İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 25 » Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    2:28 PM
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    YEDDİNCİ DƏRS
    MÖMİNİN AYIQLIĞI
    1. Alim və zahidlərlə həmsöhbət olmaq, mömin və kafir nəzərində günah;
    2. Ləyaqətli dost seçməyin lüzumu və günahı böyük bilmək;
    3. Qafil alimlə nadan cahilin təhlükəsi;
    4. Günahı yada salıb peşmançılıq hissi keçirmək Allahın lütfünün nəticəsidir;
    5. Günahın kiçikliyinə yox, itaətdən çıxdığın kəsin əzəmətinə diqqətin lüzumu.
    ALİM VƏ ZAHİDLƏRLƏ HƏMSÖHBƏT OLMAQ; MÖMİN VƏ KAFİRLƏRİN NƏZƏRİNDƏ GÜNAH
    «Ey Əbuzər! Zahidlər hörmətli və izzətlidirlər, alim və rəhbərlər isə başçı. Onlarla oturub-durmaq insanın elm və fəzilətinin artmasına səbəb olar. Mömin öz günahını böyük bir qayaya oxşadır və qorxur ki, onun üstünə aşsın. Kafir isə öz günahını burnunun üstündən uçub keçən bir milçəyə bənzədir».
    Peyğəmbəri-əkrəm (s) buraya qədər olan nəsihətlərində insanı öz həssas mövqeyi, həyatın əhəmiyyəti və ömrün dəyərli anlarından agah edir. Ona tənbəllikdən çəkinmək, həyatına məsuliyyət hissi ilə yanaşmaq, əlində olan hər bir fürsəti qənimət bilmək, bu günün işini sabaha qoymamaq barədə xəbərdarlıq edir. Burada bir sual meydana çıxır: ömürdən istifadə etməyin ən yaxşı yolu və Allah dərgahına uzanan yolda atılacaq ilk addım nədir?
    Ömrün qədrini bilməyin ilkin yolu və Allaha doğru atacağımız ilk addım günahdan qorunmaqdır. Çünki günaha aludə olmuş insan heç bir yerə gedib çıxa bilməz. İnsan ömrünün dəyəri, onun günahdan nə dərəcədə pak olmasındadır.
    İmam Səccad (ə) «Məkarimul-əxlaq» duasında buyurur: «İlahi! Məhəmməd və Ali Məhəmmədə salavat göndər… və Sənə bəndəlikdə sərf olunacaq zamana qədər ömrümü uzun et. Elə ki, ömrümü şeytana otlaq yeri gördün, mənə acığın tutmasın, qəzəbinə düçar olmamış ruhumu canımdan al»(«Məfatihul-cinan», səh. 1106.).
    Günah nə qədər kiçik olsa belə, insanı məhvə aparır. Hətta insan nə qədər ibadət etmiş olsa belə, bir günahla savabını atəşə çəkir. Bir kəs ibadət əhli olmaqla yanaşı həm də günah iş tutarsa, kisəsi deşik adam kimi olar; kisənin içinə bir tərəfdən pul, cəvahir qoyar, o biri tərəfdən çölə tökülər. Ya da xırman toplayan əkinçi kimi bütün zəhmətinə bir kibritlə od vurub, külə döndərər. Çünki günahlar əməl xırmanımıza düşən qığılcım kimidir.
    Deməli, ilk addımda günahları tanımalı və onlara bulaşmaqdan özümüzü qorumalıyıq. Əgər Allah eləməmiş bir günaha mürtəkib olsaq tövbə etməli, daha sonra Allahdan yardım diləməli və Onun övliyalarına təvəssül etməklə çalışmalıyıq ki, bir daha günaha aludə olmayaq.
    LƏYAQƏTLİ DOST SEÇMƏYİN LÜZUMU VƏ GÜNAHI BÖYÜK BİLMƏK
    Həzrət Peyğəmbərə (s) görə, kamala doğru qədəm götürmüş insanın bu yolda iki mühüm şeyə ehtiyacı var: birincisi ləyaqətli yoldaş, digəri günahı böyük bilib, ondan qorunmaq. Bu iki şərtin bir yerdə qeyd olunmasının mənası, bəlkə də budur ki, yaxşı dostun seçilməsi günahı böyük hesab edib ondan çəkinmək üçün bir müqəddimədir. Eyni zamanda pis yoldaşın seçilməsi insan üçün günaha doğru gedən ilk addımdır. Çünki yaxşı dost bir çox xeyir və bərəkətlərin mənbəyi ola bilər. Eləcə də pis dost əksər azğınlıq və fəsadların başlanğıcı ola bilər.
    Yaxşı dost günahı insanın gözündə böyük göstərməyə çalışır. Belə bir halda əgər insan günaha mürtəkib olsa, özünü Haqq-təalanın yanında müqəssir bilir. Bunun əksinə olaraq, pis dost günahın insanın nəzərində yüngül görsənməsinə səbəb olur. Belə ki, insan heç bir günahına görə utanmır.
    Bu hissədə Həzrət (s) yaxşı dostu tanıyıb seçmək üçün iki meyar göstərir:
    1. Təqva;
    2. Halal və haramdan agahlıq, başqa sözlə desək, dini mərifət.
    Təqvası olmayan dostla get-gəl etmək və onun təqvasız hərəkətlərini müşahidə etmək, günahı insanın nəzərində yüngül və əhəmiyyətsiz cilvələndirir. Nəticədə əbədi peşmançılıq və bədbəxtçiliyə düçar olur. Necə ki, Quran bəzi cəhənnəm əhlinin dilindən buyurur:
    «(Bədbəxt oldum!) Vay olsun mənə! Ey kaş filankəsi özümə dost seçməyəydim. Məni Allahdan qafil edən o oldu. Şeytan insanı üzüqara edər»(«Fürqan» surəsi, ayə 28-29.).
    Təqvasız insan kimi, cahil və nadan insan dostluğa yaramır. O, hətta yaxşı iş görmək istəsə belə, cahilliyi üzündən azğınlığa düçar olur. Deməli, agahlıq və təqva insanı haqq yolunda təkamül və inkişafa götürən iki qoşa qanad mənziləsində olduğu kimi, dostun seçilməsi üçün də mühüm meyardır. Bu cəhətdən də, Peyğəmbər (s) Əbuzərə etdiyi nəsihətində təqva və biliyi ləyaqətli dostun əsas xüsusiyyətləri kimi göstərir. Əlbəttə, çalışmaq lazımdır ki, bu iki xüsusiyyətin hər ikisi də insanda cəm olsun. Çünki insan haqq yolda addımlayan zaman əgər dini mərifəti olmasa, hər nə qədər müqəddəs olsa belə, şeytan və insanların hiyləsinə uyacaqdır.
    QAFİL ALİMLƏ NADAN CAHİLİN TƏHLÜKƏSİ
    Məşhur bir rəvayətdə Peyğəmbər (s) buyurur: «Mənim belimi qıran iki tayfa oldu: (Təqvasız) ipə-sapa yatmayan qafil alimlər və nadan cahillər»(«Biharul-ənvar», cild 2, səh. 111, rəvayət 25.).
    İmam Xomeyni (r.ə.) buyururdu ki, özünü müqəddəs kimi qələmə verənlər həmişə çalışırlar ki, dini vəzifələrinə əməl etsinlər. Lakin bilik qazanmaq və düzgün məlumat əldə etmək kimi əsas vəzifələrini yaddan çıxarırlar. Bu cür dayaz fikir və cəhalətləri ilə meydana çıxır, üstəlik bu fikirlərində israr edib, başqalarını da bəyənmirlər. Bu tayfanın İslama vurduğu zərər, fasiqlərin vurduğu zərbədən daha ağırdır. Bu dəstə nə özləri bir yerə çıxa bilir, nə də başqalarını tərəqqi etməyə qoyurlar. İmam Sadiqin (ə) təbiri ilə desək, «Elmsiz və məlumatsız iş görmək istəyən, düzəltməkdən daha çox dağıdıb məhv edər»(«Biharul-ənvar», cild 1, səh. 208.).
    Şərəfsiz alim elminə əməl etməsə də, xalq elminə görə ona ehtiram göstərib sözlərinə aldanar. Təqvasız olduğuna görə belə alimin İslama vurduğu zərbəni heç bir cahil vura bilməz. Buna görə də, nə vaxt söhbət təqvadan getsə, elmlə yanaşı olan təqva nəzərdə tutulur. Elm və təqva bir-birindən ayrı olsa, nəinki faydası olmayacaq, əksinə zərəri olacaqdır. Eləcə də elm və bilikdən söhbət gedəndə, məqsəd əməllə yanaşı olan elmdir. Çünki islamşünasın elmi olub əməli olmasa, yol kəsən quldurdur.
    Allah-təala həzrət Davuda (ə) xitab edərək buyurur: «Ey Davud! Mənimlə özün arasında dünyaya aldanmış bir alimi vasitəçi seçmə ki, səni, Mənim məhəbbətim yolumdan xaric etməsin. (Bilirsənmi ki, onlar kimlərdir?) Onlar Allaha sığınmaq istəyən bəndələrin yolunda (pusquda) durmuş quldurlardır. Onların ən aşağı cəzası o olacaq ki, münacatlarımın şirinliyini ürəklərindən xaric edərəm»(«Kafi», cild 1, səh. 46.).
    Əməlsiz və dünyapərəst alim, gündüz vaxtı karvana hücum edən quldur kimidir. O, elmi olduğuna görə xalqı aldatmağı hamıdan yaxşı bacarır. Belə alimin dinə xeyri dəyməz. Ona görə də ehtiyatlı olmalıyıq ki, onların hiyləsinə aldanmayaq. Buna görə də, təqva və bilik birlikdə olanda faydalı olur, ayrı-ayrı fərdlərin və cəmiyyətin səadətinə xidmət edir. O insanlarla oturub-durmaq rəvadır ki, onlar təqvanın köməyi ilə özlərində Allaha itaət və bəndəçilik ruhunu gücləndirmiş və digər tərəfdən də dini elmlərinin təkmilləşməsinə səy göstərərək, dini maarifə yiyələnmişlər. Bu cür insanlarla həmsöhbət olmaq insanın kamal və fəzilətinin artmasına səbəb olar.
    Düzdür ki, «fəqih» kəlməsi dini terminologiyada şəri hökmləri istinbat etmək qüdrəti olan alimlərə deyilir. Lakin Quranda və rəvayətlərdə göstərilən «fəqih» sözü dinşünas mənasındadır. «Fəqih» sözü dinşünas mənasından daha geniş məna kəsb edib həm şəri, həm etiqadi, həm də əxlaqi zəmində alim olan kəslərə aid edilir. Bəlkə də, əxlaqi və etiqadi məsələlərdə alim olanla həmsöhbət olmaq daha münasibdir.
    Peyğəmbər (s) buyurur: «Elə ki, Allah dərgahının yolçusu olmağı qərara aldın və özünə münasib yoldaş tapdın, ehtiyatlı ol ki, günaha batmayasan. Əgər günaha batmış olsan, sənin yolun uğursuz və nəticəsiz olacaq və bu yolda çəkdiyin əziyyətlər, etdiyin ibadətlər səmərəsiz qalacaqdır».
    İnsan elə-belə, məqsədsiz günahın dalınca düşmür. Yəqin ki, günahda bir ləzzət, şirinlik, cazibə var ki, insan da ona bulaşır. Düzdür, bu cazibələr xəyali və şeytani vəsvəsələrdir, lakin necə olsa da, insan günahda bir cazibə, şirinlik görür ki, ona meyl edir.
    İnsan nə etsin ki, Allahın inayəti ona şamil olsun və günahdan özünü saxlaya bilsin, günahla üzləşəndə müqavimət göstərə bilsin.
    Özünü günahdan gözləməyin ən yaxşı yollarından biri, günahın zərər və böyüklüyünü dərk etməkdir. İnsan günahın ötəri ləzzətlərinin doğurduğu xətər və ziyanı qabaqcadan görməli, həmçinin, günahın həm bu dünya, həm də axirəti bərbad etdiyini bilməlidir.
    Möminin xüsusiyyətlərindən biri də, günaha olan xüsusi baxışıdır və bu baxış ona günaha mürtəkib olmasına mane olur. Mömin insan üçün günah hər zaman onun başına uça biləcək böyük bir daş kimidir. Bir balaca haqq yolunda ayağının büdrədiyini, günaha batdığını bilsə, nəticədə hansı cəzaya məruz qalacağından dəhşətə gəlir. Bu baxış onun düşüncəsinə elə təsir edir ki, daim vicdanını günah əleyhinə üsyana təhrik edir və bir vaxt günaha batmış olsa, üzrxahlıq edib tövbəyə üz tutur. Başının üstündə böyük bir daşın sallandığını görən adam kimi, daim onun başına uçacağı qorxusu ilə yaşayır. Yəni bu insanın ruhu o qədər pak olur ki, hər günahın qarşısında əks-təsir göstərir və daim öz nəfsini danlayıb, onu öz yerində oturtmağa çalışır. Bu mübarizədə, hətta yuxusuna, rahatlığına belə acılar çəkdirir.
    Əksinə, öz fitrətini günaha bulaşdırmış kafir insan əsla günah qarşısında narahatlıq hissi keçirmir. Onun nəzərində günah burnunun üstündən uçub-keçən milçək kimidir. (Kafir deyəndə, məqsəd ancaq Allahı, qiyaməti inkar edənlər, həm də dinin zəruri məsələlərindən birini danan şəxs nəzərdə tutulur).
    Quranın və rəvayətlərin nəzəri bir tərəfə, həm də psixoloji cəhətdən bu mövzu bir həqiqətdir ki, hər hansı xoşagəlməz bir işin təkrarı, onun pis olması fikrini aradan aparır və nəticədə, bu insana zövq verən bir işə çevrilir. Bu cür insan artıq günah etməkdən utanıb çəkinmir. Əgər bir günah daimi təkrarlanarsa, ona qarşı olan mənfi münasibətlər aradan gedir və daha bu günahdan utanmağa bir yer qalmır.
    Buradaca insanın daha çox iman, yoxsa küfr xəttinə yaxın olmasını aşağıdakı kimi müəyyən etmək olar. İnsan günahla qarşılaşdığı zaman bunun müqabilində göstərdiyi əks-əməlin necə və hansı səviyyədə olmasını araşdırmalıdır. Əgər günahın (günaha batıb-batmamağın) onun üçün o qədər də əhəmiyyət daşımadığını və ona etina etmədiyini müşahidə edərsə, küfr yolunda addımladığını bilməlidir. Çünki günahdan peşmançılıq hissi duymaq, imandan gəlir və ona etinasız yanaşmaq isə küfrün məhsuludur. İmanın xarakterik cəhətlərindən biri budur ki, əgər şəhvət və qəzəb qüvvəsi üstələsə və insanı günaha batırsa, həmin şəxs fasiləsiz olaraq peşman olur. Əgər belə bir halı özümüzdə görməsək, qorxulu bir yolda addımladığımızı anlayıb, işin aqibətindən qorxmalıyıq.
    GÜNAHI YADA SALIB PEŞMANÇILIQ HİSSİ KEÇİRMƏK, ALLAH LÜTFÜNÜN NƏTİCƏSİDİR
    «Ey Əbuzər! Əgər Allah-təala bəndələrindən birinə xeyir əta etmək istəsə, günahlarını onun nəzərində böyük göstərər və günahı onun üçün çətinləşdirər. Əgər birinin bədbəxtliyini istəsə, günahlarını ona unutdurar».
    Allah-təala bütün insanlara lütf və məhəbbət göstərir. Əgər bir nəfərə məhəbbəti olmasaydı, onu yaratmazdı. Lakin Allahın övliyalara xüsusi inayəti vardır. Əgər bu dəstə qəflət üzündən günaha mürtəkib olarsa, onları məsələdən xəbərdar etmək üçün günahı nəzərlərində mücəssəm etdirər (yəni günahın sonrakı aqibətini onların gözündə canlandırar). Çünki günaha batıb bədbəxtlik çalasına düşməyin ilk addımı, günahı yaddan çıxarmaqla başlayır. Allahın bəzi bəndələrinə xüsusi inayəti olduğunu və onları heç vaxt özbaşına buraxmadığını, eyni zamanda bəzilərinə qarşı etinasız olub onları öz hallarına buraxdığını nəzərə alaraq, hər kəs öz üzərində yoxlama aparıb müəyyən edə bilər ki, Allahın ona lütf və inayəti vardır, ya yox. Əgər keçmiş günahlarını unutmayıb və günah ona ağır və çətin gəlirsə, bilsin ki, Allahın inayəti onunladır. Lakin əgər günahını yaddan çıxarır və onu yüngül hesab edirsə, Allahın ona inayəti olmadığını bilməlidir.
    Aydındır ki, günahı yada salmaq günahın davamına mane olacağı təqdirdə faydalıdır. Əgər bir nəfər günahını yada salıb, onu çiyinlərində ağır yük olaraq hiss etməzsə, məlumdur ki, ikinci dəfə günaha əl atmaqdan çəkinməyəcəkdir.
    Əbu Həmzə Somali duasında deyilir: «Mən o adamam ki, günahdan dönmək və tövbə etmək üçün mənə möhlət vermişdin, (amma) mən günahdan əl çəkmədim. Günahlarımı (gizli saxlayıb) üzərini örtdün, (amma) mən həya etmədim. İkinci dəfə günaha əl atdım və həddimi aşdım. (bu səbəbdən) Sən də məni Öz gözündən saldın».
    Məlum olur ki, Allah-təala bir nəfərin xeyirini istəyəndə, günahlarını onun gözündə mücəssəm etdirir və bu günahları ona böyük bir dağ kimi görünür. Əksinə olaraq, Allah inayətini kəsdiyi şəxsin əzaba düçar olmasını istəyirsə, onu öz başına buraxır və bundan sonra günah ona asan görünür və ona əhəmiyyət vermir.
    Əlbəttə, ilk növbədə Allah inayətini heç kimdən əsirgəmir və heç kimin bədbəxtliyini istəmir. Lakin günahkar tərəf özünü alçaq işlərə bulaşdırandan və günahına israr edəndən sonra Allah da onu belə müsibətə giriftar edir.
    Allah üçün bəndəlik göstərib Ona yaxınlaşmaq istəyən kəs əzizdir. O insan, Allah yanında alçaq hesab olunur ki, Allahdan uzaqlaşıb Onu unutmuş olsun. Elə ki, Allahı unutdu, Allah da onu öz halına buraxır. Bu barədə Quranda oxuyuruq:
    «Siz möminlər o kəslərdən olmayın ki, Allahı unutdular, Allah da onları Özündən qafil etdi…»(«Həşr» surəsi, ayə 19.).
    GÜNAHIN KİÇİKLİYİNƏ YOX, İTAƏTİNDƏN ÇIXDIĞIN KƏSİN ƏZƏMƏTİNƏ DİQQƏTİN LÜZUMU
    «Ey Əbuzər! Günahın kiçikliyinə baxma; itaətindən çıxıb, göstərişləri ilə müxalifətçilik etdiyin kəsin əzəmət və böyüklüyünü nəzərə al!».
    Günaha üç yöndən baxmaq olar:
    1. Böyük və kiçik olma cəhətindən;
    2. Onu törətmiş kəsi nəzərə almaq cəhətindən;
    3. İtaətindən çıxdığın kəsi nəzərdə tutmaq cəhətindən.
    Quranda və hədislərdə günahlar iki qrupa ayrılır:
    1. Böyük (kəbirə) günahlar;
    2. Kiçik (səğirə) günahlar.
    Bu günahların hər birinin öz növbəsində xüsusi hökmü və cəzası vardır. Bu barədə Quranda buyururlur:
    «Bir qrup insanın əməl dəftərləri onlara verilərkən belə deyəcəklər: «Vay olsun bizə! Bu necə dəftərdir ki, bizim heç bir böyük və kiçik günahımız nəzərdən qaçırılmadan hamısı yazılıb qeydə alınmışdır»(«Kəhf» surəsi, ayə 49).
    Günahların iki qrupa bölünməsinin səbəbi budur ki, kəbirə günahlardan fərqli olaraq, səğirə günahlar üçün əzab vəd olunmayıb. Lakin buna baxmayaraq, bəzi səğirə günahlar da vardır ki, onlar üçün müəyyən cəza tədbiri göstərilmişdir.
    Bunu da demək yerinə düşərdi ki, mümkündür, bir adam öz nəzərində kiçik bildiyi bir günaha batsın. Lakin həmin şəxs unutmamalıdır ki, kiçik günahın təkrarı və günahı kiçik hesab etməyin özü böyük günahlardan sayılır və onun davamı, təkrarı insanı digər günah işlərə də təhrik edir. İkincisi, günahı kimin hüzurunda törətdiyini və kimin əmrindən boyun qaçırdığını yaddan çıxarmamalıdır.
    Hədisin bu yerində əsas diqqət ikinci misalda qeyd olunan məsələyə yönəldilir. İnsan təkcə günahın kiçikliyinə baxmamalıdır. Eyni zamanda qarşısında günah etdiyi, əmrindən çıxdığı kəsi də nəzərə almalıdır. Bəzən bir iş öz-özlüyündə kiçik nəzərə çarpır, lakin böyük şəxslə aidiyyəti olması səbəbinə görə böyük sayıla bilər.
    Belə təsəvvür edin ki, məsum imamın hüzurundasınız və imam sizə kiçik bir iş buyurur. Məsələn deyir: «Bir az su gətir». Lakin siz özlüyünüzdə təsəvvür edirsiniz ki, bu elə də vacib bir iş deyil və bu təsəvvürlə də, itaətdən boyun qaçırırsınız. Sizcə belə təsəvvür nə qədər məntiqidir? Ədəb-ərkan bizə bunumu deyir? Belə müxalifət bəyənilərmi? Heç vaxt belə ola bilməz. Çünki işin kiçik olmasına baxmayaraq, işi buyuran kəs böyükdür. Kiçik iş böyük şəxsi nəzərdə tutmaqla, əzəmət tapır. İndi bu misalı Allahın müqəddəs zatı ilə müqayisə edin. Hərçənd, Allahla müxalifətçilik, imamla olan müxalifətçiliklə müqayisə edilə bilməz. Müxalifətçiliyin dərəcəsini, əmr edənin əzəmətinin dərəcəsi ilə ölçməliyik.
    Günahın belə təhlili insanda şeytanla müxalifətdə güclü müqavimət hissi yarada bilər və nəfsi-əmmarənin hər cür bəhanələrinə son qoya bilər. Hərdən olur ki, insanın dostu ondan bir şey xahiş edir. Mümkündür, onun xahişini qəbul etməsin və «Sənin məndən bunu xahiş etməyə və ya mənə hansısa iş buyurmağa haqqın yoxdur» deyə ona etiraz etsin. Lakin insanın valideyn və ya ustadı ona bir iş buyurarkən, onların sözündən çıxması çox pis iş sayılır. Bəzən buyuruq sahibi alim olur, bəzən məsum imam, bəzən də Allah. Belə olan surətdə buyuruq sahibinin məqamı nə qədər böyük olarsa, onun əmrindən boyun qaçırmağın qəbahəti də bir o qədər böyük olar.
    Birdən şeytan vəsvəsə edib sizə deyər: «Naməhrəmə bir dəfə baxmaq nə olan şeydir? Haram musiqiyə qulaq asmaq bir şey deyil ki?». Lakin siz kimin əmrindən çıxdığınıza diqqət etməlisiniz. Bu yerdə Peyğəmbər (s) Əbuzərə deyir:
    «Günahın kiçikliyinə baxma; bax, gör kiminlə müxalifətçilik edirsən. Ey Əbuzər! Mömin insanın öz günahı üçün keçirdiyi iztirab və narahatçılıq, tələyə düşmüş quşun qorxu və həyəcanından daha çoxdur».
    Burada Peyğəmbər (s) çox incə bir misal çəkməklə, möminin günah qarşısında göstərdiyi əks-əməli belə açıqlayır: «Sərçəni ‒ bu çox hərəkət edən varlığı ‒ tələyə salsanız, o qurtuluş üçün böyük bir əks-əməl nişan verəcək və qərarsız çırpınıb-vurnuxub azad olmağa çalışacaqdır. Bəzən onun çırpınması ölümlə nəticələnir. Bu onun tələdə olduğu üçün keçirdiyi həyəcan və iztirabın şiddətindəndir. Möminin öz günahı qarşısındakı reaksiyası da belədir. Hiss edəndə ki, şeytanın toruna ilişibdir, həyəcan və iztirab onun bütün vücudunu bürüyür, hətta bütün rahatlığını – qidalanmasını, yatmasını, dincəlməsini əlindən alır. O həmişə şeytanın torundan xilas olmaq üçün çalışır».
    Biz məsum deyilik və həmişə təhlükə və unutqanlıqla qarşı-qarşıya dayanmışıq. Heç zaman günah etməyəcəyimizə də zəmanət yoxdur. Mümkündür, hərdən şeytanın toruna düşək((Əlbəttə, məsum deyilik deyəndə bu o demək deyil ki, günah edək. Çünki elə insanlar var ki, məsum olmasalar belə, günah etmirlər. Onların məsumla fərqləri ondadır ki, məsumu günahdan saxlayan, Allahdan onlara xüsusi əta edilmiş inayətdir. Buna «ismət mələkəsi» deyilir. Adi insanlarda bu xüsusiyyətin olmamasına baxmayaraq, özlərini günahdan qoruya bilirlər).) Hər halda bir günaha mübtəla olanda, imanımızın tələbinə görə daim nigaran olub tövbə etməklə, Allah dərgahına pənah aparıb ona tapınmaqla, bu fəlakətdən xilas olmağa çalışmalıyıq.
    Category: Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 1024 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024