İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Nur təfsiri (8-ci cild)

    Nur təfsiri (8-ci cild)
    AYƏ 64:
    حَتَّى إِذَا أَخَذْنَا مُتْرَفِيهِم بِالْعَذَابِ إِذَا هُمْ يَجْأَرُونَ
    "(Onların cəhalət və azğınlığı davam edir,) o vaxta qədər ki, rifah içində yaşayanları qəhr-qəzəbimizə düçar edirik. Həmin məqamda nalə çəkirlər.”
    AYƏ 65:
    لَا تَجْأَرُوا الْيَوْمَ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ
    "(Onlara xitab olunar:) «Bu gün nalə çəkməyin. Şübhəsiz, sizə Bizim tərəfimizdən yardım göstərilməyəcək.»”
    Nöqtələr
    "Yəcərun” dedikdə yaralanmış it və canavarın ulaması nəzərdə tutulur. Rifah içində yaşayanların naləsinin it ulamasına oxşadılması onların dünya məstliyinə xatir düçar olduqları zilləti göstərir.
    Bildirişlər
    1. Rifah içində yaşayan təkəbbürlü zümrəni ilahi əzabdan başqa bir şey oyada bilməz.
    2. Məstliklə müşayiət olunan naz-nemətin sonu ümidsiz nalələr olacaq.
    Hər gülüşdən sonra axar göz yaşı,
    Uzaqgörənlərin ağrımaz başı.
    3. Qiyamət günü dua yox, cəza (mükafat) günüdür.
    4. Öz var-dövləti və imkanları ilə xalqa yardım göstərməyənlərə Qiyamət günü yardım olunmaz.
    AYƏ 66:
    قَدْ كَانَتْ آيَاتِي تُتْلَى عَلَيْكُمْ فَكُنتُمْ عَلَى أَعْقَابِكُمْ تَنكِصُونَ
    "Həqiqətən, Mənim ayələrim sizə davamlı şəkildə oxunurdu, amma siz üz döndərib geriyə qayıdırdınız.”
    AYƏ 67:
    مُسْتَكْبِرِينَ بِهِ سَامِرًا تَهْجُرُونَ
    "Belə ki, ona (peyğəmbər və Qurana) münasibətdə təkəbbür göstərir, gecə ötənədək pisliyə danışırdınız.”
    Nöqtələr
    "Nükus” sözü geriyə dönüş mənasını bildirir.
    "Samir” sözü gün uzunu danışıq mənasını bildirir.
    "Həcr” dedikdə ayrılıq, "Hucr” dedikdə ayrılığa səbəb olan pis danışıq nəzərdə tutulur.
    Bildirişlər
    1. İrtica və haqqa arxa çevirmək rifah sahibləri və təkəbbür əhlinin sifətlərindəndir.
    2. Peyğəmbərlərə etinasızlıq təkamül yox, süqut nişanəsidir. İlahi göstərişlər təkamül, bu göstərişlərə müxalifət süqut amilidir.
    3. Haqqa müxalifətdən də pisi bu münasibətin zülm və təkəbbürdən qaynaqlanmasıdır.
    4. Gündüzü məntiqsiz keçirən gecəni hədyanla başa vurur.
    5. Hesab-kitabsız danışan kəs ağzını pisliyə açır.
    AYƏ 68:
    أَفَلَمْ يَدَّبَّرُوا الْقَوْلَ أَمْ جَاءهُم مَّا لَمْ يَأْتِ آبَاءهُمُ الْأَوَّلِينَ
    "Görən onlar bu sözlər (Quran) haqqında düşünmürlərmi? Yoxsa onlara babaları üçün gəlməmiş bir xəbər gəlib?! (Ona görə də yeni bir sözü qəbul etmək onlara ağırdır.)”
    AYƏ 69:
    أَمْ لَمْ يَعْرِفُوا رَسُولَهُمْ فَهُمْ لَهُ مُنكِرُونَ
    "Yoxsa peyğəmbərlərini tanımadılar və buna görə onu inkar edirlər?”
    AYƏ 70:
    أَمْ يَقُولُونَ بِهِ جِنَّةٌ بَلْ جَاءهُم بِالْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَارِهُونَ
    "Ya da "onda dəlilik var” deyirlər. Halbuki peyğəmbər onlar üçün haqqı gətirib. Amma onların çoxu haqqın qəbulundan ikrah duyur.”
    Bildirişlər
    1. Bədbəxtliyin ilkin amili düşüncəni bir kənara qoymaqdır.
    2. Quran düşüncə kitabıdır. (Quranın tilavəti bəs etmir, onu düşünənlər haqqı anlayır.)
    3. Allah bütün dövrlərdə Öz haqq nidasını xalqa çatdırmışdır və səmavi dinlərin bir kökü var.
    4. Öz təbliğ və dəvətinizdə bütün bəhanə yollarını müxaliflərin üzünə bağlayın.
    5. Peyğəmbər xalq arasında yaxşılıqla tanınmalıdır ki, onun inkarı üçün bəhanə qalmasın.
    6. İnsan eşitdiyi yeni sözə şübhə ilə yanaşırsa da, ilahi vəhy təzəlikdə nazil olmamışdır və onun tarixi keçmişi var.
    7. Din düşmənləri öz məqsədlərinə çatmaq üçün ilahi insanların şəxsiyyətini alçaltmağa çalışırlar.
    8. Əksəriyyət narahat olsa da, haqq bəyan edilməlidir.
    9. Kafirlərin bəzisinin sağlam fitrəti var və haqqı qəbul edirlər.
    AYƏ 71:
    وَلَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ وَمَن فِيهِنَّ بَلْ أَتَيْنَاهُم بِذِكْرِهِمْ فَهُمْ عَن ذِكْرِهِم مُّعْرِضُونَ
    "Əgər haqq onların nəfs istəklərinə tabe olsaydı, şübhəsiz, göylər və yer, onlarda olanlar puça çıxardı. Amma biz onlara (şərəf və ləyaqətlərini) xatırladan Quran verdik. Bununla belə, onlar bu zikrdən üz çevirdilər.”
    Nöqtələr
    Əgər haqq xalqın nəfs istəklərinə tabe olsa, varlıq nizamı pozular. Çünki:
    1. Xalqın həvəsləri bir-biri ilə ziddiyyət təşkil edir;
    2. Xalqın həvəsləri haqqa əsaslanmır;
    3. Xalqın həvəsləri, birtərəflidir, bu həvəslərdə yaxın və uzaq təsirlər nəzərə alınmır.
    Bildirişlər
    1. Haqq heç vaxt insanların meyl və istəklərinə tabe olmamalıdır.
    2. Kafir başçılar dini öz istəklərinə uyğunlaşdırmaq istəyindədirlər.
    3. Haqpərəstlik həvəspərəstliyə ziddir.
    4. Bəşəriyyətin meyl və həvəsləri dünyanı fəsada çəkir.
    5. Varlıq aləminə hakim olan nizam Allahın haqq və hikmət sahibi olmasını göstərir.
    6. Göylərdə də diri və şüurlu varlıqlar mövcuddur.
    7. Quran xəbərdarlıq vasitəsidir.
    8. Din millətlərin oyanış və xilas vasitəsidir.
    9. İnsan bəzən onu izzətə çatdırası səbəblərdən üz çevirir.
    AYƏ 72:
    أَمْ تَسْأَلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَيْرٌ وَهُوَ خَيْرُ الرَّازِقِينَ
    "Sən onlardan (dəvətin müqabilində) bir muzd istəmisənmi? Rəbbinin daimi mükafatı daha üstündür və O, ruzi verənlərin ən xeyirlisidir.”
    AYƏ 73:
    وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
    "Şübhəsiz, sən xalqı doğru yola dəvət edirsən.”
    AYƏ 74:
    وَإِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ عَنِ الصِّرَاطِ لَنَاكِبُونَ
    "Həqiqətən, axirətə iman gətirməyənlər doğru yoldan çıxmışlar.”
    Nöqtələr
    "Xərc” dedikdə məsrəf olunan şey nəzərdə tutulursa, "xərac” təyin olunmuş davamlı büdcədir.  "Nəkəb” dedikdə yoldan çıxmaq, "nikbət” dedikdə bədbəxtlik nəzərdə tutulur.
    İlahi ruzinin bir sıra səciyyələri var: Minnətsizdir, daimidir, boldur, bərəkətlidir.
    Hədisdə bildirilir ki, peyğəmbər Əhli-beytini (ə) qoyub, başqalarının sorağınca gedənlər və onların rəhbərliyini qəbul edənlər doğru yoldan çıxmışlar. 
    Bildirişlər
    1. Dini təbliğat müqabilində xalqdan pul tələb etmək olmaz. Xalq özü verdikdə isə onu qəbul etməyin eybi yoxdur.
    2. Xalq təbliğatçının pul təmənnasına həssas yanaşır.
    3. Xalq bir dəfə xərc çəkirsə, Allah daim ruzi yetirir. (Xərc və xərac arasında olan fərqi unutmayaq.)
    4. Ardıcıl şəkildə ruzi vermək Rəbbimizin şənindəndir.
    5. Allah din təbliğatçılarının ruzisinə zamindir.
    6. Ruzi vasitələri sizi aldatmasın.
    7. Peyğəmbər insanları doğru yola səsləyir.
    8. Məada iman doğru yolda möhkəmlik amili, imansızlıq azğınlıq səbəbidir.
    AYƏ 75:
    وَلَوْ رَحِمْنَاهُمْ وَكَشَفْنَا مَا بِهِم مِّن ضُرٍّ لَّلَجُّوا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
    "Əgər onlara rəhm etsək, bədbəxtliklərini aradan qaldırsaq, (şükür etmək əvəzinə) tüğyanları üzərində kor-koranə israr edəsidirlər.”
    Nöqtələr
    "Kənzud-dəqaiq” və "Ruhul-bəyan” təfsirlərində oxuyuruq: Məkkədə qıtlıq olduğu zaman Əbu-Sufyan İslam Peyğəmbərindən (s) dua istədi. Həzrət dua etdi və qıtlıq aradan qalxdı. Bu hadisədən sonra yuxarıdakı ayə nazil oldu.
    İnsanlar tüğyan baxımından bir-birlərindən fərqlənirlər:
    –Alimlər elmdə tüğyan qoparır və bu tüğyan özünü qürur və lovğalıq hisslərində büruzə verir.
    –Varlılar sərvətlərində tüğyan qoparır və bu tüğyan özünü xəsislikdə büruzə verir.
    –Salehlərin tüğyanı xeyir əməllə bağlıdır və özünü riya ilə göstərir.
    –Həvəspərəstlərin tüğyanı onların şöhrət ardınca qaçması ilə müşayiət olunur. 
    Bildirişlər
    1. Rifah və asayiş ilahi rəhmət cilvəsidir.
    2. Şəxsiyyətsiz insanlara xidmət və məhəbbət səmərəsizdir.
    3. İmansız insanlar fürsət və möhlətlərdən sui-istifadə edir.
    4. Tüğyan insanı avara qoyur.
    AYƏ 76:
    وَلَقَدْ أَخَذْنَاهُم بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ
    "Həqiqətən, onları əzaba düçar etdik. Amma onlar Rəbləri qarşısında nə təvazö göstərdilər, nə də yalvardılar.”
    Nöqtələr
    Hədisdə oxuyuruq: "İstəkanət” mütilik, "təzərrö” dua üçün əl açmaq mənasını bildirir. 
    Ötən ayədə inadkar kafirlər haqqında buyuruldu: "Əgər onlara rəhm etsək, inadkarlıq göstərib yola gəlməzlər.” Bu ayədə buyurulur: "Əgər onları qəhr-qəzəbimizlə yaxalayıb əzab versək, yenə yola gəlməzlər.” Şair deyir:
    Daş qəlbə öyüdün yoxdur səməri,
    Ha vur, mıxın daşa olmaz əsəri.
    Bildirişlər
    1. Dünyadakı ilahi qəhr-qəzəbin məqsədi qafilləri oyatmaqdır.
    2. Kafirlər və azğınlar bəzən dünyada da ilahi əzaba düçar olurlar.
    3. İnadkar kafirlər nə Allahın mərhəməti, nə də onun qəhr-qəzəbi ilə doğru yola gəlir.
    4. Ən pis təkəbbür aləmlərin Rəbbi qarşısında təkəbbürdür. (Daş qəlbli insan o qədər süqut edir ki, hətta böyük Allah qarşısında təvazö və yalvarışı özünə rəva bilmir.)
    AYƏ 77:
    حَتَّى إِذَا فَتَحْنَا عَلَيْهِم بَابًا ذَا عَذَابٍ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ
    "(Bu daş qəlbli insanlara nə mərhəmət, nə də əzab təsir göstərdi. Biz də onları öz başlarına buraxırıq,) o vaxta qədər ki, üzlərinə ağır əzab qapısı açaq, (elə bəlaya düşsünlər ki,) onda (əzaba) qəfil məyus olsunlar.”
    Nöqtələr
    "İblas” sözündən olan "müblis” sözü acı bir hadisədən sonra insanda yaranan qəm-qüssə mənasını bildirir. Belə bir kədər adətən insanı sükut, heyrət və ümidsizliyə sürükləyir. 
    Bildirişlər
    1. Əzab qapıları öncə bizim üzümüzə bağlı olur. Amma haqq qarşısındakı inadkarlığımız həmin qapıların açılması ilə nəticələnir.
    2. Allah tərbiyə mərhələlərində müəyyən üsulla rəftar edir:
    a) Rəhmət və mehribanlıqla rəftar edir;
    b) Tənbeh üçün əzaba düçar edir;
    v) İnsanı çıxılmaz vəziyyətə salan son əzab nazil olur.
    3. Peyğəmbərləri öz inadkarlığı ilə məyus edən kəs əzaba düçar olaraq özü ümidsiz vəziyyətə düşür.
    4. Son əzab nazil olan məqam tövbə və qurtuluş üçün yer qalmır, əzaba düçar olanlar ümidini itirir.
    AYƏ 78:
    وَهُوَ الَّذِي أَنشَأَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ قَلِيلًا مَّا تَشْكُرُونَ
    "Sizin üçün qulaq, göz və qəlb qərar verən Odur. Necə də az şükür edirsiniz”.
    AYƏ 79:
    وَهُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ
    "Odur sizi yer üzündə yaradan və Ona doğru məhşur olarsınız (Onun hüzuruna gətirilərsiniz)”.
    AYƏ 80:
    وَهُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ وَلَهُ اخْتِلَافُ اللَّيْلِ وَالنَّهَارِ أَفَلَا تَعْقِلُونَ
    "Odur dirildən və öldürən. Gecə və gündüzün get-gəli Onun üçündür. Yoxsa düşünmürsüz?!”
    Bildirişlər
    1. Məlumat və tanışlıq yolları Allahın böyük nemətlərindəndir.
    2. İnsan təkcə hiss üzvləri ilə məlumat əldə etmir. Bu işdə onun qəlbi də rol oynayır.
    3. Nemət verən qarşısında şükür vacibdir. Nemətlərdən düzgün istifadə etməyən kəs nankordur və məzəmmətə layiqdir.
    4. İlahi nemətlərin yada salınması tanışlıq və şükür üçün zəmindir.
    5. İnsan məqsədli yaradılmışdır.
    6. Düşüncə insanı tövhid əqidəsinə çatdırır.
    AYƏ 81:
    بَلْ قَالُوا مِثْلَ مَا قَالَ الْأَوَّلُونَ
    "(Kafirlər hidayət olmadılar.) Onlar əvvəlkilərin danışdığı kimi danışdılar”.
    AYƏ 82:
    قَالُوا أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَئِنَّا لَمَبْعُوثُونَ
    "Dedilər: «Görən ölüb torpaq və sümük olduqdan sonra növbəti dəfə ayağa qaldırılacağıq?»”
    AYƏ 83:
    لَقَدْ وُعِدْنَا نَحْنُ وَآبَاؤُنَا هَذَا مِن قَبْلُ إِنْ هَذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
    "Əlbəttə, bizə və atalarımıza öncədən belə vəd olunmuşdu. Bu (sözlər və vədlər) əvvəlkilərin əfsanələrindən başqa bir şey deyil”.
    Nöqtələr
    "Əsatir” dedikdə yalan əfsanələr mənası başa düşülür. Bu söz Quranda doqquz dəfə kafirlərin dilindən işlədilmişdir.
    Bildirişlər
    1. Məadın inkarı ilə bağlı kafirlərin təzə bir sözləri yoxdur.
    2. Kafirlərin məntiq və dəlili yoxdur. Onların haqq qarşısında yeganə işləri inkarla müşayiət olunan təəccübdür.
    3. Haqqı inkarın kökü düşüncəsizlikdir. (Ölüm və həyata, gecə və gündüzün hərəkətinə diqqət məada iman üçün zəmin yaradır).
    AYƏ 84-85:
    قُل لِّمَنِ الْأَرْضُ وَمَن فِيهَا إِن كُنتُمْ تَعْلَمُونَ سَيَقُولُونَ لِلَّهِ قُلْ أَفَلَا تَذَكَّرُونَ
    "(Kafirlərə) de: «Əgər elminiz varsa, (deyin görək) yer və yer üzündə olanlar kimə məxsusdur?» Onlar deyəcəklər ki, Allaha məxsusdur. De ki, yoxsa agah olmursunuz?”
    AYƏ 86:
    قُلْ مَن رَّبُّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبُّ الْعَرْشِ الْعَظِيمِ
    "De ki, yeddi qat göyün Rəbbi, böyük ərşin Rəbbi kimdir?”
    AYƏ 87:
    سَيَقُولُونَ لِلَّهِ قُلْ أَفَلَا تَتَّقُونَ
    "(Yenə də) deyəcəklər: «Allah üçündür.» De ki, yoxsa qorxmursunuz?”
    Nöqtələr
    "Rəbb” dedikdə öz mülkünü qoruyub idarə edən malik nəzərdə tutulur.
    "Ərş” yeddi qat göydən fərqlənir və Allahın müdiriyyət mərkəzidir.
    Bildirişlər
    1. Cəhalət və qəflət şirkin köküdür.
    2. Sualın bəyan forması təbliğ üsullarından biridir.
    3. İnsanı Allahşünas edən elm faydalıdır.
    4. Hər bir agah insan bilir ki, yer və yer üzündə olan hər bir kəs sahibsiz və hesabsız deyil.
    5. Vicdan ən üstün hakimdir.
    6. Xalqın öz danışıq və cavablarından moizə və dəlil üçün istifadə edin.
    7. Yeddi qat göy və bütün varlıq aləmi Allahın tədbirinə tabedir.
    AYƏ 88:
    قُلْ مَن بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِن كُنتُمْ تَعْلَمُونَ
    "De ki, əgər bilirsinizsə deyin, bütün mövcudların hökmü kimin əlindədir? O (varlıq) ki, sığınacaq verir, amma qarşısında kimsənin sığınacağı yoxdur.”
    AYƏ 89:
    سَيَقُولُونَ لِلَّهِ قُلْ فَأَنَّى تُسْحَرُونَ
    "Tezliklə deyəcəklər ki, (hər şeyin hökmü) Ona məxsusdur. De ki, bəs necə (deyirsiniz ki, peyğəmbər sizi sehirləyib) ona sehirlənmisiniz?”
    AYƏ 90:
    بَلْ أَتَيْنَاهُم بِالْحَقِّ وَإِنَّهُمْ لَكَاذِبُونَ
    "(Biz onları sehirləmirik,) əksinə onlar üçün haqqı gətirdik. Şübhəsiz, onlar yalan danışırlar”.
    Nöqtələr
    Qurani-Kərimin "Yasin” surəsinin 82, 83-cü ayələrində buyurulur: "Allah bir şeyi istədiyi vaxt əmr edir və o, yaranır. Bütün şeylərin hökmü əlində olan Allah pak-pakizədir”.
    "Yucir” və "yucar” sözləri qonşuluq mənasını bildirən "civar” kökündəndir. Qonşunu başqalarının sui-qəsdindən qorumaq qonşuluq haqqı olduğundan bu söz sığınacaq və himayə verən mənasında işlədilmişdir.” 
    Ayədə "həqq” dedikdə ya məad, ya Quran, ya da tövhid məntiqi nəzərdə tutulur.
    Bildirişlər
    1. Müxaliflərlə danışıq qaydasını Qurandan öyrənək.
    2. İnsanların təkamül və hidayət yolunda onların sağlam fitrət və düzgün inanclarından istifadə edin.
    3. Allahın malikiyyəti geniş və hərtərəflidir.
    4. Allahın himayəsi daimi, mütləq və özünəməxsusdur.
    5. Allahın qəhr-qəzəbi qarşısında heç bir sığınacaq yoxdur.
    6. Allahın mütləq hakimiyyətini yalnız alimlər dərk edir.
    7. Başqalarının azğın əqidəsi qarşısında aydın mövqe tutun.
    8. Allahın işləri haqdır və hikmətə əsaslanır.
    AYƏ 91:
    مَا اتَّخَذَ اللَّهُ مِن وَلَدٍ وَمَا كَانَ مَعَهُ مِنْ إِلَهٍ إِذًا لَّذَهَبَ كُلُّ إِلَهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَى بَعْضٍ سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ
    "Allah Özünə heç bir övlad götürməmişdir. Onunla heç bir məbud yoxdur. (Başqa bir məbud olsaydı) hökmən hər bir məbud öz yaratdığına doğru gedərdi və şübhəsiz, məbudların bəzisi digərlərindən üstün olmağa çalışardı. (Beləcə, varlıq aləmi qarışardı.) Allah (müşriklərin) ona aid etdikləri sifətlərdən pakdır.”
    Bildirişlər
    1. Allahın istənilən bir şəkildə övlad sahibi olmasına etiqad qadağandır. (İstər İsa Ona oğul sayıla, istər mələklər Onun qızları hesab edilə.)
    2. Bütün yaranmışlar Allahın hökmü altındadır.
    3. Müdirin çoxluğu müvəffəqiyyətə mane olur.
    4. Nizamlı quruluş Allahın birliyini göstərir.
    5. Övlad sahibi olmaq ehtiyaclılıq və məhdudiyyət nişanəsidir. Məhdudiyyət isə üstünlük axtarışına sövq edir.
    6. Qüdrətlər arasındakı ziddiyyət fəsad və qarşıdurma amilidir.
    7. Əgər başqalarının yanlış təsəvvür və rəftarlarını dilə gətirsək, öz ruhumuzu və başqalarının ruhunu paklamaq üçün Allaha təsbih deyək.
    8. Allahı bütün yanlışlıq və xurafatdan uzaq bilək.
    AYƏ 92:
    عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَتَعَالَى عَمَّا يُشْرِكُونَ
    "O, qeybdən və aşkardan agahdır. Ona şərik qoşulan hər nədən üstündür.”
    AYƏ 93:
    قُل رَّبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ
    "De ki, Pərvərdigara, əgər onlara vəd etdiyini (əzabı) mənə göstərəcəksənsə...”
    AYƏ 94:
    رَبِّ فَلَا تَجْعَلْنِي فِي الْقَوْمِ الظَّالِمِينَ
    "Onda, Pərvərdigara, məni sitəmkar qövmün içində qoyma.”
    Nöqtələr
    İmam Sadiq (ə) "qeyb və aşkardan xəbərdardır” cümləsi haqqında buyurur: "Hələ baş verməyənlər qeyb, baş verənlər isə aşkardır.” 
    Bildirişlər
    1. Allahın hər şeydən xəbərdarlığı Onun şərikə ehtiyac duymadığını göstərir.
    2. Allah qeyb və aşkardan eyni dərəcədə xəbərdardır.
    3. Qeybdən xəbərdarlıq mühümdür və qeybi məsələlər aşkar məsələlərdən daha çoxdur. (Quranda qeyb sözü aşkardan daha çox işlənir.)
    4. Peyğəmbər vəhyə münasibətdə etibarlıdır, hətta "de ki,” kəlməsini belə nəql edir.
    5. Sitəmkarlar arasında olmaq insan üçün ilahi əzab təhlükəsi yaradır.
    AYƏ 95:
    وَإِنَّا عَلَى أَن نُّرِيَكَ مَا نَعِدُهُمْ لَقَادِرُونَ
    "Şübhəsiz, Biz onlara vəd etdiyimizi sənə göstərə bilərik.”
    Nöqtələr
    Allah bu ayədə Öz peyğəmbərinə təsəlli verir ki, azğınları və kafirləri cəzalandırmağa qadirdir. Amma bu əzab müəyyən səbəblərdən təxirə salınmışdır. O cümlədən:
    a) Onlara tövbə üçün möhlət verilir;
    b) Höccət tamamlanır, xəbərdarlıq başa çatdırılır;
    v) Gələcəkdə onların nəsillərindən möminlər vücuda gəlir;
    q) Rəhmət və bərəkət səbəbi olan Peyğəmbərin (s) vücuduna görə möhlət verilir.
    Bildirişlər
    1. Əzabın təxirə düşməsi Allahın zəifliyini göstərmir.
    2. Kafirlərin aqibətini gözünüzlə görmədiyinizə görə Allahın qüdrətinə şəkk etməyin.
    AYƏ 96:
    ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ
    "(Ey peyğəmbər,) pisliyi ən yaxşı tərzdə dəf et. (İntiqam fikrində olma.) Biz, kafirlərin vəsflərindən daha çox agahıq. (Bilirik ki, müşriklər Bizi övladı və şəriki olan, səni sehr, cadu sahibi kimi vəsf edirlər.) ”
    AYƏ 97, 98:
    وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحْضُرُونِ
    "De ki, Pərvərdigara, şeytanların vəsvəsələrindən Sənə pənah aparıram; onların mənim yanımda hazır olmasından Sənə pənah aparıram, ya Rəbb!”
    Bildirişlər
    1. Həzrət Peyğəmbər (s) Allahın tərbiyəsi altındadır və ona əmr olunmuşdur ki, düşmənlərin pisliklərinə qarşı ən yaxşı şəkildə rəftar etsin.
    2. Pisliyə pisliklə cavab vermək olar. Amma bu üsul rəhbərlərə layiq deyil.
    3. Allahın elminə iman səbirli və həlim olmağımıza gətirib çıxarır.
    4. Hamilik Allahın rübubiyyət şənindəndir.
    5. Peyğəmbərlər də Allaha pənah aparmalıdırlar.
    6. İnsan Allaha ardıcıl və ciddi şəkildə sığınmalıdır.
    7. Yeganə etibarlı sığınacaq Allahdır.
    8. Şeytanın nüfuz yollarından biri bizim başqaları ilə pis rəftarımızı qabartmaqdır.
    9. Şeytanlar çoxsaylıdır, onların vəsvəsələri müxtəlifdir.
    10. Şeytanlar peyğəmbərlərin də imanına tamah salır.
    11. Ən böyük vəsvəsə şeytanların hüzurudur.
    12. Cəmiyyətdə günahkar və azğın fərdlərin mövcudluğu başqalarının fəsada sürüklənməsi üçün müqəddimədir.
    AYƏ 99:
    حَتَّى إِذَا جَاء أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ
    "(Onlar öz yersiz vəsflərini və çirkin rəftarlarını davam etdirirlər,) o zamana qədər ki, ölüm onlardan birinin sorağına gəlsin. Onda deyərlər: Pərvərdigara, bizi geri döndər.”
    AYƏ 100:
    لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ كَلَّا إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا وَمِن وَرَائِهِم بَرْزَخٌ إِلَى يَوْمِ يُبْعَثُونَ
    "Ola bilsin ki, özümdən qalandan (var-dövlətdən) yaxşı bir iş görəm. (Ona deyilər:) «Heç vaxt!» Bu sözü (zahirdə) dildə deyirlər. (Amma əgər geri dönsələr, ona əməl etməzlər.) Onların sorağında ayağa qaldırılacaqları günə qədər bərzəx var.”
    Bildirişlər
    1. Müəyyən bir qrup üçün təkəbbür və qəflət daimidir.
    2. Azğınlar bir gün qəflət yuxusundan oyanacaq və dünyaya qayıtmaq istəyəcəklər. Amma bu istək gerçəkləşəsi deyil.
    3. Ömür və fürsəti əldən vermək ölüm zamanı peşmançılığa səbəb olur.
    4. Kafirlər doğrudan da geri dönmək istəyərlər. Amma onların saleh əmələ qayıdışla bağlı vədləri şübhəlidir.
    5. Saleh əməl ölümdən sonra üçün azuqədir.
    6. Geniş imkanı olanlar daha çox saleh iş görməlidirlər.
    Əlin açıq ikən çalış xeyirə,
    Zaman gələr əlin çatmaz heç yerə.
    7. Dünya axirət üçün əkinəcəkdir.
    8. Kafirlər yalnız dildə etiraf edirlər, qəlbən islah olmurlar.
    AYƏ 101, 102:
    فَإِذَا نُفِخَ فِي الصُّورِ فَلَا أَنسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَاءلُونَ فَمَن ثَقُلَتْ مَوَازِينُهُ فَأُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ
    "Sur üfürülən zaman, həmin gün aralarında nə qohumluq qalar, nə də bir-birlərinin halını soruşarlar. Əməl tərəzisi ağır gələnlər həmin nicat tapanlardır.”
    AYƏ 103:
    وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُوْلَئِكَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فِي جَهَنَّمَ خَالِدُونَ
    "Əməl tərəzisi yüngül gələnlər həmin varlıq sərmayəsini əldən verənlərdir və onlar həmişə cəhənnəmdə qalarlar.”
    Nöqtələr
    Sual: Bəzi ayələrdə bildirilir ki, Qiyamət günü insanlar bir-birlərinə müraciət edərlər. Bəyan edilir ki, behişt əhli cəhənnəm əhlindən soruşar: Sizin cəhənnəmə düşməyinizə nə səbəb oldu?”  Bəs nə üçün hazırkı ayədə insanların bir-birinə sual verməyəcəyi bildirilir?
    Cavab: Bu iki bəyanat bir birinə zidd deyil. Xalqın bir-birini sorğuya çəkməsi hesab-kitabdan sonraya aiddir və behişt əhli ilə cəhənnəm əhli arasında baş verir. Hazırkı ayədə isə Qiyamət və hesabın başlanğıc vaxtından danışılır. Bəli, insanlar behişt və ya cəhənnəmə daxil olmazdan öncə bir-birlərinə sual vermirlər. 
    Bildirişlər
    1. Qiyamət sur üfürülməsi ilə başlayır.
    2. Dünyaya aid iftixarlar Qiyamətdə məhv olar.
    3. Bütün dünyəvi işlərin hesab-kitabı var.
    4. Hər bir iş üçün mizan var.
    5. İnsanın ən böyük zərəri onun öz ömrünü və istedadlarını hədərə verməsidir.
    6. Yalnız Qiyamət üçün ehtiyac hazırlayanlar qurtuluş əhlidir.
    AYƏ 104:
    تَلْفَحُ وُجُوهَهُمُ النَّارُ وَهُمْ فِيهَا كَالِحُونَ
    "Alov onların üzünü yandırar, cəhənnəmdə çöhrələri turşumuş olar. (Dodaqları sallanar, dişləri ağarar.)”
    AYƏ 105:
    أَلَمْ تَكُنْ آيَاتِي تُتْلَى عَلَيْكُمْ فَكُنتُم بِهَا تُكَذِّبُونَ
    "(Onlara deyilər:) «Ayələrim sizə oxunmadımı? Demək, onları yalan sayırdınız?»”
    Nöqtələr
    "Ləfh” dedikdə çöhrənin yanması, "kəlh” dedikdə isə dodaqların çevrilib, dişlərin ağarması mənaları nəzərdə tutulur.
    Bildirişlər
    1. Alov hər an, ardıcıl şəkildə cəhənnəm əhlinin üzünü yandırar.
    2. Kafirlərə cəhənnəmdə həm fiziki, həm də ruhi əzab verilər.
    3. Alov vasitəsi ilə çöhrənin dəyişməsi günahkarların təhqiri üçündür.
    4. Allah höccəti tamamladıqdan, tam xəbərdarlıqdan sonra əzab verir.
    5. Həqiqətin davamlı inkarı cəhənnəmə gedişin ən əsas rəmzidir.
    AYƏ 106:
    قَالُوا رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًا ضَالِّينَ
    "Deyirlər: Pərvərdigara! Bədbəxtliyimiz bizə üstün gəldi və azğın bir qövm olduq.”
    AYƏ 107:
    رَبَّنَا أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَالِمُونَ
    "Pərvərdigara! Bizi cəhənnəmdən çıxar. Əgər bir də qayıtsaq, şübhəsiz, sitəmkarıq.”
    AYƏ 108:
    قَالَ اخْسَؤُوا فِيهَا وَلَا تُكَلِّمُونِ
    "(Allah onlara) buyurar: "Çəkilib odda itin və Mənimlə danışmayın.”
    Nöqtələr
    "Xəsəə” dedikdə alçaq vəziyyətdə uzaqlaşma əmri nəzərdə tutulur və bu sözlə it rədd edilir.
    Həzrət Peyğəmbər (s) buyurur: "Şərab içənlərlə əyləşməyin, onlar cəhənnəm itləridirlər.” Sonra həzrət hazırkı ayəni tilavət edir. 
    Hədisdə bildirilir ki, cəhənnəm əhlinin çöhrəsi "ixsəu” əmrindən sonra yalnız nəfəs alan ət parçası şəklinə düşər. 
    İmam Sadiq (ə) buyurur: "Cəhənnəm əhli əməllərinə xatir bədbəxt olur. 
    Bildirişlər
    1. Qiyamətdə vicdanlar oyanar, günahkarlar öz günahlarına zəlilcəsinə etiraf edərlər.
    2. Peyğəmbər yolundan uzaqlıq bədbəxtlik səbəbidir.
    3. Allah Qiyamətdə kafirlərlə ən alçaldıcı şəkildə danışar.
    AYƏ 109:
    إِنَّهُ كَانَ فَرِيقٌ مِّنْ عِبَادِي يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَأَنتَ خَيْرُ الرَّاحِمِينَ
    "(Yoxsa unutmusunuz ki,) bəndələrimdən bir dəstəsi deyirdilər: «Pərvərdigara! İman gətirdik, bizi bağışla, bizə rəhm et, Sən rəhm edənlərin ən üstünüsən.»”
    Bildirişlər
    1. Allah azğınların möminlərə ünvanlanmış acı sözlərini cavabsız buraxmır.
    2. Allah dərgahına dua Qiyamətdə yox, dünyada faydalıdır.
    3. Həqiqi Allah bəndələri daim öz nöqsanlarından ehtiyatlanır və tövbə edirlər.
    4. İman bağışlanmanın, bağışlanma ilahi mərhəmətə qovuşmanın müqəddiməsidir.
    5. Mehribanlıqların qaynağı Allahdır.
    6. Allaha həmd-səna demək dua qaydalarındandır.
    Category: Nur təfsiri (8-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-10-01)
    Views: 1118 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024