İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » 2011 » September » 15 » Kumeyl duasının şərhi 1
    5:36 AM
    Kumeyl duasının şərhi 1
    Günahkarla yoldaşlıq
    Hər bir insan oturub-durduğu şəxsin təsiri altına daha tez düşür. Ona görə də Qurani-Məciddə və Əhli-beyt (ə) rəvayətlərində dost seçiminə münasibətdə çox ciddi göstərişlər vardır. İslam kitabxanasında sırf bu mövzudan bəhs edən kitablar kifayət qədərdir.
    İslam dini insanları kafir, müşrik, günahkar şəxslərdən uzaqlaşmağa çağırır. Məqsəd möminlərin mədəniyyətini, əxlaqını, xarakterini şeytani təsirlərdən qorumaqdır.
    İmam Sadiq (ə) buyurur: «Əgər mömin şəxs Allaha itaətsizlik olunan məclisin istiqamətini dəyişməkdə gücsüzdürsə bu məclisdə oturmaq ona yaraşmaz (layiq deyil).»(Ğurərul-hikəm”, 75.)
    Əbu Haşim Cəfəri deyir: "Həzrət Riza (ə) mənə buyurdu: "Nə üçün səni Əbdürrəhman İbn Yəqubla görürəm?” Dedim: "O mənim dayımdır.” İmam buyurdu: "O, Allah haqqında qeyri-məqbul sözlər danışır. Onun sözləri Quran və Əhli-beyt göstərişləri ilə uyuşmur. O, Allahı əşya kimi təsvir edir. Sən ya onunla qalıb bizdən uzaqlaşmalısan, ya bizimlə qalıb onu tərk etməlisən.” Ərz etdim ki, o hər nə deyirsə desin. Mən ki, onun dediklərini təkrar etmirəm. Həzrət (ə) buyurdu: "Ona gəlmiş əzabın səni də bürüyəcəyindən qorxmursanmı? Özü Həzrət. Musa (ə), atası isə Fironla dost olanın əhvalatını eşitməmisən? Fironun qoşunu Musa və onun ardıcıllarını təqib edib çaya yetişdikləri vaxt oğul atasını nəsihət etmək üçün ona yaxınlaşdı. Bu an Fironun qoşununa gələn bəlaya oğul da düçar oldu. Bu xəbəri eşidən Həzrət Musa (ə) buyurdu: "Günahkara gələn bəla onun yanındakıları da bürüyər. Amma mömin oğul Allahın rəhmətindədir.”(Ğurərul-hikəm”, 75.)
    Həzrət Əli (ə) buyurmuşdur: "Allah və Qiyamət gününə imanı olan kəs şəkk-şübhəli yerdə dayanmamalıdır.”(Ğurərul-hikəm”, 75.)
    İmam Sadiq (ə) buyurur: "Allah dostlarına qara yaxılan yerdə oturan kəs Allaha itaətsizlik etmişdir.”(Ğurərul-hikəm”, 74.)
    Həzrət Məsih (ə) buyurmuşdur: "Allahla dostluğunuzu günahkara pis münasibətinizlə göstərin və onlardan uzaqlaşıb Allaha yaxınlaşın. Onların qəzəbi əvəzində Allahın razılığını istəyin.” Soruşdular ki, belə isə kiminlə yoldaşlıq edək? Həzrət İsa (ə) buyurdu: "O şəxslə əyləşin ki, görüşü Allahı xatırlatsın, danışığı elminizi artırsın, rəftarı ilə sizi axirətə rəğbətləndirsin.”("Biharul-ənvar”, 94-219.)
    Bəli, təqva, paklıq, təvazö, sədəqə ibadət insanla bəla arasında pərdə çəkirsə alkoqol, qumar, təlxəklik, qeybət, böhtan bu pərdələri aradan qaldırır. Əlbəttə ki, şeytan vəsvəsələrinə və nəfsinin istəklərinə uyan insan min bir günaha batmaqla öz əli ilə bəlaların qarşısını almış pərdələri yırtır.
    Bu dərdə mübtəla olmayan insan
    Çətin iki dünyada tapsın aman.
    Hər kimsənin batin gözü kor olsa,
    Çöl gözüylə çətin ki, görsün nəsə.
    O çiçəyin ətrini almayan kəs
    Sinəsində qəlbi gəzdirir əbəs.
    Ey eşqdən, sevgidən dəm vuran könül,
    Bəlaların qoynundadır yerin, bil.
    Od içində yanmağa layiq olan
    Sultan sarayından uzaqdır, inan.
    Çalış uzaq dayan zənni-gümandan,
    Zənnə uyan sorğu günü peşiman.
    "Allahumməğfirliyəz-zunubəl-ləti tunzilui-niqəm”
    ("Pərvərdigara! Cəzaları endirən, yaxınlaşdıran günahlarımı bağışla”)
    Bir çox günahlar əməllərin cəzasını yaxınlaşdırır, tezləşdirir. "Məanil-əxbar”da nəql olunmuş bir rəvayətdə İmam Səccad (ə) doqquz belə günah sadalayır:
    1. Zülm (bəğy);
    2. Başqalarının hüququna təcavüz;
    3. Allahın bəndələrinə məsxərə etmək;
    4. Əhdi pozmaq;
    5. Aşkar günah;
    6. Yalanı açmaq;
    7. Dinə zidd mühakimə;
    8. Zəkat ödəməmək;
    9. Ölçüdə çəkidə əskiklik.
    "Bəğy”
    "Bəğy” dedikdə həqiqət qarşısında itaətsizlik, ilahi hədlərin pozulması, fəsad, günah nəzərdə tutulur. "Qəsəs” surəsinin 76-cı ayəsində buyurulur: "Doğrudan da Qarun Musa qövmündən idi və onlara zülm etmişdi”. "Şura” surəsinin 27-ci ayəsində oxuyuruq: "Əgər Allah bəndələrinin ruzisini gen-bol edərsə onlar yer üzündə fəsad törədərlər”. "Məryəm” surəsinin 28-ci ayəsində isə belə buyurulur: "Ey Harunun bacısı! Atan pis, anan isə zinakar deyildi.”
    İslam Peyğəmbəri (s) buyurmuşdur: "Doğrudan da ən üstün yaxşılıq xalqa yaxşılıq, ən böyük pislik isə başqalarının hüququna təcavüz etməkdir.”("Şəms”, 9-10.)
    İmam Sadiq (ə) buyurur: "Mömində altı xüsusiyyət olmaz: acizlik, xəsislik, düşmənçilik, yalan, həsəd, xalqa zülm”.("Şərhe-Nəhcül-Bəlağə”, 6-337.)
    Xalqın hüququna təcavüz
    Allah-Taala insanlar arasında hüquqlar müəyyənləşdirmişdir ki, bu hüquqlara riayət etmək vacib, onları pozmaq isə günahdır. Qurani-Kərim ayələri və Əhli-beyt hədislərində ata-ananın övlada, övladın ata-anaya, qohumluq və qonşuluq hüquqları, xalqın hökumət, hökumətin də xalq qarşısında vəzifələri, varlıların kasıblar qarşısındakı məsuliyyəti ətraflı şəkildə bəyan olunur. Hüququn ən kamil şəkildə bəyan olunduğu risalə İmam Zeynəl-abidin (ə)-ın hüquq risaləsidir. Bu risalə ilə yaxından tanışlıqdan sonra insan müsəlman hüququ qarşısında özünü vəzifəli hiss edir. Bu hüquqlardan hər hansı birini pozmaq aşkar günahdır və onun cəzası vardır.
    Allah bəndələrinə məsxərə
    İnsanların geyiminə kasıblığına, əqidəsinə sənətinə məsxərə etmək böyük günahdır və bu günahın dünya və axirət cəzası vardır. İnsanı məsxərəyə qoymaq onun şəxsiyyətini təhqir etmək deməkdir. Qurani-Məcid məsxərə edənləri münafiq, zalım, günahkar adlandırır və onlara dərdli əzab vəd edir.
    "Bəqərə” surəsinin 14-cü ayəsində oxuyuruq: "Onlar möminlərlə qarşılaşdıqları zaman "biz də iman gətirdik” deyirlər. Öz şeytanları ilə təklikdə qaldıqda isə "biz də sizinləyik, biz onlara ancaq istehza edirik” deyirlər”.
    İslam Peyğəmbəri (s) bildirir ki, Allah-Taala belə buyurmuşdur: "Mənimlə dostluqdan çəkinən, mənimlə döyüş üçün pusqu qurmuşdur”.(Ğurərul-hikəm”, 265.)
    İmam Sadiq (ə) buyurmuşdur: "Qiyamət zamanı bir nida ucalar: "Mənim dostlarımdan üz çevirənlər haradadırlar?” Üzündə ət olmayan bir dəstə insan ayağa qalxar. Bu zaman deyilər: "Bunlar iman əhlinə əziyyət verənlər, onlarla düşmənçilik edənlər, onlara inad göstərib, onların dininə məsxərə edənlərdir”. Sonra əmr olunar ki, onları Cəhənnəmə aparsınlar”.
    İslam Peyğəmbəri (s) buyurmuşdur: "Allah-Taala buyurur: "Mömin bəndəmi xar edən şəxs Mənimlə döyüşə qalxmışdır.”(Ğurərul-hikəm”, 264.) Bəli, insanlara rişxənd etmək onları kiçik saymaqdır. Qurani-Kərim bu işi pisləyir və tövbə etməyənləri zalım adlandırır.
    ƏHDİ POZMAQ
    Əhd–peyman və ona vəfa etmək Qurani-Məcid və əhli-beyt buyruqlarında diqqət mərkəzində olan əxlaqi və insani həqiqətlərdir. Əhd-peymanın Allah, Peyğəmbər (s), imamlar (ə) və ya xalqla bağlanmasının heç bir fərqi yoxdur. İbadət, xalqa xidmət, ticarət və sair sahələrdə bağlanmış istənilən müsbət əhd-peymana əməl etmək vacib, onu pozmaq isə haramdır.
    "Nəhl” surəsinin 91-ci ayəsində buyurulur: "Əhd bağladığınız zaman Allahın əhdinə vəfa edin”. "Bəqərə” surəsinin 27-ci ayəsində oxuyuruq: "O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər, məhz belələri ziyana uğrayanlardır”. "İsra” surəsinin 34-cü ayəsində isə belə buyurulur: "Əhdə vəfa edin. Doğurdan da, əhd barəsində soruşulacaqdır”. "Maidə” surəsinin 1-ci ayəsində oxuyuruq: "Ey iman gətirənlər, əhdlərə sadiq olun”.
    İslam Peyğəmbəri (s) buyurmuşdur: "Hər kəsdə üç xüsusiyyət olsa, o, münafiqdir - hətta namaz qılıb oruc tutsa, özünü müsəlman bilsə də: onu əmin bildikləri halda xəyanət edər, ağzını açanda yalan danışar, verdiyi vədə vəfa etməz.”(Məhəccətul-bəyza”, 5-93.) İmam Sadiq (ə) buyurur: "Xalqla rəftarında zülmə yol verməyən, onlara yalan danışmayan, vədini pozmayan insanın mürüvvəti kamil, qeybəti haram, ədaləti aşkardır və onu din qardaşı bilmək lazımdır”.("əl-Mənaqib”, 2-103.)
    AŞKAR GÜNAH
    Qurani-Məcid xalqı aşkar və gizli günahdan çəkinməyə çağırır ("Ənam” surəsi, ayə 151).
    Aşkar günah həyasızlıq və ədəbsizlik, İslam cəmiyyətinin qanunlarına hörmətsizlik nişanəsidir. İslam dinində ictimai mühitin çirkləndirilməsi olduqca sərt məzəmmət edilir. İslam ümmətinin həyatında qarışıqlıq salanlar üçün ciddi cəzalar nəzərdə tutulur.
    Mömin insanlar, xüsusilə ictimai asayiş keşikçiləri cəmiyyətdəki əxlaqsız və həyasız hərəkətlərin qarşısını almalıdırlar. Cəmiyyətdəki aşkar günahlar qorxulu mikrob kimi xalqın, xüsusi ilə də gənc nəslin həyatını məhv edir. Əmr be məruf və nəhy əz münkərin, yəni yaxşıya dəvət və pisdən çəkindirmənin əsas rolu cəmiyyəti aşkar günahkarlıq bəlasından qorumaqdır. Əgər təlim-tərbiyə mərkəzlərində və ailədə gənclər həyalı və iffətli tərbiyə olunarsa, nə gizli, nə də açıq günahkarlığa yer qalmaz.
    Həya, Allaha diqqət, günahın nəticəsini düşünmək insanı günahdan çəkindirən ən təsirli vasitədir. İmam Sadiq (ə) buyurur: "Həya imandandır, iman isə behiştədir”. İslam Peyğəmbəri (s) buyurur: «Allahdan həya edib, bu haqqı yerinə yetirin. Hər biriniz ölüm gözlərinin qarşısında gecəni sübh etməklə göz, qulaq və dili haramdan hifz etməklə qarını haramdan gözləməklə qəbir və bədənin onda çürüməsini xatırlamaqla bu haqqı gözləyin. Axirəti istəyən kəs dünya həyatının aldadıcı bər-bəzəyini boşlayar.»("Kafi”, 3-450.)
    Bir şəxs Həzrət Peyğəmbərdən (s) nəsihət istədiyi vaxt Həzrət (s) buyurdu: "Qövmünün layiqli şəxsindən həya etdiyin kimi Allahdan həya et.”("Biharul-ənvar”, 1-150.)
    İMANLI QADININ HƏYASI
    İmam Səccad (ə) buyurur:
    Bir şəxs ailəsi ilə birlikdə dəniz səfərində ikən gəmi qəzaya uğrayır və onun arvadından başqa bütün müsafirlər həlak olur. Qadın bir taxta parçasından yapışıb, yaxındakı adalardan birinə çıxa bilir.
    Bu adada yaşayan günahkar bir quldur ölümdən xilas olmuş qadınla rastlaşır. "Sən insansan, yoxsa cin”, deyə qadından soruşur. Qadın cavab verir ki, «insanam». Zalım quldur qadınla bir söz danışmamış ona öz arvadı kimi yaxınlaşır. Qadın onun bu hərəkətindən həyəcanlanıb, titrəməyə başlayır. Quldur soruşur ki, «nə üçün narahatsan?» Qadın əli ilə yuxarıya işarə edib, "ondan qorxuram” deyir. Quldur sual verir: "Nə etmisən ki, Ondan qorxursan?” Qadın elə bir iş görmədiyinə and içir. Quldur deyir: "Sən elə bir iş görmədiyin halda Allahdan qorxursan, səni ki, bu işə mən məcbur edirəm. Ona görə də mən daha çox qorxmalıyam”. Quldur bu sözləri deyib, qadına toxunmadan ondan uzaqlaşır.
    Bir gün bu şəxs yolda bir rahiblə yoldaş olur. Günəşin yandırıcı şüaları hər iki yolçunu taqətdən salır. Rahib öz yoldaşına deyir: "Dua et ki, Allah bir bulud yetirib, bizi günəşin istisindən qorusun”. Gənc cavab verir: "Mənim elə bir yaxşı əməlim yoxdur ki, Allahdan nə isə istəməyə cürət edim”. Rahib deyir: "Onda mən dua edim, sən "amin” de”. Rahib dua edir, gənc "amin” deyir. Tezliklə başlarının üzərində görünən bulud onların üstünə kölgə salır. Günün yarısını kölgədə gedən yolçular, nəhayət yol ayrıcına çatırlar. Bulud gəncin getdiyi yola yönəlir. Rahib gənci çağırıb deyir: "Sən məndən üstünsən. Duamız da sənə xatir qəbul oldu. Mənə bu üstünlüyün sirrini aç”. Gənc, qadınla adada olan görüşünü açıb söyləyir. Rahib deyir: "Sən Allahdan qorxduğun üçün günahların bağışlanıb. Bundan sonra gələcəyini düşün”.("Mizanul-hikmət”, 1-184.)
    YALAN
    Həzrət Peyğəmbər (s), Həzrət Sadiq (ə) və Həzrət Riza (ə) yalanı ən böyük günahlardan hesab etmişlər. ("Kafi”, 2-ci cild, səh-338). Yalanın ən çirkini Allah, Peyğəmbər (s) və İmam (ə) adından yalan danışmaqdır. Çünki bu yalanlar böyük kütlələri doğru yoldan azdırır.
    Kafirlər və onların azğın başçıları açıq-aşkar yalana uğramış insanlardır. Bu yalançı qövm tarix boyu öz yalanlarını sistemləşdirib elm adı ilə bəşəriyyətin Allaha doğru hərəkətində maneə yaratmağa çalışmışlar. Bu hiyləgər şeytanlar öz şirin yalanları ilə milyon-milyon insanları cəhənnəm oduna sürükləmişlər. Onlar öz yalanlarına həqiqət donu geyindirməklə insanları əsil həqiqətdən yayındırmışlar. Səmavi kitablar inkar olunmuş, ilahi ayələrə müqavimət göstərilmiş, bu göstərişlərin Allah tərəfindən nazil olmadığı iddia olunmuşdur.("Biharul-ənvar”, 74-175.)
    Kafirlər insanları ilahi hidayət feyzindən məhrum etmək, onları dünya və axirət səadətindən uzaqlaşdırmaq üçün peyğəmbərlərə böhtanlar yağdırmış, onları yalançı, sehirbaz, şair adlandırmış, hətta dəlilikdə ittiham etmişlər. Heç bir yalandan çəkinməyən bu qövm İlahi həqiqətləri təhrif etmiş, hətta Tövrat, İncil, Zəbur kimi İlahi kitablarda təhriflər etmişlər. Əgər bu insanların imkanı olsaydı, əlbəttə ki, Quran da təhrifə məruz qalardı. Amma Quran ayələrini dəyişə bilməsələr də bu ayələri öz istədikləri kimi mənalandıran kafirlər xalqı çaşdırmaqla cəhənnəm əzabını qazanmışlar.
    Bu yalançı dəstə peyğəmbərin həqiqi varisi olan Əhli-beyti (ə) hökumətdən uzaqlaşdırmaqla bəni-Üməyyə və bəni-Abbas kimi zalım sülalələri taxta çıxarmışlar. Beləcə insanlar həqiqi elm və maarifdən məhrum edilmiş, onlara cildlərlə saxta hədislər təqdim olunmuşdur. Əgər imamlar, xüsusi ilə də İmam Baqir (ə) və İmam Sadiq (ə) peyğəmbər adından uydurulan saxta göstərişləri batil etməsəydilər, bu gün həqiqi İslamdan əsər-əlamət belə qalmazdı. Bu gün də məsum imamların (ə) göstərişləri həqiqəti yalandan seçmək üçün əsas vasitədir. Bəli, imamların (ə) və fədakar şiə alimlərinin şəhadəti və zəhmətləri hesabına həqiqi Məhəmməd (s) dini hifz olunmuşdur.
    Fırıldaqçı kafirlər son iki yüz ildə Asiya, Avropa və Amerikada elm, siyasət və mədəniyyət sahələrində dərya-dərya yalanlar uydurmuşlar. Gözəl libas geyindirilib, boyaqlanmış bu yalanları tanımaq üçün dərin düşüncəyə ehtiyac var. Bəzən bu yalanlar qarşısında hətta ruhani tələbə və alimlər də özünü itirib tora düşmüşdür. Bu fırıldaqçıların zahirən şirin, daxilən zəhərli şüarlarına baxın: "Din millətlər üçün tiryəkdir”; "Hakimiyyətə mədəni insan layiqdir”; "Elm bütün müşkülləri həll edir»; "Demokratiya, azadlıq, xalqın-xalqa hakimiyyəti - Allahın saleh insanlar vasitəsilə hakimiyyətinin əvəzində”. Ənlik-kirşanı, həyəcanlandırıcı geyimi ilə göz qamaşdıran liberalizm milyonlarla insanı Allahdan, həqiqi dindən uzaqlaşdırmışdır.
    Əziz oxucular, Qurani-Kərimin bu müqəddəs şüarına haqq verin: "Yalançılara Allahın lənət etməsini diləyək.” ("Biharul-ənvar”, 91-155.) "Zumər” surəsinin 3-cü ayəsində buyurulur: "Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz”. İslam Peyğəmbəri (s) və onun Əhli-beytinin (ə) yalan haqqında göstərişlərini unutmayın. Həzrət Peyğəmbər (s) buyurur: "Sizə ən böyük günahı xəbər verimmi? Allaha şərik qoşmaq, ata-ana ilə pis rəftar, yalan danışıq”; "Ən pis danışıq yalan danışıqdır”; "Yalan danışanın kişiliyi hamıdan aşağıdır”.(Ğurərul-hikəm”, 312-313.)
    İslam Peyğəmbərindən (s) soruşdular ki, «mömin qorxaq ola bilərmi?» Həzrət (s) buyurdu ki, bəli. «Soruşdular ki, xəsis ola bilərmi?» Buyurdu ki, bəli. Soruşdular ki, mömin yalançı ola bilərmi? Həzrət buyurdu: "Yox!”("Kafi”, 2-329.) Həzrət Əli (ə) buyurmuşdur: "İnsan zarafat və ya ciddi olan yalanı tərk etməmiş imanın ləzzətini dadmaz”.("İqbal”, 390.) "Yalandan çirkin iş yoxdur”.("Biharul-ənvar”, 70-167.) "Düzlük əmanət, yalan isə xəyanətdir.”("Biharul-ənvar”, 70-84.)
    İmam Sadiq (ə) buyurur: "Allah-Taala pisliklər üçün qıfıl qərar verib. Bu qıfılların açarı şərabdır. Yalan şərabdan da pisdir.”("Vəsailuş-şiə”, 16-10.)
    Musa (ə) Allah-Taalaya belə ərz etdi: "Əməlinə görə hansı bəndən daha yaxşıdır?” Allah buyurdu: "O kəs ki dilini yalandan qoruyur, qəlbi həqiqətdən dönmür, zina etmir.”("Kafi”, 1-15.)
    Dini maarifdə deyilir ki, yalançı fasiq, günahkardır. Mələklər yalançıya lənət yağdırır. Yalançının nəfəsi üfunət, özü imansız, üzü qaradır. O, Allahın qəzəb və lənətinə düçardır. Yalançı ən böyük günahkarlardandır və münafiqdir. Onunla dostluq və yoldaşlıq yaramaz. İlahi hidayətdən məhrum olan yalançı zahirdə insan, daxildə əti haram olan heyvan kimidir!
    ALLAH HÖKMÜNÜN ZİDDİNƏ MÜHAKİMƏ
    İnsanı əzaba düçar edən günahlardan biri də hakimin Allah hökmünün ziddinə höküm verməsidir. Əgər qazi ilahi hökmü bildiyi halda kimisə razı salmaq üçün bu hökmün ziddinə qərar çıxararsa, kafir, zalım və fasiqdir.("Biharul-ənvar”, 70-99.)Allahın hökmünü rədd etmək küfr, kimisə haqqından məhrum etmək zülm, iman dairəsindən çıxmaq isə günahdır. İmam Sadiq (ə) buyurur: "Hər kəs iki dirhəmə görə Allah buyruğunun ziddinə çıxsa, kafir olmuşdur.”("Tuhəful-uqul”, 303.)
    ZƏKAT ÖDƏMƏMƏK
    Dördayaqlı heyvanların, qızıl və gümüşün zəkatını vermək vacibdir. Vacib olmuş zəkatdan boyun qaçırmaq ağır günahdır. Əksər Quran ayələrində namazın ardınca zəkata işarə olunur. Bu ardıcıllıq bir daha zəkatın əhəmiyyətini göstərir. Zəkatı tərk etmək namaz və həccin tərk edilməsi kimidir. Zəkat hökmünü inkar edən şəxs kafir olur. İmam Sadiq (ə) bir hədisdə buyurur: "Zəkat varlıların imtahana çəkilməsi və möhtacların ehtiyacının ödənməsi üçün vacib oldu. Əgər hamı zəkat ödəsəydi, bir müsəlman belə möhtac qalmazdı. Bir çox insanların səfalət içində yaşamasının səbəbkarı zəkat ödəməyən varlılardır. Malının zəkatını ödəməyən kəsin ilahi rəhmətdən faydalanması rəva deyildir. Yalnız zəkat ödənmədiyi üçün kimlərinsə var-dövləti tələf olur”.(Elmül-əxlaq”, 101.)
    Həzrət Fatimə (s) peyğəmbər məscidində xalqa üz tutub belə buyurdu: "Allah sizə imanı vacib edib ki, şirkdən pak olasınız. Namazı vacib buyurub ki, təkəbbür xəstəliyindən qurtulasınız. Zəkatı vacib buyurub ki, xəsislikdən təmizlənəsiniz.”("Maidə”, 95.)
    Həzrət Riza (ə) öz xidmətçisinə buyurdu: "Bu gün Allah yolunda bir şey vermisənmi?” Xidmətçi bildirdi ki, yox. Həzrət buyurdu: "Bəs Allah bizə nəyə görə inayət etsin?”("Nəhcül-Bəlağə”.)
    ƏSKİK SATMA
    Ölçüdə və çəkidə əskiklik, müştərini və şəriki malın qədərində aldatma Quran ayələri və Əhli-beyt (ə) hədislərinə görə haram və böyük günahdır. Qurani kərimin 114 surəsindən biri olan "Mutəffifin” surəsi bu mövzuya həsr olunmuşdur. Bu surədə oxuyuruq: "Vay halına çəkidə və ölçüdə aldadanların; O kəslər ki, özləri xalqdan bir şey aldıqları zaman onu tam ölçüb alar; xalq üçün bir şey ölçdükdə və çəkdikdə isə onu əskildərlər; məgər onlar diriləcəklərini düşünmürlərmi?! Özü də dəhşətli bir gündə! O gün bütün insanlar aləmlərin Rəbbi olan Allahın hüzurunda duracaqlar! Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların əməl dəftəri siccindədir!”("Bəqərə”, 65.)
    Allahın Rəsulu (s) buyurur: "Hər kəs peyman və vəzndə xəyanət edərsə qiyamət günü onu cəhənnəmin dibinə gətirər və iki yanar dağ arasında yerləşdirərlər. Ona deyilər ki, bu dağları çək. O da daim bu işə məşğul olar».("Ğürərul-hikəm”, 479.)
    Uyğun ayələrin təfsirində İslam Peyğəmbəri (s.ə.v.v) buyurur: «Beş şey beş şeylə yanaşıdır: qövmlər əhd-peymanı pozdular və Allah-Taala düşmənləri onlara qalib etdi, zina kimi çirkin günaha batdılar və ölüm onların sorağına gəldi, Allah - hökmünün ziddinə hökm verdilər və fəqirliyə tuş gəldilər, zəkat ödəmədilər və yağışdan məhrum oldular, ölçüdə və çəkidə aldatdılar və quraqlığa məhkum edildilər».
    «Əllahumməğfirliyəz-zunubəl-ləti tuğəyyirun-niəm»
    («Pərvərdigara, nemətləri dəyişən günahlarımı bağışla»).
    Nemət dəyişən günahlar İmam Səccaddan (ə) nəql olunmuş bir hədisə görə bunlardır: xalqa zülm, xeyir iş ruhunu itirmək, xeyir işlərdən kənarlaşmaq, nemətlərə küfr etmək (naşükürlük), şükür etməkdən uzaqlaşmaq.
    Bu günahlar insanı nemətlərdən məhrum edib əvəzində bəla, müsibət və əzaba salır.
    Category: Kumeyl duasının şərhi 1 | Views: 965 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024