İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə) (məqamı və yolu)

    Əhli-beyt (ə) (məqamı və yolu)
    2011-12-23, 6:01 AM
    ӘHLİ-BEYT (Ә) VӘ AZĞİN FİRQӘLӘR
    Haqqı batildən ayırmaq üçün meyar olan Әhli-beyt (ə)-ın aşkar davranış və əməllərinə diqqət yetirməyən bəzi düşmənlər özlərinə mövqe qazanmaq, yaxud da islam dininə və Şiəliyə zərbə vurmaq üçün çox təhlükəli bir üsluba əl atmışlar.
    Onlar özlərini Әhli-beyt (ə)-ın ən yaxın dostları kimi göstərərək öz batil əqidə və qeyri-həqiqi fikirlərini müsəlmanlar arasında yaymağa çalışmışlar.
    Məsələn, bəziləri Allah-taalanın Әhli-beyt (ə)-ın cismlərində hülul etdiyini (yəni, onların cismlərinə qarışdığını ) deyərək, (nəuzubillah) «Uluhiyyə» (rəbblik) məqamını Әhli-beyt (ə)-a aid etmiş və ya Allahın öz işlərini Әhli-beyt (ə)-ın ixtiyarında qoyması və sairə bu kimi insanları batil və zəlalətə doğru çəkən fikirləri yaymaq istəmişlər.
    Onlar Әhli-beyt (ə)-ın adına yalan sözlər düzəldərək bəzi yalan rəvayətlər söyləmiş və müsəlmanlar arasında şübhələrini nəşr etməyə çalışmışlar.
    Buna görə də Şeyx Tusi və Nəcaşi kimi böyük alimlər hədis rəvayət edən şəxsləri və onların hansına etimad edilə biləcəyini bildirən kitablar yazmışlar. Bunlar «Rical» kitabları adlanırlar. Məsələn Şeyx Tusinin «Rical» və «Fehrist» kitabları və ya Nəcaşinin «Rical» kitabı bu mövzuda yazılan əsərlərdəndir.
    Xülasə, tarixdə qeyd olunduğuna görə, həqiqi şiələrin kənarında özlərini yalandan Әhli-beyt (ə)-a sadiq göstərən, amma həqiqətdə Әhli-beyt (ə)-ın etiqad etdiyi məsələlərə inanmayan və onların əməl etdiyi işlərə əməl etməyən bəzi zəlalətə və azğınlığa düşmüş firqələr var idi ki, bunlar ümumən «Ğülat» adı ilə tanınırdılar. Әhli-beyt (ə) bunları özlərindən uzaqlaşdırmış və onlara lənət demişlər. Şiə alimləri də Әhli-beyt (ə)-a Allahlıq nisbət verən şəxslərin murdar olduqlarını bəyan etmişlər. Әlbəttə bu firqələrdən bəziləri bu gün də bəzi yelərdə mövcuddur.
    Növbəxti «Firəqüş-şiə» adlı kitabında «Ğülat»dan olan bir çox firqələrin adını çəkərək, Әhli-beyt (ə)-ın onlara qarşı olan mövqe və nəzərini qeyd etmişdir. [Әbu Məhəmməd Həsən ibni Musa Növbəxti şiənin 3-cü hicri əsrindəki böyük alimlərindəndir.]
    Burada onun bu barədə olan sözlərindən bir hissəsini qısa şəkildə nəql edəcəyik:
    «Amma Әbul-Xəttab Məhəmmədin ardıcılları və ona tabe olanlar imam Cəfər Sadiq (ə)-ın ona (Әbul-Xəttaba) lənət söylədiyini eşidəndə, onun ətrafından dağılaraq neçə dəstəyə bölündülər. Bunlardan bir firqə deyibdir ki, imam Cəfər Sadiq (ə) (nəuzubillah) Allah, Әbul-Xəttab isə peyğəmbərdir. Bir firqə də deyibdir ki, imam Cəfər Sadiq (ə) Allah və bir nurdur ki, Peyğəmbərin (s) canişinlərinin bədənlərinə daxil olur. Bu nur imam Cəfər Sadiq (ə)-dan xaric olduqdan sonra Әbul-Xəttabın bədəninə girmişdir» [Firəqüş-şiə, səh.46 (Növbəxti)]
    Sonra Növbəxti belə davam edir:
    «Bunlar özlərini şiə bilib, ğülüvvə düşən firqələrdir ki, Xürrəmilik, Məzdək [Məzdək firqəsi əski İranda vücuda gəlmiş bir firqədir. Bu firqə «Әnuşirəvan»ın babası «Qübad»ın şahlığı zamanında «Məzdək» adlı bir şəxs tərəfindən icad edilmiş və kitablarının adı «Distav»dır. Onlar da Manəvi firqəsi kimi nur və zülmət olaraq iki ilah olduğunu iddia etmişdir. İbni Nədimin «Fehrist» kitabına baxa bilərsiniz.] Zindiq [Zindiqlər: onlardırlar ki, fikir hürriyyəti adı altında ilahi dinləri inkar etmişdirlər.] və Dəhriyyənin [Dəhrilər: Mülhid və inkarçı firqələrdəndir və aləmin bir yaradıcısının olmadığını və bu aləmdəki nizamın öz başına mövcud olduğunu iddia edirlər.] yolunu davam etdirirlər. Bunların hamısı Allah-taalanın «Rübubiyyətini» inkar etmək və Onun bir nur və ruh kimi bir məxluqun bədəninə daxil olaraq qarışdığını və bir bədəndən digər bədənə keçdiyini iddia edirlər. Әlbəttə bu firqələr, tabe olduqları başçılar cəhətindən bir-birlərindən ayrılırlar və hətta bir-birləri ilə düşmənçilik də edirlər». [Zikr edilən mənbə səh.60].
    Növbəxti daha sonra zəlalətə dümüş firqlərədən bəzilərinin qərəzli olduqlarını nəql edir. Məsələn, bu firqələrdən biri həzrət imam Әli (ə)-ın oğlu Məhəmməd ibni Hənəfiyyənin «Məhdi» olduğunu və onun ölmədiyini və ölməyəcəyini demişlər. Onlar onun bir gün qalib gələcəyini, yer kürəsinin hər bir tərəfinə hakim olacağını və ondan sonra bir imamın olmayacığı fikrini yaymışlar. Bunların başçısı İbni Kərb adlı bir şəxsdir. [Zikr edilən qaynaq səh.44]
    Sonra qeyd edir ki, Həmzə ibni Әmmar Bərbəri də bu firqədən idi. Mədinəli olan bu şəxs sonralar bu firqədən ayrılıb özünün imam və peyğəmbər və Məhəmməd ibni Hənəfənin (nəuzubillah) Allah olduğunu iddia etdi... Və Mədinə və Kufə əhalisindən bəziləri də ona tabe oldular. İmam Məhəmməd Baqir (ə) ona lənət oxuyub ondan uzaq olduğunu elan etdi. Şiələr də bu şəxsdən uzaq olduqlarını elan etdilər». [Zikr edilən qaynaq səh.45]
    Eləcə də imam Sadiq (ə) da bu firqəyə tabe olan Said Nəhdiyə lənət oxumuş və onu şeytanlardan saymışdır. Bir ayrı rəvayətə görə də imam Cəfər Sadiq (ə) adı çəkilən şəxsi, imamın dilindən yalan rəvayətlər uyduranlardan olduğunu bildirmişdir. [Zikr edilən qaynaq səh.45]
    Aşağıda şiə alimlərinin imam Sadiq (ə)-dan zəlalətə düşən «Ğülat» firqələri barəsində nəql etdikləri açıq nəzərlərini və imamın onlara lənət oxuyaraq, onları özündən uzaqlaşdırdığı barədə söylənən sözləri qısa bir şəkildə nəql edəcəyik.
    İbni Nədim «Fehrest» adlı kitabında yazır ki, «imam Cəfər Sadiq (ə) Said Nəhdiyə lənət söyləyərək buyurubdur ki, «Onun bəsirət gözü kordur...» Kəşşi də onun İmam (ə) tərəfindən pislənməsini bildirən rəvayətlər nəql etmişdir. [Zikr edilən qaynaq səh.21]
    İmam Cəfər Sadiq (ə)-ın lənətlədiyi şəxslərdən biri də Ğülat tayfasından olan Әbu Mənsur Әcladır. Kəşşi öz «Rical» kitabında (səh.196) yazır ki, imam Cəfər Sadiq (ə) bu şəxsə üç dəfə lənət oxuyubdur. Hişam ibni Әbdül Məlikin səltənəti vaxtında İraqın hakimi Yusif ibni Ömər Səqəfi onu edam etdirmişdir. [Zikr edilən qaynaq səh.38]
    Bu qeyd olunan firqələrdən başqa yenə bir çox «Ğülat» firqələri vardır ki, imam Cəfər Sadiq (ə) onlardan uzaq olduğunu bildirmiş və hətta onların bəzilərinə lənət oxumuşdur.
    Seyyid Məhəmməd Sadiq Ali Bəhrül-ülum, «Firəqüş-şiə» kitabının haşiyəsində qeyd edibdir:
    «İmam Cəfər Sadiq (ə) Bəzi ibni Musa Haik, Müğəyrə ibni Səid, Səri, Әbul-xəttab, Məhəmməd ibni Әbi Zeynəb, Müəmmər, Bəşşar Şəiri, Həmzə Bərbəri və Said Nəhdiyə belə lənət oxumuşdur:
    «Allah onlara lənət eləsin; Biz (əhli-beyt) həmişə adımıza söylənən yalanlara, yalançılara və ya ağlı zəif olan insanların hücumlarına məruz qalmışıq. Allah bizləri yalançıların şərindən qurtarsın və onlara isti dəmir göstərsin» (Yəni, onları qızarmış dəmirlə cəzalandırsın). [Zikr edilən qaynaq səh.43]
    Yenə imam Cəfər Sadiq (ə)-dan, onun Ğülatdan uzaq olduğunu elan etmək barəsində belə nəql olunubdur:
    «Ey şiələr, Ali Məhəmmədin şiələri, orta mövqe tutun ki, ğülüvvə düşən (Әhli-beyti öz məqamından yuxarıya çıxaran) sizə tərəf qayıtsın və (onların məqamını tanımaqda) sizdən geri qalanlar da sizə yetişsin».
    Səd adlı bir şəxs imam Cəfər Sadiq (ə)-a dedi ki, «Ğali» (ğülüvvə düşən) kimdir? İmam (ə) buyurdu:
    «Onlar bir dəstədirlər ki, bizim öz haqqımızda demədiyimiz şeyi (özümüzə aid etmədiyimiz məqamı) bizim haqqımızda deyərlər. Onlar bizdən deyillər və biz də onlardan deyilik».
    O şəxs dedi ki, bəs «Tali» (geridə qalan) kimdir? İmam buyurdu:
    «O, xeyiri istəyəndir ki, xeyirə çatar və onun qarşısında (Allah tərəfindən) mükafat alar». [Müşkatül-ənvar fi Ğürərül-əxbar səh. 66 (Təbərsi)]
    Səhabələrdən biri deyir: «İmam Cəfər Sadiq (ə)-a Әbul-Xəttabın onun haqqında dediyi sözlər nəql olunanda, gördüm ki, imam Sadiq (ə)-ın gözlərindən yaş axır və belə deyir:
    «Ey mənim Rəbbim, «Bəni-Әsəd»in nökəri olan Әcdəin (Әbul-Xəttabın) mənim haqqımda etdiyi iddiadan uzaq olduğumu Sənə bildirirəm, (Sənə sığınıram). Mənim tüküm və dərim də belə sənə boyun əyir. Mən sənin bəndən və sənin bəndənin oğluyam və (mən sənin müqabilində) itaətkar və zəliləm».
    Sonra başını aşağı salıb ahəstə nə isə dedi, sonra başını qaldırıb buyurdu:
    «Bəli, bəli, öz Rəbbinə xüzu-xüşu edən (boyun əyən) kiçik və zəlil bir qulam. Mən öz Rəbbinin müqabilində torpağa sarılmış və qorxaq (bir bəndəyəm). And olsun Allaha ki, mənim bir «Rəbb»im vardır. Hansı ki, Ona ibadət edirəm və Ona heç bir şeyi şərik tutmaram. Allah onu (Allahlıq məqamını mənə nisbət verdiyi üçün) xar eləsin və onun qəlbinə qorxu salsın ki, qiyamət günü qorxusunu rahatlığa dəyişməsin...
    Nə peyğməbərlərin, nə rəsulların və nə də mənim Təlbiyəm (ləbbeyk deməyim) belə deyildir (yəni Әcdədin dediyi kimi deyildir.) Mən belə Təlbiyə deməmişəm». [Biharul-ənvar, 47-ci cild, səh.378 (Әllamə Məclisi)]
    Sədirdən də rəvayət olunubdur ki, mən imam Cəfər Sadiq (ə)-a dedim:
    «Bir dəstə insan sizlərin ilahi olduğunuzu xəyal edir və bu barədə bizə Quran ayəsini oxuyurlar ki, Allah buyurub: «O (Allah) elə bir kəsdir ki, həm göydə və həm də ilahdır». İmam (ə) buyurdu:
    «Ey Sədir! Mənim qulağım, gözüm, dərim, ətim, qanım, tüküm onlardan uzaqdır və Allah da onlardan uzaqdır. Onlar mənim və mənim babalarımın dinində deyillər. And olsun Allaha ki, Qiyamət günü Allah məni və onları bir yerə toplayanda qəzəb edəcəkdir». [Üsuli kafi 1-ci cild səh.269, (Küleyni)]
    Bəzi dəstələr imam Məhəmməd Baqir və imam Cəfər Sadiq (ə)-ın adlarına yalan uydurduqları və o iki imam bunlardan uzaq olduqlarını söylədikləri kimi, bəzi firqələr də imam Musa Kazim (ə)-a vəfat etdikdən sonra yalan nisbətlər vermişlər. Məsələn, demişlər ki, imam Musa Kazim (ə) vəfat etməyibdir. O, həzrət İsa (ə) kimi göyə aparılıb və bir müddətdən sonra yenə qayıdacaq. İmam Musa Kazim (ə)-ın oğlu imam Riza (ə)-da bunlardan uzaq olduğunu bəyan etmiş və onlara lənət etmişdir. Beləcə Әhli-beyt (ə) bu firqələrdən narazıdırlar və onlara nifrət edirlər. Amma imam Cəfər Sadiq (ə)-ın buyurduğu kimi, Әhli-beyt (ə) məktəbini yıxmaq üçün hər bir dövrdə daimi olaraq Әhli-beyt (ə)-a yalan nisbətlər verən yalançılar mövcud olacaqdır.
    Әlbəttə, Әhli-beyt (ə)-ın onların müqabilində açıq-aşkar əks mövqe tutmaları və onlardan uzaq olduqlarını elan etmələri, onlara Әhli-beyt (ə)-ın məktəbini ləkələndirmək kimi pis hədəflərinə mane olmuşdur.
    Burada qeyd etmək lazımdır ki, bu firqələrdən çoxu Allahın lütf və kərəmi nəticəsində yox olub gediblər və tarixdə onların pis adlarından başqa bir şey qalmayıb...
    Amma təəccüblüdür ki, qəlblərində çirkin niyyətləri olan bəzi şəxslər həqiqətləri ayrı cür göstərməyə çalışaraq Әhli-beyt (ə) məktəbini, o firqələrin xurafat və batil inancları ilə ittiham etmək istəyirlər. Bunlar Әhli-beyt (ə) məktəbinə tabe olanları rədd olunan və batil «Ğulat» firqələrinin tabeləri kimi göstərməyə və bu yollla xalqın Әhli-beyt (ə) məktəbinə olan meylini qırmağa səy edirlər. Buna görə də müsəlmanların vəhdətini aradan aparmaq və həqiqətləri ayrı cür göstərməyə çalışanların bu kimi mürtəce və təhlükəli plan və oyunları müqabilində müsəlmanları oyatmaq lazımdır...
    Bu yalanları yayanların özlərinə diqqət olunsa, məlum olar ki, onlar Әhli-beyt (ə)-ın məktəbi haqqında belə yalanları yaymaqla bərabər özlərini himayət etdikləri bəzi məzhəbləri müdafiə edirlər. Məsələn, «Cəbr» və «Təcəssüm» məsələsi kimi ki, onlar Allahın cism olduğuna Onun bir kürsü üstündə oturduğuna, kürsünün eninin yeddi qarış olduğuna, Allahın qiyamət günü ayağını cəhənnəmə daxil edib cəhənnəmin atəşini azaldacağına və Allahın (nəuzubillah) fil və ya eşşək üstündə oturub göydən yerə endiyinə inanırlar.
    Bunların tövhid əqidəsinə müxalif və batil inam olmasına baxmayaraq, onlar bu barədə heç bir şey deməzlər. Bu da göstərir ki, öz təriqətlərində bu kimi mürtəce əqidələri qoyub, Әhli-beyt (ə)-ın məktəbinə dil uzadanların məqsədləri həqiqətləri ayrı cür göstərmək və islama zərbə vurmaqdır.
    ӘHLİ-BEYT (Ә)-İN ÖZ SӘHABӘLӘRİNӘ QARŞİ TӘRBİYӘ ÜSULLARİ
    İmam Cəfər Sadiq (ə) buyurmuşdur:
    «Həqiqətən mən sevirəm ki, bir adam Peyğəmbərin (s) xislətlərindən (sünnələrindən) birini belə icra etmədiyi halda dünyadan getsin, (yəni, insan çalışmalıdır ki, Peyğəmbərin (s) gördüyü və ya görülməsini məsləhət etdiyi işləri ən azı ömründə bir dəfə yerinə yetirsin)». [Məkarimül-əxlaq səh.39 (Təbərsi)]
    Әhli-beyt (ə) öz səhabə və tələbələrinin tərbiyə və təliminə xüsusi bir maraq göstərirdi. Yəni öz dostlarının yaşayış tərzində islami əqidə, əxlaq və əhkamın həqiqi bir şəkildə tətbiq olunmasına və əməldə özünü göstərməsinə əhəmiyyət verirdilər.
    Onlar səy edirdilər ki, ümmət arasında hidayət məşəlini daşıya bilən, xalqın içərisində alim, xeyirxah və haqqa bağlı olan sədaqətli şəxsiyyətlər vücuda gətirsinlər. Elə şəxsiyyətlər ki, fəsad, pozğunluq amillərinin çoxaldığı bir vəziyyətdə xalqın süqut etməsinin qarşısını alsın və haqq əleyhinə aparılan mübarizələri dəf edərək, islah qiyamları vücuda gətirə bilsinlər. Biz bu həqiqətlərin Әhli-beyt (ə)-ın davranış və əxlaqlarında, söz və əməllərində aşkar olmasını görürük. Onların tövsiyə və nəsihətlərində bu məsələyə yüksək əhəmiyyət verdikləri aşkardır. Məsələn, islamı təhrif edib əhli-beyt məktəbini yıxmaq istəyən bəzi şəxslər, təkcə Әhli-beyt (ə)-ın məhəbbətinin insana kifayət etmədiyini və Allah əmrlərinə əməl etməyin və dinin əhkamına bağlı olmağın zəruri və lazım olmadığını yaymaq istəyirdilər. İmam Məhəmməd Baqir (ə) onlara buyurdu:
    «Hər bir müsəlman doğru bir əqidə ilə Quranın gətirdiyi, Peyğəmbərin (s) bəyan etdiyi və ömür boyu əməl etdiyi işləri icra etməlidir».
    İmam Məhəmməd Baqir (ə) bu barədə buyurubdur:
    «And olsun Allaha ki, bizim vücudumuz sizi Allahın əzabından qurtarmayacadır. Bizim ilə Allah arasında nə bir qohumluq və nə də onun müqabilində bir höccətimiz yoxdur.(Yəni, bir nəfəri cəhənnəmə atsa, bizim əlimizdə bir sübut yoxdur ki, onu qurtarmaq üçün Allaha göstərək). Fəqət, insan itaət etməklə Allaha yaxın ola bilər. Sizlərdən kim (Allahın əmrlərinə) itaətkar olsa, bizim vilayətimiz ona fayda verər. Әgər bir kəs üsyan edərsə, (yəni, Allahın əmrləri ilə müxalifət edərsə) bizim vilayətimiz ona bir fayda verməz». [Zikr edilən qaynaq səh.67 (Təbərsi)]
    Yenə Әmr ibni Səid ibni Hilal da rəvayət edibdir ki:
    «Mən imam Məhəmməd Baqir (ə)-a dedim ki, sənə fəda olum, mən səni neçə ildə ancaq bir dəfə görə bilirəm. Mənə bir vəsiyyət elə ki, ona daim əməl edim». O Həzrət, mənə belə buyurdu:
    «Mən sənə Allahın təqvasını (Allahdan qorxmağı), vərə (günahlardan çəkinməyi) və bəndəlik etməkdə çalışmağı vəsiyyət edirəm. Bil ki, «vərə» bəndəlikdə çalışmaqla birlikdə olmasa, bir faydası olmaz...» [Zikr edilən qaynaq səh.66]
    İmam Cəfər Sadiq (ə)-ın öz səhabələrindən olan Әbu Osaməyə, digər şiələrə də çatdırılmasını istədiyi vəsiyyətin bir hissəsi belədir:
    «(Ey şiələr!) Allahdan qorxun və biz Әhli-beytə eyb yox, zinət olun. Xalqın məhəbbətini bizə cəlb edin və bizi hər cür pislikdən uzaq bilin... Bizim, Allahın kitabında (bəyan edilmiş) haqqımız, Onun Peyğəmbərinə əqrəbalığımız, pərvərdigar tərəfindən müqəddəsliyimz (hər cürə pislikdən uzaq və pak olmağımız) və pak bir vilayətimiz vardır. Hər kəs bunların bizdən ayrı olmasını iddia edərsə, yalançıdır. Allahı və ölümü yad eləməyi, Quranı tilavət eləməyi və Peyğəmbərə (s) salavat göndərməyi mümkün qədər çoxaldın. Çünki, Peyğəmbərə (s) salavat göndərməyin on savabı vardır». [Zikr edilən qaynaq]
    İmam Cəfər Sadiq (ə) öz səhabələrindən olan İsmail ibni Әmmara da belə vəsiyyət edibdir:
    «Mən sənə Allahdan qorxmağı (təqvalı olmağı), «vərəli» olmağı (haramlardan çəkinməyi), doğru danışmağı, əmanətə sadiq olmağı, (qonşuların ilə) yaxşı qonşuluq etməyi və çox səcdə etməyi vəsiyyət edirəm. Bu işləri görməyi Məhəmməd (s) bizlərə əmr edibdir».
    Hişam ibni Salim də rəvayət edibdir ki:
    «İmam Cəfər Sadiq (ə)-ın Həmrana belə buyurduğunu eşitdim:
    «(Dünyanın mal və sərvətində) özündən aşağıya bax, özündən yuxarı olana baxma. Bu sənin üçün öz qismətindən qane olmağa və Allahdan daha artıq (ruziyə) layiq olmağına vasitə olar. Bunu da bil ki, yəqin ilə olan daimi və az əməl Allah yanında yəqinsiz olan daimi əməldən daha yaxşıdır. Həmçinin bilməlisən ki, Allahın haram etdiyi işlərdən çəkinməkdən, müsəlmanlara əziyyət etməməkdən və onların qeybətlərini danışmamaqdan faydalı bir «vərə» (çəkinmək) olmaz. Eləcədə heç bir şey gözəl əxlaq kimi qiymətli, heç bir mal insaniyyətdən və az mala qane olmaqdan faydalı və heç bir cəhalət özünü bəyənmək kimi pis və acı deyildir». [Zikr edilən qaynaq səh.72]
    İmam Cəfər Sadiq (ə) möminlərin xüsusiyyətləri barədə Həzrət Peyğəmbərdən (s) rəvayət etmişdir ki:
    «Hər kim gördüyü pis işdən narahat olsa və yaxşı işlər etsə, mömindir». [Zikr edilən qaynaq səh.77]
    Bunlar kimi onlarla, bəlkə yüzlərlə mövcud olan hədislərdən anlaşılır ki, Әhli-beyt (ə) ümmətinin fərdləri bütün cəmiyyətlərdə nümunəvi insanlar kimi tərbiyə olunmaqda çalışıblar. Onların saleh və nümunəvi insanlar yetişdirməkdəki üslublarının əsas mehvəri, məhz Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə həqiqi mənada bağlı olmağın vacibliyi və ictimai həyatı bu mehvər əsasında qurmaqdır. Beləliklə, hər bir müsəlmanın üzərinə düşən vəzifə odur ki, haqq yolunu tapa bilmək üçün, onların hər cür şübhə və şəkdən uzaq olan hidayətlərinə inansınlar və vəsiyyətlərinə əməl etsinlər.
    Category: Əhli-beyt (ə) (məqamı və yolu) | Added by: Islam_Kitabxanasi
    Views: 741 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024