İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1940
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamran
  • Seref
  • Foilimnuy
  • Karasevstist
  • Xalid11
  • semi_84
  • farid777
  • Allah___dogru
  • Alishka1111
  • narmin93
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 11:16 PM
    Əhli-beyt (ə) və bəndəlik
    Əhli-beyt (ə) Həzrət Haqqı kamil şəkildə tanıdığından onun qarşısında aşiqanə və arifanə şəkildə təslimdir. Kimsənin mərifəti onların mərifəti iə müqayisəyə gəlməz. Onların maddi və mənəvi yönümdə atdığı hər bir addım ibadətdir.
    Onların oturuşu, duruşu, danışığı və sükutu, qidası və geyimi, izdivac və ünsiyyəti, alış-verişi, savaş və sülhü, baxışı və dinləməsi, yuxusu və oyaqlığı, göz yaşı və gülüşü, bütün əməl və rəftarları xalis niyyətlə müşayiət olunur və haqqa ibadətdən savayı bir şey deyil.
    Əhli-beyt (ə) Behişt tamahından və ya cəhənnəm qorxusundan ibadət etmir. Onlar ilahi mərifət və eşq əsasında vəzfələrini yerinə yetirir. Onların ibadətində nə behişt istəyi var, nə də cəhənnəm qorxusu. İbadətləri başdan-başa səfa-səmimiyət, paklıq, vəfa və eşqdir.
    Əhli-beytin (ə) ibadət sahəsindəki buyuruqları, ibadətin müxtəlif yönümlərinə baxışları onların bu işdə səfa-səmimiyyətini, xalisliyini göstərir. Keyfiyyət baxımından kimsədə bu sayaq ibadət gücü yoxdur və olmayacaq!
    Bu sayaq misilsiz ibadətlərinə baxmayaraq, onlar özlərini mövlalığa yetərincə layiq bilməmiş, ömürlərinin son anlarınadək Allaha borclu olduqlarını dilə gətirmiş, heç bir tələb irəli sürməmişlər. Çünki onlar öz ibadətlərini Allahın rəsulunun ibadəti ilə müqayisə edirdilər. Bu sayaq müqayisələrlə nalə çəkib göz yaşı axıdır, deyirdilər: "Biz hara, Allahın rəsulu hara!”
    Əmirəl-möminin (ə) Allaha üz tutub deyir: "Sənə nə behişt tamahından, nə də cəhənnəm qorxusundan ibadət edirəm. Səni pərəstişə layiq bilib ibadətə dururam.”("Əvaliyul-ləali”, 1-404 ) Başqa bir məqamda həzrət buyurur: "Bir zümrə Behişt əldə etmək ümidi ilə Allaha pərəstiş etdi. Belə bir pərəstiş tacirlərə məxsusdur. Başqa bir zümrə Allaha cəhənnəm qorxusundan ibadət etdi. Bu isə qulların ibadətidir. Bəziləri təşəkkür üçün ona bəndəlik etdi. Bu isə azad insanların bəndəliyidir.”("Nəhcül-bəlağə”, 815, hikmət 237 )
    And olsun Allaha! Əgər Allah Əhli-beytə (ə) bildirsəydi ki, əbədilik olaraq behişt və cəhənnəmi səhnədən götürürəm, mükafat və cəzam olmayacaq, yenə onların ibadətində zərrəcə dəyişiklik olmazdı. İmam Baqir (ə) buyurur: "Peyğəmbər Ayişənin yanında olduğu vaxt onun üzücü ibadət etdiyini görən zövcəsi dedi: "Ey Allahın rəsulu! Nə üçün özünü üzürsən? Axı sənə keçmiş də, gələcək də öyrədilib.” Peyğəmbər (s) buyurdu: "Allaha şükür etməməliyəmmi?!” İmam sözünə belə davam edir: "Peyğəmbər ibadətdə barmaqları üstə qalxardı. Allah buyurdu ki, biz Quranı səni əziyyətə salmaq üçün nazil etməmişik!”("Kafi”, 2-95 )
    Əmirəl-mömininin (ə) ibadət və bəndəliyi heyranedici olmuşdur. Məsumlar buyurur ki, kimsədə həzrət Əlinin (ə) ibadət gücü yoxdur. Əhli-beytin (ə) digər nümayəndələri də həzrət Peyğəmbər (s) və Əmirəl-möminin (ə) kimi misilsiz ibadət etmişlər. Onlar məhz bu sayaq ibadətləri sayəsində özləri və başqaları üzərində hökm sahibi olmuşlar. Məsumlar təbiət işlərinə qatılmış, şəfaət haqqı əldə etmiş, ən üstün mənəvi məqamlara yüksəlmiş, cin və ins üzərində rəhbərlik haqqı qazanmışlar.
    İbadətin məfhumu
    İbadət dedikdə bütün duyğu və hərəkətləri Həzrət Haqqın razılığına uyğunlaşdırmaq və bu işdəki xalislik nəzərdə tutulur. Quranda oxuyuruq: "De ki, şübhəsiz namaz və ibadətim, həyat və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür.”("Ənam”, 162 )
    Mərhum şəhid Mütəhhəri ayə və rəvayətlərə əsaslanaraq ibadət və bəndəlik yönümündə zərif nöqtələrə toxunmuşdur. Kiçik izahatla bu nöqtələri diqqətinizə çatdırmağı faydalı bilirik.
    İmam Sadiq (ə) buyurur: "Allaha bəndəlik sonu müdiriyyətə yaxın bir gövhərdir.”("Misbahul-şəriət”, bab 100) Demək, kamillik yolunda addım atıb elə bir məqama çatmaq olar ki, təbiət insanın əmrinə tabe olar.
    Bəndəlik kamalına çatmağın mərhələləri
    Təbiət üzərində hakimlik, başqa sözlə, həqiqi bəndəlik müqabilində nəzərdə tutulmuş kamala çatmaq üçün müəyyən mərhələlərdən keçmək lazım gəlir.
    Birinci mərhələ
    Birinci mərhələ ibadət və bəndəliyin keyfiyyətini qaldırıb nəfsə hakim olmaqdan, Allahın istədiyi pak niyyətlə hərəkətdən ibarətdir. Quranda oxuyuruq: "Bizim üçün (canı və malı ilə) çalışanları, şübhəsiz, öz yolumuza yönəldərik...”("Ənkəbut”, 69 ) Başqa bir ayədə buyurulur: "Əgər Allahdan qorxsanız sizə haqqı batildən seçən bəsirət verərik...”("Ənfal”, 29 ) Buyurulur: "Namaz çirkin və bəyənilməyən işlərdən uzaqlaşdırır...”(Ənkəbut”, 45 ); "Sizin üçün oruc müəyyənləşdi. Necə ki, sizdən öncəkilər üçün müəyyənləşmişdi ki, pəhrizkar olasınız.”("Bəqərə”, 183 ); "Ey iman gətirənlər! Səbr və namazdan yardım alın...”("Bəqərə”, 153 ) Bu bəndəlik mərhələsində insanın qazancı xüsusi bir bəsirət və bu bəsirət əsasında nəfs istəklərinə hakimlikdir. Başqa sözlə, ibadət və bəndəliyin ilkin təsiri əmmarə nəfs üzərində nəzarətdir.
    İkinci mərhələ
    İkinci mərhələ dağınıq düşüncələrə və təxəyyülə nəzarətdən ibarətdir. İnsandakı ən maraqlı qüvvələrdən biri təxəyyül qüvvəsidir. İnsan məhz bu qüvvə sayəsində hər an düşüncə obyektini dəyişir, xatirələri vərəqləyir.
    Bu qüvvə bizim ixtiyarımızda deyil. Əslində biz bu qüvvənin ixtiyarındayıq. Bu səbəbdən də fikrimizi bir nöqtəyə yönəltmək istədiyimiz vaxt o başqa bir şeyə yönəlir. Təxəyyül qüvvəsi insanı o tərəf-bu tərəfə çəkir, məsələn namazda insan diqqətini bir nöqtəyə yönəldə bilmir.
    İslam Peyğəmbərindən (s) bu mövzu ilə bağlı maraqlı təşbehlər nəql olunmuşdur. Həzrət təxəyyül qüvvəsinin təsiri altında olan inasanı səhrada ağacdan asılmış quş lələyinə bənzədir. Bu lələyi külək hər an bir tərəfə çevirir. Həzrət buyurur: "Qəlb səhrada ağacdan asılmış lələk kimidir. Külək onu o yan-bu yana çevirir.”("Nəhcül-fəsahə”, 1-102 ) Digər bir hədisdə oxuyuruq: "Adəm övladının qəlbi qaynar qazandan daha artıq qalxıb düşür.”("Məsnədi-Əhməd”, 7-24317 )
    Peyğəmbər buyurur qəlb lələk kimi
    Səhra küləyində oynar daimi.
    Qəlbi qaynar suya oxşadan da var,
    Qəlb də su tək enər, gah da ki, qalxar.
    Belə bir sual yaranır: İnsan təxəyyül qüvvəsinə tabedirmi? Bu sirli qüvvə sərçə tək o budaqdan bu budağa uçub, insan vücuduna hökm edirmi? Yoxsa təxəyyül qüvvəsinin hakimliyi naqislikdən doğur? Kamil insanlar, vilayət əhli bu qüvvəni cilovlaya bilirmi?
    Şübhəsiz ki, bu qüvvəni cilovlamaq olar. Bəşəriyyətin mühüm vəzifələrindən biri məhz bu qüvvəni nəzarət altına almaqdır. Yoxsa bu şeytansifət qüvvə Allaha yaxınlaşmağa macal verməz, bütün istedadları zaya çıxarar.
    Xəyal gün uzunu insanla oynar,
    Gah xeyir, gah da şər üstdə dayanar.
    Bir səs ruhu çağırar ərşə sarı,
    O birinin tənəzzüldür şüarı.
    Bəndəlik yolunu gedənlər ikinci mərhələdə belə bir qənaətə gəlirlər ki, təxəyyül qüvvəsini cilovlasınlar. Təxəyyül qüvvəsi ram edildikdən sonra insandakı fitri allahpərəstlik hissi çiçəklənir, təxəyyül qüvvəsi yolçuya maneə yarada bilmir. Həzrət Peyğəmbər (s) buyurur: "İki gözüm yatır, amma qəlbim oyaqdır.”("Misbahul-şəriət”, 44; "Biharul-ənvar”, 64-252 )
    Sənin gözün açıq, qəlbin yatırkən
    Gözü bağlı qəlbi oyaq kəsəm mən.
    Ərşə qalxıb yendirmişəm xəyalı,
    Məndən yuxarıya yoxdur macalı.
    Təxəyyül qüvvəsini cilovlamaq mümkündür. Quranda oxuyuruq: "Allah kimsəni gücündən artıq yükləmir.”("Bəqərə”, 286 )İnsan imkan həddində diqqətini Allaha yönəltməlidir. Riyazət əhli bu səhnəyə başqa yolla daxil olur. Onlar cismlərinə əziyyət verməklə hansısa həddə müvəffəq olurlar. Həqiqi İslam ibadət yolu ilə təxəyyül qüvvəsinin cilovlanmasına çağırır. Diqqətin Allaha yönəlməsi, tədbir sahibinin hüzuru barədə düşüncə təxəyyülün ram edilməsi üçün zəmin yaradır. İbn Sina deyir: "Mərifət əhlinin nəzərində ibadət təlaşlar, nəfs və xəyal qüvvələrinin adəti üçün təkrardır. İbadət yolu ilə Allahın hüzuru duyulur, diqqət təbii və maddi məsələlərdən Allaha yönəlir. Nəticədə təxəyyül qüvvəsi ilahi fitrətə təslim olur. Belə ki, insan istədiyi vaxt diqqətini haqqa yönəldə bilir. İbadət sayəsində həmin qüvvələr müxalif fəaliyyət göstərmir, iki daxili qüvvə arasında çəkişmə yaranmır, batini meyl təxəyyül qüvvələrinin maneçiliyi olmadan məqsədə doğru hərəkət edir.”("İşarat” )
    Üçüncü mərhələ
    Bəli, ruh elə bir mərhələyə çatır ki, bir çox işlərdə bədənə ehtiyac duymur. Hansı ki, cisim tam şəkildə ruha möhtacdır. Ruh və cisim bir-birinə ehtiyaclıdır. Cisim ruhun sayəsində yaşayır, ruh cismi hifz edir. Ruhla bədən arasındakı əlaqə kəsildikdə cisim məhv olur. Digər bir tərəfdən, ruh öz fəaliyyətlərində cismin seçimlərinə ehtiyaclıdır. Ruh əzalar işə düşmədən bir iş görə bilmir.
    Ruhun cisimdən ehtiyacsızlığı dedikdə, bəzi fəaliyyətlər nəzərdə tutulur. Bu ehtiyacsızlıq bəzən bir an çəkir, bəzən bir müddət uzanır. Belə bir hal "xəli-bədən” adlanır.
    İşraqi filosof Söhrəvərdi: "Biz cisimdən azad olmayanı hikmət sahibi saymırıq.” Mir Damad deyir: "Cismin hakimiyyətindən qurtuluş bir insanda xasiyyətə çevrilməmişsə, onu hikmət sahibi saymırıq. Hikmət sahibi istədiyi vaxt bu halı əldə edə bilməlidir.” Tədqiqatçılar bilməlidirlər ki, belə hal yüksək kamillik göstəricisi deyil. Misal aləmini adlamamış, dərk olunan qeybə qədəm qoymamış insanlarda da belə hal ola bilər.
    Dördüncü mərhələ
    Bu mərhələdə cisim insanın əmr və iradəsinə o qədər tabe olur ki, onun özündə fövqəladə hallar müşahidə olunur. İmam Sadiq (ə) buyurur: "Səy və nəfs istəyi bir işə münasibətdə gücünü göstərirsə, cisim həmin iş qarşısında aciz qalmır.”(Səduq, "Əmali”, 293 )
    Beşinci mərhələ
    Beşinci mərhələ xarici təbiətin də insan iradəsinə tabe olduğu ən üstün mərhələdir. Peyğəmbərlərin, imamların və övliyaların möcüzə və kəramətləri bu mərhələdə özünü göstərir. Möcüzələr təbiət üzərində vilayət nümunəsidir.
    Əsanın əjdahaya çevrilməsi, kor gözün açılması, ölünün dirilməsi kimi hadisələr təbii vilayət göstəricisidir.
    Bəziləri elə düşünürlər ki, möcüzə və fövqəladə işlərdə şəxsin rolu yoxdur. Guya şəxs yalnız nümayiş səhnəsidir və bütün bu işləri görən Allah özüdür. Guya möcüzə həddinə çatmış iş insanın gücündə deyil. Belə bir təsəvvür yanlışdır. Müqəddəs ilahi zatın heç bir vasitəsiz iş görməsi Quranla bir araya sığmır. Quran açıq şəkildə bəyan edir ki, möcüzə peyğəmbər tərəfindən həyata keçir. Əlbəttə ki, Allahın izni zəruri şərtdir.
    Amma unutmamalıyıq ki, Allahın izni insanlar arasında olduğu kimi söz və ya işarə ilə izn deyil. İnsana möcüzə imkanı verən kamalın əta oluması özü bir izndir. Quranda oxuyuruq: "Heç bir peyğəmbər Allahın izni olmadan möcüzə göstərməz...”("Momin”, 78 ) Hazırkı ayədə möcüzənin peyğəmbər tərəfindən göstərildiyi bildirilir. Amma qeyd olunur ki, bu işdə Allahın izni şərtdir. Çünki, istənilən bir mərtəbəyə yüksəlmiş bir mövcud Allah iradəsinin təcəlla məhəllidir.
    Peyğəmbərlər bütün işlərində, eləcə də öz möcüzələrində qeybi yardımlara istinad edir. Allah-təala Səba mələkəsi haqqında danışarkən buyurur: "Kitabdan elmi olan kəs dedi: "Mən onu kipriklərin bir-birinə dəyməmiş yanına gətirərəm.”(Nəml”, 40 ) Quranda buyurulur ki, bu şəxs güc-qüvvəni özünə aid etdi. Həm də bildirdi ki, lövhi-məhfuzdan elmə malik olduğu üçün belə deyir. Bu nöqtələrdən aydın olur ki, fövqəladə iş lövhi-məhfuza, Allaha yaxın məqama bağlılıqla əldə olunan elm əsasında baş tutur.
    Demək, Quran belə bir mənanı qəbul edir ki, insan fitrətinə uyğun hərəkət etməklə, nəfsini saflaşdırmaq və elm öyrənməklə kainata təsir göstərə bilər. Bütün bunlar Allaha yaxınlığın nəticəsidir. Hər kəs Allaha yaxın olduğu qədər təbiətə təsir gücünə malikdir.
    İmam Sadiq (ə) həzrət Peyğəmbərdən (s) Allah-təalanın qüdsi hədisdə belə buyurduğunu nəql edir: "Bəndə yalnız mənə sevimli vacibatlarla yaxınlaşar. Bəndəm müstəhəb əməllər vasitəsi ilə mənə yaxınlaşır və mənim sevimlim olur. Elə ki, mənim sevimlim oldu, onun eşidən qulağı, görən gözü, danışan dili, götürən əli olaram. Məni çağırsa cavab verərəm, məndən istəsə əta buyuraram.”("Kafi”, 2-352 )
    Beləcə, kamil insanlıq məqamına çatmaq üçün bəndəlik yolunu keçmək lazımdır. Bəndəliyin nəticə və mahiyyəti həmin müdiriyyət, vilayət və təsirdir. Çünki insan Allaha yaxınlaşmaqla əziz olur, kainata təsir gücü əldə edir. Bəli, Allaha yaxınlaşan insan onun izni ilə təbiət üzərində ixtiyar qazanır.
    Əhli-beyt (ə) ibadət və bəndəliklə elə bir məqama çatmışdır ki, Allaha cin və insdən, mələklər və digər ağıl sahiblərindən yaxın olmuşdur. Bu səbəbdən də onun təsir və vilayət dairəsi daha genişdir.
    Əhli-beyt (ə) və bəndəlik yanğısı
    Lənətə gəlmiş Müaviyə Zirağ Zəbabiyə dedi: "Sən həmişə Əli (ə) ilə olmusan, onun haqqında danış.” Zərar dedi: "Məni üzürlü say.” Müaviyə dedi: "Üzürlü saymıram.” Zərar dedi: "Eləsə, danışmaya bilmirəm. Ey Müaviyə! Şahidəm ki, gecə pərdəsini çəkən vaxt Əli (ə) mehrabda durar, saqqalını əlinə alar, ilan çalmış adam tək qıvrılar, qəm dəryasına batanlar tək ağlayar və deyərdi: "Ey dünya! Məndən uzaq ol. Özünü mənəmi tanıtdırırsan?! Yoxsa mənə tamah salmısan?! Uzaq ol, başqasını aldat. Sənə ehtiyacım yoxdur. Sənə üç təlaq vermişəm və geriyə yol yox. Dövrün qısa, boyun alçaq, arzun kiçik!”
    Həmin məqamda Müaviyə ağladı, cəmiyyəti də qəhər boğdu. Sonra üzünü Zərara tutub dedi: "Ona məhəbbətin necədir?” Zərar dedi: "Yeganə övladının başı ətəyində kəsilən qadının eşqi necədir? Qəm-qüssə içində necə keçinir? Mən də eləyəm!”(Hilyətul-əvliya”, 1-84; "Mürucuz-zəhəb”, 2-433 )
    Lalə simalı könül sızladı canan oduna,
    Getdi varım, malü mülküm bu xəyalın badına.
    Əhli-beyt (ə) və fəna məqamı
    Əhli-beyt (ə) bəndəlik və ibadətdə nəinki dövranla bağlı təxəyyüllərə qapılmamış, hətta Haqqın müqəddəs dərgahında əriyib fəna olmuşlar. Onlar Allaha bəndəlik qapısında bir anlıq yox, daim bu halda yaşamışlar. Hətta müstəhəb əməllərin yerinə yetirilməsinə ciddi səy göstərmiş, nəfəs dərməmişlər!
    Əmirəl-möminin (ə)
    Rəvayətdə nəql olunur ki, Ühüd savaşında Əmirəl-mömininin (ə) ayağına ox batdı. Həmin vaxt həzrət ömrünün iyirmi üçüncü ilini yaşayırdı. Ox əti, dərini, damarları və sümüyü bir-birinə tikmişdi. Yara o qədər ağrılı idi ki, həzrət oxu çıxarmağa icazə vermirdi. Cərrah Peyğəmbərin (s) yanına şikayətə getdi. Həzrət buyurdu: "Gözlə, namaz vaxtı işini gör. Əli (ə) namaza duranda diqqətini yalnız Allaha yönəldib, məhbubun camalında fəna olur.”("Muhəccətul-bəyza”, 1-397 )
    Sünnə əhli alimlərindən olan Came bu əhvalatı çox gözəl şəkildə nəzmə çəkmişdir.
    Ühüd günü qovğa qopan bir zaman
    Düşmən oxu keçdi tənindən tamam.
    Gözlədilər mehraba üz tutmağın,
    Onda ki, həzrət unudur sol-sağın.
    Çəkdilər, oxdan xəbəri olmadı,
    Can çıxaran ağrıları bilmədi...
    İmam Həsən Müctəba (ə)
    İmam Həsən (ə) haqqında nəql olunur ki, həzrət öz ömrünün ən abid, ən zahid və ən üstün şəxsi olmuşdur. Həcc ziyarəti zamanı həzrət çox vaxt ayaqyalın Mədinədən Məkkəyə gedərdi. Ölümü yada saldıqda ağlayar, qəbirdən danışıldıqda pərişan olar, Qiyamət və məhşər yada salındıqda üzüntü keçirərdi. Siratdan keçmək barədə düşündükdə həzrət göz yaşı axıdar, Allah qarşısında hesab barədə fikirləşdikdə fəryad çəkər, qorxudan huşunu itirərdi. Namaz zamanı Allah qorxusundan əzaları titrəyər, behişt və cəhənnəmdən danışıldıqda ilan çalmış kimi iztirab keçirər, Allahdan behişt diləyib cəhənnəm əzabından ona pənah aparardı. "Ya əyyühəl-ləzinə amənu” tilavət olunduqda "ləbbəykə allahummə ləbbəyk” söyləyərdi.(Səduq, "Əmali”, 178 )
    Həzrət dəstəmaz aldığı vaxt onun çöhrəsi saralar, bədəni əsərdi. Bu barədə soruşanlara belə cavab verirdi: "Ərşin Rəbbi qarşısında dayanan kəsin rəngi saralsa, əzası titrəsə yaxşıdır.”
    Məscidin qapısına çatdığı vaxt imam üzünü səmaya tutub deyərdi: "Pərvərdigara! Sənin qonağın qapı ağzında dayanıb. Ey bağışlayan Allah, hüzuruna günahkar gəlib. Ey Allah, ey mehriban! Öz böyüklüyünə xatir günahlarımından keç.”("Əl-mənaqib”, 4-14; "Biharul-ənvar”, 43-339, bab 16, hədis 13 )
    İmam Səccad (ə)
    İmam Sadiq (ə) buyurur: "Əli ibn Hüseyn (ə) (Səccad) Əlinin (ə) həyatı barədə oxuduqda deyərdi: "Axı buna kim dözər?! Kimdə buna səbr var?!”(Kafi”, 8-163 ) İmam Sadiq (ə) buyurur ki, sonra oxuduqlarına əməl edirdi.” Bir gün Cabir ibn Əbdüllah imam Səccada (ə) deyir: "Ey Allah rəsulunun oğlu! Məgər Allah behişti sizlər və sizin dostlarınız üçün yaratmayıbmı? Məgər od sizin bədxahlarınız və düşmənləriniz üçün deyilmi? Bəs bir bu qədər iztirab nə üçündür?” Həzrət buyurdu: "Ey Allah rəsulunun səhabəsi! Bilmirsənmi ki, Allah keçmiş və gələcəyin bilgisini babalarıma əta edib?! Bununla belə Peyğəmbər (s) Allaha ibadət yolunda çətinliyi heç vaxt boşlamayıb, daim Həzrət Haqqa ibadət edib.” Həzrətdən soruşulduqda ki, məgər sənin keçmiş və gələcəyin bağışlanmayıb? Həzrət cavabında buyurdu: "Şükür edən bəndə olmayaq?!”(Tusi, "Əmali”, 636)
    İmam Sadiq (ə) buyurmuşdur: "Atam gecə yarı namaza durar, o qədər səcdədə qalardı ki, yuxuya getdiyini düşünərdik.”("Qürbül-isnad”, 5-4; "Biharul-ənvar”, 84-197, bab 12, hədis 4 )
    Bəli, bütün bu hallar Əhli-beytin (ə) Allah hüzurunda fəna məqamını göstərir. Onlar bir növ öz cisimləri və dünyadan ayrılırdılar və müqəddəs ruhları möhkəm şəkildə haqqın ruhuna bağlanırdı. Rəvayətdə deyilir ki, bir gün imam Baqir (ə) atası imam Səccadın (ə) hüzuruna gəldi. Həzrət başa düşdü ki, onun atası ibadət və bəndəlik baxımından kimsəyə müyəssər olmayan bir yerə çatıb. Onun çöhrəsi gecə ibadətindən saralıb, ağlamaqdan gözləri qızarıb, alnı qabarlayıb, namazda çox dayanmaqdan ayaqlarına ağrı gəlib.
    İmam Baqir (ə) buyurur: "Atam həmin vaxt dərin düşüncəyə qapıldığından mənim gəlişimdən xeyli sonra xəbər tutdu. Gördü ki, ağlayıram. Üzünü mənə tutub buyurdu: "Övladım! Əmirəl-mömininin ibadəti haqqındakı yazını gətir.” Mən yazını gətirdim. Atam buyurdu: "Kim Əli ibn Əbi Talib (ə) kimi ibadət edə bilər?!”("Əl-mənaqib”, 4-149 )
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 662 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2021