İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Nisa surəsinin təfsiri)

    Nurul-Quran (Nisa surəsinin təfsiri)

    AYƏ 40:

    ﴿ إِنَّ اللّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِن تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Şübhəsiz, Allah (heç kəsə) zərrə qədər də zülm etməz və əgər həmin miqdarda yaxşı əməl mövcud olsa onu (onun savabını, yaxud eynini axirətdə) ikiqat artırar və Öz tərəfindən böyük bir savab (mükafat) əta edər

    TƏFSİR:

    Bu ayədə əvvəlki ayədə qeyd olunan simiclərə və imansızlara xitabən buyurulur: Allah hətta zərrə miqdarında belə zülmü rəva görməz.

    Zərrə əslində çox çətinliklə görünən kiçik qarışqalara deyilir. Lakin tədricən daha ümumi məna kəsb etmiş və hər bir kiçik şeyə aid edilmişdir. Bu gündə cismin ən kiçik hissələrindən olan atoma da zərrə deyilir. Misqal isə ağırlıq mənasında olduğundan «misqalə zərrətin» təbiri «son dərəcə kiçik olan cismin ağırlığı qədər» mənasını ifadə edir.

    Sonra buyurulur ki, Allah nəinki zülm etməz, üstəlik əgər yaxşı bir iş görsəniz, onun mükafatını bir neçə qat artırar və Öz tərəfindən bu əməl üçün böyük mükafat verər.

    ALLAH NƏ ÜÇÜN ZÜLM ETMİR?

    Adətən, zülmün mənşəyi ya cəhalətdir, ya qorxu, ya ehtiyac, ya hərislik və ya başqa şeylər. Allah-təala da zatən ehtiyacsız, elmli, hər növ eyb və nöqsandan pak olduğu üçün heç vaxt zülm etməz. Bundan əlavə, Allahın Özü bəndələrə ədalətli olmaq və ehsan etməyi əmr etdiyindən Onun zülm etməsi qətiyyən təsəvvür edilə bilməz. Lakin Allahın yaxşı əməllər müqabilində bəndələrinə əta etdiyi mükafat bir neçə qatdır (10 qat, 700 qat, yaxud da daha artıq).

    AYƏ 41:

    ﴿ فَكَيْفَ إِذَا جِئْنَا مِن كُلِّ أمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَى هَـؤُلاء شَهِيدًا ﴾

    TƏRCÜMƏ:

    «Buna görə də hər ümmətdən (onların iman, küfr, itaətkarlıq və itaətsizliklərinə şahidlik etmək üçün) bir şahid (peyğəmbərlərini) gətirəcəyimiz və səni də bunlara (bu ümmətə, yaxud o şahidlərə) şahid gətirəcəyimiz zaman (sənin və camaatın halı) necə olacaq?!lərindən) bir şahid gətirdiyimiz və səni də onlara şahid tutduğumuz gün necə olacaq?!»

    TƏFSİR:

    Bu ayənin məzmunu Rəsuli-Əkrəmin (s) bütün ümmətə şahid olduğunu göstərir. Bu məsələ başqa yerlərdə də qeyd olunmuşdur («Bəqərə» 143, «Nəhl» 89 və s.).

    İbn Məsud bu ayəni Peyğəmbəri-Əkrəmin (s) hüzurunda tilavət edəndə o Həzrətin (s) gözlərindən yaş axmağa başladı.(Fəxri Razinin, Mərağinin təfsirlərindən, həmçinin «Səhihi Buxari», «Səhihi Tirmizi», «Səhihi Nisai»dən nəqlən.)

    Allah-təala üçün heç bir şahid gətirməyə ehtiyac yoxdur. Lakin insanda belə bir xüsusiyyət vardır ki, şahidlərin nə qədər çox olduğunu hiss edərsə, onun təlim-tərbiyəsi və təqvası üçün də bir o qədər təsirli olar.

    Quranın buyurduğuna əsasən, Qiyamətdə şahidlər olduqca çoxdur. O cümlədən: Allah(«Həcc» surəsi, ayə 17), peyğəmbərlər,(«Nisa» surəsi, ayə 41) məsum imamlar,(Bəqərə» surəsi, ayə 143)mələklər,(  «Qaf» surəsi, ayə 21) yer,(Zilzal» surəsi, ayə 4) zaman,(Nurus-Səqəleyn», 5-ci cild, səh. 112) insanın bədən üzvləri.(]  «Nur» surəsi, ayə 24) Biz bilməliyik ki, Qiyamət şahidlərin gətirildiyi bir gündür.(Ğafir» surəsi, ayə 51)

    İNCƏ MƏTLƏBLƏR

    1. Peyğəmbərlər insanlara bu dünyada nümunə, axirətdə isə şahiddirlər.

    2. İlahi sünnələrə əsasən hər bir ümmətin peyğəmbəri həmin ümmətə şahid olacaqdır. Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra da bütün xüsusiyyətlərdə o Həzrət (s) kimi olanlar (məsum imamlar) camaata şahiddir. İmam Sadiq (ə) buyurur: «Hər bir zamanda biz Əhli-Beytdən olan bir imam camaata şahiddir, Rəsuli-Əkrəm (s) də bizə şahiddir.»(Nurus-Səqəleyn», 1-ci cild, səh. 399)

    AYƏ 42:

    ﴿ يَوْمَئِذٍ يَوَدُّ الَّذِينَ كَفَرُواْ وَعَصَوُاْ الرَّسُولَ لَوْ تُسَوَّى بِهِمُ الأَرْضُ وَلاَ يَكْتُمُونَ اللّهَ حَدِيثًا ﴾

    TƏRCÜMƏ:

    «Həmin gün kafirlər və Allahın elçisinə itaətsizlik edənlər arzu edərlər ki, kaş yerlə (torpaqla) yeksan olaydılar! Allahdan heç bir sözü gizlədə bilməzlər

    TƏFSİR:

    Şahidlər gətirilməzdən əvvəl günahkarlar və kafirlər öz günahlarını və fəsad əməllərini inkar edər, özləri üçün bir çıxış yolu axtarar və «Allaha and olsun, biz bu işlərin əhli deyildik» deyərlər («Ənam», 23). Lakin şahidlər həqiqətləri deyən zaman haqqı gizlətməyə heç bir yer qalmaz «kaş torpaqla bir olaydıq!» deyərlər.

    İNCƏ MƏTLƏBLƏR

    1. Peyğəmbərin hakimiyyətlə əlaqədar verdiyi göstərişlərə itaətsizlik Allaha qarşı kafirliklə bərabərdir.

    2. Qiyamət künü həsrət və arzular günüdür.( Qur’anda günahkarların həsrətli arzuları «kaş torpaq olaydım», «kaş torpaqda məhv olaydım», «kaş filankəsi özümə dost seçməyəydim», «kaş dünyada əql və təfəkkür sahibi olaydım», «kaş elə ölümlə məhv olub gedəydim» – deyə bəyan edilir.)

    3. Qiyamət günü heç bir söz və mətləb məxfi qalmayacaqdır.

    AYƏ 43:

    ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقْرَبُواْ الصَّلاَةَ وَأَنتُمْ سُكَارَى حَتَّىَ تَعْلَمُواْ مَا تَقُولُونَ وَلاَ جُنُبًا إِلاَّ عَابِرِي سَبِيلٍ حَتَّى تَغْتَسِلُواْ وَإِن كُنتُم مَّرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاء أَحَدٌ مِّنكُم مِّن الْغَآئِطِ أَوْ لاَمَسْتُمُ النِّسَاء فَلَمْ تَجِدُواْ مَاء فَتَيَمَّمُواْ صَعِيدًا طَيِّبًا فَامْسَحُواْ بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ إِنَّ اللّهَ كَانَ عَفُوًّا غَفُورًا﴾

    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın. Həmçinin müsafir olduğunuz (və onda su tapmadığınız) hal istisna olmaqla cənabətli halda qüsl edənə kimi (namaza yaxınlaşmayın). Eləcə də cənabətli halda qüsl edənə kimi məscidə yaxınlaşmayın. Keçməyiniz (bir qapıdan girib digərindən çıxmaq) istisnadır. Əgər xəstə ya səfərdə ikən, sizdən biri ayaqyolundan gəlmiş, ya qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız (və ya sudan istifadə etməməyə üzürlü səbəb olsa) pak torpaq axtarın və (iki əlinizi ona vurduqdan sonra) üzünüzə və əllərinizə sürtün. Doğrudan da Allah əfv edən və çox bağışlayandır

    TƏFSİR:

    BİR NEÇƏ FİQHİ HÖKM

    Bu ayədə bir neçə şəriət hökmü bəyan olunur:

    1. Məst halında qılınan namazın batil olması. Şərif ayədə buyurulur: "Ey iman gətirənlər! Məst halında namaza yaxınlaşmayın ki, nə dediyinizi biləsiniz.

    Bunun səbəb və fəlsəfəsi də tamamilə aydındır. Çünki bəndə namazda Allahla danışır, Onunla raz-niyaz edir. Bu zaman o, ayıqlığın son həddində olmalıdır. Sərxoş insanlar da bu mərhələdən tamamilə uzaqdırlar.

    2. Cənabət halında namazın batil olması. Ayədə buyurulur: "Həmçinin cənabətli olduğunuz vaxt da namaza yaxın düşməyin.”

    Sonra bu hökmdə mövcud olan istisna hal belə bəyan edilir: "Amma əgər səfərdə olsanız və su da tapa bilməsəniz, bu halda namazı təyəmmümlə qılmalısınız və bunun eybi yoxdur.”

    3. Qüsl etdikdən sonra namaz qılmağın və ya məsciddən keçməyin caiz olması. Bu da «hətta təğtəsilu» (qüsl edənə qədər) cümləsindən başa düşülür.

    4. Üzrü olan şəxslər üçün təyəmmüm etmək. Həqiqətdə təyəmmümün qanuni hala salınmasının bütün yollarını bəyan edən sonrakı cümlədə əvvəlcə suyun bədənə zərərli olduğu hala işarə edilir və buyurulur: Əgər xəstə olsanız, yaxud səfərə getsəniz, yaxud sizlərdən biri öz təbii ehtiyacını ödəsə (ayaq yolu), yaxud da qadınlarınızla yaxınlıq etsəniz və bu kimi hallarda dəstəmaz və qüsl üçün su tapmasanız, pak-pakizə torpaqla təyəmmüm edin.

    Sonrakı cümlədə isə təyəmmüm etməyin qaydası belə bəyan edilir: "Sonra üzünüzə və əllərinizə məsh edin.”

    Ayənin axırında bu həqiqət bəyan edilir ki, yuxarıdakı göstəriş bir növ sizin üçün asanlıq və yüngülləşdirmədir. Çünki Allah-təala bağışlayan və mehribandır.

    AYƏ 44:

    ﴿ أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُواْ نَصِيبًا مِّنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلاَلَةَ وَيُرِيدُونَ أَن تَضِلُّواْ السَّبِيلَ ﴾

    TƏRCÜMƏ:

    «Məgər kitabdan (səmavi kitab olan Tövrat və ya İncil elmindən) bir pay verilmiş kəsləri görmədin ki, (həmin kitablardakı mətləbləri gizlətmək və təhrif etməklə öz qövmləri üçün) azğınlığı necə alır və sizin də haqq yoldan azmağınızı istəyirlər?!»

    TƏFSİR:

    Bu ayədə Allah-təala təəccüb ifadə edən bir ifadə ilə Öz Peyğəmbərinə (s) xitab edərək buyurur: Səmavi kitabdan bir qədər bəhrələri olan bir cəmiyyəti görmədinmi?! Onlar bu kitabdan hidayət və mənəvi təkamül yolunda bəhrələnmək əvəzinə, həm özləri azğınlığa düşdülər, həm də sizin azğınlığa düşməyinizi istəyirlər.

    Beləliklə, həm özlərinin, həm də başqalarının hidayət səbəbi olası şey onların pis niyyətləri xatirinə özlərinin azğınlığa düşmələrinə səbəb oldu. Onlar heç vaxt həqiqəti arayıb-axtarmaq istəmir, əksinə, hər şeyə nifaq, həsəd və dünyapərəstlik nəzəri ilə baxırdılar.

    AYƏ 45:

    ﴿ وَاللّهُ أَعْلَمُ بِأَعْدَائِكُمْ وَكَفَى بِاللّهِ وَلِيًّا وَكَفَى بِاللّهِ نَصِيرًا ﴾

    TƏRCÜMƏ:

    «Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Kifayətdir ki, Allah sizin dost və başçınız olsun və kifayətdir ki, Allah sizin yardımçınız olsun!»

    TƏFSİR:

    Bu ayədə buyurulur ki, bu kimi insanlar dost paltarında olub özlərini dost kimi göstərsələr də sizin həqiqi düşmənləriniz məhz onlardır. Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır.

    Onların sizin səadətə çatıb hidayət olunmağınızla müxalifət etmələrindən də artıq düşmənçilik ola bilərmi?! Onlar bəzən dildə sizə xeyirxahlıq etmək istədiklərini deyirlər, amma başqa yerdə sizin bədxahınızdır və öz mənfur niyyətlərini həyata keçirmək üçün hər vaxt bir cildə düşürlər.

    Lakin siz onların ədavətindən heç vaxt vəhşət və qorxu hissi keçirməyin. Çünki siz yalqız, köməksiz deyilsiniz. Allah sizin rəhbər və köməkçinizdir, Onun sizə köməkçi olması da kifayətdir.

    AYƏ 46:

    ﴿مِّنَ الَّذِينَ هَادُواْ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَاسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَاعِنَا لَيًّا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِي الدِّينِ وَلَوْ أَنَّهُمْ قَالُواْ سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانظُرْنَا لَكَانَ خَيْرًا لَّهُمْ وَأَقْوَمَ وَلَكِن لَّعَنَهُمُ اللّهُ بِكُفْرِهِمْ فَلاَ يُؤْمِنُونَ إِلاَّ قَلِيلاً﴾

    TƏRCÜMƏ:

    «Yəhudilərdən bəziləri (Tövratın) kəlmələrin(in) yerini (dəyişib) təhrif edir və dillərini (ərəb ləhcəsində olduğu kimi) əyməklə və dinə tənə vurmaq məqsədilə deyirlər: «Eşitdik və (batində deyirlər) itaətsizlik etdik və eşit ki, eşitməyəsən». (Onların bu sözlərinin zahiri mənası budur ki, pis eşitməyəsən. Lakin onu deməkdən məqsədləri budur ki, kar olasan yaxud yaxşı söz eşitməyəsən.) Həmçinin «raina» deyirlər (ki, onun mənası ərəb dilində «bizi riayət et», ibrani dilində isə «ey bizim çobanımız» deməkdir)! Əgər onlar «eşitdik və itaət etdik və eşit və bizə nəzər sal» desəydilər, şübhəsiz (bu) onlar üçün daha yaxşı və düzgün olardı. Lakin Allah onları küfrləri vasitəsilə lənətləmiş və (rəhmətindən) uzaqlaşdırmışdır. Buna görə də onların yalnız az bir hissəsi iman gətirər (və ya onlar həqiqətlərin yalnız az bir qisminə iman gətirərlər)

    TƏFSİR:

    «Səmina və əsəyna» (eşitdik və asi olduq) təbiri məsxərə üzündən deyilən bir sözdür və mənası «səndən demək, bizdən isə eşitməmək»dir.

    Müsəlmanlar Peyğəmbəri-Əkrəmə (s) «raina» deyirdilər, məqsədləri də «bizi gözlə, bizi də nəzərə al» demək idi. Amma yəhudilər bu kəlməni təhrif edərək çox pis və yaramaz bir məna nəzərdə tuturdular. Çünki bu kəlmə «rəy» kökündən alınarsa «nəzərə almaq», «rəunə» kökündən alınarsa və nun hərfi təşdidlə – «rainna» kimi oxunarsa «bizi axmaq hesab et» mənasını ifadə edir. Yəhudilər dillərini əyərək kəlmə və hərflərin yerini dəyişir və müsəlmanları təhqir edir, məsxərəyə qoyurdular.

    Əvvəlki ayədə də onların müsəlmanları azdırmaq məqsədləri, özlərinin dindən çıxmaları və kafirlikləri bəyan olunmuşdu. Məhz bu inad səbəbilə hidayət nurunu əldən verdiklərindən, Allah tərəfindən lənətə düçar oldular.

    AYƏ 47:

    ﴿يَا أَيُّهَا الَّذِينَ أُوتُواْ الْكِتَابَ آمِنُواْ بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِّمَا مَعَكُم مِّن قَبْلِ أَن نَّطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَى أَدْبَارِهَا أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّا أَصْحَابَ السَّبْتِ وَكَانَ أَمْرُ اللّهِ مَفْعُولاً﴾

    TƏRCÜMƏ:

    «Ey (səmavi) kitab verilmiş kəslər, bəzi üzləri məhv edərək arxalarına çevirməmişdən (cisimlərini bu hala salmamışdan və ya ruhlarını imandan küfrə döndərməmişdən), yaxud Əshabus-səbti (şənbə günü balıq tutan balıqçıları) lənətlədiyimiz (və eybəcər hala saldığımız) kimi onlara da lənət edərək (rəhmətimizdən) uzaqlaşdırmamışdan qabaq yanınızda olan (din və kitab)ın təsdiqi olan (və bu Peyğəmbərin və onun kitabının sizin yanınızda olan əlamətləri ilə uyğun gələn) nazil etdiyimizə (Qurana) iman gətirin. Allahın əmri həmişə yerinə yetəndir

    TƏFSİR:

    ÜZLƏRİN MƏHV EDİLİB ÇEVRİLMƏSİ

    Məqsəd insan qəlbinin, sağlam fitrətinin, əql qüvvəsinin səadət və xoşbəxtlik yolundan döndərilməsi ola bilər ki, bu da ilahi ayələrin müqabilində inadkarlıq göstərməyin nəticəsidir. Onlar irəliləmək əvəzinə geri qayıdırlar, insani çöhrələri və əql qüvvələri məsx olunaraq məhv edilir. Eləcə də Qiyamətdə zahiri üzlərin arxaya çevrilməsinə, məsx olunmasına və şəklinin dəyişilməsinə işarə ola bilər.

    «Şənbə gününün səhabələri» dedikdə qanun pozan yəhudilər nəzərdə tutulur. Belə ki onlar şənbə günündə balıq ovunun haram edilməsi ilə əlaqədar Allahın fərmanına qarşı çıxaraq itaətsizlik etdilər və şəri bir hiylə işlədərək həmin işi yerinə yetirdilər. Nəticədə ilahi əzaba düçar oldular; onların üzləri meymun şəklinə çevrildi.(Ə’raf» surəsi, 162-ci ayə.)

    Bütün ilahi peyğəmbərlərin proqramlarında əsas və ümumi prinsiplər bir-birilə uyğundur, buna görə də dəvət üslubunda və təbliğ yollarında başqa din ardıcılları ilə olan müştərək etiqadlara ehtiramla yanaşmaq lazımdır.

    İNCƏ MƏTLƏBLƏR

    1. İslam digər din ardıcıllarını da Allah dininə dəvət edir.

    2. Elm xadimləri və agah şəxsiyyətlər daha artıq məsuliyyət daşıyır və Allah dinində əsas etibarı ilə onlara xitab olunur.

    3. İnadkarlar qarşısında müxtəlif təhdid növlərindən istifadə etmək lazımdır.

    4. Təhdidin təsirli olması üçün əyani və əməli misalları xatırlatmaq lazımdır.

    5. Tarix boyu inadkarların cəzalandırılması üçün ilahi əzab göndərilməsi ilahi bir qanundur.

    6. Allahın fərmanının həyata keçməsi qəti və labüddür.

    AYƏ 48:

    «Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz və ondan başqasını (yaxud ondan kiçik günahları) istədiyi şəxs üçün (tövbəsiz) bağışlayar. Allaha şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur

    TƏFSİR:

    Şirk məsələsi Quranda Allahdan qeyrisinə diqqət yetirib sığınmaq, bütə pərəstiş etmək, riyakarlıq, ilahi olmayan yönlərə təmayül, materializm və s. kimi adlardan istifadə olunaraq 200 dəfədən artıq irəli çəkilmişdir. Bu ayənin məzmunu eynilə 116-cı ayədə də təkrar olunmuşdur (təkrar bir növ hidayət amilidir). Şirk haqq mehvərindən çıxmaq, Allahdan birdəfəlik qırılmaq və başqasına qovuşmaq olduğundan heç vaxt bağışlanmır. Çünki bu işdə müşrik şəxsin özü müqəssir sayılır.

    Əgər müşrik şəxs də şirkdən əl çəkib həqiqi mənada tövbə etsə Allah onu bağışlayar. «Zümər» surəsinin 54-ü ayəsində buyurulur: «Həqiqətən Allah bütün günahları bağışlayır, belə isə Allahın rəhmətindən məyus olmayın, tövbə edib Onun dərgahına qayıdın.»

    Həzrət Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur: «Bu ayə Quran ayələri içərisində ən çox ümidverici ayədir.» («Təfsiri Safi»).

    Allahın hikmətli rəhmət nəzərinin kimə doğru yönəldiyini heç kəs bilmədiyindən qürur hissi geçirməyə, günah əmələ cürətlənməyə heç bir əsas qalmır.

    Bağışlanmağın bir neçə amili var:

    1. Tövbə.

    2. Yaxşı əməllər görmək.

    3. Böyük günahlardan uzaq olmaq.

    4. Şəfaət.

    5. İlahi əfv (sonuncusu yuxarıdakı ayədə qeyd olunmuşdur).

    İNCƏ MƏTLƏBLƏR

    1. Şirk ən mənfur bir günah, ilahi məğfirətə mane olan bir amildir.

    2. Günahların bağışlanması Allahın hikmətli iradəsinə aiddir.

    AYƏ 49:

    ﴿ أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُزَكُّونَ أَنفُسَهُمْ بَلِ اللّهُ يُزَكِّي مَن يَشَاء وَلاَ يُظْلَمُونَ فَتِيلاً ﴾

    TƏRCÜMƏ:

    «Özlərini təmizə çıxarıb tərifləyənləri görmədinmi?! (Bəşər övladına özünü tərifləmək yaraşmaz,) əksinə istədiyinin pak olmasını tərifləyən Allahdır. (Əgər Allah onları tərifləməsə və onlara özlərini təriflədiklərinə görə əzab versə) onlara xurma çərdəyinin üzərində olan nazik sap qədər də zülm olunmaz

    TƏFSİR:

    Özünü tərifləmək, bütün eyb və nöqsanlardan uzaq bilmək və hamıdan üstün saymaq digər Quran ayələrində də məzəmmət olunmuşdur («Nəcm» surəsi, 32-ci ayə - «Özünüzü tərifləməyin. Allah müttəqilərin kim olduğunu daha yaxşı bilir.»)

    Həzrət Əli (ə) «Həmmam» xütbəsində müttəqilərin xüsusiyyətlərindən biri olaraq bunu qeyd edir ki, onlar hər vaxt təriflənsələr qorxarlar. Buna əsasən qürur, özünü böyük görmək və başqalarını təhqir etmək əsasında olan özünü tərifləmək qadağan edilir. Lakin Allaha pərəstiş etmək böyük bir dəyər sayılır.

    Bunu da qeyd edək ki, ilahi cəzalar Allah tərəfindən insanlara edilən zülm deyil, insanların öz yaramaz əməllərinin nəticəsidir.

    Category: Nurul-Quran (Nisa surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 1000 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024