İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Etiqat » Axirət aləminə səyahət

    Kitabın adı: Axirət aləminə səyahət
    2011-08-28, 8:43 AM
    DEMƏ QARŞIDA MÜSİBƏTLƏR VARMIŞ...
    Mən Hadinin əlindən tutdum və həsrət içində mənzilə qayıtdıq. Amma nə qədər baxdıqsa, burada əvvəlki əzəməti, gözəlliyi görmədik. Bizim onlara bağlılığımız da qırıldı.
    Dedim: Yaxşı, sabah yola çıxaq.
    Hadi dedi: On günədək burada istirahət etməyimiz mümkündür.
    Dedim: Mənim üçün on dəqiqə də çətindir. Ona yetişib, yanında olmasam, rahatlıq üzü görməyəcəyəm.
    Dedi: Nə yaman tamahkarsan! Məgər bu aləmdə öz həddini aşmaq mümkündür! Bura cəhalət dünyası deyil ki, heyf deyib, nəyəsə meyl edəsən. Ədalət mizanı bir tükcə xəta etməz. Bəli, onlar fəzilətləri səbəbindən dostlara bəzən diqqət yetirirlər. Amma ölçüsüz həvəslərə yer yox! Onlar izzət zirvəsində, sənsə zillət torpağının aşağı nöqtəsində.
    Qəlbimin odu, alovu səngimədisə də, susmaqdan başqa çarəm qalmadı. Çünki mənim halımın şərhi məntiqi ölçülərə sığmırdı. Hadininsə başqa bir məntiqi yoxdu. Səsimi uddum, Allah istəyən olacaq.
    Hadi dedi: Gedək bir az bağlar arası gəzək, könlümüz açılsın.
    Getdim, amma mənim üçün bir həzz olmadı. Hər nədən keçsən, dost sözü daha xoşdur. Dedim: O nə üçün öz tilavətində "Həl əta” surəsini seçmişdi?
    Hadi dedi: Biz nə bilirik ki, bu mətləbdə nə hikmət var. Heç lazım da deyil ki, bilək. Bunu bilməyimiz lazımdır ki, etdikləri, dedikləri hikmət, savab, xeyir üçündür. Amma "onun hikməti budur, o deyil”, deməyimiz işə qarışmaq, ifarata varmaqdan əlavə, həm də xətərlidir. Çünki yalan olmaq ehtimalı var. Bəli, biz ağlımız kəsən qədər deyə bilərik ki, bu mübarək surə Əli (ə) və onun əhli-beytinin, ailəsinin fəziləti haqqındadır. Onlar da Əlini (ə) sevir və bu surə Əlinin (ə) fəzilətini bəyan etdiyindən bu surəni də dost tuturlar. Necə ki, sən dedin mən də dost tuturam. "Allah rizası üçün yeməyi yoxsula, yetimə, əsirə yedirərlər”, ayəsində onun üçün su istəniləndə və düşmənlər verməyəndə özünə və atasına olan müsibətə işarə olub. Hansı ki, suyun dəyəri yeməyin dəyərindən çox-çox az, həmin yetim, miskin, əsir o üç nəfərdən daha fəzilətli idi.
    Bu vəziyyətdə onların işinin hikmətindən danışmasaq, daha yaxşıdır. Amanda olarıq.
    Dedim: Əgər onun məqsədi axırıncı dediyidirsə, demək qanları hələ də qaynayır.
    Dedi: Əlbəttə ki, qaynayır! Boğazının altındakı qırmızı xətt nəinki bir sübut, həm də böyük bir dəlildir. Onlar fərəcin (zühur) intizarını adi möminlərdən daha çox çəkirlər. Nə qədər ki, intiqam almayıblar, qanları qaynamaqdan dayanmayacaq. Necə ki, Bəni-israildən yetmiş min və ya yeddi yüz min nəfər qətlə yetirilməyincə, Həzrət Yəhyanın qanının dayanması mümkün olmadı.
    Dedim: O dedi ki, bu xələt bu aləmə uyğundur və bu aləmin yaxşılıqları o aləmin kölgəsidir.
    Dedi: Doğrudur, necə ki, maddi dünya da bu aləmin kölgəsidir. Yuxarıdakının aşağıda surəti vardır. Hüsn və kamalat vücud üçündür. Vücud hansı dərəcəyə enərsə, zəifləyərsə, kamalın vücudu və onun əsərləri də zəifləyər.
    Hadi gördü ki, mən onun fikir-zikrindən bir şey anlamıram, bağ-bağatdakı gəzintimizin də bir faydası yoxdur. Bu səbəbdən mənzilə qayıtdıq. Hadi dedi: Bizim burada on gün möhlətimiz var ki, əməlli-başlı hazırlaşıb, qüvvə toplayaq.
    Yolkəsənlər xeyli güclü, qarşıdakı fəlakətlər çox, sənin qüvvən isə azdır. Bu cümə də dünyəvi evinə getməlisən. Ola bilsin ki, "ölülərinizi xeyir işlərlə yad edin” sifarişinə görə səni xatırlasınlar və güc vasitələrin hazırlansın.
    Dedi: Məgər sən demədinmi ki, Vadiyüs-səlam ərazisindəyik və hər şeydən amandayıq? İndi isə deyirsən Vadiyüs-səlamda da yolkəsən var. Bu nə sözdür? Sənin istəyin məni məəttəl etməkdir. Ey vəfalı dost, vəfasız olmusan.
    Ağlamaq məni tutdu. Vadiyüs-səlam, yəni mənim bədbəxtliyimin başlanğıcı.
    Dedi: Ey mənim əzizim, mənim vəfam uzaqgörənliyə xatirdir. Çünki qarşıda səni nə gözlədiyini bilmirsən. Yol çətindir. Vadiyüs-səlamın kənarı Bərəhut çölünə bitişir. Atəş və əzabla doludur. Sənin qaran bu neçə mənzildə amansızcasına səni büdrətmək niyyətindədir. Azca büdrəməklə Bərəhuta düşə bilərsən. Mən də o əraziyə daxil olmaram. Qorxuram ki, burada on gün gözləmək istəməyib xətər və əzabla dolu o ərazidə on ay məhbus olasan.
    Dedim: Demək istəyirsən ki, Sirat körpüsü, Qiyamət günü görüşümüzə gəlib? Bu heç vaxt ola bilməz!
    Dedi: Bəli, əvvəlcədən də dedim. Amma sən dilxorsan. Məgər demədim ki, yuxarıda olanın aşağıda surəti var? Bəli, bu neçə mənzil həmin Sirat körpüsünün aşağı dərəcəsi, kölgəsidir. Dediklərimdən savayı bir çarə yoxdur. Olacağın çarəsini olmamışdan görmək lazımdır.
    AİLƏMLƏ GÖRÜŞ VƏ KƏDƏRLİ XƏBƏRLƏR
    İstər-istəməz, cümə axşamı ailəmin mənzilinə getdim. Gördüm ki.... arvadım ərə gedib və yeni ərinin işlərini görməklə məşğuldur. Övladlarım isə dağılışıblar.
    Bir müddət budaqda oturdum. Məyus olub qalxdım. Küçə divarının üstündə oturub, yoldan ötənlərə baxmağa başladım. Onlar dolanışıq, ticarət işlərindən danışırdılar. Ürəyim dərdlə doldu, düşündüm ki, diri insan öz aqibəti, qarşıdakı günləri barədə fikirləşsəydi, yaxşı olardı. Bütün vaxtını əyləncələrə, arvad-uşağın istəklərinə sərf etməzdi. Əcəb qəflət və cəhalətli dünyadır! Necə ağırdır ki, kişi həmişə ona tamah gözüylə baxmış arvada, uşaqlara möhtac olsun. Necə də vəfasızlıqdır ki, əlimin yerdən-göydən üzüldüyü bir vaxtda onlar məni yada salmırlar. Peyğəmbər (s.ə.v.v) bizi nə yaxşı xəbərdar edib, buyurdu: "Axır zamanda kişinin həlakı arvadının əliylədir. Əgər arvadı olmasa, qohumlarının, övladlarının əli ilə həlak olacaqdır.” Amma nə faydası?! Oyanmadıq, ayılmadıq, öz aqibətimizi düşünmədik.
    Birdən gördüm ki, qarşıdakı evin üstə yeni adaxlanmış oğlan və qız nəvələrim oturub, meyvə yeyir, söhbət edirlər.
    Biri dedi: Bu ağacları atam əkib, indi torpaq əsiridir. Biz isə onun meyvələrini yeyirik.
    O biri dedi: Bədbəxt, indi o behiştdə bu üzümlərdən də yaxşısını yeyir. Allah rəhmət etsin. Uşaqlıqda bizimlə nə qədər zarafat edərdi!
    Əvvəlki dedi: Doğrudan da bizi çox istəyirdi, arabir pul verir, bizi sevindirirdi. Allah onu sevindirsin!
    O biri dedi: Biz nə vaxt kitab, kağız, qələm istəyirdiksə, babam bizə alırdı. Ata-anamız heç etina etmirdilər.
    Yenə əvvəlki dedi: Əslində bizi alim (dini alim) edən o oldu. Çünki özü alim idi və alimlikdən də xoşu gəlirdi. Bu gün cümə axşamıdır. Hərəmiz onun üçün bir Quran surəsi oxuyaq. Mən "Həl-əta” surəsini, sən isə "Duxan” surəsini oxuyaq.
    Onlar surələri oxuyub qurtaranadək orada dayandım. Allah bilir ki, nə qədər şad oldum. Onların bərəkəti üçün dua edib, geri qayıtdım.
    İKİ SURƏ ƏVƏZİNƏ İKİ HƏDİYYƏ
    Gördüm ki, Hadi at gətirib, üstünə xurcun bağlayıb, tərpənməyə hazırlaşır.
    Dedim: Bu xurcun hardandır?
    Dedi: Bir mələk gətirdi. Dedi ki, bir gözündəki hədiyyə Həzrət Zəhradan (ə.s) ona məxsus "Duxan” surəsinin tilavəti səbəbindən, o biri gözündəki hədiyyə isə Əliyyibni Əbu Talibdən (ə) ona məxsus "Həl-əta” surəsinin tilavətinə görə göndərilib.
    Tapşırıblar ki, Bərəhutdan lap uzaq yolla gedək, onun səmum küləyi bizi tutub, təsir etməsin.
    Dedim: Hadi, biz xurcunun ağzını açıb, onların hədiyyəsini görə bilmərik?
    Dedi: Bu, yolun ehtiyaclarındandır. Nə zaman ehtiyacımız olsa, onda açılacaq. İstəyirsən hərəkətə başlayaq?
    Dedim: Nə gözəl səadət!
    Ata süvar oldum, yola düşdük.
    Yol arası Hirs torpağına çatdıq. Çirkin it şəklində, üfunətli, bəzisi kök, bəzisi arıq, bəzisi qotur bir tayfayla rastlaşdıq. Səhra leşlə dolu idi. Üfunət göyə qalxmışdı. Hər leşin başında bir it dəstəsi yığışıb, bir-biriylə didişir, bir-birlərinə yemək macalı vermirdilər. Axırda hamısı yorulub yıxılır, leş yerdə qalırdı.
    Zorlu, qüvvəli başqa bir dəstə zəifləri qovub, özləri yeməyə girişirdilər. Bir şey yeməyə macal tapmamış başqaları hücum çəkib, leşlərin üstündə bir-birlərini parçalayırdılar. Hərə özü üçün əlləşdiyindən hətta ikisi belə qoşa yola getmirdilər. Səhrada savaş itlərindən yeddi qoşun vardı.
    Dünya bir leşdir, onu istəyənlər, ona məftun olanlarsa bir it! Bəziləri leşdən yeyəndən sonra ağızlarından tüstü, arxalarından od çıxırdı. Yeyənlər tənha idi. Çünki bir günə düşürdülər ki, başqa itlər onlara yaxınlaşmırdı.
    Hadi dedi: Bunlar yetim malını yeyənlər və rüşvətxorlardır.
    "Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar alovlu Cəhənnəmə girəcəklər.”("Nisa" surəsi, ayə 10. )
    Dedim: Hadi, bizə tapşırılmışdı ki, Bərəhut səhrasından uzaq keçək. Deyəsən, yolu səhv salmışıq.
    Dedi: Yox, səhv salmamışıq, gördüyün Bərəhutun kənarıdır və onun həlakedici səmumu bizə çatmaz.
    Hirs çölündən çıxıb, su kənarından keçdik və həsəd ərazisinin kənarına çatdıq.
    YA ƏLİ!
    Bu səhrada əsas yoldan azca aralı xeyli maşın işləyirdi. Onların tüstüsü üfüqü qaraltmışdı. Böyük, ağır təkərləri, başqa hissələri olan bu maşınlar sürətlə hərəkətdə idilər.
    Səhra lərzəyə gəlmişdi. Nəhəng təkərlərin səsi guruldayır, qulaq batırırdı. Qəribə vəlvələ, zəlzələ vardı. Onların hər yeri qara idi. Maşınlardan biri yola yaxınlaşdı. Cəhalət qara tüstü tək hazır oldu. Çevrilib arxaya baxanda gördüm ki, Hadi xeyli geridə qalıb. Qaranın yaxınlaşması ilə Hadinin uzaqlaşmasından qorxuya düşdüm.
    Qara dedi: Bu yaxındakı maşına bax. Hələ dünyada belə bir şey görünməyib.
    Ürəyimdən dayanıb baxmaq keçsə də, qaradan xeyir görmədiyimdən qulaq asmayıb, atı çapdım. "Fələq” surəsini oxuyurdum.
    Qara dedi: Ay bədbəxt, "Qul əuzu”nu dünyada oxuyub, əməl etmək lazım idi. İndi ki, etməmisən, burada nə faydası var?
    Dünyada div idin, indisə quzu,
    Yaman duzsuz oldu burda "əuzu”
    ("Qul əuzu”–”sığınıram”, "pənah aparıram” mənasını verir-müt.)
    Qorxum daha da artdı. Qara qabağa düşüb, bir təpənin arxasında gözdən itdi. Mən onun əlindən asudə olmaq gümanı ilə fikirləşirdim ki, nə üçün Hadi bu qədər uzaqlaşıb? Və mənə çatmır? Qəfildən qara vəhşi bir görkəmdə koğuşdan çıxdı. At hürküb, yoldan kənarlaşdı və həmin maşının yanında yerə dəydi. Mən də yıxıldım, əzalarım əzilib hissini itirdi. Elə bil əjdaha tək məni udmaq fikrindəydilər. Yarıqlarından mənə tərəf od püskürürdü. Xəbis qara məni məsxərəyə qoyub, gülür, rəqs edirdi və deyirdi: Ey bədbəxt həsədçil! Hansı bir alim həsəddən qurtulub? Bu neçə mənzildə əlimdən çıxmaqla ciyərimi qana döndərmisən. Elə bilirdin, daha oxum qalmayıb? İndi dad! İnşallah, qurtuluş tapmayacaqsan.
    Zəif də olsam, onun məsxərəsindən qanım cuşa gəldi. Uca səslə çağırdım: Ya Əli! Gördüm ki, məni dövrəyə alıb, işimi bitirmək üzrə olan maşınlar pərən-pərən olub, üz tutdular qaçmağa. Arabir bir-birlərinə dəyib parçalanırdılar. Qaçmaq istəyən qara, bir maşının altına qaldı, sümükləri xıncım-xıncım oldu. Günahkarın məkr və hiyləsi öz başında çatlar.
    Dedim: Əcəb məsxərəyə qoyursan bizi!
    "Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi sizin kimi məsxərəyə qoyacağıq.”("Hud" surəsi, ayə 48.)
    Havanın istiliyi və kükürd tüstüsünün qoxusundan susuzluq mənə qalib gəldi. Bu vaxt Hadinin mənə tərəf qaçdığını gördüm. Gəlib çatdı və Əli (ə)-ın hədiyyəsi olan xurcunu açdı. Xurcundan çıxartdığı büllur qrafinin nurundan səhra işıqlandı. Qrafində soyuq və ləzzətli su vardı. Sudan mənə verdi. İçdim, susuzluğum yatdı, əzalarımın ağrısı keçdi. Rəngim açıldı, batinim səfalandı.
    "Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərab içəcəklər.”("İnsan" surəsi, ayə 5.)
    ("Şərab” sözü "içmək” sözündən olub "içki” mənasındadır. Bütün spirtsiz içkilər "şərab” adlana bilər-müt.)
    Gəlib gördük ki, at ölüb. Torbanı dalıma aldım, xurcunu Hadi götürdü. Piyada yola düşdük. Bu səhra böyük Afrika səhrasına oxşayırdı. Maşınların tüstüsündən qaranlıq və üfunətli olmuşdu. Mən görürdüm ki, maşınların borularından alov adamlar tökülür. Lap siqaret töküldüyü kimi!
    Hadi dedi: Dilləri və əlləri ilə möminlərə həsədlərini izhar edənlər bu maşınlarda möhkəm sıxılır. Batinlərinin alovu gözlərinin zahirini bürüyür. Həsəd od yerindədir.
    "Alov odunu yandırıb puç etdiyi kimi həsəd də imanı xarab edər.”
    Qaranlıq yola çökdüyündən Hadi qabaqda, mən də onun arxasınca gedirdim.
    Dedim: Deyəsən yolu itirmişik. Çünki bizə olan tapşırıqlara görə zərər görməməli idik.
    Dedi: Yolu səhv salmamışıq. Az adam tapılar ki, öz daxili həsədini az və ya çox büruzə verməmiş olsun. Əgər ixtiyar sahiblərimizin (12 İmam (ə)) mərhəməti və Həzrət Zəhranın (ə) razılığı olmasaydı, sizin halınız bu bədbəxtlərin halından heç də yaxşı olmazdı. Burada bəlaya düşənlərin çoxu gec-tez qurtulub, rəhmət əhli olacaqlar.
    Hava isti və üfunətli, çiyin torbam ağır idi. Sürətlə gedirdik ki, bəla dolu bu torpaqdan tez çıxaq. Qaranın həlak olmayıb, tezliklə mənə çata biləcəyi fikri məni qorxudurdu. Pis qoxulu tər, paltarın altından üstünə keçirdi. Topuqlarım yorğunluqdan zoqquldayırdı. Nəhayət, min bir məşəqqətlə o torpaqdan xilas oldum.
    VADİYÜS-SƏLAMIN QƏSƏBƏSİNDƏ
    Sərin meh əsdi, hava lətif oldu. Çəmənliklər, bulaqlar göründü. Dərələrdə dağ ağacları, dağların yaşıl, xürrəm zirvələri göz oxşadı. Bir saat bulaq başında oturub, yorğunluğumuzu çıxardıq.
    Hadidən soruşdum: Deyəsən, qara, maşının altında qalıb, həlak oldu?
    Dedi: O, məhv olmaz. Amma burada sənə əli çatmayacaq. Çünki Bərəhut ərazisindən çox uzaqlaşmışıq. Təkəbbür və xudbinliyin olmadığı üçün o səhraları və orada bəlaya düşənləri görməyəcəyik. Vadiyüs-səlamın qəsəbəsinə çatmağımıza çox qalmayıb.
    Getdikcə xoşluq, xürrəmlik əsərləri və çəmənliklər, güllər, reyhanlar, meyvəli ağaclar artırdı. Yaşıl dağlar, bağ-bağat, saf və lətif bulaqlar göründü. Dağların ətəyində və zirvələrində ağ ipəkdən çoxlu xeymələr vardı.
    Hadi dedi: Bura şəhərin kənarıdır. Şəhər əhalisi bu xeymələrdə sakindir.
    Xeymələrin sütun və mıxları qızıldan, ipləri xam gümüşdən idi.
    Xeymələri bir miqdar ötəndən sonra Hadi dedi ki, bir az gözlə, mən gedib sənin xeyməni təyin edim.
    Dedim: Bu yerin adı nədir? Nə xoş suyu, ab-havası var, ruhlu, reyhanlıdır. İstərdim bir-neçə gün burada qalam.
    Dedi: Bura Vadiye-əmin, müqəddəs ərazidir. Bir neçə gün burada qalmalısan.
    Hadi Həzrət Zəhranın (ə.s) hədiyyəsi olan gözdən bir zərf çıxardıb, zirvədəki xeyməyə tərəf getdi. Hadi xeyməyə çatandan, məktub oxunandan sonra xeymədən oğlanlar, qızlar çıxıb, mənə tərəf qaçmağa başladılar. Hadi onlardan sonra gəlib çatdı. Xurcundan başqa bir zərf çıxardıb dedi: Sən bunlarla xeyməyə gedib, bir az istirahət et. Mən də gedim şəhərə, sənin üçün mənzil hazırlayım.
    Dedim: Hadi, məni qərib, tənha qoyub gedirsən?
    Dedi: Mən sənin xeyrin üçün gedirəm. Bura sənin vətənindir və o xeymədə sənin munisin olacaq.
    "Çadırlara gözlərini dikmiş hurilər vardır. Belə olduqda, Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! Onlara ərlərindən əvvəl heç bir ins-cinn toxunmamışdır.”("Ərrəhman" surəsi, ayə 72-74.)
    Hadi bunu deyib, pərvaz etdi. Mən xidmətçilərlə xeyməyə gəldim. Taxt üstə bir huriyə oturmuşdu. Məni görüb qalxdı, qarşıladı. Günəş tək işıqlı bir qulam xam gümüşdən kuzə və ləyənlə içəri daxil oldu. Əl-üzümü yudu. Sudan müşk, gülab iyi qalxırdı. Sonra güzgüyə baxıb, özümü cəlallı, camallı, mənə əqd olmuş huriyədən qat-qat gözəl gördüm. Bu səbəbdən mənim ondan üstünlüyüm aydınlaşdı.
    "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər.”("Nisa" surəsi, ayə 34.)
    Hər ikimiz taxt üstə əyləşdik. Xeymənin beş sütunu vardı. Orta sütun o birilərdən böyükdü və qızıldan, cəvahiratdan hazırlanmışdı. Huriyənin biliyini yoxlamaq üçün soruşdum: Bu xeymənin nə üçün beş sütunu var?
    Dedi: Bu dağlarda olan bütün xeymələrin beş sütunu var. Çünki İslam beş sütun üstündə bərqərardır: namaz, oruc, həcc, zəkat və vilayət. Vilayət o birilərindən əfzəldir. Ortadakı sütun vilayətdir, xeymə onun üstə dayanır.
    Dedim: Mən elə fikirləşirdim ki, bu sütunların hər biri Peyğəmbər ailəsindən bir nəfərin adına bağlıdır.
    Dedi: Onlar Əhli-beyt üsuludurlar (kök), burada olanlar isə fürudur (budaq), o nurun kölgəsidir. Vücudun bütün aləmləri və onlarda olanlar hamısı uyğun və bir-birindən surətdirlər. Fərqləri zəiflik və şiddətdə, kök və budaqlıqda, nur və ya şüalıqdadır. İnsanın bütün bu aləmlərə yolu var və bütün mərtəbələrə yetişə bilər, bütün aləmlər silsiləsinin başı, bütün bu şərhlərin mətni olar. İnsan toplanmış vücud, Allah adlarının (ismullah) zühur yeri, Allah xəlifəsi olmaq imkanı var.
    Bu geniş aləmdə oldusa hər nə,
    Halının şərhinə gəl bax içimə.
    İlkin fitrətə görə insanda bu güc, qüvvə vardı, lakin o özünü tanımadı və onun haqqında deyildi ki:
    "Həqiqətən insan ziyan içindədir.”("Əsr" surəsi, ayə 2. )
    Başqaları da onu tanımadıqlarından dedilər:
    "Çox zalım və cahil olan insan...”("Əhzab" surəsi, ayə 72. )
    Dedim: Siz bu bilikləri hansı mədrəsədə öyrənmisiniz?
    Dedi: Mənim təlimatım Mədineyi-şərifədə olub. Bu yaşıl və xürrəm dağlar onun yaylaqlarındandır.
    Peyğəmbər (s.ə.v.v) buyurdu: "Mən elmin şəhəriyəm, Əli onun qapısıdır.” Mən Peyğəmbər qızı Fatimənin (s.ə) əlində tərbiyə almışam. O da atası tək hikmət və ismət şəhəridir. Əli onun qapısıdır. Mübarək gecə min aydan üstün Qədr gecəsidir. Quran elmlərinin nazil olduğu da o mübarək vücuddur.
    "Hər bir hikmətli iş o gecə hökm olunur.”("Duxan" surəsi, ayə 4.)
    "Mübarək bir zeytun ağacından”("Nur" surəsi, 35. ) işarəsi odur.
    "O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər” ayəsi Fatimə (ə.s) haqqındadır.
    Hadinin mənə çatdırdığı namə Zəhradan (ə.s) idi. Yazmışdı ki, o mənim övladlarımdandır, sənin yanına gələr, onu qəbul et, o sənin sahibindir. Məlum olur ki, mən sənin zəhmətin, əkdiyinəm. Allah məni boya-başa çatdırıb, kamala yetirib.
    "Bəs əkdiyin toxuma nə deyirsən? Onu bitirən sizsiniz, yoxsa Biz?”("Vaqiə" surəsi, ayə 63-64. )
    XACƏ HAFİZİN ŞERLƏRİ BƏRZƏXDƏ
    Dedi: Mən Allaha həmd edirəm ki, bütün həmdlər Ondandır və Ona tərəfdir.
    Soruşdum ki, Xacə Hafizdən oxuduğun şerləri haradan öyrənmisən?
    Dedi: Xacə bu məqama çatanda buranın əhalisi xahiş etdilər ki, burada bir az artıq qalsın, onun könüloxşayan qəzəllərini öyrənsinlər. Elə də oldu. O vaxtdan bəri bütün xeymələrdə əhalinin hamısı öz nəğmələrində onun qəzəllərini oxuyurlar. Xüsusilə Haqqa vüsal (qovuşma) haqqında olanlarını! Onunla adamlar arasında olan sorğuda bəzi sirlər yeri olmadan açıldı.
    Maddi və mənəvi kamilliklərin izharından sonra bizi valeh edən bir sürud (nəğmə) başladı:
    Eşq evi yolçusuyuq, tərpənərək yoxluqdan
    Vücud iqliminədək yollarını tapdamışıq.
    ***
    Xəttinin rəngi yaşıl, zinəti Cənnət bağının,
    Bu yaşıllıqlara xatir əzabın adlamışıq.
    ***
    Bu dəfinə səbəbindən qoruyan Ruhul-əmin,
    Lap gədalıqla bu sultan evinə toxdamışıq.
    Bundan sonra növbənöv yeməlilər, içməlilər gətirildi. Yedik, içdik, mütəkkələrə söykəndik. Ona dedim: Məlum olur ki, sən burada sakin deyilsən.
    Dedi: Bəli, sənin görüşünə gəlmişəm ki, burada bir müddət istirahət edəsiniz. Bu xeyməni və onun əşyalarını da mən gətirmişəm. Bəlkə də, dağın başında, ətəyində gördüyün xeymələrin hamısı təzə gələnləri qarşılamaq üçün tapşırıq alanlar tərəfindəndir. Bu məhəl bağları ilə, ruh-reyhanı ilə, xoş-xürrəmliyi ilə onların vəqfi, Allahın mehmanxanasıdır. Siz buradan gedəndən sonra mən də qaldığım yerə qayıdacağam.
    Dedim: Mən bu bağlarda, xeymələr arasında, eniş-yoxuşda, göllər ətrafında gəzmək, vəziyyəti bilmək istəyirəm. Bəlkə, burada tanışlarımdan, dostlarımdan kimsəni gördüm.
    Dedi: Burada azadsan, nə istəsən hazırdır. Amma xeymələrə daxil olanda icazə və salam lazımdır.
    Mən buraya gələndə sizin böyük qızınızın xeyməsini gördüm. Sizinlə yaxınlıq səbəbindən xeyməsinə daxil oldum. Onu özümə dost tutdum. Əgər istəyirsinizsə, oraya gedin, mən də sizinlə gələcəyəm.
    Dedim ki, əlbəttə, gedək. Qalxıb, birlikdə oraya getdik. Xeyməyə yaxınlaşanda salam verdim. Qızım səsimi tanıyıb, özü bayıra qaçdı. Bir-birimizi ziyarət edib, Allaha sonsuz nemətləri və rəhmətlərinə görə həmd etdik və xeyməyə daxil olduq. Zinətli taxtlar üstündə əyləşdik. O öz rəfiqələri ilə bir cərgədə, mən də öz yoldaşımla bir cərgədə.
    "Taxtlara söykənib, bir-birləri ilə qarşı-qarşıya əyləşəcəklər.”("Vaqiə" surəsi, ayə 16.)
    QIZIMLA SÖHBƏT
    Soruşdum: Səfərin necə keçdi?
    Dedi: Birinci mənzildə və həsəd ərazisində bir qədər təzyiq, çətinlik gördüm. Bu çətinliklər başqaları üçün ağır keçirdi. Bəzi yerlərdə anladım ki, mənim nicatım sizin tərəfinizdəndir. Buna görə də sizə xeyir-dua etdim. Hətta bacım bu aləmə gələndə və sizin səfəriniz yaxınlaşanda Allahdan sizin üçün şəfa istədim ki, anam, o biri bacılarım başsız qalmasınlar.
    Soruşdum: Bu aləmə gəlmiş o biri bacından nə xəbər var?
    Dedi: Burada bacımı gördüm. Cəlalı, əzəməti məndən yüksəkdir. Ondan halını, yolda başına gələnlərdən soruşdum. Həmin çətinlikləri, piyada gedişləri görməmişdi. Yalnız kobudluq ərazisində olmuş, onu da xoş keçirmişdi. Qalan yolu "teyyül-ərz” ilə, birbaşa gəlmişdi.
    Dedim: Bunun səbəbi onun on yeddi yaşında, bizim kimi yükünü ağırlaşdırmadan, işini çətinləşdirmədən bu dünyaya köçməsi olub.
    Dərin fikrə getdim. Mənim vücudumda, işlərimdə hansı nöqsan var idi ki, belə oldum. Gələcək əziyyətlərdən hazırda azadam. Dünyada qalanlarımla əlaqəm kəsilib. "Sur çalındığı vaxt artıq aralarında nə qohumluq olar, nə də bir-birlərindən hal-əhval tutarlar.” Övladlarım bu aləmə müsafir olublar. Rifah və rahatlıqdadırlar. Bəs mən nə üçün...
    Kamil axtarışdan, qəlbimin künc-bucağını araşdırdıqdan sonra bu otun toxumunu tapdım. Bildim ki, haradan bitib və haraya qol atıb.
    DƏVƏ OTARAN NƏ BİLİR DƏRD NƏDİR
    Səfiyyə (huriyə) fikrə getmişdi ki, könlümün qəmini necə dağıtsın. Təəccübünü bildirdi ki, Darüs-sürur qəm, kədər yeri deyil!
    Dedim: Özünə əziyyət vermə, kədəri dağıtmaq sənin işin deyil.
    Aşiq könlü min bir dərdə səhnədir
    Dəvə otaran bilərmi dərd nədir?!
    ***
    Kədər yeri deyil Qüds barigahı,
    Fəqət ərşə qalxır qüdsülər ahı.
    Qəlbimin sirrini ona demədim. Çünki o anlamazdı. Heç faydası da yoxdu! Çünki yuxarı aləm əhli hər şeyi tərk etsə də, toxumu torpaqda gizlənmiş eşqi dərk etməz. Yalnız torpaqdan yaranmış Adəm eşqə talib və aşiqdir və kədər içində zarıyıb deyir:
    İlahi, bir sinə buyur, yandıra
    Bu sinədə könül ver, od qaldıra.
    ***
    Donmuş könül bir torpaqdır, bir də su
    Qəlb od olsun, sinəm tüstüylə dolu...
    Səfiyyəyə dedim ki, mən o kənardakı bağlarda gəzib, xəlvətə çəkilmək, könlümün qəmini dağıtmaq istəyirəm.
    Dedi: Haraya getsən, tənha deyilsən. Dağ-dərə, səhra, bağ, yamac zərrə-zərrə şairdir, həssasdır.
    Dedim: Onlar mənim üfüqümdə deyillər.
    Dedi: Əgər bir naməhrəmiksə, yaxşı olar ki, bizi mürəxxəs edəsən.
    Dedim: Əgər Həzrət Zəhra (ə.s) olmasaydı, indi mürəxxəs idin.
    Qalxıb, yola düşdüm. Hansı ağacın altına çatdımsa, budaqlarını əydi və səsləndi ki, "ey mömin, bizim meyvələrimizdən ye!” Onların səsi xoş olsa da, mənim qulağımda qarğa qarıltısından başqa bir şey deyildi. Onların cavabında dedim:
    Könlüm elə tutulmuş, qalmamış həvəs bağa,
    Qoxulanmağa gəlmiş çiçək həsrət damağa.
    Ağac budağını yuxarı qaldırıb səsləndi: Meylin yoxdusa, niyə gəlmisən?
    Başqa bir ağac səsləndi: Sözsüz ki, mələkdir, yoxsa yeyərdi.
    Başqa biri əlavə etdi: Yəqin meyvə yeməyən bir heyvandır.
    Başqa biri təəccübləndi: Bəlkə dəlidir. Axı bura dəli yeri deyil?! Bəlkə naz edir?
    O biri dilləndi: Qıtlıqdan təzəcə çıxıb, bolluğa düşüb. Zövqdən, həyəcandan ağzı kilidlənib...
    Dedim: Yenə o xeyməyə rəhmət!
    Geri qayıtdım. Hadi xeymədə dayanıb məni gözləyirdi. Məni görüb yaxınlaşdı. Fikirləşdim ki, bəlkə, qəlbimin düyününü bu məhrəm aça.
    Category: Axirət aləminə səyahət | Added by: Islam_Kitabxanasi
    Views: 612 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019