İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Quranla dərman

    Quranla dərman
    "Nəml” surəsi
    (ta-sin)
    Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs ta-sin Süleymanı oxusa, Həzrət Süleymanı, Hudu, Şüeybi, Salehi, İbrahimi təsdiq və təkzib edənlərin sayı qədər həsənat əcr alar. Qəbirdən çıxanda "la ilahə illəllah" deyər.
    Hər kəs bu surəni ozxusa, heç vaxt onu aldatmazlar.
    Bir kəslə dostluq etmək istəyirsənsə, və necəki, bir saat belə onsuz şadlanmırsansa, aşağıdakı ayəni yeməli şeyə piləyib ona yedizdir. "Bismillahir-rəhmanir-rəhim. Əlla təlu ələyyə vətuni musliminə." (Nəml-31) "Ləvla ən rəbətna əla qəlbiha litəkunə minəl muminin." (Qəsəs-10).
    "Qəsəs” surəsi
    (Musa və Firon)
    Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Qəsəs surəsini oxusa, Həzrəti Musanı (ə) təsdiq və təkzib edənlərin sayı qədər ona həsənə verilər. Yer və səmada ona şəhadət verməyən bir mələk qalmaz. Onlar deyərlər ki, doğrusu o deyərdi Allahın zatından başqa bütün mövcudat məhv olacaqdır.
    Hər dərdi olan bu surəni yazıb özündə saxlasa, Allahın izni ilə şifa tapar.
    "Ənkəbut” surəsi
    Əbi Bəsirdən rəvayət olunub ki, imam Cəfər Sadiq (ə) belə buyurdu: Hər kəs mübarək Ramazan ayının iyirmi üçüncü gecəsi Ənkəbut və Rum surəsini oxusa, Allaha and olsun Beheşt əhlindən olacaqdır. Heç vaxt bir kəsi bu hökmdən istisna etmərik. Bu anda Allahın mənə bir günah yazacağından qorxmuram. Həqiqətən Allah yanındabu iki surə uca məqama malikdir.
    Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bu surəni oxuyan kəsə yerdə və səmada pərvərdigarına təsbih deməyə məşğul olan mələklərdən on dəfə çox əcr verilər. Bu surəni oxuduğu gecə və gündüz əgər ondan bir savab iş əldən çıxsa, yenədə ona veriləcək.
    Haris həmədani deyir: Əmirəlmöminin (ə) buyurdu: Hər kəs şəfəq batanda bu ayəni "Fəsubhanəllahi hinə tumsunə və hinə tusbihunə, vələhul həmdu fissəmavati vəl ərzi və əşiyyən, və hinə tuzhurun." (Rum-17-180) üç dəfə oxusa, o gecə xeyir işlər əlindən çıxmaz, və bütün pisliklər ondan uzaqlaşar. Hər kəs sübh vaxtı deyilən ayəni üç dəfə oxusa, həmin gün o heç bir şey itirməz, və bütün şərr işlər ondan uzaqlaşar.
    Allahın Rəsulundan (s ə v v) rəvayət olunub ki, hər kəs sübh və şam vaxtı bu ayəni oxusa, həmin gün yaxud həmin gecə vaxtında qıla bilmədiyi ibadətlərin yerini doldurar.
    Həmçinin bu ayəni gündəlik vacibi namazlardan sonra oxumaqla yağışın damcıları ağacların yarpaqları, yer üzündəki torpağın sayı qədər, ona həsənat yazılar.
    Ayə: "Fəsubhanəllahi hinə tumsunə və hinə tusbihun. Və ləhul həmdu fissəmavati vələrzi və əşiyyən və hinə tuzhirun. Yuxricul həyyə minəl məyyiti və yuxricul məyyitə minəl həyyi və yuhyil ərzə bəədə məvtiha və kazalikə tuxrəcun." (Rum-17-18-19).
    "Loğman” surəsi
    1-İmam Baqir (ə) buyurdu: Bir kəs hər gecə Loğman surəsini oxusa, Allah-taala o gecə onu sübhə qədər iblisin və onun qoşununun şərrindən qorumaq üçün mələklər göndərər. Əgər bu surəni gündüz oxusa, həmin gün şəfəq batana qədər mələklər onu şeytanların şərrindən qoruyar.
    2-Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bir kəs Loğman surəsini oxusa, Qiyamətdə Həzrət Loğman onunla dost olar. Ona yaxşılığa əməl etmiş və pisliklərdən qorunmuş kəsin savabından on dörd dəfə çox savab verilər.
    Xəvassul Quran kitabında yazılıb ki, hər kəs Loğman surəsini yazıb hakimin mənzilində qoysa, həmin il hakimiyyətdən endirilər. Bir kəs bu surəni yazıb özündə saxlasa, şəqiqədən (gicgahın ağrısından) və qızdırmadan sağalar.
    İbn Abbasdan nəql olunub ki, hər kəsin qulaq ağrısı vardırsa;
    1-Aşağıdakı ayəni oxumağı davam etdirsin.
    "Fəmən yəstəmi ilanə yəcid ləhu şibahən rəsədən." (Cin-9) və ondan soanra desin:
    2-Bir şəxs imam Məhəmməd Baqirin (ə) hüzurunda qulağının ağır eşitməsindən şikayət etdi: İmam ona buyurdu: Əlini qulağına çək və bu ayələri oxu: "Ləv ənzəlna hazəl Quranə əla cəbəlin lərə əytəhu xaşiən mutəsəddiən min xəsiyətillah, və tilkəl əmsalu nəzribuha linnasi ləəlləhum yətəfəkkərun."
    "Huvəllahulləzi la ilahə illa huvə alimul-ğəybi vəşşəhadəti, huvər-rəhmanir-rəhim. Huvəllahulləzi la ilahə illa huvəl məlikul quddusus-səlamul muminul muhəy minul əzizul cəbbarul mutəkəbbiru, Subhanəllahi, əmma yuşrikunə. Huvəllahul xaliqul bariul musəvviru ləhul əsmaul husna. Yusəbbihu ləhu mafissəmavati vələrzi və huvəl əzizul həkim." (Həsir-21-24)
    3-Qulağına tut və aşağıdakı ayəni üç dəfə oxu:
    "Minha xələqnakum və fiha nundukum və minha nuxricikum tarrət ən uxra." (Taha-55)
    4-Bu ayəni özundə saxlasın.
    "Və iza Quriəl Quranu fəstəmiun ləhu və ənsitu ləəlləkum turhəmun." (Əraf-204) "Kəənnə ləm yəsməəha kəənnə fiuzunəyhi vəqrən, fəbəşirhu biəzabin əlim." (Loğman-7).
    "Səcdə” surəsi
    1-Hüseyn ibn əbim Əlandən rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs həftədə bir dəfə səcdə surəsini oxusa, Allah onun nameyi əməlini sağ əlinə verər, və elədikləri işlərə görə çətin hesab çəkilməz. O Allahın Rəsulu (s.ə.v.v)və övladları ilə bir yerdə olacaqdır.
    2-Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: "Əlif-lam-mim, tənzil" (Səcdə surəsi). və "Təbarəkəlləzi" (Furqan surəsi) surəsini oxuyan şəxs elə bil ki, Qədr gecəsini əhya saxlamışdır. Leys ibn Zübeyr Cabirdən, rəvayət edir ki, o deyirdi: Allahın Rəsulu (s.ə.v.v) gecə-lər bu iki surəni oxumamış yatmazdı. Leys deyir: Bu rəvayəti tavusa dedim: Sonra o dedi: Bu iki surə Quranın bütün surələrindən qiyamətlisidir, və hər kəs bu iki surəni oxusa, altımış həsənə onun üçün yazılar, onun altımış günahı məhv edilər, məqamı altımış dərəcə yuxarı qaldırılar.
    "Əhzab” surəsi
    1-Əbdullah ibn Sənandan rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs Əhzab surəsini çox oxusa, Allahın Rəsulun (s.ə.v.v) və həyat yoldaşlarının pənahında olacaq. Sonra Həzrət buyurdu: Əhzab surəsi Qüreyş qəbiləsinin kişilərindən qadınlarının, və başqalırının rüsvayçılıqlarını aradan qaldırdı.
    2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər kəs Əhzab surəsini oxusa, onu (Əhzab surəsi) ailəsinə və himayəsində olanlara öyrətsə, Allah onu qəbrin əzab-əziyyətindən əfv edər.
    3-Əbdullah ibn Muğəyrə deyir: Həzrət Musa ibn Cəfər (ə)-dan eşitdim ki, belə buyurdu: Hər kəs sübh və şam namazınının təqibatında (ardınca) yerindən qalxmışdan və yaxud bir kəslə danışmamış qabaq bu ayəni "İnnəllahə və məlikətuhu yusəllunə ələnnəbiyyi ya əyyəhəlləzinə amənu səllu ələyhi və səllimu təslima." (Əhzab-56) oxusun və sonra desi: "Əllahummə səlli əla Muhəmmədinin-nəbiyy və zurriyətih." Allah onun yüz hacətini verər. Onun yetmişini dünyada otuzunu isə axirətdə ona əta edər və "Səlli əla Muhəmmədin və ali Muhəmməd fil mursəlin. Əllahummə əəti Muhəmmədən (və ali Muhəmməd ) əlvəsilə vəşşərəf, vəlfəzilə, vəddərəcətul kəbirə, Əllahumə inni aməntu bimuhəmmədin (s) Vələm ərah fəla tər həmni, yəvməl Qiyaməti röyətəhu. Vərzuqni söhbəthu və təvəfənni əla millətihi. Vəsqini min hovzihi muşribən rəviyyən, Saiğən Həkiən, laəəzənə bədəhu əbədən, İnnəkə əla kulli şəyin qədir. Əllahummə kəma aməntə bimuhəmmədin (s) Vələm ərahu fəərrifni filcinan vəchəhu. Əllahummə bəlliğ ruhu ənni təhiyyətən kəsirətən və səlamən." Nəticədə bir kəs hər gün sübh və şam vaxtı Peyğəmbərə (s.ə.v.v.) üç dəfə salavat göndərsə, bütün xəta və günahları məhv olar, şadlığı davam edər, duaları müstəcab olub, arzularına çatar, ruzisi çoxalar, düşmənə qələbə çalmağa kömək edər, xeyir və yaxşılıq səbəbləri qaydasına düşər və bərin Behiştdə Peyğəmbərlə (s.ə.v.v.) birlikdə olar.
    Əgər evdə qalmış subay bir qız üçün Əhzab surəsini yazıb balaca (qiymətli əşyalar) sandıqcasına qoyub onun ağzını bağlayıb, o qız yaşayan evdə gizlətsəniz , onun üçün ər tapılar.
    "Səbə” surəsi
    (Davudun Übəyyin müshəfindəki surəsi).
    1-Ömər ibn Əzniyədən nəql olunub ki, İmam Sadiq (ə) bu iki surənin (Səbə və Həmd) haqqında ki, onların ikisidə həmd kələməsi ilə başlayır buyurdu:
    Hər kəs gecə bu surəni oxusa, O bütün gecəni Allahın amanında olacaqdır. Əgər bu surəni gündüz oxusa, həmin günü çətinlik və əziyyət çəkməyəcəkdir. Dünyada və axirətdə qəlbindən keçməyən və gümanına gəlməyən qədər ona xeyir-bərəkət əta olunar.
    2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v.) rəvayət nəql eæir ki,Həzrət belə buyurdu:
    Səbə surəsini oxuyan kəslə Qiyamətdə onunla dost olmayan Rəsul və Peyğəmbər qalmayacaqdır.
    "Fatir” surəsi
    (Məlaikə)
    Übeyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər kəs Məlaikə surəsini (Fatir) surəsini, oxusa Qiyamət günündə Behiştin qapılarında üçü onu çağırar ki, bu üç qapının hansı birisindən istəyirsən daxil ol.
    Çoxlu dua kitablarında yazılıb ki, hər kəs yatan zaman bu ayəni "İnnəllahə yəmsukum-səmavati vəl ərzə ən təzulən, vələin zaləta in əmsəkəhuma min əhədin min bəədihi, İnnəhu kanə həlimən ğəfura." (Fatir-14). oxusa, binanın onun üzərinə tökülməsindən amanda qalar.
    Çoxlu kitablarda o cümlədən Şeyx İbrahim Kəfhəminin Misbah kitabında qeyd olunub ki, bu surənin 41-ci ayəsini sona kimi oxuyandan (İnnallahə yəmsuku) sonra bunu "Səlli əla Muhəmmədin və ali Muhəmməd və əmsik ənnəssui innəkə əla Kulli şəyin qədir." əlavə etsə, onun evi Allahın amanında qalıb uçmaz.
    "Yasin” surəsi
    1-Əbi Bəsirdən rəvayət olunub ki, Həzrət Sadiq (ə) belə buyurdu: Həqiqətdə hər bir şeyin qəlbi vardır. Quranın qəlbi isə Yasin surəsidir. Hər kəs bu surəni gündüz oxusa, həmin gün şam vaxtına qədər qorunmuş və bəhrə aparmışlardan olar.
    Bu surəni gecə yatmazdan qabaq oxuyan kəs qovulmuş şeytanın şərrindən qorunmaq üçün Allah min mələyi göndərər. Əgər o həmin gün vəfat etsə, Allah onu Behiştə daxil edər. Qüsl verilən zaman otuz min mələk onun ətrafında dövrə vurar və ona bağışlanmaq tələb edib, onu istiğfar etməklə qəbrin kənarına qədər müşayiət edərlər. Onu qəbirə qoyanda mələklərin bir dəstəsi onun yanında qalıb, Allaha ibadət edər və onun savabını o şəxsə hədiyyə edərlər. Onun qəbrini göz işlədikcə genişlən-dirərlər, və onu qəbrin sıxıntısından amanda saxlayarlar. Həmişə onun qəbrindən Ənam səmaya qədər nur saçar. Nəhayət Allah onu qəbrindən çıxarar. Allah onu məşhur edəndə (qaldıranda) Mələklər onunla birlikdə olub, onu bədrəqə edər onunla söhbət edib, üzünə təbəssüm edərlər. Axırda onu sirat körpüsndən və mizan-tərəzidən keçirərlər. Onu elə bir məqama və mənzilətə çatdırarlar ki, Allahın müqərrəb mələklərindən başqa heç bir məxluq nail ola bilməz. O Peyğəmbərlərlə birlikdə orada Allahın yanında dayanarlar. Qəm çəkənlərlə qəmlənməz, qüssə çəkənlərlə qüssələnməz, ağlayanlarla, ağlamaz. O, zaman Allah təbarək taala deyər: Ey mənim bəndəm hər kimə istəyirsən şəfaət et. Çünki hamısının şəfaətini qəbul edəcəyəm. Hacət istə, çünki hər nəyi istəsən sənə verəcəyəm. Nəhayət o öz hacətini Allahdan istəyəcək və qəbul olunacaq, şəfaət etsə, qəbul olunacaq. Onun hesabını başqaları kimi çəkməzlər, orada başqaları kimi saxlanılmayacaq. Zəlil və xar olmuşlar kimi xar olmayacaq. Ondan baş vermiş pis əməllərin və günahların cəzasına giriftar olamayacaq, onu bəraət qazandırıb, azadlığını ona verərlər, sonra Allahın dərgahından başı uca çıxarlar. Bütün camaat təcübblə deyərlər. "Sübhənəllah" bu bəndənin hətta bir günahı belə yoxdur, və onu Həzrət Məhəmməd (s.ə.v.v) həmdəmlərindən olacaqdır.
    2-Cabir ibn Cəfidən rəvayət olunub ki, imam Baqir (ə) belə buyurdu: Hər kəs ömründə bir dəfə Yasin surəsini oxusa, Allah bu dünyada yaratdıqlarının və o biri dünyadakıların və səmada olan şeylərin hamısının hər birisinin sayı qədər, iki min həsənə onun nameyi əməlində yazacaqdır, və həmin qədər də günahlarından keçəcəkdir. O heç vaxt kasıblıq və ziyan çəkməyib, borclu və evsiz-eşiksiz qalmaz, bədbəxtlik, dəlilik görməz, vasvaslığa, iradəsizliyə, və müxtəlif zərər verici xora xəstəliklərə mübtəla olmaz. Allah-taala ölümün çətinliyini onun üçün asanlaşdırar, və özü onu qəbz ruh edər. O elə bir şəxslərdəndir ki, Allah onun yaxşı yaşamasını öz öhdəsinə almış, ölüm anlarında onun xoşhal olmasına zamin durmuş, axirətdə də onu sevindirəcəyinə zəsanət vermişdir. Sonra Allah göyün və yerin mələklərinə xitab edib buyurar: Mən bu bəndədən razıyam, elə isə onun üçün bağışlanmaq tələb edin.
    Übəyy ibn Kəb [Məsumların (ə) buyurduğlarına əsaslanaraq] deyir: Hər kəs Allaha xatir Yasin surəsini oxusa, Allah ona Quranı on iki dəfə oxumuş kəsin əcrini verər. Xəstənin yanında Yasin surəsini oxusa, onun hər bir hərfinə on mələk nazil olar ki, qarşısında cərgə ilə dayanıb onun üçün bağışlanmaq tələb edərlər, və onu qəbz ruh edəndə yanına gələrlər. Onun cənazəsini dəfn etmək üçün hazırlayıb (Qüsl-kəfən edib) ona namaz qılıb dəfn mərsasimində iştirak edərlər. Hər xəstə onu (Yasin surəsini) oxusa, yaxud onun yanında bu surə oxunsa, rizvan (Behiştin xəzinədarı, bir qabda Behiştdən gətirdiyi suyu ona içirdər. O nə qədər xəstə yatırsa, onu içər və doyub vəfat edər. Doyan halda qaldırılar, daha peyğəmbərlərin hovuzlarına ehtiyacı olmaz, nəhayət Behiştə daxil olub sirab olar.
    Əbu Bəkr dən (s.ə.v.v) nəql edir ki, Həzrət buyurdu: Yasin surəsi Tovratda "moməh" oxunur. Dedilər; Moməh nədir? Buyurdu: Onun sahibini dünya və axirət xeyri əhatə edər. Bu surə səbəbi nəticəsində o dünyadan bəlasına dözər, və bu surə axirət qorxusu dəf edər. Ona müdafiə və Qaziyə də deyərlər, çünki sahibindən (onu oxuyan) hər cür uzaqlaşdırar. Hər bir hacətini (istəyini) qəbul etdirər. Hər onu oxusa, onun üçün iyirmi Həccin savabı yazılar. Hər kəs onun oxunuşuna qulaq assa, onun üçün min dinar Allah yolunda verən şəxsin savabı yazılar. Bir kəs onu (Yasin surəsini) yazıb onun suyunu içsə, onunla min dərman, min nur, min yəqin, min bərəkət, min rəhmət onun qarnına daxil olar, və hər cür xəstəlik dən (s.ə.v.v) nəql edir ki, Həzrət belə buyurdu: Əlbəttə hər bir şeyin qəlbi vardır, Quranın qəlbi isə Yasin surəsidir. Yenədə Ənas İslam Peyğəmbərindən (s.ə.v.v) nəql edir ki, Həzrət buyurdu: Bir kəs qəbiristana daxil olsa, və orada Yasin surəsini oxusa, Allah-taala həmin gün onların (qəbiristan əhlinin ) əvbını azaldar, və onu oxuyan üçün oradakı ölülərin sayı qədər həsənat yazılar. Əbu Bəsir imam Sadiqdən (ə) rəvayət edib ki, Həzrət belə buyurdu: Əlbəttə hər bir şeyin qəlbi vardır, və Quranın qəlbi isə Yasin surəsidir. Beləliklə hər kəs bu surəni gündüz oxusa, həmin gün axşama qədər hafizlərdən olar. Hər kəs onu gecə yatmazdan əvvəl oxusa, Allah onu çirkin şeytanın afətlərindən qorumaq üçün min mələyi məmur edər. Əgər yatdığı vaxt vəfat etsə, Allah onu Behiştə daxil edər. Otuz min mələk ona qüsl veriləndə hazır olarlar, onun üçün bağışlanmaq istəyər, və onu qəbrinə qoyub, qəbrində Allaha ibadət edər, və savabını ona verərlər. Qəbri göz işlədikcə genişlənər, sıxıntısından amanda qalar, həmişə onun qəbrindən səmaya kimi nur saçar. Nəhayət Allah onu qəbrindən çıxardar (qaldırar). Necəki o qəbrindən çıxdı Mələklər həmişə onun yanında olub, onu müşayiət edərlər. Onunla söhbət edib, üzünə təbəssüm edər, və onu hər bir xeyrə müædə verərlər.
    İmam Sadiq (ə) buyurdu: Allahın Rəsulu (s.ə.v.v) üçün Quranda on iki ad qeyd olunub ki, onun beşi bu surətdə yazılıb: Məhəmməd Əhməd-Əbdullah, Yasin-Nun.
    İnsanın asan can verməsinə kömək edən amil yeddi şeydən ibarətdir. Onlardan biri Yasin surəsidir.
    Bəyənilmiş işlərdən biri də odur ki, Şəban ayının on beşi axşamı üç dəfə mübarək Yasin surəsini oxuyasan, onun birini yaşamaq, birini isə sağlamlıq məqsədilə oxusun, hər kəs bu ayəni özündə saxlasa, heç vaxt birinə möhtac olmayıb zalımın əlində giriftar olmaz.
    "Hum və əzvacuhum fizilalin ələl əraiki muttəkiun" (Yasin56) Çahar şənbə (üçüncü gün) günündən başlayıb on beş gün müddətində hər gün 818 dəfə bu ayəni oxusun, muradının hasil olması üçün təsirlidir. "Səlamun qəvlən min rəbbin rəhim." (Yasin-58).
    Bu ayəni oxumağı davam etdirmək 1000 Quran xətmi kimidir. "Vəmtazul yəvmə əyyuhəl mucrimun." (Yasin-59).
    Fəqirliyi (yoxsulluğu) aradan qaldırmaq üçün hər sübh bu ayəni oxuyun: "Və mən nuəmmirhu nunəkkisihu filxəlqi əfala yə‎qilun" (Yasin-68).
    Vəfat etmiş şəxsin kəfəninə bu ayəni yazsanız, o gor əzabından nicat tapar. "Fəla yəstətiunə təvsiyətən vəla ila əhlihim yərciun. Və nufixə fissuri fəizahum minəl əcdasi ila rəbbihim yənsilun. Qalu ya vəyləna mən bəəsəna min mərqədina haza mavəədər-rəhmanu və sədəqəl mursəlun. İn kanət illa səyhətən vahidətən fəizahum cəmiun lədəyna muhzərun." (Yasin-50-53).
    Hər kəs hacət niyyəti ilə aşağıdakı ayəni yeddi dəfə oxusa, hacəti qəbul olunar. "Ləş-şəmsu yənbəği ləha ən tudrikəl qəmərə vələlləylu Sabiqin-nəhari və kullun fi fələkin yəsbəhun." (Yasin-40).
    Aşağıdakı ayəni üç gecə və hər gecədə otuz dəfə Peyğəmbəri yuxuda görər. "Və xələqna ləhum min mislihi ma yərkəbun" (Yasin-42).
    Mal mənal (dükan kimi) dövlət qazanmaq istəyirsə, pəncşənbə (dördüncü) günü iki rükət namaz qılıb sonra Yasin surəsini oxusun, bu əməli üç gün təkrar etsin. Çox təcrübə olunub.
    "Saffat” surəsi
    Həsən ibn Übəyyil Əladan nəql olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs cümə günləri Saffat surəsini oxusa, həmişə bütün xətalardan amanda qalar, bu dünyada hər cür giriftarçılıqdan və müsibətdən qorunmuş olar, Ruzinin bolluğundan tamamilə faydalanar. Allah onu qovulmuş Şeytanın və yaxud zülmkarın şərrindən giriftar etməz.
    Əgər həmin gün və yaxud gecə vəfat etsə, Allah onu şəhidlərlə qaldırar, şəhid öldürər, onlarla birlikdə məqam və dərəcədə Behiştə daxil edər.
    Übəyy ibn Kəb deyir: Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bir kəs Saffat surəsini oxusa, Allah ona on həsənə əta edər, onu bütün cinlərdən şeytanlardan və şirkdən uzaq edər, və iki qoruyucu mələk Qiyamət günündə onun Peyğəmbərlərə iman gətidiyinə şəhadət verərlər.
    Hər kəs bu surəni yazıb yusa, və o su ilə qüsl etsə, ağrıları sağalar.
    Əgər gözdə çiçək xəstəliyi olsa, aşağıdakı ayəni bir qədər pak buğdaya yaxud duza oxusun və suya töksün, inşaallah çiçəyi (xəstəliyi) sağalar. "Fəinnəma hiyə zəcrətun vahidətun" (Saffat-19) "Fəkəşəfna ənkə citaəkə fəbəsərukəl yəvmə hədid." (Qaf-22) "Əvla ləkə fəəvla əyəhsəbul insanu ən yutrəkə sudən. Ələm yəku nutfətən min məniyyin yumna." (Qiyamət-35-37) sudan gözünə sürtsün, sonra oxusun. "Və yursilun-səmaiqə fəyusibu biha mən yəşau vəhum yucadilunə fillahi və huvə şədidul mihal." (Rədd-13).
    Category: Quranla dərman | Added by: Islam_Kitabxanasi (2012-05-13)
    Views: 1516 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024