İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1675
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • ZatrickLus
  • El_qarie
  • TrenzhoUth
  • NathazDrymn
  • Broscype
  • BranzonHut
  • ThozasPluse
  • Jenncype
  • Vickiefrumn
  • DenzisMob
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-2
    6:54 AM
    Islamda evlənmə və ailə hüququ-2

    İSLAMDA EVLƏNMƏ VƏ AİLƏ HÜQUQU-2
    DÖRDÜNCÜ HİSSƏ: QADININ KİŞİ ÜZƏRİNDƏKİ HAQQI (KİŞİNİN QADINA QARŞI BORCLARI)
    İYİRMİ YEDDİNCİ FƏSİL
    TARİXDƏ QADIN HÜQUQU


    Tarix boyu qadın sinfi həmişə məzlum yaşamış, istismara məruz qalmışdır. Dünya tarixi bu fədakar və əziyyət görmüş varlıqların məzlumiyyətini çatdırır. Qadına qarşı münasibət məsələsini keçmiş dövrlərdə araşdırdıqda çox acınacaqlı hallarla rastlaşırıq. Çünki kişilər öz həyat yoldaşları ilə çox pis tərzdə rəftar edərək onlara əhilləşmiş bir heyvan kimi baxırdılar. Qız nə qədər ki, ata evində idi, onların əlində əsir kimi idi, evlənmədən sonra da ərinin müti və iradəsiz quluna çevrilirdi. Qədim dövrün qeyri-mütərəqqi və mədəni cəhətdən geridə qalmış ölkələrində (Afrika, Avstraliya və Amerika kimi) kişilər öz arvadlarını heyvanlar kimi satır, müxtəlif növ istifadələr üçün başqalarına borc verir, onları tənbeh etmək üçün evdən qovurdular. Onların çöldə ölüb və ya sağ qalmaları kişilər üçün heç bir əhəmiyyət kəsb etmirdi. Bu məzlum varlıqlar həmişə işlə məşğul olmalı və hətta uşaq doğandan sonra da həm evin daxilindəki, həm də çöl işlərini görməyə məcbur idilər. Əri isə onun yerinə istirahət edirdi. Bunların hamısından da təəssüflüsü bu idi ki, kişilər bəzən qıtlıq illərində öz arvadlarının başını kəsib ətini yeyirdilər.”[1]
    ƏRƏB TAYFALARINDA QADININ VƏZİYYƏTİ

    İslamdan qabaq ərəblərin içərisində qadınların vəziyyəti heç də ürəkaçan deyildi. Onlara qarşı son dərəcə rəhmsizliklər rəva görülürdü. Belə ki, bu rəhmsizliklər hər vicdanlı şəxsin qəlbini ağrıdır, göz yaşlarını axıdırdı. Mədəniyyətdən uzaq olan çöl ərəbləri tam daşürəklilik və əsəbiliklə günahsız qızlarını diri-diri torpağa basdırırdılar. Qadınları iradəsiz, şüursuz və dəyərsiz bir varlıq hesab edirdilər. Bu nadan insanlar arasında qadınlar azacıq insaniyyət hüquqlarından belə məhrum idilər və qeydsiz-şərtsiz ərə tabe olurdular.

    Onların arasında evlənmə məsələsi tam rüsvayçı xarakter daşıyırdı. Bir qadın eyni zamanda bir neçə ərlə rabitədə olub onlarla yaxınlıq edə bilərdi və övladı təyin etmək də qadının öhdəsində idi. Bəzi vaxtlar daha yaxşı nəsil yaratmaq üçün arvadlarını bir müddət başqalarının ixtiyarına verirdilər və nə qədər ki, başqa kişilərdən hamilə olmayıb, özləri onlarla yaxınlıq etmirdilər. Bu iyrənc əmələ ərəblər arasında "istibza” nikahı deyilirdi.[2]

    Bu vəziyyətlə belə qadının müəyyən bir sərpərəsti yox idi, hər gələnin cinsi şəhvətlərini təmin etmək üçün istifadə edilir, ticarət əmtəələri kimi al-ver edilirdi.
    İNKİŞAF ETMİŞ ÖLKƏLƏRDƏ QADIN

    O dövrün inkişaf etmiş və mədəni ölkələrində (İran, Roma, Çin, Misir və s. kimi) də qadınların xoşagələn məişətləri, yaşayışları yox idi. Bu ölkələrdə qadının təhqir edilməsi vəhşi qəbilələrdəki kimi çox təəssüflü idi. Bu tayfalar arasında qadın öz ərinə o qədər tabe idi ki, ərinin ölümü ilə ya onu da diri-diri torpağa basdırırdılar, ya da xarlıq və zillətdə yaşayırdılar. Qadın heyz qanı görən müddətdə həm özü, həm də paltarları nəcis hesab olunurdu. O dvrün mütərəqqi və mədəni hesab olunan ölkələrində heç bir vəchlə fikir və əməl azadlığına malik deyildilər, icbari olaraq, qeydsiz-şərtsiz ərlərinin iradəsinə tabe idilər. Qədim İranda bir kişi heç bir məhdudiyyət olmadan bir neçə arvad ala bilərdi. Amma iranlı qadınların ərlərinin ölümündən sonra ərə getməyə haqqı yox idi, əyan-əşrafların arasında ana və bacı kimi məhrəmlərlə evlənmək adi bir iş sayılırdı.

    Çində qadının ərə getməsi onun alınaraq qula çevrilməsi demək idi. Onun heç bir ictimai hüququ yox idi. Hətta öz övladları ilə bir süfrə başında oturub yemək yeyə bilməzdi. Bu mədəni ölkədə bir neçə kişi şərikli olaraq bir qadınla evlənirdi və hansı daha güclü olsaydı, övladlar onun olurdu.[3]
    İSLAMDA QADIN HÜQUQU

    Belə bir qaranlıq və irticaçı dövrlərdə İslamın hərtərəfli və cahanşümul günəşi Kəbə üfüqündən parladı, islamın əzəmətli Peyğəmbəri qadınları qul və köləlikdən azad etdi.[4] Qadınların kişilərlə müxtəlif sahələrdə çiyin-çiyinə, bərabər olmaları barədə ilahi bir qanun verildi. İslamda qadınlar ox yerlərdə kişilərlə yanaşı yaşayıb onlarla bərabər hüquqa malikdirlər. İndi isə bu barədə olan bəzi hədislərə və Quran ayələrinə işarə edirik:

    "Kişilər üçün layiqli hüquqlar olduğu kimi, qadınlar üçün də layiqli hüquqlar vardır, amma kişilər qadınlardan müəyyən cəhətlərdə üstündürlər.”[5]

    "Kişi və qadınların hər biri bərabər şəkildə özlərinin mal-dövlət və sərmayələrinin sahibidirlər. Qadının bütün mal-dövləti istər irs yolu ilə, istər işləməklə və istərsə də mehriyyə yolu ilə əldə edilmiş olsun, onun özünə məxsusdur, qanuni olan hər bir yolda onlardan istifadə edə bilər, ona heç kəsin müdaxilə etməyə haqqı yoxdur.[6]

    Bu ayəyə diqqət yetirməklə İslamda fərdlərin üstünlüyünün təqva və günahlardan pərhiz etmək əsasında olması, habelə, qadın və ya kişi olmaq cəhətindən heç bir imtiyazın olmaması məlum olur. İslamda hər hansı üstünlük tələblik haram və qadağandır. Çünki Allah taala bu ayədə buyurur ki:

    "Ey insanlar, həqiqətən Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratmışıq, sonra sizləri tayfalara bölmüşük ki, bir-birinizi tanıyasınız. Həqiqətən Allah yanında sizin ən əziziniz (kəramətliniz) ən təqvalı olanınızdır.”[7]

    Buna əsasən, İslamda özünü üstün sanmaq pis və qəbahətli iş sayılmışdır. Qadın və ya kişinin hər birinin təqvası daha çox olarsa, o, İlahinin dərgahına daha yaxındır. Belə ki, Qurani məcid buyurur: İlahi peyğəmbərlərdən biri–Həzrət Zəkəriyya Məryəmin uca məqamına qibtə edir, onun Allah dərgahına belə yaxın olmasından təəccüblənir və başa düşür ki, onun kimi əzəmətli bir peyğəmbər belə hələ Həzrət məryəmin uca məqamına çatmamışdır.[8]

    Allah taala İslam göstəvişlərini ümumi şəkildə bəyn edərək qadın və kişi arasında heç bir fərq qoymamış, onların hər birinə eyni şəkildə xitab etmişdir.

    Bu ayə və Qurani kərimdə gələn sair ilahi göstərişlər bəyan edir ki,

    "Qadınla kişi zina edərsə, hər birinə yüz şallaq vurun.” Belə ki, bu hökmdə kişi və qadının arasında heç bir fərq qoyulmur.”[9]
    QADIN HÜQUQUNUN MÜDAFİƏSİ

    İyirminci əsrə qədər üzdəniraq mütərəqqi və azad ölkələrdə qadınların hüquqları barəsində azacıq belə, bəhs edilməmişdir. Amma müqəddəs İslam dini özünün yarandığı ilk gündən etibarən–14 əsr bundan əvvəl həmin qaranlıq, qadınların heç bir hüququ olmadan, kölə şəklində saxlandığı, onlarla heyvan kimi rəftar olunduğu bir dövrdə bu təbəqədən olan məzlumların hüquqlarını müdafiə edərək dünyaya hakim olan vəhşiliklərlə mübarizəyə qalxmışdır.

    Allah taala həmin dövrdə olan kişiləri məzəmmət edərək cahiliyyət dövrünün vəhşi əməllərinin üzərindən pərdəni götürür, onların qadınlara, qızlara etdiyi zülmləri müəyyən qədər təcəssüm etdirib buyurur:

    "Elə ki, onlardan birinə "qızın olubdur” deyə xəbər versəydilər, bu körpənin varlığından o qədər əsəbiləşir və narahat olurdular ki, qəzəblərindən üzləri qaralırdı. Deyirdilər ki, bu xarlığa dözümmü, yoxsa aparıb onu diri-diri dəfn edim?”[10]

    Məhz bu zülmlərlə mübarizə barəsində Allah taala buyurur ki, Həzrət Zəkəriyya Həzrət Məryəmin bu qədər əzəmətli məqamını görərkən Allahdan qız övladı istəyir.[11]

    Allah taala peyğəmbərimizə Həzrət Zəhra kimi bir nemət verdikdə bu böyük nemətin müqabilində şükür etmək üçün qurban kəsməyi, həmd etməyi əmr edərək buyurur:

    "Biz sənə Kovsəri (Fatiməni) əta etdik.”

    Allah tərəfindən verilən bu məmuriyyətlərə əsasən qadınların şəxsiyyətinin tapdalanması ilə mübarizədə Rəsuli Əkrəm qızları övladların ən yaxşısı kimi təqdim edir, onları ata-ana üçün ən əziz bir şəxs hesab edir və əməli olaraq o vəhşi dövrdə yaşayan ata-anaları başa salır ki, qız əzizdir, onun hüquqlarına hörmətlə yanaşılmalıdır, təqva və əxlaqi fəzilətlərə malik olduğu halda başqalarından irəli çəkilməlidir. O Həzrət əziz qızı Zəhranın əlini öpür, ona ehtiram əlaməti olaraq ayağına qalxır. Səfərə gedəndə görüşdüyü axırıncı və səfərdən qayıtdıqda görüşdüyü ilk şəxs qızı Zəhradır! Bu əziz qızına qarşı o qədər təvazökarlıq, nəvaziş edir ki, hətta onu "atasının anası” (yəin ana) deyə səsləyirdi.”[12]

    Həzrət öz qızı Fatimənin əzəmətli məqamına işarə edərək buyurur ki, o, camaat içərisində mənim ən əzizimdir.”[13]

    Həzrət yenə buyurur:

    "Sizin övladlarınızın ən yaxşısı qızlarınızdır.”[14]

    Hədisdə qeyd olunur ki, bir kişi Rəsuli Əkrəmin yanında oturmuşdu. Ona xəbər verdilər ki, qızın olmuşdur. Bu xəbər ona o qədər pis təsir etdi ki, üzündəki narahatlığı aşkar göründü. Həzrət buyurdu: "Nə olub ki, bu qədər narahatsan?” O kişi əvvəlcə bu xəbəri demək istəmədi, sanki Rəsuli Əkrəmin onu məzəmmət edəcəyindən qorxurdu. Lakin çoxlu isrardan sonra dedi: "Mən buraya gələndə həyat yoldaşımın doğuş vaxtı çatmışdı. İndi mənə xəbər verdilər ki, o, qız doğub.” Həzrət buyurdu:

    "Məgər nə olub ki? Yer ağırlığını götürəcək, asimanlar ona kölgə salacaq, Allah ruzisini verəcəkdir. O qız ətirli bir güldür, sən onu iyləyəcəksən.”[15]

    Bu barədə çoxlu rəvayətlər də vardır ki, hamısı qızın əziz övlad olmasını və ehtiram qoyulmasının vacibliyini çatdırır. Bu fəslin axırında bir məsələni qeyd etmək istəyirik: kişi və qadın müəyyən ruhi və cismi fərqlərə malik olduqlarına görə, hər birinin xüsusi imtiyazları və məziyyətləri vardır, elə buna görə də bunlar İslam dinində nəzərə alınmışdır. Məsələn, qadınlar ülvi hislərə, duyğulara, tərbiyə məsələlərinə həvəsli olduqlarına görə övladın tərbiyəsi onların ixtiyarına qoyulmuşdur və İslam dinində qadınlar bu məsələdə kişilərdən irəlidirlər. Həmçinin, kişilər də mərdlik və s. kimi sifətlərdə qadınlardan daha artıq imtiyaza malik olduqlarına görə, hakimlik, rəhbərlik, düşmənlərlə müharibə, mühakimə, qazılıq və s. kimi məsuliyyətləri öz öhdələrinə alırlar. Buna görə də ictimai işlərin sahmana salınması, ictimaiyyətdə nəzm-nizama, inzibata nəzarət edilməsi, ailə sisteminin qorunub saxlanması və idarə olunması ərin öhdəsinə, ona kömək etmək isə həyat yoldaşının öhdəsinədir. Qurani məcid "Bəqərə” surəsinin 228-cü ayəsində buna işarə etmişdir.
    İYİRMİ SƏKKİZİNCİ FƏSİL
    QADINLARIN MADDİ HÜQUQLARI

    Qadının xərcləri iki cür təsəvvür oluna bilər: vacibi (nəfəqə) və müstəhəb xərclər. Qaəının vacib xərclərinin təmin edilməsində kişi ciddi məsuliyyət daşıyır və onları yerinə yetirməlidir. Onlar aşağıdakılardan ibarətdir:

    1-Qadın üçün münasib mənzil tapmaq, 2-yemək və geyimlə təmin etmək; 3-əgər ər evində irsi olmayan müəyyən xəstəliklər yaranarsa, bu halda onun müalicə xərclərini təmin etmək; 4-qadının abır-heysiyyətini qoruyub saxlamaq, onun şanına münasib olan həyat avadanlıqlarını hazırlamaq.

    Amma əxlaqi nəzərdən kişilərin vəzifəsi budur ki, imkan daxilində öz ailəsinə qarşı məhəbət göstərsin, onların rifahını yüksəltsin. İndi sizin diqqətinizi bu barədə olan bir neçə hədisə yönəldirik.

    İmam Riza (əleyhissalam) buyurur:

    "Yaxşı olar ki, kişi imkan daxilində öz əhl-əyalının rifahını yaxşılaşdırsın ki, ailə üzvləri onun ölümünü arzulamasınlar.”[16]

    İmam Səccad (əleyhissalam) buyurur:

    "Allah yanında sizin ən sevimli və əziziniz o kəsdir ki, öz əhli-əyalına daha çox yaxşılıq etsin, onların rifahını yüksəltsin.”[17]

    İmam Riza (əleyhissalam) buyurur:

    "Maddi imkanlara malik olan bir şəxsə vacibdir ki, öz ailəsinin məişətini daha yaxşı və firavan etsin.”[18]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Mömin o kəsdir ki, yemək barəsində öz ailəsinin istəklərini təmin etsin və onların istəklərinə uyğun hərəkət etsin. Amma münafiq o kəsdir ki, öz istəklərini ailə üzvlərinə qəbul etdirsin və öz meylinə əsasən rəftar etsin.”[19]

    İmam Səccad (əleyhissalam) ailənin rifah səviyyəsini yüksəltməyin mühümlüyü barəsində buyurur:

    "Əgər mənim bir qədər pulum olsa və o pulla ət alıb ehtiyaclı ailəmə aparsam, həmin pulla Allah yolunda qul alıb azad etməkdən daha yaxşıdır.[20]"

    Bu hədislər göstərir ki, ailə üzvlərinə ehsan etmək, onların həyat və məişətinin, rifahının yüksəldilməsi yolunda çalışmaq Allah dərgahında və imamların nəzərində ən yaxşı əməllərdən sayılır. Bu işin mükafatı hətta Allah yolunda qul azad etməkdən belə fəzilətlidir. Bu səciyyəvi sifət iman əlaməti, ona malik olmamaq isə münafiqlik və imanın zəifliyi əlamətidir. Bu sifətin zahiri təsirlərindən və gözəl nəticələrindən biri də budur ki, Allah belə kəslərə Öz nemətini bol və firavan edər, belə ailələr tam mehribanlıqda, səfa-səmimiyyətdə, aramlıqla yaşayarlar.
    HƏDİSLƏRDƏ QADININ ZƏRURİ XƏRCLƏRİ

    Bu fəsildə işarə etdiyimiz rəvayətlər qadınların kişilər barəsində müstəhəb haqlarını çatdırırdı. İndi isə qadınların zəruri haqlarını çatdıran bir neçə rəvayəti qeyd edirik.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) qadınların kişilər üzərində olan ən zəruri halqları barəsində buyurur:

    "Ərin vəzifəsi budur ki, həyat yoldaşının aclığını aradan qaldırsın, onun bədənini örtsün, üzünü ona turşutmaqdan çəkinsin.”

    Yunis ibni Əmmar İmam Sadiq (əleyhissalam)-ı sevənlərdən biri idi. O deyir: Həzrət İmam Sadiq (əleyhissalam) öz oğlu İsmailin kənizini mənə ərə verib buyrudu: "Ona ehtiram et və onun barəsində yaxşılıq et.” Soruşdum: "Yəbnə Rəsulillah, onun barəsində necə yaxşılıq edim?” Həzrət buyurdu:

    "Onun qarnını doyur, bədənini ört, günahlarını güzəştə get, bağışla.”[21]

    Məazın arvadı bir gün Rəsuli Əkrəmin yanına gəlib qadınların ən zəruri hüquqları barəsində soruşdu. Həzrət buyurdu:

    "Öz yediyi yeməklərdən arvadına da versin. Özünün geydiyi paltarlara münasib olanları arvadına da alsın, həmçinin onun atifi və cinsi hüquqlarını da unutmasın.”[22]

    Bu hədislərdə qadının ən zəruri hüquqları, o cümlədərn, ailə ocağında ədalətə riayət olunması tövsiyə olunaraq kişiyə xatırladılır ki, məbada təkcə öz şəxsi ehtiyaclarının təmin olunması barədə fikirləşib, ailə üzvlərinin istəklərini unutsun. Çünki mümkündür ki, bəzi şəxslər otellərdə, restoranlarda və mehmanxanalarda ən dadlı, ləzzətli yeməklər yesin və ən yaxşı paltarlar geysin, amma öz ailə üzvlərini unutsun, yaxud onlara qarşı səhlənkarlıq etsin. Bu da ailə daxili ədalətin xilafınadır. Əgər İmam Sadiq (əleyhissalam) bir kənizin hüquqlarına riayət edilməsini tövsiyə edirsə, onda məlumdur ki, azad qadınların hüquqları son dərəcədə diqqət mərkəzində olmalıdır.
    AİLƏDƏ MƏİŞƏTİN, RİFAHIN YÜKSƏLDİLMƏSİ

    İslam hədislərində ailənin rifahı rahatlığı və firavanlığı yolunda göstərilən səylərə son dərəcədə böyük qiymət verilməklə bu əməl üçün böyük axirət savabı da nəzərdə tutulmuşdur ki, sizin diqqətinizi bu barədə olan hədislərə yönəldirik. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Ailəsinin rahatlığı və rifahını təmin etmək yolunda səy edən bir şəxs Allah yolunda din düşmənləri ilə cihad edən şəxs kimidir.”[23]

    İmam Riza (əleyhissalam) buyurur:

    "Öz ailəsinin rahatlığını, rifahını təmin etmək üçün çalışan, işləyən bir şəxsin əcr və savabı Allah yolunda cihad edən əsgərin savabından daha çoxdur.”[24]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər kəs halal yolla özünün və ailəsinin ruzisini təmin etmək üçün çalışsa, onun savabı Allah yolunda cihad edən şəxslərin savabı kimidir.”[25]

    Bu hədislərin hamısı göstərir ki, kişilərin öz ailələrinin səadətli, xoşbəxt yaşayışını təmin etmək, həyat rifahının yüksəldilməsi yolundakı göstərdiyi səy və fəaliyyətlər Allahın ən çox əhəmiyyət verdiyi məsələlərdəndir və Allah onun üçün ən yüksək mükafatı nəzərdə tutmuşdur. Bunun özü də ailənin malik olduğu dəyəri çatdırır. Belə ki, ailənin möhkəmliyi, sabitliyi və daha artıq rifahda, rahatlıqda yaşaması, kamala çatması yolunda edilən səylər müqəddəs İslam şəriətinin istədiyidir. Hər kəs bu müqəddəs və ali dəyərlərə kömək edərsə, şəhidin savabına və hətta ondan da artıq savaba çatacaqdır. Bu barədə yol verilən səhlənkarlıq isə məzəmmətə layiq görülmüşdür. Əgər bir kəsin imkanı olduğu halda öz ailəsinin ehtiyaclarını təmin etmək və rifahını yüksəltmək yolunda səhlənkarlıq və etinasızlıq edərsə, bu iş Rəsuli Əkrəmin narazılığına səbəb olacaqdır. O Həzrət buyurur:

    "Hər kəs maddi imkanları olan halda öz ailəsinin rifahını və rahatlığını artırmasa, bizdən deyildir.”[26]

    Çünki Peyğəmbər və onun ardıcıllarının tutduqları yol ailə üzvlərinə yaxşılıq və ehsan əsasında olmuşdur. Əlbəttə, imkansızlıq surətində övlada və həyat yoldaşına vacibdir ki, ailə başçısının imkanlarını nəzərə alsınlar onun şəxsiyyətini təhqir etməsinlər.
    İYİRMİ DOQQUZUNCU FƏSİL
    CİNSİ EHTİYACLARIN TƏMİN EDİLMƏSİ

    Ailə təşkil etməyin ən ümdə və əsas məqsədlərindən bir də ər və arvadın cinsi ehtiyaclarının təmin edilməsidir. Onlar bir-birinin cinsi ehtiyaclarını təmin etməkdə son dərəcə diqqətli olmalı, bu təbii istəyi qanuni və lazımi şəkildə təmin etməlidirlər. Onlar elə rəftar etməlidirlər ki, bir-birinin səfa-səmimiyyətini qazana bilsinlər və nəticədə qəlblərini bir-birinin ixtiyarında qoysunlar, həyat yoldaşından başqa heç kəsə ürək bağlamasınlar, Çünki yaxınlıq və onun istəniən səviyyədə olması ər-arvad arasındakı məhəbbətin artmasında çox təsirlidir. Əgər bu istək yerinə yetirilməzsə, təbiidir ki, xoşagəlməz nəticələr, mənfi hallar yaradacaqdır. Rüsvayçılıq, inhiraf, əxlaqsızlıq iffətsizlik, bir-birinə qarşı etinasızlıq, dava-dalaş və s. hamısı bu qəbildəndir.

    Müqəddəs İslam dini tam zərifliklə, dəqiq şəkildə bu təbii ehtiyacı diqqət mərkəzində saxlamış, öz ardıcıllarına yadın şəkildə yol göstərmiş, onlara xüsusilə də kişilərə tövsiyə etmişdir ki, qadının təbiəti həya və iffətlə birgə olduğundan, habelə cinsi ehtiyacları büruzə verib bu işdə qabağa düşə bilmədiklərindən, ərin vəzifəsi budur ki, onu bu barədə də unutmasın, səmimi zarafatlarla, mazaqlaşmalarla onun könlünü alsın və onun istəyinə uyğun olaraq onunla yaxınlıq etsin. Biz 24-cü fəsildə bu barədə bəhs edib rəvayətləri nəql etmişdik. Amma bu bölmədə də Məsum imamların rəvayətlərindən, Qurandan ilham alaraq həmin məsələyə toxunuruq.

    Allah taala bu ayədə göstəriş verir ki, əgər lazımi şərtlərə malik olduqda iki arvad alsanız, öz məhəbbətinizi onlardan birinə məxsus edərək digərini unutmayın, onun da duyğularını və cinsi ehtiyaclarını nəzərə alın. Allah taala ədalətə riayət etməyi tövsiyə etməklə yanaşı, qadının cinsi duyğularına, hisslərinə diqqət yetirmişdir.[27] İmam Musa ibni İshaq ibni Əmmar İmam Sadiq (əleyhissalam)-dan soruşur:

    :işi öz arvadını soyundurub baxa bilərmi? Həzrət buyurdu: "Bu əməlin heç bir eybi yoxdur. Amma görəsən bundan da gözəl bir ləzzət varmı?”[28]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Üç şey zülmdən sayılır: ... üçüncüsü kişinin öz arvadı ilə mazaqlaşmadan onunla yaxınlıq etməsidir.”[29]

    Cəmil ibni Durrac İmam Sadiq (əleyhissalam)-dan belə nəql edir:

    "Dünya və axirətdə heç bir ləzzət kişinin öz halal arvadı ilə cinsi əlaqədə olması ləzzətinə çatmaz. Öz halal arvadından ləzzət alıb bəhrələnmək ən böyük ləzzət və xoşhallıqdır.”[30]

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "Peyğəmbərin səhabələrindən bir qrupu Allah dərgahına yaxınlaşmaq xalis bəndə olmaq üçün and içdilər ki, öz arvadları ilə yaxınlıq etməsinlər, il boyu gündüzləri oruc tutub gecələri namaz qılsınlar. İslama zidd olan bu xəbər Peyğəmbərə çatanda qəzəblənərək evdən çıxdı və o şəxslərin yanına gəlib buyurdu:

    "Qadınlardan üz döndərirsinizmi? Məgər siz mənim tabeçilərim deyilsinizmi? Bilin ki, mən öz həyat yoldaşım ilə yaxınlıq edirəm, gündüzlər yemək yeyirəm, bütün günləri oruc tutmur, bütün gecələri oyaq qalmıram; əksinə, istirahət edirəm. Sizin bu hərəkətiniz İslami rəftar deyil. Bilin ki, hər kəs mənim kimi etməsə müsəlman və mənim tabeçim deyildir.”[31]

    Həzrət İmam Sadiq (əleyhissalam)-dan Allahdan qorxu səbəbi ilə öz arvadı ilə yaxınlıq etməkdən, dünya ləzzətlərindən çəkinərək onları özünə haram edən bir kişi barəsində soruşub dedilər ki, o, başını göyə qaldırmır və qaldıra da bilmir. Həzrət buyurdu: "Allahın Peyğəmbəri insaniyyət nümunəsi olmaqla eyni zamanda həyat yoldaşları ilə yaxınlıq edir, dünyanın nemətlərindən, hətta baldan belə istifadə edirdi. Bunu da bil ki, Allahdan qorxmaq başı göyə qaldırmamaqla deyil, əksinə, qəlbə aid olan bir işdir.”[32]

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Qadınların cinsi hisləri təhrik olunub baş qaldıran zaman onları nəzərə alın, onların dadına yetişin. Çünki bu məsələyə olan ehtiyacı təmin olunmazsa, təqva və pəhrizkarlığı əldən verirlər, dini və dindarlığı nəzərə almırlar, onların şəhvətləri və cinsi istəkləri hər şeyi unutdurur.”[33]

    Bu hədisin ardınca bəzi nüsxələrdə belə gəlmişdir:

    "Qadının razılığı və xoşhallığı ərinin onunla cinsi yaxınlıq etməsi ilə müyəssər ola bilər. Və bu iş olmadan onların razılığı əsla təsəvvür oluna bilməz.”[34]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) cümə günü səhabələrindən biri ilə söhbət edirdi. Sonra ona buyurdu ki, get, həyat yoldaşına qarşı məhəbbət və ehsan elə, onu kama yetir. Çünki sənin bu əməlin həyat yoldaşın barədəki ehsan və yaxşılıq sayılır.”[35]
    BU HƏDİSLƏRİN NƏTİCƏSİ

    Qeyd olunan hədislərdən məlum olur ki, əvvəla, qadınla kişi bütün qanuni cinsi ləzzətləri bir-biri üçün hazırlamalıdırlar, yaxınlıq da heyvanlar kimi müqəddiməsiz, bəzən də zorla olmamalıdır. Çünki müqəddimati işlər olmadan edilən yaxınlıq cinsi qərizələri doyurmur, qadın və kişinin razılıqlarına, tam ləzzət almalarına səbəb olmur. Bu cəhətdən yaxınlıq etməzdən qabaq qadını öpmək, ona baxmaq və s. kimi işlər lazımdır.

    İkincisi, bu islami hədislər mühüm bir məsələni–fikri inhiraflarla mübarizə yolunu göstərir. Çünki bu hədislər dünyanın maddi ləzzətlərini, öz arvadları ilə yaxınlığı tərk etməyi müqəddəs bir iş hesab edənləri tənqid atəşinə tutur və bu yanlış yolu müqəddəs İslam dini və Peyğəmbər sünnəti ilə müxalifətçilik hesab edir. Çünki həqiqi mömin o kəsdir ki, Allahın halal etdiyini halal, haram buyurduğunu isə haram bilsin, Allahın Öz bəndələri üçün yaratdığı nemətləri səbəbsiz yerə haram etməsin. Ərin ruhi aramlığına səbəb olan, Allaha iman gətirib İslamı qəbul etməkdən sonra ən böyük ilahi nemət sayılan, kişilərin xoşbəxtlik səbəbi kimi tanıtdırılan qadınlar unudulmamalıdır. Bundan əlavə, qadınlarla yaxınlığı tərk etmək onların hüquqlarını ayaq altına salmaqdır və bu da İslam nəzərindən Allah dərgahında məsuliyyətə və cəzalandırılmağa səbəb olacaqdır.

    Üçüncüsü, bu hədislər qadınların atifə, cinsi və s. kimi batini yönlərini açıqlamış və kişilərə göstəriş vermişdir ki, qadınlarda olan utancaqlıq və abır-həya cinsi ehtiyaclarının təmin olunmasına mane olduğundan, kişilər çalışmalıdırlar ki, vaxtında onların fəryadlarına çatsınlar və onları bu yolla zəlil, ərinə qarşı məhəbbətsiz olmasınlar və bəzən, Allah eləməmiş, əxlaqi pozuntulara, əyri yola düşməyə səbəb olmasın. Çünki ərin arvadına qarşı göstərdiyi hər növ məhəbbət, xüsusilə də cinsi ehtiyacların təmin olunması ər-arvad arasındakı məhəbbətin dərinləşməsinə, aramlığın yaranmasına səbəb olar, hər növ əxlaqi pozğunluqların qarşısını alar. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) məhz bu kimi məsələlərə işarə edərək qadının razılığını, onun cinsi qərizələrinin təmin olunması ilə bağlı hesab edir.
    OTUZUNCU FƏSİL
    KİŞİNİN TƏMİZKARLIĞI

    "Ey insanlar, ibadət məqamında, məscidə gedərkən özünüzü səliqəyə salıb bəzənin. Və de: Kim Allahın Öz bəndələrinə məxsus etdiyi nemətləri haram etmişdir?”[36]


    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Allah taala Özü gözəldir və gözəllikləri də sevir, bəndələrindən də istəyir ki, Onun lütf və nemətlərini zahir etsinlər. Kifayət qədər maddi imkanları olan halda bəzənməklə, zinət verməklə öz şəxsi paltar və məskənlərini, habelə ümum məkanları bəzəyib təmiz saxlasınlar.”[37]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Allah taala gözəldir və gözəlliyi də sevir. O, ehtiyaclı olmağı izhar etməyi düşmən tutur.”[38]

    Əgər Xudavənd Öz imanlı bəndələrindən olan süffə səhabələrini Quranda tərifləyirsə, bu onların izzəti-nəfs göstərmələri fəqirlik və pərişanlıq izhar etməmələri xatirinədir. Onlar müsəlmanların içərisində ən kasıb olmalarına baxmayaraq bu barədə bir şey izhar etməmişlər.[39]

    Həzrət İmam Sadiq (əleyhissalam) Mədinədə olarkən bir müddət kasıblaşdı. Şəhər əhalisi bundan xəbər tutduqda söz-söhbətlər başlandı. İmam (əleyhissalam) bu söz-söhbətdən agah olduqda, yoxsulluq sirrinin aşkar olmasının qarşısını almaq məqsədi ilə min dirhəm məqbləğində pulu Mədinənin valisinə malının zəkatı kimi göndərib öz ictimai abır-heysiyyətini qoruyub saxladı.[40]

    İmam Riza (əleyhissalam) buyurur:

    "Peyğəmbərlərin əxlaqından biri də paklıqdır.”[41]

    İmam Həsən (əleyhissalam)-ın gözəl və səciyyəvi xüsusiyyətlərindən biri də bu idi ki, namaz vaxtlarında ən yaxşı və gözəl paltarlarını geyinərdi. Bu işin səbəbi barəsində soruşduqda buyurardı: "Allah Özü gözəldir və gözəllikləri də dost tutur. Mən də Allahım üçün bəzənirəm.”[42]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Cümə günləri qusul edin, hər kəs cümə günü qusul etsə, bu iş onun bir həftəlik günahlarının kəffarəsi olar.”[43]

    Yenə buyurur:

    "Dişləri təmizlədikdən sonra qılınan namaz Allah yanında dişləri təmizləmədən qılınan 70 rəkət namazdan sevimlidir.”[44]

    Başqa bir hədisdə buyurur:

    "Ümmətimin zəhmətə düşməsindən qorxum olmasaydı, onlara dəstəmaz kimi, hər namaz vaxatı mesvak vurmalarını da vacib edərdim.”[45]

    Bu hədisdən məqsəd budur ki, dişi təmizləmək vacib həddində olmasa da, təkidli bir müstəhəb əməldir. Yuxarıdakı ayə və rəvayətlər göstərir ki, paklıq, nəzafət və səliqəlilik mühüm bir məsələdir və Allah taala ona riayət etmək üçün müxtəlif göstərişlər vermişdir. Peyğəmbər və Məsum imamların da təkidli tövsiyələri məhz bu əsasda olmuşdur. Allah taala bu məsələlərə riayət edənləri əfv edərək bağışlayır, bu əməllər üçün çoxlu mükafatlar təyin edir. Bütün müsəlmanlara, xüsusilə ictimai yerlərdə yaşayan şəxslərə lazımdır ki, bu gözəl xüsusiyyətə riayət etsinlər.
    KİŞİNİN èAKLIĞI HƏYAT YOLDAŞINI İFFƏTLİ OLMASINA SƏBƏB OLUR

    Bu fəslin əvvəlində qeyd etdik ki, bütün insanlar təbiətən gözəlliyi sevirlər. Bu cəhətdən də İslam dini kişilərə göstəriş verir ki, bəzənsinlər, vüqarlı hərəkət etsinlər, çirkli olmaqdan uzaq olsunlar. Çünki qadınlar istəyirlər ki, ərləri onlarla səliqəli, bəzənmiş halda yaşasınlar və onların daxili istəklərinə diqqət yetirsinlər. Əgər kişilər bu kimi incə məsələlərə riayət etməsələr və qadınlar da dindar və lazımi təqvaya malik olmasalar, şeytansifətlərin, həvayi-nəfsə tabe olanların hiyləgər və məkrli planlarına, torlarına düçar olub əxlaqi cəhətdən əyri yollara düşə bilərlər. Həmçinin qeyd olunan surətdə hətta dindar olsalar belə, ərinə qarşı məhəbbəti, eşq-əlaqəni tədricən əldən verirlər. Buna əsasən, paklığı, səliqəliliyi qoruyub saxlamaq dini vəzifə sayılır.

    İmam Kazim (əleyhissalam)-ın səhabələrindən biri olan Həsən ibni Cəhim deyir: İmam Musa ibni Cəfər (əleyhissalam)-ı bəzənmiş və həna qoymuş halda gördüm ki, hər kəsi özünə cəzb edirdi. O Həzrətdən soruşdum ki, ey mənim mövlam, siz də həna çəkirsinizmi? Buyurdu:

    "Bəli, çünki kişinin bəzənməsi arvadın iffətli olmasına səbəb olar. Keçmişdə bu məsələyə əhəmiyyət verməyənlərin çoxunun arvadı iffətsizlik yoluna düşmüşlər.”[46]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Paltarlarınızı yuyub-təmizləyin, bədəninizdəki artıq tükləri təmizləyin, dişlərinizə mesvak (fırça) vurun, paklıq və nəzafətə riayət edin. Çünki Bəni israil qövmünün kişiləri çirkli qiyafərdə yaşayırdılar. Bu səbəbdən onların ardvadları ismət pərdələrini yırtıb zina edirdilər.”[47]

    Bu hədislər kişinin bəzənib səliqəli olmasını lazım bilir və bu işin həyat yoldaşının pak və ismətli olmasındakı rolunu təkidləndirir, buyurur ki, paklığa riayət etməmək həyat yoldaşının əyri yollara, inhirafa düşməsinə şərait yaradır. Buna görə də, gördüyünüz kimi, paltarın, ağızın həmişə pak, təmiz və səliqəli olması təkid olunaraq diqqət mərkəzində dayanır. Rəsuli Əkrəmin özü vaxtaşırı nəzafətə, paklığa riayət edir, özünə həmişə ətir vururdu. Onun ətri və bəzənməsi üçün sərf edilən xərcləri yeməyə verilən xərclərindən çox olurdu.

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Rəsuli Əkrəm ətrə təamdan artıq pul xərcləyirdi.”[48]

    Məsum rəhbərlərimiz bu məsələyə tamamilə riayət edərək öz ardıcıllarına və yaxın adamlarına da bu işi tövsiyə edirdilər. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) "Nəhrəvan” müharibəsində Əbdüllah ibni Abbası nümayəndə kimi xəvaric ilə bəhs etməyə göndərdi. O, gözəl paltarlar geyib, ətirləndi, ən bahalı atlardan birinə minib xəvaricə tərəf yola düşdü. Xərvariclər bu mənzərəni gördükdə təəcübləndilər və dedilər: Biz indiyə kimi elə fikirləşirdik ki, sən insanlar içində ən təqvalısısan. Amma indi görürük ki, sən təkəbbürlülərin geyimində bizə tərəf gəlmisən. İbni Assas "Əraf” surəsinin 32-ci ayəsini tilavət etdi. Bu ayə insanların zinətlənməsini göstəriş verir.”[49]

    :işilər bilməlidirlər ki, onların bəzənməsinin camaatın nəzəri və şəriət ilə heç bir müxalifətçiliyi yoxdur, əksinə, ümumi bir vəzifədir ki, Məsum rəhbərlərimizin özləri əməli olaraq bu işi həyata keçirmiş, eyni zamanda bizə də tövsiyə etmişlər.

    İmam Riza (əleyhissalam) buyurur:

    "Layiq deyildir ki, kişi bir gün də olsun belə ətir vurmağı tərk etsin.”[50]

    (Bu məsələnin əhəmiyyəti səbəbi ilə 40-cı fəsilədə də ona işarə ediləcək.)


    [1]"əl-mizlan” təfsiri, 2-ci cild, səh.273

    [2]"Nizami hüquqi zən”, səh.333

    [3]"əl-mizan” təfsiri, 2-ci cild, səh.275

    [4]Kommunist reqimində isə tamamilə bunun əksi təbliğ edilmişdir. Mütərcimdən.

    [5]"Bəqərə” surəsi, ayə:228

    [6]"Nisa” surəsi, ayə:32

    [7]"Hucurat” surəsi, ayə:13

    [8]"Ali-imran” surəsi, ayə:38

    [9]"Nur” surəsi, ayə:2

    [10]"Nəhl” surəsi, ayə:58

    [11]"Ali-İmran” surəsi, ayə:38

    [12]"Cəlaül-üyun” (Şübbər), 1-ci cild, səh.132, 134 və 141

    [13]"Səfinətül-bihar”, 2-ci cild, səh.274

    [14]"Səfintul-bihar”, 2-ci cild, səh.684

    [15]"Vəsailüş-şiə”, 1 5-ci cild, səh.101

    [16]"Fürui-kafi”, 4-cü cild, səh.11

    [17]"Şərhi mən la yəhzür”, 8-ci cild, səh.379

    [18]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.380

    [19]"Kafi”, 4-cü cild, səh.12

    [20]"Vəsailüş-şiə”,15-ci cild, səh.251

    [21]"Kafi, 5-ci cild, səh.515

    [22]"Məcməül-bəyan” təfsiri, 2-ci cild, səh.327

    [23]"Vəsailüş-şiə”,12-ci cild, səh.43

    [24]"Vəsailüş-şiə”, 12-ci cild, səh.43

    [25]"Vəsailüş-şiə”,12-ci cild, səh.11

    [26]"Müstədrək, 2-ci cild, səh.643

    [27]"Nisa” surəsi, ayə:29

    [28]"Kafi, 5-ci cild, səh.97

    [29]"Biharul-ənvar”, 7 5-ci cild, səh.170

    [30]"Müstədrək”, 2-ci cild, səh.532

    [31]"Vəsailüş-şiə”,14-cü cild, səh.8

    [32]"Müstədrəkül-vəsail”, 2-ci cild, səh.543

    [33]"Biharul-ənvar”, 101-ci cild, səh.253

    [34]"Vəsailüş-şiə”,14-cü cild, səh.129

    [35]"Fürui-kafi”, 5-ci cild, səh.495

    [36]"əraf” surəsi, ayə:31, 32

    [37]"Kafi, 6-cı cild, səh.438

    [38]"Vəsailüş-şiə”, 3-cü cild, səh.341

    [39]"Bəqərə” surəsi, ayə:273

    [40]"Vəsailüş-şiə”, 10-cu cild, səh.443

    [41]"Töhəfül-üqul”, səh.330

    [42]"əl-mizan” təfsiri, 8-ci cild, səh.92

    [43]"Kənzül-ümmal”, 8-ci cild, səh.380

    [44]"Vəsailüş-şiə”, 1-ci cild, səh.356

    [45]"Kənzül-ümmal”, 9-cu cild, səh.315

    [46]"Fürui-kafi”, 6-cı cild, səh.480

    [47]"Nəhcül-fəsahə”, səh.72

    [48]"Vəsailüş-şiə”, 1-ci cild, səh.443

    [49]"Məcməül-bəyan”, 4-cü cild, səh.412

    [50]"Vəsailüş-şiə”, 1-ci cild, səh.441

    Category: Islamda evlənmə və ailə hüququ-2 | Views: 726 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    NathazDrymn
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017