İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Həqiqət olduğu kimi... 1

    Həqiqət olduğu kimi... 1
    2012-03-13, 12:52 PM
    RAŞİDİN XƏLİFƏLƏRİ HAQQINDA ŞİƏNİN NƏZƏRİ
    Onlar Peyğəmbər (s)-in pak ailəsindən olan on iki nəfərdirlər:
    1. Əmirəl-möminin, təqvalıların və üzü ağ olanların rəhbəri, Allahın şiri, meydanlar qalibi Əli ibni Əbi Talibdir. Elm şəhərinin qapısı, ağılları mat qoyub qəlb və canları özünə vurğun etmiş, ürəkləri sevindirmişdir. Əgər o, Allah rəsulundan sonra olmasaydı, din yer üzündə qalmazdıæ
    2. İmam Əbu Mühəmməd Həsən ibni Əlidir. Behişt cavanlarının ağası, bu ümmət arasında Peyğəmbər bostanının gülü, təqvalı, xeyirxah və əmindiræ
    3. İmam Əbu Əbdillah Hüseyn, Həzrət Əli (ə)-ın oğlu, behişt cavanlarının ağası, Peyğəmbər bostanının gülü, şəhidlər sərvəri, Kərbəla səhrasının şəhidi, canını ümmətin islahı yolunda fəda edənæ
    4. İmam Əli ibni Hüseyn Zeynəl-abidin (ə) (səcdə edənlərin sərvəri)æ
    5. İmam Mühəmməd ibni Əli "Baqir” ((keçmiş və gələcək elmləri yaran)æ
    6. İmam Cəfər ibni Mühəmməd "Sadiq” (düz danışan)æ
    7. İmam Musa ibni Cəfər "Kazim” (Peyğəmbər ailəsinin elm xəzinəsi)æ
    8. İmam Əli ibni Musa "Rza” (uşaqlıqdan hikmət və elmlə olmuşdur)æ
    9. İmam Mühəmməd ibni Əli "Cavad” (səxavət və gözəl əxlaq sahibi)æ
    10. İmam Əli ibni Mühəmməd "Hadi” (fəzilət və hidayət sahibi)æ
    11. İmam Həsən ibni Əli "Əskəri” (təqva və zöhd rəhbəri)æ
    12. İmam Mühəmməd ibni Həsən "Məhdi (ə)” (zülm ərşə çıxandan sonra yer üzünü ədalətlə dolduracaq. O kəsdir ki, İsa ibni Məryəm ona iqtida edərək namaz qılacaq. Allah onun vasitəsilə öz nurunu kamil edib möminləri seindirəcək)æ
    Bu on iki nəfər şiələrin imamlarıdır. İmamiyyə şiələr, on iki imamlı şiələr, "Cəfəri” şiələri dedikdə, həmin bu on iki imam nəzərdə tutulur.
    Ümmətin içində şiə məzhəbindən başqa heç kəs onların imamlığını qəbul etmir.
    Onların haqqında nazil olmuş Quran ayələri bu insanların fəzilət, şərəf, məqam və paklıqlarını bildirir. O cümlədən, "məvəddət”, "təthir”, "mübahilə”, "əbrar”, "salavat” və bir çox ayələri göstərmək olar.
    Əgər onların fəzilətləri və ümmətə rəhbər olanları haqda Peyğəmbər (s)-in, hədislərini nəzərə alsaq, sözsüz onların imamətini qəbul edərik. Başa düşərik ki, onlar ümməti hər cür azğınlıqdan qurtaranlardır.
    Təkcə şiənin həqiqi olub, nicat tapacağını qəbul edirik. Çünki onlar Allahın möhkəm ipindən tutmuşlar. Bu ip onları sevməkdir. Beləliklə, şiə nicat gəmisinə minmiş, boğulmaq təhlükəsindən uzaqlaşmışdır.
    Biz bütün inamımızla deyə bilərik ki, şiə Mühəmməd (s) ümmətinin ardıcılıdır.
    لَقَدْ كُنتَ فِي غَفْلَةٍ مِّنْ هَذَا فَكَشَفْنَا عَنكَ غِطَاءكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ
    "Sən bunu bilmirdin. Biz pərdəni götürdük və bəsirət gözün daha yaxşı gördü.” (Qaf” surəsi, 1-ci ayə. )
    RAŞİDİN XƏLİFƏLƏRİ BARƏSİNDƏ ƏHLİ-SÜNNƏNİN NƏZƏRİ
    Onlar həmin dörd nəfərdirlər ki, Peyğəmbər (s) dünyadan gedəndən sonra xilafət kürsüsündə əyləşdilər. Əhli-sünnə onların üstünlüyünü – xilafətlərinin ardıcıllığı ilə – qəbul edir. Onları qalan camaatdan üstün sayır. Bu bir şeydir ki, biz bu gün eşidirik. Amma keçən bəhslərdə qeyd etdiyimiz kimi, Əli ibni Əbi Talib (ə) onların fikrinə görə, hətta adi xəlifələrdən də sayılmırdı, o ki, qaldı raşidin xəlifələrindən!!! İmam Əhməd ibni Hənbəl iki əsr yarımdan sonra onu raşidin xəlifələrə qoşmuşdu. Bundan qabaq bütün İslam dövlətlərində və əməvilər imperatorluğunda onu lənətləyirdilər.
    Əziz oxucunun daha artıq təhqiqi və acı yəqinə çatması üçün bir neçə nöqtəyə diqqət etməsi lazımdır. Qeyd etdiyimiz kimi, Abdullah ibni Ömər əhli-sünnət və camaatın böyük fəqihlərindəndir. Malik "Müvəttəə”də, Buxari və Müslüm öz "Səhih” kitablarında və bir çox başqa mühəddislər onun sözünə etimad etmişlər.
    Bu kişi böyük nasibilərdən olmuşdur. Tarixdə Əmirəl-möminin Əli (ə)-la düşmənçilik etməsi ilə tanınmışdır. Tarix onun Əli (ə)-a beyət etməkdən boyun qaçırmasını çatdırmışdır. Amma bunun əvəzində Allahın və Peyğəmbərin düşməni olan məlun Həccacla öz ixtiyarı ilə və tələsik surətdə beyət etmişdir!!(Həccac ibni Yusif Səqəfi dinsizlikdə məşhur olmuşdur. Hakim "Müstədrək”də 3-cü cild, səh. 556; İbni Əsakir öz tarixində 4-cü cild, səh. 236 gətiriblər ki, Həccac deyirmiş: İbni Məsud deyir: Allah yanından gəlmiş Quranı oxuyub. Allaha and olsun! Bu ərəb rəcəzlərindən biridir. Deyirdi: Nə qədər istəyirsiniz təqva qazanın, savabı yoxdur. Amma Əmirəl-möminin Əbdül-məlik ibni Mərvanın hakimliyinin savabı vardır. İbni Əqil "Nəsaihul-kifayə”nin 1-ci cildinin 106-cı səhifəsində yazır: Həccac :ufədə moizə edib Peyğəmbər (s)-in ziyarətinə – Mədinəyə gedənlərə dedi: Ölüm olsun o kəslərə ki, bir neçə taxta və çürümüş sümüyün ətrafına dolanırlar. Nə üçün Əmirəl-möminin Əbdül-Məlikin sarayında dolanmırlar? Bilmirsiniz ki, insan xəlifə ondan yaxşıdır? )
    Abdullah ibni Ömər deyir: Əlinin heç bir fəzilət və üstünlüyü yoxdur!!! Öz daxili küdurət və düşmənçiliyini aşkar edib, onu Osman ibni Əfvandan da aşağı tutmuşdur.
    Qeyd etdiyimiz kimi, o yalnız Əbu Bəkr, Ömər və Osmana üstünlük vermiş, amma Əli (ə)-ı küçə və bazar adamlarından kiçik saymasa da, onlarla bir saymışdır. Burada mühəddislərin və tarixçilərin qeyd etdiyi başqa bir həqiqət də vardır, o da onun aşkar surətdə Əli (ə), Əhli-beyt imamları ilə düşmənçiliyidir.
    Abdullah ibni Ömər Peyğəmbərin hədisinin: "Məndən sonra xəlifələr on iki nəfərdir” barəsində belə deyir: Bu ümmətin on iki imamı olacaqdıræ
    Əbu Bəkr Siddiq, Ömər Faruq, iki nur sahibi Osman, Müaviyə və oğlu müqəddəs yerin padşahları, Səffah, Salam, Mənsur, Cabir, Mehdi, Əmin və Əmir Usb bunların hamısı Bəni Kəb qəbiləsindəndir. Hamısı xilafətə layiqdir və onlar kimi heç kəs tapılmaz!!!("Tarixi xüləfa”, Süyuti, səh. 140; :ənzül-ümmal”, 6-cı cild, səh. 67; "Tarixi İbni Əsakir” və "Tarixi Zəhəbi”.)
    Ey əziz oxucu! Oxu və gör əhli-sünnətin bu böyük fəqihi həqiqəti nə cür dəyişdirir? Müaiyə, oğlu Yezidi və Səffahı xalqın ən yaxşısı sayır. Ləyaqətdə onlar kimi heç kəsin olmamasını deyir.
    Düşmənçilik və kin onun gözünü tutmuş, düşmənçilik buludları onu əhatə etmişdir.(Oxu və yaddan çıxarma ki, Buxari və Müslümün etdiyi rəvayətdə Həzrət Peyğəmbər buyurmuşdur: Əlini sevmək iman, onunla düşmənçilik etmək nifaqdır. Peyğəmbərin zəmanəsində olan münafiqləri Əli (ə)-la düşmənçilik etməklərilə tanıyırdılar.)
    Onun fikrinə görə, Əli (ə)-ın heç üstünlüyü və fəziləti yoxdur. Amma müharibədə azad olmuş Müaviyə, oğlu kafir Yezid və cinayətkar Səffahı ondan üstün bilir. Bu, zəmanənin çox təəccüblü işlərindəndir!
    Abdullah ibni Ömər həqiqətən də öz atasının oğludur. Heç nədə təəccüb etmək lazım deyil, çünki kuzədən yalnız içində olan çölə tökülər. Atası var qüvvəsi ilə Əli (ə)-ı xilafətdən uzaqlaşdırmaq üçün çalışır, onu xalqın nəzərində kiçildirdi.
    Kinəli oğlu da Osmanın ölümündən sonra – xalqın Həzrət Əli (ə)-a beyət etməsinə baxmayaraq – yenə də onunla beyət etməkdən çəkindi. Hədis oxuyub belə göstərmək istəyirdi ki, Əli (ə)-ın heç bir üstünlüyü yoxdur və adi xalq kimidir!!!
    Abdullah ibni Ömər əməvilərə çox xidmət etmişdir. Peyğəmbər (s)-ə töhmət vurmaqla Müaviyə və Yezidin başına xilafət tacı qoydu. Səffah, Mənsur və əməvilərin bütün fasiqlərinin xilafətini qəbul etdi. Onları Quran və sünnənin "müsəlmanların sərvəri” adlandırdıqları möminlər rəhbərindən üstün saydı. Onun xalq tərəfindən qəbul olunan xilafətini rədd etdi. Bu çox təəccüblüdür!
    Biz yenidən Abdullah ibni Ömərin üstünə qayıdacağıq. Gələcək bəhsdə onun şəxsiyyətinin üstündən pərdəni götürəcəyik. Baxmayaraq ki, elə bu bəhsdə də onun ədaləti və etibarı aradan gedir və o, əhli-sünnəni düzəldən nasibilərə qoşulur.
    Siz əgər bütün yer üzünü – şərqdən qərbə qədər – gəzib, əhli-sünnə məscidlərində namaz qılıb, onların alimləri ilə danışsanız, onların imam camaatlarının hər fürsətdə "Abdullah ibni Ömərdən rəvayət olmuşdur” – cümləsini işlədən görərsiniz!!!
    Peyğəmbər (s) əhli-sünnə və camaatın fiqhini qəbul etmir
    Qabaqkı bəhslərdə ələ gətirdik ki, şiə yalnız Əhli-beyt imamlarına itaət etmiş, heç vaxt şəxsi rəy və qiyasa əməl etməmişdir. Hətta bundan da artıq, onları haram etmişdir. Yalnız Allahın Kitabı və Peyğəmbərin sünnəsi onların arasında hakim olmuşdur.
    Həmçinin, əhli-sünnə və camaat Peyğəmbər sünnətindən kifayət qədər bəhrələnmədiyi üçün rəy və qiyasa əməl etməyə məcbur olmuşdur. Onları bu işə məcbur edən şey, böyüklərinin hədis və rəvayətləri yandırmaları olmuşdur.
    Öz şəxsi nəzərlərinə əməl edənlər və ictihad sahibləri Peyğəmbərin dilindən hədis düzəldib öz məzhəblərini möhkəmlətmək istəyirlər. Haqqı batilə qatışdırırlar. Onlar deyirlər: Peyğəmbər (s) Məaz ibni Cəbəli Yəmənə göndərdi və ondan soruşdu: Əgər səndən hökm etməyini istəsələr, necə hökm edərsən?
    Məaz dedi: Allahın Kitabı ilə hökm verərəm.
    Peyğəmbər (s) ona dedi: Əgər Allahın Kitabında tapmasan, nə edərsən?
    Dedi: Peyğəmbərin sünnəti ilə.
    Peyğəmbər buyurdu: Əgər Peyğəmbərin sünnəsində tapmasan? Bu vaxt Məaz dedi: Əgər tapmasam, öz nəzərimlə ictihad edərəm.
    Peyğəmbər buyurdu: Şükür olsun Allaha, Peyğəmbəri üçün elə bir nümayəndə qərar verdi ki, Allahın və Peyğəmbərin razılığı ilə əməl edir.
    Bu hədis batildir. Allah rəsulunun dilindən belə bir hədis çıxması mümkün deyildir. Peyğəmbər (s) Məaza necə deyə bilər ki: Əgər Allahın Kitabında və Peyğəmbərin sünnəsində tapmadın? Halbuki, Allah Öz Peyğəmbərinə buyurur:
    وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ
    "Biz sənə elə kitab göndərdik ki, hər şeyi bəyan edir.” ("Nəhl” surəsi, 89-u ayə.)
    Yenə buyurur:
    مَّا فَرَّطْنَا فِي الكِتَابِ مِن شَيْءٍ
    "Biz Kitabda deyilməmiş heç nə qoymadıq.” ("Ənam” surəsi, 38-ci ayə. )
    Yenə buyurur:
    وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا
    "Peyğəmbər sizə hər nə verdisə, götürün və hər şeydən sizi saxladısa, dayanın.” (Həşr” surəsi, 7-ci ayə.)
    Yenə də Peyğəmbərinə buyurur:
    إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللّهُ
    "Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göndərdiyi ilə insanlar arasında hökm edəsən.” ("Nisa” surəsi, 105-ci ayə. )
    Belə isə, bəs Peyğəmbər bundan sonra necə Məaza deyir ki: Əgər Allahın Kitabına və Peyğəmbərin sünnəsində tapmadın?! Yoxsa bu, Allahın Kitabının və Peyğəmbər sünnəsinin naqis olub hər şeyi bəyan etməməsinə olan bir etirafmıdır?!
    Deyə bilərlər ki: Bəlkə də Məazın hədisi təbliğin əvəllərində baş vermişdir. O vaxt Quran hələ kamil surətdə nazil olmamışdı. Cavabında deyirik: Bu söz düz deyildir. Çünki:
    1. Məaz dedi: Allahın Kitabı ilə hökm edərəm. Bu da onu göstərir ki, Allahın Kitabı o vaxt kamil olubmuş.
    2. Bu, Allahın və Peyğəmbərin hökmünü bilməyən bir kəs üçün bəhanə ola bilər ki, öz şəxsi nəzəri ilə, ürəyi istədiyi kimi hökm etsin və nəsləri öyrənib tapmaqda zəhmət çəkməsin.
    3. Allah-taala Quranda buyurur:
    وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ
    "Allahın nazil etdiyi (Kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə kafirdirlər.” ("Maidə” surəsi, 44-cü ayə.)
    وَمَن لَّمْ يَحْكُم بِمَا أنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ
    "Allahın nazil etdiyi (Kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə zalımdırlar.” ("Maidə” murəsi, 45-ci ayə.)
    وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْفَاسِقُونَ
    "Allahın nazil etdiyi (Kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə fasiqdirlər.” ("Maidə” surəsi, 47-ci ayə)
    4. Əhkamı bilməyən insanın qəzavət işlərində hökm verməyə ixtiyarı yoxdur.
    Allah Peyğəmbərə hökm çıxarmaq ixtiyarını verib buyurmuşdur:
    وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ
    "Allah və Peyğəmbər bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz.” ("Əhzab” surəsi, 36-cı ayə. )
    Bununla belə, Peyğəmbər hətta bir məsələdə belə öz şəxsi nəzərinə və qiyasa əməl etməmiş, yalnız Allahın buyruğu ilə hökm etmişdir. Bununla uyğun gəlməyən hər bir hədis "düzəltmə (qondurma) hədis”dir..
    Daha artıq yəqinlik tapmaq üçün əhli-sünnətin "Səhih”lərindən sizin üçün dəlillər gətirdik. Bu hədisi Buxari öz "Səhih”ində sənədlə gətirmişdir: Peyğəmbərə sual veriləndə "bilmirəm, ya vacib deyil” sözlərini demirdi. Vəhyin ona nazil olmasını gözləyirdi. Heç vaxt öz şəxsi nəzəri, ya qiyasla söz demirdi. Allah onun barəsində buyurur: "O şeylə ki, Allah sənə göstərmişdir.” ("Səhihi Buxari”, 8-ci cild, səh. 148. )
    Bəli, aləmlərin Pərvərdigarı və hakimlərin hakimi Öz Peyğəmbərinə buyurur:
    وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ فَاحْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللّهُ
    "Biz (Quranı) sənə haqq üzrə və özündən əvvəlki kitabı təsdiq edən və onun qoruyucusu olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et.” ("Maidə” surəsi, 480-ci ayə. )
    Bəli, bu Qurandır ki, Allah Peyğəmbərinə buyurur:
    إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللّهُ
    "Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi ilə insanlar arasında hökm edəsən.” ("Nisa” surəsi, 105-ci ayə. )
    Onların səhihlərinin şəhadət verdiyi kimi, əgər Peyğəmbər öz şəxsi rəyinə və qiyasa əməl etməmişsə, bəs onların qiyasa əməl etməyə nə haqları vardır? Hansı haqla Allahın hökmü və Peyğəmbərin sünnəti ilə müxalifətçilik edirlər?
    Deyirlər: Biz əhli-sünnəyik! Doğrudan da təəccüblüdür!
    MÜHÜM MƏTLƏB
    Keçən bəhslərdə əhli-sünnə və camaat barəsində dediyimiz sözlərdən məqsəd bu günkü əhli-sünnət deyildir. Dəfələrlə onların günahsız olduğunu xatırlatmışıq. Qədimdəkilərin törətdikləri işlər bunların ayağına yazılmaz. Bunlar haqqı gizlənən tarixin qurbanlarıdır ki, əməvilər, abbasilər və onların ardıcılları Peyğəmbər (s)-in sünnəsini məhv edib cahiliyyəti yenidən qaytarmaq istəyirdilər.
    Biz də onlardan idik və onların karvanı ilə yol gedirdik. Onlardan istiqamət alırdıq. Lakin böyük Allah boynumuza minnət qoyub, bizi nicat gəmisinə tərəf hidayət etdi. Bizim yalnız Allah qarşısında ağlayıb, bütün ümməti bu yola hidayət etməsindən başqa çarəmiz yoxdur.
    Ola bilsin ki, belə deyilsin: Səhabə qarşısında belə sərt mövqe tutmaq, onların əməllərini tənqid etmək, əksər müsəlmanların (ki, onların adətinə etiqadları var) narahatçılığına səbəb ola bilər. Müsəlmanların çoxu onları Peyğəmbər (s)-dən sonra ən yaxşı insanlar kimi tanıyır.
    Cavabında deyirik: Müsəlmanların Allah və Peyğəmbərə etiqadları olmalıdır. Onların dedikləri hər şeyə əməl etməlidirlər. Onların qoyduğu hədlərdə durmalıdırlar. Müsəlmanlar və o cümlədən səhabələrin nicatı bundadır. Hər kəs bu həddən qırağa çıxarsa, əhli cəhənnəmdir, baxmayaraq ki, Peyğəmbər (s)-in əmisi belə olmuş olsun.
    Səhabənin tənqidi və onların zəmanəsində baş vermiş hadisələri açıqlamaq bizə lazım və zəruridir. Çünki onlar ümmətin ixtilafına və müsibət çəkmələrinə səbəb olmuşlar.
    ƏHLİ-SÜNNƏNİN ƏHLİ-BEYT (Ə)-LA MÜXALİFƏT ETMƏSİ ONLARIN ZATINI ÜZƏ ÇIXARIR
    Hər bir mühəqqiq əhli-sünnə və camaatın Peyğəmbər (s) ailəsi ilə düşmən olması həqiqətinə yetişdiyi zaman, onların kimlərə itaət etdiyini başa düşər. Bilər ki, bu insanlar Əhli-beyt ilə dava etmiş, onlara lənət göndərmişlər.
    Əhli-sünnət və camaat bir mühəddisin xəvaric və ya nasibilərdən olduğunu görüncə onu adil, inanılmış bilirlər. Amma Əhli-beytdən olan şiə hədisçini gördükdə, ona töhmət vururlar.
    Siz onların kitablarında Həzrət Əli (ə)-ın fəzilətləri haqqında səhih rəvayətlərə rast gələrsiniz. Amma onlar bu rəvayətləri yalan sayırlar. Hədisçilərin sənədlərində irad tutub onu zəif bilirlər.
    Başqa xəlifələrə gəldikdə isə, onların haqqında yalan rəvayət də olmuş olsa, onu qəbul edib səhih sayırlar.
    İbni Həcər, Abdullah ibni Əzdi (tanınmış nasibilərdəndir) haqqında deyir: O, əhli-sünnə və camaatdan olmuş, sünnətdə möhkəm və osmanilərdəndir.(Məşhur budur ki, osmanilər həmin nasibilərdir ki, Həzrət Əli (ə)-ı kafir bilirlər. Onu Osmanı öldürməkdə günahlandırırlar və onların rəhbəri Müaiyə və Yeziddir)
    Abdullah ibni Ovn Bəsri haqqında deyir: O, düz danışandır, ibadət əhli, sünnədə möhkəm, bidət qoyanlara qarşı müqavimətli olmuşdur. İbni Səd deyir: Abdullah ibni Ovn Bəsri, osmani olub.(v)
    Həmçinin İbrahim ibni Yəqub Cuzcani (Həzrət Əli (ə)-la düşmənçilik etməkdə məşhur olmuşdur) haqqında deyir: O, Hüreyzi məzhəb olmuşdur, yəni Hüreyz ibni Osman Dəməşqinin məzhəbində olmuşdur. Hamı onu nasibi, Həzrət Əli (ə)-ın düşməni kimi tanımışlar.(Nəvasib, Əli (ə) və onun ailəsi ilə düşmən olanlara deyirlər. )
    İbni Həyyan deyir: O, sünnədə möhkəm, hədis əzbərçisi idi.
    Burada bir mətləbi xatırlamaq yaxşı olardı. Bu nasibi (onu sünnədə möhkəm və hədis əzbərçisi kimi tanıtdırırdılar) hədisçilərin onların evində yığılmasından çox istifadə etmişdir. Balaca qız uşağına bir toyuq verib şəhəri dolanmağı, qayıdandan sonra isə bu sözü deməyi tapşırırmış: Şəhərdə bir adam tapmadım ki, bu cücənin başını mənim üçün kəssin! Sonra qışqırıb deyirmiş: Sübhanəllah! Bir adam tapılmayacaqmı ki, cücənin başını kəssin? Əli isə günün gündüz çağı iyirmi mindən artıq müsəlmanın başını kəsdi!!!
    Bu cür zirəklik və hiyləgərliklə nasibilər (Peyğəmbər (s) ailəsinin düşmənləri) xalqı haqdan uzaqlaşdırmağa çalışırdılar. Pis, yalan sözləri ilə müsəlmanları, məxsusən hədisçiləri özlərinə tərəf çəkmək istəyirdilər. Onların qəlbini Əli (ə)-ın düşmənçiliyi ilə doldurmaq istəyirdilər. Beləliklə, onu söyməyin və lənət göndərməyin düzgünlüyünü sabit etmək istəyirdilər.
    Bu iş bu günə qədər uzanmışdır. Əhli-sünnə bu gün həzrət Əli (ə)-a məhəbbət göstərmələrinə baxmayaraq, Həzrət Əli (ə)-ın fəziləti haqqında bir rəvayət eşitdikdə bir-birlərinə işarə edib, onu ələ salırlar. Sənin də şiə olduğunu deyib dində ifrata vardığını sayırlar!
    Amma Əbu Bəkr və Ömər haqqında danışsan və onların xeyrinə hər nə gəldi desən, sənin sözlərinə məmnuniyyətlə qulaq asır, çox elmli sayaraq hörmət edirlər.
    Bu Sələfi-salehin əqidəsidir. Tarixçilər qeyd edirlər ki, Əhməd ibni Hənbəl Əbu Bəkr, Ömər və Osmanı tənqid edən hər bir mühəddisi zəif sayırdı. İbrahim Cüzcani adı çəkilən nasibiyə çox ehtiram edib ona məktub yazır, onun məktublarını minbərlər üstündə oxuyur və onları şahid gətirirdi!
    Əhməd ibni Hənbəl həmin o kəsdir ki, Həzrət Əli (ə)-ın xilafətini xalqa çatdırmış, onu dördüncü xəlifə kimi tanımışdır. Əgər bu adam bu işi ilə yanaşı, Həzrət Əli (ə)-ın fəzilətlərini qəbul etmirsə, gör başqaları Həzrətin barəsində nə fikirdə olarlar?!
    Dar Qutni deyir: İbni Qüteybə əhli-sünnə mütəkəllimi idi, təşbihə(Təşbih məzhəbində olanlar o kəslərdir ki, Allahı cismə oxşadırlar.) etiqadı vardı. Əhli-beytdən üz çevirmişdi.
    Buradan əhli-sünnənin Peyğəmbər (s) ailəsindən üz çevirmələri məlum olur.
    Əhli-sünnətin "Muhyius-sünnə”(Sünnət dirildən. ) adlandırdığı Mütəvəkkil Əhməd ibni Hənbələ çox hörmət edirdi. Onu bacardıqca ucaldırdı. Hakimlər təyin etməkdə ondan məsləhət alırdı. Eyni zamanda nasibi idi və həzrət Əlini və Əhli-beyti düşmən sayırdı. Düşmənçiliyi o yerə çatmışdı ki, Hüseyn ibni Əlinin qəbrini alt-üst etmişdi. O həzrəti ziyarət etməyi xalqa qadağan etmişdi. Xarəzmi öz risaləsində onu xatırlayıb yazır: O yalnız Həzrət Əli (ə)-ı və onun ailəsini düşmən bilənlərə hədiyyə verir, nasibi məzhəbini dəstəkləyənlərə hörmət edirdi.(Rəsail”, Xarəzmi, səh. 135")
    Nasibilərin həmin əhli-sünnə olmalarını deməyə ehtiyac yoxdur. Onlar nasibilərin məzhəbini, yəni Mütəvəkkili dəstəkləyirlər. (Diqqət et!)
    İbni Kəsir yazır: Əhli-sünnə və camaat Əməşin Həzrət Əli (ə)-ın fəziləti haqqında olan məşhur "teyr” hədisini rəvayət etdiyini eşidəndə, onu məsciddən çıxarıb yerini yudular.("Əl-bidayətu vən-nihayə”, İbni :əsir, 11-ci cild, səh. 147. )
    Onlar həmçinin böyük tarixçi Məhəmməd ibni Cərir Təbərinin ("Tarixi Təbəri”nin sahibi) dəfninin qarşısını aldılar. Çünki o, Qədir-xum "mən kuntu movlahu fə haza Əliyyun movlahu” hədisini müxtəlif hədisçilərin dilindən yığmış, bu hədisin mütəvatir olmasını sübut etmişdi.
    İbni Kəsir yazır: Onun kitablarından birini gördüm. İki böyük cilddə Qədir-xum hədislərini, başqa bir kitabda isə "teyri-məşva” hədisini yığmışdı.(v)
    İbni Həcər də onu "Lisanul-mizan” kitabında xatırlayıb yazır: O, böyük rəhbər, müfəssir, imanlı adam və düz danışandır. Bir az şiəliyi vardır. Bu, ona ziyan yetirmir.("Lisanul-mizan”, İbni Həcər, 5-ci cild, səh. 103.)
    Əhli-sünnətin səhih yazanlarından biri böyük mühəddis imam Nəsai Həzrət Əli (ə)-ın fəziləti haqqında kitab yazandan sonra ondan sual edib soruşdular: Müaviyənin fəziləti hansıdır? Dedi: "Mən onun haqqında fəzilət bilmirəm. Amma bunu bilirəm ki, Peyğəmbər onun barəsində buyurub: Allah qarnını doydurmasın.” Bunu eşidəndən sonra onu bihuş olana qədər vurdular. O, bu döyülmədən sonra öldü.
    İbni Kəsir 303-cü ildə Bağdadda Aşura günü baş vermiş (əhli-sünnət və camaatla şiə arasında) əhvalatı qeyd edib deyir: Əhli-sünnətdən olan bir dəstə bir qadını heyvana mindirib Aişə adlandırdılar. Bəziləri də adlarını Təlhə və Zübeyr qoyub dedilər: Biz Əlinin yoldaşları ilə vuruşacağıq. Bu axmaq işə görə çoxlu adamlar qırıldı.
    Bu iş bu gündə Hindistanda baş verir. Orada əhli-sünnə və camaat Aşura günü şiələrə hücum edir, əzadar dəstələrini dağıdırlar. Bu işlə bir dəstə günahsız müsəlman canlarını əldən verirdilər.
    Bu araşdırmadan sonra başa düşürük ki, nasibilər Əli (ə)-la düşmənçiliyə başlayıb Əhli-beyt (ə)-la müharibə etdilər. Onlar özlərini əhli-sünnət və camaat adlandırdılar. Beləliklə, onların əhli-sünnət və camaatdan məqsədləri məlum olur.
    Məlumdur ki, hər kəs Peyğəmbər (s) ailəsi ilə düşmən olarsa, onların cəddi Allah Peyğəmbəri ilə düşmən olmuşdur. Peyğəmbərlə düşmən olan Allahın düşməni sayılır.
    Bu da məlumdur ki, Allah, Peyğəmbər və onun ailəsi ilə düşmən olan Allah bəndələyindən kənardır və əhli-sünnədən sayılmır. Amma Allahın sünnətinə gəldikdə isə bu, Allahı, Peyğəmbəri və onun ailəsini sevmək və onlara itaət etməkdir. Böyük Allah buyurur:
    قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى
    "De: Mən sizdən bunun müqabilində qohumlarıma məhəbbətdən başqa heç nə istəmirəm."(

    "Şura” surəsi, 23-cü ayə. )
    Müaviyə hara, Əli hara! Azğın rəhbərlər hara, hidayət imamları hara! Əhli-sünnə hara, mərd şiələr hara!
    هَـذَا بَيَانٌ لِّلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِّلْمُتَّقِينَ
    "Bu, insanlardan ötrü bir xəbər, müttəqilərdən ötrü isə hidayət və nəsihətdir.”("Ali-imran” surəsi, 138-ci ayə)
    ƏHLİ-SÜNNƏNİN PEYĞƏMBƏR (S) VƏ ONUN AİLƏSİNƏ OLAN SALAVATI DƏYİŞMƏSİ
    Allah köməyiniz olsun, bu hissəyə diqqətlə baxın. Əhli-sünnət və camaatın daxilindən nələr keçdiyini müşahidə edin. Allah rəsulunun ailəsi barədə olan hər hansı bir fəzilətə əl ataraq dəyişdirmək istəmişlər. O cümlədən, fəzilətlərdən biri də "Mühəmməd və Ali-Mühəmmədə salavat göndərmək”dir ki, Quranda da gəlmişdir. Buxari, Müslüm və əhli-sünnənin bütün mühəddisləri rəvayət ediblər ki, bu ayə:
    إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
    "Həqiqətən Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər, ey iman gətirənlər, siz də ona salavat göndərib, layiqincə salamlayın”("Əhzab” surəsi, 56-cı ayə.) – nazil olduğu zaman Allah Peyğəmbərinin yanına gəlib dedilər: Sənə salavat göndərmənin necəliyini bizə göstər. Biz sənə salavat göndərməyin yolunu bilmirik.
    Peyğəmbər (s) buyurdu: Deyin:
    "Əllahummə səlli əla Muhəmməd və Ali-Mühəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid.”
    Bəziləri bu cümləni artırıb demişlər ki, Həzrət buyurmuşdur: Mənə yarımçıq salavat göndərməyin. Dedilər: Ey Allahın rəsulu! Yarımçıq salavat nədir? Buyurdu: "Əllahummə səlli əla Muhəmməd” – deyib durmanızdır. Allah kamildir və kamil olmayan şeyi qəbul etməz.”
    Elə bu səbəbdən imam Şafei aşkar demişdir: Hər kəs Əhli-beytə salavat göndərməsə, namazı batildir.
    Dar Qutinin sünnəsində öz sənədi ilə Əbu Məsud Ənsaridən gəlmişdir ki, dedi: Allah rəsulu buyurmuşdur: Hər kəs namaz qıla və o namazda mənə və ailəmə salavat göndərməyə, namazı qəbul deyildir.("Səhihi Buxari”, səh. 118. )
    İbni Həcər "Səvaiqul-möhriqə” kitabında yazır: Deyləmi öz sənədi ilə Peyğəmbər (s)-dən gətirmişdir: Hər dua ki, onda Mühəmməd və Əhli-beytinə salavat olmasa, o dua asimana getməz.("Əs-səvaiqul-möhriqə”, İbni Həcər, səh. 148. )
    Təbərani "Möcəmul-ovsət” kitabında Əli (ə)-dan rəvayət edir ki, o Həzrət buyurur: Hər dua Mühəmməd və Ali-Mühəmmədə salavat göndərilənə qədər saxlanılır.("Feyzul-qədir”, 5-ci cild, səh. 16; ":ənzül-ümmal”, 1-ci cild, səh. 490, hədis: 2153. )
    Gördüyünüz kimi, əhli-sünnə kitablarında Peyğəmbər (s)-ə salavatın necəliyi açıqlanmışdır. Başa düşdük ki, əgər bir kəs öz namazında Mühəmməd və Ali-Mühəmmədə salavat göndərməsə, namazı batildir. Həmçinin dua zamanı Mühəmməd və Ali-Mühəmmədə salavat göndərməsə, duaları asimana getməz. Allaha and olsun! Bu, yalnız Mühəmməd və Ali-Mühəmmədə məxsus olan bir fəzilətdir. Beləliklə, onların başqa insanlardan üstünlüyü vardır. Başqaları onların vasitəsi ilə Allaha yaxın olurlar.
    Amma əhli-sünnə bu fəzilətin Əhli-beytə məxsus olmasına dözə bilmədilər. Onun xətərini başa düşdülər. Onlar bilirdilər ki, hər nə qədər Əbu Bəkr, Ömər, Osman və sair səhabələr üçün yalandan fəzilət düzəltsələr belə, bu fəzilətlərə yetişməyəcəkdir. Çünki onların namazı da Peyğəmbərdən sonra Əli ibni Əbi Talib (ə)-a salavat göndərməsələr batildir.
    Bəli, o, itrətin sərvəri, Peyğəmbər ailəsinin böyüyüdür. Bunda heç şəkk yoxdur. Onlar bu fəziləti dəyişdirməyə başlayıb, ona daha bir hissə artırdılar. Beləliklə, öz rəhbərlərinin yerini səhabə arasında ucaltmaq istədilər. Bunun kənarında digər bir hissəni o cümlədən çıxarıb onu naqis etdilər. Kitab yazdıqları zaman onda olan salavatı kamil yazmırlar. Hər vaxt Mühəmməd (s), ya Peyğəmbər (s), ya Allah rəsulu (s) kəlmələrini qeyd etdikdə, yalnız bunu deməklə "Səlləllahu ələyhi və səlləm” kifayətlənib "Ali-Mühəmməd”in adını çəkmirlər!
    Əgər onlardan biri ilə söhbətdə ona desəniz: Mühəmməd (s)-ə salavat göndər, cavabınızda deyəcək: "Səlləllahu ələyhi və səlləm” və Ali-Mühəmməddən heç bir ad çəkməyəcək. Bəziləri hətta bu cümləni o qədər tez və sürətlə deyirlər ki, təkcə "səlli və səllim” kəlmələrini eşitmək olur. Amma digərlərindən (şiələrdən) salavat demələrini istəsən belə deyərlər:
    "Əllahummə səlli əla Muhəmməd və Ali-Muhəmməd.”
    Əhli-sünnə kitablarında Peyğəmbər (s)-dən bu söz rəvayət olmuşdur ki, buyurur: Deyin: "Əllahummə səlli əla Muhəmməd və Ali-Muhəmməd.” Bu cümləni indiki və gələcək zamanlarda deyin, Allahdan dua və istək kimi diləyin. Buna baxmayaraq onlar yenə də keçmiş zaman və xəbər kimi götürürlər. Amma "Ali-Muhəmməd”in adını çəkmirlər.
    Əhli-sünnət və camaatın rəhbəri olan Müaviyə və Yezid Peyğəmbərin adını azandan götürmək istədilər.(Elm əhlindən soruşun” kitabında bu barədə bəhs etmişik.)Onların ardıcıllarının salavatı qısaltması heç də təəccüblü olmamalıdır. Əgər bacarsaydılar, onu tamam yox edərdilər. Amma bu mümkün olası deyildir.
    İndi onların hamısı, məxsusən vəhhabilər, qısaldılmış salavat deyirlər. Əgər onu kamil demək istəsələr, bu cümləni "və əla əshabihi əcməin” ona artırırlar. Ya da başqa bir ibarətlə deyirlər: "Və əla əshabit-təyyibinət-tahirin.” Bu cümləni deməklə Əhli-beytin haqqında nazil olmuş "təthir” ayəsini əshab üçün qeyd edirlər. Beləliklə, səhabələrin fəzilətdə Əhli-beytlə bir olmasını xalqa bildirmək istəyirlər!!!
    Onlar təhrif və dəyişdirmək elmini özlərinin böyük fəqihləri və rəhbərləri olan Abdullah ibni Ömərdən öyrənmişlər. Bildiyiniz kimi, o, Əhli-beytlə düşmənçilikdə məşhur olmuşdur.
    Malik "Müvəttəə”də gətirmişdir ki, Abdullah ibni Ömər Peyğəmbər (s)-in qəbrinin kənarında durur, Peyğəmbər, Əbu Bəkr və Ömərə salam göndərirdi.("Tənvirul-həvalik”, Malikin "Müvəttəə” kitabının şərhi. )
    Ey əziz təhqiqçi! Əgər məsələnin həqiqəti barəsində düşünsən, görərsən ki, artırılmış bu hissə – "səhabələrə salavat göndərmək” – nə Quranda gəlmiş, nə də sünnədə qeyd olunmuşdur. Quran yalnız Mühəmməd və Ali-Mühəmmədə salavat göndərməni buyurmuşdur. Bu əmr hamıdan qabaq səhabələrə aiddir. Çünki hamıdan qabaq onlar Quranın buyurduqlarına mükəlləfdirlər.
    Bu artırılmış hissəni təkcə əhli-sünnədə görə bilərsiniz. Bir çox bidətlər vardır ki, dində icad etmiş və sünnə adlandırmışlar. Onların hədəfi kiminsə fəzilətini gizlətmək, hansı həqiqətin isə üstünü örtmək olmuşdur.
    يُرِيدُونَ لِيُطْفِؤُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
    "Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, Öz nurunu tamamlayacaqdır.” ("Səf” surəsi, 8-ci ayə)
    Qeyd etdiklərimizdən həqiqi əhli-sünnənin kim olması məlum oldu. Yalançılar da üzə çıxdı.
    HƏQİQƏTİN AŞKAR ETDİYİ YALANLAR
    Bu bəhsdə azad fikirli insanlar üçün bir mətləbi açıqlamaq istərdik ki, nəticədə təəssübkeşliyi bir kənara qoyub, gözləri qarşısında olan qara pərdələri çəkib həqiqətə çatsınlar və düz yola qədəm qoysunlar. Biz deyirik: Bütün əhli-sünnə başçıları Peyğəmbər (s)-in aydın və aşkar sünnəni ilə müxalifətçilik edib ona arxa çevirdilər. Bilərəkdən onu tərk etdilər.
    Müsəlman ondan-bundan eşitdiyinə aldanmamalıdır. Biz bu kitabda yalnız o mənbələri qeyd edirik ki, səhih, müsnəd və tarixlərdə yazılmış olsun. Biz onların bəzisini öz qabaqkı kitablarımızda ötəri qeyd etmişik. Burada daha artıq və geniş surətdə onlar haqqında bəhs etmək istəyirik ki, pərdələr arasında qalmış günəş bir daha parlayıb qaranlığın yerini tutsun. Qeyd etdiyimiz kimi, təkrar və yenidən yadlara salmaq faydalıdır. Əgər keçmiş hadisələri ayrı-ayrı bəyan etsək, oxucu daha artıq ondan istifadə edə bilər. Çox oxucular vardır ki, məxsus üslub və qaydalara əlaqələri vardır. Heç bir yorğunluq çəkmədən mətləbi oxuyurlar. Biz bu üslubu Qurandan öyrənmişik. Həzrət Musa (ə)-ın, Həzrət İsa (ə)-ın dastanı bir neçə surədə və bir neçə üslubda qeyd olunmuş və hər biri digərinə arxadır.
    Biz burada bəzi başçı və rəhbərlərdən danışmaq istəyirik. Əhli-sünnət və camaat onları elm və fiqhdə alim bilirlər. Pak Əhli-beyt imamlarından üstün tuturlar! Burada fasiqlik, aludəlik, hiyləgərlik və çirkinliklə məşhur olmuş kəslərin adlarını çəkməyəcəyik. Bunları İslamdan uzaq bilirlər. Onlardan Müaviyə, Yezid(İbni Səd "Təbəqatul-kubra” kitabının 5-ci cildinin 66-cı səhifəsində Abdullah ibni Hənzələdən gətirmişdir ki, dedi: Allaha and olsun! Bizim Yezidin əleyhinə qiyam etməyimizin səbəbi bu idi ki, əgər qiyam etməsəydik, qorxurduq ki, asimandan başımıza od yağar. O, öz yaxınları ilə qeyri-şəri əlaqədə olurdu. İçki içir, namazı boş sayırdı. Allaha and olsun! Əgər heç kəs mənə kömək etməsəydi belə, mən tək qiyam edərdim və yaxşı imtahan verərdim. Bəli, bu həmin Yeziddir ki, Peyğəmbər bostanının gülünü tikə-tikə etdi. Onun ailəsini öldürdü. Peyğəmbər şəhərini qarət etdi. Bütün bunlarla belə, görürük ki, bir İslam dövlətində "Əmirəl-möminin Yezid ibni Müaviyənin haqqında həqiqətlər” adlı kitab çap olunur. ), Əmr ibni As, İbni Mərvan, Müğeyrə ibni Şöbənin adını çəkmək olar. Bütün ərəb və İslam dövlətlərində əhli-sünnə və camaat bunları böyük insanlar kimi xatırlayırlar. Küçələrə onların adlarını verirlər. Onların şəxsiyyəti, siyasəti, gözəl əxlaqı haqqında kitab yazırlar. Onların xilafətini düz bilirlər!!!
    Beləliklə, onların haqqında yazıb, rüsvay etməklə vaxtımızı itirmək və zay etmək istəmirik. Çünki bəzi tarixçilər və azad fikirli alimlər bu işi bizim yerimizə görmüşlər. Biz bu təhqiqdə düzgünlük, ədalət və təqva ilə məşhur olan rəhbərlərdən danışacağıq. Onlar əhli-sünnənin daha inamlı və güvəndiyi adamlardır. Biz onlarla daha yaxından tanış olub sünnəti dəyişmələrindən söz açacağıq. Ümmət arasında bidətlər yaradıb onların haqdan çıxmalarına səbəb olmuşlar. Onlar Peyğəmbər (s)-in ucaltdığı sarayı viran etdilər. O imarət ki, Peyğəmbər bütün ömrünü onu qurub yaratmağa sərf etmişdi.
    Mən əhli-sünnət və camaatın arasından on iki nəfəri seçmişəm. Onlar dinin əsas məsələlərinin başqa vəziyyətə düşməsində mühüm rol oynamış, ümmətin arasına təfriqə salıb dağıtmaqda var qüvvələri ilə çalışmışlar.
    Əlhəmdu lillahi Rəbbil-aləmin!
    Category: Həqiqət olduğu kimi... 1 | Added by: Islam_Kitabxanasi
    Views: 804 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024