Peyğəmbər Bədrdə çalmışdı zəfər Yanıb–tökülürdü qureyşililər. İntiqamlarını alsınlar deyə Onlar əl atdılar hər bəhanəyə. Car çəkib Məkkədən kənar çıxdılar Üç min nəfərlik bir qoşun yığdılar. Ətrafdan bədəvi ərəbləri də Cəm etdi ordunun tabeliyində. əbu Süfyan buna edir başçılıq Çünki o Məkkədə rəisdi artıq. Onun arvadı Hind(Hind: – Əbu Süfyanın övrəti. )olmaqla başda Cəlb etdi orduya qadınları da Orduya qoşulan on beş qadınlar Dedilər: – Bizdə də aslan gücü var Qisas almaq üçün qovruluruq biz Bədrdə ölübdür əzizlərimiz Qüdrətli say–seçmə igidlərimiz. Odur ki "qana–qan” and içmişik biz. Hindin atasına Həmzə Bədrdə Ordu başçısıtək yetirdi zərbə. "Vəhş” ləqəbində bir zənci vardı Həbəş üsulilə nizə atardı. Bibisi oğluna köləlik edir Söhbət əsnasında Hind ona deyir: – Həmzədən Ütbənin qanını alsan Olarsan ən varlı bir adam inan. Mükafat istəsən qat–qat verərəm Səni köləlikdən azad edərəm. Vəhş də bu işə çox məmnun oldu Nizəsin götürüb hərbə qoşuldu. Məkkədə hazırlıq görülən zaman Həzrətin əmisi Abbas durmadan Dərhal Mədinəyə göndərdi çapar Həzrəti bu işdən etdi xəbərdar. Bu xəbər sarsıtdı müsəlmanları Əsəbdən çoxunun coşdu qanları. Bəzisi eşidib düşdü təşvişə. Peyğəmbər hazırlıq görür bu işə. Mühüm hadisələr olanda Həzrət Əshabın yığaraq edər məşvərət. Münafiq mühacir həm ənsarları Ağsaqqalları da o gecə yarı Hərbi yığıncağa eylədi dəvət Onların fikrini bilsin nəhayət. Fikir ayrılığı oldu bu zaman Münafiq tərəfin rəisi olan Əbdullah dedi ki: – Şəhərdə qalaq Yüksəkdən onları edək daş–qalaq. Nə zaman şəhəri tərk etmişik biz Mümkün olmayıb ki ötək itkisiz. Bədr döyüşündə qürrələnənlər Həmişə savaşa öndə gedənlər Bayırda vuruşmaq istəyirdilər Onların adından dedi bir nəfər: – Allahdan bu günü gözləmişik biz Üz–üzə gəlməyə vardır qüvvəmiz. Şəhərin içindən çıxmasaq əgər O zaman da bizə qorxaq deyərlər. Həzrət də bu fikrə çıxdı tərəfdar Şəhərdən çıxmağa verildi qərar. O gün cümə günü olduğu üçün Tamam eylədilər namazın hökmün. Həzrəti Peyğəmbər evinə girdi Zirehli paltarın geyib bitirdi. Qılınca qurşanıb çıxdığı zaman Bir qismi sözündən dönərək bu an Belə söylədilər Rəsulüllaha: – Şəhərdən kənara çıxmayaq daha. – "Qılıncın qınından çıxartsa əgər Döyüşsüz qınına salmaz Peyğəmbər!” Qoşuna əmr etdi: – Döyüşə gedək Kimin haqq olduğun Allah deyəcək. Müsəlmanlar əvvəl oldu min nəfər Üç yüz münafiqlər geri döndülər. Yerdə qalanları yeddi yüz nəfər "Ühüd dağ” deyilən yerə gəldilər. Qoşun arxasını söykədi dağa Düzüldü döyüşə hazır durmağa. Dağın sol əlində bir keçid vardı Əlli oxatanı Həzrət apardı Onlara tapşırdı: – Bu keçidi siz Əmrimi almadan tərk etməzsiniz. Döyüş başlanarkən hər iki tərəf Əsgərlərin düzdü meydana səf–səf. Qureyş tərəfindən gələn qadınlar Nəğmələr oxuyub çalıb oynayar. Təkbətək döyüşə başlanan zaman Təlha irəliyə çıxdı durmadan Özünə layiq bir igid istədi Həzrəti əli: – Mən hazıram dedi. "Allahın şiri” tez çıxdı irəli Təlhanı bir anda öldürdü əli. Ona vuran kimi Zülfüqarını Bir zərbəylə aldı ixtiyarını. Gördü çapalayır çıxmayıb canı İki yerə böldü o pəhləvanı. Qureyşin bayrağın götürdü Osman Qarşısına çıxdı Həmzə durmadan Onu qardaşının gününə saldı Sonra qızğın döyüş bir vüsət(Vüsət–genişlik yayılma.)aldı. Əli Həmzə bir də əbu Dücana Hər üçü şir kimi girdi meydana. Düşmənlərin başı düşdükcə yerə Burada görünür qorxunc mənzərə. Dəvə nəriltisi at kişnəməsi Yayılır səhraya ah–aman səsi. Yerdən qalxır göyə qalın tozanaq Qılınclar–qalxanlar şaqqıldayaraq, Bir qanlı çarpışma gedirdi belə Tarix buna bənzər görməmiş hələ. Qoşun güc gəlirdi bütpərəstlərə Doqquz bayraqdarın salmışdı yerə. Döyüşün şiddətli qızğın çağında Həmzəni izləyən Vəhş sağında Nizəni tuşlayıb hədəfə atdı Qarnına sancılıb yerə uzatdı. Şiddətli vuruşma çox davam edir Müsəlmanların bu xeyrinə gedir. Əsgərlərinə ruh verən qadınlar Üz–gözün cıraraq, ağlayır zar–zar. Pərən–pərən düşən ordu qaçarkən Müsəlmanlar düşdü qəflətə həmən. Qənimət yığmağa onlar girişdi Oxatanlar görüb tamaha düşdü. Peyğəmbərin sözün tez unutdular Bu dünya malını üstün tutdular. Düşmən əsgərləri görərkən bunu Üz qoydu tutsunlar keçid yolunu. Arxadan hücuma dərhal keçirlər Döyüşün mövqeyin dəyişdirirlər. Qarma–qarışıqlıq başlanan zaman Hücum elədilər öndən arxadan. Birdən bir şaiyə yayılır bu dəm Dedilər: – "ölübdür” Rəsuli–əkrəm! Müsəlmanlar çaş–baş düşdü bir qədər Nə edəcəklərin bilməyirdilər. Bir qismi meydanı tərk eliyərkən Hətta öldürürlər özünkilərdən. Həzrəti əliyə çatdı bu səda Zülfüqar əlində döndü bir oda. Düşməni şimşək tək döğrayır kəsir Gözləri Rəsuli–əkrəmi gəzir. Müsəlmanlar içrə qışqırır biri: – "Peyğəmbər ölməyib diridir diri!” Əli şad xəbəri eşidən zaman Sevincək o yana qaçır durmadan. Həzrəti dövrəyə almış on nəfər Onu qoruyaraq döyüşürdülər. Əli öz sinəsin edərək sipər Yaxın gələnlərə gücün göstərər. İgidlər tərəfdən o qorunanda Biri fürsət tapıb qarışıq anda Qəflətən hücuma keçdiyi zaman Qılıncla Həzrətin vurur başından. Zərbədən dəbilqə bölünür iki, Kafirlər giriblər yarışa sanki. Hücumlar yönəlib ona birbaşa Başqa bir allahsız əl atıb daşa Uzaqdan Rəsuli–əkrəmə atmış Mübarək dodağın yarıb qanatmış. İki dişi sınır daş zərbəsindən Yanağın da zireh kəsir dərindən. Yaralanmış Həzrət yıxılır atdan Özünə gələndə deyir bu zaman: – "Ya Rəbbim xalqımı əfv et bu anlar Nələr etdiyin bilməyir onlar”! Deyərək Allaha dua edirdi Mətanətini o itirməyirdi. Yanındakılarla Həzrət bərabər Bir təpəyə doğru çıxıb getdilər. Əbu Süfyan çıxır bir yüksək yerə Sevinci sığmayır onun göylərə. "Mühəmməd hardadır?” – deyib çağırdı. "Yüksəl, şanlı Hübel!” – bərkdən bağırdı. Ucadan söyləyir Həzrətə doğru: – Bədr döyüşünün əvəzidir bu! Bəşər tarixinə kim salsa nəzər Müharibələri öyrənsə əgər, Dünyanı gəzələr əllərdə çıraq Belə qəddarlığı görməzlər ancaq. Qureyş qadınları vəhşilik etdi İnsanlıq siması onlardan itdi. Şəhid düşən bəzi müsəlmanların Burun–qulaqların kəsib onların İplərə keçirib düzdülər qatar Boyunbağı kimi bağlamışdılar. Hind sakit olmadı işgəncələrdən Həmzənin bədənin bir neçə yerdən Didib parçalamış quduz vəhşitək Ciyərin qopardıb istəmiş yemək. Ağzında çeynəyib uda bilməmiş Tarix bu ləkəni ondan silməmiş. Qureyşilər getdi Məkkəyə tərəf Onlara kifayət etdi bu şərəf. Müsəlmanlar hüzn içindəydilər Şəhid vermişdilər yetmiş dörd nəfər. Peyğəmbər yenidən döndü meydana Gördü meyidləri bulanmış qana. Mübarək siması qəmə büründü Gözündə mirvarı damcı göründü. Burnu dodaqları kəsildiyiçün Həmzəni tanımaq deyildi mümkün. Əbasın çəkərək üzün bağladı Bütün şəhidlərə qəlbən ağladı. Həzrətin əmrilə qazıldı məzar Şəhidlər burada dəfn olundular. Mədinəyə Həzrət döndüyü zaman Üzü yaralıydı qəlbi pərişan. Yəhudilər ilə ikiüzlülər Buna "məğlub” deyib yaydılar xəbər. Hicrətin üçüncü ilində bunlar Tarixə düşərək yazıldı nə var. Ühüddə başlamış gərgin bir döyüş Şəhidlər verilmiş qanlar tökülmüş. Ölülərə hücum edən qadınlar "Qana–qan!” andını içən qadınlar Həmzəni tanınmaz hala saldılar İntiqamlarından razı qaldılar. Həzrətin də üzü bu ildə güldü Birinci nəvəsi dünyaya gəldi. Fatimənin oğlu Həzrəti Həsən Oldu Peyğəmbərə təsəlli verən. Həzrət ilə qohum olmaqçün ömər Dul qalmış qızını – Həfsəni verər. Həmin izdivacdan kecdi bir zaman, Ümm Külsüm ilə evləndi Osman. Peyğəmbər çox həssas dərin düşünən Gələcəkdə olan dörd xəlifədən İkisindən aldı özünə övrət İki xəlifəyə qız verdi Həzrət. Müsəlman kişilər bu ana qədər Müşrik qadınlarla evlənirdilər. Bu ildən onlara edildi yasaq Müşrik qadınlarla kəbin bağlamaq. |