İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 2:16 PM
    Əhli-beytə (ə) təvəssül (bağışlanma üçün onların vasitə seçilməsi)
    Əhli-beyt (ə) aşiqləri çətinliyə düşdükdə və təbii yollarla bu çətinliyi aradan qaldırmaq mümkünsüz olduqda məsumları Allah hüzurunda vasitəçi seçir və inanırlar ki, əgər məsləhət olarsa, müşküllər həll olasıdır.
    İmam Mehdinin (ə) qeyri-adi diqqəti
    Müəllif 21-22 yaşlarından ömrünü Qum elmi hövzəsində Əhli-beyt (ə) maarifini öyrənməyə həsr etmişdir. Tətil dövründə valideynlərimi yoxlamaq üçün Tehrana gələrdim. Bir gün Əhli-beyt vilayətinin böyük müdafiəçisi, "Pişavər gecələri” kitabının müəllifi Sultanul-vaizin Şirazinin görüşünə getdim. Yanında başqa bir şəxs vardı. Ustad məni təqdim edib, "Qum tələbələrindəndir” söylədi. Bildirdi ki, hər tətildə onun görüşünə gəlirəm. Sonra həmin şəxsi mənə təqdim etdi. Bildirdi ki, həmin şəxs uzun illərdir ustadın məclislərində iştirak edir və adı Hüseynidir. Sonra Hüseyni ağaya dedi: "Əhvalatını öz dilinlə danış.”
    Hüseyni ağa söhbətə başladı: Mənim xəstəlik tarixçəm Pars xəstəxanasındadır. İstərdim özün həmin tarixçəni görüb, həkimlərin mənim müalicəmi qeyri-mümkün saymasına şahid olasan. Bir gün sübh yuxudan oyanıb dəstəmaz və namaz üçün ayağa qalxmaq istədim. Hiss etdim ki, dura bilmirəm. Zövcəmi səslədim. Zövcəmin cəhdləri faydasız oldu, ayağa qalxa bilmədim. Namazımı uzanmış vəziyyətdə qıldım. Hava işıqlananda xahiş etdim ki, həkim gətirsinlər. Həkim gəldi və müayinədən sonra bildirdi ki, mən iflic olmuşam və ömrümün sonunadək bu vəziyyətdə qalasıyam. Məni xəstəxanaya apardılar. Bir müddət xəstəxanada müayinələr aparıldı. Müalicənin mümkünsüzlüyünə əmin olan həkimlər məni evə yola saldılar. Zövcəmə dedim: "Təbabət təkcə İran, Avropa və Amerika tibbindən ibarət deyil.” Zövcəm dedi: "Zahirən belədir.” Dedim: "Mən onlardan başqa bir təbib tanıyıram.” Zövcəm dedi: "Kimdir?” Dedim: "Həzrət imam Hüseyn!” Zövcəmdən xahiş etdim ki, səfərə hazırlıq görsün və bu barədə kimsəyə bir söz deməsin. Çünki Allah mənim xeyrimi iflic qalmağımda görsəydi və şəfa tapmasaydım, zəif imanlı insanlar ümidsizləşə bilərdilər. Hətta məni məsxərəyə qoyanlar da tapılardı, Soruşanlara İsrailə müalicəyə getdiyimi söylədim.
    Ziyarətə yola düşdüm. Öncə Kərbəlada oldum. Təsadüfdən səfərimiz rəcəb ayına düşmüşdü. Bütün rəcəb ayını Kərbəlada qaldım. Hələ ki, vəziyyətimdə dəyişiklik yox idi. Zövcəmə dedim: "Pərişan olma, ümidini üzmə. Əhli-beyt (ə) bizi sevdiyindən və daha çox raz-niyaz etməyimiz üçün duamızın qəbulunu təxirə sala bilər.” Rəcəb ayı başa çatdı, şəban ayından iki üç gün keçmiş Nəcəfə, Əmirəl-mömininin (ə) ziyarətinə yola düşdük. Zövcəmin təklifi ilə əvvəlcə Hilləyə, sonra Samirraya, daha sonra Kazimeynə getdik. Artıq qərara gəlmişdim ki, vətənə döndükdən sonra məni yoxlamağa gələnlərə dərdimin çarəsiz olduğunu söyləyim. Hillədə Həzrət Seyyid Məhəmmədi ziyarət etdikdən sonra Kazimeynə yola düşdük. Avtobusda sürücünün arxasındakı oturacaqda əyləşmişdim. Zövcəm də arxa tərəfimdə oturmuşdu. Sürücünün yanındakı oturacaq boş idi. Avtobus hərəkətə başladı. Gün batana yaxın kimsəsiz bir biyabandan keçərkən yol kənarında dayanmış şəxs avtobusa əl qaldırdı. Sürücü ixtiyarsız olaraq avtobusu saxladı. Əzəmətli və ədəbli gənc bir ərəb avtobusa qalxdı. Sürücünün yanındakı oturacaqda əyləşdi. Dərhal Quran oxumağa başladı. Onun tilavəti insanı heyran qoyurdu. Düşündüm ki, Pərvərdigara, görən bu gənc ərəb kimdir? Quran qiraətindən sonra sürücüyə üz tutub buyurdu: "Bu il Xorasana imam Rizanın (ə) ziyarətinə gedəcəksənmi?” Sürücü dedi: "Bəli, uzun illərdir bu arzudayam.” Gənc ərəb əlini cibinə salıb bir miqdar pul çıxardı. Sürücüyə buyurdu: "Bu pulu nişanələrini söyləyəcəyim şəxsə verərsən və deyərsən ki, bundan artıq istəməyib!” Sonra Həmin şəxsin nişanələrini söylədi. Üzünü mənə tutub səlis fars dilində buyurdu: "Hüseyni ağa, halın necədir?” Dedim: "İflic olmuşam, gücüm çatan qədər çalışdım, amma səmərəsi olmadı.” Azca qalxıb əlini başıma çəkdi. Sonra əyləşib buyurdu: "Bir xəstəlik görmürəm.” Sonra kimsəsiz biyabanda gecənin qaranlığına baxmayaraq sürücüyə dedi: "Dayan, mən düşürəm.” Sürücü dedi: "Ağa, burada yaşayış yoxdur, nə üçün düşürsünüz? Ərəb dedi: "Buradaca saxla!” Sürücü avtobusu saxladı. Qeyri-adi müsafir avtobusdan düşdü. Sürücü ona hörmət göstərərək ardınca getdi, mən də ixtiyarsız ayağa qalxdım. Ətrafdakıların mənə heyrətlə tamaşa etdiyini gördüm. Sanki yuxudan oyandım. Tam sağalmışdım! Yalnız bunu deyə bildim: "Ya Sahibəzzəman (ə)! Ya Sahibəzzaman!
    Gizli lütf satır can əvəzinə,
    Bir can üçün əta edəsi hər nə
    Can yerinə verir isti bir qucaq,
    İnan qazancın var, yubanma nahaq
    Verdiyinə görə istər dünyanı,
    Bir anlıq da olsa dəyiş hicranı.
    Bu eşqin məstliyi tamam başqadır,
    Bu məstliyin sonu özgə eşqədir.
    Qorxma ki yandırar, dad eşq odundan,
    Yubanma dostum, keç zahid adından.
    Dəyməzmi ki, zahid verib bir tükün,
    Əvəzində ala sevgili mülkün.
    Axtarma bu eşqin dadın damağla,
    Aşkar duzqabıda şəkər soraqla.
    Ver canı bir anlıq vüsal əvəzi,
    O bir anlıq vüsal hər kəsin bəsi.
    Əhli-beytin (ə) aşiqlərdə elmi təcəllası
    Mərhum Ayətullah Haci Ağa Camal İsfahani böyük alim, dəyərli zahid, Allaha müti Əhli-beyt aşiqlərindən idi. O böyük ictihad məqamına çatdıqdan sonra Nəcəfdən İsfahana və oradan da Tehrana gəlir. Tehranın Hacı Seyid Əzizullah adı ilə tanınan mühüm məscidlərindən birində dini fəaliyyətə başlayır. O Tehran mədrəsəsində tədrislə məşğul olur.
    Onun dərslərində iştirak edənlər ustadın nurani məclisinə bağlanır və bu dərslər tədricən kəmiyyət və keyfiyyət baxımından olduqca inkişaf edir.
    Allahın nemətini görməyə gözü olmayan paxıllar və ölümdən başqasını tanımaq istəməyən lovğalar bu ilahi insanın müvəffəqiyyətlərinə dözməyib, onu hörmətdən salmaq qərarına gəlirlər. Onlar bu məqsədlə ustadı imtahana çəkmək üçün iki tanınmış filosof və fəqih ayırırlar. Bu iki nəfərdən biri mərhum Seyid Kazim Əssar olur. Alimlərə tapşırılır ki, ustadın məclisinə gedib ona çətin suallar ünvanlasınlar.
    Məsələnin mahiyyətindən xəbərsiz olan mərhum Əssar təklifi qəbul edir və ustadın dərsinə yollanır. O bu əhvalatla bağlı deyir: "Molla Sədranın "Əsfar” kitabını götürdüm. Bu kitab ən çətin və ən dəqiq fəlsəfi kitablardandır. Mən dərsə çatanda Ayətullah Hacı Ağa Camal dərsə başlamışdı. Ondan icazə istəyib sual verdim. Hamı gözünü ustadın ağzına dikmişdi. Öz batini nuraniyyəti ilə məsələnin nə yerdə olduğunu anlayan ustad buyurdu: "Əsfar”ı bağla, yenidən aç və sual ver.” Kitabı bağladım, sonra istixarə qaydası ilə açdım. Ustad buyurdu: "Səhifənin birinci sözünü oxu. Mən birinci sözü oxuyan kimi ustad bir an dayanmadan davamını söylədi. Sonra buyurdu: "Oxuduğumu izah edimmi?” Dedim ki, ehtiyac yoxdur. O birdən-birə zar-zar ağlayaraq buyurdu: "Əgər fiqh və üsuldan da soruşmaq istəyirsinizsə buyurun.” Məclisdəkilər nəfəsini udmuşdu. Ayətullah buyurdu: "Məni sınamaq üçün bir şey soruşmayın, hansı şiə kitabından sual versəniz, əzbərdən deyəcəyəm.” Sonra tələbələrə üz tutub buyurdu: "Ey tələbələr! Ey alimlər! Ey insanlar! Mən bu məqamı öz hesabıma əldə etməmişəm. Uzun müddət Nəcəfdə fiqh, üsul, hikmət, fəlsəfə, təfsir, ədəbiyyat, lüğət, məntiq və bəyan dərsləri oxumuşam. Amma ağır xəstələndim və həkimlər müalicəmin mümkünsüz olduğunu bildirdilər. Allahın lütfü ilə şəfa tapdım, ölümdən qurtuldum. Sağaldıqdan sonra başa düşdüm ki, bütün bildiklərimi unutmuşam. Anadangəlmə savadsız bir adam olmuşdum.
    Sübh vaxtı qalxıb Əmirəl-mömininin (ə) pak hərəminə yola düşdüm. Həzrətin ilahi hüzurunda ərz etdim ki, mən nə üzlə İrana qayıdım, axı qırx il sizin Əhli-beyt (ə) məktəbində oxumuşam? Düşünürdüm ki, İslam və müsəlmanlara xidmət üçün bir şey öyrənmişəm. İndi isə savadsız bir adam olmuşam. Ey Allahın seçilmişi! Ey peyğəmbər canişini! Ey peyğəmbərin elm şəhərinin qapısı! Ey müşküllərdən düyün açan! Razı olma ki, hörmətdən düşüm... Uzun təvəssüldən yorulub oradaca yuxuladım. Yuxuda gördüm ki, məni Əmirəl-mömininin (ə) hüzuruna gətiriblər. İmam mənə buyurdu: "Camal! Narahatsan?” Ərz etdim: "Bəli, çox narahatam.” Həzrətin qarşısında bir qab bal vardı. Həmin baldan bir qaşıq mənə verib buyurdu: "Bundan ye, müşkülün həll olsun.” Mən mövlamın göstərişi ilə baldan yedim. Yuxudan duranda hiss etdim ki, bütün şiə kitablarını əzbərdən bilirəm!”("Təfsirur-fərat”, 207, hədis 274 )
    Əhli-beyt (ə) bərəkətindən xalis şiələrin kəraməti
    İnsanlara təkcə Əhli-beyt (ə) yox, həm də onların həqiqi aşiqləri, göstərişlərinə müti olanlar şəfaət vermiş, ətrafdakıların problemlərini həll etmişlər.
    Axund Molla Məhəmməd Kaşi həqiqi ariflərdən, misilsiz şiə filosoflarından olmuşdur. Onun ibadət və çıxışları Allah övliyalarının ibadət və çıxışlarını xatırladır. Ustadın irfan və fəlsəfə məktəbində şəhid Ayətullah Seyid Həsən Müdərris, Hacı Şeyx Mürtəza Talibani, Hacı ağa Rəhim Ərbab, Ayətullah-üzma ağa Seyid Cəmaləddin Gülpayiqani, Ayətullah-üzma Bürucerdi kimi şəxsiyyətlər tərbiyə almışdır.
    Bir gün ustad, Sədr mədrəsəsində hücrəsinin qapısında əyləşdiyi vaxt Bəxtiyar qəbilələrindən olan bir lor ona yaxınlaşır. Övladı olmayan bu lora demişdilər ki, onun problemini axund Kaşi həll edə bilər. O da ustadın sorağınca gəlir və onu tapıb deyir: "Allahdan mənim üçün bir övlad istə.” Axund buyurur: "Bu mənim əlimdən gələn iş deyil. Bu qəbil istəklər üçün Allah yanında ləyaqətim yoxdur. Ey lor qardaş, əgər mənim mənəvi simamın şəklini mədrəsənin ayaqyolusundan assalar, kimsə ayaqyoluna getməz!” Amma axundun bu sözləri loru fikrindən daşındırmır. Axund sadəcə lorun əlindən qurtulmaq üçün deyir: "Get bir kuzə götür, mədrəsənin hovuzundakı sudan götür. Həmin sudan özün də iç, zövcən də içsin. Əgər Allah istəsə övladınız olar.” Həmin lor pak bir qəlb və niyyətlə axundun göstərişini yerinə yetirir. Növbəti il südəmər bir körpə ilə mədrəsəyə gəlir. Axunddan xahiş edir ki, uşağın qulağına azan desin!
    Rəvayətlərdə deyilir: "And olsun Allaha, kim onları sevdisə, dünya və axirət faydası ona nəsib oldu.(Biharul-ənvar”, 23-184, bab 9, hədis 47 )
    İslam peyğəmbəri çox mühüm bir rəvayətdə buyurur: "Allah kimə mənim Əhli-beytimin (ə) eşqini ruzi etsə, heç şübhəsiz həmin şəxs dünya və axirət xeyrinə çatmışdır. Kimsə şübhə etməsin, o mütləq behişt əhlidir. Çünki mənim Əhli-beytimə məhəbbətin iyirmi nəticəsi var: On nəticə dünyada, on nəticə axirətdə. Dünyadakı nəticələr: zöhd, müsbət təlaşa rəğbət, dində paklıq, ibadət şövqü, ölümdən qabaq tövbə, gecə ibadətinə həvəs, xalqın əlindəkindən ummamaq, əmr və qadağalara riayət, dünya ilə düşmənçilik, səxavət və əta. Axirətdəki nəticələr: əməl naməsinin açılmaması, mizan-tərəzinin qurulmaması, əməl naməsinin sağ ələ verilməsi, əzabdan qurtuluş vəsiqəsi, üzüağlıq, behişt libası, ailədən yüz nəfər üçün şəfaətin qəbulu, Allahın mərhəmət və nəzəri, behişt tacı, behiştə sorğu-sualsız giriş. Xoş olsun Əhli-beyt (ə) aşiqlərinin halına!”("Kimyayi-məhəbbət” )
    İmam Rizanın (ə) diqqəti
    Əbu Mənsur ibn Əbdür-Rəzzaq Tus hakiminə dedi: "Övladın varmı?” Hakim dedi: "Yox.” Əbu Mənsur dedi: "Nə üçün imam Rizanın (ə) hərəminə gedib Allahdan övlad istəmirsən? Mən orada Allahdan istədiyim çox şeyi almışam.” Hakim deyir: "İmam Rizanın (ə) ziyarətinə getdim. Allahdan istədim ki, mənə övlad əta etsin. Allah duamı bu ziyarətə xatir qəbul etdi və övlad sahibi oldum. Sonra Əbu Mənsurun yanına gedib Məşhəddə duamın qəbul olunduğunu bildirdim. O mənə hədiyyə verib ehtiram göstərdi.”("Yənabiul-məvəddət”, 2-332; "Biharul-ənvar”, 27-116, bab 4, hədis 92 )
    İmam Rizanın (ə) hərəmində duanın qəbulu
    Böyük fəqih Şeyx Səduq deyir: "Əmir Səid Rüknüd-dövlədən imam Rizanın (ə) ziyarəti üçün icazə istədim. O icazə verdi. Ziyarətə yola düşməzdən öncə mənə dedi: "O mübarək yerin ziyarətində olmuşam. Allah istədiyimi verib. Orada mənim üçün dua oxuyub ziyarət etmək yadından çıxmasın. Çünki orada dua qəbuldur.” Mən ona söz verdim ki, istəyini yerinə yetirəcəyəm.
    Xorasandan qayıdıb yanına gəldiyim vaxt mənə dedi: "Mənim tərəfimdən dua oxuyub ziyarət etdinmi?” Dedim: "Bəli.” Dedi: "Əhsən sənə! Mən əmin idim ki, müqəddəs Məşhəddə dua qəbuldur.”("Əl-xisal”, 2-515, hədis 1; "Mişkatul-ənvar”, 81 )
    İmam Rizaya (ə) təvəssül məni xilas etdi!
    Əbu Bəkr Həmmami Nişapurdakı hədis səhabələrindən idi. O deyir: Mənə verilmiş əmanəti bir yerdə basdırdım və sonradan harada basdırdığımı yaddan çıxardım. Bir müddət sonra əmanət sahibi gəlib verdiyini istədi. Mən çıxılmaz vəziyyətə düşdüm. Əmanət sahibi məni ittiham etməyə başladı. Pərişan halda evə gəldim. Eşitdim ki, imam Rizanın (ə) ziyarətinə gedənlər var. Onlara qoşulub Məşhədə getdim. İmam Rizanı (ə) ziyarət edib əmanətlə bağlı Allaha ağız açdım. Yuxuya gedən kimi bir şəxsin mənə yaxınlaşıb, əmanətin yerini xatırlatdığını gördüm. Yuxuma inana bilmirdim. Deyilən yerə gedib əmanəti tapdım və sahibinə qaytardım. Sonralar bu əhvalatı insanlara danışır, onları Məşhəd ziyarətinə təşviq edirdim.("Üyuni-əxbarur-Riza”, 2-279, bab 69, hədis 2; "Biharul-ənvar”, 49-327, bab 23, hədis 2 )
    İmam Rizanın (ə) hərəmində qulamın istəyi
    Əbül-Həsən Məhəmməd ibn Abdullah Hərəvi deyir: Bəlx əhlindən bir şəxs öz qulamı ilə imam Rizanın (ə) ziyarətinə gəldi. Onlar imamı ziyarət etdilər. Ağa həzrətin başı üstə, qulam ayaq tərəfində namaza məşğul oldu. Namazdan sonra hər ikisi səcdəyə getdilər və uzun bir səcdə qıldılar. Ağa qulamdan əvvəl səcdədən qalxdı və qulamı səslədi. Qulam səcdədən qalxıb dedi: "Eşidirəm ey mənim ağam.” Ağa dedi: "İstəyirsən səni azad edim!” Qulam dedi: "İstəyirəm.” Ağa dedi: "Səni Allah yolunda azad etdim və Bəlxdəki kənizimi də azad edib, sənə ərə verdim. Torpaqlarımdan da bir hissəsini sizə və övladlarınıza vəqf etdim. Qoy imam Riza (ə) dediklərimə şahid olsun.” Qulam ağladı və bildirdi ki, azca əvvəl səcdə qılarkən Allahdan bu şeyləri istəyib. Bəli, onun istəkləri dərhal qəbul oldu!("Üyuni-əxbarur-Riza”, 2-279, bab 69; "Biharul-ənvar”, 49-327, bab 23 )
    Əhli-beyt (ə) üçün qurulan məclis
    Əhli-beytin (ə) tövsiyələrindən biri də onların buyuruqlarının təbliği üçün məclislər qurulmasıdır.
    Bu məclislərdən biri də imam Hüseyn (ə) üçün qurulan əzadarlıq mərasimidir.
    Şiələr Kərbəla vaqiəsindən sonra Əhli-beytin (ə) təşviqi ilə əzadarlıq məclisləri qurmağa başladılar. Bu yolla xalqa Quran və rəvayətlər, həqiqi maarif və fiqhi məsələlər təlim olunurdu. Məhz bu məclislər vasitəsi ilə zalım rejimlərə etiraz olunur, bəzən isə hakimiyyətlər dəyişdirilirdi.
    Əhli-beyt (ə) eşqinə qurulmuş məclislərin təsir və bərəkətlərini yazmaqla qurtarmaz. Bu məclislərin hansı təsirlərə malik olduğu yalnız Allaha məlumdur.
    Dövrümüzdə bu məclisləri yetərli qaydada təşkil etmək və onu qoruyub gələcək nəsillərə çatdırmaq zəruridir. Bu məclislərin gözəlliyi Əhli-beyt (ə) aşiqlərinin əl-ələ verib məhərrəm, səfər aylarında, fatimiyyə günlərində ardıcıl bərpa etməsidir. Alimlər bu məclislərdə öz ilahi bəyanatları ilə insanları Quran və Əhli-beyt (ə) maarifi ilə tanış edirlər. Adətən söhbətlərin sonunda Əhli-beyt (ə) müsibətləri zikr olunur, xüsusi ilə imam Hüseyn (ə) yada salınır. Bu sayaq məclislər insanların imanını gücləndirir.
    İslamdan xəbərsiz bir çox insanlar məhz bu məclislərdə dini həqiqətlərlə tanış olurlar. Kərbəla nurunda Hürr kimi insanlar tövbə qılır, pak həyata qədəm qoyur. Hətta qeyri-müsəlmanların da bu məclislərdə İslama üz tutub həqiqətlərə iman gətirməsi mümkündür.
    Mən özüm otuz ilə yaxındır ki, həmin məclislərdə dini təbliğatla məşğulam. Uyğun həqiqətləri öz gözümlə müşahidə etmişəm.
    Əhli-beyt (ə) xatirəsinə qurulmuş məclislərin bərəkəti sayəsində məscidlər və mədrəsələr tikilir, xeyriyyə fondları yaradılır, yetimlər evi açılır. Həmin mərkəzlərdə milyonlarla insan həzrəti Haqqın feyzlərindən və İslamın əsərlərindən bəhrələnir. Heç şübhəsiz, bu qəbil məclislərin müxalifi Allahın müxalifləridir. Onların düşmənçiliyi əslində bəşəriyyətlə düşmənçilikdir.
    İmam Sadiq (ə) Fuzeyl ibn Yəssara buyurur: "Bir yerə yığışıb bizim vilayətimiz haqqında danışırsınızmı?” Fuzeyl deyir: "Bəli.” Həzrət buyurur: "Mən bu qəbil məclislərin aşiqiyəm. Bu məclislər vasitəsi ilə bizim göstərişlərimizi həyata keçirin. Ey Fuzeyl! Allah rəhm qılsın bizim əmrlərimizi dirildənə!”
    İmam Baqir (ə) buyurur: "Allah rəhmət etsin biri ilə həmsöhbət olub bizim göstərişlərimiz və maarifimizdən danışana. İki nəfər bizim əmrlərimizdən danışanda onların üçüncüsü mələkdir. Bu mələk onlar üçün bağışlanma diləyir. İki nəfər bizi xatırlamaq üçün əyləşəndə Allah bununla mələklər qarşısında fəxr edir. Bir yerə yığışdıqda bizim zikrimizə məşğul olun. Belə məqsədlə bir araya gəlməyiniz bizi diriltməyinizdir.”(Üyuni-əxbarur-Riza”, 2-279, bab 69, hədis 3 )
    İmam Riza (ə) buyurur: "Bir şəxs bizim əmrlərimizin yada salındığı məclisdə əyləşsə qəlblər ölən gün onun qəlbi sağ qalar.”(Üyuni-əxbarur-Riza”, 2-282, bab 69, hədis 7; "Biharul-ənvar”, 49-330, bab 23, hədis 7)
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 1222 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024