İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 16 » İslam dunyagörüşü İnsan və iman
    5:38 AM
    İslam dunyagörüşü İnsan və iman
    DÖRDÜNCÜ FƏSİL
    MƏKTƏB VƏ İDEOLOGİYA
    Məktəb və ideologiya nədir və onun tərifi nədən ibarətdir? Cəmiyyət üzvü kimi insanın hər hansı bir məktəb və ideologiyaya qoşulması və dinə iman gətirməsi hansı zərurətdən irəli gəlir?
    Ümumiyyətlə məktəb və ideologiyanın olması hər hansı bir şəxs və ya cəmiyyət üçün zəruridirmi?
    İnsanın fəaliyyətləri iki hissəyə bölünür:
    Birincisi, zövq və həvəslə həyata keçirilən ləzzətverici fəaliyyətlər;
    İkincisi, ağıl və tədbirlə həyata keçirilən fəaliyyətlər.
    Ləzzətverici fəaliyyətlər insanın adət və istək üzündən gördüyü gündəlik sadə işlərdir. O, bu işləri cismani ləzzətlər almaq və ya qarşılaşacağı çətinliklərdən yaxa qurtarmaq məqsədilə həyata keçirir. Susuz olarkən su axtarıb tapmağı, zəhərli bir ilan görərkən təhlükədən uzaqlaşmağı, vaxtaşırı siqaret çəkməyi və bu kimi adi işləri ləzzətbəxş fəaliyyətlərə aid etmək olar. Çünki belə işlər birbaşa insanın meyl və istəyi ilə həyata keçirilir. Ümumiyyətlə ləzzətverici işlər insanda özünə qarşı cazibə, çətinliklərə qarşı isə özündən dəf etmə hissi yaradır.
    Tədbirlə həyata keçirilən işlər isə heç bir cazibə və dəf etmə xüsusiyyətlərinə malik deyildir. Yəni insanın təbiəti onu bu işlərə sövq və ya onlardan dəf etməyir. Artıq insan bu kimi işlərin icrasında (və ya onları tərk etməkdə) əqli dəlillərə əsaslanır, xeyir və ya ziyanla nəticələnəcək amillərə diqqət yetirir.
    Deməli, insanı hərəkətə gətirən qüvvə ləzzətverici amillər deyil, yekun məsləhətdir. Ləzzətbəxş işlər öz təsirini icra olunarkən biruzə verir, amma məsləhətlə görülən işlər isə heç də belə deyildir. Bu kimi işlərdə insan gördüyü işin nə ilə nəticələnəcəyini düşünür və səadətə nail olacağını gördükdə sevinc hissi keçirir. Amma bəzən görürük ki, insan ona zərər yetirəcək məşəqqətləri qəbul etməli olur və bu onun razılığı əsasında baş verir. Məsləhətli işlər gec nəticə verdiyi üçün ləzzətbəxş olmasa da, tamamilə qənaətbəxş olur. Ləzzət və məşəqqət insanla heyvan arasında olan müştərək xüsusiyyətlərdəndir. Lakin razılıq, sevinc, etiraz, arzu etmək, ikrah kimi xüsusiyyətlər məhz insana aiddir. Çünki, razılıq, ikrah, arzu və s. xüsusiyyətlər insanın hissetmə qabiliyyəti ilə deyil, onun təfəkkür dairəsi ilə əhatə olunur.
    Bir qədər əvvəl qeyd etdik ki, insan öz tədbiri ilə həyata keçirdiyi işləri hiss ilə əlaqəli olan ləzzətbəxş işlərin əksinə olaraq, əql və təfəkkür ilə icra edir.
    Əql və təfəkkür ilə icra olunur – dedikdə, insandakı əql qüvvəsinin xeyir və kamala çatmaq üçün keçdiyi çətin yollar və ona nail olmaq üçün gördüyü tədbirlər, istək və iradə ilə icra olunur – dedikdə isə, insan vücudunda mövcud olan qeyri-adi qüvvə nəzərdə tutulur. Bu qüvvə ağıldan asılı vəziyyətdə olduğu üçün əqlin icraedici rolunu oynayır və bəzən bütün təbii istək və cazibələri, hətta əqli düşüncələrin əksinə olaraq əməl edir.
    Məsələn, cavan bir tələbənin təbiəti onu istirahətə, əyləncəyə və s. işlərə sövq edir. Amma ona hakim olan və gələcək aqibəti [xeyiri, zərəri] barəsində düşünməyə vadar edən əql qüvvəsi mənasız əyləncələrdən əl çəkib səadət və xoşbəxtliyini təmin edən ikinci yolu, yəni elm və təhsili seçməyi məsləhət görür. Başqa bir misal: Xəstəlikdən əziyyət çəkən hər bir şəxs acı dərmanlar, ağrıverici cərrahiyyə əməliyyatlarından daim uzaq olmaq istəyir. Amma istəklərinə hakim olan məsləhətgörücü əql qüvvəsi onu, sağlamlığına səbəb olan bütün işlərə boyun əyməyə vadar edir.
    Əql və iradə nə qədər güclü olsa, öz hakimiyyətini insan təbiətinə bir o qədər çox qəbul etdirir.
    İnsan tədbirlə həyata keçirdiyi işlərdə müəyyən nəzəri proqramlardan istifadə edir. O, əql və şüur baxımından nə qədər inkişaf etmiş olsa, göstərdiyi fəaliyyətlər ləzzətbəxş işlərdən bir o qədər tədbirli və kamil olur. Heyvani xislətlərə yönəldikcə isə, ləzzətbəxş istəklərə olan meyl daha da çoxalır. Çünki heyvanların bütün fəaliyyətləri ləzzət məqsədilə yerinə yetirilir. Bəzən heyvanlarda gələcəkdə nəticə verəcək işlərin həyata keçirildiyinin şahidi oluruq. Onların yuva qurmalarını, cütləşmələrini, köçəri həyat tərzi keçirmələrini və nəsil artımını buna dair misal çəkmək olar. Heyvanlar aləmi bu kimi işləri gələcək üçün görsələr də, onu şüurlu şəkildə hər hansı bir məqsədə nail olmaq üçün yerinə yetirmirlər. Onların gördükləri bu işləri «məcburi ilham» və ya «adət» adlandırmaq olar. İnsanda isə tədbirli fəaliyyətlər o qədər inkişaf edir ki, qısa müddət ərzində ləzzətbəxş fəaliyyətləri də əhatə etməyə başlayır. Yəni məsləhət diqqətlə həyata keçirilməlidir ki, ləzzətbəxş fəaliyyətlər də bu proqramların bir hissəsinə çevrilsin, eyni zamanda bütün təbii fəaliyyətlər ehtiyacları ödədiyi bir halda əqli hökmlərə də tabe olsun. Əgər tədbirlə həyata keçirilən fəaliyyətlər ləzzətbəxş fəaliyyətləri əhatə etsə və bu fəaliyyətlər eyni zamanda onun bir hissəsinə çevrilsə, təbiət əql ilə, istək isə insanın iradəsi ilə tam şəkildə uyğunlaşacaqdır.
    Bu kimi fəaliyyətlər müəyyən məqsəd və hədəfə nail olmaq məqsədilə həyata keçirildiyi üçün istər-istəməz icraedici vəsilə üzərində həyata keçiriləcək proqrama ehtiyac duyulur. Hər bir şəxs yalnız özü üçün tədbir gördükdə isə, özü həm tərtibedici, həm də icraedici rolunu oynayır və o, bunu ixtiyarında olan əvvəlki bilik və məlumatlar əsasında həyata keçirir.
    Tədbirlə həyata keçirilən fəaliyyətlər zirvə nöqtəsinə çatdıqda bəşərin insani fəaliyyətləri üçün kifayət etməyir. Bu fəaliyyətlərin həyata keçirilməsi üçün lazım olan ilk şərt onun insani xüsusiyyətləridir. Çünki onun insani xüsusiyyətlərinin yarı hissəsini əql, elm, şüur və tədbirli işlər təşkil edir.
    Amma buna baxmayaraq bu amillər kifayət etməyir. Həyata keçirilən fəaliyyətləri yalnız o zaman «insani»adlandırmaq olar ki, əql və iradə ilə bağlılığı olmaqla yanaşı, insaniyyətin ən ali zirvəsinə [kamala] yönəlmiş olsun.
    Buna nail olmadıqda isə ziddiyətli mövqe tutmaması gərəkdir. Belə ki, biz insanların törətdikləri cinayətlərin əvvəlcədən düşünüldüyünün və tədbirlə həyata keçirildiyinin şahidi oluruq. İstismarçı qüvvələrin (dövlətlərin) hal-hazırda həyata keçirdikləri siyasi, iqtisadi hiylələr dediklərimizin ən bariz nümunəsidir. Dini terminalogiyada insanların «ali insani» hədəflərdən uzaq düşərək yalnız maddi şeylərə və digər mənfi xislətlərə meyl etməsi«şeytənət» və ya «nukra» [Şeytani hiylə] adlanır.
    Fərz edək ki, tədbirlə həyata keçirilən fəaliyyətlər yalnız insana deyil, heyvani (qeyri-insani) fəaliyyətlərə də şamil olunur. Belə olduqda o, heyvani və ləzzətbəxş fəaliyyətlərdən daha da təhlükəli olar. Məsələn, yırtıcı heyvan özünü doydurmaq üçün başqa bir heyvanı, ya da insanı parçalayıb yeməlidir. Amma bütün işlərini tədbirlə həyata keçirən insan bu məqsədə nail olmaq üçün şəhərləri viran edir və minlərlə günahsız insanı qətlə yetirir.
    Əqli hədəflər necə? Hamının xeyrinə olması həyata keçirilməsi üçün kifayət edirmi?
    Bildiyimiz kimi insan cüzi tədbirlər həyata keçirmək istədikdə belə, əql və təfəkkürə əsaslanır. Şübhəsiz ki, o, dost, həyat yoldaşı, ixtisas seçməkdə, səfərə çıxmaqda, xeyirxah işlər görməkdə, pisliklərə qarşı mübarizədə nə qədər çox düşünüb-daşınarsa bir o qədər çox müvəffəqiyyət qazanmış olar. Amma bununla yanaşı, bu kimi məsələlərdə o başqalarının da kömək və təcrübəsinə ehtiyac duyur. İlk növbədə nə edəcəyini planlaşdırır və yekun qərar çıxardıqdan sonra onu həyata keçirir.
    Ümumi və geniş dairədə necə? Görəsən insan özünə aid olan işlərdə bütün məsələləri əhatə edə biləcək vahid proqram tərtib edə bilərmi? Yoxsa onun fərdi təfəkkür dairəsi buna qadir deyildir?!
    Filosoflardan bir çoxu iddia edərək deyirlər: Biz səadət və bədbəxtçiliklərin hansı amillər üzündən irəli gəldiyini təyin edir, əql və təfəkkürə əsaslanaraq səadətə nail ola bilirik. Amma bu nəzəriyyəni əməli olaraq təsdiq edə biləcək iki filosof tapmaq bir o qədər də asan deyildir.
    İnsanın əldə etmək istədiyi ən son mərhələ, yəni «səadət» ilk baxışda sadə nəzərə çarpsa da, ən sirli və müəmmalı məsələlərdən biridir.
    Səadət və xoşbəxtliyin nə olduğu və hansı amillər üzündən meydana gəlməsi indinin özündə də kimsəyə məlum deyildir.
    Nə üçün? Çünki insanın batini istedad və bacarığı hələ də tam şəkildə kimsəyə məlum deyildir və belə bir halda təbii ki, o səadətin nə olduğunu və hansı amillər üzündən yaranmasını dərk etməyə qadir olmayacaqdır.
    ötən fəsillərdə insanın ictimai varlıq olduğuna dair bəzi məlumatlar əldə etdik.
    Haqqında söhbət açmaq istədiyimiz bu fəsildə də həmən mətləbə işarə etməyi daha məqsədə uyğun sayırıq.
    Qeyd etdik ki, insan ictimai varlıqdır və bu səbəbdən də o öz ictimai həyatında bir çox çətinliklərlə qarşılaşır. Belə olduqda o, öhdəsinə düşən məsuliyyəti dərk etməli və bu çətinliklərin müqabilində lazımi əksül-əməl göstərməlidir. İctimai varlıq olduğu üçün onun səadəti, hədəfləri, xeyir və şəri, həyat tərzi, başqalarının səadəti ilə sıx əlaqəlidir. Bu səbəbdən də onun başqalarından ayrılıb müstəqil həyat tərzi keçirməsi sadəcə olaraq qeyri-mümkündür. Demək o elə bir həyat yolu seçməlidir ki, onu qət etməklə həm özünü, həm də başqalarını səadət və kamala qovuşdurmuş olsun.
    Digər bir halda, əgər əbədi həyatı, ruhun əbədiliyini habelə axirət dünyasını nəzərə alsaq daha çətin məsələlər ilə üzləşmiş olacağıq. Belə bir şəraitdə ideoloúi məktəbin yaranma zəruriyyəti özünü biruzə verir. Yəni elə bir ümumi nəzəriyyə meydana gəlməlidir ki, onun əsas hədəfi insanı kamala çatdırmaq və bəşəriyyətin səadətini təmin etmək olsun. Bu nəzəriyyədə əsas meyarlar əmr və qadağalar, yaxşılıq və pisliklər, hədəf və vəsilələr (vasitəçi amillər), ehtiyaclar, dərd və dərmanlar (çətinliklər və onun həll yolları), vəzifə və məsuliyyətlər əvvəlcədən müəyyən edilmiş olsun, həmçinin hamıya məsuliyyət və vəzifə təyin etmək yalnız ilahi mənbə tərəfindən qaynaqlansın.
    İnsan yarandığı vaxtdan, xüsusilə ictimai həyata qədəm qoyduğu ilk gündən bir neçə ixtilaf doğuran məsələlərlə qarşılaşmışdır və bu ixtilafların həlli üçün o, daim özündə məntiqə əsaslanan ideologiyaya ehtiyac duymuşdur. Quran terminalogiyasında bu edoloúi məktəb «şəriət» adlanır.
    Bəşəriyyət inkişafa doğru getdikcə bu ideologiyaya olan ehtiyac daha da güclənmişdir. Tarixə nəzər saldıqda görürük ki, bir növ irqçilik, millətçilik, qəbiləçilik və bir sıra mənfi xüsusiyyətlər keçmiş cəmiyyətlərə ictimai ruh kimi hakim olmuşdur. Belə bir şəraitdə (qeyri-insani olsa da) bəşəriyyətin üzərinə hakim olan ruh (qanun) insanlar arasında birliyin yaranmasına səbəb olmuş, əqli və elmi təkamül isə bu birliyin zəifləyib aradan getməsi ilə nəticələnmişdir.
    İnsanlar arasında birliyi bərqərar edən şey, onları xeyir və şər işlərdən agah edən yeganə amil də məhz vahid ideologiyadır.
    Müasir insanlar belə bir fəlsəfəyə dünənin insanından daha çox ehtiyac duyur. Elə bir fəlsəfə ki, hər bir şəxsin mənafeləri ilə müvafiq olmaqla yanaşı, onun mənəvi ehtiyaclarını da təmin etmiş olsun. Burada bir neçə sual meydana gəlir.
    1-Hər hansı bir ideologiya müəyyən şəxslər tərəfindənmi hazırlanır? Şübhəsiz ki, onlar ayrı-ayrılıqda bu işə qadir deyillər. Ümumiyyətlə insanlar ictimai həyatlarını təmin edə biləcək belə bir ideologiyanı qurmağa qadirdirlərmi? İnsan keçmiş və hal-hazırki həyat təcrübə və məlumatlarından istifadə edərək belə bir proqram tərtib edə bilərmi? Əgər insan özü haqda dəqiq məlumata malik deyilsə, təbii ki, özünün ictimai səadəti haqda da agah olmayacaqdır. Bəs nə etməli? Əgər dünyada mövcud olan bütün varlıqları və onların üzərinə hakim olan qanunları həqiqət, puç və boşluqları isə bunlardan uzaq hesab etsək belə bir qənaətə gəlməliyik ki, insanların ehtiyac duyduqları ideologiyaya da biganə yanaşılmamış və bu sahədə qənaətbəxş tədbirlər görülmüşdür. Bunun əsas səbəbkarı isə Allah tərəfindən bəşəriyyətə göndərilən peyğəmbərlər olmuşlar. Əql və elmi fəaliyyətlər də bu çərçivənin daxilində hərəkət etmişdir.
    Əbu Əli ibni Sina özünün «Nicat» adlı kitabında bəşəriyyətin ilahi dinə olan ehtiyacını və bunun peyğəmbərlər tərəfindən onlara bəyan olunmasını belə izah edir:
    «Fəlhacətu ila hazəl insani fi ənyəbqa novul insani və yətəhəssələ vücudəhu əşəddü minəl hacəti ila inbatiş-şəri ələl hacibeyni və təqiyril əxməsi minəl qədəmeyni və əşyaə uxra minəl mənfaeil-ləti la zərurətə iləyha fil əbqai bəl əksəru ma ləha innəha tənfəu fil bəqa.»
    (Bəşəriyyətin [insanların] peyğəmbərlərə, din mübəlliğlərinə və ideologiyaya olan ehtiyacı onların qaş tüklərinə və ayaqda olan çökəkliklərə olan ehtiyacından daha çoxdur.)
    Yəni insanların həyat və yaşayışı üçün zəruri olan ən kiçik ehtiyaclar belə təmin olunduğu bir halda, sözsüz ki, onların həyati məsələləri də nəzərdən qaçırılmamışdır.
    Varlıqlara qarşı real mövqe tutmadıqda isə, insan sağlam ideologiyalardan məhrum qalmalı və qaranlıq həyat tərzinə təslim olmalıdır.
    Yuxarıda qeyd etdiklərimizdən belə məlum olur ki, ideologiyanın mövcud olması zəruri olduğu kimi, insanların da ona meyl etməsi vacib və labüddür. Həqiqi ideologiyaya isə iman çərçivəsində nail olmaq olar. Din və ideologiya cəzb və qəbul ediləsi olduğu üçün onu zor gücünə əldə etmək olmaz. İdeologiya iman tələb edir və onlar bir-birləri ilə sıx əlaqədə olurlar.
    Bəşəriyyətə xidmət edən ideologiya elə bir dünyagörüşünə əsaslanmalıdır ki, həm əqli baxımdan qənaətbəxş olsun, həm də öz dünyagörüşündən cəzbedici, məntiqli və hədəflərə nail olmaqda etimadedici olsun. Belə olduqda imanın iki əsas ünsürü olan «eşq» və «əql» birləşərək bəşəriyyəti səadətə çatdırır.
    İdeologiya iki hissəyə bölünür: Bəşəri və ictimai.
    Bəşəri (insani) ideologiyada xitab hər hansı bir qəbilə və ya sülaləyə deyil, insanın [ümumilikdə] özünə aid edilir. Adından məlum olduğu kimi, bu ideologiyanın əsas prinsipləri insanları ayrı-ayrılıqda deyil, ümumilikdə məhrumiyyət və mənəvi sarsıntılardan azad edib səadətə doğru yönəltməkdir.
    İctimai ideologiya isə bunun tam əksinədir. Burada xitab müəyyən qrup və təbəqəyə olunur və onun əsas prinsipləri müəyyən ictimai təbəqəni müdafiə etmək və onların maraqlarını doğrultmaqdan ibarətdir.
    Bu ideologiyaların hər biri insan barəsində müəyyən baxışlara əsaslanır. İstər bəşəri, istərsə də ictimai ideologiyada, islam ideologiyasında olduğu kimi, insantanıma prinsipləri mövcuddur və dini termin olaraq bu prinsiplər «fitrət» adlanır. Dini nöqteyi-nəzərdən insanın yaradılış prosesi tarixi və ictimai amillərdən ön planda yerləşir. Beləki o, özünə xas olan bəzi xüsusiyyətləri ilə digər canlılardan fərqlənir və həyat səhnəsində özünəməxsus məqama nail ola bilir. Bu nəzəriyyəyə əsasən belə bir qənaətə gəlmək olur ki, insan düşüncə və şüura malik olduğu üçün fitrətində bir növ səlahiyyət və dirçəliş zühur edir və onun kamala doğru hərəkət etməsi üçün mühüm rollardan birini oynayır.
    Bəzi ideoloúi məktəblər insan haqda digər təsəvvürə malikdirlər. Onların fikrincə insan heç bir səlahiyyət və dirçəliş prosesinə qadir deyildir. Çünki, onun şüuru, vicdanı, müxtəlif cərəyanlara olan meyli tarixi səbəblərin, ümumi təbəqələrdə isə ictimai amillərin təsiri altında müəyyənləşir. Müxtəlif insan yalnız tarixi və ictimai baxımdan nə şüura, nə səlahiyyətə, nə də fitri vicdana malikdir. Beləki o, xarici varlıq deyil, xarici varlıqlardan başa düşüləsi bir varlıqdır.
    Marksizm və digər fəlsəfi məktəblər insan haqda məhz belə bir ideyaya əsaslanırlar. Bu məktəblərin ən başlıca məqsədi müxtəlif təbəqə mənafelərinin və ya qəbiləvi, milli hissiyatların yaradılmasıdır.
    İslam ideologiyalarının hədəfi isə ilk gündən insan fitrəti və onun saflığı olmuşdur. Bu səbəbdən də islam hansısa müəyyən təbəqəyə deyil, bəşəriyyətə ümumilikdə «Ən-nas» - «camaat» deyə müraciət edir. Bunu da qeyd etmək lazımdır ki, islam bütün təbəqələrdən, hətta müxalif qruplardan belə özünə tərəfdar və himayəçi cəlb etmiş, həmçinin onlardan müxtəlif sahələrdə səmərəli istifadə edə bilmişdir. Bu siyasət tarix boyu uğurla həyata keçirilmiş və hal-hazırda da davam etdirilməkdədir.
    İslam insanın fitrətinə arxalanaraq onun batininə nüfuz edir və öz dağıdıcı xüsusiyyətinə qarşı üsyan etməyə vadar edir. Belə bir batini çevriliş din terminalogiyasında tövbə adlanır. İctimai ideoloúi məktəblər isə bir qrup təəssübkeş şəxsləri digərlərinə qarşı üsyan etməyə sövq edir. Belə bir şəraitdə insan özü ilə mübarizə aparmağa və batinində mövcud olan şeytani xislətləri məhv etməyə qadir olmur.
    İslam bəşəriyyətə göndərilən sonuncu səmavi din olduğu üçün ən başlıca hədəfi ictimai ədaləti bərqərar etmək olmuşdur. Zəif və məhrum təbəqələri müdafiə etmək, zülm və ədalətsizliklərə qarşı mübarizə aparmaq bu ilahi dinin ən ümdə vəzifələrindən biridir. İslam dininin xitab etdiyi şəxslər tək zəif və imkansız insanlar deyil, əksinə bütün bəşəriyyətdir. Beləki belə bir uğurlu siyasəti həyat keçirməklə bir çox tərəfdar əldə edə bilmişdir və onun tərəfdarları yalnız məhrum təbəqələrdən ibarət deyildir. Bu din bir tərəfdən insan fitrətinə, digər tərəfdən isə dini təlimlərə əsaslanaraq onunla mübarizəyə qalxan qrupları ram edə bilmiş və az müddət ərzində onları özünə cəlb etmişdir. Beləki tarix müxalif qrupların islam fədailərinə qoşulduqlarının dəfələrlə şahidi olmuşdur.
    Bir sözlə, islam tövhidin şirkə, elmin cəhalətə, ədalətin zülmə, bərabərliyin ayrı seçkiliyə, təqvanın imansızlığa, insaniyyətin heyvani xislətlərə və zəif təbəqələrin sitəmkarlara qalib gəlməsi deməkdir.
    İnsan mədəniyyətinin özəyini vahid mahiyyət təşkil edir, yoxsa digər təsiredici mahiyyətlər də vardır? İnsan fitrəti yalnız ona vahid mədəni həyat tərzi təklif edir, yoxsa tarixi, coğrafi amillərdən irəli gəlmiş digər həyat tərzlərində (mədəniyyət, adət-ənənə və s.) mövcuddur? Qeyd etmək lazımdır ki, islam dini insan fitrətinə böyük əhəmiyyət verməklə yanaşı, həm vahid ideologiyanın, həm də vahid mədəni həyat tərzinin tərəfdarıdır.
    Yalnız dəyişilməz, fitri və bəşəri ideologiya insani dəyərlərə arxalana və yalnız belə bir ideologiya insani mahiyyətlərə malik ola bilər.
    İdeologiyanın zaman və məkana bağlılığı varmı? Zaman və məkan dəyişildikcə insan müəyyən ideologiyaya sahib olmalıdırmı? Zaman və məkan ideologiyaya hakimdirmi? İnsan ideologiyasını vahid hesab edənlər onu zaman və məkan baxımından mütləq və ya nisbi olmasını və eyni zamanda insan fitrətinə və səadətə çatdıran hədəflərə bağlılığı nəzərə alsaq, ictimai dəyişikliklərin mahiyyətini necə qələmə verməliyik?
    Cəmiyyətdə baş verən dəyişikliklər ilk növbədə icra olunan qanunlarda nəzərə çarpır. Yəni qüvvədə olan qanunlar yeni-yeni qanunlarla əvəz olunur. Bir sözlə ictimaiyyətdə baş verəcək hadisələrə daim yeni qanunlar əsasında nəzarət edilir. Məsələn, suyun hərarəti yüz dərəcəyə çatdıqdan sonra buxara çevrilir və bundan sonra yeni-yeni [qazların tərkib hissəsini və xüsusiyyətlərini araşdıran] qanunlar əsasında təhqiqatlar aparılmağa başlanır. Cəmiyyətdə baş verən dəyişikliklər isə bu minvalla baş verməyir.
    Çünki hər bir cəmiyyətə hakim olan qanunlar və onda baş verən dəyişikliklər ümumilikdə sabit və dəyişilməz olur. Yəni dəyişilən qanun deyil, sadəcə olaraq dövr və mərhələlərdir. Beləki canlılar aləminin həyatında nisbi dəyişikliklər baş versə də, onların üzərində hakim olan təbii qanunlar daim sabit və dəyişilməz qalır.
    Bu məsələyə qayıtdıqda isə, ideologiyanın zaman və məkan baxımında mütləq (dəyişilməz) və ya nisbi olmasını bilmək üçün ilk növbədə onun dünyaya olan baxışını nəzərdən keçirmək lazımdır. Elmi ideologiya sabit dünyagörüşünə əsaslandığı üçün çox davam gətirə bilməz. Fəlsəfi baxış isə əksinə olaraq ibtidai və sadə qanunlara və ya peyğəmbərliyə əsaslanaraq özünəməxsus dünyagörüşünə sahib olur. Kitabın bu fəslində insan fitrəti və ictimaiyətdə baş verən dəyişiklər haqqında geniş şəkildə söhbət açmağa imkan olmadığı üçün biz onun haqqında eyni adlı kitabın «Cəmiyyət və tarix» adlı hissəsində (5-ci cild) söhbət açacağıq.
    Bir qədər əvvəl insan ideologiyasının zaman və məkan baxımından dəyişildiyi haqda söhbət açdıq. Bəs ideologiya özü necə daim dəyişilməkdədir, ya onda sabitlik hökm sürür? Yarandığı ilk gündən başlayaraq arxada qoyduğu mərhələlərdə hər bir ideologiyanın dəyişildiyinin, ideoloqlar tərəfindən islahatlar aparıldığının şahidi oluruq. Bütün bunlar zərurət üzündənmi həyata keçirilir, yoxsa islahatların aparılması və yeni nəzəriyyələr verilməsi də mümkündür? Bir qədər əvvəl verilən cavablar bu suallara da şamil olunur.
    Category: İslam dunyagörüşü İnsan və iman | Views: 873 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024