İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1687
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jazesinomo
  • Seadet
  • HozardbiT
  • ClyzePrisy
  • ZatrickLus
  • El_qarie
  • TrenzhoUth
  • NathazDrymn
  • Broscype
  • BranzonHut
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-1
    8:10 AM
    Islamda evlənmə və ailə hüququ-1

    ÜÇÜNCÜ HİSSƏ
    ON ALTINCI FƏSİL
    EVLƏNMƏ YAXUD MÜQƏDDƏS BİR èEYVƏND


    Allah taala buyurur:

    "Həyat yoldaşı olmayan kişi və qadınları, həmçinin layiqli kənizlərinizi və əməlisaleh qullarınızı evləndirin. Əgər fəqir və yoxsul olsalar, Allah Öz lütf və mərhəməti ilə onları zəngin edəcəkdir. Allah vüsət bağışlayan və biliklidir.”[219]

    Bütün qızlar və oğlanlar həyatın xüsusi dövrlərində evlənməyə ehtiyac duyurlar. Bu, insanın təbii qərizələrindəndir ki, öz daxilindən və bir kəsin təlimi olmadan vücda gəlir. Cinsi qərizəni söndürmək üçün üç mümkün variant təsəvvür edilə bilər:

    1-Narkotik maddələr qəbul etməklə cinsi qərizənin qarşısını almaq;

    2-Fahişəlik və zinakarlıq işlərinə aludə olmaq, qeyri-qanuni yollardan istifadə etmək;

    3-İlahi sünnətə–evlənməyə əməl edib ailə təşkil etmək.

    Aqil və mütərəqqi fikirli agah insanlar birinci yolu yararsız olduğunu hökm edir və inanırlar ki, bu fərzdə insanların varlığı fənaya doğru sürüklənir, bu ilahi əmanəti məhv edirlər. Çünki bu güclü qərizə həyatda eşqin, səfa-səmimiyyətin mühüm və qüdrətli hərəkətinin əsas başlanğıcıdır. Şəkksiz ikinci yolun da törətdiyi fəsadlar birincidən heç də az deyildir. Çünki bunda fərdin mənəviyyatının, şəxsiyyətinin məhv edilməsindən əlavə, çoxlu ictimai və islami zərərləri də öz ardınca gətirəcəkdir. Bu yolun ardınca düşmək ictimaiyyətin fəsada sürüklənməsinə, əmin-amanlığın aradan getməsinə və ailələrin fəsada çəkilməsinə, əxlaq pozğunluğuna səbəb olur. Əql, məntiq və insaniyyət şərafəti bu fərz ilə müxalifdir. Çünki bu yolun yolçuları həmişə fəsada düçar olur onlarda insaniyyət, azadlıq ruhiyyəsi ölür. Amma son dərəcə təəssüflə qeyd etmək lazımdır ki, çoxlu insanlar bu təhlükəli yolu getməkdədirlər. Qərb dövlətlərində baş alıb gedən qeyrətsizlik, həyasızlıq, iffətsizlik kimi ictimai eybəcərliklər elə bir həddə çatmışdır ki, ər və kürəkənlər iftixar edirlər ki, onların həyat yoldaşları və məşuqələri öz nəfsani istəklərinə, ehtiraslarına tabe olan yüzlərlə kişinin qeyri-qanuni istəklərindən faydalanırlar. Bu üzdəniraq "inkişaf etmiş” ölkələrdə ictimai fəsad və namussuzluq o qədər acınacaqlı hala gəlib çatmışdır ki, hətta ailələrin məhəbbət telləri tamamilə qırılmışdır, kişilər bir-biri ilə livat əməlinə başlayırlar! Bu cəmiyyətlər arasında hər min nəfərdən hətta biri belə zina, fəsad və əyyaşlıqdan amanda deyillər.

    Bir müddət bundan əvvəl dünya xalqlarının qanını əsrlər boyu zəli kimi soran istismarçı və müstəmləkəçi İngiltərə dövlətində livatın rəsmi və qanuni bir iş olmasına icazə verən layihə bu ölkənin parlamentinə təqdim edilmiş, sonra Böyük Britaniyanın milli məclisi və lordlar palatası bu heyvani layihəni təsdiq etmiş, bu ölkədə eyni cinsdən olan fərdlərin bir-biri ilə (qadının qadın ilə, kişinin kişi ilə) evlənməsini rəsmi şəkildə qanuniləşdirmişdir.[220]

    Amerika da İngiltərənin getdiyi yolla gedərək eyni cinsdən olan iki fərdin "ailə qurması”nı azad etmişdir.

    İngilis dilində nəşr edilən "Qardin” qəzeti yazır: "Nyu Yorkun Ali Məhkəməsinin rəyinə əsasən, eyni cinsdən olan fərdlərin evlənməsi azaddır.” Londondan verilən xəbərlərə görə məhkəmə bu barədə həyasızcasına elan etmişdir: "Bundan sonra Amerikada qadınla kişinin bir-biri ilə evlənərək ailə qurması heç də yeganə ailə quruluşu hesab olunmur, həmçinin eyni cinsdən olan iki fərdin bir-biri ilə evlənərək "ailə” qumasına da icazə verilir.

    Bu, Amerikanın sırf maddi və fəsada uğramış cəmiyyətidir ki, bir-biri ilə cinsi əlaqədə olan eyni cinsli fərdlər rəsmi şəkildə bir-biri ilə yaşayırlar, ailə hüquqlarından faydalanırlar.

    "ördüyünüz kimi əvəldə qeyd etdiyimiz bu fərz də çox təhlükəli bir yol olub insaniyyət nəzərindən cəmiyyəti süquta uğradır.
    EVLƏNMƏYİN FƏZİLƏTİ

    Üçüncü yol təbbii, qanuni və əqlin qəbul etdiyi bir yoldur. Allah taala Qurani məciddə, Məsum rəhbərlərimiz hədislərdə insanları bu şərəfli işə rəğbətləndirmiş, bu mühüm işi müqəddəs və səmərəli bir vacib kimi təqdim etmişlər. İndi diqqətinizi bu barədə olan bəzi hədislərə cəlb edirik:

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "İslamda elə bir bina qurulmamışdır ki, Allahın dərgahında evlənmədən daha sevimli olsun.”[221]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Dünya və axirətdə heç bir ləzzət evlənmədən daha ləzzətli ola bilməz.”[222]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Allah dərgahında nikah səbəbi ilə abad olan evdən daha sevimli bir şey yoxdur.”[223]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Bir kişi atamın yanına gəldi. Atam ondan soruşdu: Arvadın varmı? Dedi: Yox. Atam buyurudu: Mən heç vaxt razı olmaram ki, dünya və onda olanları mənə versinlər, amma bir gecəni arvadım yanımda olmadan keçirəm.” Sonra Həzrət buyrudu: "Evli adamın qıldığı iki rəkət namaz subay adamın bütün gecə etdiyi ibadətdən, gündüzü tutduğu orucdan fəzilətlidir.”[224]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Cəddim Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: hər kəs evlənsə, dininin yarısını qorumuşdur.”[225]

    Bu hədislər göstərir ki, evlənmə ilahi bir sünnət, ibadətlərin ən sevimlisidir, bu müqəddəs işə başlamaqla həyatın əsl ləzzətini dərk etmək, beləliklə zinadan, şorgözlülükdən, günahdan amanda qalmaq, şəxsi, ictimai və dini inhirafdan, şeytani həvəslərə süqut etməkdən saxlamaq olar.
    EVLƏNMƏMƏYİN CƏZASI

    Evlənmə öz-özlüyündə həddindən artıq təkid olunmuş müstəhəb bir əməldir. Amma əgər bir kəs ailə qurmamaq səbəbi ilə günaha və ya məşəqqətə düşərsə, bu halda evlənməsi vacibdir ki, özünü harama düşməkdən və cinsi narahatlıqlardan qurtarsın.[226]

    Məsum rəhbərlərin kəlamlarında da bu müqəddəs iş bir ilahi və Peyğəmbər sünnəti kimi təqdim edilmiş, bu işi tərk edənlər dünyada ən pis adamlar hesab olunmuşlar. Belə şəxsləri şeytanın qardaşı və dostları hesab etmişlər.

    Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

    "Sizin ən pisləriniz (ömür boyu) subay qalanlarınızdır və subaylar şeytanların qardaşlarıdır.”[227]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Nikah mənim sünnətimdəndir. Hər kəs mənim sünnətimdən üz döndərsə (və evlənməsə) məndən deyildir.”[228]

    Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

    "Evli bir şəxsin qıldığı iki rəkət namaz bir gecəni və gündüzü namaz qılan şəxsin namazından fəzilətlidir.”[229]

    İmam Baqir (əleyhissalam) buyurur:

    "Rəsuli Əkrəm buyurmuşdur: Hər kəs maddi məsələlərdən və həyat xərclərindən qorxub evlənməsə deməli, Allah və Onun vədəsi barədə sui-zənn etmişdir.”[230]

    Çünki "Nur” surəsinin 32-ci ayəsində Allah taala buyurur ki, evlənin, əgər yoxsul olsanız, Allah Öz fəzl və rəhmətindən sizi ehtiyacsız edəcək.

    Bu hədislərdən məlum olur ki, evlənməyən şəxslər bədbin və kinli adamlar şeytanın dostlarıdır. Belə şəxslər müxtəlif günahlara mürtəkib olurlar. Evlənmə həddinə çatan subay şəxslər, şəksiz ki, şeytanın tələsinə, fəsada və günaha düşür, icitimai cəhətdən də qeyri-adi adam hesab olunurlar. Bu cür şəxslər ruhi xəstəliklərə, pərişanlıqlara, həyəcanlara düçar olur, fəqirlikdə və bədbəxtlikdə yaşayırlar. Belə adamların işləməyə hövsələləri yoxdur, həyatın şadlığı, inkişaf və təkamül arzuları onlarda məhv olmuşdur. Halbuki, ailə qurmuş şəxslər əhl-əyal sahibi olduqlarına görə lazımi qədər fəaliyyət edir, səy göstərir və öz yorğunluqlarını ailədəki səfa-səmimiyyətlə, mehr-məhəbbətlə çıxırlar, işə və fəaliyyətə yenidən başlayırlar. Buna görə də ailəli şəxslərin həyatı subayların həyat tərzindən həmişə üstün olmuşdur.
    EVLƏNMƏDƏ ƏSAS MƏQSƏD

    Evlənmə barəsində qeyd etdiyimiz hədislər İslam ardıcıllarını ailə qurmağa ciddi şəkildə rəğbətləndirir, bu işi tərk etməkdən çəkindirir, onun həm bu dünyadakı, həm də axirətdəki mənfəətlərini xatırladır. Demək olar ki, evlənməyin əsas məqsədlərindən biri saleh və ləyaqətli övlada malik olmaqdır. Bütün təbii ləzzətlər, axirət mükafatı, ər-arvad arasında ünsiyyət və mehr-məhəbbət övlad dünyaya gətirib onun tərbiyəsini öhdəyə almaq və bu yoldakı əzab-əziyyətə dözmək üzərində qurulmuşdur. Buna görə də İslami rəvayətlər kişilərin çox doğan nəsildən olan arvadlarla evlənməsini təşviq etmiş, çox doğmayan nəsildən olan qadınlarla evlənməkdən çəkindirmişdir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Bakirə və çox doğan (nəsildən olan) qızlarla evlənin, amma gözəl, lakin az doğan (nəsildən olan) qızlarla evlənməyin. Çünki mən, qiyamət günü öz ardıcıllarımın çoxluğu ilə iftixar edəcəyəm.”[231]

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: "Hər kəs mənim sünnətimə tabe olmaq istəyirsə, (bilməlidir ki,) həqiqətən evlənmə (nikah) mənim sünnətimdəndir. Övlad istəyin (tələb edin), çünki mən, sabah (qiyamət günü) sizinlə ümmətimin başqa ümmətlərdən çox olması ilə iftixar edəcəyəm.”[232]

    Deməli, evlənməyin əsl məqsədi övlad dünyaya gətirib saleh insan nəslini artırmaqdır. Bu, müqəddəs İslam şəriətinin çox tövsiyə etdiyi və bəyənilən işlərindəndir. İslam ardıcılları səy etməlidirlər ki, üzücü və ağır xərclər olmadan, sadə şəkildə bu işi cəmmiyyətdə bərqərar etsinlər, bu müqəddəs işə mane olan qeyri-İslami qayda-qanunları tərk etsinlər və ona məsuliyyət hissi ilə yanaşsınlar. İslami göstərişlərə müvafiq olaraq ata-anaya vacibdir ki, mümkün olan kimi övladının evlənməsinə səy göstərsinlər, əks halda, əgər bu işə etinasız yanaşarlarsa, öz övladlarının günahlarında şərik olacaqlar. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər kəs övladını imkanı olan surətdə evləndirməsə və o da günah eləsə, övladın etdiyi həmin günahda şərikdir.”[233]

    Allah bütün hörmətli valideynlərə, övladlarını bu müqəddəs işə təşviq etməkdə müvəffəq etsin!
    ON YEDDİNCİ FƏSİL
    EVLƏNMƏNİN DÜNYƏVİ VƏ AXİRƏT FAYDALARI

    Evlənmə ilahi qanun və peyğəmbər sünnəti, habelə dini vəzifə olmaqla yanaşı, onun şirin səmərələri də vardır. Ailə qurmuş bir insan, Məsum rəhbərlərin, habelə Pərvərdigari Aləmin göstərişlərinə əməl etməklə eyni zamanda evlənmə ilə özünü səadətə xoşbəxtliyə çatdırır, fərdilik sərhədlərindən ictimaiyyətə, məsuliyyətli bir ocağa doğru qədəm götürür. Çünki subay bir insanın cəmiyyətdə bir o qədər də etibarı yoxdur, insanların, cəmiyyətin dərdini lazımınca dərk edib başa düşmür. Bu kimi şəxslər adətən, kinli, insanlara və ictimaiyyətə qarşı bədbin insanlar olub işə, ictimai fəaliyyətə olan hövsələlərini də tədricən itirirlər. O qədər pərişan və soğlun olurlar ki, sübhlər yatağından qalxa bilmir, başqalarının həyat şəraitini və imkanlarına şəkk edir, bəzi vaxtlar lazımi təqva sahibi olmamaqla yanaşı, təhlükəli işlərə də əl atır.

    Məsələn, mürtəce qruplaşmaların havadarlarının bəziləri evlənib əhl-əyal sahibi olduqdan sonra onlarda daxilən böyük mənəvi bir dəyişiklik yaranmış, bütün təfəkkür tərzində, hisslərində dərindən dəyişiklik baş vermişdir, ailə idarə etmək məsuliyyəti onları iş görməyə vadar etmişdir. Həmin şəxs ki, subaylıq çağlarında sübh oyana bilmirdi, evlənib ailə qurduqdan sonra yüksək əhval-ruhiyyə ilə, xatircəmliklə, həyata olan nikbinliklə öz fəaliyyətlərini artırır, cəmiyyətin fəal bir fərdinə çevrilir, daha üstün bir həyatı izləyir. Onun həyatı nə qədər inkişaf edirsə, qəlbindəki bədbinliklər, kinlər də bir o qədər azalır və nəhayət tamamilə yox olub aradan gedir. Nəticədə başqalarının nəzərində daha artıq etibar qazanır, ehtirama layiq görülür. İnsanları sevmək hissi, xüsusilə ata-anaya qarşı ülvi məhəbbət telləri bu cür şəxslərdə çiçəklənir, hərgah narahatedici və ya azdırıcı bir məsələ qarşısına çıxarsa, müqəddəs ailə ocağına pənah aparır, öz dərdini aradan qaldırır, sağlam ruhiyyə, aram əsəb sistemi ilə öz fəaliyyətinə başlayır. Buna əsasən, öz qərizələrini məhv etməyən, fahişəlik və cinsi inhiraflar bataqlığına yuvarlanmayan bütün insanlar üçün evlənməyin zərurəti məlum və aşkardır. Hətta ilahi peyğəmbərlər və Məsum imamlar da (əleyhissalam) bu qanundan istisna deyillər.

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Ənsardan olan bir cavan oğlan Həzrət Peyğəmbərin hüzuruna gəlib yoxsulluqdan şikayət etdi. Həzrət buyurdu ki, "get evlən.” Elə bu zaman Həzrətin səhabələrindən biri o cavanı görüb dedi: "Mənim gözəl bir qızım var, onu sənə ərə vermək istəyirəm.” O cavan oğlan da bu təklifi qəbul edib Peyğəmbərin tövsiyəsinə əməl etdi. Allah taala da onun ruzisini qəribə şəkildə artırdı. O cavan bu məsələni Həzrətə xəbər verdikdə, Həzrət sair cavanlara xitabən buyurdu: "Hamınız evlənmək fikrində olun.”[234]

    Saleh övlad tərbiyə etmək evlənmənin bu dünyadakı ən müsbət faydası olmaqla yanaşı, mənəvi və axirət nəzərindən də bu əməl Allahın bəyəndiyi, son dərəcə əhəmiyyət verdiyi məsələdir. Evlənmə insanı çoxlu günahlardan saxlayaraq Allah dərgahına yaxınlaşmasına səbəb olur. Bu Peyğəmbər sünnəti ibadətlərin savabını bir neçə qat artırır, özü də ilahi ibadət və itaətlərdən hesab olunur.


    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər kəs Allah dərgahında xeyir aqibətli olub kamil iman, pak qəlb ilə dünyadan getmək istəyirsə, hökmən evlənməlidir.”[236]

    Həzrət yenə buyurur:

    "Evli şəxsin qıldığı iki rəkət namaz subay şəxsin qıldığı yetmiş rəkət namazdan üstündür.”[237]

    Həzrət yenə buyurur:

    "Hər kəs evlənsə, dinin yarısını qoruyub saxlamış olur. Qalan yarısında da təqvalı olub Allahdan qorxsun.”[238]

    "Cəhənnəm əhlinin əksəriyyəti subaylardır.”[239]

    Bu fəsildə qeyd olunan hədislərdən məlum olur ki, hər bir şəxsin fərdi və ictimai şəxsiyyətinin formalaşması müəyyən qədər onun evlənməsi ilə əlaqədardır və evlənmə olmadan çox az adam tapmaq olar ki, cəmiyyətdə xoşagələn, istənilən və münasib şəxsiyyətə malik olsun, camaatın nəzərində etimadlı sayılsın, öz imanını cinsi, fikri və atifi inhiraflar bəlasından, iztirablardan, kin və həsəddən qoruyub saxalaya bilsin. Məsum rəhbərlər bu məsələdə hamıdan irəlidə olmaqla öz ardıcıllarını bu ilahi sünnətə rəğbətləndirmişlər. Çünki heç kəs həyat yoldaşı seçib evlənmədən ruhi aramlıqda ola bilməz ta ki, ilahi mərifətdə lazımi qədər agahlığa malik olsun və cinsi qərizənin amansız şölələrindən amanda qalsın. Buna görə də Allah Qurani məciddə ruhun aram olmasını evlənməyin ən mühüm səmərələrindən hesab edir:

    "Allahın ayə və nişanələrindən biri də budur ki, sizin üçün sizin özünüzdən olan həyat yoldaşları (zövcələr) qərar verdi ki, onlarla birlikdə aramlıqda, asayişdə olasınız.”[240]

    Bəli, ailə qurmaq insanların qəlbi və ruhi aramlığı, iztirablardan xilas olmaq səbəbidir, habelə cəmiyyətin bütün yönlərindəki fəaliyyətinə, işgüzarlığına sövq edir, günahdan amanda qalmağa, Allah dərgahına yaxınlaşmağa səbəb olur.


    [219]"Nur” surəsi, ayə:32

    [220]"əl-mizan” təfsiri, 4-cü cild, səh.197-198; "Nizami-hüquqi zən”, səh.183

    [221]"Vəsailüş-şiə”. 14-cü cild, səh.3

    [222]"Rovzətül-müttəqin” 8-ci cild, səh.88

    [223]"Fürui-kafi”, 5-ci cild, səh328

    [224]"Səfinətül-bihar”, 2-ci cild, səh.183

    [225]"Vəsailüş-şiə”, 14-cü cild, səh.5

    [226]"Tovzihul-məsail”, 2452-ci məsələ

    [227]"Camiül-əxbar”, səh.115

    [228]"Ürvətül-vüsqa”, səh.622

    [229]"Vəsailüş-şiə”, 14-cü cild, səh.7

    [230]"Fürui-kafi”, 5-ci cild, səh.331

    [231]"Fürui-kafi”, 5-ci cild, səh.333

    [232]"Vəsailüş-şiə”, 14-cü cild, səh.3

    [233]"Məcmül-bəyan” təfsiri, 7-ci cild, səh.140

    [234]"Şərhi mən la yəhzür”, 8-ci cild, səh.84

    [235]"Səfinətül-bihar”, səh.561

    [236]"Vəsailüş-şiə”, 14-cü cild, səh.6

    [237]"Cəvahirül-kəlam”, 29-cu cild, səh.12

    [238]"Fürui-kafi”, 5-ci cild, səh.329

    [239]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.86

    [240]"Rum” surəsi, ayə:21

    Category: Islamda evlənmə və ailə hüququ-1 | Views: 515 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017