İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 11:56 AM
    ACİZ VƏ MÜSTƏZƏFLƏR
    İslam alimləri belə bir termin və ifadə işlədirlər ki, insanların bəziləri «müstəzəf» və ya «Allaha ümid bəsləyən»dirlər. Müstəzəfdən məqsəd, biçarə və imkansızlardır. «Allaha ümid bəsləyən»lər isə işləri yalnız Allaha qalmış adamlardır və Allah-taala onlarla hikmət və rəhmətinə uyğun olaraq rəftar edəcəkdir. Bu iki terminin hər ikisi Qurandan götürülüb.
    Nisa surəsinin 97-99-ci ayələrində belə deyilir:
    «Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlərin içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: Siz (hicrət zamanı) nə vəziyyətdə idiniz?. Onlar söyləyəcəklər: Biz yer üzündə zəif (aciz) kəslər idik! (Mələklər də onlara) Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz? - deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!
    Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır.
    Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edən və bağışlayandır!»
    Birinci ayədə Allah məmurlarının bəzi insanlarla ölümdən sonra olan söhbəti nəql edilib. Mələklər onlardan soruşurlar ki, siz dünyada nə vəziyyətdə idiniz? Onlar üzr gətirirlər ki, biz biçarə idik, əlimiz heç kəsə və nəyə çatmırdı. Mələklər deyirlər ki, siz müstəzəf deyilsiniz, çünki Allahın yeri geniş idi və siz oradan hicrət edərək hər cür imkanı olan başqa bir yerə köçə bilərdiniz, bəs siz müqəssir və əzaba layiqsiniz.
    İkinci ayədə doğrudan da müstəzəf olan digər bir qrup kişi, qadın və uşağın vəziyyəti barəsində danışılıb. Onlar doğrudan da əlləri heç yerə çatmayan və əllərindən bir iş gəlməyən adamlardır.
    Üçüncü ayədə Kərim olan Allah ikinci qrupu bağışlayacağı barədə müjdə verərək onları ümidvar edir.
    Əziz ustadım Əllamə Təbatəbai özünün «Təfsirul-mizan» kitabında bu ayənin təfsirində belə deyir:
    «Allah-taala dini işlərdə nadanlığı və dini işlərin yerinə yetirilməsinə mane olmağı zülm hesab edib və Allahın əfvi həmin şəxslərə şamil olmur. Amma mühiti dəyişdirmək və ya oradan köçmək imkanına malik olmayan müstəzəflər istisna ediliblər. İstisna elə formada qeyd edilib ki, müstəzəfliyin yalnız bu formasına aid deyil. Belə ki, müstəzəflik mühitin dəyişilə bilinməməsi ola bildiyi kimi, insanın zehninin həqiqəti başa düşə bilməməsi nəticəsində həqiqətdən uzaq qalması da ola bilər».(Təfsirul-mizan; 5-ci cild; səh 51)
    Müəyyən səbəblərdən aciz qalan insanların müstəzəf sayılmaları barəsində çoxlu rəvayətlər də vardır. (Bu barədə geniş məlumat əldə etmək istəyənlər Təfsirul-mizanın 5-ci cildinin 56-61-ci səhifələrinə müraciət edə bilərlər.)
    Tövbə surəsinin 106-cı ayəsində belə oxuyuruq:
    «...Bir qisminin də işi Allaha qalıb. Allah ya onlara əzab verəcək ya da tövbələrini qəbul edəcək. Allah (hər şeyi) biləndir və hikmət sahibidir!»
    «Allaha ümid bəsləyənlər» termini bu ayədən çıxarılıb. Rəvayətdə deyilir ki, imam Baqir (ə) bu ayə barəsində belə buyurub:
    «İslamın ilkin çağlarında bir qrup var idi ki, onlar əvvəlcə müşrik idilər və böyük günahlara mürtəkib olmuş, Həmzə, Cəfər və bu kimi şəxsiyyətləri öldürmüşdülər. Onlar sonra müsəlman oldular, şirk əqidəsindən üz döndərərək tövhidə üz tutdular. Lakin onların qəlblərinə iman daxil olmadı ki, onlar möminlərin sıralarına daxil olsunlar və cənnətə girmək ləyaqəti əldə etsinlər, amma eyni halda onlar, əzaba düçar olmalarına səbəb ola biləcək inad və cuhuddan da əl çəkmişdilər. Onlar nə mömin, nə inadkar və nə də kafir idilər. İşləri yalnız Allaha qalmış «Allaha ümid bəsləyənlər» qrupu bunlardır.»
    Digər bir hədisdə Həmran ibni Əyun deyir:
    İmam Sadiqdən (ə) müstəzəf barəsində sual soruşdum. İmam buyurdu ki, onlar nə mömin və nə də kafirlərin zümrəsinə daxil olanlardır, onlar «Allaha ümid bəsləyənlərdir.»
    Allaha ümid bəsləyənlər ayəsinin məzmunundan, onlara «işləri Allaha qalmışlar» deyilməsinin daha yaxşı olmasının başa düşülməsinə baxmayaraq, müstəzəf ayəsinin məzmunundan ilahi əfvin ümumiliyi nəticəsi əldə edilir.
    Ümumi nəticə budur ki, Allah hər hansı bir formada təqsirli deyil, qüsurlu olan insanlara əzab verməyəcək.
    «Kafi «kitabında Həmzə ibni Təyyardan, imam Sadiqin (ə) belə buyurduğu nəql edilib:
    «İnsanlar altı dəstə, nəticə baxımından isə üç dəstədirlər: İman, küfr və azğınlıq firqələri. Bu firqələr Allahın cənnət və cəhənnəm barsindəki cəza və mükafat vədələrindən yaranıblar. (Yəni insanlar bu əzab və mükafat vədələrinə uyğun vəziyyətləri baxımından bir neçə firqəyə bölünürlər.) O altı dəstə isə möminlər, kafirlər, müstəzəflər, Allaha ümid bəsləyənlər, günahlarını, yəni saleh əməlləri ilə saleh olmayan əməllərini bir-birinə qatanlar və «əraf» əhlindən ibarətdir».
    Həmçinin Kafidə Zürarədən nəql edilib:
    «Qardaşım Həmran və ya o biri qardaşım Bəkir ilə imam Baqirin (ə) yanına getdik. O həzrətə dedim ki, biz camaatı şaqul ilə ölçürük. Əli övladı olub-olmamasına baxmayaraq, hər kim bizim kimi şiə olsa onunla (müsəlman və nicat əhli kimi) dostluq əlaqələri bərqərar edirik və kim əqidəmizlə müxalif olsa ondan (azğın və həlakət əhli kimi) uzaqlaşırıq.
    İmam Baqir (ə) belə buyurdu: Ey Zürarə, Allahın sözü səninkindən daha düzdür. Əgər sən deyən kimi olsa, bəs onda Allahın «Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır». kəlamı hara gedir? Bəs «Allaha ümid bəsləyənlər» və «pis və yaxşı əməllərini bir-birinə qatışdıranlar» necə olurlar? Əraf əhli nə olur?» Ürəkləri (müsəlmanlığa) isnişməkdə olanlar» kimlərdir?
    Həmad öz rəvayətində bu macəra barəsində Zürarədən belə nəql edir: Mən həmin vaxt imamla mübahisə etməyə başladım və hər ikimizin səsi elə ucalmışdı ki, evdən çöldə olanlar bizim səsimizi eşidirdilər.
    Cəmil ibni Durrac bu hadisə barəsində Zürarədən nəql edir ki, imam belə buyurdu: Ey Zürarə, (kafir və inadkarları deyil,) yolunu azanları cənnətə aparmaq Allahın boynunda bir haqdır».
    Həmçinin «Kafi»də imam Musa ibni Cəfərdən (ə) nəql olunub:
    «Əli (ə) hidayət qapılarından biridir, hər kim bu qapıdan girsə mömin, hər kim ondan çıxsa kafirdir. Bu qapıya nə girən və nə də çıxanlar isə «işləri Allaha qalanlardandır». (Yəni orta mövqedə olanlar).
    İmam bu hədisdə nə iman, təslim və nicat əhli və nə də inkar və həlakət əhlindən olan bir qrupa işarə edib.
    Həmçinin «Kafi»də imam Sadiqdən (ə) nəql edilib:
    «İnsanlar bilmədikləri yerdə dayanaraq inkar etməsələr kafir olmazlar.»
    Əgər kimsə məsum imamlardan (ə) nəql edilmiş və əksəriyyəti «Kafi»nin «höccət kitabı» və «iman və küfr kitabı» adlı fəsillərində qeyd edilmiş hədislərə diqqət etsə, belə bir nəticəyə gələr ki, onların əsas təkidləri budur ki, insanın başına nə gəlirsə o, haqla qarşılaşanda onun müqabilində təəssübkeşlik göstərərək inadkarlıq etməsindən və ya araşdırma aparmalı olduğu halda səhlənkarlıq etməsindəndir. Amma dərk və şüurun naqisliyi və ya digər səbəblərdən inkar edən və ya araşdırma aparmamaqda müqəssir sayılmayanlar, inadkar və müxalif sıralarında deyil, müstəzəf və Allaha ümid bəsləyənlərdəndirlər. Həmçinin rəvayətlərdən belə bir nəticə əldə edilir ki, imamlar camaatın çoxunu bu sinifdən hesab edirlərmiş.
    Kafinin «höccət kitabında» belə rəvayətlər nəql edilib:
    «Hər kəs Allaha ibadət etməklə itaət etsə və özünü çətinliyə salsa, amma Allahın ona təyin etdiyi imama malik olmasa, əməli qəbul deyil.»
    Həmçinin deyilir:
    «Allah-taala zəmanəsinin imamını tanımayanların əməllərini qəbul etmir.»
    Eyni zamanda həmin kitabda imam Sadiqdən (ə) nəql edilib:
    «Bizi tanıyan mömin, inkar edən kafir, tanımayan və inkar etməyən isə hidayət yoluna qayıtmayınca azğındır. Əgər o, həmin vəziyyətdə ölsə, işi Allaha qalanlardandır».
    Məhəmməd ibni Müslim deyir:
    İmam Sadiqin (ə) yanında idim və mən, o həzrətin sol tərəfində, Zürarə isə sağ tərəfində oturmuşdu. Bu vaxt Əbu Bəsir otağa daxil oldu və imamdan soruşdu: Allah barəsində şəkk edən şəxslərə qarşı nəzəriniz nədir? İmam buyurdu: Kafirdir.
    Əbu Bəsir bir daha soruşdu: Allahın peyğəmbərində şəkk edən barəsində nə deyirsiniz? İmam buyurdu: Kafirdir.
    İmam bu vaxt Zürarəyə tərəf baxaraq belə dedi: Həmin şəxs o vaxt kafirdir ki, inkar edərək inadkarlıq etsin».
    Həmçinin «Kafi»də Haşim ibni Bəridin belə dediyi nəql edilib:
    «Mən, Məhəmmd ibni Müslim və Əbul-Xəttab bir yerə toplaşmışdıq. Əbul-Xəttab dedi ki, sizin imaməti tanımayan şəxs barəsində nəzəriniz nədir? Mən dedim ki, mənim fikrimcə həmin şəxs kafirdir. Əbul-Xəttab dedi ki, ona höccət və dəlil çatdırılmayınca o, kafir deyil. Amma əgər ona dəlil və sübutlar göstərilsə və o, onları qəbul etməsə onda kafirdir. Məhəmməd ibni Müslim dedi: Sübhanəllah, əgər imamı tanımasa, inadkarlıq və inkar etməsə necə, kafir sayıla bilər? Xeyir, əgər agah olmayan şəxs inadkar olmasa, kafir deyil. Beləliklə hər üçümüzün bir-birinə zidd əqidələrimiz var idi.
    Həcc ziyarəti vaxtı çatdı və mən həcc ziyarətinə getdim. Məkkədə imam Sadiqin (ə) hüzuruna getdim. Üçümüzün arasında olan mübahisəni imama danışdım və o həzrətin nəzərini soruşdum. İmam buyurdu ki, mən sizin aranızda o vaxt hökm çıxararaq bu suala cavab verərəm ki, o iki nəfər də olsun. İmam dedi ki, bu axşam Minada orta Cəmərənin yanı siz üç nəfərlə görüş yerimiz olsun.
    Axşam biz üç nəfər həmin yerə getdik. İmam sinəsinə bir balış söykəmiş halda suala başladı.
    Xidmətçiləriniz, arvadlarınız və ailəniz barəsində nə deyirsiniz? Onlar Allahın birliyinə şəhadət verirlər?
    Mən dedim: Bəli.
    Peyğəmbərin peyğəmbərliyinə şəhadət verirlər?
    Bəli.
    Onlar da sizin kimi imamət və vilayəti tanıyırlar?
    Xeyir.
    Bəs sizcə onların işi necə olacaq?
    Məncə imamını tanımayan kafirdir.
    Sübhanəllah, sən küçə-bazar camatını, su paylayanları görməmisən?
    Bəli, görmüşəm və görürəm.
    Onlar namaz qılmırlar? Oruc tutmurlar? Həccə getmirlər? Allahın birliyi və Peyğəmbərin peyğəmbərliyinə şəhadət vermirlər?
    Verirlər.
    Yaxşı, onlar imamı sizin kimi tanıyırlar?
    Xeyr.
    Bəs onların vəziyyəti necə olacaq?
    Mənim əqidəmə görə imamı tanımayan kafirdir.
    Sübhanəllah! Sən Kəbənin vəziyyəti və bu camaatın təvafını görmürsən? Yəmənlilərin Kəbənin pərdələrinə necə yapışmalarını görmürsən?
    Görürəm.
    Onlar tövhid və nübüvvəti iqrar edərək etiraf etmirlər? Namaz qılmırlar? Oruc tutmurlar? Həcc ziyarətini yerinə yetirmirlər?
    Edirlər.
    Onlar da sizin kimi imamı tanıyırlar?
    Xeyir.
    Sizin onlar barəsindəki əqidəniz nədir?
    Mənim fikrimcə imamı tanımayan kafirdir.
    Sübhanəllah, bu əqidə Xəvaricin əqidəsidir.
    İmam sonra belə buyurdu: İndi istəyirsiniz həqiqəti deyim?
    Mərhum Feyzin dili ilə desək, imamın qəzavətinin onun əqidəsinin ziddinə olacağını bilən Haşim dedi:
    Xeyr.
    İmam buyurdu:
    Sizin bizdən eşitmədiyiniz şeyi öz başınızdan deməyiniz çox pisdir.
    Haşim sonralar başqalarına belə deyib: İmamın Məhəmməd ibni Müslimin nəzərini təsdiq edəcəyini və bizi onun fikrinə qaytarmaq istəməsini güman etdim.
    «Üsuli-kafidə» bu hədisdən sonra Zürarənin imam Baqirlə (ə) bu barədə olan mübahisəsini nəql edən müfəssəl bir hədis nəql edilib. Həmin kitabın «iman və küfr» fəslinin axırında «imanla heç bir əməl ziyan gətirmir və küfrlə heç bir əməlin xeyiri yoxdur» adlı bir fəsil var.
    Amma həmin ad altında nəql edilmiş rəvayətlər həmin başlığı təsdiqləmir. Aşağıdakı rəvayət də onlardandır:
    Yaqub ibni Şueyb deyir ki, imam Sadiqdən (ə) soruşdum: Allah-taalanın mömindən başqa, mükafat verməsi lazım olan bəndəsi də var? İmam cavabımda buyurdu: Xeyir.
    Bu rəvayətin məqsədi budur ki, Allah-taala ancaq möminləri mükafatlandıracağını vəd edib və verdiyi vədə mütləq əməl edəcək, amma Allah iman əhlindən başqasına əməl etməsi lazım olan vədə verməyib. Deməli, vədə vermədiyi üçün mükafat verib-verməyəcəyi onun öz istəyi ilədir.
    İmam bu sözləri ilə başa salmaq istəyir ki, mömindən başqaları Allahın onlara mükafat verib–verməyəcəyi baxımından «müstəzəflər» və «Allaha ümid bəsləyənlər» kimidirlər. Onlara mükafat verib-verməmək Allaha qalıb.
    Kafinin həmin fəslində bəzi rəvayətlər də var ki, biz «müsəlmanların günahları» başlığı altında danışarkən onları gətirəcəyik.
    Əlbəttə, bu məsələ ilə əlaqədar rəvayətlər bizim burada nəql etdiklərimizlə məhdudlaşmır və bunlardan başqa bir sıra digər rəvayətlər də var. Bizim həmin rəvayətlərdən əldə etdiyimiz nəticə isə dediklərimiz idi. Əgər kimsə bundan başqa bir nəticəyə gələrək bizim nəzərimizi qəbul etmirsə, öz nəzərini dəlillə təqdim etsə biz də qəbul edərik.
    İSLAM FİLOSOFLARI BAXIMINDAN
    İslam filosofları bu məsələni başqa cür bəyan ediblər. Amma əldə etdikləri nəticə bizim ayə və rəvayətlərdən əldə etdiyimiz nəticə ilə uyğundur. Əbu Əli ibni Sina belə deyir:
    «İnsanlar cismi sağlamlıq və bədənlərinin gözəlliyi baxımından üç qrupa bölünürlər. Onların bir qrupu tam sağlam və ya gözəlliyin tam zirvəsində olurlar. Başqa bir qrup isə çirkinlik və ya xəstəliyin son həddində olurlar. Bu iki qrupun hər ikisi azlıq təşkil edirlər. Çoxluq təşkil edən qrup, sağlamlıq və xəstəlik, gözəllik və çirkinlik baxımından orta vəziyyətdə olanlardır. Onlar nə tam sağlam və nə də naqis yaradılmış varlıq kimi həmişə xəstə olurlar və həmçinin nə həddindən artıq gözəl və nə də həddindən artıq çirkindirlər.
    İnsanlar mənəvi və ruhi cəhətdən də belədirlər. Bir qrup həqiqət vurğunu, bir qrup isə həqiqətin qatı düşmənidir. Üçüncü qrup əksəriyyət və ortabab olanlardır ki, nə birinci qrup kimi həqiqət vurğunu və nə də ikinci qrup kimi həqiqət düşmənidirlər. Bunlar həqiqətə çatmayan insanlardırlar. Həqiqət onlara təqdim edilsə, onlar onu qəbul etməkdən boyun qaçırmazlar.»
    Başqa sözlə desək, onlar islami və fiqhi baxımdan müsəlman deyildirlər, amma həqiqət baxımından «müslim», yəni ona təslim olanlar və ona qarşı inadkarlıq göstərməyənlərdir».
    Əbu Əli bu bölmədən sonra belə deyir:
    «Allahın rəhmətini geniş bil və onu az saylı bir qrupa məxsus hesab etmə!»
    Molla Sədranın «Əsfar» kitabının xeyir-şər bəhslərində gətirdiyi iradlardan biri də budur:
    «Siz xeyirin şərdən çox olmasını necə deyirsiniz halbuki, kainatın ən şərəflisi olan insana nəzər salanda görürük ki, onların əksəriyyəti əməl baxımından çirkin əməllər, etiqad baxımından isə batil və puç əqidə və nadanlığa düçardırlar, çirkin əməllər və puç əqidələri onların məad işlərini xarab edərək onları bədbəxtliyə layiq edib. Deməli varlığın meyvəsi və gülü olan insanın aqibəti bədbəxtçilikdir».
    Molla Sədra bu iradın cavabında Əbu Əlinin sözlərinə işarə edərək belə deyir:
    «İnsanlar o dünyadakı sağlamlıq və səadətləri baxımından bu dünyadakı sağlamlıqları kimidirlər. Bu dünyada tam sağlam, tam gözəl və həmçinin tam xəstə və tam çirkin azlıq təşkil etdiyi və çoxluq, nisbi sağlamlığa malik ortabablarla olduğu üçün, o dünyada da kamillər — Quranın dili ilə desək, «Əs-sabiqun» ilədir və həmçinin bədbəxtlər — Quranın dili ilə desək, «Əshabuş-şimal» azdırlar və əksəriyyət Quranın «Əshabul-yəmin» adlandırdığı ortabab insanlarla olacaq. Molla Sədra bu sözünün davamında belə deyir: Deməli hər iki dünyada çoxluq rəhmət və sağlamlıq əhli ilədir».
    Filosoflar demək istəyirlər ki, İslam dinini qəbul etməyə nail olanların az olmalarına baxmayaraq, fitri İslama malik olan insanlar və İslam ilə məhşərə gətirilənlər əksəriyyət təşkil edir.
    Bu əqidə tərəfdarlarının fikrincə, Quranda peyğəmbərlərin, dinlərini bəyəndikləri şəxslərə şəfaət edəcəkləri barəsindəki mətləbdən məqsəd, qüsur nəticəsində çata bilmədikləri və inadkarlıq da göstərmədikləri kəsb edilməli olan din deyil, fitri dindir.
    MÜSƏLMANLARIN GÜNAHLARI
    İndi isə müsəlmanların günahları barəsində danışacağıq. Bu məsələ eyni ilə birinci məsələnin (yəni qeyri-müsəlmanların xeyir işləri məsələsinin) əksidir və keçən bəhsin yekunu sayılır. Sual budur ki, müsəlmanların günahlarının cəzası qeyri-müsəlman şəxslərin cəzası kimi olacaq, yoxsa yox?
    Keçən bəhsimiz elmi əqidə olduğu üçün onun irəli sürülməsi zəruri idi, amma bu məsələnin irəli sürülməsi əməli bir zərurətdir. Çünki indiki əsrdə müsəlman cəmiyyətlərin tənəzzülə uğraması və məhv olmasının səbəblərindən biri, son zamanlarda müsəlmanların bir qrupunda, xüsusilə şiələrin əksəriyyətində yaranmış yersiz qürurdur.
    Əgər onlardan «şiə olmayanların yaxşı əməlləri Allah dərgahında qəbul ediləcək?» deyə soruşulsa, onların çoxu «yox» cavabını verəcəklər. Onlardan «şiələrin pis və günah işlərinin hökmü nədir?» deyə soruşulanda isə onlar «şiələrin bütün pis və günah işləri bağışlanacaq» deyə cavab verirlər.
    Bu iki cümlədən belə məlum olur ki, dəyəri olmayan yeganə şey əməldir. Onun nə mənfi və nə də müsbət bir dəyəri var. Səadət və xoşbəxtliyin yeganə lazımı və zəruri şərti, insanın öz adını şiə qoymasıdır.
    Bu qrup adamlar adətən belə dəlil gətirirlər:
    1. Əgər bizimlə başqalarının günahları bir cür nəzərə alınaraq hesablanacaqsa, bəs onda şiə ilə qeyri-şiə arasında nə fərq var?
    2. Belə məşhur bir rəvayət var: «Əlinin (ə) məhəbbəti elə bir gözəllikdir ki, onun olması ilə insana heç bir günahı zərər gətirməz.»
    Onların birinci dəlillərinin cavabında demək lazımdır ki, şiə ilə qeyri-şiə arasındakı fərq, şiə öz rəhbərlərinin verdiyi proqramlara, qeyri-şiə də öz dini proqramlarına əməl edəndə məlum olur. Bəli, onda həm dünya və həm də axirətdə şiənin başqalarından üstün olması aydınlaşır. Fərqi mənfi deyil, müsbət cəhətlərdə axtarmaq lazımdır. «Şiə ilə qeyri-şiə, dini poqramlarını ayaq altına qoyanda fərqə malik olmalıdırlar və onlar arasında fərq olmasa, bəs şiə ilə qeyri-şiə arasında nə fərq var?» demək lazım deyil.
    Bu eynilə iki xəstənin həkimə müraciət etməsi kimidir. Həmin xəstələrdən biri dərin məlumatlı həkimə, digəri isə səthi məlumatlı həkimə müraciət edir, amma həkimdən nüsxə alandan sonra onların heç biri ona əməl etmirlər. Sonra birinci xəstə gileylənir ki, bəs mənimlə dərin məlumatı olmayan həkimə müraciət edən xəstə arasında nə fərq var? Nə üçün mən də onun kimi xəstə qalmalıyam, halbuki mən dərin məlumatlı həkimə, o isə səthi məlumatlı həkimə müraciət edib?!
    İndi bizim də Əli (ə) ilə başqalarının fərqini biz o həzrətin göstərişlərinə əməl etməyəndə ziyan görməyəcəyimizdə, onların isə öz rəhbərlərinin sözlərinə əməl etsələr də, etməsələr də ziyan görəcəklərində görməyimiz düz deyil!
    İmam Sadiqin (ə) səhabələrindən biri o həzrətə deyir ki, sizin şiələrinizdən bəziləri yollarından çıxıblar və haramları halal sayaraq deyirlər ki, əsas məsələ ancaq imamı tanımaqdır, imamı tanıdınsa istədiyin işi görə bilərsən. İmam Sadiq (ə) onun cavabında belə buyurur:
    «İnna lillah və inna iləyhi raciun! Bu kafirlər bilmədikləri şeyi öz ağılları ilə yozurlar. Söhbət bundan gedir ki, imamı tanı və sonra itaət olunası əməllərdən nə istəyirsənsə et, Allah qəbul edəcək, çünki Allah-taala agahlıqla olmayan əməli qəbul etmir.»(Müstədrəkul-vəsail; 1-ci cild; səh. 24.)
    Məhəmməd ibni Marid imam Sadiqdən (ə) soruşur ki, siz doğrudan da «İmamı tanıyandan sonra istədiyini et» cümləsini demisiniz?
    İmam deyir ki, bəli demişəm.
    Məhəmməd ibni Marid deyir ki, hər əməl hətta zina, oğurluq və içki içmək?!
    İmam buyurur: «Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq. Allaha and olsun ki, bizim barəmizdə insafsızlıq ediblər. Biz öz əməllərimizə məsuliyyət daşıyırıq, bizim şiələrimizin məsuliyyətlərinin götürülməsi necə mümkündür? Mən demişəm ki, imamı tanıyan kimi istədiyin qədər xeyir iş gör, qəbul olacaq».
    «Əlinin(ə) məhəbbəti elə bir gözəllikdir ki, onun olması ilə insana heç bir günahı zərər gətirməz.» hədisinə gəldikdə isə, onun təfsirinin nə olmasını araşdırmaq lazımdır. Böyük alimlərdən biri - deyəsən Vəhid Behbəhani - bu hədisi xüsusi bir tərzdə təfsir edib. O, buyurub ki, hədisin mənası budur ki, əgər Əlinin (ə) məhəbbəti düzgün məhəbbət olsa, günah insana heç vaxt zərər gətirməz, yəni insanlıq, ibadət, itaət və əxlaqın kamil nümunəsi olan Əlinin məhəbbəti, yalançı və qondarma deyil, həqiqi məhəbbət olsa insanın günah etməsinə mane olar. Bu məhəbbət mühafizə yaradaraq xəstəliyin insana yol tapmasına mane olan peyvənd kimidir. Əməl, təqva və pərhizkarlıq simvolu olan Əli kimi rəhbərin məhəbbəti, adamı onun rəftarının vurğunu edir, günah fikrini onun başından çıxardır. Əlbəttə bunların hamısı məhəbbətin həqiqi olması şərti ilədir. Əlini (ə) - onun təqvasını, ah-nalələrini, gecə yarısı olan nalələrini dərk edən, ona məhəbbət bəsləyən şəxsin həmişə təqva və əmələ sifariş edən Əlinin (ə) göstərişlərinə zidd işlər görməsi qeyri-mümkündür. Hər bir aşiq öz sevgilisinin istəklərinə hörmət bəsləyir və onun göstərişlərini əziz tutur. Sevgiliyə tabe olaraq onun göstərişlərinə əməl etmək düzgün məhəbbətin zərurətlərindəndir. Bu təkcə Əliyə (ə) aid deyil və Peyğəmbərə (s) olan düzgün və həqiqi məhəbbət də belədir. Deməli «Əlinin (ə) məhəbbəti elə bir gözəllikdir ki, onun olması ilə insana heç bir günah zərər gətirmir» hədisinin mənası budur ki, Əlinin məhəbbəti günahın insana zərər vurmasına mane olur, yəni günahın insana yol tapmasına mane olur. Bəli həmin hədisin mənası nadanların güman etdikləri şey, yəni Əli məhəbbətinin hər bir günahı təsirsiz edən bir şey olması deyil.
    Bəzi dərvişlər bir tərəfdən Allahın dostu olmalarını iddia edir, digər tərəfdən isə bütün günahkarlardan çox günah edirlər. Onlar da yalançı iddiaçılardırlar.
    İmam Sadiq (ə) buyurub: «Allah məhəbbəti iddiası ilə Ona asi olursan; Canıma and olsun ki, bu çox təəccüblü işlərdəndir; əgər sənin məhəbbətin həqiqi məhəbbət olsaydı ona itaət edərdin; çünki hər bir dostun öz dostuna tabe olması təbiidir».
    Əmirəl-möminin (ə) həqiqi dostları həmişə günahlardan uzaqlaşıblar. O həzrətin vilayəti günaha təşviq və sövq edən deyil, günahdan saxlayan bir amildir.
    İmam Baqir (ə) buyurub:
    «Bizim vilayətimizə yaxşı əməl və günahdan çəkinməkdən başqa heç bir şey ilə çatmaq mümkün deyil».
    İndi də bu mətləbi təsdiq edən bir neçə rəvayətə nəzər salaq.
    1. Tavus Yəmani deyir:
    Mən Əli ibni Hüseyni axşamdan səhərə kimi Allah evinin başına təvaf edən və ibadətlə məşğul olan halda gördüm. O, ətraf sakitləşən kimi heç kəsin olmadığını görüb göyə baxaraq belə dedi: «İlahi, ulduzlar göydən yoxa çıxdılar, camaatın gözü yuxuya getdi və Sənin qapıların dua edənlərin üzünə açıqdır...»
    Tavus o həzrətin bu barədəki təvazökar və abidanə olan dualarından çoxlu cümlələr nəql edərək belə deyir: O həzrət münacatının ortasında bir neçə dəfə ağladı və sonra torpağın üstünə düşdü və səcdə etdi. Mən onun yanına gedib başını dizimin üstünə qoyub ağladım. Gözlərimdən yaş axdı və damcılar o həzrətin üzünə düşdü. O ayağa durub oturdu və məndən soruşdu ki, sən kimsən ki, məni Allahla danışmaqdan ayırdın? Dedim ki, mən Tavusam, ey Peyğəmbərin oğlu! Bu nalə və ağlamaqlar nə üçündür? Biz belə etməliyik, çünki, günahkar və cəfakarıq? Sənin atan Hüseyn ibni Əli (ə), anan Fatimeyi-Zəhra, baban isə Allahın Peyğəmbəridir. (Yəni belə şərəfli əsil-nəcabətə malik ola-ola sən nədən qorxursan?) O həzrət mənə baxıb belə dedi: «Xeyir, xeyir, ey Tavus! Əsil-nəcabət məsələsini kənara qoy. Allah cənnəti itaətkar və xeyirxah olanlar üçün yaradıb, o, hətta qara qul olsa belə ! Atəşi isə Onun fərmanından çıxan üçün yaradıb, hətta Qureyşin şahzadələrindən olsa belə! Məgər Allahın bu sözünü eşitməmisən ki, buyurub: «Sur çalınanda əsil-nəsəblər aradan gedir və bir-birlərindən heç nə soruşmurlar. Allaha and olsun ki, bu gün göndərdiyin əməldən başqa sənə heç nə xeyir verməyəcək».
    2. İslam Peyğəmbəri (s) Məkkənin fəthindən sonra Səfa dağının başına çıxaraq belə fəryad etdi: Ey haşim oğulları! Ey Əbdul-Müttəlib oğulları! Haşim və Əbdul-Müttəlib övladları toplaşdılar. Onlar hamısı toplaşandan sonra o həzrət onlara xitab edərək belə buyurdu:
    «Mən Allahın sizə göndərdiyi elçisiyəm, mənim sizə ürəyim yanır. Məhəmməd bizdəndir - deməyin, Allaha and olsun ki, sizin və sizdən başqalarının arasından yalnız pərhizkarlar mənim dostlarımdırlar. Məbada qiyamət günü siz çiyninizdə dünyanı daşıdığınız, başqaları isə axirəti daşıdıqları halda gələsiniz. Mən özümlə siz və sizinlə Allah arasında heç bir üzr yeri qoymadım. Bizim hər birimiz üçün yalnız öz əməlimiz qalacaqdır.»
    3. Tarix kitablarında yazılıb ki, əziz İslam Peyğəmbəri ömrünün son günlərində, bir gecə təkcə çölə çıxaraq Bəqi qəbristanlığına gedir və Allahdan orada yatanların günahlarının bağışlanmasını istəyir. Sonra səhabələrinə belə deyir: Cəbrail Quranı mənə hər il bir dəfə gətirərdi, bu il isə iki dəfə gətirib, məncə bunun səbəbi ölümümün yaxınlaşmasıdır. Səhəri gün minbərə çıxaraq ölümünün yaxınlaşmasını elan etdi və dedi ki, kimə nə vəd vermişəmsə gəlsin yerinə yetirim və kimə borcluyamsa gəlsin borcunu qaytarım.
    Sonra sözünü belə davam etdirdi:
    «Ey camaat! Allahla heç kəs arasında əməldən başqa heç bir qohumluq əlaqəsi və ya digər bir bağlılıq yoxdur ki, Allah ona görə həmin adama xeyir yetirsin və ya ondan şəri uzaqlaşdırsın. Heç kəs əməldən başqa bir şeyin ona xeyir gətirəcəyini iddia etməsin, arzulamasın və güman etməsin. Məni peyğəmbərliyə göndərən Allaha and olsun ki, əməllə Allahın rəhmətindən başqa heç nə insana nicat verməyəcək. Əgər mən də günah etsəydim süqut edərdim. İlahi! Öz vəzifəmi yerinə yetirdiyimə şahid ol».
    4. Həzrət Əli ibni Musa Rzanın (ə) Zeydunnar adlı bir qardaşı olub. İmam bu qardaşının rəftarından elə də razı deyildi. İmam Mərvdə olanda bir gün çoxlu adamın iştirak etdiyi bir məclisdə söhbət edirdi. Zeyd də həmin məclisdə idi. O həzrət söhbət əsnasında onun bir dəstəyə üz tutub peyğəmbər nəslinin məqamından dəm vurmasını və qürurla «biz belə etdik, biz elə etdik» söyləməsini eşitdi. İmam söhbətini yarımçıq kəsib Zeydə üz tutaraq belə dedi: «Bu nə sözlərdir danışırsan? Əgər sənin sözlərin düz olsa və peyğəmbər övladları istisnai şəraitə malik olsalar, Allah onların pis iş görənlərinə əzab verməyərək onlara mükafat versə, onda sən Allah yanında atan Musa ibni Cəfərdən (ə) daha əzizsən? Çünki o, Allaha bəndəlik etməklə Ona yaxınlıq məqamına nail olub, amma sən güman edirsən ki, Allaha bəndəlik etmədən Musa ibni Cəfərin məqamına çata bilərsən!»
    İmam sonra Kufə alimlərindən olan və həmin məclisdə iştirak edən Həsən ibni Musa Vəşşaya üz tutaraq belə buyurdu: Kufə alimləri «Qalə ya nuhu...» ayəsini necə qiraət edirlər?
    O dedi: Onlar bu ayəni «İnnəhu əməlun ğəyru salihin» şəklində oxuyurlar. (Yəni o, sənin oğlun deyil, sənin nütfəndən deyil, o zinakar bir kişinin oğludur.)
    İmam buyurdu: Xeyr, belə deyildir, onlar ayəni səhv oxuyur və yanlış də təfsir edirlər. Ayə belədir: (İnnəhu əməlu ğəyri salihin» Yəni sənin övladın özü nasaleh adamdır. O, doğrudan da Nuhun (ə) oğlu idi. Onun Allah dərgahından qovularaq boğulmasının səbəbi, özünün nasaleh olmasıdır. Deməli, peyğəmbər və ya imamın oğlu olmaq və ya onlara bağlılığın heç bir xeyiri yoxdur, bunun üçün saleh əməl lazımdır.
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 650 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024