Sirrin qorunması Sirrin qorunması bir vəzifədir və ailə daxilində bu vəzifəyə əməl olunmalıdır. Ailə sirlərin açıldığı yerdir. Az adam öz sirrini həyat yoldaşından gizlədə bilər. Yaxın münasibət batini zahirə çıxarır. Ailə daxilində sirr saxlamağa imkan yoxdur. Bu sirr ailəyə məlum oludqda isə onun kənara çıxmasına yol verməməlidir. Ailə sirrinin açılması ailə əsaslarına zərbə vurur, onun adına nöqsan gətirir. Qurani-kərim bu mühüm əsası kiçik bir cümlədən bəyan edib, ər-arvad haqqında buyurulur: «Onlar sizin, siz də onların libasısınız». Libas insanın eyblərini örtdüyü kimi, qadın və kişi də bir-birlərinin eyblərini örtüb, sirrlərini açmamalı, bir-birlərinin şəxsiyyətinin alçalmasına yol verməməlidirlər. İki mehvərdə qələmə alınanlardan bəzisi əhəmiyyətli ailə əxlaqı əsaslarındandır. Növbəti hissədə zikr ediləcək məsələlər evlənmənin məqsədlərinə, layiqli övlad tərbiyəsinə nail olmaq üçün şərait hazırlayır. |