İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Etiqat » Həzrət Rüqəyyə

    Həzrət Rüqəyyə
    2012-04-12, 10:11 AM
    İmam Səccadın (ə) Şamda xütbəsi
    Həzrət imam Səccad (Allahın salamı olsun ona), Yeziddən cümə günü məsciddə xütbə oxumağına icazə aldı. Yezid razı oldu. Cümə günü çatdıqda, Yezid öz xətiblərinin birini minbərə göndərdi. O, xətibə əmr etdi ki, Əli (ə) və Hüseyn (ə) barəsində nalayiq sözlər desin, Əbu Bəkr, Ömər və Yezidi tərif etsin. Xətib də belə etdi.
    İmam Səccad (ə), Yeziddən öz vədəsinə vəfa etməyini istədi. Yezid imama verdiyi vədədən peşiman olmuşdu və icazə vermək istəmirdi. Yezidin oğlu Müaviyyə, atasına dedi: Bu kişinin xütbəsinin nə təsiri ola bilər? Qoy nə istəyir, desin.
    Yezid dedi: Siz bu ailənin qabiliyyətlərini yaxşı tanımırsınız. Onlar elm və fəsahəti bir-birindən irs aparırlar. Qorxuram onun xütbəsi şəhərdə fitnə qaldırsın.
    Buna görə də Yezid, imamı xütbə oxumağa qoymaq istəmirdi. Amma, camaat hər tərəfdən Yeziddən imam Səccadın (ə) minbərə getməsinə razı olmasını. israrla istədilər.
    Yezid dedi: O, minbərə getsə, məni və Əbu Süfyan nəslini rüsvay etməyincə aşağa düşməyəcək.
    Yezidə dedilər: Bu yeniyetmə nə edə bilər?!
    Yezid dedi: O bir ailədəndir ki, südəmər vaxtlarından elmdən bəhrələniblər.
    Camaat bir az da israr etdilər. Nəhayət, Yezid onların israrlarının qarşısında davam gətirməyib, imam Səccadın (ə) minbərdə xütbə oxumasına razı oldu.
    İmam Səccad (ə) minbərə çıxıb buyurdu:
    Əzəli və əbədi olub, başlanğıcı olmayan Allaha həmd olsun. O, hər şeydən əvvəl var idi, hər şeydən sonra da olacaq. Bütün məxluq fani olduqdan sonra O, qalacaqdır.
    Ey camaat! Allah bizə altı xislət əta edib; elm, səbr, səxavət, fəsahət, şücaət və möminlərin qəlbində bizə qarşı məhəbbət.
    Bizi başqalarından yeddi xüsusiyyət ilə üstün etdi; Allah Peyğəmbəri Mühəmməd (s) bizim ailəmizdən seçilmişdir, Siddiq (Əli) bizdəndir, Təyyar bizdəndir, Allah şiri və Allahın Peyğəmbərinin (s) şiri (Həmzə) bizdəndir, behişt cavanlarının iki ağası imam Həsən (ə) və imam Hüseyn (ə) bizdəndir, bu ümmətin imam Qaimi (ə) bizdəndir.
    Hər kim məni tanıdı, tanıdı, tanımayanlara isə atamı, nəslimi və özümü tanıtdırıram.
    • Ey camaat! Mən Məkkə və Minanın oğluyam. Mən Zəmzəm və Səfanın oğluyam. Mən o kəsin oğluyam ki, həcərül-əsvədi əbasında aparıb, (Kəbədə) öz yerinə qoydu. Mən ən gözəl şəkildə həcc əməlini yerinə yetirən və ləbbeyk deyənin oğluyam. Mən o kəsin oğluyam ki, Büraqa səvar oldu. Mən o Peyğəmbərin oğluyam ki, bir gecədə Məscidul-Həramdan, Məscidul-Əqsaya getdi. Mən o kəsin oğluyam ki, Cəbrail onu Sidrətul-Müntəhaya apardı və Mütəal-Allaha ən yaxın olan məqama çatdı. Mən o kəsin oğluyam ki, göylərdə mələklərlə namaz qıldı. Mən o kəsin oğluyam ki, Əzəmətli Allah, ona vəhy nazil etdi. Mən Mühəmməd Müstəfanın oğluyam, mən Mürtəza Əlinin oğluyam. Mən o kəsin oğluyam ki, (Allaha) boyun əyməyənlərin boynunu əydi və "La ilahə illəllah"ı onlara iqrar etdirdi. Mən o kəsin oğluyam ki, Peyğəmbərin yanında iki qılınc və iki nizə ilə vuruşurdu, iki dəfə hicrət və iki dəfə biət etdi, Bədrdə və Hüneyndə kafirlərlə döyüşdü, bir an belə olsun Allaha küfr etmədi. Mən möminlərin ən yaxşısının, peyğəmbərlərin varisinin, müşrikləri məhv edənin, müsəlmanların əmirinin, cihad edənlərin nurunun, ibadət edənlərin zinətinin, ağlayanların iftixarının, səbirlilərin səbirlisinin, namaz qılanların ən üstününün, Allah Peyğəmbərinin əhli beytinin oğluyam. Mən o kəsin oğluyam ki, Cəbrail onu qüvvətləndirdi və Mikail ona kömək etdi. Mən o kəsin oğluyam ki, müsəlmanların hərəmindən himayət etdi, mariqin,("Biharul-ənvar", 45-ci cild) nakisin,("Nəfsul-məfhum", səh. 451. ) qasitinlə(Nasixut-təvarix" ) vuruşdu və müsəlmanların düşmənləri ilə mübarizə etdi. Mən Qüreyşin ən yaxşısının oğluyam. Mən o kəsin oğluyam ki, Allah və Peyğəmbərin dəvətini qəbul edən ilk mömin olmuşdur. Mən imanda ən öndə olanın, təcavüzkarların belini sındıranın, müşrikləri məhv edənin oğluyam. Mən o kəsin oğluyam ki, münafiqlərə qarşı Allahın atdığı ox idi və abidlərin hikmət dili, Allah dininin köməkçisi, Allah əmrlərinin vəlisi, Allah hikmətinin xəzinəsi və Allah elminin daşıyıcısı idi. O, cəvanmərd, səxavətli, gözəl üzlü, xeyirlər mənbəyi, seyid, ağa, Allah razılağına razı olan, çətinliklərdə önə keçən, səbirli, həmişə oruc, bütün çirkinliklərdən pak, çox namaz qılan idi. O, düşmənlərin nəslinin kökünü kəsdi və küfr qoşununu pərakəndə etdi. O, sabit ürəkli, möhkəm iradəli və əzmli idi. Şücaətli bir şir kimi idi ki, döyüşdə atlar çapılan və nizələr bir-birinə toqquşan zaman, onları dəyirman kimi xurd-xəşil edib, külək kimi ətrafa səpirdi. Hicazın şiri, İraqın ağası, Məkkəli, Mədinəli, Xifli, Əqəbəli, Bədrli, Ühüdlü, Şəcərli və mühacirdən idi və bütün bu səhnələrdə iştirak etmişdi. O ərəbin seyidi, iki məşərin  varisi və Həsən və Hüseynin atasıdır. Bu mənim cəddim Əliyyibni əbi Talibdir.
    Sonra buyurdu: Mən, bütün cahan qadınlarının xanımı Fatimeyi Zəhranın oğluyam.
    İmam Səccad (ə) o qədər belə iftixarlı sözlər dedi ki, axırda camaatın şivən və ağlamaq səsi ucaldı. Yezid bunu görüb, narahat oldu və camaatın ona qarşı qiyam edəcəyindən qorxub, müəzzinə azan verməyi əmr etdi. O, bu hiyləsi ilə imam Səccadı (ə) sakitləşdirmək istəyirdi.
    Müəzzin qalxıb, azana başladı. "Allahu Əkbər". İmam Səccad (ə) buyurdu: Allah hər şeydən böyükdür.
    Müəzzin dedi: "Əşhədu ənla ilahə illəllah". İmam Səccad (ə) buyurdu: Tüküm, dərim, ətim və qanımla şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur.
    Müəzzin dedi: "Əşhədu ənnə Mühəmmədər-rəsulullah". İmam (ə) üzünü Yezidə döndərib, buyurdu: Bu adı çəkilən Mühəmməd mənim cəddimdir ya sənin cəddin? Əgər öz cəddin olduğunu iddia etsən, yalan dedin və kafir oldun. Yox, əgər mənim cəddimdirsə, nə üçün onun övladlarını öldürdün və onları qılıncdan keçirdin?
    Sonra müəzzin azanı davam etdirdi və Yezid qabağa keçib namaza başladı. 
    Başqa rəvayətdə gəlib: Elə ki, müəzzin dedi: "Əşhədu ənnə Mühəmmədər-rəsulullah", imam Səccad (ə) əmmaməsini başından götürdü və müəzzinə dedi: Səni and verirəm Mühəmmədin haqqına, bir anlığa sakit ol. Sonra üzünü Yezidə tutub, dedi: Ey Yezid! Bu adı çəkilən Peyğəmbər (s), mənim cəddimdir ya sənin cəddin? Əgər öz cəddin olduğunu desən, hamı bilər ki, yalan danışırsan. Yox, əgər mənim cəddimdirsə, bəs nə üçün mənim atamı zülm ilə öldürdün və malını qarət, əhli-əyalını isə əsir etdin?
    İmam bunları deyib, yaxasını açdı və ağlamağa başladı. Sonra buyurdu: And olsun Allaha, əgər yer üzündə cəddi Peyğəmbər (s) olan bir şəxs varsa, o mənəm! Bəs nə üçün bu (Yezid) atamı öldürdü və bizi rumlular kimi əsir etdi?
    Sonra buyurdu: Ey Yezid! Bu qədər cinayətləri etmisən və yenə də deyirsən, Mühəmməd (s) Allahın rəsuludur və üzü qibləyə dayanırsan? Vay olsun sənə! Qiyamət günü atam və cəddim səninlə düşmən olacaqlar.
    Yezid fəryad çəkib, dedi: Müəzzin azanı de. Camaat arasında hay-küy qalxdı, bəziləri Yezidlə namaz qıldılar, bəziləri isə namaz qılmadan dağılışdılar. 
    Həzrət Zeynəbin (ə) və həzrət imam Səccad Zeynul-Abidinin (ə) şamlıların arasında oxuduqları güclü xütbələrindən, və həzrət Rüqəyyənin (ə) məzlumcasına xarabada can verməsindən sonra camaat həqiqəti başa düşdülər, Bəni Üməyyə aparatının hiylə və siyasətlərinin üstü açıldı və artıq hamı Yezidə lənət göndərir, tənə edirdi.
    Yezid özünü çarəsiz gördü və bildi ki, camaat ona nifrət edirlər. Ona görə də bu cinayəti qoşun başçılarının boynuna atdı.
    Camaat arasında söhbət ancaq Yezidin zülmündən gedirdi. Onlar, Yezidin Peyğəmbər (s) övladlarını öldürməsindən və onun əhli-əyalını əsir etməsindən danışırdılar. Yezid camaatın ona qarşı qiyam edəcəyindən qorxub, Kərbəlada iştirak edən qoşun başçılarını; Şibs ibn Rəbi, Məsaib ibn Vəhibə, Şimr ibn Zil Coşən, Sinan ibn Ənəs, Xuli ibn Yəzid, Qeys ibn Rəbi və başqalarını bir yerə topladı. O, əvvəl Şibs ibn Rəbidən soruşdu: Hüseyni (ə) sən öldürdün? Rəbi dedi: Hüseynin (ə) qatilinə Allah lənət etsin, mən onu öldürməmişəm.
    Yezid dedi: Bəs Hüseynin (ə) qatili kimdir? Rəbi dedi: Məsaib ibn Vəhibə. Yezid həmin sualı ondan soruşduqda, Məsaib də Rəbi kimi cavab verdi. Yezid bu sualı hansından soruşurdusa o, bu cinayəti öz boynundan atır, başqasını günahlandırırdı. Növbət Xuliyə çatdı. O, cavab verməkdən aciz qalmışdı. Bütün əmirlər vəhşət və nigəranlıqla ona göz dikmiş və qəti cavab gözləyirdilər. Birdən hamısı dedilər: Hüseynin (ə) qatili Qeys ibn Rəbidir.
    Yezid, ağır sözlərlə ona həmlə etdi və dedi: Hüseyni (ə) sən öldürdün? Qeys dedi: Mən əsil qatili yaxşı tanıyıram. Amma əmir aman verməsə deməyəcəyəm. Yezid ona aman verdi. Rəbi dedi: Ey əmir! Hüseynin (ə) qatili döyüş bayrağını qaldıran və onunla (Hüseynlə) döyüşə dəstə-dəstə qoşun göndərən o kəsdir. Yezid dedi: O kəs kimdir? Qeys dedi: Ey əmir, Hüseyni (ə) sən öldürdün!  
    Nahiyeyi Müqəddəsə ziyarəti
    Salam olsun Allahın yaratdıqları içindən seçilmiş Adəmə.
    Salam olsun Allahın vəlisi və seçilmişi Şeysə.
    Salam olsun Allah höccətini bərpa edən İdrisə.
    Salam olsun duası qəbul olunmuş Nuha.
    Salam olsun Allah tərəfindən çoxlu köməklər alan Huda.
    Salam olsun Allahın kəramət tacı bağışladığı və böyük saydığı Salehə.
    Salam olsun Allahın xüsusi dostluq etdiyi İbrahimə.
    Salam olsun Allahın behişt qurbanlığı fəda etdiyi və onu azad etdiyi İsmailə.
    Salam olsun Allahın peyğəmbərliyi onun nəslində qərar verdiyi İshaqa.
    Salam olsun Allahın Öz rəhməti ilə gözünün nuru yenidən qaytarılan Yəqubə.
    Salam olsun Allahın Öz əzəməti ilə quyudan nicat verdiyi Yusifə.
    Salam olsun Musaya ki, Allah öz qüdrəti ilə onun üçün dəryanı yardı.
    Salam olsun Allahın peyğəmbərliyinə məxsuslanan Haruna .
    Salam olsun Şüeybə ki, Allah ona ümmətinə qarşı kömək etdi.
    Salam olsun Allah tərəfindən tövbəsi qəbul edilən Davuda.
    Salam olsun Allah Öz izzəti ilə cinləri ona aciz edən Süleymana.
    Salam olsun Allahın xəstəlikdən şəfa bağışladığı Əyyuba.
    Salam Allah Öz vədəsini onun üçün vəfa etdiyi Yunusə.
    Salam olsun Allah onu öldürdükdən sonra bir də diriltdiyi Üzeyrə.
    Salam olsun qəm və möhnətlərə səbr edən Zəkəriyyəyə.
    Salam olsun Yəhyaya ki, şəhid olduğu üçün Allah onu özünə yaxın etdi.
    Salam olsun ruhullah və kəlimətullah olan İsaya.
    Salam olsun Allahın həbibi və seçilmişi Mühəmmədə.
    Salam olsun Peyğəmbərlə (s) xüsusi qardaşlığı olan, Əbu Talibin oğlu Əmir-əl-möminin, Əliyə.
    Salam olsun Peyğəmbərin (s) qızı Fatimeyi Zəhraya.
    Salam olsun atasının vəsisi və canişini Əbu Mühəmməd Həsənə.
    Salam olsun Hüseynə ki, onun nəfsi, qanının (həqq yolunda) tökülməsi ilə böyüklük etdi.
    Salam olsun o kəsə ki, Allaha gizlində və aşkarda itaət etdi.
    Salam olsun o kəsə ki, Allah şəfanı onun qəbrinin torpağında qərar verdi.
    Salam olsun o kəsə ki, şərəfli günbəzinin altında Allah düaları qəbul edir.
    Salam olsun o kəsə ki, imamlar onun nəslindəndir.
    Salam olsun sonuncu peyğəmbərin oğluna.
    Salam canişinlərin seyidinə.
    Salam olsun Fatimeyi Zəhranın oğluna.
    Salam olsun Xədiceyi Kübranın oğluna.
    Salam olsun Sidrətul-Müntəhanın oğluna.
    Salam olsun Cənnətul-Məvanın (əbədi behişt) oğluna.
    Salam olsun Zəmzəm və Səfanın oğluna.
    Salam olsun qanına boyanana.
    Salam olsun xeymələrinə hörmətsizlik olunana.
    Salam olsun Kisa əshabının beşincisinə.
    Salam qəriblər qəribinə.
    Salam olsun ən yaxşı şəhidə.
    Salam olsun haramzadələrin əli ilə öldürülənə.
    Salam olsun o kəsə ki, göylərin mələkləri ona ağladılar.
    Salam olsun o kəsə ki, övladları ən pak insanlar idilər.
    Salam olsun dinin padişahına.
    Salam olsun Allahın aydın dəlillərinin mənzillərinə.
    Salam olsun imamlara və ağalara.
    Salam olsun sinələri qana boyananlara.
    Salam olsun susuzluqdan quruyan dodaqlara.
    Salam olsun ayrılan canlara.
    Salam olsun aparılan ruhlara.
    Salam olsun üryan qalan bədənlərə.
    Salam olsun aclıqdan rəngi qaçmış bədənlərə.
    Salam olsun olsun axan qanlara.
    Salam olsun kəsilmiş əzalara.
    Salam olsun nizəyə vurulmuş başlara.
    Salam olsun hicabları əllərindən alınmış qadınlara.
    Salam olsun aləmlərin Rəbbinin höccətinə.
    Salam olsun sənə (ey Hüseyn) və sənin pak ata və babalarına.
    Salam olsun sənə və sənin şəhadəttələb övladlarına.
    Salam olsun sənə və sənin köməkçi nəslinə.
    Salam olsun sənə və sənin qəbrinin ətrafındakı mələklərə.
    Salam olsun məzlumcasına öldürülənə.
    Salam olsun zəhərlə öldürülmüş qardaşına (imam Həsənə). Salam olsun Əli Əkbərə.
    Salam olsun balaca südəmərə (Əli Əsğərə).
    Salam olsun libasları qarət olunmuş bədənlərə.
    Salam olsun Peyğəmbərə (s) ən yaxın nəsilə.
    Salam olsun səhralarda yerdə qalanlara.
    Salam olsun öz vətənlərindən uzaq düşənlərə.
    Salam olsun kəfənsiz dəfn olunanlara.
    Salam olsun bədənlərdən ayrılan başlara.
    Salam olsun o kəsə ki, müsibətlərə Allaha xatir dözdü və səbrli idi.
    Salam olsun məzlum öldürülənə və köməksiz qalana.
    Salam olsun o kəsə ki, pak torpaqda sakin oldu.
    Salam olsun əzəmətli günbəz sahibinə.
    Salam olsun o kəsə ki, Cəlil Allah onu pak qərar verdi.
    Salam olsun o kəsə ki, Cəbrail onunla fəxr edirdi.
    Salam olsun o kəsə ki, Mikail beşiyində ona lay-lay deyirdi.
    Salam olsun o kəsə ki, onunla bağladıqları əhdi pozdular.
    Salam olsun o kəsə ki, hörmətini saxlamadılar.
    Salam olsun o kəsə ki, qanını nahaq və zülm ilə tökdülər.
    Salam olsun o kəsə ki, nizələrələ vururdular.
    Salam olsun o kəsə ki, ona zülm etdilər və qanını tökməyi halal saydılar.
    Salam olsun o kəsə ki, hamının gözü qarşısında başını bədənindən ayırdılar və heç kim bir söz demədi.
    Salam olsun o böyük şəxsiyyətə ki, kənd camaatı dəfn etdilər.
    Salam olsun o kəsə ki, boynunun damarlarını kəsdilər.
    Salam olsun köməksiz qalan himayətçiyə.
    Salam olsun saqqalı qana boyanana.
    Salam olsun üzü torpağa boyanana.
    Salam olsun o bədənə ki, libaslarını qarət etdilər.
    Salam olsun o mübarək dişlərə ki, çubuqla (xeyzəran) vururdular.
    Salam olsun nizədə yuxarı qaldırılmış başa.
    Salam olsun səhralarda libassız qalmış bədənlərə.
    Salam olsun sənə, ey mənim mövlam və şərəfli günbəzinin ətrafında qanad açan mələklərə ki, pak qəbrini dövrələyiblər və sənin hərəminin təvafına məşğuldurlar və ziyarət etmək üçün daxil olurlar.
    Salam olsun sənə. Mən səni ziyarət etmək qəsdi ilə gəlmişəm və ümidvaram sənin yanında doğruçu olam.
    Salam olsun sənə. Bir kəsin salamı ki, sənin hörmətinlə arifdir, sənin dostluğunla ixlaslıdır və sənin məhəbbətinlə Allaha yaxın olmaq istəyir və səndən bizar olan, düşmənlərindən olar.
    Bir kəsin salamı ki, qəlbi sənin müsibətin ilə yaralıdır və səni yada salmaqla göz yaşları axır.
    Bir kəsin salamı ki, dərdli və qəmli, heyran və çarəsizdir.
    Bir kəsin salamı ki, Kərbəla səhrasında səninlə birlikdə olsaydı, mütləq öz canı ilə səni qılıncların zərbəsindən qoruyardı və peykərində qalmış yarı canını sənə xatir ölümə verərdi və sənin qarşında döyüşərdi, zülmkarların qarşısında sənə kömək edərdi, ruhunu, cismini, malını və övladlarını sənə fəda edərdi və öz ruhunu sənin ruhuna fəda edərdi, öz ailəsinə sənin ailəni qorumağı tapşırardı.
    Düzdür ki, dövran məni sənin zamanından uzaq edib və müqəddəratımı sənə kömək etməkdə təxirə saldı, səninlə döyüşməyə gələnlərlə döyüşə bilmədim və düşmənlərinlə dava edə bilmədim, lakin hər gecə-gündüz sənə nalə və fəğan edirəm və (o qədər ağlayıram ki,) göz yaşı yerinə qan ağlayıram.
    Sənə çəkdiyim həsrətdən və çəkdiyin əziyyətlərə etdiyim təəssüflərdən tabsız və taqətsiz qalıram, ta o vaxta qədər ki, bu müsibət və qəmlərdən ölərəm.
    Şəhadət verirəm ki, sən namazı bərpa etdin və zəkatı verdin, əmr be məruf, nəhy əz münkər etdin, pisliklərin qarşısını aldın. Allaha itaət etdin və Ona itaət etməkdən boyun qaçırmadın. Allaha və Onun dəstəyinə söykəndin, belə ki, Onu özündən razı etdin.
    Bir halda ki, sən Allahdan qorxurdun və Ona cavab verdin (əmrini yerinə yetirdin), sünnələri və müstəhəbbləri yerinə yetirdin. Fitnələri yatırtdın və (insanları) kamilliyə doğru çağırdın. Möhkəm yolları aşkarladın. Allah yolunda haqq olaraq səy və cihad etdin. Allah üçün gözəl itaətçi oldun və cəddin Mühəmməddən (Allahın salam və rəhməti ona və pak ailəsinə olsun) tabeçilik edirdin, atanın dediklərini eşidirdin, qardaşının vəsiyyətinə əməl etməyə tələsirdin.
    Dinin sütunlarını qaldırdın, tüğyan edənləri əzdin. İslam ümmətinə xeyirxahlıq etdin və şəhid olmaq arzusunda idin, fasiqləri mübarizəyə çağırırdın. Allah höccətlərini bərpa etdin, İslam və müsəlmanlara mehriban və rəhm edən, haqqa yardımçı idin. Bəlalara səbr edən, dinə gözətçi və dini mərkəzlərin müdafiəçisi idin.
    Sən, hidayəti qoruyan və ona yardım edən, ədaləti genişləndirən və yayan, dinin yardımçısı və onu aşkar edənsən.
    Dini əllərində oyuncağa çevirənlərin qarşısını aldın və onlara mane oldun.
    Zəiflərin haqqını sərvətlilərdən alırdın. Güclü və zəif arasında bərabər hökm edirdin.
    Sən yetimlərin baharı və camaatın pənah yeri, İslamın izzəti, hökmlərin mədəni, bəxşiş və ehsan sahibi idin.
    Cəddin və atanın yolu ilə gedən, qardaşın kimi atanın vəsiyyətində qalan idin.
    Əhdlərə vəfa edən, yaxşılıqları sevən, kərəmləri aşkar edən, qaranlıqlarda ibadətə çalışan, ədalətli və ortaq üslubları olan, kərim əxlaqlı, işıqlı keçmişi olan, şərəfli nəsəbi, üstün əba-əcdadlı, uca rütbəsi, çoxlu iftixarları, vəsf etməli rəftarı olan, çoxlu bəxşiş edən idin. Kamala çatmış həlim, bəxşişi və elmi çox, qüdrətli, şəhid rəhbər, Allaha tərəf qayıdan və heybətli dost idin.
    Sən, Peyğəmbərə (Allahın salam və rəhməti olsun ona və onun pak ailəsinə) övlad, Qürana dayaq, ümmətə güclü qol və yavər idin.
    Sən Allaha itaət etməkdə çalışqan, Onunla bağladığın əhd və peymanı (Zər aləmində) qoruyan, fasiqlərin yolundan uzaq və Allah yolunda var gücünlə çalışan idin.
    Sən uzun rüku və səcdələr edən və dünyaya qarşı etinasız idin. Elə bir etinasız ki, onu (dünyanı) buraxmaq və oradan köçmək istəyir. Həmişə dünyaya qorxmuşların gözü ilə baxırdın. Dünya arzularını ürəkdən çıxatmışdın və sənin hümmətin dünya zinətlərindən üz çevirmişdi. Sən dünya sevinc və şadlıqlarından göz yummuşdun. Sənin şövqün tanıdığın axirətə tərəf idi. O vaxta qədər ki, zülmkar zülm əlini uzatdı və zülm pərdəsini üzündən açdı və öz azğın ardıcıllarını çağırdı. Bir halda ki, sən öz cəddinin hərəmində sakin idin və zülmkarlardan uzaq gəzirdin, mehrab və evlə munis olmuşdun, şəhvət və ləzzətlərdən uzaq idin. Taqət və imkanın qədər, ürək və dilinlə pisliyi pis bilirdin. Sonra elm və agahlığın lazım bildi ki, zülmkarlara qarşı çıxasan və facirlərlə cihad edəsən. Onda övladların, ailən, şiələrin və dostlarınla yola düşdün, həqiqət və Allahın aydın dəlillərini üzə çıxartdın, aşkarladın.
    Camaatı hikmət və nəsihətlə yaxşılığa tərəf dəvət etdin. Onları Allah qanunlarına əməl etməyə, Məbuda, itaət etməyə əmr etdin. (Onlara) Pis işləri və həddi aşmağı qadağan etdin.
    Onlar isə zülm və düşmənçiliklə sənin qarşında dayandılar.
    Sən onları nəsihət etdikdən, (pis) işlərinin qarşısında dayandıqda, höccəti tamam etdikdən və onlarla cihad etdikdən sonra, onlar səninlə peymanı və biəti sındırdılar, Sənin Rəbbini və cəddini qəzəbləndirdilər, səninlə döyüşə qalxdılar.
    Sən onların qılınc və nizə zərbələrinin qarşısında möhkəm dayandın. Facir və günahkarların qoşununu bir-birinə vurdun, toz-torpaq qalxmış cihad meydanına Zülfüqar ilə daxil oldun. Elə bil Allahın seçilmişi Əli (ə) idin.
    Onlar səni sabitqədəm və dəlir gördükləri zaman və bir halda ki, sənin də heç bir qorxun yox idi, sənə hiylə tələləri qurdular. Şər və məkr ilə səninlə döyüşdülər. O məlun (Ömər Səd), öz qoşununa sənin su içməyinin və suya daxil olmağının qarşısını almağı əmr etdi.
    Səninlə davaya qalxdılar və bu işdə tələsdilər (tələsirdilər). Sənə oxlar və daşlar atdılar. Yırtıcı əllərini sənə tərəf uzatdılar.
    Sənin haqqını riayət etmədilər. Sənin əzizlərini öldürməkdə və malını qarət etməkdə, öz günahlarının cəzasından heç bir qorxuları olmadı.
    Sən çətinliklərdə öncül idin. Elə əziyyətlərə dözürdün ki, göylərin mələkləri sənin səbrinə təəccüb etdilər.
    Düşmənlər hər tərəfdən səni dövrələdilər. Sənə ağır yaralar vurdular. Səninlə gecə arasında fasilə saldılar (yəni, sənin işini tamam etdilər və gecəyə qalmağa qoymadılar).
    Heç bir köməkçin qalmamışdı. Sən işi Allaha tapşırdın və səbr etdin. Sən, atdan yıxılana qədər qadınları və övladlarını müdafiə edirdin.
    Sən yaralı bədənlə yerə yıxıldın. Atların ayaqları səni əzirdilər. Hədlərini aşanlar səni qılınclırı ilə vururdular.
    Ölüm təri sənin alnına oturdu. Mübarək bədəninin sağ və solu yığılıb-açılmaqla başqa cür olurdu. Gözünün ucu ilə xeymələrə və hərəmlərə tərəf baxırdın.
    (Sənə ağır müsibət üz verdi) Övladların və əhli beytindən ayrılıb, özünə məşğul idin (yəni iş o qədər çətinləşdi ki, əhli-əyalın barəsində fikirləşməyə aman vermirdi).
    Sənin atın şivən edən və ağlar halda, sürətlə sənin xeymənə tərəf gəldi. Qadınlar sənin atını xəcalətli və yəhərini çevrilmiş görərkən, saçlarını üzlərinə töküb, xeymələrdən çölə çıxdılar. Üzlərini açıb, sili vururdular. Ucadan nalə edir, səni çağırırdılar. Onlar izzətdən sonra xar olmuşdular və qətligaha tərəf qaçırdılar.
    Şimr sənin sinən üstə oturmuşdu. O şəmşirini sənin boğazının çökəyinə salmışdı və sənin saqqalını əlində tutmuşdu, başını iti qılancla kəsirdi. O vaxt sənin hissiyyatın işdən düşdü (yəni daha heç nəyi hiss etmədin), nəfəsin dayandı və mübarək başın nizə başında ucaldı.
    Sənin əhli-əyalın qullar kimi əsir oldular, dəmir zəncirlərə bağlandılar. Heyvanların palanları üstündə güclü isti onların çöhrələrini yandırdı. Onları əlləri boyunlarına bağlı halda səhralarda aparır və bazarlarda gəzdirirdilər.
    Bəs, vay olsun o fasiq günahkarlara ki, doğrudan da səni öldürməklə, İslamı öldürdülər, namaz və orucu buraxdılar. Sünnətləri və hökmləri sındırdılar, dinin və imanın sütunlarını məhv etdilər. Qüran ayələrini təhrif etdilər, zülm və düşmənçilikdə təlaş etdilər. (Səni öldürdükdən sonra) Allah Peyğəmbəri (s) tənha qaldı və sənin qanını tələb edənlərdən oldu. Bir daha Allah Əzz və Cəll kitabı (Qüran) tərk olundu və uzaq düşdü. Sən öldürüldükdən sonra haqqa xəyanət olundu.
    Sən öldürüldükdən sonra "Allahu Əkbər", "La ilahə illəllah", haram, halal, tənzil və təvil (Qüranın mənası) yoxa çıxdı. Səndən sonra dəyişikliklər, küfr, əhəmiyyətsizlik, nəfsi istəklər, azğınlıqlar, fitnələr və batil üzə çıxdı (yarandı).
    Sənin şəhadətini xəbər verən, cəddin Peyğəmbərin (Allahın salavat və salamı ona və onun pak ailəsinə olsun) qəbrinin kənarında dayandı və göz yaşı tökən halda sənin şəhadətini ona çatdırdı.
    O, deyirdi: Ey Allahın Rəsulu! Sənin nəvən və cavan (oğlun) öldürüldü. Sənin əhli beytinin hörmətini sındırdılar və mübah saydılar. Sənin övladlarını səndən sonra əsir etdilər. Sənin ailən və yaxınların giriftar oldular.
    Beləliklə, Peyğəmbər (s) pərişan oldu və qəmli-qəmli ağladı.
    Sənə xatir, mələklər və peyğəmbərlər o həzrətə başsağlığı verdilər. Sənə xatir anan Zəhra (Allahın salamı olsun ona) əzadar oldu. Allahın müqərrəb mələklər qoşunları, atan Əmir-əl-mömininə (ə) başsağlığı vermək üçün gəl-get etdilər. "Əlayi-İlliyində" sənə matəm quruldu və sənə xatir Hurul-eynlər öz başlarına, üzlərinə vurdular.
    Asiman və onun sakinləri, behişt və onun xəzinədarları, dağlar və onun ətəyindəkilər, dəryalar və onun balıqlırı, behişt və onun oğlanları, Allah evi, Məqam və Məşərül-həram və onun ətrafında olanlar hamısı ağladılar.
    İlahi! Bu şərəfli məkanın (imam Hüseynin (ə) hərəmi) hörməti xatirinə, Mühəmməd və onun pak övladlarına salam göndər və məni onların zümrəsində məhşur elə və məni onların şəfaəti ilə behiştə daxil et.
    İlahi! Mən sənə təvəssül edirəm; ey Çox Tez Hesab Çəkən və ey Kərimlərin Kərimi, Hakimlərin Hakimi.
    Sənin bütün aləmlərə göndərdiyin peyğəmbərlərin sonuncusu Mühəmmədə və onun qardaşı və əmisi oğluna, bütlərə pərəstiş etməyən və elmlə dolu, o uca məqamlı Əmir-əl-mömin Əliyə və bütün aləmlərin qadınlarının xanımı, Fatiməyə, pak olan və təqvalıların pənah yeri, Həsənə, şəhadəttələblərin ən əzizi Əba Əbdillahil-Hüseynə və şəhid övladlarına və məzlum ailəsinə, ibadət edənlərin zinəti, Əliyy ibnil-Hüseynə, tövbə edənlərin qibləsi, Mühəmməd ibn Əliyə, doğruçuların ən doğruçusu, Cəfər ibn Mühəmmədə, höccətləri aşkar edən, Musa ibn Cəfərə, dinin köməkçisi, Əliyy ibn Musaya, hidayət edənlərin ağası, Mühəmməd ibn Əliyə, zahidlərin ən zahidi Əliyyibni Mühəmmədə və canişinlərin varisi, Allahın bütün məxluqlarının höcəti Həsən ibn Əliyə təvəssül edirəm.
    Mühəmməd və onun pak ailəsi olan doğruçular, yaxşı əməl sahibləri, Taha və Yasin övladlarına salam göndər və məni Qiyamətdə amanda olanlardan, asudələrdən, doğruçulardan, sevinənlərdən və müjdə verilmişlərdən qərar ver.
    Məni zalımlara qalib et və həsəd edənlərin məkrindən amanda saxla. Məni məkr edənlərin hiyləsindən qoru və zalımların əlini məndən üz.
    Məni Öz rəhmətinlə Əlayi İlliyində olan yaxşı əməl sahibləri ki, onlara nemət vermisən -peyğəmbərlər, doğruçular, şəhidlər və salehlərlə - bir yerdə qərar ver, ey Rəhimlilərin ən Rəhimlisi!
    İlahi! Səni and verirəm günahlardan pak olan Peyğəmbərinin (s) haqqına və Sənin mütləq olası hökmlərinə, gizli qadağanlarına, bu şərəfli qəbrə ki, onun ziyarətinə get-gəl olunur və məzlum öldürülən məsum imam onun gölgəsində dəfn olunub; mənim qəmlərimi aç və mütləq olacağı qəza-qədərin şərrini məndən uzaq et. Məni odlu və yandırıcı Cəhənnəmin odundan qoru.
    İlahi! Öz nemətinlə mənə böyüklük bağışla və məni öz qismətimə razı et. Öz bəxşiş və kərəminlə mənim günahlarımdan göz yum. Məni Öz tədbir və cəzandan uzaq et.
    İlahi, məni azğındıqlardan qoru, sözümdə və əməlimdə möhkəm et. Ömrümü uzun et, dərd və xəstəliklərdən sağlamlıq bağışla. Məni övliyalarımın haqqına çatdır. Öz fəzl və kərəminlə məni ən yaxşı arzularıma çatdır.
    İlahi, Mühəmməd və onun əhli beytinə salam göndər və mənim tövbəmi qəbul et, göz yaşlarıma rəhm et, azğınlığımdan keç, qəmlərimi aç, günahlarımı bağışla, nəslimi salehlərdən et.
    İlahi, bu şərəfli hərəm və kəramətli məkanda mənə bağışlamadığın günah, örtmədiyin eyb, aradan aparmadığın qəm, artırmadığın ruzi, abad etmədiyin məqam, islah etmədiyin fəsad, çatdırmadığın arzu, qəbul etmədiyin düa, yaxşılaşdırmadığın hal, kökündən qazılıb atmadığın həsəd, aradan qaldırmadığın düşmənçilik, yaxşılaşdırmadığın pislik, şəfa bağışlamadığın xəstəlik, yaxınlaşdırmadığın uzaqlıq, islah etmədiyin dağıntılıq, əta etmədiyin istək qalmağa qoyma.
    İlahi, Səndən indiki xeyri və gələcək savabı istəyirəm.
    İlahi, halalın vasitəsi ilə məni haramdan ehtiyacsız et. Öz fəzlinlə məni bütün camaatdan ehtiyacsız et.
    İlahi, Səndən fayda verən elm, xaşe qəlb, kamil yəqin, pak əməl, gözəl səbr, çoxlu əcr istəyirəm.
    İlahi, yerinə yetirməli olduğum nemətlərin şükrünü mənə ruzi et. Ehsan və kərəmini mənə artır. Sözümü camaat arasında ötərli və qəbul olunan et. Əməlimi öz yanında uca qərar ver. Mənim işlərimi xeyirli et. Düşmənlərimin kökünü kəs.
    İlahi, insanların ən xeyirliləri olan Mühəmməd və onun əhli beytinə gecənin və gündüzün bütün anlarında salam göndər və şər yetirə bilənlərin şərrini onlardan uzaq et. Məni günah və çirkinliklərdən pak et, Cəhənnəm atəşindən qoru və Cənnətdə qərar ver.
    Category: Həzrət Rüqəyyə | Added by: Islam_Kitabxanasi
    Views: 544 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019