İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1684
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jazesinomo
  • Seadet
  • HozardbiT
  • ClyzePrisy
  • ZatrickLus
  • El_qarie
  • TrenzhoUth
  • NathazDrymn
  • Broscype
  • BranzonHut
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-2
    6:35 AM
    Islamda evlənmə və ailə hüququ-2
     ƏLLİ İKİNCİ FƏSİL
    NAMƏHRƏMƏ BAXMAQ


    Əvvəlki fəsildə qadının bədəninə baxmağın hökmlərindən bəhs etdiyimiz üçün, burada lazım görürük ki, qadın və kişinin bir-birinə baxmasının həddi-hüdudu müəyyənləşsin. Naməhəm kişi və qadınların şəhvət və ləzzət üzündən bir-birinə baxması, şübhəsiz ki, haramdır. İslam dinində bu cür baxışlar gözün zinası kimi təbir edilmişdir. Şəhvətsiz nəzərlər də üz və əllərdən başqa yerlərdə qadağandır. Amma üzə və əllərə ləzzət məqsədi olmadan baxmağın eybi yoxdur.

    Məhrəm kişi və qadınların bir-birinin orvrətlərindən başqa bütün yerlərinə baxmaları həmçinin, təbibin müalicə zamanı naməhrəmə əl vurması və baxması kimi zəruri hallarda, habelə dənizdə qərq olan, yanğında qalan (naməhrəm) şəxsi xilas etmək ləzzət qəsdi olmadan caizdir və işkalı yoxdur. Allah taala buyurur:

    "Ey Peyğəmbər, bütün imanlı qadın və kişilərə çatdır ki, öz gözlərini bir-birinə baxmaqdan yumsunlar. Öz namus və ovrətlərini hifz etsinlər. Bu onların paklığı üçün lazımdır.”[349]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in səhabələrindən biri olan İbni Ümmü Məktum kor idi. Bir gün Həzrətin hüzuruna gəlmək istədi. Evə daxil olanda Ayişə və Həfsə otaqda idi. Həzrət onlara buyurdu ki, o biri otağa keçsinlər. Onlar ərz etdilər: Qonağın ki gözləri görmür! Həzrət buyurdu:

    "Nə olsun ki kordur, siz ki onu görürsünüz!”[350]

    Bu hədisdən göründüyü kimi, Həzrət qadınların kişilərə baxmalarının qarşısını alır.

    Bütün naməhrəmlərin bir-birinə baxışı haramdır, lakin bu məsələ ailə qurmuş şəxslərin barəsində daha şiddətlə qəbahətli sayılır. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur ki,

    "Əgər ərli bir qadın öz məhrəmlərindən və ərindən başqasına baxarsa, Allah bütün qəzəbi ilə onunla rəftar edəcək, onun bütün yaxşı əmələrini məhv edəcəkdir.[351]

    İmam Sadiq və İmam Baqir (əleyhiməssalam)-dan nəql olunan bu hədisdə buyurulur ki, "hər kəs bir növ zinaya mürtəkib olur. "özün də zinası naməhrəmlərə baxmaqdır.”[352]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Naməhrəmə baxış şeytanın zəhərli oxlarından biridir. Nə qədər belə nəzərlər olmuşdur ki, əbədi peşmançılıq gətirmişdir.”[353]

    Peyğəmbərin arvadı Ümmü Sələmə deyir:

    Rəsuli Əkrəmin yanında idim, onun arvadı Meymunə də mənimlə birlikdə oturmuşdu. Birdən İbni Ümmü Məktum evə daxil oldu. Bu hadisə hicab hökmü nazil olandan sonra baş vermişdi. Həzrət buyurdu: "O biri otağa keçin.” Ərz etdik: "O ki kordur və bizi görmür!” Həzrət buyurdu: "Nə olsun ki, o kordur, siz ki görürsünüz!”[354]

    Nümunə kimi qeyd olunan bu rəvayətlərdən məlum olur ki, naməhrəmə baxış öz ardınca necə də fəsad gətirir, ilahi əzaba səbəb olur və yaxşı əməlləri necə məhv edir. Bu məsələ barəsində qadınla kişi arasında heç bir fərq qoyulmur, onlardan hər birinin digərinə baxması haram və qadağandır. Amma ailə qurmuş şəxslərdə bu məsələ son dərəcədə qəbahətli sayılır.
    QADIN VƏ İCTİMAİYYƏT

    Müqəddəs islam dininin səciyyəvi xüsusiyyətlərindən biri də bütün işlərdə normal həddə riayət etməsidir. Pərvərdigari-aləm "Bəqərə” surəsinin 43-cü ayəsində bunu buyurmuşdur. Əli (əleyhissalam) da öz vəsiyyətlərində buyurur ki, qadınlar barəsində həddindən artıq tələbkarlıq, normal həddən keçmək onları fəsada sala bilər.[355]

    Qadın və kişinin bir-birinə qarışması və bu barədəki göstərişlərə əməl olunmamasının fitnə-fəsada səbəb olmasına baxmayaraq, bu barədə yersiz tələbkarlıq da şeytanın vəsvəsələrindən və böyük günahlardan hesab olunur. Bəziləri quru müqəddəslik edərək bu kimi əmələ mürtəkib olurlar.

    Biz kitabın axırıncı fəslində bu məsələ ilə əlaqədar olaraq müfəssəl bəhs etmişik, amma burada da ixtisarla qeyd edirik ki, qadınlar da kişilər kimi, pak və müqəddəs duyğulara malikdirlər, öz qohum-əqrəbaları ilə görüşmək, qohumluq əlaqələrini davam etdirmək, camaat namazında iştirak etmək, cəmiyyətdə ictimai fəaliyyətlər etmək istəyirlər. Digər tərəfdən, ictimai və şəxsi zərurətlər, o cümlədən, müalicə, təbabət, tədris, təhsil və sair kimi işlərin zərurəti bu müddəanı sübut edir. Mütəal Allah da müxtəlif yerlərdə, o cümlədən, "Nisa” surəsinin 32-ci ayəsində bu həqiqətə işarə edir, islami hədislər də bunu təkid edir. Biz bir neçə nümunəni qeyd edirik. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Öz qadınlarınızın məscidə getmələrinə mane olmayın, bu şərtlə ki, o, bu işi bəzənmədən, özünü (başqalarına) göstərmədən görsünlər.”[356]

    Həzrət yenə buyurur:

    "Qadınlarınızın məscidə getməsinin qarşısını almayın, amma evdə oturmaq onlar üçün daha yaxşıdır.”[357]

    Bu hədisdə kişilərə əmr olunur ki, qadınların məscidlərə getməsinə mane olmasınlar. Həmçinin bu əxlaqi həqiqəti qadınlara xatırladır ki, onların evdə oturmaları qadın hicaba və ailə hüququna riayət olunması, övlad tərbiyəsi üçün daha yaxşıdır. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Peyğəmbərin qızı Zeynəb vəfat edərkən Fatimə qadınlarla birlikdə çıxıb bacısına cənazə namazı qıldı.”[358]

    Bir şəxs İmam Sadiq (əleyhissalam)-dan soruşdu ki, qadın cənazə namazında iştirak edə bilərmi? Həzrət buyurdu:

    "Bəli, necə ki, Fatimeyi Zəhra qadınlarla birlikdə evdən çıxıb bacısı Zeynəbə cənazə namazı qıldı.”

    Bu hədis göstərir ki, Fatimeyi Zəhra (əleyhissalam) evdən çıxıb bacısına cənazə namazı qılmışdır, amma kişilərlə deyil, bu iş qadınlarla birlikdə olmuşdur. İslam ümmətinin qadınları ümumi mərasimlərdə iştirak etmək istəsələr, gərək qadınlarla birlikdə olub kişilərə yaxın düşməsinlər. Bir hədisdə Məhəmməd ibni Cəfər Himəyəri İmam Zaman (əleyhissalam)-dan soruşdu: Qadın ərinin cənazəsinin dəfn mərasimində iştirak edə, ərinin qəbrinin ziyarətinə gedə bilərmi? Zəhra (əleyhissalam)-ın pak övladı, imkan aləminin döyünən qəlbi öz mübarək kəlamında ona belə yazdı: "Bəli, ərinin dəfn mərasimində iştirak edə və onun qəbrini ziyarət edə bilər.”[359]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Qadınlarınızın gecə məscidə getmələrinə icazə verin.”[360]

    Bu qəbildən olan hədislərdən aydın olur ki, qadınlar evdən çıxıb ümumi mərasim və məclislərdə iştirak edə bilərlər, bu şərtlə ki, islami hicaba riayət etsinlər, həm də bəzənməsinlər, özlərini göstərməsinlər, ərlərinin hüquqlarını tapdalamasınlar və bu iş gərək hökmən onların icazəsi ilə olsun.
    QADINLAR VƏ CİHAD

    Bildiyimiz kimi, islam nəzərindən ibtidai və islam dininin genişləndirilməsi üçün aparılan cihad qadına haramdır. Böyük alimlər və mərcəyi-təqlidlər bu əsasda fətva vermişlər. Əvvəldə qeyd edildi ki, qadının cihadı yaxşı ər saxlamaqdır. Amma əgər kafirlər və müşriklər islam ölkələrinə hücum edərlərsə, islam və müsəlmanlar kafirlərin qarşısında xətərə düşsələr, habelə kişilər ölkənin müdafiəsində kifayət qədər qüdrətə malik olmasa, bu halda qadınlara və uşaqlara da vacibdir ki, var-qüvvələri ilə öz heysiyyətlərini müdafiə etsinlər və kafirlərlə mübarizə aparsınlar. Əlbəttə, qadınların cihadda iştirak etməsi döyüşdən başqa məsələlər üçün baş verir. Peyğəmbərin özü də bu işi görmüşdür. Misal üçün, Ümmü Ətiyyəni göstərmək olar. O deyir: yeddi qəzvədə Rəsuli Əkrəmin yanında müharibədə iştirak etdim. Hər yeddi dəfədə islam qoşunu üçün yemək hazırlayır, çörək bişirirdim və harda yaralı görsəydim, ilk tibbi yardım edərdim. Xeybər müharibəsində Bəni-ğəffar qəbiləsindən çoxlu qadın Rəsuli Əkrəmin icazəsi ilə müharibə səhnəsinə gələrək yaralıların yaralarını bağlayır, əsgərlərə su çatdırır, müharibədə lazım olan bəzi işləri görürdülər. Ümmü Amir adlı şir ürəkli bir qadın Ühüd müharibəsində əsgərlərə su vermək və sair işlərdə kömək etmək üçün Rəsuli Əkrəmin yanında idi. Müsəlmanlar müharibə meydanından qaçmağa üz qoyanda bu şücaətli qadın əlinə qılınc alıb Həzrəti düşmənin hücumları qarşısında müdafiə edir və bəzən də düşmənə ox yağdırırdı. Bu qadının müqaviməti və dözümlülüyü Rəsuli Əkrəmi təəccübləndirmişdi. Ümmü Amir müharibə meydanında kafirlərdən birini cəhənnəmə vasil edəndə Rəsuli Əkrəm o qədər xoşhal oldu ki, təbəssüm onun mübarək üzündə göründü.[361]

    :ərbəla diyarında İmam Hüseyn (əleyhissalam)-ın yanında çoxlu qadın düşmənlə mübarizə edərək Həzrəti və onun köməkçilərini müdafiə edirdilər. O cümlədən, Vəhəb ibni Əbdüllahın anasını misal göstərmək olar. O, xeymənin dirəyini əlinə alıb düşmənə hücum etdi. Vəhəbin həyat yoldaşı Kərbəlada şəhid oldu.

    Böyük sünnü alimi Beyhəqi öz "Sünən” kitabında yazır:

    "Rəsuli Əkrəm öz arvadları arasında püşk ataraq hər dəfə olardan birini özü ilə səfərə və ya müharibəyə aparırdı.”[362]

    Bu cür hadisələr şiə tarixi mənbələrində də mövcuddur. Nümunə üçün bir hədisi qeyd edirik: "Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bir səfərə getmək istəyəndə, arvadları arasında püşk atrıdı, hansının adına düşsəydi, onu özü ilə aparardı.”[363]

    Bu fəsildən nəticə alırıq ki, naməhrəm qadın və kişinin bir-birinə baxması çox xətərli olub ehtirasları təhrik edir, gücləndirir. Adi şəraitdə ondan uzaq olmaq lazımdır. Amma bu məsələ qadınların ictimai bir varlıq olub ümumi mərasimlərdə iştirak etmələrinə mane olmamalıdır. Əksinə, qadınlar ərinin icazəsi ilə və hicaba və sair şərtlərə tam şəkildə riayət etməklə ictimai fəaliyyətlərini davam etdirə bilərlər.
    ƏLLİ ÜÇÜNCÜ FƏSİL
    HİCAB BARƏSİNDƏ XÜSUSİ "ÖSTƏRİŞ

    Qadınların hicaba və iffətə riayət etməklə evdən çıxmalarının şəri baxımdan heç bir eybi yoxdur. Qadınlar daha artıq ehtiyata riayət edərək iş görə bilər, vacibatı yerinə yetirmək və dini məsələləri öyrənmək üçün təşkil olunan məclislərdə iştirak edə bilərlər. Amma onlar cəmiyyətin islahında mühüm rol ifa etdiklərinə, öz ailələri və cəmiyyət üçün iffət və həya nümunəsi olmalı olduqlarına görə bu nəzərdən onların təkamülü üçün xüsusi göstərişlər verilmişdir. Bu göstərişlərə riayət edilməsi cəmiyyətin islahında, fəsadın, əxlaqi pozğunluqların qarşısının alınmasında çox təsirlidir. Əgər tarixə baxsanız, ədalət, elm, təqva və fəzilət nişanəsi olan Həzrət Əli (əleyhissalam)-ın ibadət mehrabında şəhid edilməsi kimi tarixi cinayətin əsl və məxfi səbəbləri xəvaricin qadınlarından birinin-Qutamın işvəgərliyi və özünü göstərməsi idi. O, özünü göstərərək Əbdürrəhman ibni Mülcəmi (Allahın əbədi lənəti ona olsun!) ələ aldı və bu yolla insaniyyət nişanəsini qətlə yetirdi. Əgər Allah eləməmiş, qutamlar və sair işvəgərlər bizin əsrimizdə islam cəmiyyətində artsa, şəksiz, fitnə-fəsadlar buna mütənasib olaraq artacaq, cavanlar əxlaqsızlığa, fahişəliyə çəkiləcəklər. Buna görə də düzgün yol qadınların kamil hicabı, vüqar və mətanətidir ki, başqaları ilə rəftarlarında bunları göstərməlidirlər. Bu yolu Quran və hədislər islam ardıcıllarına göstərir.

    Quran buyurur ki,

    Həzrət Musa Şüeybin qızlarına qoyunlara su verməkdə kömək etdi. Şüeyb qızlarından birini, Musaanı çağırıb təşəkkür etmək üçün göndərəndə onun qızının gəlişinin tərzini belə bəyan edir ki, "onun qızlarından biri tam həya və vüqar ilə Musanın yanına gəlib atasının sözünü ona çatdırdı.”[364]

    Bu ayədən aydın olur ki, qadınların evdən çıxmalarının maneəsi yoxdur, amma qadın və qızlar cəmiyyətdə Şüeybin qızları kimi vüqarlı və mətanətli hərəkət etməlidirlər. Buna görə də yaramaz qadınların vüqarın xilafına olan hərəkətləri islam və Quranın buyurduğu üslub ilə müxalifdir.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu əxlaqi hədisdə hicaba daha artıq riayət edilməsi üçün islam ümmətinin qadınlarına göstəriş verir ki, yolun ortası ilə deyil, divarın dibi ilə, küçənin bir tərəfi ilə hərəkət etsinlər.[365]

    Əli (əleyhissalam) öz ardıcıllarına göstəriş verir ki,

    "Mümkün qədər evdə öz qadınlarınıza çox məhəbbət göstərin ki, evdən çölə çıxmasınlar və naməhrəmlərin gözləri önündə olmasınlar.”[366]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Qadınlar daha artıq qorunmaq baxımından ovrət kimidirlər; bacardıqca onları evdə saxlayın, ev işlərini onlara adət verin.”[367]

    Fatimeyi Zəhra (əleyhissalam) bütün müsəlman qadınlara buyurur:

    "Ən yaxşı qadın o qadındır ki, kişiləri görməsin, kişilər də onu görməsinlər.”[368]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Binaların uca mərtəbələrində yaşamaq mənim ümmətimin qadınlarına münasib deyildir. Çünki yadlar tərəfindən görünə bilərlər, yaxud naməhrəmləri görüb əxlaqi inhirafa, əyri yola düşə bilərlər. Buna görə də uca mərtəbələrdə yaşamaq daha artıq nəzarət tələb edir.”[369]

    Yunis ibni Yəqub deyir: İmam Sadiq (əleyhissalam)-dan soruşdum ki, qadınların cümə günləri və Fitr bayramında evdən çıxmasının hökmü nədir? Həzrət buyurdu: Cavan qadınlar bu günlərdə evdən çıxmasınlar, amma yaşlı qadınların çıxmalarının eybi yoxdur. Çünki bu günlərdə cəmiyyət küçə-xiyabanda çox olur və tələlər çoxdur. Buna əsasən, qadınların bu yerdə hərəkət etməsi münasib deyildir, xüsusilə cavan qadınlar üçün xətərli və fəsad yaradan hesab olunur.[370]

    Əli (əleyhissalam) Kufə camaatını bu cəhətə görə kəskin məzəmmət edirdi.”[371]

    Mərcəyi-təqlidlər də öz əməliyyə risalələrində Fitr bayramının hökmlərini bəyan edərkən bu məsələni buyurmuş, cavan qadınların bu mərasimdə iştirak etmələrini münasib bilməmişlər.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Qadının evdə qıldığı namazın elə 25 qat savaba malik olan camaat namazının savabı vardır. Hər qadının evdə tək qıldığı namazın camaat namazı qədər savabı vardır.”[372]

    Başqa bir hədisdə qeyd olunur ki, qadının evi onun məscididir. Bütün bunlar qadınların evdə qalıb yad kişilərdən qorunmaları üçündür.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Əgər bir qadın öz yerindən dursa, nə qədər ki, onun yeri qurumayıb, başqa bir kişi onun yerində oturmasın.”[373]

    Həzrət yenə buyurur:

    "Mənim ümmətimin ən yaxşı qadınları onlardır ki, çox doğan və mehriban olsunlar, hicaba riayət etsinlər.”[374]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Qadının da iştirak etdiyi meyyit namazının faydası yoxdur və qadın və kişi bir yerdə bu namazda iştirak etməməlidir.”[375]

    Bu rəvayətlərdən aydın olur ki, qadın və kişi bir-birinə nə qədər çox qarışmasalar, qadınlar kişilərin olduğu yerlərdə iştirak etməsələr, bir o qədər yaxşıdır. Hətta Rəsuli Əkrəm (əleyhissalam) qadınların oturduğu yerin istiliyini də kişilər üçün ehtirasların təhrik olunması səbəbi bildirir. Onların evdarlıq işlərinin əvəzində buyurur ki, onların evi məscid hökmündədir, onların təklikdə qıldıqları namazların camaat namazı qədər savabı vardır. Övladların yaxşı tərbiyə edilməsi, yaxşı ər saxlamaq cihaddan daha artıq savaba malikdir. Əlbəttə, bu cür hədislər əxlaqi yönlərə malikdir və onlara nə qədər riayət olunsa, nəticəsi cəmiyyətin daha çox yaxşılaşmasına, qadınların islah olunmasına səbəb olur. Amma qadınların evdən çölə çıxıb müəyyən iş görmələrinin, cəmiyyətin ehtiyaclarını təmin etmələrinin və bu işlərin zəruriyyətinin şəri və əqli cəhətdən eybi yoxdur, əksinə, bəzən lazım və vacib olur. Bu şərtlə ki, hicaba və iffət məsələlərinə tam riayət etsinlər. Bu məsələ islam dininin bütün sahələrdə buyurduğu göstərişdir.
    ƏLLİ DÖRDÜNCÜ FƏSİL
    İQTİSADİ İDARƏÇİLİK

    Yaxşı qadınların xüsusiyyətlərindən biri də iqtisadi tədbirçilik və ərin iqtisadi və maddi imkanları ilə razılaşmasıdır. Qadınlar gərək üstünlük axtarmaq ruhiyyəsini, modabazlığı kənara qoysunlar, ağır həyat xərclərini ərinə qəbul etdirməkdən çəkinsinlər, onların ruhi narahatlıqlarına, pərişanlıqlarına səbəb olmasınlar. Yaxşı qadın o qadındır ki, həyat yoldaşının gəlir və imkanlarını nəzərə alsın, evin xərclərində qənaət etsin və çətin günlər üçün ehtiyat saxlasın. Xüsusilə təzə ailə quran gəlinlər bilməlidirlər ki, onların ərləri evlənmədə çoxlu borca-xərcə düşmüş, maddi çətinliklərlə qarşılaşmışdır. O, bu narahatlıqları təzə ailə qurduğu həyat yoldaşına izhar etməkdə çətinlik çəkir. Buna əsasən, onlar gərək özləri bu kimi məsələləri nəzərə alsınlar, ərlərini daha ağır xərclərə salmasınlar, lazımi qənaətlə yükü onların çiynindən azaltsınlar. Əli (əleyhissalam) bir hədisdə öz hakimlərindən birinə yazır:

    "Dünyada israfdan uzaq olun və həmişə normal və orta həddə ol, çətin günləri nəzərdə al, sabahın fikrində ol və onun üçün ehtiyat et!”[376]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Layiqli qadının bərəkətlərindən biri də budur ki, onun həyat xərcləri üzücü və ağır olmasın, doğanda da məşəqqətə düçar olmasın.”[377]

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Qənaət az malı çoxaldır, israf isə çox malı məhv edir.”[378]

    Çoxlu imkanlı ailələr olmuşdur ki, yersiz israfla öz sərmayələrini əldən çıxartmışlar. Nə qədər çalışqan və normal səviyyədə yaşayan insanlar olub ki, proqramçılıq və qənaətlə yoxsulluq günləri üçün ehtiyat etmişlər və zəngin günlərə çatmışlar. Aqil və agah insanlar, ayıq və ürəyi yanar qadınlar nə qədər artıq imkana malik olsalar, həyat xərclərində də bir o qədər inzibatçılığa meyl edib yersiz bər-bəzəklərdən, həddindən artıq xərclərdən, modbazlıqdan və təm-təraqlı həyatdan bezar olacaqlar, öz fikri azadlıqlarını dəyişməyəcəklər. Rəsuli Əkərm (səlləllahu əleyhi və alih) buyurur:

    "Yaxşı qadın ailənin maddi inkişafının iki amilindən biridir.”[379] Yəni, kişi evdən kənarda çalışıb məişət ehtiyaclarını təmin edir; gözəl sifətli, tədbirli qadın da özünün ev daxilində layiqli müdiriyyəti və idarəçiliyi və qənaəti ilə həyat yoldaşına kömək edir, onun mal-dövlətini qoruyur. Rəvayətlərdə belə qadınlar ən böyük nemətlərdən biri sayılır.

    İsrafın mənası barəsində Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Evdə, ictimaiyyətdə və ümumiyyətlə hər yerdə lazım olan qədərdən artıq məsrəf edilərsə, bu, israfdır.”[380]

    Buna əsasən lazımsız bər-bəzəkdəki yaşayış, modabazlıqda bəhsə girişmək ehtiyacdan artıq bəzək-düzək israfdır və adətən bu cür ağır və üzücü xərclər qadınların özlərinin vasitəsi ilə və ya kişilərə qəbul etdirilməklə baş verir. Layiqli və yaxşı həyat yoldaşı onlardır ki, israfdan və ağır xərclərdən çəkinsinlər.
    EVDƏ FƏALİYYƏT

    İslam nəzərində qadının ev daxili işləri görməsi vacib deyildir, amma bu iş əxlaqi və ictimai bir vəzifədir ki, bütün qadınlar gərək cismi imkanları dairəsində özünün və ailəsinin asayişi, cəmiyyət və ölkəsinin tərəqqisi yolunda səy etsinlər.

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Məziyyətli və layiqli qadın odur ki, gözəl ətirli olsun, aşbazlıqda məharətli olub yaxşı xörək bişirsin.”[381]

    Qadın gərək ərinin evində təkcə ev daxili işləri öhdəsinə almasın, həm də yaxşı xörəklər bişirsin.

    Pak qadınlar bilməlidirlər ki, onların ailələri kiçik bir cəmiyyət kimidir, işlərin bölüşdürülməsi proqramının tənzim edilməsində əri ilə çiyin-çiyinə fəaliyyət göstərib müşkülləri aradan qaldırmaqla öz rifahı və tərəqqisinin müqəddiməsini hazırlamalıdır. Bunu da nəzərə almalıdır ki, ərinin fərdi səyləri nə qədər çox olsa da, təklikdə bir yerə çatmaz; əmişə həyat şəraitinin yaxşılaşdırılması və vüsət verilməsi üçün qarşılıqı səyə ehtiyac duyulur. Əks halda fəqirlik, pərişanlıq və ümidsizlik onlara hakim olaraq ailənin şadlığını müxtəlif problemlərlə qarşılaşdıracaqdır.[382] İmam Sadiq (əleyhissalam) işlərin təbii yolla inkişaf edib irəliləməsinə işarə edərək buyurur:

    "Bir kəs evdə oturub qapını içəridən bağlayarsa, göydən onun üçün bir şey nazil olarmı?”

    Yəni hər kəs öz ailəsinin, məişətinin rifahının yüksəlməsini istəyirsə, gərək səy və fəaliyyət etsin.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bütün qadın və kişilərə xitab edərək buyurur:

    "Fəqirlikdən və yoxsulluqdan Allaha pənah aparın!”[383]

    Başqa bir hədisdə Allaha ərz edir ki, "Xudaya, fəqirlikdən, pərişanlıqdan, həmçinin şirk və ilhaddan Sənə pənah aparıram!”

    Şəksiz, əgər həyat yoldaşı əri ilə həmkarlıq edərsə, lazımi idarəçiliyə riayət edərsə, fəqirlik aradan qalxacaqdır.
    FATİMƏ–NÜMUNƏ BİR QADIN

    Şəksiz dindar qadınlar layiqli ər istəyirlər ki, islami nəzərdən öz vəzifələrini ayırd edib əməl etsinlər, yeganə qadın nümunəsi olan Fatimeyi Zəhra (əleyhissalam) kimi olsunlar. Bu cəhətdən lazım görürük ki, o Həzrətin rəftar tərzini sizə təqdim edək.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Fatimə məqam və mənzilət baxımından o qədər misilsizdir ki, əgər Əli olmasaydı, Adəmin dövründən ruzgarın sonuna qədər onun üçün tay təsəvvür oluna bilməzdi.[384]

    Bu hədis Fatimənin nümunə qadın olmasını, habelə onun və həyat yoldaşı Əli (əleyhissalam)-ın hətta sair peyğəmbərlər və övliyalardan üstünlüyünü bəyan edir. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Cəddim Əli və nənəm Fatimə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in göstərişinə əsasən, işləri bölmüşdülər: Əli evdən xaricdə olan işləri görür, Zəhra da evdə arpanı üyüdür, xəmir yoğurur və çörək bişirirdi.”[385]

    İmam Baqir (əleyhissalam)-dan da bu rəvayətin oxşarı nəql olunaraq buyurulur ki, Əli və Fatimə öz vəzifələrini müəyyən etmək üçün Rəsuli Əkrəmin yanına gəldilər və ev işləri barəsində ondan məsləhət almaq istədilər. Həzrət buyurdu:

    "Qızım Fatimə ev daxilindəki işləri, Əli isə evdən xaricdə olan işləri yerinə yetirsin.

    İmam Baqir (əleyhissalam) buyurur: "Anam Zəhra (əleyhissalam) işlərin bu cür bölünməsindən son dərəcə xoşhal oldu.”[386]

    Bir gün Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) qızı Fatimənin evinə daxil oldu, gördü ki, gözləri yaşla dolmuşdur. O zaman Peyğəmbərin qızının paltarı dəvə yunundan idi, ər evində də işlə məşğul olurdu. Həm də öz əli ilə əl dəyirmanında un üyüdürdü. Kiçik oğlu elə həmin halda, anasının döşündən süd yeyirdi. Peyğəmbər onu bu halda görəndə buyurdu: "Ey əziz qızım, dünyada bu cür çətinliklərə dözməklə onun axirət şirinliklərini qəbul et və səbri əldən vermə.” O xanım ərz etdi: "Atacan, Allaha şükür edirəm və heç vaxt Onu unutmuram.” Bu zaman vəhy mələyi nazil oldu və bu ayəni gətirdi:


    Bu hadisənin oxşarını Salman da demişdir. O deyir: Əlinin evinə getdim, gördüm ki, Peyğəmbərin qızı un üyüdür. Bu işdə o qədər əziyyət çəkirdi ki, əlləri şişmiş və əl dəyirmanının dəstəyi qana bulaşmışdı. Elə bu halda oğlu Hüseyn acından ağlayırdı. Həzrət Zəhraya dedim: Ey Peyğəmbərin qızı, nə üçün Fizzəni köməyə çağırmırsan? Cavab verdi ki, atamın buyuruğuna əsasən, bir gün o, bir gün isə mən işləyirəm. Bu gün onun istirahət günüdür. Salman deyir: Mən Fatimənin icazəsi ilə onun yerində oturdum və un üyütməyə başladım. Namaz vaxtı Həzrət Rəsulun yanına gedib namaz qıldım, gördüklərimi Əli (əleyhissalam) üçün nəql etdim. O Həzrət hey ağlayırdı. Sonra Fatimənin yanına gedib az müddətdən sonra üzündə təbəssüm bizim yanımıza qayıtdı. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) onun sevincinin səbəbi barəsində soruşdu. Əli (əleyhissalam) cavab verdi ki, mən evə gedəndə gördüm ki, qızın Fatimə yatmışdır, Hüseyn də onun sinəsi üstündə yatıb. Amma əl dəyirmanı bir kəs fırlatmadan öz-özünə işləyirdi. Həzrət təbəssüm edərək buyurdu: "Ya Əli, Allahın yer üzündə bir mələyi vardır ki, Mühəmmədə və onun Əhli-beytinə xidmət edir.”[388]

    Bəli Fatimeyi Zəhra Əlinin evində çox əziyyət çəkirdi: övladlarını tərbiyə edir, həyat çətinliklərinə dözürdü. Amma çətinliklərə sinə gərir, heç vaxt məğlub olmurdu. Əlinin öladları və Fatimənin özü çox vaxt ac olurdular. Həmçinin Əli və Peyğəmbərin özü də ac olurdu. Nəhayət Həsən və Hüseyn (əleyhiməssalam) babalarını görəndə şikayət edib dedilər ki, babacan, anamıza de ki, bizə yemək versin.[389]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bir gün Zəhranı görüb buyurdu:

    "Nə üçün rəngin belə saralmışdır? Ərz etdi ki, Ya Rəsuləllah, acından belə olmuşam. Sonra Həzrət onun barəsində dua etdi ki, Allah onun aclığını aradan qaldırsın. Cabir ibni Əbdüllah deyir: Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) dua etdikdən sonra Fatimə heç vaxt acmadı.[390]

    Burada qeyd edirik ki, Həzrət Peyğəmbər və Əlinin gəliri o qədər də az deyildi ki, belə pərişan olsunlar. Onlar həmişə öz yeməklərini fəqilərə verirdilər. Belə ki, Əli (əleyhissalam) "Nəhcül-bəlağə”nin 200-cü xütbəsində buyurur: Peyğəmbər həmişə səy edirdi ki, özünü dövrünün ən yoxsul şəxsi ilə eyni səviyyədə saxlasın.

    Başqa bir hadisəni nəql etməklə bu məsələ daha aydın olar. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) həmişəki adəti üzrə səfərdən qayıdanda əvvəlcə Həzrət Zəhranın evinə baş vururdu. Bir dəfə gələndə gördü ki, evin qapısına bir pərdə asılıb, Əli (əleyhissalam)-ın müharibə qənimətlərindən (öz payından) aldığı boyunbağı qızı Fatimənin boynundadır. Həzrət əvvəlki dəfələrin əksinə olaraq Fatimənin evində dayanmadı və buyurdu:

    "Qızım, sən ki qızıl boyunbağı asmısan, camaat deməzmi ki, müstəkbirlər kimi libas geyir və bəzənir?” Zəhra (əleyhissalam) bunu eşidən kimi boyunbağını çıxartdı və onu satıb Allah yolunda bir qul azad etdi.[391]

    Bildiyimiz kimi, qadının zinətlənməsi, həyat rifahının yüksəlmək və ailəyə daha yaxışı qulluq etmək dini göstərişlərdəndir, amma Zəhra Peyğəmbərin qızıdır və bütün dini-siyasi mülahizələri nəzərə almalı, elə sadə yaşamalıdır ki, bu hal yalnız yeganə nümunə qadına məxsusdur. Mərhum Əllamə Şübbər yazır ki, o zaman müsəlmanların vəziyyəti o qədər ağır idi ki, hətta geymək üçün kifayət qədər paltarları yox idi, namazda rükuya gedəndə ovrətləri arxadan görünürdü, buna görə də Peyğəmbər əmr etmişdi ki, qadınlar kişilərdən qabaq rükudan qalxmasınlar.[392]

    Həzrət Fatimənin həyat tarixi göstərir ki, o, ərinin evində işləyirmiş. Beləliklə də qadınlara ər evində işləməyi tövsiyə etmişdir.
    ƏR EVİNDƏ İŞLƏMƏYİN SAVABI

    47-ci fəsildə ər saxlamağın mükafatları barəsində söhbət olundu. İndi qısa şəkildə qazın ər evində işləməyinin savabını göstərən bir neçə hədisi qeyd edirik. Ümidvarıq ki, əziz oxucular üçün faydalı olacaq. İmam (əleyhissalam) buyurur:

    "Hər qadın ərinin evində 7 gün xidmət etsə, mütəal Allah cəhənnəmin bütün qapılarını onun üzünə bağlayar və behiştin bütün qapılarını onun üçün açar; o, hər qapıdan girməkdə azaddır.”[393]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) də bu barədə buyurur ki, "bu işlər halal və ən böyük ibadətlərdəndir.”[394]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər qadın həyat işlərində əri ilə müdara etməsə (yola getməsə), ağır xərcləri ona qəbul etdirsə, nə qədər ki, bu şeytani işdən tövbə etməmişdir, Allah taala onun ibadətlərini, fəzl və bəxşişlərini qəbul etməz.”

    Bu hədisdə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur ki, qadın maddi məsələlərdə əri ilə razılaşmasa, onu gücü çatmayan şeylərə məcbur etsə, Allah o qadının ibadətlərini qəbul etməz və onu Öz qəzəbinə düçar edər.[395]

    Bir hədisdə oxuyuruq ki, Allah taala əri ilə yola gedən qadınları Bərrin behiştlərində Fatimə (əleyha salam) ilə birlikdə məşhur edəcəkdir.[396]

    Əli (əleyhissalam) da ərinin mal-dövlətini qoruyub saxlayan qadınları tərifləmişdir.[397]


    [349]"Nur” surəsi, ayə:31, 32

    [350]"Kafi”, 5-ci cild, səh.534

    [351]"Vəsailüş-şiə”, 14-cü cild, səh.172

    [352]"Rovzətul-müttəqin”, 9-ci cild, səh.434

    [353]"Fürui-kafi”, 5-ci cild, səh.559

    [354]"Vəsailüş-şiə”, 14-cü cild, səh.17

    [355]"Nəhcül-bəlağə”, 31-ci məktub

    [356]"Səfinə”, 2-ci cild, səh.587

    [357]"Kənzül-ümmal”, 16-cı cild, səh.144

    [358]"Vəsailüş-şiə”, 2-ci cild, səh.817

    [359]"Vəsailüş-şiə”, 15-ci cild, səh.450

    [360]"Kənzül-ümmal”, 16-cı cild, səh.413

    [361]"Füruği-əbədiyyət”, 2-ci cild, səh.479-490

    [362]7-ci cild, səh.302

    [363]"Səfinə”, 2-ci cild, səh.425

    [364]"Qəsəs” surəsi, ayə:25

    [365]"Kafi”, 5-ci cild, səh.518

    [366]"Şərhi mən la yəhzür”, 8-ci cild, səh.113

    [367]"Səfinətül-bihar”,2-ci cild, səh.587

    [368]"Vəsailüş-şiə”, 14-cü cild, səh.43

    [369]"Fürui-kafi”, 5-ci cild, səh.516

    [370]"Vəsailüş-şiə”, 14-cü cild, səh.177

    [371]"Vəsailüş-şiə”, 14-cü cild, səh.174

    [372]"Biharul-ənvar”, 103-cü cild, səh.261

    [373]"Vəsailüş-şiə”, 14-cü cild, səh.185

    [374]"Biharul-ənvar”, 103-cü cild, səh.235

    [375]"Vəsailüş-şiə”, 2-ci cild, səh.89

    [376]"Nəhcül-bəlağə”, 21-ci məktub

    [377]"Biharul-ənvar”, 103-cü cild, səh.231

    [378]"Qürərül-hikəm”, səh.15

    [379]"Kafi”, 5-ci cild, səh.327

    [380]"Qürərül-hikəm”, səh.237

    [381]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.101

    [382]"Fürui-kafi”, 5-ci cild, səh.78

    [383]"Kənzül-ümmal”, 6-cı cild, səh.493

    [384]"Vəsailüş-şiə”, 14-cü cild, səh.49

    [385]"Səfinə”, 2-ci cild, səh.195

    [386]"Kənzül-ümmal”, 16-cı cild, səh.361

    [387]"Müntəhəl-amal”, 1-ci cild, səh.133

    [388]"Cəlaül-üyun”, 1-ci cild, səh.137

    [389]"Səfinətül-bihar”, 1-ci cild, səh.192, 193

    [390]"Kafi, 5-ci cild, səh.429

    [391]"Məkarimül-əxlaq”,səh.95. Səfinə, 1-ci cild, səh.420

    [392]"Cəlaül-üyun”, 1-ci cild, səh.153

    [393]"Rovzətul-müttəqin”, 14-cü cild, səh.123

    [394]"Töhəfül-üqul”, səh,.26

    [395]"Rovzətul-müttəqin”, 9-cu cild, səh.388

    [396]"Vəsailüş-şiə”, 15-ci cild, səh.37

    [397]"Nəhcül-bəlağə”, səh.1190

    Category: Islamda evlənmə və ailə hüququ-2 | Views: 381 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017