İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » 2011 » November » 3 » Nəfsin saflaşdırılması
    5:28 PM
    Nəfsin saflaşdırılması
    İNSANİ DƏYƏRLƏR
    İnsan da iki "öz” vardır: Heyvani və insani "öz”. İnsanın dəyəri heyvani "öz” ilə yox, onun insani "öz”ü ilə ölçülür. Heyvani "öz” həqiqətdə özününkü və müstəqil deyildir. İnsanın heyvan olmasına, özünün heyvani həyatının tələblərinə diqqət yetirməli olmasına baxmayaraq, bu dünyada heyvan kimi yaşamaq üçün gəlməmişdir. O, insani həyatının təkmilləşdirmək üçün öz heyvani həyatından istifadə etməlidir.
    İnsanın hər iki – heyvani və insani həyatında müxtəlif ehtiyacları vardır və onların mənbəyi də vücudunda qoyulmuşdur. Heyvan olub inkişaf etməli olduğuna görə suya, qidaya, yaşayış məskəninə, paltara və s. ehtiyacı vardır. O, diri qalmaq üçün suya, qidaya ehtiyac duyur, həmin ehtiyacın təmin olunması üçün ciddi cəhdlə səy göstərir. Onun varlığında aclıq, susuzluq, yeməyə, suya olan meyl və ləzzət hissləri qoyulmuşdur. İnsan növünün qalıb davam etməsi üçün onun varlığında cinsi qərizə və həyat yoldaşına olan meyl hissi qoyulmuşdur.
    İnsan öz nəslinin qalıb davam etməsini sevir. Öz həyatını davam etdirmək üçün heyvani həyatının tələblərini də ödəməlidir. Yeməyi gördükdə, aclıq hiss edib yemək istədikdə öz-özünə deyir: "Yemək hazırlayıb yeməliyəm. Əgər bu məqsədin həyata keçməsi yolunda müəyyən maneələr olsa onunla mübarizə aparmalıyam.” Bu hiss pis bir şey deyildir. Çünki insan öz həyatını davam etdirmək üçün işləməli, yeməli və içməlidir. İslamda nəinki onun qarşısı alınmamış, əksinə bu işə tövsiyə edilmişdir. Lakin bunu da bilmək lazımdır ki, heyvani həyat hədəf deyil, sadəcə bir müqəddimədir. Əsil deyil, ikinci dərəcəlidir. Deməli, əgər bir kəs heyvani həyata üstünlük versə və özünün heyvani meyl və istəklərini təmin etmək üçün gecə-gündüz ciddiyyətlə çalışsa, öz həyatının hədəfini yemək, içmək, istirahət etmək, geyinmək, şəhvətbazlıq etmək, heyvani qərizələri təmin etmək qərar versə, belə bir şəxs tam mənada azğınlığa düçar olmuşdur. Çünki özünün mələkuti ruhunu və insani əqlini kənara qoymuş və onu "unutqanlıq evində” həbs etmiş olur. Belə bir şəxsi insan hesab etmək olmaz. Belə bir insan, əslində, insan surətində olan bir heyvandır. Onun əqli vardır, lakin öz əqlinə o qədər əhəmiyyət vermir ki, insani səciyyələri, əxlaqi fəzilətləri tanıyıb onun ardınca gedə bilsin. Gözü və qulağı vardır, lakin həqiqətləri görüb eşitmir.
    Qurani-Kərim belə şəxsləri heyvan, hətta ondan da azğın adlandırır. Çünki heyvanın ağlı yoxdur və dərk eləmir. Lakin belə insanın əql qüvvəsi ola-ola heç bir şeyi başa düşmür.
    Quranda buyurulur: "Əgər sənin dəvətini qəbul etməsələr bil ki, onlar öz həvayi-nəfslərinə tabe olurlar. Allahın hidayətini boşlayıb öz həvayi-nəfslərinə tabe olanlardan da azğın bir şəxs ola bilərmi?! Allah zalımları heç vaxt hidayət etməz.”(Qəsəs” surəsi, ayə:50)
    Başqa bir ayədə buyurulur: "Həqiqətən cin və insanlardan çoxunu cəhənnəm üçün yaratmışıq (yəni onlar düzgün olmayan seçim əsasında cəhənnəmə gedərlər). Çünki onların qəlbi var, lakin onunla başa düşmürlər, gözləri vardır, lakin onunla görmürlər, qulaqları vardır, amma onunla eşitmirlər. Bunlar heyvanlar kimi, hətta onlardan da azğındılar. Onlar qafil olanlardır.” ("Ə”raf” surəsi, ayə:179)
    Başqa bir yerdə buyurulur: "O şəxsi gördünmü ki, elm üzündən (bilə-bilə) öz həvayi-nəfsini öz məbudu qərar verdi? Allah da onu zəlalətə saldı, qulaqlarına və qəlbinə möhür vurdu, gözlərinə pərdə saldı! Allahdan başqa kim onu hidayət edə bilər?! Nə üçün öyüd-nəsihət (ibrət) almırsınız?” ("Casiyə surəsi, ayə:23)
    Mələkuti nəfsini, insani kamal və səadətini nəfsani istəklərə və heyvani həyata qurban verənlər nə qədər ziyankar və bədbəxtdirlər! Onlar öz insani nəfslərini heyvani ləzzətlərə dəyişmişlər.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "(Əsl) xəsarət görən o kəsdir ki, dünyaya qarışmaqla axirət həyatında olan bəhrəsini əldən versin.”(Ğürərul-hikəm”, 1-ci cild, səh.88)
    Yenə buyurur: "Öz nəfsini çirkin, yaramaz işlərdən saxla, baxmayaraq ki, o, səni rəğbətli olduğun işlərə çəkir. Çünki öz nəfsindən verdiyin şeylər müqabilində əvəz almırsan. Özünü başqasına qul etmə, halbuki Allah səni azad yaratmışdır. Bir xeyir ki, şərdən başqa bir şey ilə əldə olunmaz, xeyir deyildir. Çətinlikdən başqa şey ilə əldə olunmayan xeyir asan olmaz.” ("Nəhcül-bəlağə”, (Sübhi Saleh) səh.9)
    Başqa bir yerdə buyurur: "Necə də pis ticarətdir dünyanı öz nəfsinin dəyəri kimi bilib və onu Allah yolunda olanların əvəzində satmaq.” ("Nəhcül-bəlağə”, 32-75-ci xütbələr)
    Amma insan "heyvani öz” də xülasələnmir. Onun insani bir "öz” ü də vardır və onun səbəbi ilə müqəddəs aləmdən gələn mücərrəd və mələkuti bir gövhər sayılır və heyvani istəklərdən tamamilə başqa olan dəyərləri tələb edir. Əgər insan öz zatına, mələkuti ruhuna baxsa, özünü yaxşı-yaxşı tanısa biləcəkdir ki, qüdrət, kəramət, elm, rəhmət, bəxşiş, nur, ehsan, xeyir və ədalət aləmindən, bir sözlə kamal aləmindən gəlmişdir və həmin aləmlə mütənasibdir.
    Burada insanın başqa bir bəsirəti olmalı və digər bir aləmə baxmalıdır. O, Mütləq kamala baxaraq onun dəyərlərinə meyl edir, həmin dəyərlərdən istifadə edərək öz nəfsini heyvaniyyətin aşağı mərhələsindən hərəkət etdirərək kamalın yüksək mərhələlərinə çatdırır və ilahi dərgaha yaxınlaşır.
    Məhz burada əxlaqi dəyərlərin yüksək məqamı aydın olur. İnsanın elm, ehsan, xeyirxahlıq, fədakarlıq, ədalət, bəxşiş, məhrumları, zəifləri müdafiə etmək, doğruçuluq, düzgünlük, əmanətdarlıq kimi dəyərləri istəməsinin səbəbi də məhz budur ki, özünün kamal aləmindən gəldiyini bilir. Belə dəyərlərin özünün yüksək insani məqamına mütənasib olduğunu görür. Məhz buna görə də bunları sevir, hətta öz heyvani "özünü” və onun istəklərini bu dəyərlərə çatmaq yolunda qurban verməyə razı olur.
    Əxlaqi dəyərlər və insani keyfiyyətlər bir sıra ruhani-mənəvi kamallardan ibarətdir ki, insanın mələkuti ruhu onların özünün kamal istəyən ehtiyacları ilə tənasübünü dərk edir və bilir ki, bu işləri görmək lazımdır. Əxlaqi cəhətdən "yerinə yetirilməli”lərin mənşəyi nəfsin şərafət və kəramətindən qaynaqlanır və ruhani kamala, zatın yüksəkliyinə çatmaq üçün istifadə olunur. "Haqq yolunda fədakarlıq etməliyik” deməsinin mənası budur ki, fədakarlıq mənim zatımın təkamülə çatması, tərəqqi etməsi üçün faydalıdır və bu yüksəkliyə çatmalıyam. İnsanların mənəvi kamallara çatmasının yeganə bir vasitəsi vardır və bütün insanlar dəyərləri və dəyərlərə zidd olan şeyləri tanınmaqda bir-birinə oxşar yaradılmışdır.
    İnsan özünün pak və kamal sevən fitrətinə müraciət etdikdə, həvayi-nəfsi kənara qoyub düşünsə həm əxlaqi fəzilətləri və dəyərləri, həm də əxlaqa zidd olan fəzilətləri anlaya bilər. Bu, bütün insanlarda və bütün dövrlərdə belə olmuşdur. Amma insanlardan bəzilərinin belə müqəddəs bir idrakdan məhrum olmalarının səbəbinə gəldikdə isə, demək lazımdır ki, onların güclü heyvani meylləri və şiddətli həva-həvəsləri ağıllarının nurunu söndürmüşdür və özləri də nəfsin təsiri altına düşmüşdür. Quran da fəzilətlərin və rəzilətlərin dərk olunmasını insanların fitri bir xüsusiyyəti hesab edərək buyurur: "And olsun nəfsə və o kəsə ki, nəfsi gözəl yaratdı, azğınlıq və təqva yolunu ona öyrədib ilham etdi. Belə isə hər kəs öz nəfsini saflaşdırıb pərvəriş versə qurtuluşa nail olacaqdır, hər kəs onu günah və çirkin əxlaqla aludə etsə ziyan görəcəkdir.” ("Şəms" 7-10 ayələr)
    Peyğəmbərlər bu məqsədlə gəlmişlər ki, insanların yatmış fitrətlərini oyatsınlar, onların agah olmayan əxlaqi şüurlarını agah şüura çevirsinlər, insanları fəzilətlərə, əxlaqi səciyyələrə diqqət yetirməkdə, onları tanımaqda, kamal mərhələlərini qət etməkdə və Pərvərdigarın qürb məqamına çatmaqda kömək etsinlər. Onlar gəlmişlər ki, insanları, insaniyyətin yüksək dərəcəsinə çatmaq, yüksək insani dəyərlərin dirçəldilməsi və qorunmasının zərurətindən agah etsinlər, insanlara bu mühüm məsələni xatırladıb desinlər ki, siz heyvan deyil, insansınız və mələkdən yüksək bir varlıqsınız. Dünyəvi işlər və heyvani təzahürlər sizin mələkuti məqamınıza layiq deyildir, özünüzü onlara satmayın.
    İmam Səccaddan (ə) "İnsanların ən yüksəyi, ən şərafətlisi kimdir?” deyə soruşulduqda, buyurdu: "O kəsdir ki, dünyanı öz nəfsinin şərəf və dəyəri müqabilində görməsin.”("Tuhəful-üqul”, səh.285)
    Əgər insan özünün insani şəxsiyyətini tanıyıb insani "öz” ünü gücləndirsə onda batinində əxlaqi fəzilətlər dirçələcək və rəzil xislətlərə qalib gələcəkdir. Məhz bu zaman insanın şəxsiyyəti ona icazə vermir ki, insani dəyərləri qoyub əxlaqa zidd olan şeylərin ardınca getsin. Məsələn doğruluqdan, düzgünlükdən əl çəkib yalanın ardınca getsin, əmanətdarlıqdan əl çəkərək xəyanətin ardınca getsin, izzəti-nəfsi (nəfsi əziz saxlamağı) buraxaraq zəlilliyə tərəf getsin, ehsanı buraxıb camaata əzab-əziyyət vermək və işlərin ardınca getsin.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Hər kəs öz nəfsini əzizləsə nəfsani istəklər onun nəzərində alçalacaqdır.”(Nəhcül-bəlağə”, qisar kəlmələri, 449)
    Peyğəmbərlər daim çalışmışlar ki, insanların fitrətlərini oyatsınlar, nəticədə öz varlıqlarının cövhərinin nədən ibarət olduğunu anlasınlar, Allahla olan əlaqə və bağlılıqlarını dərk etsinlər, hər bir şeylərini Allah dərgahına yaxınlaşmaq və razılıq məqamını əldə etmək üçün sərf etsinlər; belə ki, hətta yemək, içmək, yatmaq, baxmaq, danışmaq, işləmək, yaşamaq, ölmək və s. kimi işlər hamılıqla əxlaqi və müqəddəslik yönünə malik olsun. İnsan Allahın bəndəsi olub Onun razılığından başqa bir şeyi nəzərə almasa onun bütün işləri ibadət, əxlaq və dəyər olacaqdır.
    "De: Mənim namazım da, həcc əməllərim də, ölməyim də, diriliyim də hamısı aləmlərin Rəbbi olan Allah üçündür, Onun heç bir şəriki yoxdur, mən də bu işə əmr olunmuşam, mən birinci müsəlmanam.”("Ən”am” surəsi, ayə:162)
    Məhz buna görə də islam dinində insanın özünün tanımasının xüsusi dəyəri vardır. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurub: "Nəfsi tanımaq mənfəətlərin ən faydalısıdır.”("Qurərul-hikəm”, səh.768)
    Yenə buyurur: "Hər kəs öz nəfsini tanısa onun işləri əzəmətli olar.”("Qurərul-hikəm”, səh.628)
    Özünü və nəfsini tanımaq dedikdə məqsəd pasportda qeyd olunanlar deyil. Əksinə, bu mənadadır ki, insan özünün yaradılış aləmindəki həqiqi məqamını tanısın və başa düşsün ki, yer üzündə yaşayan sadə bir canlı deyil. O, rübub aləmindən gəlmiş bir nur, Allahın yer üzündəki xəlifəsi və Onun əmanətdarıdır. O, agah, muxtar və azad yaradılan bir mələkuti varlıqdır ki, sonsuz kamal mərhələlərinə doğru seyr etməli, özünü paklaşdırmalı və nəfsinə pərvəriş verilməsi məsuliyyətini öhdəsinə almalıdır. İnsan belə bir mərifət əsasında kəramət və şərafət hiss edir, öz varlıq dəyərini və müqəddəsliyini anlayır, həmçinin əxlaqi səciyyələr və insani fəzilətlər onun üçün həqiqi məna və dəyər kəsb edir.
    Məhz belə olan surətdə ümidsizlikdən, məyusluqdan, puç fikirlərdən, bihudəlikdən və gündəlik təkrarlardan xilas olur, həyat onun üçün dəyərli, müqəddəs və gözəl hədəfli olur.
    BATİNİ HƏYAT
    İnsan bu dünyada bir zahiri həyata malikdir ki, onun cismi və bədəni ilə əlaqədardır. O yeyir, içir, yatır, hərəkət edir, iş görür, lakin eyni halda onun zatının batinində nəfsani bir həyatı da vardır. O, bu dünyada yaşaması ilə eyni zamanda zatının batinində ya səadətə, kamala və nuraniyyətə doğru seyr edir, ya da bədbəxtliyə, qaranlıqlara doğru yuvarlanır. Ya insaniyyətin həqiqi yolunda Allaha doğru hərəkət edir, ya da insaniyyət yolundan azaraq heyvanlığın qaranlıq, zülmətli və alçaq vadilərinə yuvarlanır, ya kamalın yüksək dərəcələrindən nura, sevincə, camala gedən yoldadır, ya da zülmətlərə, əzab və süquta aparan yoldadır. Camaatın əksəriyyətinin bu batini həyatdan qafil olmasına baxmayaraq bu bir həqiqətdir.
    Allah Quranda buyurur: "Dünya həyatının zahirindən agahdırlar, lakin axirət həyatından (batini həyatdan) qafildirlər.” ("Rum” surəsi, ayə:7)
    Amma bilməyin, yaxud bilməməyin real gerçəkliyə heç bir təsiri yoxdur. Qiyamətdə maddiyyat pərdələri insanın gözləri önündən çəkildikdə özünün feliyyətə çatmış gerçəkliyindən agah olacaqdır. Mütəal Allah Quranda buyurub: "(Qiyamətdə insana deyilər:) Sən dünyada bu məsələdən qafil idin, lakin bu gün sənin gözlərin daha itidir.”("Qaf” surəsi, ayə:22)
    Bu ayədən məlum olur ki, axirətlə əlaqədar olan işlər elə bu dünyada və insan vucudunun batinində mövcuddur, lakin insan ondan qafildir. O, qəflət pərdələrinin götürüldüyü axirət aləmində hər bir şeyi əyani olaraq müşahidə edəcəkdir. Qurani-Kərim ayələrindən və hədislərdən məlum olur ki, insanın nəfsi bu dünyada müəyyən şeylər kəsb edir. Onun kəsb etdiyi şeylər həmişə onunla yanaşı olacaq, onun axirətdəki müqəddəratını həll edən rol ifa edəcəkdir. Nümunə olaraq aşağıdakı ayələri qeyd edirik:
    "Hər bir kəs nəfs gördüyü əməllərin girovundadır. (Hərə öz əməlinin əvəzini alacaqdır.)”("Muddəssir” surəsi, ayə:38)
    "Hər bir nəfs kəsb etdiyi şeyləri qiyamətdə tamam-kamal olaraq alacaqdır.”("Ali-İmran” surəsi, ayə:161)
    "Allah sizi bihudə andlarınız vasitəsi ilə deyil, qəlblərinizin kəsb etdiyi şeylərin vasitəsi ilə cəzalandırıb mükafatlandırar. Allah bağışlayan və həlimdir.” ("Bəqərə” surəsi, ayə:225)
    Digər bir ayədə buyurulur: "Allah heç kəsdən qüdrəti çatmadığı şeyi tələb etməz. (Nəfsin) kəsb etdiyi bütün yaxşılıqlar onun özününküdür və onun bütün pis işləri də öz ziyanına tamam olacaqdır.”("Bəqərə” surəsi, ayə:286)
    Yenə buyurulur: "O gündə ki, hər bir nəfs yerinə yetirdiyi yaxşı işi öz qarşısında hazır görəcəkdir. Yerinə yetirdiyi pis işləri görəcək və arzu edəcəkdir ki, kaş onunla pis işləri arasında uzun-uzadı fasilə olaydı!”("Ali-İmran” surəsi, ayə:30)
    "Hər kəs saleh bir əməl yerinə yetirsə öz nəfsi üçün yerinə yetirmişdir, hər kəs çirkin bir işə mürtəkib olsa öz nəfsinin ziyanına olacaqdır. Sonra sizin hamınız Pərvərdigarınıza doğru qaytarılacaqsınız.”(Casiyə 15
     )
    "Qiyamət günü hər kəs zərrə qədər yaxşı iş görmüş olsa onu görəcəkdir, hər kəs də zərrə qədər pis iş görmüş olsa onu görəcəkdir.”("Zilzal”, surəsi, ayə:7)
    Başqa ayədə buyurulur: "İnsan üçün özünün səylərinin hasilindən başqa bir şey qalmaz və o qiyamətdə öz səylərini görəcəkdir.”("Nəcm” 39)
    Yenə buyurulur: "Əvvəlcədən (bu dünyada) öz nəfsləriniz üçün göndərdiyiniz şeylərin hamısını Allah yanında tapacaqsınız.”("Bəqərə” 110)
    "O gündə (qiyamətdə) insanın mal-dövləti və övladları ona heç bir fayda yetirməz. Yalnız Allahın görüşünə sağlam qəlblə gələnlərdən başqa.”("Şüəra” surəsi, ayə:85)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) səhabələrdən birinə buyurdu: "Ey Qeys! Sən hökmən özün üçün bir munis hazırlayacaqsan və o, qəbirdə səninlə olacaq. O diridir və sən onunla birlikdə dəfn olunacaqsan. Əgər o yaxşı və əziz olsa səni də əziz edəcək, əgər alçaq olsa səni də alçaldacaqdır. Sonra sən qiyamətdə onunla birlikdə diriləcəksən. Səndən hesab-kitab çəkiləcəkdir. Çalış, özün üçün əməli saleh bir munis seç. Əgər saleh olsa onunla ünsiyyətdə olacaqsan, əgər azğın və fasiq olsa sənin vəhşətin və əzabın onun tərəfindən başqa bir şey olmayacaqdır. Həmin munis sənin əməllərindir.” ("Camius-səadat”, 1-ci cild, səh.17)
    İnsan elə bu dünya da özünün axirət həyatının təmin olunmasına və nəfsinin pərvəriş edilməsinə məşğuldur. Əqidə və fikirlər, səciyyə və xasiyyətlər, məhəbbət, bağlılıq və ünsiyyətlər, eləcə də nəfsdə təsir qoyan sair işlər tədricən qurulur və inkişaf edir. Onun necə olması bu kimi işlərlə bağlıdır. Haqq mərifət və əqidələr, gözəl əxlaq və insani səciyyələr, Allaha məhəbbət və bağlılıq, Allahla ünsiyyət və Ona diqqət yetirmək, Allaha itaət edib Onun razılığını qazanmaq, Allahın əmr etdiyi saleh əməlləri yerinə yetirmək insanın mələkuti ruhunu kamal dərəcələrinə doğru yüksəldir və Allahın qürb məqamına çatdırır. İnsan iman və saleh əməl vasitəsi ilə elə bu dünyada yeni və pak-pakizə bir həyata malik olur və bu da axirət aləmində aşkar olur.
    Qurani-kərimdə buyurulur: "Hər kəs – istər qadın, istərsə də kişi imanı olduğu halda saleh bir əməl görsə Biz onu pak və gözəl bir həyatla dirildərik.”("Nəhl” surəsi, ayə:97)
    İnsan bu dünyada bədən və cismi ilə ləzzət alıb bəhrələndiyi nemətlərdən əlavə mənəvi nemətlərdən də bəhrələnir, onların vasitəsi ilə öz ruhuna pərvəriş verir, özünün mənəvi və axirət həyatını qurur. Bunun da nəticəsi axirət aləmində zahir olur.
    İmam Cəfər Sadiq (ə) buyurur: "Allah Öz bəndələrinə buyurur: "Ey mənim siddiq (sadiq) bəndələrim! Dünyada Mənə ibadət nemətindən istifadə edin ki, axirət aləmində elə bunlardan da bəhrələnəsiz.””("Biharul-ənvar”, 70-ci cild, səh.253)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurub: "Allahı zikr etməkdə davamlı olmaq ruhların qidasıdır.”("Ğürərul-hikəm”, səh.764)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurub: "Allahı zikr (yad) etməyi heç vaxt unutmayın, çünki o, qəlblərin nurudur.”("Ğürərul-hikəm”, səh.479)
    Behişt və onun nemətləri, eləcə də cəhənnəm və onun əzabları elə bu dünyada, insanın əqidə, əxlaq və əməllərinin vasitəsi ilə əmələ gəlir. Biz ondan qafil olsaq da, axirət aləmində, sirlərin aşkar olduğu bir gündə həqiqətlər aşkar olacaqdır.
    İmam Səccad (ə) buyurub: "Agah olun! Hər kəs Allah övliyası ilə düşmənçilik etsə, Allah dinindən başqa bir din seçsə, Allah vəlisinə etina etməsə və öz rəyinə əməl etsə bədənləri atəş şölələri arasına daxil olar. Bunlar elə bədənlərdir ki, ruhlarını əldən vermiş və bədbəxtlik onlara qələbə çalmışdır. Bunlar elə ölülərdir ki, atəşin hərarətini dərk etmirlər. Əgər diri olsaydılar atəşin əzabını və hərarətini dərk edərdilər. Ey bəsirət sahibləri! İbrət alın və Allaha sizi hidayət etdiyinə görə həmd edin.”(Qürrətul-üyun”, (Mərhum Feyz Kaşani), səh.466)
    Quranda buyurulur: "Yetimlərin mal-dövlətini nahaq yerə yeyənlər öz qarınlarına od daxil edirlər və bu odlar tezliklə şölələnəcəkdir.”("Nisa” surəsi, ayə:100)
    İnsan bu dünyada axirət üçün ya nur və bəsirət hazırlayır, ya da zülmət və qaranlıq. Əgər bu dünyada kor və nursuz olsa axirət aləmində də kor və nursuz olaraq məhşərə gətirilər.
    Quranda buyurulur: "Hər kəs (qəlbinin gözü) bu dünyada kor olsa axirətdə də kor və azğın şəkildə məhşur olunar.”("İsra” surəsi, ayə:72)
    Mərhum Əllamə Təbatəbai (rizvanullahi əleyh) buyurub: Nəcəfi Əşrəf şəhərində çox abid və zahid bir şeyx yaşayırdı. Ona "Şeyx Əbud” deyirdilər. O, Allah övliyalarından, seyri-süluk əhlindən idi. Daim zikr deyər, ibadətlə məşğul olardı. Bəzi vaxtlar "Vadiyussəlam” qəbristanlığına gedər, saatlarla orada oturub fikirləşər, bəzən də gəzişərdi. Köhnə və təzə qəbirlərə diqqətlə nəzər salardı. Bir gün qəbristanlıqdan qayıtdığı zaman alimlərdən bir neçəsi onunla qarşılaşıb halını soruşur və deyirlər: "Şeyx Əbud, "Vadiyussəlam” da nə xəbər var?” O deyir: "Təzə bir xəbər yoxdur.” İsrar etdikləri zaman deyir: Çox qəribə bir məsələ ilə qarşılaşdım. Köhnə və yeni qəbirlər barəsində nə qədər diqqət etdimsə onlarda ilan, əqrəb və əzab vasitələrini görmədim. Qəbirlərin birindən soruşdum: "Rəvayətlərdə qeyd olunur ki, qəbirdə meyyitə ilan, əqrəb və sair əzab verən həşəratların vasitəsi ilə işgəncə verilir. Amma mən sizin yanınızda ilan-əqrəb görmürəm.” Qəbirdən belə cavab gəldi: "Bəli, bizim yanımızda ilan əqrəb yoxdur, siz özünüz dünyadan özünüzlə birlikdə ilan-əqrəb gətirirsiniz və burada sizə onlarla işgəncə verilir.”
    İnsanın nəfsani və batini həyatı həqiqi və real bir həyatdır. İnsan öz zatının batinində real bir yolu ötüb keçir; bu yol ya onu səadətə və kamala çatdırır, ya da bədbəxtçiliyə və fəlakətə düçar edir. Onun həqiqi və real həyatı vardır ki, insanın əqidə, əxlaq və əməlləri nəticəsində formalaşır.
    Allah-təala Quranda buyurur: "Hər kəs izzət istəyirsə (bilməlidir ki, ) bütün izzətlər Allaha məxsusdur. Pak kəlmələr (pak nəfslər) Allaha doğru qaldırılır və saleh əməl də onu yuxarı aparır.” ("Fatir” surəsi, ayə:10)
    Bizim nəfsimizin feliyyəti bizim fəaliyyət, iş və əməllərimizin məhsulu olub bizim əqidə, əxlaq, səciyyə, xislət və əməllərimizin vasitəsi ilə formalaşır. Onun yaxşı və ya pis nəticəsi də axirət aləmində aşkar olacaqdır.
    ÖZÜMÜZDƏN NƏ DÜZƏLDİRİK?
    Yüksək (ali) elmlərdə isbat olunmuşdur ki, insan ruhunun yaranması cisimdən başlayır, lakin onun davam edib qalması ruha bağlıdır. Yəni insanın mələkuti ruhu onun əvvəlki cismani surətindədir ki, tədrici olaraq hərəkət və təkamül vasitəsilə insani ruhun ilkin (ən aşağı) mərhələsinə yəni, insan mərhələsinə çatır. Hərəkət və təkamül həmin mərhələdə də dayanmır və ömrünün axırına qədər davam edir. İşin əvvəlində mücərrəd, mələkuti və maddi aləmin fövqündə olan bir varlıqdır, lakin tam və kamil mücərrədliyə malik deyildir, öz vücudunun aşağı mərhələsi baxımından cismə və bədənə meyllidir və iki dərəcəyə malikdir. Onun bir dərəcəsi maddi olub bədənlə əlaqəlidir. O, maddi işləri görür, buna görə də onun barəsində hərəkət və kamala doğru yönəlmə təsəvvür olunur. Digər dərəcəsi isə mücərrəd olub maddənin fövqündədir və buna görə də qeyri-maddi işləri görür. Onun bir yönü heyvani və cismani, digər yönü isə insani və mələkutidir. Həqiqətin yalnız bir olmamasına baxmayaraq, həm heyvani sifət və qərizələrə malik olub heyvani işləri görür, həm də insani sifətlərə və qərizələrə malik olaraq insani işlər görür.
    Bu qəribə və barəsində Allah-təalanın "təbarəkəllahu əhsənul-xaliqin”- deyə buyurduğu bir varlıq hərəkətin başlanğıcında əvvəlcədən qurulmuş və kamil bir varlıq deyildir. O, tədricən özünü qurub inkişaf etdirir. Əməl və hərəkətlərdən qaynaqlanan əqidə, fikir, səciyyə və xislətlər insanın vücudunun həqiqətini yaradır. Onu tədricən kamala çatdırır. Səciyyələr də insan vücuduna sonradan əlavə olunan şeylər deyil, sadəcə onun vücudunun mahiyətinin qurucusudur.
    Maraqlıdır ki, insanın fikir, əqidə və səciyyələri insanın təkcə vücudunda yox, onun "nə olmasında” da təsir qoyur. Yəni, düzgün əqidə və fikirlər, gözəl əxlaq, xislət və saleh əməl nəticəsində yaranan səciyyələr tədrici olaraq insanı kamal mərhələlərinə yönəltdiyi, onu insaniyyətin kamil mərtəbəsinə və ilahi qürb məqamına çatdırdığı kimi, cəhalət, batil əqidələr, rəzil əxlaq, səciyyə və çirkin işlər nəticəsində yaranan qəsavətlər insanın ruhunu zəiflədir, onu tədricən heyvaniyyət mərhələsinə endirir. Nəhayət o, heyvaniyyətin qaranlıq və zülmətli vadisinə süqut edir. Heyvani xislət və səciyyələrin ona nüfuz edib möhkəmlənməsi, cəhalət və qəsavətin onun batini zatında yerləşməsi nəticəsində bir heyvan surətinə düşür.
    Onun zatı doğrudan da heyvan olur və heyvan şəxsiyyətinə yiyələnir. Artıq o insan deyil, bir heyvandır, hətta heyvandan da aşağı səviyyədədir; insaniyyət yolu ilə heyvana dönmüş bir varlıqdır. Zahirdə bir insan kimi yaşamasına baxmayaraq batində heyvan olmuşdur, lakin bunu dərk etmir. Heyvanın heyvan olması onun zahiri görkəmləri və quruluşları ilə deyil, onlarda olan heyvani nəfslərin varlığı, heyvani meyllər və qərizələrə qeydsiz-şərtsiz tabe olmaqladır. Canavar xüsusi formada olduğuna görə canavar deyil, əksinə, onun yırtıcılıq xüsusiyyətinə, bu kimi qərizələrə qeydsiz-şərtsiz tabe olmasına, əql qüvvəsindən məhrum olduğuna görə canavar sayılır. Əgər bir kəsdə yırtıcılıq xüsusiyyəti qələbə çalaraq onun əql gözünü, bəsirətini kor etsə, həmin şəxs batində doğrudan da çöldə yaşayan canavarlardan qat-qat yırtıcı olan bir varlığa çevrilmiş olur. Çünki öz əql qüvvəsini və dərrakəsini yırtıcılıq xüsusiyyətinin xidmətinə vermiş olur. Bəzi şəxslər elə cinayətlərə mürtəkib olurlar ki, hətta çöldə yaşayan canavarlar belə heç vaxt bu kimi cinayət işləri görməz. Belə bir şəxs canavar deyildirmi?! Əlbəttə ki, canavardır! Lakin özü bunu dərk etmir, başqaları da onu insan kimi təsəvvür edirlər. Qiyamətdə insanların batini aşkar olduğu bir gündə, gözlərin önündən pərdələr qaldırıldığı zaman onların batinləri aşkar olacaq və məlum olacaqdır ki, behişt canavarların yeri deyildir. Canavar Allah övliyaları və Allahın saleh bəndələri ilə bir yerdə ola bilməz. İnsaniyyət yolu ilə canavara çevrilən belə bir şəxs cəhənnəmin qaranlıq və zülmətli mühitlərində əzaba layiq görülməlidir.
    Deməli, insan özünün gələcək şəxsiyyətini elə bu dünyada qurmalıdır. Ya insan olaraq Allah dərgahına müqərrəb olan mələklərdən də yüksək bir məqama çatır, ya da batində müxtəlif heyvanlar surətinə düşür. Bu məsələ həm ali elmlərdə isbat olunmuş, həm Allah övliyaları kəşf və şühudla bunu gördüklərini demişlər və həm də Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və məsum imamlar (ə) – yəni həqiqi insanlar bu barədə xəbər vermişlər.
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurub: "İnsanlar qiyamətdə elə surətdə məhşur olub gələcəklər ki, meymun və donuz surətləri onlardan qat-qat yaxşıdır.”("Qurrətul-üyun”, səh.279)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) fasiq və əxlaqsız alim barəsində buyurur: "Onun surəti insan surətidir, lakin qəlbi heyvan qəlbidir. Hidayət yolunu tanımır ki, ona tabe olsun, azğınlıq yolunu bilmir ki, ondan çəkinsin. Belə bir şəxs dirilər arasında olan ölüdür.”("Nəhcül-bəlağə”, 87-ci xütbə)
    İmam Cəfər Sadiq (ə) buyurub: "Təkəbbürlü şəxslər qarışqa surətinə düşər və camaatın hesabı sona çatana qədər məhşər əhlinin ayağı altında tapdalanarlar.”("Biharul-ənvar”, 7-ci cild, səh.201)
    Allah-təala Quranda buyurur: "Və izəl-vuhuşu huşirət” yəni o zaman (qiyamət günündə) vəhşi heyvanlar məhşur (həşr olar, cəm olar) olar.”("Təkvir” surəsi, ayə:5)
    Müfəssirlərdən bəziləri bu ayənin təfsirində demişlər ki, "vəhşilər” dedikdə qiyamətdə heyvan surətində dirilən vəhşi insanlar nəzərdə tutulur, çünki heyvanlar üçün vəzifə və təklif yoxdur və onlar qiyamətdə dirildilməzlər.
    Quranda buyurulur: "Həqiqətən bu gün sizin ayrılıq gününüzdür; elə bir gündür ki, sur çalınanda siz dəstə-dəstə gələrsiniz.” ("Nəbə” surəsi, ayə:18)
    Bəzi müfəssirlər bu ayənin mənasında demişlər ki, qiyamətdə insanlar bir-birindən ayrılar, hər kəs özünün batini surəti ilə eyni surətdə olanlarla birlikdə məhşur olar.
    Həmin ayənin təfsirində Peyğəmbəri-Əkrəmdən (s.ə.v.v) qəribə bir əhvalat nəql olunmuşdur. Məaz ibni Cəbəl deyir: "Peyğəmbəri-Əkrəm (s.ə.v.v) "Yovmə yunfəxu fissuri fətətunə əfvacən” ayəsinin təfsirində buyurdu: "Ey Məaz! Çox böyük bir məsələ barəsində soruşdun!” Bu halda Peyğəmbərin göz yaşları axmağa başladı, sonra buyurdu: "Mənim ümmətimdən on dəstə bir-birindən fərqlənən müxtəlif surətlərdə məhşur olacaqdır; bəziləri meymun surətində, bəziləri donuz surətində, bəziləri başları yerdə, ayaqları isə göydə hərəkət edən halda, bəziləri kor və sərgərdan, bəziləri kar və lal halda olub heç nəyi dərk etməz, bəziləri dillərini çeynəyir, ağızlarından çirk və qan axır və (bütün) məhşər əhli onlara nifrət edir, bəzilərinin əlləri və ayaqları kəsilmişdir, bəziləri oddan olan budaqlarda divara çəkilmiş haldadır, bəziləri üfunətli heyvan ölüsündən də pis iy verir, bəziləri bədənlərinə qızmar misdən olan paltarlar geymiş və bu da bədənlərinə yapışmış olar.”
    Sonra buyurdu: Meymun şəklində gələnlər söz gəzdirənlərdir. Donuz surətində məhşur olanlar rüşvət alanlar və haram mal yeyənlərdir. Kəlləsi üstə hərəkət edənlər riba (faiz) yeyənlərdir. Kor gələnlər qəzavət və mühakimədə zülm edənlərdir. Kar və kor olanlar rəftarlarında xudpəsənd olub özünü bəyənənlərdir. Dillərini dişləyənlər əməlləri sözləri ilə uyğun olmayan alim və qazilərdir. Əlləri və ayaqları kəsilmiş halda gələnlər qonşularına əziyyət vermiş olanlardır. Oddan olan budaqlardan asılan kəslər sultan və hökmdarlara camaatdan söz çatdırarlar. Üfunətli iyləri olan şəxslər dünyada həvayi-nəfsə uyan, ləzzətlərin ardınca gedib öz mal-dövlətlərindən Allah haqqını verməyənlərdir. Bədənlərində qızmar misdən paltar olanlar təkəbbürlülər və lovğalardır.”("Məcməul-bəyan”, 10-cu cild, səh.423, "Ruhul-bəyan”, 10-cu cild, səh.299, "Nurus-səqəleyn”, 5-ci cild, səh.493)
    Deməli, əxlaqi işləri əhəmiyyətsiz və kiçik hesab etmək olmaz. Onlar çox mühüm və insan müqəddəratını həll edən məsələlər olub, insanın batini şəxsiyyətini və nəfsani həyatını qurur və hətta onun nə olmasında təsir qoyur. Əxlaq elmi təkcə "necə yaşamağı” deyil, "necə olmağı” da öyrədir.
    Category: Nəfsin saflaşdırılması | Views: 1216 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024