinə qarşı nifrin və qarğışı mənasını ifadə edir. Belə ki, hər şey şüur və məntiq baxımından aydın olduqdan sonra mübahisə kəsilməyəndə iki nəfər, yaxud iki qrup bir yerə toplaşıb, Allaha dua edir və Ondan yalançının rüsvay olmasını, cəzalanmasını diləyir. Ayədə qeyd olunduğu kimi, İslam peyğəmbəri (s) mübahiləyə Nəcran xristianlarını dəvət etmişdi. Həmin ayənin təfsiri ilə tanış olaq. Ayədə belə buyurulur:
    فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ
    "(Ya Peyğəmbər!) Hər kəs sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: "Gəlin biz də oğullarımızı, siz də ouğllarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq!”
    ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ
    "Sonra mübahilə edib (yalvarıb) yalançılara Allahdan lənət istəyək.”
    Şübhəsiz, belə bir hadisə baş vermiş və Peyğəmbəri-əkrəm (s) bir neçə nəfəri özü ilə mübahiləyə aparmışdır. Təfsir və hədis alimlərinin nəql etdikləri rəvayətlərdə buyurulur: Mübahilə ayəsi nazil olandan sonra Peyğəmbəri-əkrəm (s) Nəcran xristianlarını mübahiləyə çağırdı. Onlar o həzrətdən fikirləşmək üçün bir gün möhlət istədilər. Xristianların başçısı və alimi(Kəbir” təfsiri, 27-ci cild, səh. 166 və "Ruhul-məani”, 25-ci cild, səh. 32.) dedi: "Əgər sabah Məhəmməd öz ailəsi və övladları ilə birgə mübahiləyə gəlsə, onunla mübahilə etmədən geri qayıdarıq; amma öz müridlərini gətirsə, onunla mübahilə edərik.”
    Ertəsi gün Peyğəmbər (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı. Xristianların başçısı ətrafındakılardan soruşdu: "Bunlar kimdir?” (Bu hadisəni Peyğəmbər (s) özü müşahidə edirdi.) Ona dedilər: "Biri əmisi oğlu və kürəkəni, o iki oğlan uşağı qız nəvələri və o qadın da hamıdan əziz bildiyi qızıdır!” Xristianların başçısı onlara dedi: "Mənim gördüyüm kişi öz qərarında möhkəmdir, mübahiləyə şücaət və cürətlə gəlmişdir. Qorxuram ki, haqq olsa, ağır bəlaya düçar olaq!” Sonra üzünü Peyğəmbərə tutub dedi: "Ey Məhəmməd! Biz qərara gəldik ki, səninlə mübahilə yox, sülh edək!” Bəzi rəvayətlərdə isə onun belə dediyi nəql olunmuşdur: "Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər onlar Allahdan istəsələr, dağ yerindən qopar! Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız!”(Nəcran xristianlarının heyəti üç nəfərdən ibarət idi. Bunlardan biri Əbdül-Məsih adı ilə məşhur olan Aqib idi. Bu şəxs heyətin rəisi, elmi rəhbəri və fikir sahibi idi. İkincisi Eyhəm idi ki, onların yığıncaqlarının rəisi sayılırdı. Üçüncüsü isə Əbu Hatəm ibn Əlqəmə idi ki, onların dini rəhbəri sayılırdı. ("Əl-füsulul-muhimmə”, İbn Səbbağ Maliki, kitabın müqəddiməsi.) (Müt.))
    Bu hadisə azacıq fərqlə bir çox təfsir kitablarında nəql olunmuşdur. O cümlədən, Fəxri-Razinin "Kəbir” təfsiri , 8-ci cild, səh. 10; "Təfsiri-Qurtubi”, 2-ci cild, səh. 1346; "Ruhul-bəyan”, 2-ci cild, səh. 44; "Ruhul-məani”, 3-cü cild, səh. 188; "Bəhrul-muhit”, 2-ci cild, səh. 472; "Təfsiri-Beyzavi”, "mübahilə” ayəsinin təfsiri və digər təfsir kitablarında qeyd olunmuşdur.
    ***
    MÜBAHİLƏ HƏDİS ALİMLƏRİNİN KƏLAMLARINDA
    Əhli-sünnə və Əhli-beyt (ə) ardıcıllarının mötəbər və məşhur mənbələrində nəql olunan bir çox rəvayətlərə əsasən, Mübahilə ayəsi Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyn (ə) haqqında nazil olmuşdur. O cümlədən:
    1. "Səhihi-Müslim”in "Səhabələrin fəzilətləri” kitabının "Əli ibn Əbi Talibin (ə) fəzilətləri” bölümündə Səd ibn Əbi Vəqqasdan nəql olunan rəvayətdə deyilir ki, Müaviyə ondan soruşdu: "Nə üçün sən Əbu Turabı (Əlini (ə)) söymürsən?” Səd cavabında dedi: "Peyğəmbəri-əkrəmin (s) üç buyuruğu yadımda olduğu üçün Əlini söyə bilmərəm. Əgər onlardan biri mənim haqqımda deyilsəydi, xeyli qırmızı tüklü dəvəyə sahib olmağımdan daha yaxşı idi. (Bu ən bahalı dəvədir!)” Sonra o, "Mənzilət” hədisini (Əlinin (ə) "Təbuk” müharibəsində Mədinədə Peyğəmbərin (s) yerində canişin qalmasını), "Xeybər” müharibəsində Peyğəmbərin (s) bayrağı Əliyə (ə) verməsini və mübahilə hadisəsini qeyd edir: "Mübahilə” ayəsi nazil olandan sonra Allahın Peyğəmbəri (s) Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyni (ə) çağırıb dedi: "İlahi! Bunlar mənim Əhli-beytimdir.”("Məcməül-bəyan”, 1-2-ci cild, səh. 452 (ixtisarla).)
    Bu hədisi əhli-sünnənin digər alimləri də nəql etmişlər. O cümlədən:
    Termizi "Səhih” kitabında("Səhihi-Müslim”, 4-cü cild, səh. 1871, 4-cü bölüm, hədis: 32)bu hədisi nəql etdikdən sonra yazır: "Əbu İsa deyir ki, bu hədis "həsən”, "səhih”, eyni zamanda "qərib”dir.” (Hədisin "qərib” və nadirliyi fikri təəssübkeşlik ucbatındandır.) Həmçinin bunu Əhməd ibn Hənbəl "Müsnəd”,(Səhihi-Termizi”, 5-ci cild, səh. 637, 21-ci bölüm ("Əlinin (ə) fəzilətləri” bölümü), hədis: 3724.) Beyhəqi "Əs-sünənül-kubra”(Müsnədi-Əhməd”, 1-ci cild, səh. 185.) və Süyuti "Əd-durrul-mənsur”("Əs-sünənül-kubra”, "Fəzailul-xəmsə” kitabından nəqlən, 1-ci cild, səh. 291.) kitablarında qeyd etmişlər.
    2. Termizi "Səhih” kitabının başqa bir yerində Səd ibn Vəqqasdan nəql edir ki, "Mübahilə” ayəsi nazil olanda, Peyğəmbəri-əkrəm (s) Əli, Fatimə, Həsən və Hüseyni (ə) çağırıb dedi: "İlahi! Bunlar mənim Əhli-beytimdir!”("Əd-durrul-mənsur”, "Ali-İmran” surəsinin 61-ci ayəsinin təfsirində.)
    Bu hədisi Hakim "Müstədrəküs-səhiheyn” kitabında nəql etdikdən sonra yazır: "Bu hədis səhih və doğrudur, Şeyxeynin (Buxari və Müslimin səhih və doğru bildikləri) şərtləri ilə tam uyğundur!”("Səhihi-Termizi”, 5-ci cild, səh. 2256, 4-cü bölüm, hədis: 2999, Beyrutun "Daru ehyait-turasil-ərəbi”, çapı.)
    Bunu Beyhəqi də "Əs-sünənül-kubra” kitabında nəql etmişdir.("Müstədrəkus-səhiheyn”, 3-cü cild, səh. 150.)
    3. Süyuti "Əd-durrul-mənsur” kitabında Hakim və İbn Mərdəveyhdən, eləcə də, Əbu Nəim "Dəlail” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql edirlər: "Peyğəmbəri-əkrəm (s) xristianları mübahiləyə çağırdığı günün səhəri Əli, Fatimə, Həsən və Hüseynin (ə) əlindən tutub təyin olunmuş yerə getdi. Lakin onlar mübahiləyə razı olmadılar.” Cabir əlavə edərək deyir: "Mübahilə ayəsi onların haqqında nazil olmuşdur!”("Əs-sünənül-kubra”, 7-ci cild, səh. 63.)
    Süyuti yazır: "Hakim bu hədisi səhih və doğru hesab etmişdir!”
    4. Yenə "Əd-durrul-mənsur” kitabında İbn Abbasdan belə nəql olunmuşdur: "Nəcran xristianları Peyğəmbərin (s) hüzuruna gedib mübahilə istədilər... Peyğəmbər (s) mübahiləyə Əli, Fatimə, Həsən və Hüseyni (ə) gətirib, onlara buyurdu: "Mən dua edirəm, siz də "amin” deyin!” Bu vaxt Nəcran xristianları mübahilədən çəkinib, Peyğəmbərlə (s) sülh etdilər və cizyə verməyə razı oldular.”("Əd-durrul-mənsur”, 2-ci cild, səh. 38, "mübahilə” ayəsinin təfsirində. Biz onu ixtisarla qeyd etdik.)
    5. Yenə həmin kitabda İbn Cərirdən, (o da İlba ibn Əhmər Yəşkəridən) belə nəql edilir: "Mübahilə ayəsi nazil olandan sonra Peyğəmbəri-əkrəm (s) Əli, Fatimə, Həsən və Hüseynlə (ə) birgə müxalifləri mübahiləyə çağırdı, amma onlar razı olmadılar.(Yenə orada, səh. 39.)
    6. Əllamə Təbəri "Təfsir” kitabında "mübahilə” ayəsinin təfsiri ilə bağlı Zeyd ibn Əlidən belə nəql edir: "(Mübahilədə) Peyğəmbərlə (s) Əli, Fatimə, Həsən və Hüseyn (ə) da vardı!”(Yenə orada.)
    7. Yenə həmin kitabda bu ayənin təfsiri ilə bağlı Sədiyyin vasitəsilə belə nəql olunur: "Peyğəmbər (s) Fatimə, Həsən və Hüseynin (ə) əlindən tutub, Əliyə (ə) buyurdu: "Bizim arxamızca gəl!(Təfsiri-Təbəri”, 3-cü cild, səh. 192. ("Ehqaqul-həqq” kitabından nəqlən, 3-cü cild, səh. 47.))
    8. Hicri qəməri tarixi ilə 4-cü əsrin alimlərindən olan Əllamə Əbu Bəkr Cəssas "Əhkamul-Quran” kitabında "mübahilə” barəsində belə yazır: "Tarix raviləri Peyğəmbəri-əkrəmin (s) Həsən, Hüseyn, Əli və Fatimənin əlindən tutub, məsihilərlə mübahiləyə çıxmasını yekdilliklə qəbul edirlər!”(Yenə orada.)Cəssasın yazdığına görə, bütün tarix və hədis alimlərinin bu məsələdə icması və yekdilliyi aydın bir məsələdir.
    9. Əllamə Əbu Bəkr Cəssas "Mərifətu-ülumil-hədis” adlı başqa bir kitabında "mübahilə” əhvalatını nəql etdikdən sonra yazır: "Hakim demişdir: Təfsir kitablarında İbn Abbas və başqalarından nəql olunan "mütəvatir” hədislərdə buyurulur: "Allahın Peyğəmbəri (s) mübahiləyə getdiyi gün Əli, Həsən və Hüseynin əlindən tutmuşdu və Fatimə də onların arxasınca gedirdi. Sonra o həzrət buyurdu: "Bunlar bizim oğullarımız, özümüz və qadınlarımızdır. Siz də özünüzü, övladlarınızı və qadınlarınızı gətirin (ki, dua edib, Allahdan yalançılara lənət diləyək)!”("Əhkamul-Quran”, 3-cü cild, səh. 14.)
    Qeyd etdiklərimiz "mübahilə” ayəsinin nazil olma səbəbi ilə əlaqədar nəql olunan rəvayətlərin bir qismi idi. Gördüyünüz kimi, hədislərdəki fərq, yalnız Fatimənin (ə.s), yaxud imam Əlinin (ə) Peyğəmbəri-əkrəmlə (s) yanaşı, yaxud həzrətin arxasınca hərəkət etməsi idi. Bu da əslində elə də fərq sayılmır. Çünki "Bədr”, "Xeybər”, "Əhzab” müharibələri, hətta Məkkənin fəthi kimi qəti və şübhəsiz olan bir çox tarixi hadisələrdə fikir ayrılığı gözə dəyir. Tarixdə baş vermiş ən mühüm hadisələrə münasibətdə azacıq fərq və ixtilaf olmaması gözə çarpır.
    Ümumiyyətlə, qeyd etdiyimiz rəvayətlərin sayı olduqca çoxdur. Bir qrup əhli-sünnə aliminin fikrinə görə, bu rəvayətlər "təvatür” həddinə çatmışdır. Bununla belə, "Əl-mənar” kitabının müəllifinin "mübahilə” ayəsinin təfsirindəki qeydləri doğrudan da çox qəribədir! O yazır: "İstisnasız olaraq bütün rəvayətlərdə deyilir ki, Peyğəmbər (s) mübahiləyə Əli, Fatimə və onların iki övladını təyin etdi. (Ayədə qeyd olunan) "nisaəna” (qadınlarımız) sözü Fatiməyə, "ənfusəna” (özümüz) sözü isə yalnız Əliyə aid edilir. Bu rəvayətlərin hamısı şiələrdəndir və onların da məqsədi bəllidir!”("Mərifətu ülumil-hədis”, səh. 50, Misir çapı. "Ehqaqul-həqq” kitabından nəqlən, 3-cü cild, səh. 48.)
    Doğrudan da, maraqlıdır! Firqə təəssübkeşlikləri baş qaldırdıqda, "Əl-mənar”ın müəllifi kimi məşhur bir alimin məntiqsiz mövqeyi hamıya bəlli olur. Görəsən, "Səhihi-Müslim”, "Səhihi-Termizi” və "Müsnədi-Əhməd” şiənin, yoxsa əhli-sünnənin məşhur mənbələridir?! Görəsən, "Əd-durrul-mənsur” (Süyuti), "Təfsiri-Təbəri”, "Müstədrəki-Hakim” kitablarını şiə alimlərimi yazıblar?! Belə böyük yanlışlıqlar yalnız təəssübkeşlik üzündəndir. "Əl-mənar”ın müəllifi bir tərəfdən "istisnasız bütün rəvayətlərdə belə deyilir...” ifadəsini işlədir, digər tərəfdən isə məsələyə şübhə ilə yanaşır. Əgər "Səhihi-Müslim”, "Səhihi-Termizi”, "Müsnədi-Əhməd” və s. kitablarda şiələrin saxta hədisləri "təvatür” həddində nəql olunubsa, onda belə kitabları "səhih” və "mötəbər” adlandırmaq, onun hətta bir hədisini belə qəbul etmək olarmı?! Həqiqətdə "Əl-mənar”ın müəllifi belə sözlərlə əhli-sünnənin bütün kitab və mənbələrini gözdən salır və onların mötəbərliyini şübhə altına alır. Bəli, o, Əli (ə), Fatimeyi-Zəhra (ə.s) və onların övladlarının fəzilətini inkar etmək istəsə də, əksinə, əhli-sünnə məzhəbinə zərbə endirmişdir!
    Burada təkcə bir şübhə qalır ki, o da ayədəki cəm ifadələrlə bağlıdır. Biz bu haqda sonra geniş söz açacağıq.
    ***
    MÜBAHİLƏNİN ƏHƏMİYYƏTİ
    "Mübahilə” hadisəsi İslam peyğəmbərinin (s) risalətinin doğru və haqq olduğunu göstərən aydın bir nişanə və dəlildir. Çünki Allahla qəti və mənəvi əlaqəsi olmayan şəxsin belə təhlükəli işə razı olması mümkün deyildir. Peyğəmbəri-əkrəm (s) çəkinmədən müxaliflərinə deyir ki, gəlin, birlikdə dua edib Allahdan yalançıları rüsvay etməsini diləyək. Bunun mənası odur ki, sözsüz, mənim nifrin və qarğışım sizi tutacaq və siz bunun nəticəsini görəcəksiniz!
    Şübhəsiz, belə bir meydana girmək asan iş deyil; əgər qarğış Allah dərgahında qəbul olunmasa və qarşı tərəf cəzasına çatmasa, bu özü böyük rüsvayçılıq olar. Heç bir ağıllı insan qarşı tərəfin məğlub olacağına inanmadan belə bir işə əl atmaz. Məhz bu səbəbdən də rəvayətlərdə deyildiyi kimi, mübahilədən söz düşdükdə, Nəcran xristianları Peyğəmbəri-əkrəmdən (s) bir qədər fikirləşmək üçün möhlət istədilər. Onlar Peyğəmbərin (s) özü ilə gətirdiyi şəxslərin yalnız dörd nəfərdən ibarət olduğunu, səs-küy salmadan, qəti inam və xatircəmliklə vəd edilmiş yerə gəldiyini gördükdə, dəhşətə gələrək mübahilədən boyun qaçırdılar və o həzrətin haqq olduğuna inanmaqla əzabdan amanda qaldılar.
    Digər tərəfdən bu ayə Peyğəmbərin (s) Əhli-beytinin (Əli, Fatimə, Həsən və Hüseynin (ə)) yüksək məqama malik olduğunu göstərən ən aydın və möhkəm sübutdur. Şübhəsiz, ayədə qeyd olunan "əbnaəna” (oğullarımız) sözündə məqsəd imam Həsən və imam Hüseyn (ə), "nisaəna” (qadınlarımız) sözündə məqsəd Fatimeyi-Zəhradır (ə.s). "Ənfüsəna” (özümüz) sözünə gəldikdə isə, şübhəsiz məqsəd təkcə Peyğəmbəri-əkrəmin (s) özü deyil. Çünki ayədə "özümüzü dəvət edək” ifadəsi vardır ki, əgər yalnız Peyğəmbər (s) nəzərdə tutulsaydı, onda insanın öz-özünü dəvət etməsinin heç bir mənası olmazdı. Buna əsasən, yeganə yol budur ki, belə deyək: "Məqsəd yalnız Əlidir (ə)!”
    Fəxri-Razi bu ayənin təfsirində şiə alimi Mahmud ibn Həsən Həmsidən maraqlı bir mətləb nəql edir. O, bu ayəyə əsasən, Əlinin (ə) Peyğəmbərdən (s) sonra bütün peyğəmbər və səhabələrdən fəzilətli olduğunu sübut edərək deyir: "İnsanın öz-özünü müəyyən bir işə dəvət etməsi qeyri-mümkündür. Buna əsasən, "ənfüsəna”da (özümüzdən) məqsəd başqa bir şəxsdir. Alimlər də yekdil fikirdədirlər ki, həmin şəxs yalnız Əlidir (ə). Buna əsasən, Əli (ə) Peyğəmbərin (s) özü kimidir. Şübhəsiz, eynən onun kimi olmasa da, o həzrətin peyğəmbərlik məqamını, eləcə də, bütün insanlardan üstünlüyünü istisna etməklə, bütün xüsusiyyətlərdə onun kimidir. Əgər Peyğəmbəri-əkrəm (s) bütün peyğəmbərlərdən üstün və fəzilətlidirsə, deməli, Əli (ə) də onların hamısından fəzilətli olmalıdır.” Sonra o, öz kəlamını sona yetirərək hamının qəbul etdiyi Peyğəmbər (s) hədisinə istinad edir:
    مَنْ اَرادَ اَنْ يَرَى آدَمَ فِى عِلْمِهِ وَ نُوحاً فِى طاعَتِهِ وَ اِبْراهِيمَ فِى خُلَّتِهِ وَمُوسى فِى هَيْبَتِهِ وَ عِيسى فِى صَفْوَتِهِ، فَلْيَنْظُر اِلى عَلِىِّ بْنِ اَبِيطالِبٍ (ع):
    "Hər kəs Adəmin elmini, Nuhun (Allaha) itaətini, İbrahimin dostluğunu, Musanın heybətini, İsanın pak və saflığını görmək istəyirsə, Əli ibn Əbi Talibə (ə) baxsın!” Bu hədisdə göstərilir ki, Əli (ə) müqəddəs insanların ayrı-ayrılıqda malik olduqları xislətlərin hamısına sahib idi!
    Fəxri-Razi bundan sonra yazır: "Həm keçmişdə, həm də indinin özündə şiələr də bu ayəyə istinad edərək, Əlini (ə) Peyğəmbərin (s) nəfsi və özü kimi bilirlər. Belə ki, bu ifadə onun Peyğəmbəri-əkrəmin (s) bütün xüsusiyyətlərinə malik olduğunu və bütün səhabələrdən üstünlüyünü göstərir. Buna əsasən, Əli (ə) hamıdan fəzilətli sayılır.("Əl-mənar”, 3-cü cild, səh. 322.)
    Fəxri-Razi bu dəlili qeyd etdikdən sonra onun üstündən asanlıqla keçərək, yalnız belə bir cavabla kifayətlənir: "Bütün müsəlmanlar Məhəmmədi (s) Əli ibn Əbi Talibdən fəzilətli bildikləri kimi, hər bir peyğəmbərin də peyğəmbər olmayanlardan üstün və fəzilətli olduğunu bilirlər. Şübhəsiz, Əli peyğəmbər deyildir. Nəticə alırıq ki, digər ilahi peyğəmbərlər də Əlidən üstün və fəzilətlidirlər.”("Kəbir” təfsiri, 8-ci cild, səh. 81)
    Fəxri-Razinin sözlərindən məlumdur ki, onun möhkəm və tutarlı dəlili yoxdur. Sanki o, səhifənin boş qalmaması üçün bir söz yazmaq istəmişdir. Halbuki "hər bir ilahi peyğəmbər qeyri-peyğəmbərdən üstün və fəzilətlidir” fikri qəti söz deyil. Çünki bu üstünlük yalnız vəhy məsələsində şübhəsizdir. Lakin vəhydən başqa hallarda Peyğəmbəri (s) istisna etməklə, digər peyğəmbərlərdən üstün və fəzilətli bir ilahi insanın olması ehtimalı vardır. Bir də bizim söhbətimiz imam Əlinin (ə) İslam ümmətində olan üstünlük və fəzilətləridir. Burada isə həzrətin digər peyğəmbərlərdən fəzilətli olmasını sübut etməyə ehtiyac yoxdur.
    Beləliklə, "mübahilə” ayəsinə və onunla bağlı "mütəvatir” hədislərə əsasən, fəzilətli şəxsin Peyğəmbərin (s) xilafət və canişinliyinə daha layiq olduğu aydınlaşır. Çünki Allah-taala heç vaxt daha üstün və fəzilətli, eləcə də, Peyğəmbərin (s) canı kimi olan şəxsi məmum və mürid, ondan aşağı olan şəxsi isə imam və rəhbər etməz!
    Bu məsələdə (bizim etiqadımıza görə) imamın Allah, yaxud (əhli-sünnənin etiqadına görə) camaat tərəfindən seçilməsində heç bir fərq yoxdur. Çünki birinci surətdə Allah-taala heç vaxt fəzilətli şəxsi ondan aşağı olan şəxsdən üstün bilməz. İkinci surətdə isə sağlam kütlə heç vaxt ağılın qəti hökmünə qarşı çıxmaz; əgər belə bir iş tutsa, qətiyyən bəyənilməz və məqbul sayılmaz.
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 568 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024