İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Nurul-Quran (Maidə surəsinin təfsiri)

    Nurul-Quran (Maidə surəsinin təfsiri)

    AYƏ 29-30:

    ﴿ إِنِّي أُرِيدُ أَن تَبُوءَ بِإِثْمِي وَإِثْمِكَ فَتَكُونَ مِنْ أَصْحَابِ النَّارِ وَذَلِكَ جَزَاء الظَّالِمِينَ. فَطَوَّعَتْ لَهُ نَفْسُهُ قَتْلَ أَخِيهِ فَقَتَلَهُ فَأَصْبَحَ مِنَ الْخَاسِرِينَ ﴾
    TƏRCÜMƏ:

    29. «Mən istəyirəm (əvvəl başlamayım) ki, sən (məni öldürmək günahı və) mənim (digər) günah(lar)ımla və öz günahlarınla (Allah dərgahına) qayıdasan və Cəhənnəm əhlindən olasan. Budur zalımların cəzası!»

    30. «Beləliklə, (pis işlərə əmr edən) nəfsi onu qardaşını qətlə yetirməyə həvəsləndirdi və (bu işi ona) asan göstərdi. Beləliklə onu öldürdü və ziyana uğrayanlardan oldu.»
    TƏFSİR:

    Habil başqasının günah yükünü öz üzərinə çəkmək istəmirdi. Buna görə də qardaşını öldürüb qan axıtmaq istəmədi. Bundan əlavə öz günah yükünü də qatilin üzərinə qoydu. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə buyurulur: «Hər kəs bir mömini qəsdən öldürsə, Allah qətlə yetirilənin bütün günahlarını qatilin hesabına yazar və öldürüləni günahlardan paklayar.»

    Əlbəttə, ayənin mənası bizim günahlarımızı öz üzərinə çəkməsi ümidi ilə zalımın müqabilində sükut etmək deyildir. Nəhy əz münkərin aparılma yollarından biri də zalım şəxsə, öz zülmlərinin cəzasından əlavə, məzlumun da günah yükünü öz üzərinə çəkəcəyini və ona verilən əzabın daha artıq olacağını anlatmaqdır. Bunu da qeyd edək ki, pak və insani fitrət adam öldürməyə ikrahla yanaşır və ona nifrət edir. Lakin nəfs bu işi yaxşı cilvələndirib insanı qətlə vadar edir. Bilməliyik ki, məada iman yer üzündəki insanların lap ilkin əqidələrindən biridir və məhz bu iman insanı başqasını nahaq yerə öldürməkdən və sair xətalardan saxlayır.
    AYƏ 31:

    ﴿فَبَعَثَ اللّهُ غُرَابًا يَبْحَثُ فِي الأَرْضِ لِيُرِيَهُ كَيْفَ يُوَارِي سَوْءةَ أَخِيهِ قَالَ يَا وَيْلَتَا أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَـذَا الْغُرَابِ فَأُوَارِيَ سَوْءةَ أَخِي فَأَصْبَحَ مِنَ النَّادِمِينَ﴾
    TƏRCÜMƏ:

    «Allah ona qardaşının görünməməli olan cəsədini necə gizlətməsini göstərmək üçün (nəyisə basdırmaq üçün) yeri qazan bir qarğa göndərdi. O dedi: "Vay olsun mənə! Məgər mən bu qarğa kimi olub qardaşımın cəsədini gizlətməkdən də aciz olmuşam?!” Beləliklə o, peşman olanlardan oldu.»
    TƏFSİR:

    İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə buyurulur ki, Qabil qardaşını öldürüb çölə atmışdı və nə edəcəyini bilmirdi. Bir qədər keçməmiş yırtıcı heyvanlar cəsədə yaxınlaşdılar. Bu zaman, Quranın buyurduğu kimi, Allah bir qarğanı göndərdi ki, torpağı bir tərəfə eşsin (qarğada adət olduğu kimi, başqa bir ölü qarğanı, yaxud öz yeminin bir qismini necə gizlətməyi göstərsin). Bununla da öz qardaşının cəsədini necə dəfn etməyi Qabilə göstərsin. Sonra buyurulur ki, bu zaman Qabil öz qəflət və xəbərsizliyindən narahat oldu və belə fəryad etdi: «Vay olsun mənə! Mən bu qarğadan da aciz və bacarıqsızam ki, qardaşımın cəsədini dəfn edə bilmirəm.»

    Amma axırda öz əməlindən peşman oldu, əlbəttə, onun bu peşmançılığı günahdan tövbə etməsinə dəlalət etmirdi.

    Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə deyilir: «Hər bir insanın qanı nahaq yerə tökülsə, onun məsuliyyətinin bir qismi Qabilin öhdəsinədir. Çünki dünyada adam öldürməyin əsasını o qoymuşdur.»[«Sünən» (Əhməd ibni Hənbəl), «Fi zilal» təfsirinin nəqlinə görə, 2-ci cild səh. 703]
    AYƏ 32:

    ﴿مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا وَلَقَدْ جَاء تْهُمْ رُسُلُنَا بِالبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِّنْهُم بَعْدَ ذَلِكَ فِي الأَرْضِ لَمُسْرِفُونَ﴾
    TƏRCÜMƏ:

    «Bu səbəbdən (belə bir faciə baş verdiyi üçün) İsrail övladlarına (və tarix boyu olacaq bütün millətlərə belə) yazdıq və qərara aldıq ki, kim can qisası (haqqına malik) olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə (ya İslamdan küfrə aparsa), sanki bütün insanları öldürmüşdür (və azdırmışdır və o, günahsızların qatillərinə məxsus Cəhənnəmdə olacaqdır) və kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə, yaxud küfrdən İslama gətirsə), sanki bütün insanları diriltmiş (və hidayət etmiş)dir. Doğrudan da Bizim peyğəmbərlərimiz onlar (İsrail övladları) üçün aydın dəlillər gətirdilər, sonra onların çoxu onun ardınca yer üzündə həddən artıq fəsad və qan tökməyə başladılar.»
    TƏFSİR:
    İNSANLARIN QARŞILIQLI ƏLAQƏLƏRİ

    Adəmin övladlarının hadisəsi qeyd edildikdən sonra, bu ayədə ümumi və insani nəticə alınır. Əvvəlcə buyurulur: Bu işin xatirinə Bəni-İsrailə yazıldı ki, hərgah bir insan başqasını bir kəsi qətlə yetirmədiyi, yaxud yer üzündə fəsad törətmədiyi halda qətlə yetirərsə, sanki bütün insanları öldürmüşdür və bir kəs başqa birisini ölümdən xilas etsə, sanki bütün insanları ölümdən xilas etmişdir.

    Burada sual yaranır ki, bir insanın öldürülməsi bütün insanların qətlə yetirilməsinə, bir insana nicat verilməsi isə bütün insanların xilas edilməsinə necə bərabər ola bilər?

    Cavabda demək lazımdır ki, Quran bu ayədə ictimai və tərbiyəvi bir həqiqəti xatırladır. Çünki bir adam əlini günahsız bir insanın qanına batırsa, deməli, onda digər günahsız insanları da qətlə yetirməyə hazırlıq vardır. O həqiqətdə bir qatildir və onun «yemi» də günahsız insanlardır. Bildiyimiz kimi, günahsız insanların arasında bu baxımdan heç bir fərq yoxdur.

    Həmçinin, insanları sevən və insani atifə və duyğular xatirinə başqalarını ölümdən xilas edən şəxsdə bu insani məram və tədbirləri digərlərinin barəsində də yerinə yetirməyə hazırlıq vardır. Quranın «fəkəənnəha» (və elə bil ki,) deyə buyurmasından məlum olur ki, bir insanın öldürülməsi cəmiyyətin ölümü, bir insanın dirildilməsi də cəmiyyətin həyatı ilə bərabər olmasa da, bunların aralarında çox uyğunluq və oxşarlıq var.

    Bunu da demək olar ki, hər bir insanda yeni bir nəslin və böyük bir cəmiyyətin yaranması qabiliyyəti vardır. Buna görə də bir fərdin məhv edilməsi bir nəslin qətlə yetirilərək məhv olunması ilə bərabərdir.

    Bir nəfər bu ayənin təfsiri barəsində İmam Sadiqdən (ə) soruşduqda həzrət (ə) buyurdu: «Bu ayədə gələn «öldürmək» və «ölümdən nicat vermək» dedikdə məqsəd ona yanğın, yaxud qərq olmaq və bu kimi şeylərdən nicat verməkdir.» Sonra bir az sükut etdi, yenidən buyurdu: «Daha böyük məfhum və əzəmətli təvil bundan ibarətdir ki, bir şəxs başqasını haqq, yaxud batil yola dəvət etsin, o da bu dəvəti qəbul etsin.»

    AYƏ nin axırında Bəni-İsrailin qanunu pozmasına işarə olaraq buyurulur: Bizim peyğəmbərlərimiz onları düz yola hidayət etmək üçün aşkar dəlillərlə gəldilər, lakin onlardan çoxu ilahi qanunları pozdular və hədlərini aşmaq yolunu tutdular.

    Lüğətdə «israf» kəlməsinin daha geniş mənası vardır və həddən keçməyin hər növünə aid edilir. Amma əksər hallarda xərclər və hədiyyələr barəsində işlədilir.

    İNCƏ MƏTLƏBLƏR

    1. İnsanlar müştərək həqiqətlərə, vahid ruhlara malik olub bir bədən üzvləri kimidir. Onlardan birinin qətlə yetirilməsi hamısının qətlə yetirilməsi kimidir.

    2. Hər hansı bir əmələ, hədəf və məqsədlə əlaqədar dəyər verilir. Təcavüzkarlıq məqsədi ilə bir nəfəri öldürmək bir cəmiyyəti öldürməkdir. Amma bir kəsin qanuni qisas ünvanı ilə öldürülməsi cəmiyyətə yeni həyat verir.

    3. Bir nəfərin ölümü, yaxud həyatı bəzən bir cəmiyyətin ölüm və həyatında təsir qoyur. Bəzən də fərdi qətl hadisələri kütləvi qırğınlara zəmin yaradır.

    4. Canlı və donuq olmayan cəmiyyətin nişanə və əlaməti çətinlikdə olanlara kömək etmək, canları xilas etməkdir.

    5. İntihar (özünü öldürmək), həmçinin uşaq saldırmaq «qətli-nəfsin» bariz nümunələrindən olub haram iş sayılır.

    6. Bir şəxsin fərdi hüquqlarına təcavüz etmək bir cəmiyyətin təhlükəsizliyini təhdid edir.

    7. İşləri insanları xilas etmək olan şəxslər, o cümlədən, həkimlər, tibb bacıları, yanğınsöndürənlər, təcili yardımçılar, dava-dərman hazırlayanlar və s. kimi şəxslər öz işlərinin də qədrini bilməlidirlər.
    AYƏ 33:

    ﴿إِنَّمَا جَزَاء الَّذِينَ يُحَارِبُونَ اللّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الأَرْضِ فَسَادًا أَن يُقَتَّلُواْ أَوْ يُصَلَّبُواْ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلافٍ أَوْ يُنفَوْاْ مِنَ الأَرْضِ ذَلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ﴾
    TƏRCÜMƏ:

    «Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır.»
    TƏFSİR:

    Bu ayənin şəni-nüzulu barəsində qeyd olunur ki, müşriklərdən bir qrupu Mədinəyə gəlib müsəlman oldu. Xəstə olduqlarına görə Peyğəmbərin (s) fərmanı ilə Mədinənin kənarında yerləşən səfalı, gözəl ab-havaya malik olan bir yerə getdilər ki, orada zəkat kimi verilən dəvələrin südündən istifadə etsinlər. Sağaldıqdan sonra müsəlman çobanlarını öldürüb ayaqlarını kəsdilər, gözlərini çıxartdılar, dəvələri qarət edib özləri də dindən çıxdılar. Rəsuli-Əkrəm (s) göstəriş verdi ki, onları tutsunlar, çobanlara rəva gördükləri işləri onların da başına gətirsinlər. Bu məsələ ilə əlaqədar yuxarıdakı ayə nazil olaraq belə işlərin hökmlərini və onlara veriləcək cəzaları bəyan etdi.

    AYƏ də gələn və «həqqullah» adlanan cəza tədbiri əfv edilə və ya dəyişdirilə bilməz. («Ətyəbul-bəyan»dan).[«Əl-mizan» təfsirində qeyd olunur ki, dörd cəza növündən hansının seçilməsi müsəlmanların imamının öhdəsinədir. Əgər öldürülən şəxsin qəyyumları qatili əfv etsələr, bu cəzalardan biri icra olunacaqdır.]

    Cəmiyyətin islah olunması üçün həm mövizə edib yol göstərmək, həm də qılınc işlətmək, qətiyyətli və inqilabi davranış lazımdır. (Əvvəlki ayədə qatilə mədəni xatırlatmalar və xəbərdarlıqlar verilir, burada isə müharib və müfsidin cəzası bəyan olunur.)

    Diqqət yetirmək lazımdır ki, Allahın məxluqu ilə müharibə aparmaq elə Allahla müharibə aparmaqdır. Bir kəs insanlara qarşı çıxsa, sanki Allaha qarşı çıxmışdır. Buna görə də cəmiyyətin əminamanlığını, təhlükəsizliyini pozanlar üçün bir neçə cəza növü təyin edilmişdir: Boynunu vurmaq, sürgün etmək, əl-ayağını kəsmək və dar ağacından asmaq.

    Eyni zamanda cəza ədalətlə yanaşıdır. Fəsadın mərtəbəsi və fəsad törədənlərin xüsusiyyətləri müxtəlif olduğuna görə onlara verilən cəza da eyni səviyyədə olmayacaqdır. Rəvayətlərdən düşünüldüyü kimi, fəsad faciəli şəkildə olarsa, onun cəzası qətl, yüngülvari olarsa sürgündür.

    Qətlin cəzası edam, cəmiyyəti qorxutmağın cəzası sürgün, oğurluğun cəzası əl-ayağın kəsilməsi, qətl və silahlı oğurluğun cəzası əl-ayağın kəsilib həmin şəxsin dara asılmağıdır. («Təfsiri-Safi»)

    İNCƏ MƏTLƏBLƏR

    1. Hökumətin vəzifəsi cəmiyyətdə, şəhərlərdə, kəndlərdə, yollarda və sair yerlərdə əminamanlığı, təhlükəsizliyi bərqərar etməkdir.

    2. Peyğəmbərin (s) qurduğu hakimiyyəti yıxmaq və ilahi dövlətlə müharibə etmək fikrində olan müxaliflər tar-mar edilməlidir.

    3. Müsəlmanların imamına, yaxud İslami hökumətin əleyhinə qiyam edənlər «yuharibunəllah» (Allahla müharibə edirlər) kəlməsinin nümunəsidir. («Fi zilalil Quran» təfsiri)

    4. İmam Rza (ə) buyurur: «Müfsidin sürgünolunma müddəti bir ildir. Sürgün olunduğu yerdə camaata elan olunmalıdır ki, həmin adamla bütün əlaqələrini kəssinlər, onunla alver etməsinlər, onun yanına gedib-gəlməsinlər və onunla evlilik əlaqəsi qurmasınlar. («Nurus-səqəleyn» təfsiri)

    5. Quran ayələrinə əsasən riba və sələm (faiz) alanlar müharib sayılmışdır.[«Bəqərə» surəsi, 279] Çünki onlar iqtisadiyyatdakı əminamanlığı pozurlar. Rəvayətlərdə də mömini təhqir edən şəxs Allahla müharibə edən şəxs hesab edilir.[«Bihar», 5-ci cild, səh. 283, 3-cü hədis, «Müsnəd» (Əhməd ibn Hənbəl), 6-cı cild, səh. 256]
    AYƏ 34:

    ﴿ إِلاَّ الَّذِينَ تَابُواْ مِن قَبْلِ أَن تَقْدِرُواْ عَلَيْهِمْ فَاعْلَمُواْ أَنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ ﴾
    TƏRCÜMƏ:

    «Siz ələ keçirməmişdən qabaq tövbə edənlər istisna olmaqla! Buna görə də bilin ki, Allah çox bağışlayan və mehribandır.»
    TƏFSİR:

    Qeyd etmək lazımdır ki, tövbə qapısı hamının üzünə açıqdır. Müqəssirin və günahkarın tutularaq, məhkəməyə çəkilməsindən qabaq edilən bir tövbənin dəyəri vardır. Eləcə də tövbə gərək agahlıq üzündən və azad şəkildə olsun. İkrah üzündən deyil, iradə əsasında olsun. (Başqa günahlar barəsində də tövbə ölümdən qabaq faydalıdır. «Nisa» surəsi, 18)


    Ümumiyyətlə, ilahi cəzalar intiqam almaq üçün deyildir. Onlar yalnız tərbiyəvi yönə malikdir, cəmiyyətin və fərdin islah olunması məqsədini daşıyır. Buna görə də günahkarların tövbə etməsi çox təsirlidir.
    AYƏ 35:

    ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴾
    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız.»

    Əmirəl-möminin Əli ibn Əbitalib (ə) «Nəhcül-Bəlağə»nin 110-cu xütbəsində buyurur: «Allaha yaxınlaşmaq üçün ən yaxşı vasitə Allaha və Onun Peyğəmbərinə iman gətirmək, Allahın yolunda, ixlas kəlməsini bəyan etmək yolunda cihad etmək, namazı bərqərar etmək, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, həcc və ümrəyə getmək, qohum-əqrəba ilə gediş-gəliş edərək sileyi-rəhm etmək, gizlində və aşkarda infaq etmək və yaxşı işlər görməkdir.»

    Buna görə də qurtuluşa nail olmaq, nicat tapmaq üçün həm günah işlər tərk olunmalı, həm də Allaha itaət edilməlidir. Yaxşı işlər də səadətə zəmin və vasitə yaradır, bu şərtlə ki, günah vasitəsilə onları məhv edib aradan aparmayaq.

    Bunu da qeyd edək ki, Əhli-Beyt (ə) Allah dərgahına yaxınlaşmaqda möhkəm vasitə və qırılmaz ipdir.[Mə’sumların (ə) rəvayətlərində vəsilə «imam» kimi tə’bir olunmuşdur. («Təfsiri Safi»)

    Sünnilərin də bir çox kitablarında təvəssül məsələsi qeyd olunmuşdur. Məsələn, İbn Həcərin «Əs-səvaiq» kitabında, Beyhəqinin «Sünən»ində, həmçinin «Vəfaul-Vəfa», 3-cü cild, səh. 1371. Eləcə də «Nisa» surəsinin 64-cü, «Yusif» surəsinin 97-ci və «Tövbə» surəsinin 117-ci ayələri də təvəssülün qanuni bir iş olmasının sənədi sayıla bilər.]

    AYƏ 36-37:

    ﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ لَوْ أَنَّ لَهُم مَّا فِي الأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لِيَفْتَدُواْ بِهِ مِنْ عَذَابِ يَوْمِ الْقِيَامَةِ مَا تُقُبِّلَ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ. يُرِيدُونَ أَن يَخْرُجُواْ مِنَ النَّارِ وَمَا هُم بِخَارِجِينَ مِنْهَا وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ ﴾
    TƏRCÜMƏ:

    36. «Şübhəsiz, əgər yer üzündə olanların hamısı və üstəlik bir o qədəri də kafirlərin olsa ki, onu Qiyamət gününün əzabı(ndan qurtulmaları) üçün fidyə versinlər, onlardan qəbul olunmaz. Onlar üçün ağrılı bir əzab vardır.»

    37. «Daim oddan çıxmaq istəyərlər. Amma əsla oradan çıxan deyildirlər. Onlar üçün həmişəlik bir əzab vardır.»[«Həcc» surəsinin 22-ci ayəsində buyurulur: «Onlar hər vaxt cəhənnəmdən çıxmaq və qəm-qüssədən xilas olmaq istədikdə yenidən cəhənnəmə qaytarılarlar.»]
    TƏFSİR:

    36. Möminlərə təqva, cihad və vəsilə əldə etmək barəsində göstəriş verən əvvəlki ayələrin ardınca bu ayədə imansız və pis insanların taleyinə işarə edilərək buyurulur: Kafir olanlar yer üzündəkilərinin hamısına və onun qədər əlavə mal-dövlətə malik olub Qiyamət gününün cəzasından nicat tapmaq üçün fidyə versələr, yenə də onlardan qəbul olunmayacaq və onlar dərdli əzaba düçar olacaqlar. Yalnız iman, təqva, cihad və saleh əməl sayəsində ondan xilas olmaq mümkündür.

    37. Sonra bu cəzanın davam etməsinə işarə edilərək buyurulur: Onlar cəhənnəm odundan həmişə çıxmaq istəyərlər, lakin ona qüdrətləri çatmaz, onların cəzaları sabit və bərqərardır. Hər bir halda, bütün qurtuluş yolları kafirlərin üzünə bağlanar. Onlar nə ilahi rəhmətdən bəhrələnəcəklər (çünki rəhmət təqva əhlinə məxsusdur), nə də şəfaətdən (çünki şəfaət yalnız Allahın razı olduğu şəxslərə məxsusdur). Ölümdən də bir xəbər yoxdur, onlar həmişə cəhənnəm odunda diridirlər və onların ölüm istəkləri qəbul olunmayacaqdır.

    Bu dünyada mövcud olan çoxlu açıq-aşkar dəlil və yolgöstərmələrə baxmayaraq, şirk və cəhalət zülmətlərindən bir an belə kənara çıxmayan şəxslər axirətdə də cəhənnəm odundan çıxmayacaqlar.
    AYƏ 38:

    ﴿ وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُواْ أَيْدِيَهُمَا جَزَاء بِمَا كَسَبَا نَكَالاً مِّنَ اللّهِ وَاللّهُ عَزِيزٌ حَكِيمٌ ﴾
    TƏRCÜMƏ:

    «(Ey İslam hakimləri,) oğru kişi və oğru qadının əlini (baş barmaqlarını çıxmaqla sağ əllərinin dörd barmaqlarını) etdikləri işin müqabilində Allah tərəfindən müəyyənləşdirilmiş bir cəza olaraq kəsin. Allah yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir.»
    TƏFSİR:

    Bu ayədə əvvəlcə oğru kişinin, sonra isə oğru qadının adı qeyd olunur. Lakin «Nur» surəsinin 2-ci ayəsində zinakarların hökmü bəyan olunarkən əvvəlcə zinakar qadının (zaniyə), sonra isə zinakar kişinin (zani) adı çəkilir. Bunun səbəbi bəlkə də bu ola bilər ki, oğurluqda kişinin, zinada isə qadının rolu daha artıqdır.

    1000 il bundan qabaq yaşamış böyük İslam alimi mərhum Seyyid Mürtəza Ələmul-Hudadan soruşdular: «Nə üçün beş yüz misqal qızıl dəyərində olan bir əl bir misqalın dörddə-biri qədər qızıl oğurladıqda kəsilməlidir?» Cavab verdi: «Əmanət əlin dəyərini yüksəldir, xəyanət isə azaldır.»

    Rəvayətlərə əsasən oğru əlin kəsilməli olan miqdarı dörd barmaqdır, baş barmaqla əlin içi qalmalıdır. Buna görə də onun əlinin kəsilməsinə səbəb olan malın miqdarı da aşağısı dinarın (qızıl misqalın) dörddə-biri qədər olmalıdır.

    Oğurlanan mal da mühafizə olunan yerdə olmalı, karvansara, hamam, məscid və sair ümumi məkanlar kimi açıq-aşkar yerlərdə olmamalı, hökm icra olunduqdan sonra mal sahibinə qaytarılmalıdır. Oğru da əlin kəsilməsi qanunundan xəbərdar olmalıdır, əks halda onun əli kəsilməz. Həmçinin əgər oğru öz şərikinin malını oğurlasa, yaxud qəhətlik illərində zərurət üzündən yeyinti məhsullarını oğurlasa, onun əli kəsilməyəcəkdir. Eləcə də əgər ata öz övladının, yaxud qul öz ağasının malını oğurlasa, həmçinin, həddi-büluğa çatmayan, dəli, yaxud malı aparmağa haqlı olduğunu təsəvvür edən şəxs üçün bu işlər əlinin kəsilməsinə səbəb olmaz. Əlbəttə, əlin kəsilmədiyi halların hamısında başqa cəzalar verilir.

    Peyğəmbəri-Əkrəm (s) bir hədisdə ən pis oğurluq kimi namazın oğurlanması, yəni onun rüku və səcdələrinin kamil şəkildə yerinə yetirilməməsini buyurub.[«Biharul-ənvar», 84-cü cild, səh. 257, 55-ci hədisdə Peyğəmbəri-Əkrəm (s) buyurur: «Ən pis oğru o kəsdir ki, namazından oğurlasın.»

    «Biharul-ənvar»ın 263-cü səhifəsində Peyğəmbər (s) buyurur: «Oğruların ən oğrusu o kəsdir ki, namazından bir şey oğurlasın, yə’ni onu naqis qılsın.»

    267-ci səhifənin 68-ci hədisində isə buyurur: «Oğru təkcə camaatın malını oğurlayan deyil, namazından da bir şey oğurlayan oğru sayılır.»

    «Müsnəd» (Əhməd ibni Hənbəl), 3-cü cild, səh. 56, «Sünəni Darəmi»nin 1-ci cildinin 305-ci səhifəsində Rəsuli-Əkrəmdən (s) belə nəql olunur: «Camaatın ən pisi o kəsdir ki, namazından oğurlasın.» «Ya Rəsuləllah, namazdan necə oğurlanar?» – deyə soruşulduqda buyurdu: «Rüku və səcdələri naqis yerinə yetirməklə.»]


    Bəzi dini şəxsiyyətlər öz kəlamlarında buyururlar ki, nə üçün müsəlmanlardan bəziləri «Həmd» surəsini tilavət edərkən «Bismillahir-rəhmanir-rəhim»i oğurlayırlar?

    Əlin kəsilməsi oğurluğun birinci mərhələsindədir. İkinci dəfə sol ayağı dabanın altından kəsilir. Üçüncü dəfə əbədi olaraq həbsə məhkum edilir, dördüncü dəfə isə edam olunur.[«Təfsiri Safi», «Məcməul-bəyan», 3-cü cild, səh. 192]

    İNCƏ MƏTLƏBLƏR

    1. Əlin kəsilməsi oğurluğun qarşısını almaq üçün yeganə ağır cəza və cərimədir.

    2. İlahi cəza qanunlarının icra olunması zamanı insani duyğulara qapılmaq olmaz.

    3. Oğru, əli kəsilməkdən əlavə, oğurladığı mala da zamindir.

    4. Bu hökmlərin icra olunmasında hökumət, qüdrət və təşkilata ehtiyac duyulur. Deməli, İslam hökumət və siyasət dinidir.

    5. Bir kəsin «yoxsulluqdan oğurluq etməyə məcbur idim» – deməsi əsas sayılmır.

    (İslam dini əlin kəsilməsindən öncə fəqirlərin məişət xərclərini və ehtiyaclarını beytül-maldan təmin etməklə, qohum-əqrəbasının köməkliyi ilə, faizsiz borc verməklə, qarşılıqlı kömək, həmkarlıq və sair kimi yollarla təmin olunmasına kömək etməklə iş və fəaliyyətin zərurətinə və əhəmiyyətinə diqqət yetirir.[«Fi zilalil-Qur’an» təfsiri, 2-ci cild, səh. 71, «Maidə» surəsi, ayə 38]

    6. İlahi cəzalar intiqam deyildir, onlar insanı pis əməllərdən çəkindirir.
    AYƏ 39:

    ﴿ فَمَن تَابَ مِن بَعْدِ ظُلْمِهِ وَأَصْلَحَ فَإِنَّ اللّهَ يَتُوبُ عَلَيْهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ ﴾
    TƏRCÜMƏ:

    «(Kim etdiyi zülmündən sonra tövbə etsə və (əqidə və əməlini) düzəltməyə başlasa, şübhəsiz, Allah ona nəzər salar və tövbəsini qəbul edər. Həqiqətən Allah çox bağışlayan və mehribandır.»
    TƏFSİR:

    İslamda ilahi cəza qanunları insanların haqqa dəvət və tərbiyə olunması, onlara yol göstərilməsi ilə yanaşıdır. Əvvəlki ayədə oğrunun cəzası bəyan olunurdu. Burada isə tövbə edərək bağışlayan və mehriban Allah dərgahına qayıtmağa, öz pis əməllərini islah etməyə dəvət edilir ki, bu da Allahın Öz mərhəmətinin yenidən bəndəyə şamil olmasına səbəb olur.

    Öz çirkin və yaramaz əməllərindən qayıdıb özünü islah etmək yolu – tövbə qapısı xətakar insanlar üçün həmişə açıqdır. Tövbə sadəcə olaraq batini peşmançılıqdan ibarət deyil, əksinə, keçmiş nalayiq əməllərin islah edilməsi ilə yanaşı olmalıdır.

    Əgər oğru tutulub məhkəməyə verilməzdən qabaq tövbə etsə və malı geri qaytarsa, həm dünyada, həm də axirətdə bağışlanacaq, amma tutulandan sonra ilahi cəza qanunu icra olunmalıdır, tövbə isə yalnız Qiyamətdə faydalı olacaqdır.
    Category: Nurul-Quran (Maidə surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 1343 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024