Bütün insanlar Əlinin (ə) vilayətini qəbul etsəydilər, Mən cəhənnəm odunu yaratmazdım.("Kitabu cəvahirul sunniyyə", səh.36. )
Əta deyir: Ayişədən Əli (ə) barədə soruşdum, dedi: "O, bəşərin ən üstün şəxsidir. Onda kafirdən başqa heç kəs şəkk etməz."("Biharul-ənvar" 38-ci cild, səh.5-7. )
Bu kitabda Əlinin (ə) fəzilətlərindən zikr etməkdə məqsəd Allahın razılığını cəlb etməkdir. Əgər biz o həzrətin fəzilətlərindən yazsaq qatar-qatar kitab olar və yenə də qurtarmaz. Bu kitabda bizim məqsədimiz, imam Hüseynin (ə) nazdanəsi həzrət Rüqəyyənin (ə) həyatı olduğundan, bu üç hədislə kifayətlənirik. Bir də ki, Əli (ə) və onun on bir övladı, bir şəxslərdirlər ki, dost da, düşmən də onların fəzilətlərindən danışır, bir nurdurlar ki, iki əsrə yaxın hədis nəql etməyi qadağan etməklə, səksən il minbərlərdə onlara qarşı nalayiq sözlər dedizdirib, əks təbliğat aparmaqla, özlərinə, ailələrinə, dostlarına qarşı olmazın zülmlər etməklə, qaranlıq həbsxanalar küncündə saxlamaqla, şəhid etməklə söndürmək olmaz. Bəlkə bu nurların qarşısını almaq istəyən zülmətlərdən, hiyləgər münafiqlərdən danışıb, onları ifşa etmək lazımdır. Bir münafiq və hiyləgərlər ki, Peyğəmbərin (s), o nurları, yəni əhli beyti (ə) ümmətə tanıtmağına, onların fəziləti və hamıdan üstün olmağını çatdırmasına, bir çox Qüran ayə və surələrinin onların şənində və haqq canişinlər olmaqları barəsində nazil olmasını bəyan etməsinə, hamının gözü qarşısında aylarla onların evinə gedib, onlara "əhli beytim" deyərək, namaz vaxtının olduğunu xəbər verməsinə, onları özünün və Allahın sevdiyini, onlarla dostluğun Peyğəmbər (s) və Allahla dostluq, düşmənçiliyin isə Allah və Peyğəmbərlə (s) düşmənçilik olduğunu elan etməsinə, onlara məhəbbəti vacib etməsinə, özünün ümməti arasında ən ağır əmanətləri olduğunu bəyan etməsinə, Qədri-Xumda yüz iyirmi min müsəlmanın gözü qarşısında Əlini (ə) özündən sonra canişin və müsəlmanların Allah tərəfindən təyin edilmiş rəhbəri olduğunu elan etməsinə, orada olanların hamılıqla Əliyə (ə) biət etməsinə baxmayaraq, bu hiyləgər münafiqlər Peyğəmbər (s) dünyadan gedən kimi xalqı aldadıb, xilafəti ələ keçirdilər, haqqa və haqq yolunun hidayətçilərinə zülm etdilər: Peyğəmbərin (s) gözünün nuru, həzrət Fatimeyi Zəhranın (ə) evinə hücum çəkib, qapısına od vurdular, mismar mübarək sinəsini yaraladı, qabırğalarını və qolunu sındırdılar, qəmçi ilə döydülər, haqqını əlindən alıb, küçədə mübarək rüxsarına sili vurdular... Haqq canişinləri olan "şəcəreyi təyyibəni” öz haqlarından uzaqlaşdırıb, xilafəti İslamın və Peyğəmbərin (s) düşmənləri olan "şəcəreyi xəbisəyə” təhvil verdilər. Biz, imam Hüseynin (ə) üç yaşlı nazlı qızı həzrət Rüqəyyənin (ə) çəkdiyi müsibətləri bilmək üçün gərək, xəbis şəcərəni, yəni, İslam düşmənləri olan Bəni Üməyyəni tanıyaq, onların necə mənfur və zalım olduqlarını, İslam və əhli beytlə (ə) düşmənçiliklərinin həddini bilək.
وما جعلنا الروء يا التي الا فتنة للناس والشجرة الملعونة في القرآن و نخوفهم فما يزيدهم الا طغيا نا کبيرا
"Və sənə göstərdiyimiz o yuxunu və Qüranda lənətlənmiş o ağacı(Şəcəreyi təyyibə və şəcəreyi xəbisə Qüranın "İbrahim" surəsinin 24-27-ci ayələrində gəlib. Şəcəreyi təyyibə yəni, pak ağacdan məqsəd, həzrət Peyğəmbər (s), Fatimeyi Zəhra (ə) və pak imamlardırlar (ə). Şəcəreyi xəbisə yəni, napak və xəbis ağacdan məqsəd, onların düşmənləri, yəni, Bəni Üməyyədir. Təfsiri Əliyyibni İbrihim və təfsiri Əyyaşi: "İbrahim" surəsinin 24-27-ci ayələrinin təfsiri. ) insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuzuruq, amma bu onlarda böyük itaətsizlikdən başqa bir şey artırmır"(Lənətlənmiş ağac, Bəni Üməyyədir. "Təfsiri Qumi” və "Təfsiri Əyyaşi”. )
Təfsirçilər yekdilliklə bu ayənin təfsirində yazıblar: Peyğəmbəri Əkrəm (s) yuxuda, meymunların onun minbərinə çıxdıqlarını gördü və bu yuxudan çox pərişan oldu. Cəbrail nazil oldu və yuxunu belə təbir etdi: Bəni-Üməyyə, Bəni Haşimə qələbə edər və Peyğəmbərin (s) minbərinə çıxarlar. Onlar lənətlənmiş şəcərədirlər. Rəvayət olunub ki, bundan sonra daha heç kəs Peyğəmbərin (s) gülməsini görmədi.(İsra" surəsi: ayə 60. )
Üməyyə, bədnam, arvadbaz bir kişi idi və zinada məşhur idi. O həmin kəsdir ki, on il vətəndən uzaqlaşdırıldı, Məkkədən Şama getdi, orada on il qaldı, ərli bir yəhudi qadınla zina etdi. O qadın ərinin evində (o da yəhudi idi) bir oğlan dünyaya gətirdi. Üməyyə onu öz övladı elan etdi və Zəkəvan adlandırıb, Əbu Əmr künyəsi verdi. Sonra özü sağkən öz arvadını ona verdi.("Təfsiri Məcməul bəyan: 3-cü cild, "Təfsiri Nurus-səqəleyn” 3-cü cild. )
İslam və islam Peyğəmbərinin (s) düşməni, Əbu Süfyan
Peyğəmbərin (s) besətinin əvvəlindən, o həzrətin vəfatına kimi Əbu Süfyan İslam və İslam Peyğəmbəri (s) ilə aşkar düşmənçilik etdi, Qüreyş müşriklərinə bu işdə rəhbər olub, onlara himayədarlıq etdi. O, küfrün bayrağını əlində tutaraq İslama qarşı qılınc çəkdi.
Məşhur əhli-sünnə alimi, Zəməxşəri deyir: Əbu Süfyan qısa boylu, bəd qiyafəli idi və Hind (Əbu Süfyanın arvadı) ərinin muzduru, təravətli bir cavan olan Səbaha, alıcı gözü ilə baxdı, nəhayət özünü saxlaya bilmədi, onu özünə tərəf çağırdı. Onların arasında gizli əlaqə bərqərar oldu, bu əlaqənin nəticəsində, tarixçilərin əqidəsinə görə, Müaviyyədən əlavə Ütbə də Səbahdandır. Yenə deyiblər: Hind, bu uşağı Əbu Süfyanın evində dünyaya gətirməyinə razı deyildi, ona görə də biyabanlara üz qoydu və Ütbəni orada, tək dünyaya gətirdi.
Hind ciyərçeynəyən adı ilə tarixdə məşhurdur. O Peyğəmbərin (s) əmisi Həmzənin ciyərini Ühüd döyüşündə dişinə çəkdi və cəyəri tikə-tikə etdi, ipə düzüb boynundan asdı.
Bu ailənin İslamla düşmənçiliyi gör nə həddədir!
Əbu Süfyan deyirdi: İlahi, cahiliyyət dövrünü bir daha bizə qaytar...(Bax: "Pərtoyi əz əzəmət İmam Hüseyn (ə)", Ayətullah Safi Gülpayəqani. ) Yenə deyirdi: And olsun Allaha, əgər diri qalsam, hökuməti Haşimilərin əlindən alacağam.(Bax: "Hezar mahi siyah",səh. 63.) Osman xilafətə çatan zaman Əbu Süfyan onun yanına gəlib dedi: Xilafəti çarx kimi Bəni Üməyyənin əlində fırlat. Çünki, xilafət və risalət, səltənətdən başqa bir şey deyil, mən Cənnət və Cəhənnəm bilmirəm.("İmam Əli (ə)", səh 212. )
Oğlu Müaviyyə də İmam Həsəni (ə) sülhə məcbur edib xilafəti ələ keçirdikdən sonra aşkarcasına dedi: "Mən din yolunda sizinlə döyüşməmişəm. Bəlkə, sizə hakim olmaq üçün sizinlə döyüşdüm."(Bax: "Fəlsəfeyi inqilabi Hüseyn (ə)", səh 28. )
Peyğəmbəri Əkrəm (s) buyurub: اذا راءيتم معاوية علي منبري" فقتلوه" "Hər vaxt Müaviyyəni mənim minbərimin üstündə görsəniz, onu öldürün."(Bax: "Ayişə dər dövrani Müaviyyə", Seyyid Mürtəza Əsgəri, səh.125. )
Müaviyyənin cinayəti saysız-hesabsızdır. O, Əliyə (ə) tabe olmadı, İmam Həsəni (ə) sülh bağlamağa məcbur etdi və sülhnamənin maddələrinə əməl etmədi, şiələri çoxlu əziyyətlər etdi. Xülasə, Müaviyyə istədiyini edirdi.
Bir gün Peyğəmbər (s), ibn Əbbası, Müaviyyəni çağırmağa göndərdi. İbn Əbbas, neçə dəfə gedib Peyğəmbərin (s) sifarişini ona çatdırdı, amma hər dəfə Müaviyyə, yemək yeməyə məşğul olduğunu deyirdi. İbn Əbbas, bunu Peyğəmbərə (s) xəbər verdi. Həzrət buyurdu: Allah heç vaxt onun qarnını doyuzdurmasın. Peyğəmbərin (s) nifrini nəticəsində Müaviyyə heç vaxt yeməkdən doymurdu. O deyirdi: Mənim yeməkdən əl çəkməyim doymaq üzündən deyil, bəlkə yeməkdən yorulmağıma görədir.
Müaviyyə şərab içirdi və İslam adı ilə hökumət edirdi.("Əl-ğədir" 10-cu cild, səh.142. "Mizanul-eetidal Zəhəbi" 2-ci cild, səh.7 və 129. )
Müaviyyə xilafəti səltənətə çevirdi
Əmir-əl-möminin Əlinin (ə) şəhadətindən sonra, xalq ikinci imam, Həsən ibn Əli (ə) ilə biət etdilər. Səltənət havasında olan Müaviyyə sakit otura bilmədi və imama qarşı qoşun çəkib, döyüşə qalxdı.
Müaviyyə müxtəlif hiylələr və pul verməklə imamın adamlarını və sərkərdələrini ələ alıb, özünə tərəf çəkdi. Nəhayət, sülh ünvanı ilə imam Həsəni (ə) xilafəti ona tapşırmağa məcbur etdi. İmam (ə), xilafəti bu şərtlə Müaviyyəyə verdi ki, Müaviyyə öləndən sonra yenə xilafəti imam Həsənə (ə), (və imam Hüseynə) qaytarsın, şiələri incitməsin, Müaviyyə, Allah Kitabı və Peyğəmbərin (s) sünnəsi əsasında xilafəti idarə etsin...("Əl-ğədir", 10-cu c səh. 83. ) Qırxıncı hicri ilində Müaviyyə İslam xilafətini ələ keçirdi, fasiləsiz olaraq İraqa gəlib, moizə etdi, camaata xədərdarlıq edib, dedi: "Mən sizinlə namaz, oruca görə döyüşmürdüm, bəlkə sizə hökumət etmək istəyirdim və öz məqsədimə çatdım".("Tarixi-Yəqubi", 2-ci cild, səh.191. ) O yenə deyirdi: "İmam Həsənlə (ə) bağladığım sülh peymanı mənim ayağım altındadır"(Təbəri", 4-cü cild, səh 124. "İbn Əsir", 3-cü c, səh203)
Müaviyyə bununla işarə edirdi ki, dini öhdəliklərə əməl etməyəcək və bütün qüvvəsini öz hökumətini saxlamağa sərf edəcək. Əlbəttə, məlum idi ki, o dini işlər, İslamın irəliləyişi və xalqın rifahı barəsində fikirləşsəydi, heç vaxt xilafəti imam Həsənin (ə) əlindən almazdı. Çünki Müaviyyə də yaxşı bilirdi ki, xilafəti idarə etməyə ən layiqli şəxs, imam Həsəndir (ə).
Müaviyyə xilafəti şahlığa çevirdi və hətta onun hüzuruna gələnlərin bəziləri ona padşah ünvanı ilə salam verirdilər.(Həmin mənbə. ) Özü də bəzi xüsusi məclislərdə öz hökumətindən şahlıq təbir edirdi.("Yəqubi" 2-ci cild, səh.193. )
O heç bir dini anlayışı olmayan, aşkara vaxtını şərab məclislərində keçirən, it və meymun oynadan, öz məhrəmləri ilə zina edən, heç bir ədəbi olmayan, hətta siyasətdən belə xəbəri olmayan oğlu Yezidi, özündən sonra xəlifə təyin etdi və bu işin qarşısında mane ola biləcək qüvvələri aradan götürdü, o cümlədən, imam Həsəni (ə) zəhərlətdirdi.("Yəqubi" 2-ci cild, səh.202. ) O, elan etdi ki, hər kəs əhli beytin (ə) fəzilti barəsində hədis nəql etsə, onun canı, malı, namusu, nəsli amanda deyil, başqa tərəfdən isə özü kimi səhabələrin və başqa xəlifələrin barəsində hədislər qurmağı göstəriş verdi, hədis quranlara çoxlu hədiyyələr verdi. Həmçinin, İslam ölkələrinin minbərlərinin hamısında Əliyə (ə) nasəza deyilməsini göstəriş verdi. Müaviyyə, Əlinin (ə) şiələri olan Peyğəmbər (s) səhabələrini öldürdü.(Muvərricul- zəhəb", 3-cü cild, səh.5. "Əbul Fəda", 1-ci cild, səh. 183. )
Bəni Üməyyə aparatı Şamda, Əlinin (ə) ziddinə elə təbliğ etmişdi ki, camaat haqla batili bir-birindən ayıra bilmirdilər, hətta Müaviyyədən başqa Peyğəmbər (s) üçün heç bir qohum tanımırdılar. İmam Səccad (ə), Yezidin sarayında özünü və əhli beyti (ə) xalqa tanıtdıqdan sonra, yetmiş nəfər qəbilə başçısı gəlib o həzrətdən üzr istədi və Müaviyyədən başqa Peyğəmbər (s) üçün qohum tanımadıqlarını dedilər. Şamda Əlinin (ə) əksinə o qədər təbliğ olunmuşdu ki, o həzrət mehrabda şəhadətə çatarkən, Şam əhli təəccüb edib dedilər: məgər Əli (ə) namaz qılırdı ki, məscidə gedib və onu mehrabda öldürüblər?!