İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 10:42 PM
    İmam Hüseynin (ə) əxlaqından bir neçə nöqtə
    Mömini sevindirmək
    İmam Hüseyndən (ə) belə nəql olunur: "Həzrət Peyğəmbər (s) buyurdu: "Namazdan sonra ən üstün iş möminin qəlbini şad etməkdir. Əlbəttə günah işlə yox!”
    Bir gün imam itlə oturub çörək yeyən qulam gördü. Səbəbini soruşdu. Qulam dedi: "Ey peyğəmbər oğlu, pərişanlığım var, istəyirəm bu iti sevindirib, qəmdən qurtaram. Dərdim budur ki, yəhudi ağamın əsarətindən qurtarmaq istəyirəm.” İmam Hüseyn (ə) qulamın ağasına iki yüz dinar verib onu azad etmək istədi. Qulamın ağası dedi: "Qulam sənə fəda olsun, bu bağı da ona bağışladım.” Sonra pulları həzrətə qaytarmaq istədi. İmam da buyurdu ki, mən də bu malı sənə bağışladım.” Ağa dedi: "Hədiyyəni qəbul etdim və onu da qulama verirəm.” Hüseyn (ə) də buyurdu ki, mən də qulamı azad edir və bu malları ona bağışlayıram.” Ağanın zövcəsi gördüyü səhnənin təsiri altında İslamı qəbul etdi və dedi: "Mən də öz mehriyyəmi ərimə bağışladım.” Zövcəsinin ardınca ağa da İslamı qəbul etdi və evini zövcəsinə bağışladı.
    Bəli, bir addım atmaqla qul azad oldu, ehtiyacı ödəndi, kafir İslamı qəbul etdi, ərlə arvad arasında səmimiyyət yarandı!("Əl-mənaqib”, 4-16; "Biharul-ənvar”, 43-341, bab 16, hədis 14 )
    İnsanların ən kərimi
    Bədəvi bir ərəb Mədinəyə daxil oldu. O şəhərin ən kərim adamı haqqında soruşdu. Ona imam Hüseyni göstərdilər. Ərəb məscidə daxil olanda imam namaz qılırdı. Həzrətin qarşısında durub bir şer oxudu:
    Qapınızda duran getməz ümidsiz,
    Başdan-başa kərəm, səxavətsiniz.
    Atan zalımların qırdı qəddini,
    Nurunuzda keçdik əzab səddini.
    Həzrət ərəbə salam verib Qəmbərə buyurdu: "Hicaz malından bir şey qalıbmı?” Qəmbər dedi: "Bəli, dörd min dinar qalıb. Həzrət buyurdu: "Onu gətir, bu adama daha çox lazımdır.” Sonra mübarək ridasını çıxarıb dinarları ona bükdü və ərəb utanmasın deyə bacadan atdı. İmam belə bir şer söylədi:
    Gəl götür bu malı bağışla bizi,
    Bundan artığına imkan yox düzü.
    Əlimdə ixtiyar olsaydı əgər
    Ruzi yağdırardı başına göylər.
    Ərəb malı götürüb əyləşdi və ağlamağa başladı. Həzrət buyurdu: "Bəlkə verdiklərim az olduğu üçün ağlayırsan?” Kişi dedi: "Ağlayıram ki, torpaq belə bir açıq əli kamına çəkəcək!”("Biharul-ənvar”, 43-252, bab 16, hədis 29 )
    Borc
    İmam Hüseyn (ə) xəstəlik yatağına düşmüş Üsamə ibn Zeydi yoxlamağa getdi. Üsamə ardıcıl təkrarlayırdı: "Aman bu qəm-qüssədən!” İmam buyurdu: "Qardaşım, nə üçün pərişansan?” Dedi: "Altımış min dirhəm borcum var.” Həzrət buyurdu: "Onu ödəmək mənim öhdəmə.” Dedi: "Qorxuram öləm borcum qala.” Həzrət buyurdu: "Ölümündən qabaq onu ödəyərəm.” İmam dediyi kimi də etdi.("Əl-mənaqib”, 4-75 )
    Xidmət nişanəsi
    Kərbəla hadisəsindən sonra imam Hüseynin çiynində yara gördülər. İmam Zeynəlabidindən (ə) bu yara haqqında soruşdular. Həzrət buyurdu: "Bu dəri kisənin ağırılğından yaranıb. İmam bu kisədə dul qadınlara, yetimlərə və yoxsullara daim ruzi aparardı.”("Əl-mənaqib”, 6-66; "Biharul-ənvar”, 44-190, bab 26, hədis 2 )
    Müəllimə ehtiram
    Əbdürrəhman Səlmi imam Hüseynin (ə) övladlarından birinə "Həmd” surəsini öyrədirdi. Körpə atasına surəni qiraət etdiyi vaxt həzrət müəllimə min dinar və min qiymətli daş verib ağız dolusu xalis dür bağışladı. Həzrəti bu həddə bəxşişinə görə qınadılar. Həzrət buyurdu: "Mənim verdiklərim onun verdiyi ilə necə ölçülə bilər?!”("Əl-mənaqib”, 4-65 )
    Razılığımı qazan!
    İmam Hüseynlə (ə) qardaşı Məhəmməd Hənəfiyyə arasında mübahisə düşdü. Məhəmməd həzrətə yazdı: "Qardaşım, mənim də sənin də atan Əlidir (ə). Bu cəhətdən nə mən səndən üstünəm, nə də sən məndən. Anan peyğəmbər qızı Fatimədir (s.ə.). Anamın dünya qədər qızılı olsa, fəzilətdə anana çatmaz. Məktubumu alanda yanıma gəl ki, razılığımı əldə edəsən. Çünki yaxşılıq etmək sənə daha çox yaraşır. Allahın salamı rəhməti və bərəkəti olsun sənə!” İmam Hüseyn məktubu oxuduqdan sonra qardaşının yanına getdi. Bir daha aralarında mübahisə olmadı.("Əl-mənaqib”, 4-66)
    Azadlığın sonu
    Aşura günü imam Hüseynə təklif olundu ki, Yezidə tabe olub beyət etsin və onun istəkləri ilə razılaşsın. İmam buyurdu: "Həmd olsun Allaha, zəlil insanlar tək sizə əl uzatmaram. Savaş meydanında qovulan tək qaçmaram.” Sonra fəryad çəkdi: "Ey Allahın bəndələri! Hesab gününə inanmayan hər bir təkəbbürlüdən Rəbbimə və Rəbbinizə pənah aparıram!”("Əl-mənaqib”, 4-66 )
    Möhtackən məxluqa əl açmayan kəs
    Allah-təaladan alası əvəz.
    Daha üstün salam
    Ənəs deyir: İmam Hüseynin (ə) yanında idim. Bir kəniz ona bir dəstə reyhan verib salamlaşdı. Həzrət buyurdu: "Allah yolunda azadsan!” Həzrətə dedim: "O sizə dəyərsiz bir reyhan dəstəsi verdi, siz bunun müqabilində onu azad etdiniz!” Həzrət buyurdu: "Allah bizi belə tərbiyə edib. Allah-təala buyurur ki, sizə salam veriləndə onu daha yaxşı şəkildə və ya verildiyi tərzdə cavablandırın; Şübhəsiz, Allah hər şeyin hesabını aparandır.("Əl-mənaqib”, 4-66 ) Onu kənizlikdən azad etmək salamını daha yaxşı almaq idi!”("Əl-mənaqib”, 6-66 )
    İnsanın dəyəri
    Bir ərəb imam Hüseynə (ə) dedi: "Ey peyğəmbər övladı! Boynumda kamil bir diyə var və onu ödəməyə gücüm çatmır. Düşündüm ki, onu ən səxavətli insandan istəyim. Peyğəmbər əhli-beytindən səxavətlisini isə tanımıram.” Həzrət buyurdu: "Ey ərəb qardaş, səndən üç məsələ soruşacağam. Əgər birinə cavab versən ehtiyacının üçdə birini, ikisinə cavab versən ehtiyacının üçdə ikisini, üçünə cavab versən bütün ehtiyacını ödəyəcəyəm.” Ərəb dedi: "Sənin kimi elm sahibi mənəmi sual verəcək?” Həzrət buyurdu: "Bəli, cəddim peyğəmbər buyurub ki, dəyər mərifət ölçüsündədir.” Ərəb dedi: "Soruş, bilsəm deyərəm, bilməsəm sizdən öyrənərəm. Güc və qüvvət yalnız Allah tərəfindəndir.” Həzrət buyurdu: "Ən üstün əməl hansı əməldir?” Ərəb dedi: "Allaha iman.” Həzrət soruşdu: "Təhlükədən qurtuluş yolu nədir?” Ərəb dedi: "Allaha təvəkkül.” Həzrət buyurdu: "Kişinin zinəti nədir?” Ərəb dedi: "Səbirlə müşayiət olunan bilik.” Həzrət buyurdu: "Bu olmasa?” Ərəb dedi: "Səxavətlə müşayiət olunan sərvət.” Həzrət buyurdu: "Bu olmasa?” Kişi dedi: "Səbirlə müşayiət olunan yoxsulluq.” Həzrət buyurdu: "Əgər bu da olmasa necə?” Ərəb dedi: "Göydən şimşək enib belə bir insanı yandırsın! O bundan başqa şeyə layiq deyil!” İmam gülümsündü və min dinarlıq bir pul kisəsini ona verdi. Barmağındakı iki yüz dirhəmlik üzüyünü ona əta edib buyurdu: "Ey ərəb! Min dinarı borclarına ver, üzüyü dolanışıq xərci üçün sat.” Ərəb verilənləri alıb dedi: "Allah daha yaxşı bilir ki, risaləti kimə verir!”("Nisa”, 86 )
    İmam Zeynəlabidinin (ə) əxlaqi səciyyələrindən
    Təhqirə cavab
    İmam Zeynəlabidinin (ə) qohumlarından biri həzrətin üzərinə səsini qaldırıb onu təhqir etdi. Həzrət ona bir kəlmə də cavab vermədi və kişi dönüb getdi.
    İmam ətrafındakılara buyurdu: "Onun nə dediyini eşitdinizmi? İstəyirəm mənimlə gəlib ona verəcəyim cavabı eşidəsiniz.” Dedilər səninlə gəlirik, biz ona cavab verməyinizi istədik.” Həzrət ayaqqabılarını geydi və ayağa qalxıb Quran ayəsi oxudu: "O kəslər ki, qəzəblərini udar, xalqa güzəşt edərlər; Allah xeyir əməl sahiblərini sevir.”("Kəşful-ğəmmə”, 2-31 )İmamı müşayiət edənlərdən biri deyir ki, biz imamın ona təhqirlə cavab verməyəcəyini bilirdik. Hər halda onunla gəldik. İmam onu çağırdı, Əli ibn Hüseynəm dedi. Ev sahibi bayıra çıxdı. O əmin idi ki, imam bir az əvvəlki təhqirə cavab verməyə gəlib. Həzrət buyurdu: "Bir qədər mənim yanımda qaldın, mənim haqqımda nələr dedin! Əgər mən sən deyən kimiyəmsə Allahdan bağışlanma diləyirəm, əgər dediklərin məndə yoxsa, Allah səni bağışlasın.” Həmin şəxs imamın alnından öpdü və dedi: "Dediklərim səndə yoxdur, mən özüm dediyim sözlərə layiqəm.” Rəvayətçi deyir ki, həmin şəxs imamın əmisi oğlu Həsən ibn Həsən idi!("Cameul-əxbar”, 137 )
    Cüzam xəstələrə məhəbbət
    İmam Sadiq (ə) buyurur: İmam Səccad (ə) cüzam xəstəliyinə yoluxmuş xəstələrin yanından ötdüyü vaxt onu öz süfrələrinə dəvət etdilər. Həzrət buyurdu: "Əgər oruc olmasaydım sizinlə əyləşərdim.” Evə çatdıqdan sonra göstəriş verdi ki, xüsusi xörək hazırlasınlar. Sonra həmin adamları dəvət edib bir süfrə arxasında onlarla əyləşdi.("Ali-İmran”, 134 )
    Hakimin əfvi
    Hişam ibn İsmail Əbdül Məlik Mərvan tərəfindən Mədinəyə hakim təyin olunmuşdu. Həzrət Əlinin nəvəsi Abdullahdan nəql olunur: Hişam ibn İsmail çox pis qonşu idi. O imam Səccada (ə) əziyyət verirdi. Vəzifədən çıxarıldıqdan sonra Vəlid ibn Əbdül Məlikin fərmanı ilə onu qolu bağlı saxlayırdılar. İmam onun yanından ötərkən salam verdi. Öz yaxınlarına tapşırdı ki, məbada kimsə onu təhqir etsin.(Müfid, "İrşad”, 2-145; "Biharul-ənvar”, 46-545, bab 5, hədis 1 )
    Əmin-aman fəza
    İmam Əli ibn Hüseyn (ə) öz qulamını üç dəfə çağırsa da qulam ona səs vermədi. İmam ondan bu işin səbəbini soruşduqda dedi: "Özümü sizin tərəfinizdən əmin-amanlıqda hiss edirəm.” Həzrət buyurdu: "Allaha şükr edirəm ki, xidmətçilərim əmin-amanlıqdadır.”("Kafi”, 2-123 )
    Gizli ehsan
    Mədinədə yaşayan bir ailə ehtiyaclarının haradan ödəndiyini bilmirdi. İmam Əli ibn Hüseyn (ə) dünyasını dəyişəndə başa düşdülər ki, onlara kömək edən imam imiş.
    Nəql edirlər ki, imam gecələr daim bir torba dirhəm və dinar götürüb yoxsulların qapısı ağzında paylaşdırırdı. İmam dünyasını dəyişdikdən sonra bu işin məhz onun tərəfindən görüldüyü aydınlaşdı.(Müfid, "İrşad”, 2-147; "Biharul-ənvar”, 46-56, bab 5, hədis 5 )
    Namaz və ehsan
    Əbu Həmzə Somali deyir: İmam Səccad (ə) namaz qıldığı vaxt ridası çiynindən düşdü. İmam buna əhəmiyyət vermədən namazını qıldı. Ridasını nə üçün götürmədiyini soruşdum. Buyurdu: "Vay olsun sənə! Bilirsənmi kimin qarşısında dayanmışdım?! Bəndənin namazı yalnız qəlbən qıldığı qədər qəbuldur.”
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 649 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024