İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1684
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jazesinomo
  • Seadet
  • HozardbiT
  • ClyzePrisy
  • ZatrickLus
  • El_qarie
  • TrenzhoUth
  • NathazDrymn
  • Broscype
  • BranzonHut
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    AYƏ 11:
    فَلَمَّا أَتَاهَا نُودِي يَا مُوسَى
    "Elə ki, oda yaxınlaşdı, nida gəldi: "Ey Musa!”
    AYƏ 12:
    إِنِّي أَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَيْكَ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى
    "Həqiqətən, Mən sənin Rəbbinəm: Ayaqqabını çıxar, həqiqətən, sən müqəddəs Tuva vadisindəsən.”
    Nöqtələr
    Qurani-kərimdə Musanın adı 20 surədə, 136 dəfə çəkilmişdir. Musanın əhvalatı Quranın ən böyük dastanlarındandır. Quranın 900-dək ayəsi bu mövzuya həsr olunmuşdur.
    Allahın gözəl adlarından olan "Rəbb” adı Quranda 970 dəfə işlədilmişdir. Allah ilk dəfə həzrət Musaya təcəlla edərkən özünü bu adla tanıtdırır. Həzrət Musanın peyğəmbərliyi ilahi kəlamla başladığından onu "kəlimullah” adlandırmışlar.(Tövrat. Sifri-Xüruc, 3-cü fəsil. )
    "Vadiyul-muqəddəs” dedikdə eyb və günahdan uzaq məkan nəzərdə tutulur. "Tuva” sözü isə bərəkətli yer mənasını bildirir.
    Hədisdə bildirilir ki, ayaqqabıları çıxarmaq dedikdə, iki nigarançılıqdan qurtulmaq nəzərdə tutulur: isti havada zövcənin vəziyyətindən nigarançılıq və Fironun şərindən nigarançılıq.(Rəd”, 28.) Bəziləri bu təbirin ailə-övlada və ya dünya-axirət məhəbbətinə işarə olduğunu bildirir. Hazırkı Tövratda da uyğun ifadə həmin təbirdə verilmişdir.("Təfsire-fi zilalil Quran”. )
    Bildirişlər
    1. Çox olur ki, insan müəyyən məqsədlə addım atır, amma başqa bir nəticə əldə edir.
    Musa getdi atəş əldə etməyə,
    Bir atəş gördü ki, ucaldı göyə.
    2. Allah bir işin gerçəkləşməsini istədikdə bütün vasitələr uyğun məqsəd üçün səfərbər olur. (Gecənin qaranlığı, həyat yoldaşının hamiləliyi, yolu itirməsi, od görməsi Musanın cəzbi və ona vəhy nazil olması üçün müqəddimə oldu.)
    3. İnamsızlıq hissi olunan yerdə daha çox təkid olunmalıdır.
    4. İşin müqəddəsliyi və mənəviyyatı fərdlərin zahirində də müşahidə olunmalıdır.
    5. Allahla dərin rabitə qeyri-ilahi bağlılıqların qırılmasından asılıdır.
    6. Məsuliyyətin qəbulu üçün sadəlik ilkin şərtlərdəndir.
    7. Bəzi yerlərin xüsusi müqəddəsliyi var. (Ayaqqabıları çıxartmaq müqəddəs yerlərə giriş ədəblərindəndir.)
    8. Müqəddəs bəyanatlar müqəddəs məkanlarda nazil olur.
    9. İlahi məsuliyyətlər təbiətin pak qoynunda, Tur dağında, müqəddəs Tuva vadisində, Hira dağında qəbul olunur.
    AYƏ 13:
    وَأَنَا اخْتَرْتُكَ فَاسْتَمِعْ لِمَا يُوحَى
    "Mən səni (peyğəmbərliyə) seçmişəm. Vəhy olunanı dinlə.”
    AYƏ 14:
    إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي
    "Həqiqətən, Mənəm Allah, Məndən başqa məbud yoxdur. Beləsə, Mənə bəndəlik et, namazı bərpa et ki, Məni unutmayasan.”
    AYƏ 15:
    إِنَّ السَّاعَةَ ءاَتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَى كُلُّ نَفْسٍ بِمَا تَسْعَى
    "Həqiqətən, qiyamət gələcək. (Amma Mən onu məxfi saxlamaq istəyirəm ki, hər kəs öz səy və təlaşı müqabilində əvəz alsın.”
    Nöqtələr
    Qiyamətin bir adı da saətdir. (Bu söz qiyamət mənasında 40 dəfədən çox işlədilmişdir.)
    Bildirişlər
    1. Peyğəmbərlər xalq tərəfindən yox, Allah tərəfindən təyin olunur.
    2. Peyğəmbər vəhy kəlmələrini bütün vücudu ilə, can-dildən dinləməlidir.
    3. Təqdimat danışıq qaydalarındandır.
    4. İlahi nizamda mərifət əsas amildir.
    5. Dini əsaslarla tanışlıq dini vəzifələrin icrasından öndə gəlir. Öncə nəzəri tərif, sonra əməli tövhid.
    6. İbadət xalisanə, səmimi olmalıdır. İbadətin dəyəri onun nə dərəcədə xalis olmasından asılıdır.
    7. Bütün əqidələrin önündə tövhid, bütün ibadətlərin önündə namaz gəlir.
    8. Namaz peyğəmbərlərin ilkin göstərişi və əməli proqramıdır.
    9. Digər dinlərdə də namaz göstərişi var.
    10. Namazın bərpası dedikdə onun təkcə formal surətdə yerinə yetirilməsi yox, həm də mahiyyətinə diqqət yetirmək nəzərdə tutulur. Yəni insan özünü Allahın hüzurunda hiss etməlidir.
    11. Qiyamətə diqqət insanı namaza sövq edir. Qiyamətdə namaz haqqında soruşular.
    12. Namaz Allahın xatırlanması üçün qılınır. Allahın xatırlanması qəlblərin aramlığına səbəb olur.(Təfsire-kəbire-Fəxr Razi” )
    13. Allah bəşəriyyəti ilkin olaraq tövhid və məada çağırmışdır.
    14. Qiyamətin bərpa olacağı vaxtdan Allahdan savay kimsə xəbərdar deyil.
    15. Qiyamətin baş verəcəyi qətidir, amma onun vaxtı məxfi saxlanılmışdır.
    16. Hər bilik faydalı olmur. Qiyamət vaxtının məxfi saxlanılmasının hikməti və faydası var. Qiyamət baxımından xəbərsiz insan əməldə azaddır, həyəcan və qorxu keçirmir. Qonağın nə vaxt gələcəyini bilməyən şəxs daim hazır olur.
    17. Qiyamət vaxtının məxfi saxlanılması insanların həqiqət əsasında, onların səyləri həddində dəyərləndirilməsinə şərait yaradır.
    18. Dünyəvi mükafat və cəza kamil deyil.
    19. Qiyamətdə qanunlar, mükafat və cəzalar ədalət əsasında icraya qoyulur.
    20. Mükafat səy və təlaşa əsaslanır. Çalışmaların başa çatıb-çatmaması mühüm deyil.
    AYƏ 16:
    فَلاَ يَصُدَّنَّكَ عَنْهَا مَنْ لاَ يُؤْمِنُ بِهَا وَاتَّبَعَ هَوَاهُ فَتَرْدَى
    "Məbada qiyamətə inanmayan və azğın nəfs istəklərinə uyan bir kəs sənin diqqətini qiyamətdən yayındırsın. Yoxsa süqut edərsən.”
    Bildirişlər
    1. Dinin əsaslarına etiqad və hökmlərə əməl bəs etmir. Həm də müxaliflərə müqavimət göstərmək lazımdır.
    2. İmansız fərdlər sizi haqq yoldan döndərmək fikrindədirlər. Onların pozuculuğunun sizin tutduğunuz yola xələl gətirməsinə yol verməyin.
    3. Məadın inkarının səbəbi azğın nəfs istəklərinə itaətdir.
    4. Məada iman azğın nəfsə nəzarət üçün ən üstün amildir.
    5. Hətta peyğəmbər də nəfsinə uysa süquta uğrayar.
    6. Kafirlər və imansız fərdlərlə saziş məhvə aparır.
    7. Kafirlər və həvəspərəstlər möminləri doğru yoldan döndərmək fikrindədirlər.
    AYƏ 17:
    وَمَا تِلْكَ بِيَمِينِكَ يَا مُوسَى
    "Ey Musa! Sağ əlində olan nədir?”
    AYƏ 18:
    قَالَ هِيَ عَصَايَ أَتَوَكَّأُ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَى غَنَمِي وَلِيَ فِيهَا مَآرِبُ أُخْرَى
    "(Musa) dedi: «Bu, mənim əsamdır. Ona söykənir, onunla qoyunlarım üçün (ağaclardan) yarpaq tökürəm. Onun mənə başqa faydaları da var.»”
    AYƏ 19, 20:
    قَالَ أَلْقِهَا يَا مُوسَى فَأَلْقَاهَا فَإِذَا هِيَ حَيَّةٌ تَسْعَى
    "(Allah) buyurdu: «Ey Musa! Əsanı at!» (Musa) onu atdı və o, qəfildən ilana dönüb sürətlə getməyə başladı.”
    AYƏ 21:
    قَالَ خُذْهَا وَلَا تَخَفْ سَنُعِيدُهَا سِيرَتَهَا الْأُولَى
    "(Allah) buyurdu: «Onu tut və tələsmə. Biz tezliklə onu əvvəlki halına qaytararıq.»”
    Nöqtələr
    İnsanlar təbii olaraq təhlükə, şərr və zərərdən qorxur, onlarla üzləşməkdən çəkinirlər. Aydın məsələdir ki, Musa da insan idi və qorxurdu. Məzəmmət olunan isə Allahdan qeyrisindən qorxudur. Belə bir qorxu şücaət sifətinə ziddir və həzrət Musa belə bir çirkin sifətdən uzaq olmuşdur.
    Musa başqa bir səbəbdən də qorxuya düşə bilərdi: "Əsanı yerə at” əmrinin "ayaqqabını çıxart” əmri kimi ehtiram üçün olduğunu düşünən Musa əsanın ilana döndüyünü gördükdə yerində donub qaldı.
    Əslində bu qorxu uyğun hadisənin möcüzə olmasının dəlili idi. Göstərdiyi sehrin həqiqət olmadığını bilən sehrbaz gördüyü işdən qorxuya düşmür.
    Allah hər an milyonlarına can verir, milyonlarının canını alır. Uyğun səhnədə də O, öncə əsaya can verib, sonra onu geri aldı.(Ənam”, 122; "Tövbə”, 14; "Hucurat”, 3; "Taha”, 25; "Təğabun”, 11; "Mücadilə”, 22; "Fəth”, 4; "Ənfal”, 63; "Rəd”, 28.) Bu sayaq qadir Allah diri insanı öldürüb, onu yenidən əvvəlki vəziyyətinə qaytara bilməzmi?!
    Allahın bir nəzəri ağacı əjdahaya döndərirsə, Onun lütf nəzəri ilə nələr baş verər?! Onun nəzər saldığı bir şey sehrbazların bütün qurğularını kamına çəkirsə, qəlbimizə saldığı nəzər bütün vəsvəsələri aradan qaldıra bilməzmi?!
    Elə işin əvvəlində Musa üçün iki möcüzə baş verdi: onun əsası əjdahaya çevrildi və əjdaha yenidən əsa şəklinə qayıtdı.
    Bildirişlər
    1. Allah Öz qüdrətinin nümayişi üçün ən yaxın və ən sadə vasitələrdən də istifadə edir.
    2. Bir neçə məqsəd üçün nəzərdə tutulmuş alətlərdən istifadə etməklə daha az həcmlə kifayətlənmək olar.
    3. Əsa kimi maddi vasitələrə arxalanmağın Allaha təvəkküllə ziddiyyəti yoxdur.
    4. Çobanlıq əksər peyğəmbərlərin məşğuliyyəti olmuşdur.
    5. Dəvətdən öncə hazırlıq, təcrübə zəruridir. Fironun qarşısında əsanı atmaq istəyən Musa onun əjdahaya çevrilməsi səhnəsi ilə öncədən tanış olmalıdır.
    AYƏ 22:
    وَاضْمُمْ يَدَكَ إِلَى جَنَاحِكَ تَخْرُجْ بَيْضَاء مِنْ غَيْرِ سُوءٍ آيَةً أُخْرَى
    "Əlini qoltuğunun altına sal, ağ və nöqsansız halda çıxsın. (Bu da) digər bir nişanə və möcüzədir.”
    AYƏ 23:
    لِنُرِيَكَ مِنْ آيَاتِنَا الْكُبْرَى
    "Eləcə Öz böyük nişanələrimizdən sənə göstərək.”
    AYƏ 24:
    اذْهَبْ إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى
    "(Ey Musa! İndi) Firona doğru hərəkət et, o, həqiqətən, tüğyan qoparmışdır.”
    Nöqtələr
    Həzrət Musanın ikinci möcüzəsi "yədi-bəyza”, yəni ağ əl idi. Bu möcüzə Quranda üç təbirlə xatırlanır. Bu təbirlərdən ikisi "Qəsəs” surəsinin 32-ci və "Nəml” surəsinin 12-ci ayələrindədir. 3-cü təbir hazırkı ayədə bəyan olunmuşdur. Bütün deyilənləri belə yekunlaşdırmaq olar: "Əlini yaxandan sal və boynunadək apar.”
    Tövratda deyilir: Musanın əlindəki ağlıq xəstəlikdən idi. (Tövrat, sifri-xüruc, 4-cü fəsil) Amma Quran "eybsiz” təbiri ilə anladır ki, Musanın əlindəki ağlıq xəstəlikdən deyildi, bir nur idi və Tövrat təhrif olunmuşdur.
    Bildirişlər
    1. Allahın qüdrət əli açıqdır. O, hər an istənilən bir vasitə ilə Öz qüdrətini nümayiş etdirə bilər.
    2. Qarşı tərəfin təkəbbür və inadkarlığı böyük olduqca, daha böyük möcüzəyə ehtiyac duyulur. (Fironlar üçün bir neçə möcüzə lazımdır.)
    3. Zalım hakimi haqqa dəvət etmək istəyən kəs öncə özü haqqın əsərlərini görməlidir.
    4. Peyğəmbərlərin möcüzələri ilahi nişanələrin bir guşəsidir.
    5. Peyğəmbərlərin ilkin vəzifəsi zalım hakimlərlə mübarizədir.
    6. Xalqın gəlişini gözləmək həmişə zəruri olmur. Bəzən hətta peyğəmbərlər zalım hakimlərin hidayəti üçün hərəkət etməli olur.
    7. Cəmiyyətin islahı üçün fitnə-fəsadın kökünü tapmaq lazımdır.
    8. Din siyasətdən ayrı deyil. Musa mövcud hakimiyyətin islahı üçün hərəkət etdi.
    9. Zalım hakimiyyətlə mübarizə siyasi nümayiş yox, ilahi bir vəzifədir.
    10. Bütün inkarların kökü haqq qarşısında tüğyan və itaətsizlikdir.
    Firon Rəbblik iddiası ilə tüğyan qopararkən qorxu yaradır, təfriqə salır və xalqı qul edirdi.
    11. İman, ibadət və sabitqədəmliklə silahlanmış kəslər zalım qüvvələrlə mübarizə apara bilərlər.
    AYƏ 25:
    قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي
    "(Musa) dedi: «Pərvərdigara! (Mənə belə böyük bir iş əmr etmisənsə) köksümü genişləndir.»”
    AYƏ 26:
    وَيَسِّرْ لِي أَمْرِي
    "İşimi mənə asan buyur.”
    AYƏ 27-28:
    وَاحْلُلْ عُقْدَةً مِّن لِّسَانِي يَفْقَهُوا قَوْلِي
    "Dilimdəki düyünü aç, qoy sözlərimi (yaxşı) anlasınlar.”
    Nöqtələr
    Həzrət Musa ilahi peyğəmbərlik məqamına çatdığı vaxt Allahdan dörd şey istədi: geniş köks, münasib şərait, rəvan bəyan , vəzir.
    Həzrət Musaya müxtəlif ibadi, siyasi, inqilabi, ictimai, əxlaqi, fərdi və ümumi göstərişlər verilmişdi. Adətən, hər hansı bir işlə məşğulluq insanın diqqətini digər işlərdən yayındırır. Beləcə, bütün işlərlə lazımınca məşğul olmaq üçün geniş köksə ehtiyac duyulur.("Bəqərə”, 10; "Maidə”, 13; "Səff”, 5; "Nəhl”, 108; "Mutəffifin”, 14; "Kəhf”, 57; "Muhəmməd”, 24; "Bəqərə”, 7; "Tövbə”, 127)
    Geniş köks həm insanın özü, həm də məsuliyyətlərin yerinə yetirilməsi üçün zəruridir. Ayədəki "li” hissəsi vəhyin qəbulunda böyük tutuma ehtiyac olduğunu göstərir. "İnşirah” surəsində də "geniş köks” ("sieyi-sədr”) mövzusuna toxunulur.
    MÖMIN VƏ KAFIR QƏLBININ XÜSUSIYYƏTLƏRI
    Mömin və kafir qəlblərinin fərqli səciyyələri vardır. Mömin qəlbində: həyat, şəfa, paklıq, geniş köks, hidayət, iman, aramlıq, ülfət, əminlik.(Təfsire-dürrül-mənsur”. "Təfsire-nurus-səqəleyn”.)
    Kafir qəlbində: xəstəlik, daşlıq, inkarçılıq, möhürlənmə, əhatəli zülmət, hicab, kilidlənmə, bərklik, anlamazlıq.("Təfsire-Məcməül-bəyan”. )
    Bildirişlər
    1. İstənilən bir işdə ilkin müvəffəqiyyət şərti geniş köksdür.
    2. Məsuliyyətdən qorxub qaçmaq əvəzinə Allahdan vəzifəni yerinə yetirmək üçün imkan, müqəddimə, vasitə diləmək lazımdır.
    3. Hər bir işdən öncə dua təvəkkül rəmzi, təhlükələrdən uzaqlıq səbəbidir. Dua özü də ibadət, ehtiyaclılığın elanı sayılır.
    4. Xalqın təlim-tərbiyəsi və zalım qüvvələrlə mübarizə tam şəkildə tərbiyəçi və mücahidin səbir və hövsələsindən asılıdır.
    5. Peyğəmbərlik tündlük və qəddarlıqla bir araya sığmır. Böyük iş böyük ruh tələb edir. (Musa qarşıdurma zamanı bir nəfəri yumruqla vurub öldürdü. Bu səbəbdən də Allahdan geniş köks istədi.)
    6. Quranda peyğəmbərlərin duası "Rəbb” xitabı ilə başlayır.
    7. İlahi lütflərə çatmaq üçün böyük ruh, geniş qəlbə ehtiyac var.
    8. Geniş kökslə (qəlblə) işlər asanlaşır.
    9. Sadə danışıq və rəvan bəyan özü də bir kamillikdir.
    10. Xalqın hidayət və səfərbərliyində, mücahidlərə ruh verilməsində və zalım qüvvələrin qorxudulmasında iti dilin mühüm rolu var.
    11. Əsas məsələ gözəl sözlərdən istifadə etmək yox, xalqı anlatmaqdır.
    12. Təbliğatçının dilini xalqın yaxşı anlaması təbliğdə müvəffəqiyyət şərtidir.
    13. Təbliğdə xalqın düşüncəsini dərinləşdirən hər vasitədən istifadə edilməlidir.
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-25)
    Views: 240 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017