İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)

    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)

    6-7-Cİ AYƏLƏR
    إِنَّ الَّذِينَ كَفَرُواْ سَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لاَ يُؤْمِنُونَ (6) خَتَمَ اللّهُ عَلَى قُلُوبِهمْ وَعَلَى سَمْعِهِمْ وَعَلَى أَبْصَارِهِمْ غِشَاوَةٌ وَلَهُمْ عَذَابٌ عظِيمٌ (7)
    TƏRCÜMƏ:
    6- ”Həqiqətən kafirləri ilahi əzabdan qorxutsan da, qorxutma-san da, onlar üçün birdir - iman gətirməyəcəklər.”
    7- ”Allah onların qəlblərinə və qulaqlarına möhür vurmuş, gözlərinə pərdə salmışdır və böyük əzab onları gözləyir.”
    TƏFSİR:
    İKİNCİ QRUP: İNADKAR KAFİRLƏR
    Bu dəstə təqvalı və müttəqi şəxslərin müqabilində daya-nır. Onların sifətləri qeyd olunan iki ayədə qısa şəkildə bəyan olunmuşdur.
    İlk ayə buyurur: "Kafir olanları (və öz küfr və imansızlıq-larında inadkar olanları) ilahi əzabdan qorxutsan da, qorxut-masan da heç bir fərqi yoxdur, onlar iman gətirməyəcəklər.”
    Birinci qrup, haqqı əldə etdikdən sonra onu hər bir cəhətdən qəbul edib, tabe olmağa tam hazır idilər.
    Amma bu dəstə öz azğınlıqlarında o qədər inadkardır-lar ki, hətta haqq onlar üçün aşkar olsa belə, onu qəbul et-məyə hazır deyillər. Müttəqilərin və təqvalıların yol gös-tərəni olan Quran kafirlər üçün heç bir təsirə malik deyil. Desən də, deməsən də, nəsihət etsən də, etməsən də, müj-də versən də verməsən də heç bir faydası yoxdur. Ümumiyyətlə onların vücudunda haqqa tabe olub, haqq qarşısında təslim olmaq üçün heç bir ruhi hazırlıq yoxdur.
    İkinci ayə bu qrupun inad və təəssübünün səbəbini bəyan edərək buyurur ki, onlar küfr və inad bataqlığında elə qərq olmuşlar ki, haqla batili ayırd etmə qüvvəsini əldən ver-mişlər. Allah onların qəlblərini, qulaqlarını möhür-ləyib, gözlərinə pərdə salmışdır. Bu səbəbə görə də bu iş-lərin nəticəsi olaraq böyük bir əzab onların intizarını çəkir: ولهم عذاب عظيم .
    Beləliklə, təqvalıların ilahi ayələri gördüyü gözlər, haqq sözləri eşitdiyi qulaqlar, həqiqətləri dərk edən qəlb-lər, bu ikinci qrupda artıq işləmir. Onların əqli, gözü və qulaqları vardır, amma dərk etməyə, görməyə və eşitməyə qüd-rətləri yoxdur! Çünki, onların çirkin, nalayiq əməlləri, inadkarlıqları, bu hiss üzvləri qarşısında bir pərdəyə çevrilmişdir.
    Şübhəsiz, insan azğınlığın bu mərhələsinə çatma-yıbsa, düzgün yolda olmasa da belə hidayət olunmağa qabildir. Amma ayırd etmə qüvvəsini çirkin əməllər səbəbilə əldən verdiyi təqdirdə daha nicat və qurtuluş yolu onun üçün bağ-lanır. Çünki, onlar artıq mərifət vasitələrini itirmiş-lər. Təbiidir ki, bu halda böyük əzab onların intizarında olacaq. Məsələn, əgər bir şagird dərs oxumazsa nəticədə sa-vadsızlıq və cəhalət kimi əzaba düçar olacaq, ona sənəd ve-rilməyəcək. Mühüm məsələ budur ki, insan özünü gözləsin, nəzarət altında saxlasın. Əgər Allah eləməmiş, ondan bir günah baş verərsə dərhal tövbə etsin və saleh əməl vasi-təsilə günahını yusun. İmkan yaratmamalıyıq ki, günah bu sadəliklə qəlbimizə daxil olub orada sabitləşsin və nəha-yətdə onun möhürlənməsi ilə nəticələnsin.
    İmam Baqirdən (ə) nəql olunan bir hədisdə buyurulur: "Hər bir bəndənin qəlbində ağ bir nöqtə vardır. Əgər bəndə günah iş görərsə, o ağ nöqtədə bir qaraltı və ləkə əmələ gələr. Əgər tövbə etsə, qaraltı dərhal aradan gedər. Amma günah işi davam etdirərsə, o qaraltı genişlənərək ağ hissəni tamamilə örtər. Artıq bundan sonra belə bir qəlbin sahibi heç vaxt xeyir, səadət və qurtuluş yoluna qayıtmaz. Bu da məhz Allah-taalanın buyur-duğu: كَلَّا بَلْ رَانَ عَلَى قُلُوبِهِم مَّا كَانُوا يَكْسِبُون kəlamının mənasıdır.
    KÜFRÜN MƏNASI NƏDİR?
    Küfr lüğətdə gizlətmək, məxfi saxlamaq, şəriətdə isə Allahın üluhiyyətini, peyğəmbərlərin nübüvvətini, məadı, habelə dinin zəruri məsələlərini inkar etməyə deyilir. Di-nin zəruri məsələlərindən hətta birini inkar edən şəxs, bütün müsəlmanların nəzərində İslamdan çıxaraq kafir-lər cərgəsində qoşulur.
    Ümumiyyətlə, küfr murdar bir ağacdır ki, onun kökləri batil etiqad, gövdəsi rəzil əxlaqlar, qol-budağı günah və pis əməllər, meyvəsi isə dünyada zillət və axirətdə əzabdır. Bunun da müqabilində iman pak bir ağacdır ki, kökü haqqa etiqad, gövdəsi bəyənilən əxlaq, qol-qanadı saleh və gözəl əməllər, meyvəsi isə dünya və axirət xoşbəxtliyidir ki, bu da əbədi qurtuluşdan ibarətdir.
    "İbrahim” surəsinin 25-26-cı ayələrində buyurulur:
    أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ اللّهُ مَثَلاً كَلِمَةً طَيِّبَةً كَشَجَرةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِي السَّمَاء تُؤْتِي أُكُلَهَا كُلَّ حِينٍ بِإِذْنِ رَبِّهَا وَيَضْرِبُ اللّهُ الأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُون وَمَثلُ كَلِمَةٍ خَبِيثَةٍ كَشَجَرَةٍ خَبِيثَةٍ اجْتُثَّتْ مِن فَوْقِ الأَرْضِ مَا لَهَا مِن قَرَارٍ
    "Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi?! Allah pak-pakizə kəlamı imana məsəl vurur: O, kökü yerdə sabit, qol-budağı isə fəzaya, asimana çəkilən gözəl bir ağac kimidir. Pər-vərdigarın izni ilə öz meyvəsini hər vaxt verir. Allah camaat üçün belə məsəllər çəkir ki, bəlkə düşünüb ibrət alalar. Küfrün xəbis kəlməsinin məsəli isə kökü yerdən ayrılan xəbis (iyrənc) ağaca bənzəyir. Belə bir ağac üçün sabitlik və qərar yoxdur.”

    8-16-CI AYƏLƏR

    وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللّهِ وَبِالْيَوْمِ الآخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ (8) يُخَادِعُونَ اللّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلاَّ أَنفُسَهُم وَمَا يَشْعُرُونَ (9) فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللّهُ مَرَضاً وَلَهُم عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ (10) وَإِذَا قِيلَ لَهُمْ لاَ تُفْسِدُواْ فِي الأَرْضِ قَالُواْ إِنَّمَا نَحْنُ مُصْلِحُونَ (11) أَلا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَـكِن لاَّ يَشْعُرُونَ (12) وَإِذَا قِيلَ لَهُمْ آمِنُواْ كَمَا آمَنَ النَّاسُ قَالُواْ أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاء أَلا إِنَّهُمْ هُمُ السُّفَهَاء وَلَـكِن لاَّ يَعْلَمُونَ (13) وَإِذَا لَقُواْ الَّذِينَ آمَنُواْ قَالُواْ آمَنَّا وَإِذَا خَلَوْاْ إِلَى شَيَاطِينِهِمْ قَالُواْ إِنَّا مَعَكْمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِؤُونَ (14) اللّهُ يَسْتَهْزِىءُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ (15) أُوْلَـئِكَ الَّذِينَ اشْتَرُوُاْ الضَّلاَلَةَ بِالْهُدَى فَمَا رَبِحَت تِّجَارَتُهُمْ وَمَا كَانُواْ مُهْتَدِينَ (16)
    TƏRCÜMƏ:
    8- "Camaatdan bəziləri: "Allaha və Qiyamət gününə iman gətirmişik” - deyirlər, halbuki iman gətirməmişlər.”
    9- "Allahı və möminləri aldatmaq istəyirlər, (amma) özlə-rindən başqa kimsəni adlatmırlar, ancaq bunu da bilmirlər.”
    10- "Onların qəlblərində bir növ mərəz, xəstəlik vardır; Allah onların xəstəliklərini artırar. Dedikləri yalanlar hesa-bına dərdli, şiddətli əzaba düçar olacaqlar.”
    11- "Onlara: "yer üzündə fəsad törətməyin”-deyəndə, "biz yal-nız islahat işi aparırıq”-deyə cavab verirlər.”
    12- "Agah olun ki, onların özləri fəsad törədənlərdir, am-ma (bunu) bilmirlər.”
    13- "Onlara: "başqaları iman gətirdiyi kimi, siz də iman gətirin!”-deyildiyi zaman, "biz də səfehlər kimi iman gətirək-mi?”-deyirlər. Bilin ki, onların özləri səfehdirlər, amma bil-mirlər.”
    14- "Onlar mömin şəxslərlə görüşəndə: "biz də iman gə-tirmişik”-deyirlər, amma şeytanları ilə xəlvət edəndə: "biz sizinləyik, (ancaq onları) istehza edirik”-deyirlər.”
    15- "Allah onlara istehza edər və onları tüğyançılıq-larında saxlayar ki, heyran və sərgərdan halda qalsınlar.”
    16- "”Onlar həmin kəslərdir ki, hidayəti azğınlıq müqa-bilində dəyişmişlər. (Bu) ticarətin onlar üçün heç bir faydası yoxdur və onlar hidayət tapmamışlar.”
    TƏFSİR:
    ÜÇÜNCÜ DƏSTƏ: MÜNAFİQLƏR
    Yuxarıdakı ayələr qısa olmasına baxmayaraq, münafiq-lər barəsində dolğun mənalı şərh verərək onların ruhi xüsusiyyətlərini və əməllərini bəyan edir.
    İZAH:
    İslam dini tarixin xüsusi bir dövründə bir tərəfdən mərdanəliklə iman gətirməyən, digər tərəfdən də aşkar şə-kildə müxalifət etməyə qüdrət və cürətləri çatmayan bir qrupla qarşılaşmışdı
    Quranın "münafiqlər” adlandırdığı həmin dəstə riya-kar və iki üzlü şəxslərdən ibarət idi. Onlar həqiqi müsəl-man cərgələrinə soxulmuş üzdəniraq ünsürlər olub İslam və müsəlmanlar üçün böyük bir təhlükə sayılırdılar. Za-hirdə İslamı qəbul etdiklərinə görə onları tanımaq əksər hallarda çətin idi. Amma Quran onlar üçün dəqiq və canlı əlamətlər bəyan edərək onların batini əqidə və təfəkkür tərzini ayırd edir, müsəlmanlar üçün bütün dövrlərə xarak-terik olan nümunələr göstərir. İlk ayə münafiqliyi belə təfsir edir: وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللّهِ وَبِالْيَوْمِ الآخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ
    "Camaatdan bəziləri var ki, "Allaha və Qiyamət gününə iman gətirmişik” - deyirlər, halbuki, imanları yoxdur.”
    Onlar bu əməli bir növ zirənglik və taktika hesab edir, bununla da "Allahı və möminləri aldatmaq istəyirlər”: يُخَادِعُونَ اللّهَ وَالَّذِينَ آمَنُوا "Halbuki yalnız özlərini aldadırlar. Amma bunu dərk eləmirlər”: وَمَا يَخْدَعُونَ إِلاَّ أَنفُسَهُم وَمَا يَشْعُرُونَ
    Onlar düzgün yoldan, "sirati-müstəqim”dən azğınlığa düçar olaraq ömürlərini azğınlıq yolunda keçirirlər. Bü-tün qüvvə və imkanlarını puç və mənasız işlərə sərf edə-rək nakamlıq, məğlubiyyət, bədnamlıq və ilahi əzabdan başqa bir şey əldə etmirlər.
    Quran sonrakı ayədə bu həqiqəti açıqlayıb buyurur ki, nifaq həqiqətdə bir növ ruhi xəstəlikdir. Sağlam insanın yalnız bir sifəti vardır və onun cismi ilə ruhu arasında tam bir uyğunluq hakimdir. Çünki, cism və ruhun, zahir və batinin hamısı bir-birinin təkmil edicisidir. Əgər mö-mindirsə bütün vücudu iman şövqü ilə şölələnir. Əgər yolunu azanlardandırsa, yenə də zahiri və batini inhiraf və ağzınlığı göstərir. Cism və ruhun ikili xüsusiyyətə malik olması bir növ təzad, uyğunsuzluq və pərakəndəlikdir ki, in-sanın vücuduna hakim kəsilir.
    Ayə buyurur: فِي قُلُوبِهِم مَّرَضٌ "Onların qəlblərində xəstəlik vardır.”
    Amma yaradılış sistemində belə bir qanunauyğunluq vardır ki, hər kəs bir yolda qərar tutsa və onu getmək üçün lazım olan vasitələri hazırlasa, həmin yolla da irəliləyə-cəkdir. Başqa sözlə desək, insanın müəyyən bir yoldakı əməl və fikir möhkəmliyi onu daha da davamlı və mətin edir. Quran əlavə edib buyurur:"Allah onların xəstəliklərini ar-tırar.” فَزَادَهُمُ اللّهُ مَرَضاً
    Münafiqlərin əsil sərmayəsi yalan olduğuna və həyatla-rında görünən ziddiyyətləri o yalanlarla ört-basdır etdik-lərinə görə, ayə axırda buyurur: وَلَهُم عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ
    "Onlar üçün dərdli əzab vardır, çünki, yalan danışırlar.”
    Sonra Quran onların xüsusiyyətlərinə işarə edib bu-yurur: Onların ilk məqsədləri islahat işi aparmaqdır, halbuki, həqiqi fəsad törədənlərdirlər. Onlara "yer üzündə fəsad etməyin” - dedikdə, deyirlər ki, "biz yalnız islahat işi aparırıq.”
    وَإِذَا قِيلَ لَهُمْ لاَ تُفْسِدُواْ فِي الأَرْضِ قَالُواْ إِنَّمَا نَحْنُ مُصْلِحُونَ
    Deyirlər ki, bizim həyatımızın bütün sahələrində islahatdan başqa heç bir proqramımız yoxdur və olmayacaq-dır! Quran sonrakı ayədə buyurur: "Bilin ki, bunlar fəsad tö-rədənlərdir və onların fəsaddan başqa proqramları yoxdur, amma özləri dərk etmirlər.” أَلا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَـكِن لاَّ يَشْعُرُونَ
    Onlar, öz təxribatçılıq niyyətlərində davamlı olma-ları və bu çirkin və rüsvayçı işlərə alışmaları səbəbi ilə tədricən güman edirlər ki, bu proqramlar faydalı, quru-cu və islahatçıdır.
    Əvvəldə qeyd etdiyimiz kimi, əgər günah həddi aşarsa, yaxşını pisdən ayırd etmək hissi insandan alınır və onun üçün həqiqətləri tərsinə cilvələndirir, napaklığı və alu-dəliyi onun ikinci təbiətinə çevirir.
    Beləliklə onlar Həzrəti Peyğəmbərin risalətinin haqq olmasını başa düşüb onun təlimləri qarşısında baş əyən pak qəlbli həqiqət axtaran şəxsləri səfehlikdə müttə-him edir, özlərinin şeytançılıq, iki üzlülük və nifaq xü-susiyyətlərini isə fərasətli və ağıllı olmaq hesab edirlər. Bəli, onların məntiqincə əql öz yerini səfehliklə dəyiş-mişdir. Buna görə də Quran onların cavabında buyurur:
    أَلا إِنَّهُمْ هُمُ السُّفَهَاء وَلَـكِن لاَّ يَعْلَمُونَ "Bilin ki, həqiqi səfehlər on-ların özləridir, amma bilmirlər.”
    Məgər insanın öz həyat yolunu müəyyən etməyib müxtəlif dəstələr arasında vurnuxması, onlarla həmxasiyyət olmağa çalışması, şəxsiyyətini təmərküzləşdirmək yerinə riya-karlıq və iki üzlülüyü özünə peşə etməsi, eləcə də öz iste-dad və bacarıqlarını şeytançılıq, hiyləgərlik və təxribat yolunda işlətməsi, eyni zamanda özünü ağıllı hesab edənlər həqiqi səfehlər deyillərmi?
    Onların üçüncü nişanələri müntəzəm olaraq dəyiş-mələri, hər gündə bir rəngə düşmələridir. Belə ki, Quran buyurur: "Onlar imanlı şəxslərlə görüşəndə "iman gətirmi-şik”-deyirlər: وَإِذَا لَقُواْ الَّذِينَ آمَنُواْ قَالُواْ آمَنَّا
    Münafiqlər müsəlmanlarla bir yerdə olduqda "biz si-zinləyik, sizin məktəbinizə tabeyik, can-dildən İslamı qəbul etmişik və bizim sizinlə heç bir fərqimiz yoxdur”-deyirlər, amma öz şeytansifət dostları ilə rastlaşdıqda "biz sizinləyik”-deyirlər:” وَإِذَا خَلَوْاْ إِلَى شَيَاطِينِهِمْ قَالُواْ إِنَّا مَعَكْم
    Və deyirlər ki, bizim möminlərin qarşısında iman izhar etməyimiz yalnız onları məsxərə etmək üçündür.
    إِنَّمَا نَحْنُ مُسْتَهْزِؤُونَ
    Biz onların fikir və əməllərinə qəlbən gülür, onları məsxərə etmək istəyirik. Bizim dostumuz və sirdaşımız siz-siniz! Sonra Quran ciddi və qətiyyətli bir ahənglə buyurur: "Allah onları məsxərə edər.” اللّهُ يَسْتَهْزِىءُ بِهِم
    "Allah onları öz tüğyançılıqlarında saxlayar ki, sərgərdan qalsınlar.” وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُون
    Axırıncı ayə onların son dərəcə rüsvayçı və qəm-qüs-səli taleyindən söhbət açaraq bəyan edir:
    أُوْلَـئِكَ الَّذِينَ اشْتَرُوُاْ الضَّلاَلَةَ بِالْهُدَى
    "Onlar həmin kəslərdir ki, bu dünyanın ticarət bazarında hidayəti azğınçılıq müqabilində satmışlar.”
    Məhz bu səbəbə görə "onların ticarətinin heç bir faydası olmadı, əksinə mövcud sərmayələrini də əldən verdilər.”
    فَمَا رَبِحَت تِّجَارَتُهُمْ
    "Və heç vaxt hidayətə nail olmadılar.” وَمَا كَانُواْ مُهْتَدِينَ .
    1- MÜNAFİQLİYİN YARANMASI VƏ ONUN KÖKLƏRİ
    Hər hansı bir cəmiyyətdə müsbət inqilabi hərəkat başlayanda qarətçi, zalım və quldur sifət insanların məna-feyləri təhlükə altına düşür. Onlar ilk növbədə məsxərə, istehza kimi mənfi təbliğatlarla, sonra isə hərbi, siyasi, iqtisadi təzyiqlərlə ictimaiyyətdə böhran yaratmağa və bu-nunla da həmin hərəkatı boğmağa çalışırlar. Amma təxri-bat yönlü fəaliyyətlər nəticəsiz qaldıqdan və hərəkat qalib gəldikdən sonra müxaliflərdən bir qrupu öz mübarizə tak-tikalarını dəyişərək zahirdə təslim olur, həqiqətdə isə həmin hərəkat əleyhinə məxfi mübarizə aparan müxalif dəstələr təşkil etməyə başlayırlar.
    Torpağın altında çəkilmiş gizli yol mənasını da-şıyan münafiq "nəfəqə” kökündən alınmışdır ki, təhlü-kəli vəziyyətlərdə oradan gizlənmək və ya gözdən yayınmaq məq-sədilə istifadə olunur. Bunlar iki üzlü olduqlarına görə münafiq adlandırılmışlar. Onlar hər bir cəmiyyətin ən təhlükəli ünsürləridir. Çünki, onların tutduqları əks mövqe aydın olmadığına görə camaat onları tanıyıb özlə-rindən uzaqlaşdırmağa qadir deyillər. Münafiqlər ümumi halda xalqın, xüsusilə də pak və haqq yolu gedən insanların arasına nüfuz edir və bəzi vaxtlarda çox yüksək mövqelər də əldə edə bilirlər.
    İslam dini də belə bir tarixi mərhələdə həmin dəstə ilə qarşılaşdı. Yəni Peyğəmbəri-əkrəm (s.ə.v.v) Məkkədə olarkən müsəlmanlar hökumət təşkil etməmişdilər və tə-biidir ki, onlara qarşı yalnız aşkar mübarizə tədbiri mövcud idi. Amma Peyğəmbərin Mədinəyə gəlişindən sonra İslam hökumətinin bünövrəsi qoyuldu və "Bədr” mühari-bəsindəki qələbədən sonra bu məsələ daha da aşkar oldu. Ar-tıq bundan sonra rəsmi olaraq inkişaf etmək üçün zəminəsi olan kiçik bir hökumət təşkil olundu və bununla da Mədinə zadəganlarının, xüsusilə o zamanda ərəblərin yüksək rəğbə-tini qazanmış yəhudi feodallarının mənafeləri təhlükə ilə qarşılaşdı. O zaman yəhudilər kitab əhli olduqla-rına, elmi və iqtisadi cəhətdən inkişaf etdiklərinə görə möhtərəm sayılırdılar. Peyğəmbəri-əkrəmdən qabaq onun zü-hurunu xəbər verənlər də məhz onlar idi.
    Həmin dövrdə Mədinədə xalq üzərində ağalığa can atan, rəislik və rəhbərlik iddiasında olanlar da var idi. Amma Rəsuli-əkrəmin o şəhərə hicrət etməsi ilə onların fikir-ləri, tökdüyü planlar alt-üst oldu. İstismarçılar, inadkar rəhbərlər və qarətçilər xalqın kütləvi şəkildə Peyğəmbərə iman gətirməsini gördükdə bir müddət müqavimət göstərdilər və daha sonra müsəlmançılığı qəbul etməkdən başqa çıxış yo-lu olmadığını anladılar. Onlar başa düşdülər ki, aşkar müxalifətə qalxmaq və müsəlmanların qarşısında əks cəbhə ya-ratmaq iqtisadi çətinliklərdən əlavə, onların təmamilə məhv olmasına da səbəb ola bilər. Xüsusilə, ərəblərin qüdrəti onla-rın qəbiləsində idi və qəbilələr də əksər hallarda onlardan ayrılmışdılar.
    Buna əsasən, üçüncü yolu seçdilər; Yəni zahirdə müsəl-man olaraq İslamı qəbul etdilər, amma batində onu məhv et-mək planlarını icra etməyə başladılar.
    Ümumiyyətlə, demək olar ki, hər hansı bir cəmiyyətdə mü-nafiqliyin büruz etməsinin iki mühüm amili vardır: Müəyyən bir ideologiya və ya qüdrətin tam qələbəsi və nəticədə xalq üzə-rində hakimiyyət, digəri isə ağır, xoşagəlməz hadisələrlə qarşılaşmaq üçün kifayət qədər mərd-mərdanəliyin olmaması və şəxsiyyətsizlik.
    2-CƏMİYYƏTDƏ MÜNAFİQLƏRİN TANINMA ZƏRURİYYƏTİ
    Şübhə yoxdur ki, münafiq və nifaq anlamı təkcə Pey-ğəmbərin dövrünə məxsus deyildir və bu mənfi amil hər bir cəmiyyətdə mövcuddur. Amma Quranın bəyan etdiyi şəkildə, əvvəlcədən hesablanmış meyarlar əsasında onları tanımaq lazımdır ki, təhlükə yaradıb ziyan vura bilməsinlər. Keçən ayələrdə, "Münafiqin” surəsində və ümumiyyətlə islami mən-bələrdə onları tanımaq üçün müxtəlif əlamətlər qeyd olun-muşdur. O cümlədən:
    1. Yersiz hay-küylər, böhtan və töhmət, böyük iddialar, əsassız söz-söhbətlər, özgələrə nümayiş etdirmək məqsədilə icra olunan az və bir-birilə uyğun gəlməyən əməl;
    2. Düşdükləri hər hansı mühitə uyğunlaşma, qarşı-laşdıqları dəstə və cəmiyyətlərin zövqünə uyğun danışmaq; Məsələn, möminlərlə birlikdə olduqda "biz sizə iman gətir-mişik”, münafiqlərlə rastlaşdıqda isə "biz sizinləyik”-de-mələri;
    3. Ümumxalq mənafeyinə uyğun olan işlərə qol qoymamaq və əvvəlcədən məkrlə tərtib edilmiş proqramlar üzrə giz-li təşkilatlar yaratmaq;
    4. Hiyləgərlik, məkr, yalançılıq, fırıldaq, saxtakar-lıq, vəfasızlıq, yaltaqlıq və xəyanətkarlıq;
    5. Özünü hamıdan üstün sanmaq, camaatı qanmaz, səfeh kimi qələmə vermək, özünü isə ağıllı və fərasətli hesab et-mək;
    6. Riyakarlıq və ikiüzlülük.
    Ümumiyyətlə, qeyd etmək lazımdır ki, zahirlə batin arasındakı təzad münafiqlərin ən bariz sifətlərindəndir. Münafiqlərin fərdi işlərində və ictimai münasibət-lərdəki danışıq və rəftarlarında olan uyğunsuzluq onların daha tez ifşa olunmalarına kömək edir.
    Quran qeyd olunan ayələrdə gözəl bir ifadə ilə buyurur:
    "Onların qəlbləri xəstədir.” فِي قُلُوبِهِم مَّرَض
    Görəsən, zahir və batinin bir-biri ilə uyğun gəlməmə-sindən də qorxunc xəstəlik vardırmı? Özünü hamıdan üstün sanmaq, yaxud çətinliklərlə qarşılaşan zaman xəyanət və na-mərdliyi yeganə çıxış yolu seçməkdən də ağır dərd olarmı?
    Məlum məsələdir ki, mənəvi xəstəliklər nə qədər giz-lin olsa belə, onları tamamilə gizlətmək mümkün deyildir. Onun əlamətləri insanın sifətində və bütün bədən üzvlə-rində aşkar olur. Münafiqlik və nifaq da bu xəstəliklər-dəndir və o, insanların simasında olan müxtəlif nişanə-lərlə sezilə bilir.
    Nifaq xüsusi bir məfhum kimi imansız şəxslərin mənfur sifəti mənasını daşıyır ki, onlar zahirdə müsəl-manların cərgəsindədirlər, amma batində isə qəlbləri küfrlə dolmuşdur. Bunlar təkcə İslam üçün deyil, bütün sağlam din və məktəblərin tərəqqisi üçün də ən təhlükəli ünsürlərdir. Münafiqlər, müsəlmanların cərgələrinə nü-fuz edərək mümkün olan fürsətlərdə maneələr törədirlər. Məhz bu səbəbdən də onlar Quranın bir çox ayələrində aman-sız düşmən kimi göstərilərək kəskin hücuma və tənqid atə-şinə tutulmuşlar. Hətta ilahi kitabın tam bir surəsi ("Münafiqun” surəsi) onların barəsində nazil olmuş, Əhli-beyt əleyhimussalamdan nəql olunan hədislərdə də nif-rət və qəzəb hədəfinə çevrilmişlər. İmam Sadiq (ə) müna-fiqlərin sifətlərini təqdim edərkən Həzrət Peyğəmbərdən (s.ə.v.v) belə nəql edir: "Üç xüsusiyyət hər kimdə olsa münafiq-dir, hətta oruc tutub, namaz qılsa və müsəlman olduğunu güman etsə də belə: Birincisi, əmanətə xəyanət, ikincisi yalan danış-maq, üçüncüsü isə vəfa etməmək və verdiyi əhdə xilaf çıxmaqdır.”[Səfinətul-bihar”, 2-ci cild, səh.605]
    Burada diqqətinizi Həzrəti Əmirəl-möminin Əli əley-hissalamın münafiqlər barəsində buyurduğu kəlama cəlb edirik. Həzrət buyurur: "Ey Allah bəndələri! Sizi təqva və pəh-rizkarlığa dəvət edir, münafiqlikdən çəkindirirəm. Çünki, onlar özləri azğındırlar və digərlərini də yoldan azdırırlar. On-lar səhv yolla gedənlər, başqalarını da xətaya vadar edənlərdir. Müxtəlif qiyafə və dillərlə özlərini nümayiş etdirirlər. Sizi aldatmaq və məğlub etməkdə mümkün olan hər bir vasitədən is-tifadə edir, hər bir pusquda sizi güdürlər. Batinləri pis, zahir-ləri gözəl və aldadıcı olduğu halda, camaatı həqiqi yoldan azdır-maq üçün məxfi şəkildə çalışırlar. Azğın yollarla hərəkət edirlər, danışıqları zahirdə şəfa verən, əməlləri isə əlacsız xəstəlikdir. Camaatın asayiş və rifahda yaşamasına paxıllıq edər və (əgər bir kəsə) bəla üz versə, sevinib, şad olarlar. Ümidvar insanları məyus edər və hər bir şeyi rəqabətlə qarşılayarlar. Hər bir qəlbə yol tapar və hər bir müsibətdə yalançı göz yaşları axıdarlar. Mədh və tərifi sanki bir-birinə borc verər və hər bir şeydən qazanc və əvəz güdərlər. Bir şeyi istəyəndə (həyasızlıq və) israr edərlər. Kimsəni danlayanda aradan pərdəni götürərlər.”
    Bu barədə bəzi ayələrin təfsirində bir daha danışa-cağıq.[Nəhcül-bəlağə”, 194-cü xütbə]

    17-20-Cİ AYƏLƏR

    مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَاراً فَلَمَّا أَضَاءتْ مَا حَوْلَهُ ذَهَبَ اللّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لاَّ يُبْصِرُونَ (17) صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لاَ يَرْجِعُونَ (18) أَوْ كَصَيِّبٍ مِّنَ السَّمَاء فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصْابِعَهُمْ فِي آذَانِهِم مِّنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ واللّهُ مُحِيطٌ بِالْكافِرِينَ (19) يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ كُلَّمَا أَضَاء لَهُم مَّشَوْاْ فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُواْ وَلَوْ شَاء اللّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ إِنَّ اللَّه عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (20)
    TƏRCÜMƏ
    17- ”Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yan-dıran şəxslərə bənzəyər. Od, ətrafındakıları işıqlandırdığı zaman Allah onların işığını keçirər və özlərini zülmət içəri-sində elə vəziyyətdə qoyar ki, heç nə görməzlər.”
    18- ”Onlar (haqq kəlmələrə qulaq asmaqda) kar, (haqq sözü de-məkdə) lal və (ilahi ayə və nişanələri görməkdə) kordular. Və on-lar buna görə də (öz küfrlərindən) əl çəkib geri dönmürlər.”
    19- ”Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş şəxslərə bən-zəyir ki, ildırımın (qorxunc) səsindən ölmək qorxusu ilə barmaq-larını qulaqlarına tıxarlar. Halbuki, Allah kafirlərin bütün işlərini biləndir.”
    20- ”(Gözləri qamaşdıran) ildırım işığı az qalır ki, on-ların gözlərini kor etsin. Şimşəyin onlara işıq saldığı za-man onun işığında bir neçə addım yol gedirlər, amma od söndükdə (və qaranlıq üzlərinə çökdükdə) dayanırlar. Əgər Allah istəsə, on-ların qulaqlarını və gözlərini məhv edib aradan aparar. Həqiqə-tən Allah hər şeyə qadirdir.”
    TƏFSİR:
    MÜNAFİQLƏRİN HALINI TƏCƏSSÜM ETDİRMƏK ÜÇÜN İKİ MARAQLI MİSAL
    Qurani-məcid münafiqlərin xüsusiyyətlərini aydınlaş-dırdıqdan sonra, onların vəziyyətlərini təcəssüm etdirmək üçün iki gözəl misalı bəyan edir:
    Birinci misalda buyurur: "Onların (münafiqlərin) halı qaranlıq gecədə od yandıran şəxslərin halına bənzər. Od ətrafın-dakıları işıqlandırdığı zaman Allah onların işığını söndürər və özlərini zülmət içərisində elə vəziyyətdə qoyar ki, heç nə görməz-lər.” مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَاراً
    Amma bu odun şölələri onların ətrafını işıqlan-dıran zaman Allah-taala onları söndürər və zülmətdə bura-xar. Belə ki, heç nəyi görməzlər:
    فَلَمَّا أَضَاءتْ مَا حَوْلَهُ ذَهَبَ اللّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لاَّ يُبْصِرُونَ
    Onlar elə fikirləşirlər ki, bu kiçik od və onun nuru sayəsində zülmətə qalib gələ bilərlər. Amma gözlənilmədən güclü külək əsir və ya şiddətli yağış yağır və yaxud da yana-caqları tükəndiyi üçün od sönür və onlar bir daha vəhşətli qaranlıqlarda sərgərdan qalırlar.
    Ayə əlavə edib buyurur ki, onlar kar, kor və laldırlar. Çünki, həqiqəti dərk etmək üçün lazım olan əsas vasitələr-dən məhrum olmuşlar və öz çirkin əməllərindən əl çəkmir-lər; صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لاَ يَرْجِعُون
    Allah-taala bu şərif ayədə münafiqlərin və kafirlə-rin halını bəyan etməklə Öz rəsuluna buyurur ki, onlar öz mənəvi və insani hisslərini tamamilə əldən vermişlər. Onlar fitrətlərində qoyulan aşkar olunmalı və inkişaf etdirilməli istedadları öz əlləri ilə məhv etmiş və o ilahi nemətlərdən tamamilə məhrum olmuşlar. Nəticədə onların gözləri, qulaqları və dilləri işləmir və artıq bu üzvlər öz təbii funksiyasını itirmişdir.
    İkinci misalda onların həyat səhnələri başqa cür canlandırılır: Qaranlıq və qorxunc bir gecədir. Belə bir qorxulu gecədə şiddətli yağış yağır, üfüqlərdən ildırım saçır, ildırımın dəhşətli gurultusu az qalır ki, onların qulaqlarını batırsın. Ucu-bucağı görünməyən qaranlıq və qorxunc bir səhranın ortasında sərgərdan qalan insanın bə-dənini güclü yağış isladır. Belə bir vəhşətli çöldə pənah aparmaq üçün heç bir sığınacaq yeri yoxdur və gecənin zül-mətli qaranlığı yol getməyə imkan vermir.
    Quran qısa bir ifadə ilə sərgərdan qalmış müsafirin halını bəyan edir. "Yaxud (o münafiqlər) qaranlıqlarda səmadan göy gurultusu və şimşəklə yanaşı şiddətlə yağan yağışa düşmüş şəxs-lərə bənzəyir ki, ildırımın (qorxunc) səsindən ölmək qorxusu ilə bar-maqlarını qulaqlarına tıxarlar. Halbuki, Allah kafirlərin bütün işlərini biləndir. أَوْ كَصَيِّبٍ مِّنَ السَّمَاء فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ
    Sonra əlavə edib buyurur ki, onlar ölümün qorxusundan barmaqlarını qulaqlarına tıxarlar ki, ildırımın vahiməli gurultusunu eşitməsinlər. يَجْعَلُونَ أَصْابِعَهُمْ فِي آذَانِهِم مِّنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ
    Ayənin sonunda buyurulur: "Allah kafirlərə tam əhatəlidir və hər yerə getsələr, Onun qüdrət dairəsindədirlər.” واللّهُ مُحِيطٌ بِالْكافِرِينَ
    Asimanda ardı-arası kəsilməyən ildırım və şimşək çaxır: "İldırımın nuru o qədər göz qamaşdırıcıdır ki, az qa-lır onların gözlərini kor etsin.” يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ
    Hər vaxt ildırım çaxsa və qaranlıq səhra işıqlansa onun işığında bir neçə addım atırlar, amma dərhal zülmət onlara hakim kəsilir, öz yerlərində dayanırlar:
    كُلَّمَا أَضَاء لَهُم مَّشَوْاْ فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُواْ
    Hər an onların gözü önündə təhlükə canlanır, çünki, səhranın ortasında ildırımın təhlükəsinin qarşısını almaq üçün nə bir dağ, nə də bir ağac yoxdur. Onlar hər an il-dırımın hədəfinə çevrilib külə dönə bilərlər. Hətta ildı-rım gurultusunun onların qulaqlarını batırması və gözqa-maşdırıcı işığın gözlərini kor etməsi mümkündür. Bəli, əgər Allah-taala istəsə, onların gözlərini və qulaqlarını məhv edib aradan aparar. Çünki, Allah hər şeyə qadirdir:
    وَلَوْ شَاء اللّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ إِنَّ اللَّه عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
    Peyğəmbəri-əkrəmin (s.ə.v.v) dövranında İslamın çox sürətlə yayılıb inkişaf etməsi və onların batini sirlə-rini aşkar edən Quran ayələri sanki, asimandakı ildırım kimi kafir və ya münafiqlərin gözlərini qamaşdırır və onları öz hədəfinə çevirirdi. Kafirlər hər an bir ayənin nazil olub onların daxili sirlərindən digər bir qismini aşkar etməsini və nəticədə onları rüsvay etməsini ehtimal verirdilər. Qurani-Kərimin "Tövbə” surəsinin 64-cü ayə-sində buyurulur:
    يَحْذَرُ الْمُنَافِقُونَ أَن تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌ تُنَبِّئُهُمْ بِمَا فِي قُلُوبِهِم قُلِ اسْتَهْزِؤُواْ إِنَّ اللّهَ مُخْرِجٌ مَّا تَحْذَرُونَ.
    "Münafiqlər qorxurdular ki, onların əleyhinə hər hansı bir surə nazil olsun və onların ürəklərində olan gizli sirləri ifşa etsin. De: Necə istəyirsinizsə, elə də istehza edin. Allah sizin qorxduğunuz şeyləri aşkar edəndir.”
    Münafiqlər həmçinin qorxurdular ki, onların sirlə-rinin aşkar olması ilə yanaşı, Allah tərəfindən müsəl-manlar üçün xainlərə, daxili düşmənlərə qarşı vuruş hökmü verilsin və qüdrətli müsəlman qoşunu onlara həmlə etsin. Belə ki, Quran buyurur:
    لَئِن لَّمْ يَنتَهِ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَالْمُرْجِفُونَ فِي الْمَدِينَةِ لَنُغْرِيَنَّكَ بِهِمْ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَا إِلَّا قَلِيلًا مَلْعُونِينَ أَيْنَمَا ثُقِفُوا أُخِذُوا وَقُتِّلُوا تَقْتِيلًا
    "Əgər münafiqlər, qəlblərində xəstəlik olanlar və Mədinədə qəsdən yalançı şayiələr yayanlar (müsəlmanların arasında qorxu, vəhşət və süstlük yaradanlar) öz əməllərindən əl çəkməsələr, Biz hökmən səni onların üstünə qaldıracağıq; sonra sizinlə ancaq az bir müddət orada qonşu ola bilərlər. Və onlar orada (Mədinədə) lənətlənmiş şəxslər surətində yaşaya bilərlər. Hər yerdə ta-pılsalar, onları tutub öldürün!”[Əhzab” surəsi, 60-61-ci ayələr]
    Əvvəldə işarə edildiyi kimi, islami mənbələrdə mü-nafiqlər barəsində çoxlu hədislər gəlmişdir. O cümlədən İmam Sadiq (ə) öz atasından, o da Rəsuli-əkrəmdən belə nəql edir: "Peyğəmbər (s.ə.v.v) buyurdu: Ey Əli! Möminin üç əlaməti vardır: Namaz qılar, oruc tutar, zəkat verər. Münafiqin də üç əlaməti var: Yalan danışar, vədə verəndə əməl etməz və əmanətə xəyanət edər.”[Biharul-ənvar”, 77-ci cild, səh:53]
    Əbdullah ibni Ömər Həzrəti Rəsuli-əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, dörd xüsusiyyət münafiqliyin əlamətidir: Yalan danışmaq, əhdinə vəfa etməmək, düşmənçilikdə namərdlik və əmanətə xəyanət.”[Müsnəd” (Əhməd ibni Hənbəl), 2-ci cild, səh:108]

    21-22-Cİ AYƏLƏR

    يَا أَيُّهَا النَّاسُ اعْبُدُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ (21) الَّذِي جَعَلَ لَكُمُ الأَرْضَ فِرَاشاً وَالسَّمَاء بِنَاء وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقاً لَّكُمْ فَلاَ تَجْعَلُواْ لِلّهِ أَندَاداً وَأَنتُمْ تَعْلَمُونَ (22)
    TƏRCÜMƏ:
    Bu ayələrdə Həzrəti Haqq-taala bütün insanlara xitab edir və onları Pərvərdigar qarşısında ibadət və bəndəçi-liyə əmr edib buyurur:
    21- Ey insanlar! Sizi və sizdən əvvəlcə olanları xəlq edən Al-laha ibadət və bəndəçilik edin. Bəlkə (ibadət və bəndəçilik yolu ilə) pəhrizkar, təqvalı olasınız.”
    22- "O kəsə ibadət edin ki, yeri sizin üçün döşənəcək və asi-manları (atmosfer təbəqəsini) başınızın üzərində bir tavan kimi qərar verdi və asimandan yağış göndərib onun vasitəsilə si-zin üçün ruzi olaraq meyvələr yetişdirdi. Buna əsasən, Allah üçün şərik qoşmayın, halbuki, bilirsiniz (ki, sizin qoşduğunuz şə-rik və bütlərdən heç biri nə sizi yaratmış, nə də sizə ruzi ve-rir).”
    TƏFSİR:
    ALLAHA PƏRƏSTİŞ EDİN!
    Allah-taala keçən ayələrdə təqvalı şəxslərin, kafir və münafiqlərin kimliyini bəyan edərək buyurdu ki, təqva sa-hibləri ilahi hidayətdən bəhrələnənlər və Quranın yol göstərib istiqamətləndirdiyi insanlardır. Halbuki, ka-firlərin qəlbinə cəhalət və nadanlıq möhürü vurulmuş, öz əməlləri səbəbi ilə gözlərinə qəflət pərdəsi asılmışdır və haqqı batildən ayırd etmək hissindən məhrum olmuşlar.
    Münafiqlər isə qəlbləri ruhi xəstəliklərə mübtəla olan şəxslərdir ki, yaramaz və üzdəniraq əməllərə qurşan-dıqları üçün Allah-taala onların xəstəliklərini daha da şiddətləndirər. Amma yuxarıda qeyd etdiyimiz axırıncı ayə-lərdə bu aşkar müqayisədən sonra birinci dəstəyə qoşul-maqla əldə olunan səadət və nicat yolunu aydın edərək buyurur: "Ey insanlar! Elə bir Allaha pərəstiş edin ki, həm sizi, həm də sizdən əvvəlkiləri yaratmışdır. Bəlkə pəhrizkar olasınız”:
    يَا أَيُّهَا النَّاسُ اعْبُدُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
    İBADƏT VƏ ÜBUDİYYƏTİN MƏNASI
    Übudiyyət lüğətdə kiçik bir qüvvənin böyük qüdrət qar-şısında acizlik izhar edib ona tabe olması deməkdir. İba-dət isə yüksək fəzilətin, ehsan və böyüklüyün ən uca mərtəbə-sində olan bir varlığın qarşısında nəhayət dərəcədə ki-çilmək deməkdir. Bu cəhətdən də Allah-taala buyurur:
    أَلاَّ تَعْبُدُواْ إِلاَّ إِيَّاهُ "Ondan (Allahdan) başqasına ibadət etməyin!”[Əsra” surəsi, 23-cü ayə]
    Azacıq düşüncə və şüuru olan hər bir şəxs öz fik-rini işə salıb özünü və Allahını tanımalıdır.
    Məşhur bir hədisdə buyurulur:"Hər kəs özünü tanısa, Allahını da tanıyar.” Deyərlər ki, insanın özünü tanıması Allahı tanımaq üçün bir açardır. Əgər bir insan özünü bən-də, Allahını isə ilahi varlıq kimi tanısa başa düşər ki, öz acizliyini və bəndəçiliyini elə bir qüdrətin qarşısında izhar etməlidir ki, onun canı həmin varlığın əlindədir və daimi olaraq ona vücud bəxş edir. Ani olaraq feyz mənbəsindən vücud bəxş eddilməsi kəsilsə, dərhal məhv olar.
    Burada bir neçə məsələyə diqqət yetirmək lazımdır. O cümlədən:
    Birincisi, "ya əyyuhənnas” müraciət forması; Belə ki, Quranda bu kəlmə 20 dəfə təkrar olunmuşdur. Ümumi və hər-tərəfli bir xitab olan bu ifadə göstərir ki, Quran heç bir irqə, qəbiləyə, tayfaya və xüsusi bir təbəqəyə məxsus deyil və hamı bu risalətdə ümumi şəkildə iştirak etməlidir. Bu ilahi kitab hamını yeganə Allaha pərəstiş edib hər növ şirk, inhiraf qarşısında mübarizə aparmağa və tövhid xəttinə dəvət olunmağa səsləmişdir.
    İkincisi, insanlarda şükr etmək hissini oyatmaq və onları Pərvərdigara ibadət etməyə sövq etmək ən böyük ne-mətlərdən sayılır. Bütün insanların fitrət və zatında qoyu-lan bu nemət Allahın qüdrət, elm və hikmətinin, eləcə də Onun ümumi və xüsusi rəhmətinin nişanəsidir. Çünki, var-lıq aləminin seçilmiş gülü olan insanın xilqətində Al-lahın sonsuz qüdrət və elm nişanələri, Onun misilsiz ne-mətləri tamamilə gözə dəyir.
    Allah qarşısında əyilməməyin, Ona sitayiş etməməyin əsas səbəbi onların özlərini unutmaları və qabaqkı insan-lar barəsində təfəkkür etməmələridir. Onlar ecazkar və son dərəcə dəqiq hesablamalar üzrə yaradılmış möcüzəli bir varlığın yaranışını təbiət adlı şüursuz, kar və kor bir aləmə aid etməklə özlərini çox gülünc vəziyyətə qoyur-lar. İnsanın ruh və cismini əhatə edən bu nemətləri müt-ləq elm və qüdrətə malik olan Pərvərdigardan başqa heç kəs yarada bilməz.
    Bu nemətlərin xatırladılması Allahı tanımaq üçün bir dəlil və Onun nemətləri qarşısında şükr və sitayiş üçün bir növ mühərrikdir.
    Üçüncüsü, bu sitayişin nəticəsi təqva və pəhrizkarlıq-dır. لَعَلَّكُمْ تَتَّقُونَ
    Dördüncüsü, "əlləzinə min qəbliküm” kəlməsidir ki, "sizdən əvvəlki insanlar” mənasını açıqlayır. Bu ayə bəlkə də bu məsələni çatdırır ki, əgər siz bütlərə sitayiş etməkdə əcdadınızın, ata-babalarınızın ayinlərini dəlil gəti-rirsinizsə, Allah həm sizin, həm də sizin əcdadlarınızın yaradanıdır. O, malik və sahibiniz, həm də sizi tərbiyə edəndir. Buna əsasən istər sizin, istərsə də ata-babanızın bütlərə sitayiş etməsi inhirafdan başqa bir şey deyildir.
    YER VƏ SƏMA NEMƏTLƏRİ
    Sonrakı ayədə ilahi nemətlərin başqa bir qismi haq-qında danışılır ki, bu da şükr etmək duyğusunu hərəkətə gə-tirə bilər. Əvvəldə yerin yaradılışından söhbət açır: "Hə-min Allah ki, yeri sizin üçün istirahət yeri kimi döşədi.”
    الّذي جَعَلَ لَكُمُ الأرْضَ فِرَاشا
    Siz insanları öz qoynuna mindirib böyük sürətlə bu fəzada fırlanan və sizin vücudunuzda azacıq titrəyiş icad etmədən hərəkət etdirən Yer, Onun böyük nemətlərindən bi-ridir.
    Siz insanlara hərəkət etmək, istirahət, ev tikmək, bağ salmaq, əkin əkmək və sair həyat vasitələrini hazırlamaq icazəsi verən yerin cazibə qüvvəsi başqa bir nemətdir. Heç indiyə qədər fikirləşmisiniz ki, əgər yerin cazibə qüvvəsi olmasaydı bir göz qırpımında biz özümüz, evimiz, həyat va-sitələrimiz yerin daxili hərəkəti, öz ətrafında fırlan-ması nəticəsində yaranan mərkəzdənqaçma qüvvəsi nəticəsin-də fəzada pərakəndə halda qalardı?
    Bu ayədə gətirilmiş "firaş” (istirahət yatağı) ifadə-si çox gözəl bir təbirdir. Firaş kəlməsində təkcə aram-lıq, asudəlik və istirahət mənası deyil, həm də yumşaqlıq və münasib şəkildə olmaq məfhumu da gizlənmişdir. Dör-düncü İmam Həzrəti Səccad Əli ibni Hüseyn (ə) bu ayənin təfsirində həmin məsələ haqqında buyurur: "Allah-taala yeri sizin cisminizə və təbiətinizə müvafiq, əlverişli və münasib yaratmışdır; Onu yandırıcı etməmişdir ki, siz onun həra-rətindən yanasınız. Çox da soyuq yaratmamışdır ki, donub buza dönəsiniz. Onu o qədər ətirli qərar verməmişdir ki, kəskin qoxu-su beyninizə xələl yetirsin. Çox pis iyli, üfunətli də yaratma-mışdır ki, sizin məhvinizə səbəb olsun. Su kimi yaratma-mışdır ki, onda qərq olasınız. Çox da möhkəm qərar verməmişdir ki, onun üstündə ev və məskən tikib ölülərinizi dəfn edə bilmə-yəsiniz. (Qeyd edək ki, ölülərin yer üzərində açıqlıqda qalması yüzlərlə çətinlik yaradar, xəstəlik və mikrobların yayılmasına səbəb olar.) Allah-taala bu cür yeri sizin üçün istirahətgah qərar verdi.[Nurus-səqəleyn”, 1-ci cild səh:41]
    "Ələykum” sözünə əsasən "bina” kəlməsi bəyan edir ki, asi-man sizin başınızın üzərində möhkəm bir tavan kimidir. Bu məna aşkar şəkildə Quranın başqa yerində də buyurul-muşdur: وَجَعَلْنَا السَّمَاء سَقْفًا مَّحْفُوظًا
    "Biz asimanı hifz edən bir tavan kimi qərar verdik.”[Ənbiya” surəsi, 32-ci ayə]
    Bəlkə də bu ifadə yerin və asimanların quruluşu barə-də məlumatı az olan kəslərə qəribə gələ bilər. "Bu necə bir tavandır və harada yerləşir? Görəsən bu təbir yenidən Pto-lomeyin irəli sürdüyü astronomik quruluşu canlandırmaq istəyir?
    Aşağıdakı mətləbə diqqət yetirməklə bu sualın cavabı tamamilə aydınlaşar. "Səma” kəlməsi Quranda müxtəlif mənalarda işlənmişdir. Onların hamısının müştərək mənası asimanın yüksəkdə qərar tutmasından ibarətdir. Bu ayədə qeyd olunduğu kimi, onlardan biri yer kürəsini hər tə-rəfdən əhatə edən atmosfor qatıdır. Alimlərin verdiyi nə-zəriyyəyə əsasən atmosfer təbəqəsinin qalınlığı bir neçə yüz kilometrə çatır.
    Əgər bu qalın hava təbəqəsinin insanlar və ümumiyyətlə canlılar üçün ifa etdiyi əsaslı rol barəsində fikir-ləşsək, bu möhkəm tavanın insanların qorunmasında nə qədər təsirli olduğunu görəcəyik.
    Büllur bir tavan kimi bizim ətrafımızı əhatə edən bu xüsusi hava təbəqəsi günəşin həyatverici şüalarının qarşısını almayan bir neçə metr qalınlıqda olan polad səddən də möhkəm və müqavimətlidir.
    Əgər bu təbəqə olmasaydı yer kürəsi daimi olaraq mete-oridlərin, səma cismlərinin hücumuna məruz qalar və əmə-li olaraq dünyada insanların asudəliyi pozulardı. Amma bir neçə metr qalınlığında olan hava təbəqəsi bütün səma daşlarını yer üzərinə düşməzdən əvvəl yandırıb külə dön-dərir və onlardan yalnız az bir miqdarı həmin təbəqəni ke-çərək yer sakinləri üçün həyəcan siqnalı kimi səslənir. Az miqdarda olan bu daşlar insanların təhlükəsizliyi üçün qorxulu deyildir.
    Səma kəlməsinin bir mənada yer kürəsini əhatə edən atosfer təbəqəsinə aid edilməsini təsdiq edən canlı şa-hidlərdən biri də İmam Sadiq (ə) dan nəql olunan hədisdir. Həzrət, asimanın rəngi barəsində öz səhabəsi Müfəzzələ buyurmuşdur: "Ey Müfəzzəl, asimanın rəngi barəsində fikirləş və bil ki, Allah onu mavi rəngdə yaratmışdır. Bu da insan gözünə ən müvafiq və ən münasib olan rəngdir. Hətta ona nəzər etmək gözlərin nurunu qüvvətləndirir.”[ "Tövhidi Müfəzzəl”, səh:1]
    Artıq hamıya məlumdur ki, mavi rəngli asiman yer kü-rəsinin ətrafında sıxılmış hava təbəqəsindən başqa bir şey deyildir. Buna əsasən, bu hədisdə asimandan məqsəd yer kürəsini əhatə edən atmosfer təbəqəsidir.
    "Nəhl” surəsinin 79-cu ayəsində buyurulur:
    أَلَمْ يَرَوْاْ إِلَى الطَّيْرِ مُسَخَّرَاتٍ فِي جَوِّ السَّمَاء مَا يُمْسِكُهُنَّ إِلاَّ اللّهُ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ
    "Məgər onlar asimanın yüksəkliklərində asılı halda qalan quşları görmürlərmi? Onları bu yerdə saxlayan yalnız Allahdır. Həqiqətən bunlarda imanlı insanlar üçün ayə və nişanələr var-dır.”
    (Asimanın sair mənaları barəsində həmin surənin 29-cu ayəsində daha geniş şəkildə bəhs olunacaqdır.)
    Sonra ilahi nemətlərdən olan yağış haqqında buyurur: "Asimandan yağış nazil etdi.” وَأَنزَلَ مِنَ السَّمَاء مَاء
    Amma necə su? Həyat bəxş edən, bütün firavanlıq və abadlıqların səbəbkarı və bütün maddi nemətlərin bünöv-rəsi olan bir su!
    Bu cümlə bir daha, səmadan məqsədin yer kürəsini əhatə edən atmosfer təbəqəsi olmasını təsdiq edir. Çünki, bildi-yimiz kimi yağış buludlardan, buludlar isə yerin ətrafın-da sıxlaşan buxar təbəqəsindən yaranır. İmam Səccaddan (ə) bu ayənin təfsirində yağışın asimandan nazil olunması ba-rəsində maraqlı bir hədis nəql edilmişdir:
    "Allah-taala bütün dağların zirvələri, təpələr və ümu-miyyətlə yerin düzənlik və ucalıqları sirab olsun deyə, asimandan yağış nazil edir. Onu qətrə-qətrə, ardıcıl, bəzən iri, bəzi halda isə kiçik yağış damlaları şəklində qərar vermişdir ki, yerə ta-mamilə hopsun və yeri suvarsın. Onu sel kimi göndərməmişdir ki, yer, ağaclar, əkin sahələri və meyvələrinizi yumasın və xarab etməsin.”[Nurus-səqəleyn”, 1-ci cild, səh.41]
    Quran daha sonra yağışın bərəkəti ilə insanların ru-zisi olan meyvələrdən söz açaraq buyurur: "Allah yağış səbəbilə meyvələri sizin ruziniz kimi yerdən xaric etdi.”
    فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقاً لَّكُمْ
    Bir tərəfdən ilahi rəhmətin ümumi şəkildə bütün bən-dələrə şamil olmasını, digər tərəfdən isə onun qüdrətini çatdıran bu ilahi proqram Allahın varlığını göstərən ən canlı dəlillərdən biridir. Buna görə də dərhal əlavə edib bu-yurur: "Belə olan halda, Allah üçün şərik qoşursunuzmu? Halbuki, onların qüdrətsiz olduğunu bilirsiniz.” فَلاَ تَجْعَلُواْ لِلّهِ أَندَاداً وَأَنتُمْ تَعْلَمُونَ
    Bəli, hamımız bilirik ki, bu bütlər və saxta şəriklər nə bir şey yaratmış və nə də kimsəyə ruzi verməyə qadirdir. Azacıq da olsa, təsirə malik olmayan şeyləri Allaha necə oxşadırsınız?
    MÜXTƏLİF ŞƏKİLLƏRDƏ OLAN BÜTPƏRƏSTLİK
    Bu həqiqətə diqqət yetirmək lazımdır ki, Allah üçün şərik qoşmaq, təkcə daşdan, çubuqdan, taxtadan büt düzəlt-məklə, yaxud Həzrəti Məsihi üç Allahdan biri kimi qərar verməklə bitmir. Əslində onun çox geniş mənası vardır və müxtəlif surət və formalara da şamildir. Ümumiyyətlə, hə-yatda Allahdan qeyrisinin müstəqil təsiri olduğunu qəbul etmək bir növ şirkdir.
    Category: Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 815 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024