İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 2:29 PM
    Xarakter baxımından peyğəmbərin oxşarı
    Əmirəl-möminin Əli (ə) həzrət Həsənə (ə) baxıb buyurdu: "Mənim bu övladım sizin ağanızdır. Çünki Allahın rəsulu onu ağa adlandırıb. Ondan bir şəxs dünyaya gələr ki, adı peyğəmbərin adından olar, xasiyyətcə ona bənzəyər.”("Kafi”, 1-506 )
    Abdullah ibn Əta deyir: İmam Sadiqdən (ə) həzrət Mehdinin (ə) xasiyyəti haqqında soruşdum. Buyurdu: "Eynən peyğəmbər kimi rəftar edər...”("Biharul-ənvar”, 52-354, bab 27, hədis 13 )
    İbn Abbas peyğəmbərin dilindən nəql edir: "Onların doqquzuncusu Əhli-beytimin (ə) qaimi, ümmətimin Mehdisidir. Sima, danışıq, əməl baxımından mənə ən çox oxşayan odur...”("Biharul-ənvar”, 51-39 )
    Əhməd ibn İshaq ibn Səiddən rəvayət olunur ki, Əba Məhəmməd Həsən ibn Əli Əskəri (ə) buyurmuşdur: "Allaha şükür olsun ki, məni dünyaya gətirməzdən canişinimi göstərdi. O xasiyyətcə peyğəmbərə ən çox oxşayan kəsdir.”(Biharul-ənvar”, 52-352, bab 27, hədis 108 )
    Kəbül-Əxbar Qutabənin dilindən deyir: "Mehdi insanların ən üstünüdür... O insanların sevimlisidir.”(Biharul-ənvar”, 52-379, bab 27, hədis 187 )
    Ədalətin bərpası
    Əli ibn Musaya (ə) deyilir: "Ey peyğəmbər oğlu, siz Əhli-beytin (ə) qaimi kimdir?” Buyurur: "Mənim dördüncü oğlum, kənizlər xanımının övladı! Allah zülm-sitəmi onun vasitəsi ilə yer üzündən götürər, hər zalımdan təmizləyər... Elə ki zühur etdi, yer üzü Allah nuruna boyanar, insanlar arasında ədalət bərpa olunar, biri o birinə zülm etməz.”("Kəmalud-din”, 2-118 )
    Əli ibn Əqəbə atasından belə nəql edir: Elə ki Mehdi qiyam qaldırdı, ədalətlə hökm verər, zülm-sitəm aradan qalxar. Hər kəsin haqqı sahibinə qaytarılar.”("Əqdud-durər”, 152 )
    Əmirəl-möminindən (ə) nəql olunur ki, Peyğəmbər (s) buyurdu: "Onların sonuncusunun adı mənim adımdandır. Yer üzü zülmə büründükdən sonra o qiyam qaldırıb ədaləti bərpa edər...”("Kəmalud-din”, 2-371, bab 35, hədis 5 )
    Həzrət Əli (ə) nəql edir ki, həzrət Peyğəmbər (s) buyurdu: "Nida çəkilər ki, bu, Allahın xəlifəsi Mehdidir (əc.), ona tabe olun; yer üzü zülmə büründükdən sonra ədaləti bərpa edər; bir vaxt ki, hərc-mərclik dünyanı ağuşuna alar, bir zümrə o birini qətliam edər; nə böyüklər kiçiyə, nə də güclülər zəiflərə rəhm edər; belə bir vaxtda Allah ona zühur izni verər.”(Müfid, "İrşad”, 2-384; "Biharul-ənvar”, 52-338, bab 27, hədis 83 )
    İmam Cəfər ibn Məhəmməd Sadiq (ə) buyurur: "Qaimin ədalətindən görünən ilk şey nida çəkənin onun tərəfindən nidasıdır...”("Biharul-ənvar”, 52-379, bab 27, hədis 186 )
    İmam Mehdinin (əc.) yer üzündə ədaləti bərpa etməsini təsdiqləyən yüz iyirmi rəvayət var.
    Sülh və əmin-amanlıq
    Əmirəl-möminin buyurur: "Bizim Qaim qiyam edən vaxt... Bəndələrin qəlbindəki düşmənçilik aradan qalxar.”("Biharul-ənvar”, 52-380, bab 27, hədis 188 )
    İmam Baqir (ə) buyurur: "(İmamın köməkçilərindən 300 neçəsi yer üzünə hakim olan vaxt) əldən düşmüş qarı heç bir maneəsiz şərqdən qərbə gedər...”("Kafi”, 4-428 )
    Əli ibn Üqbə atasından belə nəql edir: "Qaim (əc.) qiyam edən vaxt yollar əmin-aman olar.”("Əl-xisal”, 2-626; "Biharul-ənvar”, 52-316, bab 27, hədis 11 )
    Hər yerdə rifah
    İmam Baqir (ə) buyurur: "Əhli-beytimin Qaimini (ə) görən zərər çəkənlər şəfa tapar, zəiflər qüdrətə çatar.”("Biharul-ənvar”, 52-345, bab 27, hədis 91 )
    İmam Sadiq (ə) buyurur: "Bizim Qaim (ə) qiyam edəndə sizlər əl tutmağa, zəkat verməyə adam axtararsınız, amma tapmazsınız. İnsanlar Allahın fəzli ilə ehtiyacsız olur.(Müfid, "İrşad”, 2-384; "Biharul-ənvar”, 52-338, bab 27, hədis 83 )
    Əmirəl-möminin (ə) Peyğəmbərin (s) dilindən belə nəql edir: "İnsanlar var-dövlət üst-üstə qalaqlandığı halda ona üz tutub deyər: "Ey Mehdi (əc.), mənə əta et.” Həzrət deyər: "İstədiyini götür!”("Biharul-ənvar”, 52-335, bab 27, hədis 68 )
    İmam Məhəmməd Baqir (ə) buyurur: "Qaim (əc.) zühur edəndə ildə iki dəfə insanlara əta edər. Ayda iki dəfə ərzaq verər, xalq arasında bərabərlik yaradar. Belə ki, zəkata ehtiyac duyan tapılmaz. Zəkat ödəmək istəyənlər ehtiyaclı şiələrin sorağına gəlsələr də, onlar qəbul etməz. Zəkat pulları kisələrə yığılıb şiələrin evinə aparılar. Onlar bayıra çıxıb deyərlər: "Sizin pulunuza ehtiyacımız yoxdur.” İmam sözünün davamında buyurur: "Bütün dünya əhlinin var-dövləti İran xaricindən və daxilindən Mehdi (əc.) üçün toplanar. Ardınca insanlara deyilər: "Qohumluq əlaqələrinizi kəsməyinizə, haram qan tökməyinizə, müxtəlif günahlara batmağınıza səbəb olan şeyə üz tutun.” Həmin vaxt imam Mehdi (əc.) kimsədən görünməyən həddə bəxşiş verər.”(Müfid, "Əl-irşad”, 2-386; "Biharul-ənvar”, 52-337, bab 27, hədis 77 )
    Allahın rəsulu buyurmuşdur: "Axır zamanda var-dövləti hesablamadan əta edən xəlifə olar.”(Biharul-ənvar”, 52-379, bab 27, hədis 186 )
    Həzrət Peyğəmbər (s) buyurur: "Allah (Mehdinin (əc.) zamanında) Məhəmməd ümmətinin qəlbini ehtiyacsız edər.”(Biharul-ənvar”, 52-390, bab 27, hədis 214 )
    Əhli-beyt (ə) şiələrinin vəziyyətindən
    İmam Əli ibn Musa (ə) buyurur: "Mehdi (əc.) möminlər üçün rəhmət, kafirlər üçün əzab səbəbi olacaq.”("Əqdud-durər”, 161 )
    İmam Əli ibn Hüseyn (ə) buyurur: "Qaim (əc.) qiyam edəndə Allah-təala şiələrimizi zərər-ziyandan qurtarar.”("Əqdud-durər”, 165 )
    İmam Məhəmməd Baqir (ə) buyurur: "Allah şiələrimizin işini asanlaşdırar...”("Kəmalud-din”, 2-376, bab 35, hədis 7; "Biharul-ənvar”, 52-322, bab 27, hədis 30 )
    İmam Əli ibn Hüseyn (ə) buyurur: "Bizim Qaim qiyam edəndə hər bir mömini zərərdən qurtarar, ona qüdrətini qaytarar.”("Biharul-ənvar”, 52-317, bab 27, hədis 12 )
    İmam Sadiq (ə) buyurur: "Bizim Qaim (əc.) qiyam qaldıranda yoldaşlıq və həmfikirlik dövrü çatar. Hər bir fərd öz ehtiyacını heç bir maneəsiz qardaşının hesabından götürər.”("Biharul-ənvar”, 52-345, bab 27, hədis 91 )
    Əqli təkamül, elmi və əxlaqi yüksəliş
    İmam Cəfər ibn Məhəmməd Sadiq (ə) buyurur: "Bizim Qaim (ə) qiyam edəndə əlini ardıcıllarının başına çəkər, bu yolla onların düşüncələrini gücləndirər, əxlaqlarını kamala çatdırar.”("Biharul-ənvar”, 52-364, bab 27, hədis 138)
    İmam Məhəmməd Baqir (ə) buyurur: "Bizim Qaim (əc.) qiyam edəndə əlini bəndələrin başına çəkər, bu yolla onların düşüncəsini gücləndirər, kamala çatdırar.”("Biharul-ənvar”, 52-372, bab 27, hədis 164 )
    İmam Cəfər ibn Məhəmməd Sadiq (ə) buyurur: "Bizim Qaim (əc.) qiyam edəndə Allah şiələrimizin görmə və eşitməsini gücləndirər, onlarla Qaim (əc.) arasında rabitə vasitəsinə ehtiyac qalmaz. Həzrət onlarla danışar, onlar onu eşidər və onu görər.”("Biharul-ənvar”, 52-336, bab 27, hədis, 71 )
    İmam Cəfər Sadiq (ə) buyurur: "Elm 27 hissədir. Peyğəmbərlər onun iki hissəsini gətirmişlər. Bu günədək insanlar həmin iki hissəsəyə malikdir. Qaimimiz (əc.) qiyam edəndə qalan iyirmi beş hissə də əldə olunub insanlara çatdırılar.”("Kamalud-din”, 2-675, hədis 30; "Biharul-ənvar”, 52-328, bab 27, hədis 47 )
    Son dəyərləndirmə
    İmam Cəfər Sadiq (ə) buyurur: "Bizim dövlət son dövlətdir... Allahın buyuruğu da budur: "İşin sonu təqvalılara xasdır.”(Biharul-ənvar”, 52-336, bab 27, hədis 72 )
    İmam Mehdiyə (əc.) necə salam verməli?
    İmam Cəfər Sadiq (ə) buyurur: "Əgər sizlərdən biri onun dövrünədək qalsa, görəndə belə desin: "Salam olsun sizə ey rəhmət ailəsinin və peyğəmbərin əhli və elm çeşməsi, risalət məqamı. Salam olsun sənə, ey Allahın yer üzündə varisi.”
    Əgər həzrət Mehdinin (əc.) əxlaqi və insani keyfiyyətləri yetərincə təsvir edilsə, heç şübhəsiz, intizar məqsədli, fəal, bərəkətli və əzəmətli olacaq.
    Əhli-beytin (ə) isar və güzəşti
    İsar və güzəşt, başqalarını özündən üstün tutmaq Əhli-beytin (ə) zati sifətidir. Əhli-beytin (ə) həyatında bu sifəti daim müşahidə etmək olar. Onlar hətta ehtiyacsız insanların müraciətinə də biganə qalmamış, onlara üz tutanı əli boş yola salmamışlar.
    Həzrət Peyğəmbər (s) buyurur: "Biz ehtiyaclını əli boş yola salmaq qorxusundan ehtiyacsıza da bağışlayırıq!”("Biharul-ənvar”, 52-336, bab 27, hədis 73 )
    Əbu Həmzə Somali deyir: İmam Zeynəlabidin (ə) öz kənizinə buyurdu: "Mənim qapıma hansı möhtac üz tutsa, onu yedirdin.” Mən həzrətə dedim: "Axı hər ağız açan ehtiyaclı olmur.” İmam buyurdu: "Qorxuram ki, kömək istəyənlər arasında ehtiyaclı ola və biz onu ac yola salaq. Həmin vaxt biz Əhli-beytə (ə) Yaquba nazil olanlar nazil olardı.”("İrşad”, 2-384 )
    Bəzən Əhli-beyt (ə) bütün olanını əta edərdi. İmam Sadiq (ə) buyurur: "Həsən ibn Əli üç dəfə ayaqqabı, libas və dinarını bütünlüklə Allah yolunda bölmüşdü.”("İddədut-dai”, 101 )
    Misilsiz isar
    Həsən ibn Bəsri deyir: Bir gün imam Hüseyn (ə) öz qulamının əyləşib çörək yediyini gördü. İmam kənarda dayanıb diqqətlə onu süzürdü. Həzrət gördü ki, qulam hər tikəsinin yarısını yanındakı itə atır. Sonda əlini qaldırıb belə dua etdi: "Pərvərdigara! Məni və ağamı bağışla. Ata-anasına bərəkət verdiyin kimi ona bərəkət ver. Səni mehribanlığına and verirəm, ey mehribanların mehribanı!” Qulamın duasından sonra imam qalxıb onu çağırdı və buyurdu: "Ey Safi!” Qulam qorxu içində qalxıb dedi: "Ey mənim ağam! Ey möminlərin ağası! Sizi görmədim məni bağışlayın.” İmam buyurdu: "Məni halal et, bağçana icazəsiz daxil oldum! Safi dedi: "Fəzilət və kərəminə xatir belə deyirsən!” İmam dedi: "Gördüm tikənin yarısını özün yeyir, yarısını itə atırsan. Nə üçün?” Qulam dedi: "Ey mənim ağam, gördüm ki, it mənə baxır. Ondan xəcalət çəkdim. Bundan əlavə o sizin itinizdir. Bağınızı düşmənlərdən qoruyur. Mən də sizin qulunuzam. Biz hər ikimiz sizin ruzinizi yeyirik.” İmam ağladı və buyurdu: "Səni Allah yolunda azad edirəm və min dinar bağışlayıram!” Qulam dedi: "Məni azad etsəniz də, sizin xidmətinizdə durmaq istəyirəm.” İmam buyurdu: "Yaxşı olar ki, kişi sözünə əməl etsin. Mən dedim ki, sənin bağına icazəsiz daxil oldum. Sözümə əməl edib, bağı da sənə bağışlayıram!” Qulam dedi: "Əgər siz onu mənə bağışladınızsa, mən də onu sizin şiələrinizə vəqf edirəm.”("İləluş-şərae”, 1-45, bab 41, hədis 1 )
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 703 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024