İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 1
İstifadəçilər 1
Ferec313
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Quranda Namaz

    Quranda Namaz
    Allah övliyaları namazı unutmurlar
    Gündəlik həyatımızda müxtəlif işlərlə məşğul olur, özümüzün, məsuliyyətini daşıdığımız başqa şəxslərin məişət tələbatını təmin etməyə çalışırıq. Bütün bunlar yaşamaq zərurətlərindən biridir və İslam dini də buna böyük dəyər verir. Belə ki, Rəsuli-əkrəm (s) halal qazanc əldə etməyi ibadətlərin ən üstün dərəcəlisi sayaraq buyurur:
    العباده سبعون جزءا افضلها طلب الحلال
    "İbadət yetmiş qismdir. Ən üstünü halal qazancdır”("Ət-Təhzib”, c. 6, səh. 324.).
    Ənəs ibn Malik rəvayət edir: "Allahın rəsulu (s) Təbuk döyüşündən qayıdarkən Səd Ənsari o Həzrəti (s) qarşılamağa getdi. Peyğəmbər(s) onunla qucaqlaşıb görüşdükdən sonra soruşdu: "Əlin niyə qabar olub?” O, cavab verdi: "Ey Allahın rəsulu (s) ailəmi dolandırmaq üçün bellə, kəndirlə işləyirəm”. Peyğəmbər onun əlini öpüb buyurdu: "Bu, cəhənnəm odunun heç zaman dəyməyəcəyi əldir”("Usd əl-ğabə”, c. 2, səh. 299.).
    Lakin, bəzi vaxtlar məşğuliyyətlərimizin çoxluğu bizi Allaha bəndəlik etməkdən, dini göstərişlərini yerinə yetirməkdən saxlayır. Odur ki, hər şeyi öz həddində yerinə yetirməyə çalışaq və özümüzü Allahın zikrindən, ibadətindən ayrı salmayaq. Allah Qurani-kərimdə heç nəyə aldanmayan, ibadətlərini vaxtlı-vaxtında yerinə yetirən şəxslər haqqında buyurur:
    رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلوةِ وَإِيتَاءِ الزَّكَوةِ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَار ليجزيهم الله احسن ما عملوا و يزيدهم من فضله والله يرزق من يشاء بغير حساب
    "O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar.
    (Onların vaxtli-vaxtında, lazımınca ibadət etmələri, Allahdan qorxub pislikdən çəkinmələri ona görədir ki) Allah onlara etdikləri əməllərin ən gözəl mükafatını (yaxud gördükləri ən yaxşı işlərin əvəzini) versin, onlara olan lütfünü artırsın. Allah dilədiyinə saysız-hesabsız ruzi verər”("Nur”, 37-38.).
    Tarixdə qeyd edilir ki, Peyğəmbərin (s) səhabələrindən biri həmişə ilk cərgədə o Həzrətin (s) arxasında namaz qılırdı. Bu səhabənin həyat tərzi çox ağır keçirdi. Peyğəmbər (s) bunu hiss edir və çox narahat olurdu. Cəbrail (ə) Peyğəmbərə (s) nazil olub buyurdu: "Ya rəsulullah, öz pulundan bir dinar o şəxsə ver. O da həmin pulla ticarətlə məşğul olsun”. İslam peyğəmbəri (s) səhabəyə o miqdarda pulu verdi və o da tədricən ticarətə qoşuldu. Səhabənin sərvəti artdıqca yavaş-yavaş ilk cərgədən sonrakı cərgələrə və nəhayət daha məscidə - Peyğəmbərin (s) arxasında namaz qılmağa gəlmədi. Hətta dünya malına hərisliyi o həddə çatdı ki, dini zərurətləri icra etməkdən belə uzaqlaşmağa başladı. Cəbrail (ə) yenidən Peyğəmbərə (s) nazil olub dedi: "Ey Allahın rəsulu (s), siz səhabənizi belə və ya dinin göstərişlərinə əvvəlki kimi əməl edən halda görmək istəyirsiz?” Həzrət buyurdu: "Əlbəttə ki, ilk vaxtlar olduğu kimi görmək istəyirəm”. Vəhy mələyi dedi: "Ya Peyğəmbər (s) ona verdiyin dinarı al. Bu zaman o əvvəlki halına qayıdacaq”. Belə də oldu. Peyğəmbər (s) ondan borcunu geri aldıqdan sonra o şəxs müflisləşib əvvəlki vaxtına qayıtdı.
    Amma, Allah övliyaları nə qədər sərvətli olsalar da heç vaxt var-dövlət onları özünə təslim edə bilmir. Onlar bütün bunlarla yanaşı Allahlarını zikr edir, dua edir və buyuruqlarına təslim olurlar. Hətta onlar Allahı zikr etmək üçün bütün var-dövlətlərindən keçməyə belə hazırdırlar.
    Həzrət İbrahim (ə) qoyun sürüsünü apardığı zaman bir cavanın "Subbuhun, quddusun, rəbbuna və rəbbul-məlaikəti vər-ruh”, deyə zikr etməsini eşitdi. Bu zaman Allahın xəlili olan İbrahim buyurdu: "Bu zikri deyən kimdir? Əgər bunu bir daha təkrar etsəniz sürümün bir hissəsini sizə bağışalayaram”. Yenə də bu zikr təkrar edildi: "Subbuhun, quddusun, rəbbuna və rəbbul-məlaikəti vər-ruh”. Həzrət İbrahim (ə), onun bir dəfə də bu zikri oxumasını istədi və müqabilində bütün sürünü ona verəcəyini bildirdi. Yenə də zikr təkrar edildi və o sürünü orda qoyub uzaqlaşmağa başladı. Bu zaman arxadan səs gəldi: "Ey İbrahim, sürünü qoyub hara gedirsən?” İbrahim cavab verdi: "Mən şərtimə əməl edirəm, artıq qoyun sürüsü sənə məxsusdur”. Cavan dedi: Mən Allahın vəhy mələyi olan Cəbrailəm. Biz sənin Allaha olan eşqini yoxlamaq üçün imtahan etdik”("Gəncinəyi-məarif”, səh. 113.).
    Allah övliyaları var-dövlətlərindən keçib Allahın zikrini, aldanmışlar isə Allahın zikrini əldən verib dünya malı tələb edirlər.
    Gözəl əxlaq sahibləri həmişə namaz qılırlar
    Allah-taala Qurani-kərimdə insanın həris və eyni zmanda ona edilən bəzi pisliklərin qarşısında dözümsüz olduğunu və nəyəsə malik olduğu zaman ondan digərlərinin istifadə etməsinə mane olmasını xatırladır:
    إِنَّ الْإِنسَانَ خُلِقَ هَلُوعًا .إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا. وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا
    "Şübhəsiz, insan həris və dözümsüz yaradılmışdır. Ona pislik edildikdə taqətsiz olur. Lakin, ona xeyir çatdıqda digərlərinə mane olur (paxıllıq edir)”("Maric” , 19-20-21-ci ayələr.).
    Paxılların tezliklə öz cəzalarına çatacaqları haqqında isə oxuyuruq:
    وَلاَ يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ هُوَ خَيْرًا لَّهُمْ بَلْ هُوَ شَرٌّ لَّهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُواْ بِهِ يَوْمَ الْقِيَامَةِ وَلِلّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالأَرْضِ وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
    "Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!” ("Ali-imran”, 180.)
    Həzrət Əli (ə) paxılların hərəkətindən təəccüb edərək buyurur:
    عجبت للبخيل يستعجل الفقر الذي منه هرب و يفوته الغني الذي اياه طلب فيعيش في الدنيا عيش الفقراء و يحاسب الا غنياء
    "Paxıla təəccüb edirəm. O, qaçdığı kasıbçılığa giriftar olmuş və ehtiyaclıdır. O, dünyada yoxsullar kimi yaşasa da, axirətdə varlılar kimi hesab çəkiləcəkdir”("Nəhcul-bəlağə”, səh. 491.).
    Lakin Allah-taala namaz qılan şəxslərin belə rəzil əxlaqi keyfiyyətdən uzaq olmalarını, onların həmişə namaz qılmalarını, öz mallarından kasıblara bağışlamalarını, Cəza gününə iman gətirmələrini, Allahın əzabından qorxmalarını, bu əzabdan amanda qalmaları üçün Ona pənah aparmalı olduqlarını xatırladır:
    إِلَّا الْمُصَلِّين الَّذِينَ هُمْ عَلَى صَلَاتِهِمْ دَائِمُونَ وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌ لِّلسَّائِلِ وَالْمَحْرُومِ وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ وَالَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ
    "Namaz qılanlardan başqa. Onlar həmişə namaz qılırlar. Hansılar ki, mallarında məlum haqq var. İstəyənlər və kasiblar üçün. Onlar cəza gününə inanırlar. Hansılar ki, Allahın əzabından qorxurlar”("Məaric”: 22-27-ci ayələr.).
    Məlum ayədə "həmişə namaz qılırlar” ibarəsində məqsəd hər bir işi kənara atıb, bütün günü rükuda, səcdədə olmaq yox, əksinə yalnız müəyyən edilmiş vaxtlarda (5 dəfə zöhr, əsr, məğrib, işa, sübh) namaz qılmaqdır. Müstəhəb olan digər namazları da, xüsusi ilə gecə namazını bu ibadətlər cərgəsinə daxil etmək olar.
    Möminlər namazlarını qoruyurlar
    Allah Qurani-kərimdə buyurur:
    وَالَّذِينَ هُمْ عَلَى صَلَاتِهِمْ يُحَافِظُونَ
    "Və onlar (möminlər) ki, namazlarını qoruyurlar”("Məaric”, 34.).
    Namaz iki halda qoruna bilər:
    1. Namaz qılan şəxs namazın hökmlərinin düzgün icrasına, surə və zikrləri doğru qiraət etməsinə diqqət yetirməlidir.
    Namazda qorunması lazım olan şərtlərə və onların mənəvi yönlərinə diqqət edək:
    a) Namaz qılan şəxsin bədəni və paltarı nəcisdən pak olmalıdır. Bu, həm də insanın günah və rəzil əxlaqi keyfiyyətlərdən pak olmasına işarədir.
    Bəlkə də, dəstəmaz almaqdan məqsəd maddi aləmdən əlini üzüb, mənəviyyata yaxınlaşmaq, qüsl isə şəhvət dəryasından paklıq sahilinə çıxmaqdır.
    b) Namaz halında üzü qibləyə - Kəbə evinə tərəf dayandığımız kimi, bütün vücudumuzu, qəlbimizi də o evin sahibinə - Allaha yönəltməliyik.
    q) Namaz vaxtlarına diqqət yetirmək insanı ömr sərmayəsinin qədrini bilməyə, bu xəzinədən lazım olan bir gün üçün səmərli istifadə etməyə sövq edir.
    c) Namaz qılınan yerin mübah olmasının lazımlığı, insanın maddi aləmin fövqündə dayanmasının rəmzidir. Buna görə də namaz "Merac”a bənzədilmişdir.
    2. Yuxarıda qeyd edilən şərtlərdən başqa Namazda saf niyyətin, qəlb hüzurunun olması da çox önəmlidir. İslam Peyğəmbərindən (s) belə nəql edilir:
    لا صلاه الا بحضر القلب
    "Qəlbin hüzuru olmadan namaz yoxdur”("Ərbəin”, Şeyx Bəhai, hədis. 37.).
    Namazda nə qədər qəlb hüzuru olarsa, namaz da o qədər qəbul edilir. Belə ki, əgər insanın namaz halında Allaha diqqəti bir-iki dəqiqəlik olarsa, onun bir iki dəqiqəlik namazı da qəbul edilir və namazın qalan hissəsi isə boş əyilib qalxmaqdan başqa bir şey olmur.
    İmam Baqir (ə) buyurur:
    "Bəndənin tam qəlblə qıldığı namazı yuxarı aparılır”.
    İndiyə qədər günəşin mikroskopun vasitəsi ilə kağızı yandırmasına diqqət yetirmisinizmi? Niyə günəş mikroskopsuz kağızı yandırmır? Çünki, mikroskop əhatəsində olan bütün günəş şualarını bir yerə toplayır və yaranan hərarət vasitəsi ilə kağız yanmağa başlayır.
    İnsan namaz halında qəlb hüzuru ilə diqqətini bir yerə topladıqda fikrində mikroskopun fəaliyyəti icra olur. Namaz qılan şəxsdə bu hal yaranan zaman ilahi feyzi qəbul etməyə hazır olur. Allahın rəhmət feyzi hər yeri əhatə etmişdir. Yalnız biz özümüzü onu qəbul etməyə hazır etməliyik ki, Allahın eşqi canımıza yayılsın.
    Namaz uğrunda nə etməli?
    Əksər vaxtlarda hansısa xeyirli bir işi icra etmək istədikdə bir çox maneələrlə qarşılaşırıq. Bütün bunlar ruhiyyəmizi sarsıdır və bizim sona qədər işimizi layiqincə davam etdirməyimizin qarşısını alır. Lakin, mömin olan şəxs dini əmrləri icra emək və qadağaların qarşısını almaq üçün bütün bu çətinliklərə dözərək mübarizə etməli və tam sərbəstliyinin qorunması üçün çıxış yolu tapmalıdır. Bəzən bu çıxış yolu mənəvi görkəm alır. Belə ki, insan Allaha təvəkkül, məsumlara təvəssül etməklə işlərinin həllinı asanlaşdırır.
    Ümumiyyətlə, Allahpərəstlik yolu bir çox maneələrlə üz-üzədir. Belə ki, bu inancın yolçusu bəzən, islamın qanunlarını doğruluğunu, günü-gündən inkişafını görüb, dözə bilməyən din düşmənlərinin təzyiqləri və ya bəzi dinsizlərin onları məsxərə etmələri və yaxud da öz nəfsani istəklərinin, şeytanın həmlələri ilə üz-üzə gəlir. İslam Peyğəmbərinin (s) Kəbədə namaz qıldığı zaman əziyyət edilməsi, Bilalın bu ilahi ibadətə görə olmazın əzablara dözüb, düşmənlər tərəfindən şallaqlanması buna tarixi nümunələrdir.
    Həzrət Zeynəbin (ə) Kərbəlada çəkdiyi amansız acılar, əsirlikdə yol boyu üzləşdiyi dözülməz çətinliklər onu namazından ayrı sala bilmir. O Həzrət (ə) gündəlik vacib namazları ilə yanaşı bu səfərdə, hətta gecə namazlarını belə həyata keçirirdi. Baxmayaraq ki, taqətsizlik üzündən o xanım namazlarını otraq vəziyyətdə qılırdı.
    Qurani-kərimdə oxuyuruq ki, islam dinindən qabaqkı dönəmlərdə də dinə qarşı təzyiqlər göstərilib və mömin şəxslər Allahın yardımı ilə bunların qarşısında dayanıblar.
    الَّذِينَ أُخْرِجُوا مِن دِيَارِهِمْ بِغَيْرِ حَقٍّ إِلَّا أَن يَقُولُوا رَبُّنَا اللَّهُ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا وَلَيَنصُرَنَّ اللَّهُ مَن يَنصُرُهُ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ (40)
    "Onlar ki, haqsızlıq üzündən ev və şəhərlərindən qovuldular, yalnız belə deyirdilər: "Bizim Rəbbimiz tək olan Allahdır”. Əgər Allah bəzilərini bəzilərinin əli ilə dəf etməsə yəhudi və məsihilərin ibadətxanaları, kilsələrı və Allahın adı çox çəkilən məscidlər viran ediləcək. Allah ona yardım edənlərə (dinini müdafiə edənləri) yardım edər. Allah güclü və məğlubedilməzdir”("Həcc”, 40).
    Bəzən də insanın iman və əqidəsini qorumaq üçün ayrı bir şəhərə, ölkəyə hicrət etməsi lazım olur. Qurani-kərimdə oxuyuruq:
    رَّبَّنَا إِنِّي أَسْكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِندَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُواْ الصَّلوَةَ فَاجْعَلْ أَفْئِدَةً مِّنَ النَّاسِ تَهْوِي إِلَيْهِمْ وَارْزُقْهُم مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُونَ
    "Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmayılı və anası Hacəri) Sənin Beytül-həramının (Kə’bənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kə’bənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (ne’mətinə) şükür edə bilsinlər!”("İbrahim”, 37.)
    İranın Ərak ustanına tabe olan Saruq məntəqəsində yaşayan Kərbəlayi Məhəmmədkazım adlı bir şəxs ərbab(Ərbab- rəiyyətin tabe olduğu şəxs, başçı, puldar)ının öz taxıllarının zakatını ödəmədiyi üçün ondan ayrılır, hər bir əzab-zəiyətə düzüb ailəsindən, ata-anasından ayrı düşmək çətinliyini cana alaraq uzaq bir şəhərə işləməyə gedir. Uşaqlıqda Quran oxumağa çox həvəsi olsa da lakin, maddi durmlarının çox aşağı olması üzündən heç bir molla məktəbinə getməyən Kərbəlayı Kazım yaxında olan bir imamzadəyə ziyarətə gedir. Burda olan vaxt iki nurani gənc içəri daxil olur və salam verib, kef-əhval tutduqdan sonra ondan soruşurlar:
    -Məhəmmədkazım Quran oxuya bilirsən?
    -Mən heç zaman məktəbə getmədim- deyə təəssüflə onlara cavab verir.
    Bu iki nurani gənc ona imamzadənin tavanında yazılmış Qurani-kərimin ayələrini (Əraf surəsinin 54-59 cu ayələri) göstərərək deyirlər:
    -Bizimlə tavanda yazılmış ayələri oxu:
    إِنَّ رَبَّكُمُ اللّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ...
    "Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sür’ətlə tə’qib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır…”
    Sonra bu iki şəxs onun sinəsinə əllərini sürtüb gözdən itirlər. Baş verənlərədn qorxaraq huşunu itirən Məhəmmədkazım özünə gələndən sonra bütün Qurani-kərimi əzbər bilidiyini dərk edir.
    Bu hadisə Ayətullah Bururcerdi və Mərəşi Nəcəfinin zamanında baş verir və onlar bu şəxsi yanına çağırıb imtahan edir və Allahın ona bağışladığı kəramətin şahidi olurlar.
    Həqiqətən də Allah dinin hökmlərinin icrası uğrunda hər bir çətinliyə dözən şəxslərə böyük savablar, hədiyyələr bəxş edir.
    Category: Quranda Namaz | Added by: Islam_Kitabxanasi (2012-05-14)
    Views: 932 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024