İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » 40 mövzu 40 həqiqət

    40 mövzu 40 həqiqət
    2012-01-13, 6:22 AM
    1. "QIRX” KƏLMƏSİ HAQQINDA QIRX İNÇƏLİK
    1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs qırx gün müddətində əməllərini ixlasla yerinə yetirsə, elm və hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.”(Səfinətul-bihar”, 2-ci cild, səh. 667. )
    2-İmam Baqir (ə) buyurmuşdur: "İnsan qırx gün müddətində imanını Allah üçün xalis etsə, Allah-taala onu dünyaya qarşı rəğbətsiz (zahid) edər, dünyanın dərdini və dərmanını ona tanıtdırar, daha sonra hikməti onun qəlbində möhkəmləndirib, dilini hikmət ilə danışığa gətirər.”(Üsuli-kafi”, 3-cü cild, səh. 27. )
    3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz.”("Xisal”, 2-ci cild, səh. 311. )
    4-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs mömin qardaşlarından qırx nəfəri dua etdikdən sonra özünü dua etsə, onun hər iki duası qəbul olunar.”(Yenə orada, səh. 315. )
    5-İmam Sadiq (ə) buyurmuşdur: "Bir mömin şəxs dünyasını dəyişdikdə, qırx nəfər mömin şəxs dəfn mərasimində iştirak edib, onun mömin olduğuna şəhadət versələr, Allah-taala onu bağışlayar.”(Yenə orada, səh. 317.)
    6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Bir şəxsin biz Əhli-beytə məhəbbət barədə yaydığı qırx hədis, onun sədəqə verdiyi qırx min dinardan (qızıl puldan) üstündür. Allah-taala ona hər bir hədis üçün bir peyğəmbərin savabını, hədisin hər bir hərfi üçün isə qiyamət günü bir nur verər.”(Camiul-əhadis”, səh. 58. )
    7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ümmətimdən hər kəs camaatın istifadə etməsi üçün qırx hədis əzbərləyərsə, Allah-taala onu qiyamət günü fəqih və alim halında gətirər.”(Üyuni əxbarir-Riza”, 31-ci bölüm, səh. 37, hədis: 99. )
    8-Həzrət Peyğəmbəri-Əkrəm (s) imam Əli (ə)-a vəsiyyət edərək buyurmuşdur: "Ya Əli! Ümmətimdən hər kəs Allahın razılığını və axirət aləminin savabını qazanmaq məqsədilə qırx hədis əzbərləyərsə, Allah-taala onu qiyamət günündə peyğəmbərlər, övliyalar, şəhidlər və layiqli şəxslərlə birgə məhşur edər.”("Xisal”, 2-ci cild, səh. 323. )
    9-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs halal və haram (işlər) barəsində bizim hədislərimizdən qırx hədisi hifz edərsə, Allah-taala qiyamət günü onu fəqih və alim halında gətirər və ona əzab verməz.”(Yenə də orada "Ərbəin” bölümü səh. 542 )
    10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mənim ümmətimdən hər kəs sünnədən qırx hədis əzbərləyərsə, qiyamət günü ona şəfaət edərəm.”(Yenə orada. )
    11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Vəfatından sonra qırx hədisi (başqalarının istifadə etməsi üçün yazılı şəkildə) qoyub gedən şəxs, cənnətdə mənim dostum olacaqdır.”("Kənzül-ümmal”, 1-ci cild, səh. səh. 226. )
    12-İmam Sadiq (ə) buyurmuşdur: "Şiələrimizdən hər kəs qırx hədisi hifz edərsə, Allah-taala qiyamət günündə onu fəqih və alim halında gətirər və ona əzab verməz.”(Biharul-ənvar”, 2-ci cild, səh. 153. )
    13-Asiman imam Hüseyn (ə)-ın matəmində qırx gün ağlamışdır.
    14-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs qırx gün "Əhd” duasını oxusa, imam Zamanın əsgərlərindən olar. Əgər o həzrət zühur etməmişdən öncə ölsə, Allah-taala onu o həzrətə xidmət etmək üçün qəbirdən qaldırar.”
    15-İmam Kazim (ə) buyurmuşdur: "Qırx dəfə həcc əməllərini yerinə yetirən şəxsə (qiyamətdə): "İstədiyin şəxsə şəfaət et!” – deyilər.”("Xisal”, 2-ci cild. səh. 330. )
    16-İmam Baqir (ə) buyurmuşdur: "Allah-taala Fironun dediyi iki cümləyə görə onu qırx il möhlət verdikdən sonra cəzalandırdı: 1-Firon dedi: "Sizin ən uca tanrınız mənəm!” 2-"Mən sizin üçün özümdən başqa heç bir tanrı tanımıram!”(Yenə orada, səh. 318)
    17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs ardıcıl olaraq qırx cümə günü cümə quslu versə, bədəni qəbirdə çürüməz.”
    18-Ana övladının Quran hafizi olması üçün hamiləlik dövründə "Camiə” ziyarətini və ya "Ali-Yasin” duasını qırx dəfə oxusun.
    19-Övladınızın Quran hafizi olmasını istəyirsinizsə, hamiləlik dövründə qırx dəfə gecə namazı qılın.
    20-Övladınızın Quran hafizi olmasını istəyirsinizsə, hamiləlik dövründə qırx dəfə cümə quslu verib, "Kisa” hədisini oxuyun.
    21-Övladınızın Quran hafizi olması üçün hamiləlik dövründə hər gün qırx dəfə salavat göndərin.
    22-İmam Hüseyn (ə)-ın qırxında (ərbəinində), o həzrəti ziyarət etmək müstəhəbdir. O həzrətin qırxında onu ziyarət edən ilk şəxs Cabir idi. Şiənin əlamətlərindən biri də "Ərbəin” ziyarətini oxumaqdır.
    23-İmam Sadiq (ə) buyurmuşdur: "Gecə-gündüz ərzində qırx böyük günaha batan şəxs xeyir görməz.”("Xisal”, 2-ci cild. səh. 330. )
    24-Hər kəs "Ya Həyyu, ya Qəyyum, ya Mən la ilahə illa əntə birəhmətikə əstəğisu” – zikrini qırx gün müddətində və hər gün qırx dəfə (sübh namazı ilə onun nafiləsinin arasında) oxusa, qəlbinə heç vaxt aradan getməyən dirilik gətirər.
    25-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim qırx gün heyva yesə, həmişə hikmətli sözlər danışar.”
    26-İmam Əli (ə) buyurmuşdur: "Sizə qırx gün həlim yeməyi tövsiyə edirəm; çünki insanda ibadət ruhiyyəsini gücləndirir.”
    27-İmam Kazim (ə) buyurmuşdur: "Hər kəs qırx cümə sübh vaxtı acqarına bir ədəd nar yesə, qəlbi işıqlanar.”
    28-Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər kim nar yesə, qırx gün Şeytanı öz qəlbindən çıxarar.”
    29-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allaha və qiyamət gününə imanı olan hər bir şəxs gərək bədənindəki artıq tükləri təmizləməyi qırx gün tərk etməsin.”("Xisal”, 2-ci cild, səh. 317. )
    30-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Övladınızı yeddi günlüyündə sünnət etdirin; çünki yer sünnət olunmamış şəxsin bövlü ilə qırx gün nəcis qalır.”(Yenə orada. )
    31-İmam Əli (ə) buyurmuşdur: "Məscidin həddi-hüdudu qırx ziradan(Bir zira təxminən 48 sm-ə bərabər olan uzunluq ölçüsüdür. )ibarətdir və dörd tərəfindən qırx ev ona qonşu sayılır.”(Xisal”, 2-ci cild, səh. 327. )
    32-İmam Sadiq (ə) buyurmuşdur: "Həqiqətən, Allah-taala qırx yaşına çatan şəxsi əzizləyər və səksən yaşına çatan şəxsə əzab verməkdən həya edər.”("Yenə orada, səh. 326. )
    33-Hər kəs "Ayətəl-kürsü”nü qırx gün oxusa, onun duaları qəbul olunar.
    34-Hər kəs "Yasin” surəsini qırx gün ərzində qırx dəfə üzü qibləyə, həm də oturduğu halda oxusa, onun hacəti qəbul olunar.
    35-Hər kəs "Həşr” surəsini qırx gün müddətində hər gün bir dəfə oxusa, onun hacəti qəbul olunar.
    36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "İki rəhim (bətn) qırx nəslə qədər bir-birinə çatır.”
    37-İmam Sadiq (ə) buyurmuşdur: "Elə bir mömin yoxdur ki, qırx gecə keçdikdən sonra, (qəflət yuxusundan) ayılmağa səbəb olan ağır bir hadisə ilə üzləşməsin.”
    38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "(Bir vaxt gələr ki,) Bəni Üməyyə Əliyə lənət göndərərlər, ona görə də Allah-taala mələklərə əmr edər ki, onlara min dəfə artıq lənət göndərsinlər, həzrət Məhdi (ə) qiyam etdiyi zaman qırx il onlara lənət göndərər.”
    39-Şəriət qanunlarına müvafiq olan hər bir niyyətinizin qəbul olunması üçün qırx dəfə "Zuha” surəsini oxuyun.
    40-Allaha təvəkkül etmək, güclü iradəyə malik olmaq və camaata möhtac olmamaq üçün "Bismillahir-rəhmanir-rəhim! Əlhəmdu lillahi Rəbbil-aləmin. Həsbunəllahu və neməl-vəkil. Təbarəkəllahu əhsənul-xaliqin. Və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim” – zikrini qırx dəfə oxuyun.
    2. ELM VƏ ONU ÖYRƏNMƏYİN FƏZİLƏTİ
    1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Alimlər və elm öyrənənlər savabda şərikdirlər, sair camaat isə xeyir və səadətdən məhrumdurlar.”(Biharul-ənvar”, 2-ci cild, səh. 25. )
    2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Elm Allahın yer üzündə qoyduğu əmanət, alimlər isə Allah elminin əmanətdarlarıdır. Hər kəs öz elminə əməl etsə, həqiqətdə əmanəti layiqincə sahibinə qaytarmışdır.”(Yenə orada, səh. 36. )
    3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs elmi (məlumatı) olmadığı şeylərdə xalqa fikir söyləyib, fətva versə, dində etmək istədiyi xidmətdən daha çox zərbə vurmuş olar.”(Yenə orada, səh. 121. )
    4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Dünya və axirət xeyri elm ilə yanaşıdır.”
    5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Elm öyrənən şəxs gündüzləri oruc tutan, gecələri isə səhərə kimi ibadətlə keçirən şəxs kimidir. İnsanın öyrəndiyi bir elm toplusu Əbu Qübeys dağı qədər qızıla, mal-dövlətə malik olub onları Allah yolunda ehsan etməsindən daha fəzilətlidir.”(Yenə orada, 1-ci cild, səh. 184. )
    6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Elmin fəziləti Allah yanında ibadətin fəzilətindən daha əzizdir.”(Yenə orada, səh. 167. )
    7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən mömin şəxsin ölümündən sonra gözəl əməllərinə və yaxşılıqlarına əlavə olunan şeylər – onun öyrənib yığdığı elm, qoyub getdiyi saleh əməl, övlad və yadigar qoduğu Qurandır.”
    8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "İnsan öldükdən sonra onun əməl dəftəri bağlanar, yalnız üç yolla ona savab və fayda verilər: 1-Ümumxalq mənfəəti üçün bir şey düzəldən və ardıcıl sədəqə qoyub gedən. 2-Cəmiyyət üçün faydalı şagird yetişdirib lazımlı kitablar yazan alim. 3-İnsanın özündən sonra qoyub getdiyi və onlar üçün ehsan edən əməlisaleh övlad.”(İsna-əşəriyyə”, səh. 87. )
    9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəsdən bildiyi bir şey (məsələ) barəsində soruşsalar və o da öz elmini gizlətsə, (qiyamətdə) ağzına oddan bir cilov vurular.”(Yenə orada, səh. 11. ) (Yəni elmsizlik ucbatından sərgərdan qalan və vəzifəsinin nə olduğunu bilməyən cahil şəxslərə yol göstərməyə və onların həyatını səadətə çatdırmağa qadir olduğu halda sükut edən elmli bir şəxs böyük bir günaha mürtəkib olmuşdur.)
    10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qurani-kərim bir İlahi ədəb məktəbidir. Bacardığınız qədər onun ədəb qaydalarını öyrənin.”("Biharul-ənvar”, 92-ci cild, səh. 19)
    11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ümmətim içərisində iki dəstə var ki, əgər onlar saleh və düzgün olsalar, ümmətimin hamısının əmməlləri saleh olar və əgər fəsad törətsələr, ümmətim də fəsada düşər.” Soruşuldu ki, ey Allahın Peyğəmbəri, onlar hansılardır? Buyurdu: "Fəqihlər (din alimləri) və əmirlər (hökumət işçiləri).”(Yenə orada, 2-ci cild, səh. 49. )
    12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mənim ümmətimdən olan hər bir ağıl və düşüncə sahibinə dörd şey zəruri və lazımdır.” Soruşuldu: Ey Allahın elçisi! Onlar nədir? Həzrət buyurdu: "Elmi eşitmək, onu qoruyub saxlamaq, elmi yaymaq və ona əməl etmək.”(Töhəful-üqul”, səh. 56, hədis: 169. )
    13-İmam Əli (ə) buyurmuşdur: "Hər bir insanın qiyməti onun elminin dəyəri qədərdir.”(Nəhcül-bəlağə”, səh. 482. ) (Hər bir sənətkarın dəyəri bildiyi peşə və sənət qədər, təbibin dəyəri sağlamlığın əhəmiyyəti qədər, müəllim və ruhaninin dəyəri isə cəmiyyətə elm öyrədib düz yol göstərmək qədərdir.)
    14-İmam Əli (ə) buyurmuşdur: "Elm öyrənmək üçün səy edənlər Allah yolunda cihad edən şəxslər kimidir.”(Biharul-ənvar”, 1-ci cild, səh. 179. )
    15-İmam Əli (ə) buyurmuşdur: "Elm asanlıq və rahatlıq axtarmaqla əldə oluna bilməz.”(Qürərul-hikəm”, səh. 349. )
    16-İmam Əli (ə) buyurmuşdur: "Həqiqətən, dinin kamalı elm öyrənmək və ona əməl etməkdir. Agah olun ki, elm kəsb etmək həqiqətdə sizin üçün mal-dövlət qazanmaqdan daha vacibdir.”("Kafi”, 1-ci cild, səh. 30. )
    17-İmam Əli (ə) buyurmuşdur: "Həqiqətən alimin əcri (savabı) oruc tutan, namaz qılan və Allah yolunda cihad edən şəxsin savabından artıqdır. Bir alim ölən zaman İslama elə ağır xəsarət dəyir ki, bu xəsarəti yalnız onun öz yerinə qoyduğu xələf cübran edə bilər.”("Biharul-ənvar”, 2-ci cild, səh. 43. )
    18-İmam Əli (ə) buyurmuşdur: "Mal-dövlət yığanlar diri ikən ölüdürlər. Alimlər isə dünya durduqca diridir (və bəşəriyyət onların elmi əsərlərindən istifadə edir), cəsədləri torpaqlara qarışır, özləri isə qəlblərdə yaşayır.”(Nəhcül-bəlağə”, "qısa” sözlər”: 147. )
    19-İmam Həsən (ə) buyurmuşdur: "Öz elmini başqalarına öyrət və çalış ki, digərlərinin də elmini öyrənəsən.”("Biharul-ənvar”, 78-ci cild, səh. 111. )
    20-İmam Hüseyn (ə) buyurmuşdur: "Həqiqətən müsəlmanların işləri və səmavi hökmlərin icrası İlahi alimlərin əlindədir. Onlar Allahın halal və haram buyurduğu işlərdə əmanətdardırlar.”(Töhəful-üqul”, səh. 172)
    21-İmam Hüseyn (ə) buyurmuşdur: "Hikmət və bilik mömin bir şəxsin itirdiyidir. Hətta müşrikin yanında olsa da onu axtarın ki, hikmət əhli olub, ona daha çox layiq olasınız.”(Əmali” (Şeyx Tusi), səh. 35. )
    22-İmam Hüseyn (ə) buyurmuşdur: "Elm və bilikdən sənə Allahın əzəmətindən qorxacağın qədər bəsdir, nadanlıqdan da öz elminlə məğrur və xudpəsənd olmağın qədər kifayətdir.”(Yenə orada. )
    23-İmam Hüseyn (ə) buyurmuşdur: "Alimlərdən soruşun, hikmət sahibləri ilə danışın və yoxsullarla oturub-durun.”(Əşəsiyyət”, səh. 230. )
    24-İmam Hüseyn (ə) buyurmuşdur: "Elmi bəhs və müzakirələr mərifət toxumudur, uzun və çoxlu təcrübələr əqlin çoxalmasına səbəb olur.”(Cəfəriyyat”, səh. 195. )
    25-İmam Hüseyn (ə) buyurmuşdur: "Dünyada zahid o adamdır ki, başqalarına moizə etsin və başqalarının da moizəsini qəbul etsin, elm öyrənsəin və öyrəndiyi elmə əməl etsin.”(Yenə orada, səh. 233. )
    26-İmam Hüseyn (ə) buyurmuşdur: "Elmin üstünlüyü ibadətin üstünlüyündən daha yaxşıdır, dinin kamilliyi təqva və itaətkarlıqdır.”(Yenə orada, səh. 155. )
    27-İmam Hüseyn (ə) buyurmuşdur: "Elm və bilikdən başqa, bir şey üçün yaltaqlıq etmək və həsəd aparmaq mömin şəxsin əxlaqi sifətlərindən deyildir.”(Biharul-ənvar”, 44-cü cild, səh. 16; "Mənaqib”, 4-cü cild, səh. 45. )
    28-İmam Hüseyn (ə) buyurmuşdur: "Bir alimin biliyinin nişanələrindən biri onun öz dediklərinə daha çox diqqət yetirməsi, tənqidlə yanaşması, fikir və münazirə fənlərinin həqiqətlərindən xəbərdar olmasıdır.”("Biharul-ənvar”, 75-ci cild, səh. 119. )
    29-İmam Hüseyn (ə) buyurmuşdur: "Biz o şəxslərik ki, Allahın kitabının elmi, bəyanı və dərki bizdədir. Bizdə olan şeylər Allahın yaratdıqlarından heç kəsdə yoxdur, çünki biz – Peyğəmbər xanədanı – Allahın sirlərinin əhliyik.”(Yenə orada”, 44-cü cild, səh. 184. )
    30-İmam Hüseyn (ə) buyurmuşdur: "Elm imanın, helm isə biliyin layiqli vəziridir.”("Əl-bəlağət”, səh. 68. )
    31-İmam Zeynül-abidin (ə) buyurmuşdur: "Əgər insanlar elm kəsb etməyin necə böyük dəyərə malik olduğunu bilsəydilər, onu hətta qanlarını axıtmaqla, tufanlı və dalğalı dənizləri yarmaqla belə, kəsb edərdilər.”("Kafi”, 1-ci cild, səh. 35. )
    32-İmam Baqir (ə) buyurmuşdur: "Elm öyrənməkdə çalışın, çünki elm öyrənmək gözəl əməl, onu axtarmaq isə ibadətdir.”(Biharul-ənvar”, 78-ci cild, səh. 189. )
    33-İmam Baqir (ə) buyurmuşdur: "Əgər alimin hüzurunda otursan, danışmaqdan çox eşitmək üçün həris ol; yaxşı danışmağı öyrəndiyin kimi, yaxşı qulaq asmağı da öyrən və heç vaxt danışanın sözünü kəsmə.”(Yenə orada, 1-ci cild, səh. 222.)
    34-İmam Sadiq (ə) buyurmuşdur: "Diqqət edib baxın, görün ki, öz elminizi kimdən öyrənirsiniz!”(Yenə orada, 2-ci cild, səh. 92)
    35-İmam Sadiq (ə) buyurmuşdur: "Elm kəsb edin və onunla birlikdə elmlə, vüqarla zinətlənin. Elm öyrətdiyiniz şəxs qarşısında isə təvazökarlıq edin.”("Kafi”, 1-ci cild, səh. 36. )
    36-İmam Sadiq (ə) buyurmuşdur: "Öz yazılarınızı qoruyub saxlayın, çünki sonradan onlara ehtiyac duyacaqsınız.”(Biharul-ənvar”, 2-ci cild, səh. 152. )
    37-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs Allahın razılığı üçün elm öyrənib ona əməl etsə və başqalarına öyrətsə, asimanların mələkut aləmində əzəmətlə yad edilər.”(Kafi”, 1-ci cild, səh. 35. )
    38-Əbdüs-səlam deyir: İmam Rza (ə) buyurdu: "Allah bizim əmrimizi dirçəldən şəxsə rəhmət etsin!” Soruşdum ki, sizin əmriniz necə dirçələr? Buyurdu: "Bizim elmlərimizi öyrənib onları camaata öyrətməklə; çünki əgər onlar bizim kəlamımızın gözəlliklərini bilsələr, hökmən bizə tabe olarlar.”(Məaniul-əxbar”, səh. 180. )
    39-İmam Rza (ə) buyurmuşdur: "Agah olun və bilin ki, fəqih (din alimi) o şəxsdir ki, xalqa xeyir, fayda versin, onları düşmənlərdən qorusun, Allahın cənnət nemətlərini onlar üçün artırsın, onları düz yola hidayət etməklə onlar üçün Allahın rizvanını kəsb etsin.”(Biharul-ənvar”, 2-ci cild, səh. 5. )
    40-İmam Həsən Əskəri (ə) buyurmuşdur: "Bizim şiələrimizin alimləri İslam dininin sərhədçiləridir. Bizim ardıcıllarımızdan hər kəs bu vəzifəni öhdəsinə alsa, Rum qoşunları ilə cihada gedən şəxsdən daha fəzilətli olar. Çünki o, bizi sevənlərin din sərhədlərini müdafiə edir.”(Əl-ihticac”, 2-ci cild, səh. 155. )
    3. AXİRƏT SƏFƏRİ
    1-Əbuzər demişdir: "Ey camaat! Sizlərdən biriniz səfərə getmək istədikdə, özünüzlə kifayət qədər azuqə və yol ehtiyatı aparırsınız. Lakin bilin ki, axirət səfərinə gedəndə, azuqə aparmaq daha vacibdir.”
    2-Hər gecə camaat öz yataqlarına getdikləri zaman imam Əli (ə)-ın səsi ucalardı. Belə ki, qonşuların hamısı o həzrətin səsini eşidərdilər. O həzrət buyurardı: "Hazırlaşın, öz səfər azuqənizi hazırlayın, Allah sizə rəhmət etsin! Həqiqətən ölüm carçısı sizə dünyanı dəyişmək nidasını vermişdir. Dünyadan az yapışın, saleh əməl azuqəsi hazırladığınız halda, axirət səfərinə yola düşün. Siz çətin və ağır mənzillər və hadisələrlə üzləşib, onları ötüb keçməlisiniz.”
    3-Axirət səfərinin bir necə mənzili vardır:
    Birinci mənzil can verməkdir; onun qorxulu və vəhşətli halətləri vardır. Bu zaman çətinliklər can verənə hər tərəfdən üz gətirər. Bir tərəfdən xəstəliyin və bədəndə olan ağrıların şiddətlənib bədənin taqətsiz olması və dilin tutulması, digər tərəfdən də evdən, əhl-əyaldan, ailə-uşaqlardan, qohum-əqrəbadan, mal-dövlətdən ayrılmaq və başqalarının hüquqları haqqında fikirləşmək. Bunlardan əlavə, onun hökmünü oxuyan qəzəb mələklərinin, canını almağa gələn ölüm mələyinin hansı şəkildə gəlməsi çətinlikləri daha şiddətləndirir.
    4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ya Əli! Ölüm mələyi kafiri qəbzi-ruh edərkən qızmış şişlərlə onun canını çıxarar.” Əmirəl-möminin Əli (ə) ərz etdi ki, ya Rəsuləllah, sizin də ümmətinizdən belə can verənlər olacaqmı? Peyğəmbər (s) buyurdu: "Bəli, müsəlmanlardan da bir neçə dəstə bu sayaq can verərlər: Zalım hakimlər, yetim malını mənimsəyənlər, nahaq yerə şahidlik edənlər, xəbərçilər, həsəd edənlər və şərab içənlər.”
    5-İnsanın asan can verməsinə səbəb olan əməllər aşağıdakılardan ibarətdir: 1-Qohumluq əlaqələrini kəsməmək. 2-Ata və anaya yaxşılıq etmək. 3-Yetmiş dəfə "Ya əsməəs-samiin və ya əsbərən-nazirin və ya əsrəəl-hasibin və ya əhkəməl-hakimin” demək. 4-"Zilzal” surəsini oxumaq.
    6-İnsanın axır-aqibətinin yaxşı şəkildə sona yetməsi və dünyadan imanlı halda getməsi üçün aşağıdakı əməlləri yerinə yetirməsi təsirlidir: 1-Gündəlik vacibi namazları əvvəl vaxtında qılmaq. 2-"Zil-qədə” ayının bazar günlərində qılınan namazı tərk etməmək. 3-Həmişə həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını demək. 4-("Muhəmmədun nəbiyyullah və Əliyyun vəliyyullah” sözləri yazılmış) əqiq üzük taxmaq. 5-Cümə günlərində "Muminun” surəsini oxumaq. 6-Çoxlu salavat çevirmək. 7-"(Xüsusilə sübh namazından sonra) yeddi dəfə "Bismillahir-rəhmanir-rəhim, la hovlə və la quvvətə illa billahil-əliyyil-əzim” demək. 8-Rəcəb ayının 22-ci gecəsi səkkiz rükət gecə namazı qılmaq (və hər rükətdə "Həmd” surəsindən sonra əlli dəfə "İxlas” surəsini oxumaq). 9-"Rəbbəna la tuziğ qulubəna bədə iz hədəytəna və həb ləna min lədunkə rəhməh, innəkə əntəl-vəhhab” ayəsini çoxlu demək.
    7-Axirət səfərinin ikinci mənzili qəbirdir: Yaxşı olar ki, meyyiti qəbrə yaxınlaşdırdıqda, onu birdən qəbrə qoymasınlar; çünki qəbrin qorxulu və vəhşətli hadisələri vardır. Həzrət Fatimeyi-Zəhra (ə) imam Əli (ə)-a vəsiyyət etmişdi ki, məni qəbrə qoyub, qəbirimin üstünü örtdükdən sonra, mənim başımın üstündə otur, çoxlu Quran və dua oxu. Çünki həmin saat ölünün diri şəxslərlə ünsiyyət tapmağa ehtiyacı vardır. Seyyid ibn Tavus həzrət Peyğəmbər (s)-dən nəql etmişdir ki, meyyitin ən çətin saatı qəbrə qoyulduğu birinci gecədir.
    8-Qəbrin birinci gecəsində öz ölünüzə sədəqə vermək, çoxlu salavat göndərmək, Quran oxumaq və vəhşət namazı qılmaqla rəhmət göndərin.
    9-Qəbrin birinci gecəsinin qorxusundan nicat tapmaq üçün aşağıdakı əməlləri yerinə yetirmək faydalıdır: 1-Namazların rükusunu tam və kamil şəkildə yerinə yetirmək. 2-Hər gün yüz dəfə "La ilahə illəllahul-məlikul-həqqul-mubin” demək. 3-Yatmazdan öncə "Yasin” surəsini oxumaq. 4-( Rəcəb ayında qılınan) "Leylətur-rəğaib” namazını qılmaq. 5-Xəstələrin görüşünə getmək. 6-Xoş xasiyyətli olmaq (xüsusilə evdə). 7-Əhli-beyt (ə)-a məhəbbət bəsləmək.
    10-İmam Sadiq (ə) buyurmuşdur: "Möminin günahlarının kəffarəsi (cəriməsi) qəbir əzabı və sıxıntısıdır.”
    Ondan xilas olmağa səbəb olan əməllər bunlardır: 1-Hər cümə gecəsi "Nisa” surəsini oxumaq. 2-"Zuxruf” surəsini çox oxumaq. 3-Gecə namazı qılmaq. 4-"Təkasur” surəsini oxumaq. 5-Nəcəfi-əşrəf şəhərində dəfn olunmaq. 6-Meyyitin kəfəninə iki yaş çubuq qoymaq. 7-Qəbrin üstünə su tökmək (qəbrin üstü rütubətli olana qədər, meyyitə əzab verilməz). 8-Rəcəb ayında dörd, Şəban ayında isə on iki gün oruc tutmaq. 9-Rəcəb ayının birinci gecəsində on rükət namaz qılmaq (hər rükətdə "Həmd” surəsindən sonra "İxlas” surəsini üç dəfə oxumaq). 10-Rəcəb ayının birinci gecəsində iyirmi rükət namaz qılmaq. 11-"Mülk” surəsini çox oxumaq. Həzrət Peyğəmbəri-Əkrəm (s) bu barədə buyurmuşdur: "Bu surə insanı qəbir əzabından xilas edir.” 12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Meyyiti dəfn etdikdə üç dəfə "Əllahummə inni əsəlukə bihəqqi Muhəmmədin və Ali-Muhəmmədin ən-la tuəzzibə hazəl-məyyit” desə, Allah-taala əzabı ondan götürər.” 13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs cümə axşamı hər rükətdə "Həmd” surəsindən sonra on dörd dəfə "Zilzal” surəsini oxumaqdan ibarət olan iki rükət namaz qılsa, qəbir sıxıntısından amanda qalar.” 14-Rəcəb və Şəban ayının gecələrinə, eləcə də Aşura gecəsinə məxsus olan müstəhəb namazları qılmaq. 15-Sədəqə vermək (xüsusilə yetimə). 16-Xalqa xidmət etmək, xüsusilə məscid tikmək, körpü salmaq və yol çəkmək.
    Həmçinin cümə ertəsi gününün qürubundan cümə gününün qürubu arasında ölənlərə də qəbir əzabı verilməz. (İnşaallah!)
    11-Üçüncü mənzil qəbirdə Nəkir və Münkir adlı mələklərin meyyitdən sorğu-sual etməsidir: Rəvayətlərə əsasən, onlar gələrkən ildırım səsi verərlər, gözlərindən od sıçrayar və saçları yerlə sürünər. Onlar Allah, Peyğəmbər, din, imamlar və s. kimi məsələlərdən soruşarlar. Həmin halda bu suallara cavab vermək çətin olduğundan, meyyitə iki dəfə təlqin etmək müstəhəbdir: Birincisi, meyyiti qəbrə qoyanda, ikincisi isə onu dəfn etdikdən və camaat dağılışdıqdan sonra meyyitin vəlisi qəbrin baş tərəfində otursun və uca səslə təlqin desin. Rəvayətdə bəyan olunduğu kimi, meyyitə təlqin deyilsə, Nəkir və Münkir deyərlər: "Gəl qayıdaq, təlqin höccəti tamamladı, artıq sorğu-suala ehtiyac yoxdur.” Bununla da onlar heç bir sual soruşmadan qayıdarlar.
    12-Əbuzərin oğlu vəfat etdikdə, Əbuzər əlini onun qəbrinə sürtüb dedi: "Sən mənə qarşı yaxşılıq etdin, Allah sənə rəhmət etsin! Əgər ölümdən sonrakı çətin və qorxulu hadisələr olmasaydı, qəmgin olmazdım. Mən sənin ölümünə və məndən ayrılığına görə ağlamadım, mənim ağlamağım sənin qəbirdəki vəziyyətinə və sorğu-suallara necə cavab verəcəyinə görədir. Kaş, səndən soruşulan sualları və sənin necə cavab verəcəyini biləydim!”
    13-Axirət mənzillərindən biri də qiyamətdir; Allah-taala Qurani-kərimdə qiyamətin böyük, əzəmətli, çətin və qorxulu bir gün olduğunu açıqlamışdır. Həzrət İsa (ə) buyurmuşdur: "Cəbrail qiyamətin adını eşidəndə, lərzəyə düşüb, özündən getdi.” Rəvayətə görə, elə bir mələk, insan, cin, yer, göy, külək, dağ və dəniz yoxdur ki, qiyamət gününün hadisələrindən qorxmasın.
    14-Qiyamətin qorxulu hadisələrindən amanda qalmağa səbəb olan əməllər:
    a) Hər gün, yaxud hər gecə "Yusif” surəsini oxumaq.
    b) Hər gün, yaxud heç olmazsa vacibi və ya müstəhəbbi namazlarda bir dəfə "Duxan” surəsini oxumaq.
    v) Hər cümə günü və ya cümə axşamı "Əhqaf” surəsini oxumaq.
    q) Nafilə namazlarında "Əsr” sursini oxumaq.
    d) Saçını İslam yolunda ağardan şəxslərə ehtiram göstərmək.
    s) Məkkə yolunda ölmək.
    h) Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs Allahın qorxusundan çirkin işlərdən çəkinsə, Allah-taala da onu qiyamət gününün qorxusundan amanda saxlayar.”
    x) Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs camaatı deyil, öz (əmmarə) nəfsini düşmən tutsa, Allah-taala onu qiyamətin qorxusundan amanda saxlayar.”
    c) Qəzəbi söndürmək.
    f) Allah-taala Qurani-kərimdə buyurmuşdur: "Qiyamət günündə özü ilə yaxşılıq (yaxşı əməllər) gətirən şəxs bu günün qorxusundan amanda qalar.” İmam Əli (ə) buyurmuşdur: "Bu ayədəki "yaxşılıq”dan məqsəd, vilayət və biz Əhli-beytə məhəbbət bəsləməkdir.”
    m) İmam Sadiq (ə) buyurmuşdur: "Öz mömin qardaşına kömək edən və qəmli günündə ona rahatlıq yaradan şəxs qiyamətin böyük və qorxulu hadisələrindən amanda qalar.”
    e) İmam Rza (ə) buyurmuşdur: "Hər kəs öz (mömin) qardaşının qəbrinin yanına gəlsə və əlini qəbrin üstünə qoyub, yeddi dəfə "Qədr” surəsini oxusa, qəbir əhli qiyamətin qorxusundan amanda qalar.”
    15-Axirət mənzillərindən biri də qəbirdən baş qaldırmaqdır: Bu, Adəm övladlarının ən çətin və qorxulu anlarından biridir.
    16-Bir neçə tayfanın qəbirdən baş qaldıranda vəziyyəti:
    a) Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əli (ə)-ın fəziləti barəsində şəkk-şübhə edən şəxs qiyamət günündə boynunda üç yüz odlu zəncirdən ibarət bir boyunbağı olduğu və hər bir zəncirdə də bir Şeytan oturub, ağız suyunu onun üzünə atdığı halda gələr.”
    b) İmam Sadiq (ə) buyurmuşdur: "Malın haqqını (xums və zəkat) verməyənlər qəbirdən əlləri boyunlarına bağlanmış halda, baş qaldırarlar.”
    v) Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs xəbərçilik etsə, Allah-taala onun qəbrinə od göndərər, onun ətini dörd böyük qara ilanın dişləri ilə qopartdığı halda, qəbirdən qaldırar və elə həmin ilanlarla birlikdə cəhənnəmə göndərər.”
    q) Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Gözlərini naməhrəmə baxmaqla dolduranlar qəbirdən odlu mıxlara taxıldıqları halda baş qaldırarlar.”
    d) Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Şərab içən şəxs qiyamətdə üzü qara, ağzı əyri və dili ağzından çıxmış vəziyyətdə qəbirdən qalxar.”
    s) Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "İkiüzlü olanlar qiyamət günündə alovdan iki dili olduğu halda qəbirdən qalxar.”
    17-İnsana qəbirdən qalxan zaman fayda verən əməllər:
    a) Dəfn mərasimlərində iştirak etmək.
    b) Mömin şəxsin qəm-qüssəsini aradan qaldırmaq.
    v) Mömin şəxsi sevindirmək.
    q) Mömin qardaşı paltarla təmin etmək.
    d) Şəban ayında min dəfə "La ilahə illəllahu və la nəbudu illa iyyahu muxlisinə ləhud-dinə və lov kərihəl-muşrikun” demək.
    s) Ramazan ayında "Cövşən-kəbir” duasını oxumaq.
    18-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qiyamət günündə ümmətimdən on dəstə məndən ayrılar və müxtəlif surətlərə düşərlər:
    a) Meymun surətində gələnlər söz gəzdirənlərdir.
    b) Donuz surətində gələnlər haram mal yeyənlərdir.
    v) Başı aşağı gələnlər sələmçilər, faiz yeyənlərdir.
    q) Kor halda daxil olanlar, nahaq hökm vermiş zalım hakimlərdir.
    d) Məhşərə kar gələnlər xudpəsəndlər və özünü sevənlərdir.
    s) Dilini dişləyib, ağzından çirk axanlar əməlsiz alimlərdir.
    h) Məhşərə əl-ayağı kəsilmiş vəziyyətdə gələnlər qonşuya əzab-əziyyət verənlərdir.
    x) Murdardan da iyrənc olanlar zina edənlər, harama, şəhvətə və (haram) ləzzətə qurşananlardır.
    ç) Oddan olan budaqlara bağlananlar dünyada padşahlara, ağalara sirr və xəbər aparıb xalqı incidənlərdir.
    f) Alovdan paltar geyinənlər təkəbbür edənlərdir.
    19-Axirət mənzillərindən biri də qiyamət günündə əməllərin ölçüldüyü gündür: Belə ki, qiyamət başlananda hər kəsin əməlləri ölçülər, yaxşı və ya pis işlərinin miqdarı məlum olar. Əməli yüngül olanlar zərər çəkənlər, yaxşı əməli çox və ağır olanlar isə nicat tapanlardır.
    20-Yaxşı əməlin çox və ağır olmasına səbəb olan əməllər:
    a) Salavat demək: İmam Baqir (ə) və imam Sadiq (ə) buyurmuşdur: "(Qiyamət günü) əməllər ölçüləndə salavatdan ağır bir əməl olmaz.” Həzrət Peyğəmbəri-Əkrəm (s) də buyurmuşdur: "Mənə salavat göndərmək qiyamətdə yaxşı əməllərin çəkisini artırar.”
    b) Yaxşı əxlaqlı olmaq.
    21-Axirətin mənzillərindən biri də qiyamətdə hesab verməkdir: Allah-taala Qurani-kərimdə buyurur: "Camaatın hesab verəcəyi vaxt yaxınlaşdı, lakin onlar qəflətdədir və onun haqqında heç də fikirləşmirlər.”
    Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "(Qiyamətdə) dörd məsələ haqqında soruşular: 1-Ömür. 2-Cavanlıq. 3-Var-dövlətin haradan qazanılması. 4-Var-dövlətin harada xərclənməsi.”
    İmam Baqir (ə) da buyurmuşdur: "Qiyamət günündə insandan soruşulan ilk əməl namazdır.”("Axirət mənzilləri”, Şeyx Abbas Qummi. )
    22-Axirət mənzillərindən biri də əməl dəftərinin verilməsidir: Qurani-kərimdə də bu barədə söz açılmışdır. Belə ki, "Zilzal” surəsinin 6-cı ayəsində buyurulur: "O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar.”
    İmam Sadiq (ə) buyurmuşdur: "Möminin əməl dəftəri sağ əlinə veriləcək və hesabı asan olacaq. Başqalarının əməl dəftəri isə sol əlinə veriləcək və onlar ağır hesab verənlərdir.”
    İmam Sadiq (ə) yenə buyurmuşdur: "Qiyamət başlananda camaatın əməl dəftəri onlara verilər və onlara deyilər ki, oxu... Sonra onlar deyərlər: Vay olsun bizə! Gördüyümüz böyük və kiçik əməllərin hamısı burada yazılmışdır!”
    23-Axirət mənzillərindən biri də cəhənnəmin üzərindən çəkilən Sirat körpüsüdür: Oradan keçə bilməyən şəxs behiştə daxil olmaz. Bu körpü tükdən nazik, qılıncdan iti və oddan hərarətlidir. Dünyada doğru yolda olan, həqiqət və din yolundan sapmayanlar bu körpüdən sağ-salamat və ildırım sürəti ilə ötüb keçəcəklər. Bəziləri çətinliklə keçib nicat tapacaqlar. Bəziləri sürətli atlar kimi, bəziləri dizi-dizi (iməkləyərək) Siratı adlayacaq, bəziləri də bu körpüdən keçərkən cəhənnəmə düşəcəklər. Bir sözlə, camaat dünyada din yolunu necə getmişlərsə, Siratı da elə keçəcəklər.
    24-Əllamə Məclisi özünün "Həqqul-yəqin” kitabında yazır: Bizim əqidəmizə görə, Sirat körpüsünün hər bir dolamasında insandan Allahın əmr və qadağan etdiyi məsələlərdən soruşulacaq. Əgər həmin məsələ barəsində səhlənkarlıq etmişdirsə, o dolamada min il saxlanılar və ondan həmin məsələ ilə əlaqədar Allahın haqqı tələb olunar. Əgər ona cavab verə bilsə, Allahın rəhmətinə şamil olub, nicat tapar və başqa bir dolamaya çatar. Beləliklə, Sirat körpüsünün hər bir dayanacağında sorğu-sual olunan halda, onu ötüb keçər.
    25-Sirat körpüsündən sağ-salamat keçməyə səbəb olan əməllər:
    a) Qohumluq əlaqələrini möhkəmlətmək.
    b) Əmanətə sadiq qalmaq.
    v) Rəcəb ayının ilk onuncu gecəsində (işa namazından sonra) iyirmi rükət namaz qılmaq.
    q) Rəcəb ayında altı gün oruc tutmaq.
    d) Şəban ayının 29-cu gecəsində on rükət namaz qılmaq və hər rükətində "Həmd” surəsindən sonra bir dəfə "Təkasur”, on dəfə "Nas”, "Fələq” və "İxlas” surələrini oxumaq.
    s) İmam Rza (ə)-ı ziyarət etmək.
    26-İmam Sadiq (ə) buyurmuşdur: "Günlərin birində Cəbrail qəzəbli və qaş-qabaqlı halda həzrət Peyğəmbər (s)-in yanına gəldi. Peyğəmbər (s) buyurdu: "Nə üçün bu gün belə qəzəblisən?” Cəbrail dedi: "Mələklər cəhənnəm odunu ağartmaq üçün min il, qızartmaq üçün min il, qaraltmaq üçün də min il üfürdülər. İndi də onun odu qaradır. Əgər ondan bir damla dünya sularına düşsə, bütün dünya camaatı onun pis qoxusundan ölərlər.” Bundan sonra həm Peyğəmbər (s), həm də Cəbrail ağlamağa başladılar. Bu zaman Allah-taala bir mələk göndərib buyurdu: "Mən sizi bu əzabdan amanda saxladım.”
    27-İmam Əli (ə) buyurmuşdur: "Dünyanın sonuncu günü çatanda, insan öz var-dövlətinə xitab edərək deyər: "Sənə qarşı paxıllıq etdim, indi mənə nə kimi köməklər edə bilərsən?” Cavab verib deyər: "Məndən yalnız öz kəfənini götürə bilərsən.” Sonra üzünü övladlarına tutub deyər: "And olsun Allaha! Mən sizi çox sevirəm, bu gün mənə yardım edə bilərsinizmi?” Cavab verib deyərlər: "Biz səni yalnız dəfn edə bilərik.” Ondan sonra öz əməllərinə deyər: "And olsun Allaha, Mən səni çox istəyirdim, özün buna şahidsən. İndi mənə yardım edə bilərsənmi?” Əməl cavab verib deyər: "Mən qəbirdə və hesab gününə qədər səninlə birgəyəm, sonra bizi Allaha tapşırarlar.” Əgər Allahın xoşuna gəlsə, gözəl surətli, xoş ətirli və qəşəng paltar geyinmiş bir şəxs onun yanına gəlib, behiştə müjdə verər. Əgər vacibi əməlləri bilə-bilə tərk edib günahkarlardan, yaxud kafirlərdən olsa, Allahın qəzəbinə səbəb olar və qorxunc surətli, pis qoxulu bir şəxs gəlib, onun cəhənnəmə gedəcəyini xəbər verər.”
    28-İnsanın ruhu bədənindən çıxdıqda, can vermənin çətinliyi qurtarar, (qəbrə qoyulmazdan öncə) bir neçə saat rahatlıq və aramlıq hiss edər. Sonra onun gözündən pərdələr götürülər və özünü cənazəsinin üstündə durduğunu, qohum-əqrəbanın isə cənazəsinin ətrafına toplaşıb ağladığını görər və deyər: "Mən artıq sağalmışam, ölməmişəm.” Lakin onun sözünə qulaq asan bir kəs olmaz, sanki heç kəs onu görmür, o isə öz bəsirət gözü ilə dəfn mərasimində iştirak edənlərin müxtəlif surətlərə düşdüyünü – bəzilərini insan, bəzilərini də vəhşi heyvanlar surətində – görüb qorxar. Cənazəni qəbrə yaxınlaşdırdıqda, onu qorxu bürüyər. (Buna görə də cənazənin bir dəfəyə deyil, üç dəfəyə qəbrə qoyulması müstəhəbdir.)
    29-Cənazəni qəbrə qoyanda, onun qorxusu daha da çoxalar, bütün bədəni əsməyə başlayar və camaatdan yardım diləyər, lakin heç kəs ona yardım etməz, hər kəs öz işi ilə məşğul olar: biri ağlayar, biri qəbrin üstünə torpaq tökər və s. Qəflətən bir neçə nəfər gəlib onunla söhbət etməyə başlayar. O, onların kim olduğunu soruşmaq istədikdə, gözdən itərlər. Bundan sonra qəbrin üstünün örtüldüyünü və qaranlıq qəbirdə tək-tənha qaldığını hiss edər, camaatın, xüsusilə əhl-əyalının vəfasız olduğunu fikirləşib qəmgin olar və qorxulu və kimsəsiz halda, ümidini Allaha bağlayıb, cənazəsinin üstündə əyləşər.
    30-Bu zaman Nəkir və Münkir adlı qorxunc surətli, ağızlarından və burunlarından alov püskürən iki mələk gələr, cənazəni sorğu-suala tutub deyərlər: "Rəbbin kim idi? Peyğəmbərin kim idi? İmamın kim idi? Hansı dində idin? Qiblən haradır?...” Onların surətinin qara olduğu, dodaqlarının dəvə dodağına oxşadığı, əllərində oddan şişlər olduğu üçün, meyyit qorxduğu, taqəti olmadığı halda, cavab verməyə başlayar. Həqiqi əqidəsi olanlar əqidələrini deyib Allahın təkliyinə, həzrət Mühəmməd (s)-in risalətinə və məsum imamların imamətinə şəhadət və digər suallara da düzgün cavab verər. Buna görə də mələklər onunla ədəblə və ehtiramla rəftar edərlər. Əks halda isə, dili tutular və bu zaman mələklər onun qəbrini odla doldurarlar.
    31-İmam Sadiq (ə) buyurmuşdur: "Mömin üçün (qəbrin yuxarı tərəfindən) bir qapı açılar, öz yerini behiştdə görər və o qapıdan heç vaxt görmədiyi xoş surətli iki şəxs daxil olar. Bu zaman mömin şəxs deyər: "Ey Allahın bəndəsi! İndiyə qədər səndən də gözəl bir şəxs görməmişəm!” Cavab verib deyər: "Mən sənin doğru əqidən və yaxşı əməlinəm.”("Həqqul-yəqin”, Əllamə Məclisi, səh. 254. )
    32-Həzrət Süleyman (ə) qəbiristanda ölmüş bir şəxslə danışırdı. Ölən şəxs söhbət əsnasında dedi: "Ey Süleyman! Allahın yanında üç əməli böyük gördüm: "Soyuq gecələrdə namaz qılmağı. 2-İsti günlərdə oruc tutmağı. 3-Sol əlin xəbəri olmadığı halda, sağ əllə sədəqə verməyi.”
    33-Həzrət Peyğəmbər (s) Əmirəl-möminin Əli (ə)-a buyurdu: "Meraca getdiyim gecə ümmətimdən bir dəstə qadın görüb ağladım. Başlarının tükünü naməhrəm kişilərdən örtməyən qadınlar saçlarından, dilləri ilə ərinə əziyyət verənlər dillərindən və ərinin icazəsi olmadan evdən çıxanlar ayaqlarından asılmışdılar. Özlərini yad (naməhrəm) kişilər üçün zinətləndirənlər bədənlərinin ətini yeyirdilər. Özünü və paltarlarını pak etməyən, heyz və cənabət quslu verməyən və namazı yüngül sayanların ayaqlarını əllərinə bağlamışdılar. Zinadan övlad dünyaya gətirib, onu yalandan öz ərinə nisbət verənlər kor və kar idilər. Özlərini naməhrəm kişilərə göstərənlər bədəninin ətini maqqaçla qoparırdılar. Söz gəzdirən və yalan danışan qadınların başları donuz, bədənləri isə ulaq şəklində idi. Xanəndəliklə məşğul olan qadınlar it surətində idilər. Vay olsun öz ərini qəzəbləndirən qadına! Xoş olsun öz ərini razı salan qadına!”
    34-İmam Baqir (ə) buyurmuşdur: "Qəbir, axirət mənzillərindən biridir. Əgər ondan nicat tapsan, ondan sonra asan olar, əks təqdirdə, daha şiddətli və çətin olar... Bu barədə qəbrə daxil olmamışdan öncə fikirləşmək lazımdır.”
    35-"Hədisi-qüdsi”də buyurulur: "Ölümünə yəqin edən şəxs (qəh-qəhə ilə) gülməz. Allahın hər bir şeydən xəbərdar olmasını bilən şəxs necə günah edir? Qəbirdə tək-tənha qalıb hesab verəcəyini bilən şəxs başqası ilə necə ünsiyyət yaradır?! (İnasan) yalnız Allah və saleh əməllərlə ünsiyyətdə olmalı, onların yardımçı və nəzarətçi olması haqqında fikirləşməlidir.”
    36-İmam Sadiq (ə) buyurmuşdur: "Möminlərin ruhları behiştin saraylarında yaşayır, onun təamlarından yeyir və şərablarından içərlər.”
    37-Allah-taala Qurani-kərimdə bir neçə xüsusiyyətə malik olanlardan başqa, digər insanların zərərdə olduğunu açıqlamışdır. Həmin xüsusiyyətlər bunlardır: 1-İman. 2-Saleh əməl. 3-İnsanların bir-birlərinə kömək etməsi. 4-Haqq əqidələrə yiyələnmək. 5-İbadətdə və günah qarşısında səbir etmək.
    38-Mötəbər hədislərdə buyurulur: "Bizim şiələrə deyin ki, sizin çətinliyiniz məhz bu dünyadadır. Canınız boğazınıza çatdığı vaxt, rahatlığınızın başlanğıcıdır.” İmam Sadiq (ə) buyurmuşdur: "Can verən halında möminə behiştdəki yeri göstərilər və ölüm mələyi ona deyər: "Ey Allahın dostu! Mən sənə qarşı ata-anandan da mehribanam, gözünü ac və on dörd məsuma bax.” Başqa bir hədisdə buyurulur: "Mələklərin ona göz işlədikcə behişt müjdəsi verməsini görər.”
    39-İmam Səccad (ə) buyurmuşdur: Həzrət Peyğəmbər (s) Əli (ə)-a buyurdu: "Ya Əli! Sənin şiələrinin yeddi xüsusiyyəti vardır: 1-Asan can vermək. 2-Qəbirdə ünsiyyətdə olmaq. 3-Qəbrinin nurlu olması. 4-Qiyamət günündə amanda qalmaq. 5-Yaxşı əməllərinin ağır olması. 6-Sirat körpüsündən (sağ-salamat) keçmək. 7-Behiştə daxil olmaq.”(Xisal”, 2-ci cild, səh. 107, hədis: 112. )
    40-Ölüm məhv və puç olmaq deyil, həyatın dəyişməsidir; həqiqətdə yeni bir həyatdır.(Axirət səfəri” haqqında etdiyimiz söhbətlər Əllamə Məclisinin "Həqqul-yəqin”, Ayətullah Dəstğeybin "Məad” və Ayətullah Qucaninin "Qərb səyahəti” adlı kitablarından iqtibas edilmişdir. )
    Category: 40 mövzu 40 həqiqət | Added by: Islam_Kitabxanasi
    Views: 1287 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024