İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)
     269-CU AYƏ

    يُؤتِي الْحِكْمَةَ مَن يَشَاء وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الأَلْبَابِ (269)
    TƏRCÜMƏ:

    "(Allah) istədiyi (və ləyaqəti olan) şəxslərə hikmət əta edər və hər kimə hikmət verilsə, şübhəsiz, ona çoxlu xeyir veril-miş olur. (Bunu) əql sahiblərindən başqa bir kəs dərk etməz.”
    TƏFSİR:

    Hikmət - sirləri bilmək, onların barəsində mərifət kəsb etmək, həqiqətlərdən agah olmaq və haqqa çatmaqdan iba-rətdir. Allah-taala onu paklıq, təqva və işlərindəki cid-diyyət səbəbilə bəzi insanlara əta edir. Bunun nəticəsində də onlar şeytani vəsvəsələri ilahi ilhamlardan, səadət yo-lunu da azğınlıq yolundan seçib ayırırlar. Yüksək xeyir və üstünlük sayılan bu neməti həqiqi ağıl sahiblərindən başqa bir kimsə anlamaz.[44]

    İmam Sadiq (ə) buyurur: "Hikmət - dində mərifət və tə-fəqqühdən ibarətdir (yəni əql qüvvəsini işlətmək, dərindən tə-fəkkür edib düşünmək).”

    Başqa bir hədisdə isə belə buyurulur: "Hikmət - Allaha itaət etmək və imamı tanımaqdan ibarətdir.”[45]
    270-271-Cİ AYƏLƏR

    وَمَا أَنفَقْتُم مِّن نَّفَقَةٍ أَوْ نَذَرْتُم مِّن نَّذْرٍ فَإِنَّ اللّهَ يَعْلَمُهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ (270) إِن تُبْدُواْ الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ وَإِن تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاء فَهُوَ خَيْرٌ لُّكُمْ وَيُكَفِّرُ عَنكُم مِّن سَيِّئَاتِكُمْ وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ (271)
    TƏRCÜMƏ:

    270- "(Allah yolunda) infaq etdiyiniz və ya nəzir etdiyiniz şeylərin (hamısını) Allah bilir. Və zalımlar üçün heç bir kö-məkçi yoxdur.”

    271- "Əgər infaqları (ehsan və yaxşılıqları) aşkar etsə-niz, necə də yaxşı olar; amma əgər onları gizlədib ehtiyaclılara versəniz, sizin üçün daha yaxşıdır. (Bu) sizin günahlarınızın bir qismini örtər. (Və Allah yolunda yaxşılıq etmək sayəsində bağışlanarsınız.) Və Allah etdiyiniz işlərdən agahdır.”
    TƏFSİR:

    وَمَا أَنفَقْتُم مِّن نَّفَقَةٍ "Və ma ənfəqtum min nəfəqətin” - Allah və ya şeytan yolunda infaq etdiyiniz şeylərin,

    أَوْ نَذَرْتُم مِّن نَّذْرٍ "Ov nəzərtum min nəzrin” - nəzir vasitəsi ilə özünüzə vacib etdiyiniz şeylərin itaət, yoxsa məsiyət yo-lunda olmasını:

    فَإِنَّ اللّهَ يَعْلَمُهُ "Fə innəllahə yələmuhu” Allah bilir, bu işlə-rin heç biri Allahdan məxfi deyildir və onlara müvafiq olaraq əvəz verəcəkdir.

    وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ"Və ma lizzaliminə” burada "zalımlar” dedikdə məqsəd o kəslərdir ki, öz mal-dövlətlərini günah və haram işlərə sərf edir, mallarının vacibi zəkatını ver-mir, yaxud nəzir etdikdən sonra ona əməl etmir və yaxud da gü-nah işlər üçün nəzir edirlər.

    مِنْ أَنصَارٍ "Min ənsarin” - Onlar üçün ilahi ədalət məhkə-məsində sorğu-sualdan, onun ardınca da veriləcək əzabdan xi-las edə biləcək heç bir köməkçi yoxdur.

    وَإِن تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاء "Və in tuxfuha və tutuhəl-füqəraə” - əgər sədəqəni fəqirlərə gizli şəkildə versəniz, sizin üçün daha yaxşıdır və belə sədəqənin mükafatı daha çoxdur.

    Gizli şəkildə verilməsi daha üstün olan sədəqə de-dikdə isə, məqsəd müstəhəb sədəqələrdir. Çünki vacib sədəqə-lərin aşkar edilməsi daha yaxşıdır.
    272-Cİ AYƏ

    لَّيْسَ عَلَيْكَ هُدَاهُمْ وَلَـكِنَّ اللّهَ يَهْدِي مَن يَشَاء وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ فَلأنفُسِكُمْ وَمَا تُنفِقُونَ إِلاَّ ابْتِغَاء وَجْهِ اللّهِ وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لاَ تُظْلَمُونَ (272)
    TƏRCÜMƏ:

    "Onları (icbari şəkildə) düz yola hidayət etmək sənin öh-dənə deyildir. (Belə isə, qeyri-müsəlmanları icbari şəkildə isla-ma yönəltmək məqsədilə infaqı tərk etmək düzgün deyildir.) La-kin Allah istədiyi (və ləyaqəti olan şəxsləri) hidayət edər. İn-faq etdiyiniz şeylər - yaxşılıqlar sizin özünüz üçündür. (Lakin) Allahın razılığından başqa məqsədlə infaq etməyin. İnfaq et-diyiniz şeylərin - yaxşılıqların (əvəz və mükafatı) tamam-ka-mal surətdə veriləcək və sizə (zərrə qədər belə) zülm olunmayacaq-dır.”
    TƏFSİR:

    "Məcməul-bəyan”da, eləcə də Fəxr Razinin təfsirində bu ayənin nazil olması haqda müxtəlif səbəblər qeyd edil-mişdir. Onlardan belə məlum olur ki, müsəlmanlar müş-rik və qeyri-müsəlman fəqirlərə infaq və yardım etmək barə-


    sində şəkkə düşmüşdülər. Bu məsələni Rəsuli əkrəm (s)-dən soruşduqda, yuxarıdakı ayə nazil oldu.
    İNCƏ NÖQTƏLƏR:

    1- Kafirlərin imana gəlməsi üçün infaqı tərk etmək və onlara iqtisadi təzyiq göstərmək olmaz.

    2- Məhrum və ehtiyaclı şəxslərə baş çəkmək, onların çətinliklərini həll etmək yüksək insani keyfiyyət və alicə-nablıq sayılır. Deməli, ehtiyac içində olan qeyri-müsəlman şəxslərə də infaq etmək olar.

    3- İslam insansevərlik məktəbidir, bu din fəqirlik və məhrumiyyəti hətta qeyri-müsəlmanlar üçün də rəva görmür.

    4- Maddi və iqtisadi təzyiq nəticəsində hasil olan ima-nın heç bir dəyəri yoxdur.

    5- Hidayət Allahın mərhəmət etdiyi nemət və tovfiq-dir ki, ondan yalnız ləyaqət və hazırlığı olanlar bəhrələnə bilər.

    6- İnfaqın fayda və təsirləri insanın özünə qayıdır və onlarda səxavət ruhiyyəsini dirçəldir. İnfaq vasitəsi ilə sinfi ziddiyyətlərin, ictimai ədalətsizliklərin qar-şısı alınır və bu iş cəmiyyətdə mehr-məhəbbət və səmimiy-yət yaradır. Bir sözlə, infaq məhrumiyyət deyil, təhlükəsiz-lik və toxunulmamazlıq gətirir.

    7- Allahın razılığını əldə etməkdən başqa məqsədlə infaq edilməməlidir. Çünki, dünyəvi fayda və mənfəətlərin hamısı müvəqqəti olub gec-tez aradan gedir, amma Alllahın razılığı xatirinə olan infaqın bəhrələri isə əbədi ola-raq qalır.

    8- İnfaq edərkən əliaçıq, ürəyi təmiz olmaq lazımdır. Çünki siz nəticədə infaq etdiyiniz şeylərin əvəzini olduğu kimi alacaqsınız.

    9- Əgər bir işi Allaha görə edirsinizsə, hökmən əvə-zini (savabını) alacaqsınız, istər müsəlmana qarşı gör-müş olasınız, istərsə də kafirə qarşı.
    273-CÜ AYƏ

    لِلْفُقَرَاء الَّذِينَ أُحصِرُواْ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَطِيعُونَ ضَرْبًا فِي الأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاء مِنَ التَّعَفُّفِ تَعْرِفُهُم بِسِيمَاهُمْ لاَ يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ (273)
    TƏRCÜMƏ:

    "(Sizin infaqınız xüsusilə gərək) Allah yolunda çətin və-ziyyətdə qalan (və Allahın dininə xidmət etdikləri üçün öz ev-eşiklərindən, doğma yurdlarından qovulduqları və ya cihad cəbhələ-rində olduqları üçün öz məişətlərini, gündəlik güzəranlarını ticarət etməklə və ya sərmayə qazanmaqla təmin etmək üçün) hə-rəkət etməyə, səfərə çıxmağa taqətləri olmayan fəqirlər üçün ol-malıdır. Belə şəxslər həyalı olduqları üçün nadan insanlar on-ları ehtiyacsız güman edirlər. Lakin sən onları üzlərindən ta-nıyarsan. Onlar heç vaxt israrla camaatdan bir şey istəməzlər. (Bu, onların səciyyəvi xüusiyyətləridir.) Allah infaq etdiyiniz hər bir yaxşı şeydən agahdır.”
    TƏFSİR:

    "Təfsiri-kəbir”, "Məcməul-bəyan”, "Təfsiri-Qurtəbi” və bu kimi digər təfsir kitablarında qeyd olunur ki, bu ayə sayı təqribən dörd yüz nəfərə çatan "süffə əshabı” barə-sində nazil olmuşdur. Məkkədən Mədinəyə hicrət etmiş bəzi şəxslərin Mədinədə evi olmadığından, onlar Peyğəm-bər məscidinin kənarındakı süffədə (böyük səkidə) yaşa-yırdılar və həmişə Allah yolunda cihada hazır idilər.
    İNCƏ NÖQTƏLƏR:

    1- Varlıların malında fəqirlərin də müəyyən haqqı vardır.

    2-Əməliyyatçı dəstələrə, hərbi hazırlıq keçənlərə, hərbi düşərgələrdə olan fədailərə, sığınacaq yeri olmayan mühacirlərə və bir sözlə, Allah yolunda çətinliyə düşən və məişət xərclərini təmin edə bilməyən bütün şəxslərə lazımi diqqət yetirmək lazımdır. Elm və siyasət xadimləri, alim və tədqiqatçı şəxslər də bu qaydadan istisna olunmur-lar.

    3- Səfərə çıxmaqla öz məişətlərini təmin edə bilən-lər kiminsə ona yardım edəcəyini gözləməməli və məhdud bir məntəqədə qapılıb qalmamalıdır: لاَ يَسْتَطِيعُونَ ضَرْبًا فِي الأَرْضِ

    4- Həyalı, iffətli, pak, namuslu və abırlı fəqirlər Allah dərgahında möhtərəm şəxslərdir.

    5- Həyalı olduğundan öz ehtiyacını təmin etmək üçün xalq arasına çıxmayan və buna görə də tanınmaz qalan fəqir-lərə ilk növbədə diqqət yetirilməlidir.

    6- Hətta əgər zəruri vəziyyətlər irəli gələrsə, yenə də camaatdan israrla bir şey istənilməməlidir:

    لاَ يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا

    Bu ayədə fəqirlərin siması təcəssüm etdirilmişdir. Axırıncı cümlədə isə insanlar infaq və yardım etməyə təş-viq edilir.

    Əlbəttə, fədakar insanların hər bir şeyini Allah yo-lunda sərf etdikdən sonra çətinlikdə qalması, digər şəxs-lərin isə hətta onlara infaq və yardım etməyi belə əsirgə-məsi insafdan deyildir.
    274-CÜ AYƏ

    الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُم بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلاَنِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ (274)
    TƏRCÜMƏ:

    "Öz mal-dövlətlərini gecə-gündüzdə, gizlində və aşkarda infaq edənlərin mükafatı öz Rəblərinin yanındadır, onlar üçün nə qorxu vardır, nə də qəmgin olarlar.”
    TƏFSİR:

    "Təfsiri-Safi”, "Məcməul-bəyan”, "Təfsiri-Qurtəbi”, "Təfsiri-Kəbir” və bu kimi digər təfsir kitablarında nəql olunur ki, bu ayə Əli (ə)-ın barəsində nazil olmuşdur. Həzrəti Əli (ə)-ın yalnız dörd dirhəm pulu var idi. Onun bir dirhəmini gecə, bir dirhəmini gündüz, bir dirhəmini aşkarda və bir dirhəmini də gizlində Allah yolunda ehsan etdi.

    Bəziləri isə bu ayəni ümumi götürərək, onu belə işlər görən bütün şəxslərə aid etmişlər. Onlar dünyada fəqir-lik və yoxsulluqdan qorxmaz, Allahın vədələrinə iman gətirərək yalnız Ona təvəkkül edər və infaq etdikləri üçün də heç vaxt qəm-qüssəli olmazlar. Çünki onlar yalnız Alla-hın razılığını əldə etmək və axirət savablarına nail ol-maq üçün infaq edirlər. Elə bu surənin 262-ci ayəsində in-faq edənlər barəsində belə buyurulur: َلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

    "Onlar üçün nə bir qorxu vardır, nə də qəm qüssə.”






    275-Cİ AYƏ

    الَّذِينَ يَأْكُلُونَ الرِّبَا لاَ يَقُومُونَ إِلاَّ كَمَا يَقُومُ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطَانُ مِنَ الْمَسِّ ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ إِنَّمَا الْبَيْعُ مِثْلُ الرِّبَا وَأَحَلَّ اللّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا فَمَن جَاءهُ مَوْعِظَةٌ مِّن رَّبِّهِ فَانتَهَىَ فَلَهُ مَا سَلَفَ وَأَمْرُهُ إِلَى اللّهِ وَمَنْ عَادَ فَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ (275)
    TƏRCÜMƏ:

    "Sələm yeyənlər (qiyamətdə qəbirlərindən) yalnız şeytanın məss edərək dəli etdiyi adamlar (müvazinətlərini saxlaya bil-məyən, gah yıxılan, gah da qalxan şəxslər) kimi qalxacaqlar. Bu-nun səbəbi də odur ki, onlar: "Alverlə sələm bir-biri ilə eynidir (onların arasında heç bir fərq yoxdur)” deyirdilər. Halbuki, Allah al-veri halal, sələmi isə haram etmişdir (çünki onların arasında çox böyük fərq vardır). Belə isə, hər kəsə Pərvərdigarı tərəfindən bir moizə gəlsə və (sələmçilikdən) əl çəksə, əvvəllər (sələmin qadağan edilməsi hökmü nazil olmazdan qabaq) sələm yolu ilə əldə etdiyi qazanclar onun özünündür (keçmiş əməlləri ba-ğışlanacaq) və onun işi Allahın öhdəsinədir. Amma əgər qayıt-salar (və yenidən sələm alaraq bu günaha mürtəkib olsalar) cəhən-nəm əhlidirlər və orada əbədi qalacaqlar.”
    TƏFSİR:

    "Riba” kəlməsi ərəb dilində "artım və çoxluq” mənası-nı ifadə edir. Bu ayədə sələm yeyən şəxs şeytanın toxunduğu adama təşbih edilmişdir. Burada "xəbt” kəlməsi ("yətəxəb-bətuhu” felinin köküdür) yıxılıb-durmaq, səndələyə-səndə-ləyə yerimək və hərəkət zamanı bədənin müvazinətini saxlaya bilməmək mənasınadır. Sələm yeyən şəxs qiyamətdə qəbirdən dəli və cin vuran adamlar kimi qalxacaqdır. Ola bilər ki, qeyd olunan hal belə şəxslərin dünyada qeyri-normal vəziy-yətdə olmasına işarə etsin. Sərvət hərisliyi onun əqlinə pərdə çəkmiş, bəsirət gözlərini kor etmişdir. O, öz əməli ilə cəmiyyətdə o qədər dərin sinfi ziddiyyət və kin-küdurət yaradır ki, hətta öz atifəsini də əldən verərək insani dəyər-lər barədə əsla fikirləşmir. Buna görə də fəqirlik xalq arasında ictimai partlayışa səbəb olur, bundan əlavə, ma-likiyyət hüququnun köklərini sarsıdaraq onu zəiflədir. Di-gər bir məsələ də budur ki, bəzi şəxslər sələmçiliyi əsas iqtisadi mübadilə, alveri isə ikinci dərəcəli bir şey he-sab edərək "alver də sələm kimidir” - deyirlər.
    İNCƏ NÖQTƏLƏR:

    1- Sələm yeyənlər öz müvazinətlərini əldən verdikləri üçün cəmiyyətin iqtisadi müvazinətini də pozurlar.

    2- Günaha bəraət qazandırmaq insanları günah əməllə-rə daha çox təşviq edir: إِنَّمَا الْبَيْعُ مِثْلُ الرِّبَا

    3- Bilməməzlik ucbatından günah edənlər bağışlana-caq, lakin öz çirkin və günah əməllərinə israr edən qərəzli şəxslərə isə əsla güzəştə gedilməyəcəkdir.

    وَمَنْ عَادَ فَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ

    4- Sələmçilik - sələm almaq və vermək hicrətdən əvvəl nazil olan Məkkə ayələrində tənqid edilməyə başlamışdır. Məsələn, Məkkə şəhərində nazil olan "Rum” surəsinin 39-cu ayəsində belə buyurulur: "Fəla yərbu indəllahi...”

    Daha sonra "Ali-İmran” surəsinin 129-cu ayəsində "La təkülur-riba...” (Sələm yeməyin...) - deyə buyurulur. "Bəqərə” su-rəsinin qeyd olunan ayələrində isə bu məsələ daha kəskin şəkildə tənqid olunmuşdur.

    "Nisa” surəsinin 161-ci ayəsində ("Və əxzihimir-riba və qəd nühu ənhu”) xatırladılır ki, yəhudi dinində də sələmçi-lik qadağan olunmuş və bu məsələ Tövratda da bəyan edilmiş-dir.[46]

    "Bəqərə” surəsində sələmçiliklə əlaqədar olan ayələr infaq haqqında olan ayələrin ardınca nazil olmuşdur. Bu ayədə mal-dövlət vasitəsi ilə meydana gələn iki cəhət - xeyir və şər aydınlaşdırılır. Xeyir cəhət - infaq, yəni bir şeyi əvəzsiz olaraq vermək, şər cəhət isə - sələmçilik, yəni heç bir əvəz olmadan artıq almaq. İnfaqın malik olduğu hər bir müsbət nəticənin müqabilində sələmçiliyin cəmiyyətdə icad etdiyi pis nəticələr dayanır. Buna görə də bu ayənin sonunda buyurulur: يَمْحَقُ اللّهُ الْرِّبَا وَيُرْبِي الصَّدَقَاتِ

    "Allah sələmçiliklə əldə edilən malı məhv edər və sədəqəyə bə-rəkət verər.”

    Qurani-kərimdə sələmçilik və tağut hakimiyyətini qə-bul etmək üçün qeyd olunan təhdidlər, hətta qətl, zülmkarlıq, şərabxorluq, qumarbazlıq və zinakarlıq üçün bəyan olunan təhdidlərdən qat-qat şiddətlidir. Sələmçiliyin böyük gü-nah olması və onun haramlığı müqəddəs islam şəriətinin zəruri hökmlərindən biri kimi qəti və danılmaz məsələ-lərdəndir və bu hökm bütün islam firqələri arasında qəbul edilmişdir. Rəvayətdə qeyd olunur ki, İmam Sadiq (ə)-a xəbər verdilər ki, filankəs sələm alır. İmam (ə) buyurdu: "Əgər qüdrətim olsaydı, boynunu vurardım.”[47]

    Həzrət Əliyybni Əbitalib (ə) sələm alan bir şəxslə qar-şılaşdı və ona tövbə etdirdi. Onu buraxdıqdan sonra buyur-du: "Şirkdən tövbə etməyə vadar edildiyi kimi, sələm yeyən şəxsi də öz əməlindən tövbə elətdirmək lazımdır.”[48]

    İmam Baqir (ə)-ın belə buyurduğu nəql olunur: "Qazancla-rın ən çirkin və mənfuru sələmçiliklə əldə olunan qazancdır.”[49]

    Həzrəti Rəsuli-əkrəm (s) buyurur: "Hər vaxt Allah-taala bir məntəqənin əhalisini həlak etmək istəsə, orada sələmçilik zahir olar.”

    Yenə də buyurur: "Allah-taala sələm yeyəni, (bu işə) vəkil olanı, şahidlik edəni və müqaviləni yazanı lənətləmişdir.”[50]

    Mərhum Şeyx Müfid belə bir hədis nəql edir: "Hər kəs sələmi halal hesab etsə, boynu vurulmalıdır.”[51]

    İmam Sadiq (ə) sələmin haramlıq hökmünü göstərən ayə-lərin təkrar olunma səbəbini bəyan edərkən buyurur: "(Bu iş) mal-dövlət sahiblərini xeyir işlər görməyə və sədəqə verməyə ha-zırlamaq üçündür. Çünki bir tərəfdən sələmin özü, digər tərəf-dən isə mal-dövlətin dövriyyəyə buraxılmadan dondurulması, is-tifadəsiz saxlanması haramdır. Deməli, sərvətlilər üçün infaq etmək və faydalı istehsalla məşğul olmaqdan başqa bir yol qal-mır.”[52]

    Sələmin qadağan edilmə səbəbi barədə belə buyurulur: "Sələmçilik pulun xalqın ümumi mənafeyinə xidmət edən isteh-sal sahələrindəki tədavülünün qarşısını alır. Çünki burada ha-lal yolla, alın təri ilə qazanc əldə etmək əvəzinə, yalnız pulun qazancından bəhrə alınır. Buna görə də sələm haram edilmişdir.”

    İmam Sadiq (ə)-dan belə bir hədis nəql olunur: "Əgər sə-ləm halal olsaydı, camaat kəsb-ticarət və işdən əl çəkərdi.”[53]

    İmam Riza (ə) belə buyurur: "Sələmçilik yayılarsa, borc verməyin yolu bağlanar.”[54]
    SƏLƏMİN TƏSİRLƏRİ

    Faydalı iş və əmək olmadan əlavə pul almaq zülm və cəfadır. Bu da cəmiyyət fərdləri arasında düşmənçiliyə və qəlblərin qəsavət bağlamasına səbəb olur. Sələm alan şəxs-lər bir çox hallarda daim artmaqda olan faizlər nəticəsin-də həddindən artıq iflasa uğrayır, bəzən şəxsiyyəti sınır, əsarət, zillət və asılılığı qəbul etməyə məcbur olur.[55]

    Sələmçilik cəmiyyətin normal müvazinətini, iqtisadi tarazlığını pozur və cəmiyyəti bir-biri ilə düşmən olan iki barışmaz sinfə - varlı və kasıblara bölür.[56]

    Sələm ibadətlərin batil olmasına səbəb olur.[57]

    Sələmçilik malik olduğu bu mənfi və dağıdıcı təsir-lərinə görə təkcə islam şəriətində deyil, sair səmavi din-lərdə də qadağan edilmişdir. Amma bəzi şəxslər müəyyən bəhanələrlə sələmçiliyə haqq qazandırmağa çalışır və ya özləri üçün çıxış yolu tapmaq fikrinə düşürlər.

    Bəzi iqtisadi sistemlər sələmçiliyi qanuni bir iş hesab etsələr də, onun dağıdıcı nəticələri həmişə olmuş və olacaqdır. Sələmçilik zülmdür, onun acı nəticələri cə-miyyəti hökmən öz təsiri altına salacaqdır. Qərb ölkələ-rinin iqtisadi cəhətdən inkişaf etməsinin əsas səbəbi on-ların sələmçiliklə məşğul olması deyil, yüksək elm və tex-nikaya yiyələnməsidir.

    Sələmçilikdən qaçmaq yollarına gəldikdə isə, Quranın bu barədəki ciddi xəbərdarlıqlarına diqqət yetirmək la-zımdır. Şəri bəhanələr düzəltmək eynilə yəhudilərin şənbə günü hazırlıq işlərini görüb bazar ertəsi günündə balıq tutmaq üçün gətirdikləri bəhanəyə oxşayır. Bu kimi hoqqabazlıqlar Quranın diqqətindən yayınmamış, onu da şiddətlə tənqid etmişdir. İqtisadi məsələlərdə sələmçi-liyə qurşanmaq ehtimalı çox olduğundan, hədisdə belə bu-yurulur: "Hər kim (ticarətlə əlaqədar məsələlərdə) elm və agah-lığı olmadan alverə başlasa, sələmə düçar olar.”[58]
    276-CI AYƏ

    يَمْحَقُ اللّهُ الْرِّبَا وَيُرْبِي الصَّدَقَاتِ وَاللّهُ لاَ يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ (276)
    TƏRCÜMƏ:

    "Allah sələmi məhv edər və sədəqələri artırar. Və Allah heç bir günahkarı sevmir.”
    TƏFSİR:

    Bu şərif ayədəki "məhq” ("yəmhəqu” felinin köküdür) tədrici olan azalma mənasını ifadə edir. Elə bu kökdən olan "məhaq” kəlməsi də ayın axır gecələrində həddindən ar-tıq nazikləşərək təxminən görünməz olan hilala deyilir. "Riba” da tədrici artım və inkişaf deməkdir.

    Bu ayədə xatırladılır ki, sələm alan şəxs sərvət artır-maq və mal-dövlət toplamaq məqsədilə başqalarından sələm alır, Allah-taala isə mal-dövlətin bu yolla artmasından əldə olunacaq yaxşı nəticə və xeyir-bərəkətini alır. Bu za-man təkcə malın özü deyil, həm də onun artırılmasında nə-zərdə tutulan hədəflər aradan gedə bilər.

    Sələmçiliyin mövcud olduğu cəmiyyətlərdə səadət, qar-şılıqlı məhəbbət, əmin-amanlıq və səfa-səmimiyyət yoxdur. Sərmayədarlar və sərvətlilər əksər hallarda rahatlıq, asa-yiş və məhbubiyyət əldə edə bilmirlər. Bunun əksinə olaraq, infaq, sədəqə və əvəzsiz borcun (qərzül-həsənə) mövcud olduğu cəmiyyətlər bir çox xeyir-bərəkətdən faydalanır. Belə cəmiy-yətlərdə fəqirlər və səfillər məyusluğa, sərvətlilər isə möhtəkirlik, mal-dövlət düşkünlüyü və daşürəklilik kimi ruhi xəstəliklərə düçar olurlar. Həmçinin, məhrumların bütün fikri-zikri intiqam almaq, oğurluq etmək, sərvət-linin isə fikri-zikri öz mal-dövlətlərini qorumaq olur. Belə bir cəmiyyət heç vact nisbi müvazinət, ülfət, qarşı-lıqlı anlaşma, əmin-amanlıq və sair kimi insani duyğular-dan faydalanmır.

    Məşhur sünnü alimi Fəxr Razinin təfsirində deyi-lir: Hər vaxt sələm yeyən şəxs özünün insani duyğularını, atifəsini və ruhi müvazinətini əldən versə, onun özü və ma-lik olduğu mal-dövlət fəqirlərin nifrininə məruz qalacaq, onların oğurluq etmək, intiqam almaq hisləri və kin-küdurəti hər an onu təhdid edəcəkdir. Bu da şərif ayədə qeyd olunan "məhv olma”dan ibarətdir.
    İNCƏ NÖQTƏLƏR:

    1-Zahiri inkişaf və artıma məftun olmayın:

    يَمْحَقُ اللّهُ الْرِّبَا

    2- Ruzi yalnız Allahın əlindədir. Mümkündür ki, sər-vətlilər əllərində böyük miqdarda mal-dövlət olmasına bax-mayaraq ondan məhrum olsunlar, lakin fəqirlər isə lazımi miqdarda maddi imkanı olmadıqda belə, ən yüksək asayişdə yaşasınlar.

    3- Sələm yeyən şəxs həddindən artıq küfr və nankorluq edir. Sələm alan şəxs özünün bu işi ilə camaatın haqqını mənimsəmiş olur, öz rahatlığını, haram və ibadətlərini batil edir, hərislik və tamahkarlıq hisslərindən yaxa qur-tara bilmir. Bəli, o çox naşükür və günahkardır! كَفَّارٍ أَثِيمٍ

    4- Sələmçiliklə əldə edilən malın məhv edilməsi və onun xeyir-bərəkətinin aradan aparılması Allahın dəyi-şilməz qanunlarındandır. (Çünki, bu ayədə, "yəmhəqu” feli indiki zaman formasında gəlmişdir və ərəb dilində də bu zaman forması davamiyyəti göstərir.)
    277-Cİ AYƏ

    إِنَّ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ وَأَقَامُواْ الصَّلاَةَ وَآتَوُاْ الزَّكَاةَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ (277)
    TƏRCÜMƏ:

    "Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verənlərin mükafatları Allah yanındadır, onlar üçün nə bir qorxu vardır, nə də qəmgin olarlar.”
    TƏFSİR:

    Bu ayə günahkar və nankor sələmçilərin qarşısında möminlərin simasını təcəssüm etdirir və buyurur ki, on-lar yaxşı və bəyənilən işlər görür, namaz qılıb zəkat ve-rirlər.

    İnsanlar dörd qismdir:

    Birinci dəstə iman gətirib saleh əməllər yerinə yeti-rirlər. Bunlar möminlərdir.

    İkinci dəstə nə iman gətirir, nə də yaxşı əməllər ye-rinə yetirirlər. Bunlar da kafirlərdir.

    Üçüncü dəstə iman gətirir, lakin saleh əməl yerinə ye-tirmirlər. Bunlar fasiqlərdir.

    Dördüncü dəstə zahirdə yaxşı əməl sahibidir, lakin imanları yoxdur. Bunlar da münafiqlərdir.

    Sələm yolu ilə başqalarının əməyini, halal zəhmətini mənimsəyib yeyənlər həm Allahdan, həm də cəmiyyətdən ayrı düşmüşlər. Bunun müqabilində isə imanlı şəxslər və yax-şı əməl sahibləri bir tərəfdən namaz qılmaqla Allah ilə, digər tərəfdənsə, zəkat və sədəqə verib ehsan etməklə cama-atla əlaqə yaradırlar.
    İNCƏ NÖQTƏLƏR:

    1- Möminlərin təşviq, fasiqlərin isə təhdid edil-məsi ümumi tərbiyəvi bir prinsipdir.
    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَذَرُواْ مَا بَقِيَ مِنَ الرِّبَا إِن كُنتُم مُّؤْمِنِينَ (278)
    TƏRCÜMƏ:

    "Ey iman gətirənlər, Allah qarşısında təqvalı olun və əgər möminsinizsə, sələm (borclarından) qalanları boşlayın.”
    TƏFSİR:

    Bir çox təfsirlərdə, o cümlədən, "Məcməul-bəyan”, "Əl-mizan”, "Təfsiri Məraği” və sairədə nəql olunur ki, sələm-çiliyin qadağan olunmasını göstərən ayə nazil olanda Xalid ibni Vəlid, Abbas və Osman kimi bəzi səhabələrin sələm yolu ilə camaatdan müəyyən qədər alacaqları var idi. Bu şəxs-lər camaatın onlara olan borcları ilə əlaqədar vəzifələ-rinin aydınlaşması üçün bu məsələni Rəsuli əkrəm (s)-dən soruşdular. Bu zaman yuxarıdakı ayə nazil oldu. Bu ayənin na-zil olmasından sonra Peyğəmbəri əkrəm (s) buyurdu: "Əmim Abbasın da sələm yolu ilə qalan borcları tələb etməyə haqqı yox-dur.” Daha sonra buyurdu: "Hər şeydən əvvəl, mənim qohumların sələmçilikdən əl çəkməlidirlər.”

    Bu barədə söylədiyi bir xütbədə xatırlatdı: "Cahiliyyət dövründə mövcud olan bütün sələmləri ayaq altına salıram. Hər şeydən də artıq əmim Abbasın aldığı sələmi.”[59]
    İNCƏ NÖQTƏLƏR:

    1- İman - başqalarının haqqına göz dikməməyi və haram maldan uzaq olmağı tələb edir: إِن كُنتُم مُّؤْمِنِينَ

    2- Təqvanın əlaməti - haram maldan əl çəkməkdir:

    اتَّقُواْ اللّهَ وَذَرُواْ مَا بَقِيَ مِنَ الرِّبَا
    279-CU AYƏ

    فَإِن لَّمْ تَفْعَلُواْ فَأْذَنُواْ بِحَرْبٍ مِّنَ اللّهِ وَرَسُولِهِ وَإِن تُبْتُمْ فَلَكُمْ رُؤُوسُ أَمْوَالِكُمْ لاَ تَظْلِمُونَ وَلاَ تُظْلَمُونَ (279)
    TƏRCÜMƏ:

    "Əgər belə etməsəniz, onda bilin ki, Allah və Onun Rəsulu sizinlə müharibə edəcək. əgər tövbə etsəniz, onda sərmayələriniz (əlavə qazanc olmadan, mayanız) özünüzə məxsusdur. (Belə edərsiniz-sə) nə zülm edərsiniz, nə də sizə zülm edilər.”
    TƏFSİR:

    Müqəddəs islam dinində nə sələm almağa icazə verilir, nə başqasının əməyini mənimsəməyə, nə istismara, nə də ca-maatın mal-dövlətini birtərəfli olaraq müsadirə etməyə. Bəzi sistemlər insanları mülkiyyətin bütün növlərindən məhrum edərək mal-dövləti, onun qanuni sahiblərindən alır. Bəzi sistemlərdə isə istismarın istənilən forması-na, başqasının əməyinin mənimsənilməsinə və hər növ sələmçiliyə icazə verilir.
    İNCƏ NÖQTƏLƏR:

    1- Sələm alan bir kimsə Allahla müharibəyə qalxmış kimidir. Belə bir müharibədə sələm yeyən şəxs bilməlidir ki, bir tərəfdə zəlil və zəif insan kimi onun özü, digər tə-rəfdə isə mütləq qüdrətə və hakimiyyətə malik olan Allah dayanır.

    2- Sələm alan şəxs Allahla müharibəyə qalxdığından, islam hökuməti şəri vəzifə olaraq onunla mübarizə apar-malıdır.

    3- Sərmayəsini sələm yolu ilə başqasına verən şəxsin haqqı - əlavə bir şey almadan verdiyi pullardır.

    فَلَكُمْ رُؤُوسُ أَمْوَالِكُمْ

    4- İstismar etmək və istismar boyunduruğunun altına girmək - hər ikisi məhkum olunur və buyurulur ki, nə zülm edin, nə də zülmə məruz qalın.

    5- Məhrum təbəqələrin nicat tapması üçün insanların malikiyyət hüquqlarına diqqətlə riayət edin.
    280-CI AYƏ

    وَإِن كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلَى مَيْسَرَةٍ وَأَن تَصَدَّقُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ (280)
    TƏRCÜMƏ:

    "Və əgər (bir şəxs aldığı borcu) qaytarmağa qadir olmasa, imkanlı olduğu vaxta qədər ona möhlət verin. (əgər doğrudan da borcunu qayrtarmağa imkanı olmasa, bu halda Allah xatirinə) bəxşiş etsəniz sizin üçün daha yaxşıdır - əgər (onun nəticələ-rini) bilsəniz!”
    TƏFSİR:

    Qeyd etmək lazımdır ki, yuxarıdakı ayədə borclu şəxsə möhlət verilməsinin tövsiyə olunmasına baxmayaraq, borclu şəxs bundan sui-istifadə etməməlidir. Belə ki, o, heç bir üzürlü səbəb olmadan borcu vaxtında qaytarmasa, günahkar sayılır. Hədisdə buyurulur: "Heç bir üzürlü səbəb olmadan öz borcunu qaytarmayan şəxs üçün oğurluq günahı, borcun qaytarıl-ması üçün möhlət verənlərə də şəhidlərin savabı yazılar.”[60]
    İNCƏ NÖQTƏLƏR:

    1- Sələm alınması qadağan olunmaqdan əlavə, əsl sərma-yənin (borc kimi verilən sərmayənin) geri alınmasında da qarşı tərəflə yaxşı rəftar etmək lazımdır.

    2- Borcun qaytarılmasında, borclu şəxsin imkanlı ol-duğu vaxt əsas götürülür. فَنَظِرَةٌ إِلَى مَيْسَرَةٍ

    3- Əlbəttə, bu hökmdən sui-istifadə edənlərin məsələ-si tamamilə ayrıdır.

    4- İslam dini kasıb və məzlum kütlələrin himayəçi-sidir: وَإِن كَانَ ذُو عُسْرَةٍ

    5- Yoxsul şəxslərin borcunun güzəştə gedilməsi sizin üçün daha yaxşıdır. Çünki nə vaxtsa bu vəziyyətin sizin üçün də irəli gəlməsi mümkündür.

    6- Malın alınması tez unudular, amma yoxsul və imkan-sız şəxsə güzəştə gedilməsi heç vaxt unudulmaz.

    7- İnsanların qəlbinin ələ almaq və Allahın razılı-ğını əldə etmək malın alınmasından qat-qat üstün bir iş-dir.

    8- Şəriət qanunlarında qeyd olunur ki, üzürlü səbəbə görə borcunu qaytara bilməyən şəxsi zindana salmaq qadağan-dır. Borclu şəxsin, doğrudan da öz borcunu qaytarmaq üçün heç bir şeyi olmadığı halda islam hökumətinin vəzifəsi onun borcunu ödəməkdir.

    9- Hədislərdə buyurulur: "Borc verənə, borclu şəxsə möhlət verdiyi hər bir günün əvəzində borcunun məbləğində sədəqə savabı yazılar.”[61]
    281-Cİ AYƏ

    وَاتَّقُواْ يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللّهِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ (281)
    TƏRCÜMƏ:

    "Elə bir gündən qorxun ki, o gündə Allahın hüzuruna qayta-rılacaqsınız, sonra hər kəs kəsb etdiyi şeyləri - artıq-əskik olmadan alacaqdır və onlara zülm olunmaz. (Çünki görəcəkləri hər bir şey öz əməllərinin nəticəsindən başqa bir şey deyildir.)”
    TƏFSİR:

    Qurani-məcid ilahi göstəriş və hökmlərin xüsusiy-yətlərini bəyan etdikdən sonra əksər hallarda mövzunun yeku-nunda, əvvəldəki göstəriş və hökmlər insanların ruhuna, qəlbinə tam nüfuz etsin deyə, əvvəldə qeyd olunanlara bir da-ha təkid etmək üçün hərtərəfli, külli və ümumi bir mə-sələni xatırladır. Buna görə də bu ayədə insanlara qiyamət gününü, eləcə də bu gündə bəd əməl sahiblərinə, əməllərinə görə veriləcək cəzanı xatırladaraq onlara diqqətli olma-larını və qarşıda çətin bir günün olmasını xatırladır. Belə bir gündə insanın bütün əməlləri - azacıq da olsa əs-gildilmədən onlara veriləcək, varlıq aləmində ehtiyat sax-lanılanların hamısı bir yerdə ona qaytarılacaqdır. Məhz belə bir şəraitdə insan öz pis əməllərinin acınacaqlı nəticələrindən vəhşət hissi keçirib bilər ki, bunlar onun öz əməlləridir və kimsə ona zülm etməmişdir. O anlayar ki, ona zülm edən məhz onun özü olmuşdur:

    Bunu da qeyd etmək lazımdır ki, sələmçilik əxlaqi ba-xımdan borc alan şəxslərin ruhiyyəsində son dərəcə ağır və mənfi izlər qoyur, millətlər arasında və ictimaiyyətdə qar-şılıqlı həmkarlıq hisslərini sarsıdır. İslami mənbə-lərdə sələmin haram edilməsi ilə bağlı olan bir çox hədis-lər mövcuddur. Məsələn, İmam Sadiq (ə) buyurur: "Allah taala sələmi ona görə haram etmişdir ki, camaat yaxşı və xeyir iş-lərdən əl çəkməsin.”[62]

    Mərhum əllamə Təbatəbai özünün məşhur "Əl-mizan” adlı təfsirində belə yazır: "Əddürrül-mənsur” təfsirində nəql olunub ki, bu ayə Qurani-kərimdə Peyğəmbər (s)-ə nazil olan sonunucu ayədir.
    Category: Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 966 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024