İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    AYƏ 6:
    ثُمَّ رَدَدْنَا لَكُمُ الْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَاكُم بِأَمْوَالٍ وَبَنِينَ وَجَعَلْنَاكُمْ أَكْثَرَ نَفِيرًا
    "Sonra savaşı sizin xeyrinizə və onların əleyhinə döndərərik, sizə var-dövlət və övladlarla yardım göstərərik, sayınızı artırarıq.”
    Nöqtələr
    Ayənin zahirindən belə anlaşılır ki, Allah Bəni-İsrailin fəsadından və məğlubiyyətindən sonra onlara yenidən sərmayə və övlad verdi. Amma ötən ayədə adı çəkilənlər də nəzərdə tutula bilər. Yəni cəngavər bəndələrə iki lütf olunar: Bəni-İsrail təcavüzkarlarının tar-mar edilməsi və onların qüdrət və hakimiyyətə çatdırılması.
    Bildirişlər
    1. Möhlət vermək, yenidən sərmayə və övlad əta etməklə imtahana çəkmək ilahi sünnələrdəndir.
    2. Sərmayə və canlı qüvvə qüdrət və hakimiyyət vasitəsidir.
    3. İlahi lütf həm tövbə etmiş günahkarlara, həm də cəzalandırılmış günahkarlara aid ola bilər.
    4. Cəmiyyətin çoxluğu ilahi nemətlərdəndir.
    AYƏ 7:
    إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْ وَإِنْ أَسَأْتُمْ فَلَهَا فَإِذَا جَاء وَعْدُ الآخِرَةِ لِيَسُوؤُواْ وُجُوهَكُمْ وَلِيَدْخُلُواْ الْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍ وَلِيُتَبِّرُواْ مَا عَلَوْاْ تَتْبِيرًا
    "Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz, əgər pislik etsəniz, (yenə) özünüzə pislik etmisiniz. Elə ki, ikinci vəd yetişdi (güclü cəngavərləri üstünüzə göndərdik ki,) simanızı pis hala salsınlar, birinci dəfə olduğu kimi Məscidul-Əqsaya daxil olub, oranı ələ keçirsinlər, viran qoysunlar.”
    Nöqtələr
    Tarixi hadisələrin xırdalıqları yox, yalnız ibrət olan müəyyən məqamları əhəmiyyətlidir və müsbət təsirə malikdir. Yəhudi təkəbbürlülərinin Allahın mömin bəndələrinin əli ilə tar-mar edilməsinin yada salınması ilə nəzərə çatdırılır ki, təkəbbür və küfr cavabsız qalmır. Əsas məqsəd həmin ümumi və tərbiyəvi nöqtə olduğundan, ayədə savaşın xırdalıqları, canlı qüvvələr və silahlar haqqında ətraflı məlumat verilmir. Necə ki, həzrət Yusifin əhvalatında bir çox xırdalıqlar, o cümlədən, Züleyxanın adı qeyd olunmur.
    Bəzi təfsirçilər bildirirlər ki, yəhudilərin təkəbbür və fəsadı, onların iki dəfə tar-mar edilməsi uzaq və ya yaxın keçmişə aiddir, Məscidul-Əqsa min illər boyu dəfələrlə acı hadisələrə şahid olmuşdur. Amma ayə və rəvayətlərə əsasən, İsrailin gələcək təcavüzləri və onların saleh bəndələr tərəfindən məhv edilməsi də nəzərdə tutula bilər. 5-6-cı ayələrdən belə görünür ki, hələlik yer üzündə Bəni-İsrailin belə bir əhatəli fəsadı baş qaldırmayıb və ilahi insanlar tərəfindən nəzərdə tutulan həddə mühüm iş görülməyib. (Bu gün İsrailin dünyanı əhatə edən cinayətlərinə və casusluq şəbəkəsinin fəaliyyətlərinə şahidik. İslam inqilabının və Fələstin gənclərinin İsraillə mübarizəsi və Məscidul-Əqsanı ələ keçirməklə bağlı fəaliyyətləri də göz qabağındadır. Ola bilsin ki, ayədə bugünkü hadisələr nəzərdə tutulur.)
    Hazırkı ayənin təfsiri ilə bağlı çoxsaylı rəvayətlərdə bildirilir ki, fitnəkar yəhudilər həzrət Mehdinin (ə) qiyamından öncə mömin inqilabçılar tərəfindən məhv ediləsidir. Bu mübariz möminlər qılıncları çiyinlərinə alıb şəhadətə qucaq açır, həzrət Mehdinin (ə) ümumdünyəvi hökuməti üçün zəmin yaradırlar. Bəzi rəvayətlərdə isə yəhudi təcavüzkarlarının imam Mehdinin (ə) zühuru dövründə məhv ediləcəyi bildirilir("Ənfal”, 32 )
    Bildirişlər
    1. Bizim yaxşı-pisliyimizin Allaha xeyir-ziyanı yoxdur. Əməl və rəftarlarımızın nəticəsi yalnız özümüzə aiddir.
    2. Əvvəlcə yaxşılıqlardan danışmaq, sonra pislikləri yada salmaq lazımdır.
    3. İnsan hansı yolu seçib necə əməl etməkdə azad buraxılıb.
    4. Tarixin eniş-yoxuşları və yəhudilərin məhvi onların təkəbbüründən sonra, ilahi qanun və sünnə əsasında baş verir.
    5. Məscidlər tarix boyu dinlərin güc mərkəzi və qüdrət simvolu olmuşdur. Məscidləri zalımların nüfuz dairəsindən çıxarmaq möminlərin vəzifəsidir. Müsəlmanlar Məkkəni fəth etməklə Məscidül-Hərama daxil olduqları kimi, təcavüzkar yəhudiləri məhv etmək üçün ilahi insanlar Beytül-Müqəddəsə daxil olasıdır.
    6. Haqqı bərpa etmək üçün zalım qüvvələri tar-mar etmək zəruridir.
    AYƏ 8:
    عَسَى رَبُّكُمْ أَن يَرْحَمَكُمْ وَإِنْ عُدتُّمْ عُدْنَا وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ حَصِيرًا
    "Ümid var ki, Rəbbiniz sizə rəhm etsin. Əgər geri dönsəniz (ikinci dəfə fitnə törətsəniz), Biz də geri dönərik (qəhr-qəzəbimizi göndərərik). Biz cəhənnəmi kafirlər üçün zindan qərar vermişik.”
    Nöqtələr
    "Həsr” sözündən olan "həsir” sözü çıxılmaz vəziyyət, mühasirəyə düşmək mənalarını bildirir. Bəzi döşənəcəklər toxunmaqla hazırlandığından "həsir” adlanır.
    Bildirişlər
    1. Allahın rəhmətindən ümid üzmək rəva deyil. Allah fəsad əhli üçün də geriyə yol qoymuşdur.
    2. Tərbiyəçinin işi rəhmət və məhəbbətə əsaslanmalıdır.
    3. Doğru yola yönəldərkən öncə rəhm və mehribanlıqdan danışaq, sonra xəbərdarlıq və hədədən istifadə edək.
    4. İlahi qəhr-qəzəb bizim öz əməllərimizdən asılıdır.
    5. Fəsaddan sonra tövbə edilməzsə, iş küfrlə nəticələnər.
    6. Cəhənnəm əhli üçün heç bir qurtuluş yolu yoxdur.
    AYƏ 9:
    إِنَّ هَـذَا الْقُرْآنَ يِهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا
    "Həqiqətən, bu Quran ən davamlı yola hidayət edir. Saleh işlər görən möminlərə müjdə verilir ki, onlar üçün böyük mükafat var.”
    AYƏ 10:
    وأَنَّ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا
    "Axirətə iman gətirməyənlər üçün dərdli bir əzab hazırlamışıq.”
    Nöqtələr
    "Yəhdi lilləti hiyə əqvəmu” cümləsi iki cür mənalandırıla bilər:
    a) Quran ən davamlı yola hidayət edir;
    b) Quran ən möhkəm millətləri və ümmətləri hidayət edir.
    Bildirişlər
    1. Quranın möhkəm məntiqi qarşısında xurafat və təxəyyülə yer yoxdur.
    2. Quran əbədi və sabit qanunlara malik olan yeganə kitabdır.
    3. Mükafat əldə etmək üçün iman və əmələ ehtiyac var. Cəhənnəmə düşmək üçün isə küfr bəs edər.
    4. İlahi əzab indi də hazırdır.
    5. Qorxu və ümid yanaşı olmalıdır.
    AYƏ 11:
    وَيَدْعُ الإِنسَانُ بِالشَّرِّ دُعَاءهُ بِالْخَيْرِ وَكَانَ الإِنسَانُ عَجُولاً
    "(Tələskən və nadan) insan xeyir istədiyi kimi şər də istəyir. İnsan daim tələsəndir.”
    Nöqtələr
    Quranda insanın tələskənliyinə və şər istəməsinə dəfələrlə işarə olunmuşdur: "Səndən dərhal əzab istəyərlər.”("Bihar”, c. 17, s. 340 ) Digər bir ayədə kafirlərin dilindən deyilir: "Pərvərdigara, əgər din haqdırsa, səmadan başımıza daş yağdır.” ("Kəhf”, 49 )Bu tələskənliklər cəhalət, inadkarlıq və təəssübdən qaynaqlanır.
    Möhtərəm Peyğəmbər (s) buyurur: "İnsanın bir çox çətinliklərinin səbəbi onun tələskənliyidir.”("Kəhf”, 49 )
    Bildirişlər
    1. İnsanın düşüncə və əməlinin bəlalarından biri tələskənlikdir.
    2. İnsan fitrətən xeyirə meyillidir. Ayədə insanın şər istəyinin bir istək olaraq xeyir istəyinə bənzədilməsi bir daha onun əslində xeyirə meyilli olduğunu göstərir.
    3. Quranın möhkəm hidayətinə (doğru yol göstərişinə) yol tapmayanlar tələsik halda şər sorağınca gedəcəklər.
    4. İnsanın daxilində bir tələskənlik var, amma bu tələskənlikdən düzgün istifadə yerini öyrənməliyik.
    AYƏ 12:
    وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِتَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُواْ عَدَدَ السِّنِينَ وَالْحِسَابَ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلاً
    "Biz gecə və gündüzü iki əlamət qərar verdik. Gecənin nişanəsini (ay işığını) götürdük və gündüzün nişanəsini (günəşi) işıqlandırdıq ki, Rəbbinizdən bir fəzl soraqlayasınız, illərin sayını və hesabı biləsiniz. Biz hər şeyi aydın bəyan etdik.”
    Nöqtələr
    Quranda gecənin gündüzdən öncə zikr olunmasının səbəbi bu ola bilər ki, qaranlıq yerin özündəndir, işıq isə günəşdən.
    Bildirişlər
    1. Yerin öz oxu ətrafında dövr etməsi, gecə və gündüzün müəyyənləşməsi təsadüf yox, Allahın hikmət dolu iradəsidir.
    2. Gündüz iş, gecə isə istirahət üçündür.
    3. Allah fəzl və rəhmət nazil etsə də, biz çalışmalıyıq.
    4. Ruzi əldə etmək üçün zəmin yaratmaq ilahi rübubiyyət şənindəndir.
    5. Öz zirəkliyimizlə qürrələnməyək, ruzi Allahdandır.
    6. Varlıq aləmindəki nizam məqsədsiz deyil. Bütün tədbirlərdə mehvər insandır.
    7. Gecə və gündüz təbii, daimi, ümumi, asan, dərk olunan bir təqvimdir. Bu təqvim nəzm və proqramlaşdırma üçün vasitədir.
    8. Varlıq aləmində ziddiyyətlərin qarşısını almaq üçün hər şey nəzmə çəkilmiş, qanunlara tabe edilmişdir.
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-27)
    Views: 783 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024