İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Nur təfsiri (8-ci cild)

    Nur təfsiri (8-ci cild)
    AYƏ 31:
    حُنَفَاء لِلَّهِ غَيْرَ مُشْرِكِينَ بِهِ وَمَن يُشْرِكْ بِاللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ السَّمَاء فَتَخْطَفُهُ الطَّيْرُ أَوْ تَهْوِي بِهِ الرِّيحُ فِي مَكَانٍ سَحِيقٍ
    "Hamılıqla Allah üçün xalis olduğunuz və Allaha heç bir şərik qoşmadığınız halda (həcc mərasimini yerinə yetirin). Allaha şərik qoşan kəs sanki səmadan süqut etmişdir, bir quş onu fəzada alıb aparmışdır, külək onu uzaq bir məkana atmışdır.”
    Nöqtələr
    "Hənif” sözünün cəm forması olan "hunəfa” sözü "haqq dinə tabe olan kəs” mənasını bildirir.
    "Xətəf” cəld oğurluq, "səhiq” uzaq mənasını bildirir.
    Tövhid hər şeyə dəyər verirsə, şirk ən üstün mövcudları dəyərdən salır. Aləmlərin Rəbbinə iman gətirmiş hud-hud (şanapipik) quşu müşrik xalqın hidayəti üçün çalışmaqla elə bir məqama çatdı ki, bir məntəqə üçün hidayət vasitəsi oldu. İnsan isə şirk səbəbindən elə alçalır ki, quşa yem olur.
    Quran məsəlləri hansısa zaman və ya məkanda öz aktuallığını itirmir. Bu misallar həm təbiidir, həm də dərk olunası.
    Bildirişlər
    1. Qurbanlıq, təvaf, nəzrə vəfa və bütün digər əməllər yalnız Allah üçün olsun.
    2. Allahdan başqa hansı gücə güvənsək, sonda süquta uğrayasıyıq.
    3. Şirk kimsəyə bağışlanmır.
    4. Tövhid və ixlas səmada hüzur, şirk səmadan süqut və quşlara yem olmaq kimidir.
    5. Allahdan uzaq düşməklə süquta uğramaq arasında bir an belə fasilə yoxdur.
    6. Ən müqəddəs işlər ən müqəddəs yerlərdə və ən müqəddəs vaxtlarda həyata keçsə, amma ixlasla müşayiət olunmasa, sonu inkişaf yox, süqutdur.
    7. İxlas insanı tufanlardan sığortalayır, ixlassızlıq isə onu tufanlara düçar edir.
    8. Hətta bir anlıq şirk insanın əlindən bütün sərmayəsini alır.
    AYƏ 32:
    ذَلِكَ وَمَن يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِن تَقْوَى الْقُلُوبِ
    "Budur (Allahın Həcc haqqındakı göstərişləri). Hər kəs Allahın mərasimlərini əziz tutsa, bu, qəlblərin təqvasındandır.”
    Nöqtələr
    Qurani-Kərim digər ayələrdə iki dəfə aşkar şəkildə Həcc mərasimlərini ilahi mərasimlərdən sayır: Bir dəfə "Səfa və Mərvə”, digər dəfə "qurbanlıq dəvələr” təbiri ilə. Amma ilahi mərasimlər bununla başa çatmır, bütün kollektiv ibadətlər ilahi mərasim sayılır. Cümə namazları, cəmiyyət namazları və bütün həcc mərasimi uyğun ayinlərdəndir.
    Təqva müxtəlif nişanələrlə anlaşılan ruhi halətlərdəndir. Çünki zahiri işlərdə günahla savab arasında bir o qədər də fərq yoxdur. Məsələn, xalisanə namaz riyakarlıqla qılınan namazdan zahirən fərqlənmir. Onlardan birini dəyərli, digərini dəyərsiz edən qəlblərə aid olan ruh və batindir.
    Bildirişlər
    1. Daxili təqvanın zahiri nişanələri də olmalıdır. İlahi mərasimlərə etinasızlıq göstərən şəxsin əslində qəlb təqvası yetərsizdir.
    2. Anma mərasimləri rəqabət yox, təqvaya əsaslanmalıdır.
    AYƏ 33:
    لَكُمْ فِيهَا مَنَافِعُ إِلَى أَجَلٍ مُّسَمًّى ثُمَّ مَحِلُّهَا إِلَى الْبَيْتِ الْعَتِيقِ
    "Onda (qurbanlıq heyvanlarda) sizin üçün müəyyən vaxtadək mənafe vardır. Sonra onun (qurbanlığın) yeri qədim və azad evə (Kəbəyə) doğrudur.”
    Nöqtələr
    Bəziləri elə güman edirdilər ki, qurbanlıq üçün seçilmiş heyvandan minik kimi istifadə etmək, onun südünü sağmaq olmaz. Hazırkı ayə belə bir yanaşmanı rədd edir.
    Bildirişlər
    1. İlahi mərasimləri yüksək tutmaqla sizin maddi mənafeləriniz də təmin olunur.
    2. Həcc mərasimində Kəbə mehvər götürülür.
    AYƏ 34:
    وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا لِيَذْكُرُوا اسْمَ اللَّهِ عَلَى مَا رَزَقَهُم مِّن بَهِيمَةِ الْأَنْعَامِ فَإِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُوا وَبَشِّرِ الْمُخْبِتِينَ
    "(Qurbanlıq vəzifəsi təkcə sizin ümmətə aid deyil,) Biz hər bir ümmət üçün bir ayin müəyyənləşdirdik. Qurbanlıq zamanı onlara ruzi edilmiş heyvan üzərində Allahın adını çəksinlər. Sizin Allahınız yeganə məbuddur. Yalnız Ona təslim olun. Xalis bəndələrə müjdə ver.”
    Nöqtələr
    "Xəbt” sözündən olan "müxbitin” sözü çala-çökəksiz, geniş və hamar yer mənasını bildirir. İstənilən bir şirkdən uzaq, aram və arxayın insan "muxbit” adlanır.
    "Mənsək” sözü məsdər, zaman və ya məkan ismi ola bilər. Uyğun yanaşmaya əsasən, ayə belə mənalandırıla bilər: "Biz hər bir ümmət üçün ibadət proqramı, qurbanlıq üçün vaxt, ondan ötəri məkan müəyyənləşdirdik.
    Bildirişlər
    1. Bütün səmavi dinlərdə qurbanlıq proqramı var.
    2. Qurbanlıq zamanı Allahın adını dilə gətirmək lazımdır.
    3. Allaha yalnız vəhy yolu ilə bəndəlik edilməlidir.
    4. Məbudumuz yeganə Allahdır. Allah bizim həm dinimizi, həm də dünyamızı təmin edir.
    5. Allahın adı o qədər dəyərlidir ki, heyvanın kəsimi zamanı bu adın dilə gətirilməsi əti halal edir.
    6. Allahpərəst insanların qidasında da ilahi rəng olmalıdır.
    7. Allahdan qeyrisinə təslim olmayın.
    8. Bütün dinlərdə Allahın adının çəkilməsi qeyd olunur. Məlum olur ki, hamının məbudu bir Allahdır. Əgər başqa bir məbud olsaydı, uyğun mərasimlər fərqli şəkildə nəzərdə tutulardı.
    9. İlahi müjdələr Allah qarşısında təvazökar və təslim olmuş kəslərə ünvanlanmışdır.
    AYƏ 35:
    الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَالصَّابِرِينَ عَلَى مَا أَصَابَهُمْ وَالْمُقِيمِي الصَّلَاةِ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ
    "("Muxbitin”) o kəslərdir ki, Allahın adı çəkildiyi vaxt qəlbləri qorxudan lərzəyə gələr, düçar olduqlarına səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən infaq edərlər.”
    Nöqtələr
    Allah zikri həm insana aramlıq verir, həm də iman əhlini lərzəyə gətirir. Necə ki, körpə öz valideynini yada saldıqda həm rahatlaşır, həm də onlardan çəkinib özünü yığışdırır.
    Bildirişlər
    1. Allah qorxusu bir dəyərdir.
    2. Təqva bütün kamilliklərdən öndə gəlir.
    3. Vəzifənin icrasında təqvadan sonra, müqavimət və səbir əsas prinsipdir.
    4. Çətinliklər qarşısında dayana bilən səbir dəyərlidir.
    5. Allahla rabitə məhrumlarla rabitədən ayrı deyil.
    6. İnsan təkcə sərvətindən yox, həm də elm, hörmət, sənətindən infaq edə bilər.
    7. Yalnız daimi infaqın dəyəri var.
    8. İnfaq edərkən orta həddi gözləmək lazımdır.
    9. İnsanın mal-mülkü ilahi ruzidir.
    AYƏ 36:
    وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُم مِّن شَعَائِرِ اللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ فَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهَا صَوَافَّ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْقَانِعَ وَالْمُعْتَرَّ كَذَلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
    "Çağ dəvələri (qurbanlıq etməyi) sizin üçün ilahi ayin qərar verdik. Onlarda sizin üçün xeyir var. (Qurbanlıq zamanı) dəvələr ayaq üstə durmuşkən Allahın adını çəkin. Yanı üstə düşdükləri vaxt (canları çıxdıqda) onlardan yeyin, qane və istəməyə üzü olmayan fəqirə yedirin. Qurbanlıq heyvanları sizin üçün bu sayaq ram etdik. Bəlkə şükür edəsiniz.”
    Nöqtələr
    "Budnə” sözünün cəm forması olan "budn” sözü sağlam, çağ dəvə mənasını bildirir. "Səvaff” dedikdə, dizini saf saxlamış heyvan nəzərdə tutulur.
    Yanı üstə düşmək canın çıxması mənasını bildirir. "Qane” dedikdə qane olan fəqir, "mutərr” dedikdə, ehtiyaclı olduğu halda bunu dilinə gətirməyən fəqir başa düşülür. Belələri kömək almaq məqsədi ilə sizin yaxınlığınızdan ötüşür. 
    İslamda harada yeməkdən danışılırsa, digər bir vəzifəyə də işarə olunur: "Yeyin, amma israf etməyin” ; "Yeyin və başqalarına yedirin” ; "Yeyin və saleh iş görün” ; "Yeyin və şükür edin”. 
    Bildirişlər
    1. İlahi mərasimlərdə səxavətlə xərcləyin.
    2. Cahil ərəb elə düşünürdü ki, qurbanlıq ətdən yemək olmaz.
    3. Dini mərasimlərin keçirilməsində əsas nöqtə Allahın diqqətidir.
    4. Dini hökmlər vəhy yolu ilə müəyyənləşməlidir.
    5. İlahi mərasimlərdə insanların da mənafeyi təmin olunur. (Bütlər üçün nəzərdə tutulmuş qurbanlıqda isə israfa yol verilir.)
    6. İslamın tərbiyə məktəbində qidalanmada da ilahi məqsəd öndə dayanır.
    7. Dəvənin ən yaxşı qurbanlıq üsulu onun ayaq üstə kəsilməsidir.
    8. Heyvanın canı çıxmamış onun ətindən istifadə etmək olmaz.
    9. Qurbanlıq ət bölüşdürülməlidir.
    10. Bütün ehtiyaclı insanlara yardım əli uzadın.
    11. Qurbanlıq fəqirlərin yolu üstə yerinə yetirilməlidir.
    12. Heyvanların ram olması, qurbanlıq ətdən qidalanma, həcc mərasimində qurbanlıq, ixlas və ilahi rəng hər biri üçün şükür ediləsi nemətlərdir.
    AYƏ 37:
    لَن يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَكِن يَنَالُهُ التَّقْوَى مِنكُمْ كَذَلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللَّهَ عَلَى مَا هَدَاكُمْ وَبَشِّرِ الْمُحْسِنِينَ
    "Qurbanlıq heyvanların əti və qanı əsla Allaha çatmaz. Sizin tərəfdən Ona çatası yalnız təqvadır. Allah heyvanları sizin üçün bu sayaq ram etdi. Belə ki, sizi hidayət etdiyi üçün Allahı böyüklüyü ilə yad edəsiniz. Xeyir əməl sahiblərinə müjdə ver.”
    Bildirişlər
    1. Allah bizim gördüyümüz işlərə ehtiyaclı deyil.
    2. Dinin zahiri məsələləri arxasında ali məqsədlər dayanır. (Dini göstərişlərin zahiri ilə kifayətlənməyək. İlahi hökmlərin batinini ixlas, bəndəlik ruhu, təslimçilik təşkil edir.)
    3. İnsan Allahla təqva vasitəsi ilə rabitə yaradır.
    4. Allahı böyüklüyü ilə xatırlamaq bir növ şükürdür.
    5. Şükrü xüsusi tövsiyə olunmuş nemətlərdən biri də hidayət nemətidir.
    6. Allahın lütfü olmasa, bütün insanlar yolunu azar.
    7. Həcc və onun ayinləri hidayətin aşkar təcəssümüdür.
    8. Həcc əməllərinin icrası insanı xeyir əməl sahibləri zirvəsinə qatır.
    AYƏ 38:
    إِنَّ اللَّهَ يُدَافِعُ عَنِ الَّذِينَ آمَنُوا إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍ كَفُورٍ
    "Sözsüz ki, Allah iman gətirən kəsləri müdafiə edir. Həqiqətən, Allah heç bir xəyanətkar nankoru sevmir.”
    Nöqtələr
    Möminlərin müdafiəsi və onlara yardım ilahi vəd və sünnələrdəndir. Allah belə bir müdafiə və himayəni Özü üçün zəruri etmişdir.[26] Əlbəttə ki, ilahi müdafiə və yardım dedikdə, təkcə dərhal və qısa müddətli himayə nəzərdə tutulur. Uzun müddətli müdafiə də bu qəbildəndir. Möminlər bir döyüşdə zahirən məğlub olsalar da, onların amalları və düşüncələri qalibdir. İbn Mülcəm Həzrət Əlini (ə) şəhadətə çatdırdı. Allah İbn Mülcəmi himayə etdi, yoxsa Əlini (ə). Əlinin (ə) adı, Əlinin (ə) övladı, Əlinin (ə) kitabı, Əlinin (ə) münacatı, Əlinin (ə) izzəti, Əlinin (ə) şiəsi, Əlinin (ə) düşüncəsi nəhayət qələbəyə çatdı.
    "Xəvvan” və "kəfur” dedikdə küfr və xəyanət ruhu xarakterinə hopmuş şəxs başa düşülür.
    Bildirişlər
    1. Möminlərin müdafiəsi ilə bağlı Allahın vədi hökmən gerçəkləşəsidir.
    2. Möminlər tənha və müdafiəsiz deyil.
    3. Allahın himayəsi əbədidir.
    4. Möminlər Allahın, Allah isə möminlərin ehtiramını qoruyur.
    5. Möminlər Allahın sevimlisidirlər.
    6. Allahın yardım və himayəsini insana nəsib edən imandır. 
    7. Allahın qəhr-qəzəbi meyarlara əsaslanır. (Allahın dini bizim əlimizdə əmanətdir və ona xəyanət etmək olmaz.)
    8. Bütün insanlar Allah qarşısında eynidir və kimsənin xəyanəti bağışlanmır.
    9. Xəyanətdən də pisi xəyanətə vərdiş etməkdir. Küfrdən də pisi küfrə adət etməkdir.
    10. Xəyanət küfr üçün zəmindir.
    11. İmanı olmayan şəxs özünə, Allaha və Allahın rəsuluna xəyanət etmişdir.
    AYƏ 39:
    أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللَّهَ عَلَى نَصْرِهِمْ لَقَدِيرٌ
    "Daim və məzlumcasına hücuma, qətlə məruz qalanlara müdafiə və cihad icazəsi verilmişdir. Əlbəttə, Allah onlara yardım etməyə qadirdir.”
    Nöqtələr
    Qeyd edirlər ki, bu ayə həzrət Peyğəmbərə (s) cihad və silahlı döyüş icazəsi vermiş ilk ayədir. Həzrət öz missiyasını üç mərhələdə həyata keçirirdi:
    1) Dəvət, qəlb islahı, qüvvələrin tərbiyəsi;
    2) Qüvvələrin təşkili və səfərbərliyi;
    3) Müdafiə və ya hücum.
    Bildirişlər
    1. Allahın və peyğəmbərin izni olmadan cihada icazə yoxdur.
    2. Məzlumlara öz düşmənləri ilə cihad etmək icazəsi verilib.
    3. Yalnız biz ayağa qalxdıqdan sonra Allah yardım edir.
    4. Döyüşçülərə ruhiyyə verin.
    5. Haqq batilə qalibdir.
    6. İlahi yardımlar təkcə hərbi yönümə malik deyil. Bu yardımın müxtəlif növləri var.
    7. Allahın yardımı qətidir.
    8. Allahın möminlərə yardımı geniş və əhatəlidir.
    AYƏ 40:
    الَّذِينَ أُخْرِجُوا مِن دِيَارِهِمْ بِغَيْرِ حَقٍّ إِلَّا أَن يَقُولُوا رَبُّنَا اللَّهُ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا وَلَيَنصُرَنَّ اللَّهُ مَن يَنصُرُهُ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ
    "(Hücuma məruz qalmış məzlumlar) o kəslərdir ki, haqsız olaraq evlərindən, yurdlarından qovulmuşlar. (Onların günahı) yalnız bu idi ki, deyirdilər: "Bizim Rəbbimiz bir olan Allahdır.” Allah bəzilərini bəziləri vasitəsi ilə dəf etməsə, sovməələr, sinaqoqlar, kilsələr və Allahın adının daha çox çəkildiyi məscidlər viran qalar. Şübhəsiz, Allah Ona yardım göstərənə yardım edir. Həqiqətən, Allah qüvvəli və məğlubedilməzdir.”
    Nöqtələr
    "Sovməə” dedikdə biyaban və mağaralarda rahiblərə məxsus ibadət və riyazət məhəlli nəzərdə tutulur. "Biyə” dedikdə məsihilərə, "sələvat” dedikdə yəhudilərə məxsus ibadət məhəlli nəzərdə tutulur.
    Məscidlərin xaraba qalması dedikdə parçalanma, ədalətli imamdan uzaqlıq, yoxsulların yaddan çıxarılması, vəziyyətdən xəbərsizlik, Allahdan qəflət nəzərdə tutulur. Bu səbəbdən də düşmən ilk öncə həmin mərkəzləri viran qoymaq istəyir.
    Bildirişlər
    1. Vətəndən didərginlik məzlumiyyətin ən aşkar nümunəsidir.
    2. Vətəndə rahat yaşamaq insanın təbii haqqıdır, vətəndən çıxarılması isə ona qarşı zülümdür.
    3. Quranda yer üzündə fitnə-fəsad törədənlərin sürgünü düzgün, möminlərin sürgünü yanlış sayılır.
    4. Dindarlığın çətinliyi də var.
    5. Möminlər Allah iradəsinin gerçəkləşməsi üçün vasitədirlər. (Allah möminlərin əli ilə müdafiə edir.)
    6. Dini mərkəzlərin qorunması üçün bəzən qan vermək lazım gəlir.
    7. İstər döyüş, istər qələm və bəyan, istərsə də digər proqramlarla məscidləri qorumaq mühümdür.
    8. Düşmənin ən mühüm məqsədi fəal dini mərkəzlərin məhvidir. (Məbədlər cəmiyyətdə dinin hüzurunu göstərir.)
    9. İbadətgahın adı və yeri mühüm deyil. Kafirlər və təcavüzkarlar istənilən bir yerdə Allahın zikri və onun yolu ilə vuruşurlar.
    10. Dini mərkəzlərdə əsas məqsəd və əməllərin ruhu Allah zikridir.
    11. Quran Allahın daha çox zikr olunduğu məscidləri xoş sözlərlə yad edir. (Harada Allah daha çox zikr olunursa, həmin yer daha müqəddəsdir.)
    12. Bizim səy və təlaşımızdan sonra ilahi yardımlar nazil olur.
    AYƏ 41:
    الَّذِينَ إِن مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنكَرِ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ
    "O kəslər ki, əgər onları yer üzündə qüdrətə çatdırsaq, namazı bərpa edər, zəkat verər, yaxşılığa çağırar, pisliyə qadağa qoyarlar. Bütün işlərin sonu Allah üçündür.”
    Nöqtələr
    Əgər qüdrət və imkan saleh insanların əlində olsa düzgün bəhrələnər, biganələrin əlində olsa sui-istifadə edərlər. Beləcə, dünya və qüdrət bəziləri üçün nemət, bəziləri üçün bədbəxtlik vasitəsidir. Quran hər iki hal üçün nümunə göstərir. Bildirilir ki, möminlər qüdrətə çatsa, Allahın yolunu izləyər, biganələr qüdrətə çatsa, tüğyan qoparar, bəşər nəslinin məhvi üçün çalışar, nəhayət, insanları cəhənnəmə sürükləyərlər. 
    Bildirişlər
    1. Dinin dirçəldilməsi Allaha yardım sayılır.
    2. Yaxşılığa əmr və pisliyə qadağa üçün qüdrətə ehtiyac var.
    3. Möminlərin qələbəsi bəndəlik və qarşılıqlı yardım üçün zəmin hazırlayır, qəflət və qüruru aradan qaldırır.
    4. Möminlər üçün bütün yer üzü eynidir. Onlar bacardıqları yerdə müqəddəs hədəfləri həyata keçirməyə çalışırlar.
    5. Bütün qüdrət və imkanları Allahdan bilək.
    6. Salehlərin hakimiyyətinin ilkin səmərəsi namaz, zəkat, yaxşılığa əmr və pisliyə qadağadır.
    7. Allaha bağlılıq imkansızlara yardım, cəmiyyətə xəbərdarlıq, fəsadın qarşısının alınmasından ayrı deyil.
    8. Namazın bərpası, zəkat ödənməsi, yaxşılığa əmr və pisliyə qadağa İslam hökuməti məsullarının qəti vəzifələrindəndir.
    9. Mömin hakimlər həm mənəvi dirçəliş, həm də iqtisadi problemlərin həlli barədə düşünür, yoxsulluğu aradan qaldırmağa çalışırlar.
    10. Namaz, zəkat, yaxşılığa əmr və pisliyə qadağa (əmr be məruf və nəhy əz münkər) dəyərlərini əsas götürmüş cəmiyyət Allahın himayəsi altındadır.
    11. Yalnız fərdi vəzifələrinizə əməl etdikdən sonra sizin əmr və qadağalarınız cəmiyyətə təsir göstərər.
    12. Namazın bərpası üçün qüdrət və imkana ehtiyac var.
    13. Zəkat namazla qırılmaz şəkildə bağlıdır. (Quranın 28 ayəsində zəkat namazla yanaşı yada salınır.)
    14. Bütün vəzifələrinizi yerinə yetirdikdən sonra belə aqibətinizdən arxayınlaşmayın. Çıxış yolu Allaha ümid və təvəkküldür.
    15. Bugünkü imkanlar yalnız bir müddət əlinizdə qalasıdır.
    AYƏ 42:
    وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَثَمُودُ
    "(Ey peyğəmbər) əgər səni təkzib edirlərsə, (nigaran olma, bil ki) bundan öncə Nuh, Ad və Səmud qövmü də peyğəmbəri təkzib etdi.”
    AYƏ 43:
    وَقَوْمُ إِبْرَاهِيمَ وَقَوْمُ لُوطٍ
    " İbrahim və Lut qövmü (də peyğəmbəri təkzib etdi).”
    AYƏ 44:
    وَأَصْحَابُ مَدْيَنَ وَكُذِّبَ مُوسَى فَأَمْلَيْتُ لِلْكَافِرِينَ ثُمَّ أَخَذْتُهُمْ فَكَيْفَ كَانَ نَكِيرِ
    "Mədyən (məntəqəsi) əhli də öz peyğəmbərini təkzib etdi. Musa da xalq tərəfindən təkzib olundu. Kafirlərə möhlət verdim, (qəflətə qərq olduqda) onları (qəzəbimlə) yaxaladım. Onlar üçün məchul əzab necə olacaq?!”
    Bildirişlər
    1. Düşmənlərin təkzibi yolun davamına mane olmamalıdır.
    2. Kafirlərin düşmənçiliyindən qorxmayın. (Allah peyğəmbərə təsəlli verir.)
    3. Tarix təkrarlanır.
    4. İbrət və tərbiyə üçün tarixdən faydalanın.
    5. Nuh, İbrahim və Lut öz qövmləri tərəfindən təkzib olundu. Musa isə qövmü tərəfindən yox, qibtilər tərəfindən təkzib edildi.
    6. Peyğəmbərlər göndərmək Allahın sünnəsi, qanunudur.
    7. Allah günahkarlara möhlət verir.
    8. Günahkarlar Allahın verdiyi möhləti məhəbbət və ya xəbərsizlik nişanəsi saymasınlar.
    AYƏ 45:
    فَكَأَيِّن مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا وَهِيَ ظَالِمَةٌ فَهِيَ خَاوِيَةٌ عَلَى عُرُوشِهَا وَبِئْرٍ مُّعَطَّلَةٍ وَقَصْرٍ مَّشِيدٍ
    "Zülmə yol vermiş nə çox şəhərləri həlak etdik; onun (divarları) tavanları başı üzərinə uçulub töküldü. Nə çox (su ilə dolu) quyu boş qaldı, nə çox uca qəsrlər (viran oldu).”
    Nöqtələr
    "Xəva” sözündən olan "xaviyə” sözü uçub tökülmək, süqut etmək mənasını bildirir. "Məşid” dedikdə uca qəsr nəzərdə tutulur.
    Bildirişlər
    1. Allahın sitəmkarlara qəzəbi təsadüfi hadisə yox, təbii cərəyandır.
    2. Tarixdən dərs alın.
    3. Zülmün sonu həlakətdir.
    4. Allahın qəzəbi qarşısında nə tavan, nə də sütun dayana bilir.
    AYƏ 46:
    أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَكِن تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ
    "Yoxsa onlar yer üzünü seyr etmirlər ki, həqiqəti dərk edəsi qəlbləri, həqiqəti eşidəsi qulaqları olsun? Əlbəttə, onların gözləri kor deyil, amma sinələrindəki qəlbləri kordur.”
    Bildirişlər
    1. Elmi və təcrübi səfərlər (seyr) dəyərli iş, məlumatı artırmaq üçün səmərəli yoldur.
    2. Yer və zaman bir növ məktəbdir. Bu məktəbdə ibrət götürməyənlər məzəmmətə layiqdirlər.
    3. İnsanların bir qrupu nə göndərilmiş peyğəmbərlərə, nə də batini peyğəmbəri olan ağıla tabe olmur.
    4. Ağıl, qulaq və göz məlumat əldə etmə vasitələridir.
    5. Qəlbin korluğu gözün korluğundan pisdir. Qəlbi kor insan heç vəchlə ibrət götürmür.
    Bəli, haqq qarşısında inadkarlıq və düşmənçiliyin israrı insanı eybəcərləşdirir, onu o qədər alçaldır ki, nə ağılı həqiqəti dərk edir, nə gözü haqqı görür, nə də qulağı haqqı eşidir.
    AYƏ 47:
    وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَلَن يُخْلِفَ اللَّهُ وَعْدَهُ وَإِنَّ يَوْمًا عِندَ رَبِّكَ كَأَلْفِ سَنَةٍ مِّمَّا تَعُدُّونَ
    "Kafirlər səndən ilahi əzabın tezləşməsini istəyirlər. Halbuki Allah heç vaxt Öz vədinə xilaf çıxmaz. Rəbbinin yanında bir gün sizin saydığınız min il yerindədir.”
    Nöqtələr
    Peyğəmbərlərin xəbərdarlıqlarından sonra kafirlər tez-tez belə soruşurdular: "Haqqında danışdığınız ilahi qəzəb bizə nə vaxt gəlib çatacaq?” (Bu ayə Quranda 6 dəfə təkrarlanmışdır.) Hazırkı ayədə kafirlərə cavab verilir ki, tələsməyin, ilahi vəd dəyişməzdir.
    Bildirişlər
    1. Allahın möhlət verməsini Onun xəbərsizliyi, özümüz üçün qurtuluş kimi dəyərləndirməyək.
    2. Yersiz istəklər, bəhanələr, yersiz suallar bizi süstləşdirməməlidir.
    3. Zaman Allahın yanında fərqli mahiyyətə malikdir.
    AYƏ 48:
    وَكَأَيِّن مِّن قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِيَ ظَالِمَةٌ ثُمَّ أَخَذْتُهَا وَإِلَيَّ الْمَصِيرُ
    "Bir çox abadlıqlara möhlət verdim, halbuki onlar sitəmkar idilər. (Onlar bu möhlətdən tövbə üçün istifadə etmədilər.) Sonra onu qəzəbimlə yaxaladım. Qayıdış yalnız Mənə doğrudur.”
    Bildirişlər
    1. Sitəmkarlara möhlət verilməsi ilahi sünnələrdən biridir. Demək, tələsməyimiz yersizdir.
    2. Zülm ilahi qəzəbə səbəb olur.
    AYƏ 49:
    قُلْ يَا أَيُّهَا النَّاسُ إِنَّمَا أَنَا لَكُمْ نَذِيرٌ مُّبِينٌ
    "De ki, ey insanlar, həqiqətən, mən sizin üçün aşkar bir qorxudanam.”
    AYƏ 50:
    فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
    "İman gətirib saleh işlər görənlər üçün bağışlanma və yaxşı ruzi olacaq.”
    AYƏ 51:
    وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُوْلَئِكَ أَصْحَابُ الْجَحِيمِ
    "Ayələrimizə qarşı çalışanlar və Bizi aciz qoya biləcəyini düşünənlər cəhənnəm əhlidirlər.”
    Bildirişlər
    1. Peyğəmbərlər özbaşına danışmırdılar.
    2. Peyğəmbərlərin xəbərdarlığı xalqın xeyrinədir.
    3. Peyğəmbərin xalqı məcbur etmək haqqı yoxdur.
    4. Xalqın müjdədən çox xəbərdarlığa ehtiyacı var.
    5. Peyğəmbər xalqla açıq-aşkar danışır.
    6. İman saleh əməldən ayrı deyil.
    7. Mənəvi mükafat maddi mükafatdan öndə gəlir.
    8. Yalnız minnətsiz ruzi dəyərlidir.
    9. İlahi amalların həyata keçməsinə kimsə mane ola bilməz. Qoy kafirlər boş yerə çalışsınlar!
    10. Kafirlərin nə yeni bir sözü, nə də məntiqi var. Onların işi yalnız haqq yolda maneə yaratmaqdır.
    11. Xalqın bir hissəsi üçün cəhənnəm əbədidir.
    AYƏ 52:
    وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِيٍّ إِلَّا إِذَا تَمَنَّى أَلْقَى الشَّيْطَانُ فِي أُمْنِيَّتِهِ فَيَنسَخُ اللَّهُ مَا يُلْقِي الشَّيْطَانُ ثُمَّ يُحْكِمُ اللَّهُ آيَاتِهِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
    "Səndən öncə elə bir peyğəmbər göndərmədik ki, o arzu etdikdə şeytan Öz təlqini ilə onun arzularına mane olmasın. Amma Allah şeytanın bütün təlqinlərini aradan götürər, sonra öz ayələrini möhkəmləndirər. Allah elm və hikmət sahibidir.”
    Nöqtələr
    Şeytanın vəsvəsələrinə, təlqinlərinə münasibətdə, xalq bir neçə qrupa bölünür:
    1. Şeytanın vəsvəsələri ruhuna təsir göstərənlər. 
    2. Şeytanla təmasda olub, məsələni tez bir zamanda anlayıb onu rədd edənlər. 
    3. Daim şeytanla birlikdə olanlar. 
    Peyğəmbərlər bu qrupların heç birinə daxil deyildirlər. Onlar məsumdurlar. Şeytan onlara yaxınlaşa bilmir, ruhlarına vəsvəsə etməkdə, onlarla təmas qurmaqda acizdir. Şeytanın peyğəmbərlərin arzularına təlqini ola bilər. Amma məlum məsələdir ki, peyğəmbərlərin proqramları onların şəxsi məsələlərindən fərqlənir.
    Bildirişlər
    1. İslam Peyğəmbəri (s) son peyğəmbərdir.
    2. Haqla batil arasındakı ziddiyyət daimi bir cərəyandır.
    3. Bütün peyğəmbərlər eyni mərtəbədə deyil. (Rəsul nəbidən daha geniş təbliğə məsuldur.)
    4. Peyğəmbərlərin öz məqsədləri ilə bağlı proqramları var.
    5. Şeytan peyğəmbərlərə təsir göstərə bilməsə də, məqsədlərlə bağlı vəsvəsəyə əl atır.
    6. Şeytanın vəsvəsələri ən üstün proqramlar üçün də təhlükə törədir.
    7. Haqq-batil qarşıdurmasında Allah batili məhv edir, haqqı möhkəmləndirir.
    8. Haqqın batilə qələbəsi üçün tələsməyin.
    9. Allahın himayəsi olmadan haqq möhkəmlənməz.
    10. Haqla batil arasındakı ziddiyyət, haqqın batilə qələbəsi Allahın hikmət və elmə əsaslanan planlarındandır.
    AYƏ 53:
    لِيَجْعَلَ مَا يُلْقِي الشَّيْطَانُ فِتْنَةً لِّلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَالْقَاسِيَةِ قُلُوبُهُمْ وَإِنَّ الظَّالِمِينَ لَفِي شِقَاقٍ بَعِيدٍ
    "Şeytanın təlqinləri qəlblərində xəstəlik olanlar və qəlbi daşlar üçün sınaq vasitəsi qərar verildi. Şübhəsiz, sitəmkarlar uzun və dərin bir düşmənçilikdədirlər.”
    Bildirişlər
    1. Şeytanın təlqinləri daş və xəstə qəlbli insanların sınağı üçün vasitədir. (Ruhi xəstəlik və daş qəlblilik şeytanın tələsinə düşmək üçün münasib zəmindir.)
    2. Daş qəlblilik özü ruhi xəstəliyin bir növü olsa da, daha çox əhəmiyyət daşıdığından ayrıca zikr olunmuşdur.
    3. Şeytani təlqinlərin təsiri altına düşən daş qəlbli insanlar zalımlardır.
    AYƏ 54:
    وَلِيَعْلَمَ الَّذِينَ أُوتُوا الْعِلْمَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّكَ فَيُؤْمِنُوا بِهِ فَتُخْبِتَ لَهُ قُلُوبُهُمْ وَإِنَّ اللَّهَ لَهَادِ الَّذِينَ آمَنُوا إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
    "Həm də agahlar bilsinlər ki, həqiqətən o, (peyğəmbərlərin arzusu) sənin Rəbbin tərəfindən olan bir haqdır. Ona iman gətirsinlər, qəlbləri onun qarşısında müti olsun. Şübhəsiz, Allah iman gətirənləri doğru yola hidayət edər.”
    Nöqtələr
    Şeytanın təlqinləri peyğəmbərlərin proqramlarına və onların Allah tərəfindən dayandırılmasına iki cür təsir edir:
    1. Daş və xəstə qəlblilər üçün sınaq vasitəsidir;
    2. Şeytan təlqinlərinin daşa dəyməsi qəlbin nuraniyyətinə və elm əhlinin imanına səbəb olur.
    Bildirişlər
    1. Elm insana haqqı batildən fərqləndirmək gücü verir.
    2. Bəzən maddi və mənəvi bəhrələnmə insanların şəxsi keyfiyyətlərindən asılı olur. Şeytanın hansısa təlqini daş qəlbli insanlar üçün fitnə, elm əhli üçün mərifət açarı olur.
    3. Elm insanlara verilmiş ilahi bir hədiyyədir.
    4. Elm əhli daş və xəstə qəlbli olmamalıdır.
    5. Elm də, haqq da, hidayət də Allahdandır.
    6. Elm, iman və mütilik təkamül mərhələlərindəndir.
    7. Hər kəs imanda ilk addımı atsa, Allah onu növbəti addımlarda müvəffəq edər.
    Category: Nur təfsiri (8-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-10-01)
    Views: 1234 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024