İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Etiqat » Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq)

    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq)
    2012-04-12, 5:04 AM
    BÖYÜK QEYB DÖVRÜ
    69 illik kiçik qeyb dövrü böyük qeyb dövrünə müqəddimə və insanların o dövrə hazırlaşması üçün qısa fürsət hesab olunur.
    Təqribən 11 əsrdir davam etməkdə olan böyük qeyb dövrü müxtəlif cəhətlərdən kiçik qeyb dövrü ilə fərqlənir:
    1.Kiçik qeyb dövründən olduqca uzunmüddətlidir.
    2.Kiçik qeyb dövründən fərqli olaraq, bu dövrdə İmam Mehdiylə (əc.) əlaqədə olan heç bir xüsusi naib yoxdur.
    3.İmam Sadiq (ə), İmam Həsən Əsgəri (ə) və İmam Mehdinin (əc.) hədislərində göstərilən şərtlərə malik olan müctəhidlər(Vəsailüş-şiə, Qəza və Bey kitabları; Vilayəti-fəqih, İmam Xomeyni. ), İmam Zamanın (əc.) ümumi naibləri olaraq, bu dövrdə İslam hökumətinin idarəsinə, İslam və müsəlmanların mənafeyini qorumaq işinə məmur olunmuşlar. Bu dövrdə, həmçinin ilahi hökmlərin və cəza hədlərinin icrası və ümumiyyətlə, müsəlmanların bütün ictimai və iqtisadi işlərinə rəhbərlik də onların öhdəsinə düşür.
    4.Bu dövr, xalqın və şəraitin vahid ümumbəşəri hökuməti qəbul etməyə hazır olacaqları zaman sona yetəcəkdir.
    5.Bu dövrün müddət miqdarını Allahdan savayı heç kim bilmir və heç bir hədisdə onun vaxtı göstərilməmiş, onu təyin edənlər isə yalançı adlandırılmışlar.
    QEYBƏÇƏKİLMƏNİN BƏZİ HİKMƏTLƏRİ
    İmam Mehdinin (əc.) qeyb pərdəsi arxasında saxlanılması Allahın hikmətamiz iradəsi ilə bağlı olub, varlıq aləminin mürəkkəb sirlərindən sayılır(İmam Sadiq (ə) buyurmuşdur: "Allah-təalanın hikmətli olduğunu bildikdə, onun bütün söz və işlərinin hikmət olduğunu təsdiq etməliyik; əsl həqiqəti bizə məlum olmasa belə": Kəmalüddin, c.2, səh: 482. ). Lakin, bununla yanaşı, bəzi hədislərdə onun bir sıra hikmət və səbəblərinə toxunulmuşdur. Bu hədislər qeybəçəkilmədə təsirli olan bəzi amilləri göstərməklə, Allah bəndələrinə ibrət dərsi verib, onları çıxış yolları barədə daha artıq düşünməyə vadar edir:
    1. İlahi qanun
    İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbərlərin qeybində həyata keçən bütün qanun və sünnələr, biz Əhli-beytin qiyam edəninin (Qaimin) qeybində çox ali formada həyata keçəcəkdir"(Yenə orada, səh: 345.).
    2. İmamın canının qorunması
    Onun fiziki cəhətdən məhv edilməsi, həm də ideyalarının aradan götürülməsi, İslam və Quranı hakim etmək missiyasının nəticəsiz qalması demək idi.
    İmam Sadiq (ə) qeyb haqqında verilən sualın cavabında belə buyurmuşdur: "O, özünün öldürülməsindən qorxur"(Yenə orada, səh: 481. ).
    3. İslam hakimiyyətinin qəbul olunmasına və istismarçı zalımların məhv edilməsinə ümumdünya hazırlığı
    Həzrət Mehdi (əc.) buyurmuşdur: "Mən zühur və qiyam etdiyim zaman boynumda heç bir tağutun və zalım hökmdarın beyəti olmayacaqdır"(Müntəxəbül-əsər, səh: 267. ).
    4. İnsanların imtahan olunması
    Peyğəmbər (s) buyurmuşdur:
    "Mehdinin (əc.) qeybi dövründə, ürəkləri Allah imanı ilə saflaşdırılmış şəxslərdən savayı heç kim onun imamlığına əqidə bəsləməkdə sabit qalmayacaqdır"(Yenə orada, səh: 101. ).
    5. İnsanların günaha aludə olması və zühura hazır olmaması
    Həzrət Mehdi (əc.) özünü buludlar arxasındakı günəşə bənzətmişdir(Ehticac, səh: 263; Biharul-ənvar, c.52, səh: 92. ). Və əgər o, həyati əhəmiyyətə malik olan işıqlı bir günəşdirsə, onun üzünü örtən buludlar insanların günahı və nankorluğundan başqa nə ola bilər?
    QEYB DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ
    İmam Mehdinin (əc.) qeyb olmasının necəliyi və onun xüsusiyyətləri barədə bir sıra hədislər mövcuddur. Lakin buna baxmayaraq, bu qeyb barəsində qəti və aydın təsəvvür yaratmaq mümkün deyil. Aşağıda bu xüsusuiyyətlərin yalnız bir neçəsinə toxunmaq istəyirik:
    1. Bulud arxasındaki günəş kimidir:
    كما ينتفعون بالشمس اذا سترها سهاب)
    )(Yənabiul-məvəddə, səh: 477. )
    2. O görünür, amma tanınmır:
    (يجعل الله بينه وبين الخلق حجا با يرونه ولا يعرفنه)(Kəmalüddin, c. 2, səh: 351. )
    3. Hər il həcc mərasimində iştirak edir. Ərəfatda dayanıb, möminlərin duasına "Amin!" deyir:
    (وانه ليحضر الموسم فى كل سنة ويقف بعرفة فيْؤمن على دعاء المؤمن)(Müntəxəbül-əsər, səh: 277.)
    4. Cismən gözlərdən uzaq olsa da, xatirəsi ürəklərdədir:
    (ان غاب عن الناس شخصه فى حال هدنة لم يغب عنهم مثبوت علمه)(Yenə orada, səh: 272. )
    5. Bir çox aşiqləri onu görüb tanımağa müvəffəq olmuşlar.(Biharul-ənvar, Nəcmüs-saqib, Cənnətül-məva, Darüs-səlam və Əbqəriyyül-hisan kimi kitablarda həzrət Mehdi (əc.) ilə görüşənlər haqqında yüzlərlə hekayə yazılmışdır. )
    6. Onun müəyyən bir yeri yoxdur. Çox zaman tanınmaz şəhərlərin ətrafında yaşayır.
    7. O, zalımlardan uzaq yerdə, tanınmadan və digər insanlar kimi xüsusi yerlərdə yaşayır, hamı kimi yemək və geyimə ehtiyaclıdır, həyat yoldaşı və övladı var.(İmam Zamanın (əc.) ailə sahibi olması barədə ziddiyyətli fikirlər mövcuddur. Burada yazılan isə yalnız müəllifin mövqeyini əks etdirir (müt.). )
    8. Bəzi məclislərdə iştirak edir, küçə və bazarlarda yol gedir.
    9. Allahın hikməti ilə bəzən onun hər hansı bir yerdə olub, lakin gözə görünməməsi də mümkündür. İmam Rza (ə) buyurmuşdur:
    "...Cismən görünmür" (لا يرى جسمه)(Biharul-ənvar , c.51, səh: 33. ).
    İmam Sadiq (ə) buyurmuşdur:
    "Özü sizdən gizlidir" ((يغيب عنكم شخصه(Yenə orada, səh: 32. ).
    Bəzən də Allahın əmri ilə görünür, lakin tanınmır.
    Məhəmməd ibn Osman Əmri deyir:
    يرى الناس ويعرفهم و يرونه ولا يعرفونه(Yenə orada, səh: 350. )
    ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ
    İmam Mehdi (əc.) Allahın bütün əzəmətli peyğəmbərlərinin və görkəmli övliyalarının varisi olmaqla, ən gözəl və kamil xüsusiyyətlərə malikdir.
    O, özündə Peyğəmbərin (s) şanlı əxlaqını, Əmirəl-möminin Əlinin (ə) heyrətamiz xarakterlərini, Fatimeyi-Zəhra (s) və onun məsum övladlarının uca fəzilətlərini təcəssüm etdirir. Bu xüsusiyyətlərin bəzisinə toxunmaq, o həzrətə yaxınlaşmaq və daha artıq itaət göstərmək üçün əhəmiyyətli olardı.
    1. Elm
    Əli (ə) buyurmuşdur:
    "O, sizin ən elmlinizdir"(Qeybət-Nomani; Münəxəbül əsər, səh: 309. ).
    İmam Baqir (ə) buyurmuşdur:
    "Bitkilərin ən gözəl formada torpaqdan cücərdiyi kimi, Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə elm də Mehdinin (əc.) qəlbində cücərib bitir. Kim onu görsə, belə desin: Salam sizə, ey rəhmət və nübüvvət əhli-beyti, ey elm xəzinəsi və risalət mənbəyi!"(Kəmalüddin; Müntəxəbül-əsər, səh: 309. ).
    2. Zöhd və dünyaya etinasızlıq
    İmam Rza (ə) buyurmuşdur:
    وما لباس القائم الا الغليظ وما طعامه الا الجسب
    "Bizim qiyam edənimizin paltarı bərk, xörəyi isə qurudur"(Qeybət-Nomani; Müntəxəbül-əsər, səh: 307.).
    3. İnsanlarla ədalətli rəftar
    İmam Baqir (ə) buyurmuşdur:
    يعدل فى الخلق الرحمن البر منهم و الفاجر
    "O, insanlarla ədalətlə rəftar edir: istər saleh insan olsun, istər fasiq"(Müntəxəbül-əsər, səh: 310. ).
    4. Peyğəmbərin (s) sünnəsinə əməl etmək
    Məhəmməd peyğəmbər (s) buyurmuşdur:
    "O məndəndir, adı mənim adımdır. Allah məni və mənim dinimi onun vasitəsilə qoruyacaqdır. O mənim sünnəmə əməl edəcək"(Yenə orada; Qeybət-Nomani.).
    5. Ehsan və səxavət
    Peyğəmbər buyurmuşdur:
    "Bir kişi onun yanına gəlib deyəcək: "Ey Mehdi, mənə bir şey bağışla, əta et". Sonra Mehdi, daşıya biləcəyi qədər malı onun ixtiyarına buraxacaqdır"(Kənzül-ümmal, c. 6, səh: 39; Yənabiul-məvəddə, səh: 431. ).
    6. Dua və ibadət
    İmam Mehdidən (əc.) nəql olunan müstəhəb namazlar və çoxsaylı dualar, o həzrətin dua və ibadətə olan xüsusi diqqətindən xəbər verir. Dua və ibadətin ən böyük bəndəlik əlaməti və Allaha yaxınlaşmaqda ən güclü amil olması isə aydın məsələdir.
    Əgər dahi peyğəmbərimiz (s) ağır risalət (peyğəmbərlik) məsuliyyətini qəbul etməyə hazırlıq üçün mütləq gecə namazı qılmağa məmur olunursa, demək həqiqi bəndəlik, habelə namaz, dua və ibadətlə ciddi məşğul olmaq, ağır məsuliyyətləri qəbul etmək üçün labüddür. Elə buna görə də bütün yer üzündə tövhid və ədalət prinsiplərini hakim etmək məsuliyyətini qəbul etmək, daimi ibadətlər və fasiləsiz dualar olmadan mümkün deyil.
    7. Şücaət və qorxmazlıq
    Bütün müşrik və zalımlarla mübarizə və dünyanın qüdrətli tağutlarını diz çökdürmək, bənzərsiz şücaət və misilsiz rəşadət tələb edir: İmam Hüseyn (ə) kimi döyüş adamı olmaq, İmam Əli (ə) kimi zirehini arxa tərəfdən açıq qoymaq və Peyğəmbər (s) kimi döyüşlərin ən gərgin yerində öz savaşı ilə digər döyüşçüləri daha da ruhlandırmaq və qətiyyəti ilə mücahidlərə arxa durmaq!
    8. Səbir və mətanət
    Hər bir insanın səbir və dözümünü, onun başına gələn müsibət və problemlərin qədərinə əsasən ölçmək lazımdır. Tarixin ən dözümlü və mətanətli insanları çətinliklər qarşısında neçə il davam gətirmiş və nə qədər qəm və bəlalara dözmüşlər?
    Heç şübhəsiz ki, bütün bu əsrlər boyu İmam Mehdinin (əc.) qarşılaşdığı müsibətlər başqa heç bir kəslə müqayisə olunası deyil. Çünki, artıq dözüm və mətanət tələb edən təkcə acıların çoxluğu və zamanın uzunluğu yox, həm də məsuliyyətin ağırlığıdır. İnsanın öhdəsinə düşən məsuliyyətin növü onun dözüm və davamlılıq miqdarını təyin etməkdə təsirlidir. Və unutmaq lazım deyil ki, həzrət Mehdi (əc.) zamanın imamı, insanların höccəti, bütün möminlərin vəlisi, şiələrin rəhbəri və atasıdır.
    UZUNÖMÜRLÜLÜK
    İmam Mehdinin (əc.) doğulmasından bu günədək 1000 ildən artıq vaxt keçir. Bu uzun ömrün bundan sonra daha neçə onilliklər, yüzilliklər və hətta minilliklər boyu davam edəcəyi isə heç kimə bəlli deyil. Lakin, bütün bunlara baxmayaraq, bu məsələdə heç bir qeyri-mümkünlük yoxdur. Çünki:
    1) Hər bir şeyin vücuda gəlməsi və uzun müddət qalması, insanı yoxdan yaradan böyük Allahın iradəsinə bağlıdır:
    انما امره اذا أراد شيا أن يقول له كن فيكون
    (Yasin/82. )
    Belə bir Allahın öz hikmətinə əsasən, məxluqlarından birinin ömrünü min illər boyu uzatmağa qüdrəti vardır.
    Qurani-kərimdə yazılmışdır ki, Əgər Yunus peyğəmbər (s) tövbə etməsəydi, Allah-taala onu qiyamət gününə qədər balığın qarnında diri saxlayacaqdı(Saffat/144. ).
    2) Tarix kitabları yüz illərlə heç bir xəstəlik görmədən yaşayan insanların əhvalatı ilə doludur. Tövratda yazılmışdır ki, "Zülqərneyn" üç min il ömür sürmüşdür(Müntəxəbül-əsər, səh: 276. ). Qurani-kərim Nuh peyğəmbərdən (ə) danışarkən, onun tufanaqədərki ömrünü 950 il göstərmişdir. (Ənkəbut/14. )
    3) Məntiqi cəhətdən, hər hansı bir mövcudun ömrünün tədrici artmasında, onun üçün müəyyən hədd nəzərdə tutub, ondan yuxarını qeyri-mümkün hesab etmək düzgün deyil. Buna görə də əgər bir insanın ömrü 100, 150 vəyaxud 200-ə çatmışsa, demək, bundan artığı da mümkündür və hətta bu, bir neçə min il davam etsə də, yenə də onu məhdud etmək olmaz.
    4) Elm sübut etmişdir ki, əgər bədən üzvlərinə lazım olan maddələr, qədərincə onlara çatdırılsa və daima xəstəlik və çatışmazlıqlara qarşı tədbirlər görülsə, canlıların ömrü çox heyrətamiz şəkildə arta bilər. Buna əsasən, əsla təəccüblü deyil ki, İmam Mehdi (əc.) Allahın bəxş etdiyi sonsuz elm nəticəsində öz ömrünü adi insan ömründən dəfələrlə artıra bilər.
    İNTİZAR
    Nəhayət, İmam Mehdinin (əc.) üzücü qeyb dövrü başa çatacaq və əzəmətli zühur dövrü, İslam və tövhidin qələbə dövrü başlayacaqdır.
    İmam Mehdini (əc.) bu əqidə ilə tanıyanlar, onun vilayət və itaət peymanını öhdəsinə götürənlər həmişə gözüyolda olub, özlərini və cəmiyyəti zühur dövrünə hazırlamağa çalışırlar.
    Müqəddəs hədislərdə vəd olunmuş Mehdinin (əc.) intizarını çəkmək, Allah yolunda cihad və hətta Peyğəmbər (s) qabağında cihad edib, şəhid omaqla bərabər bilinmişdir(Biharul-ənvar, c.52, səh: 126. ). Bu, bir tərəfdən qeyb dövründə intizarda olmağın çox böyük əhəmiyyətini, digər tərəfdən isə, intizar yolunun çətinliklərini və bu yolda daha artıq zəhmətin lazım olduğunu göstərir.
    İntizar, heç də bir yerdə oturmaq, laqeydlik və gələcəyə göz dikmək demək deyil. İntizar - ayağa qalxmaq, fəsad və zülmlərə qarşı etiraz etmək və aydın sabahlara zəmin yaratmaq dеmәkdir.
    Category: Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) | Added by: Islam_Kitabxanasi
    Views: 487 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019