İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1731
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • shia313114
  • Behruz_84
  • melo
  • turalini
  • Asif
  • sehleb
  • Jazesinomo
  • Seadet
  • HozardbiT
  • ClyzePrisy
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    "ƏNBİYA” SURƏSİ
    (21-CI SURƏ, 112 AYƏ)
    On yeddinci cüz
    "ƏNBIYA” SURƏSININ SIMASI
    112 ayədən ibarət olan "Ənbiya” surəsi Məkkə surəsidir. Surədə Allahın lütfünü qazanmış 16 peyğəmbərin əhvalatına işarə olunur. Bu surəni oxumağın bir sıra bərəkətləri var. Qiyamət hesabının yüngüllüyü, Peyğəmbərlə (s) görüş bu bərəkətlərdəndir. Bir şərtlə ki, surə eşqlə oxunsun, iman və əməl üçün müqəddimə olsun.("Nəhl”, 93. )
    Eləcə də, "Ənbiya” surəsində müjdədən daha çox xəbərdarlıqla rastlaşırıq.
    بسم الله الرحمن الرحيم
    BAĞIŞLAYAN VƏ MEHRIBAN ALLAHIN ADI ILƏ
    AYƏ 1:
    اقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِي غَفْلَةٍ مُّعْرِضُونَ
    "İnsanların hesab vaxtı yaxınlaşmışdır. Onlarsa qəflət içində arxa çevirmişlər!”
    Nöqtələr
    Sual: Məgər "qəflət” dedikdə bir şeyə diqqətsizlik, "arxa çevirmək” dedikdə isə bir şeyi görüb ondan üz döndərmək nəzərdə tutulursa, bu iki təbir ayədə yanaşı necə işlənmişdir?
    Cavab: Qəflət və diqqətsizlik iki növdür:
    a) Xəbərdarlıqla aradan qaldırılan qəflət;
    b) Arxa çevirməklə sonuclanan qəflət. Yəni qafil şəxs özünü yatmış göstərib çağırışa cavab verməyən kəs kimi ayılmaq istəmir.
    İnsanların əksəri məad və Qiyamət hesabından qəflətdə olduğu üçün Allah bu qəfləti bütün xalqa aid edir. Əlbəttə ki, bütün hallarda insanların bir qismi istisnadır. Hazırkı surənin 97-ci ayəsində insanlar qəflətdə olduqlarını öz dilləri ilə etiraf edirlər.
    QIYAMƏT GÜNÜ HESAB MƏSƏLƏSINƏ BIR BAXIŞ
    Ayələrdən müəyyən nəticələr çıxarılır:
    1. Bütün insanlar sorğu-suala çəkilər.("Bəqərə”, 284.)
    2. Bütün əməllər hesaba çəkilər.("İsra”, 36. )
    3. Bütün hallar nəzərdən keçirilər.("Nəhl”, 93)
    4. İnsanın hər bir bədən üzvü sorğuya çəkilər.("Loğman”, 16)
    5. İlahi nemətlər haqqında soruşular.("Ənbiya”, 47.)
    6. Bütün işlər - harada olur olsun, nə ölçüdə olur olsun - səhnəyə gətirilər.("Təfsire-nümunə”.)
    Öncə namaz haqqında soruşular. Gənclik, ömür, qazanc yolu, xüsusi ilə rəhbərlik və vilayət kimi mühüm məsələlərin hesabı aparılar. Elə bircə bu yetər ki, Allah özü hesab aparsın.("Təfsire-Əl-mizan”. )
    Bildirişlər
    1. Xalqla hesab aparılması qəti bir məsələdir.
    2. Qiyamət və hesab vaxtının uzaq olmasını düşünməyək.
    3. Hesab bütün insanlara aiddir.
    4. Nizam və hesab kamil həyat şərtləridir. (İnsan təsadüfən yaranmayıb, məqsədli şəkildə vücuda gətirilib.)
    5. İnsanların diqqətini cəlb etmək üçün bəzən sərt və hədələyici halda danışmaq lazım gəlir.
    6. İnsanlar qiyamət sorğusundan qəflətdə olsalar da bu sorğu özü onların sorağınca gəlir.
    7. Etinasızlıqdan doğan qəflət təhlükəlidir.
    AYƏ 2:
    مَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا اسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ
    "Onlara Rəbbləri tərəfindən nə vaxt yeni bir xəbərdarlıq gəldisə, onu eşidib (yenə) əylənməyə başladılar.”
    Nöqtələr
    Allah kəlamının qədim və ya hadis (yeni) olma məsələsi abbasilər dövründə ortaya atılmış mövzulardandır. Bu mövzuda xeyli mübahisələr aparılmışdır. Uyğun mövzunun formalaşdırılmasında məqsəd, çox güman ki, xalqı zalım hakimlərlə qarşıdurmadan yayındırmaq olmuşdur. Şübhəsiz ki, Quran mahiyyətcə Allah elmindən qaynaqlanır və qədimdir. Peyğəmbərə nazil olan sözlər isə hadis (yeni) sayılır. İstənilən bir halda bu sayaq mübahisələr fərd və cəmiyyətin hansısa problemini həll etmir. İmamlarımız da bu sayaq mübarizələrdən çəkinmişlər.("Təfsire-dürrül-mənsur”.)
    Bildirişlər
    1. İlahi xəbərdarlıqlar davamlıdır və təkrarlanır.
    2. Xəbərdarlıq və tərbiyə bir-biri üçün şərtdir.
    3. Quran zikr səbəbidir.
    4. Xəbərdarlıqda yenilik bir dəyərdir.
    5. Dinləmək və anlamaq bəs etmir, qəbul və əməl etmək də lazımdır.
    6. Qəflət və həqiqətdən kənarlaşmaq mənasız işlərə sövq edir.
    7. Vəhy və ilahi zikrdən uzaq həyat oyun-oyuncaqdan başqa bir şey deyildir.
    AYƏ 3:
    لَاهِيَةً قُلُوبُهُمْ وَأَسَرُّواْ النَّجْوَى الَّذِينَ ظَلَمُواْ هَلْ هَذَا إِلَّا بَشَرٌ مِّثْلُكُمْ أَفَتَأْتُونَ السِّحْرَ وَأَنتُمْ تُبْصِرُونَ
    "Halbuki onların qəlbləri (mənasız şeylərə) məşğuldur. Zülm edənlər məxfi şəkildə pıçıldaşırlar ki, «görən bu şəxs sizin kimi bir bəşərdir? Halbuki sehrə doğru getdiyinizi görürsünüz.»”
    Bildirişlər
    1. Mənasız işlərə məşğulluq insanın diqqətini qiyamət sorğusu kimi mühüm məsələlərdən yayındırır.
    2. Azğın insanlar öz azğınlığına don geyindirirlər.
    3. Nə qədər ki, qəlb Allah zikrindən uzaq düşməyib, insan ilahi ayələri əyləncə saymır.
    4. Peyğəmbərin müxalifləri gizlində qurğu qurur, möcüzələri sehr-cadu sayırlar.
    5. Kafirlər həqiqətləri ört-basdır etməklə özlərinə və ətrafdakılara zülm edirlər.
    6. Zalımların peyğəmbərlərə böhtan atması peyğəmbər məktəbinin zülmə qarşı çıxdığını göstərir.
    7. Peyğəmbərlər xalq arasında çox sadə bir həyat yaşamışlar.
    AYƏ 4:
    قَالَ رَبِّي يَعْلَمُ الْقَوْلَ فِي السَّمَاءِ وَالأَرْضِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
    "(Peyğəmbər) dedi: «Mənim Rəbbim göydə və yerdə olan bütün söhbətlərdən xəbərdardır. O, eşidən və biləndir.»”
    Bildirişlər
    1. Peyğəmbərlər fitnə-fəsad və böhtanlarla qarşılaşdıqda Allaha təvəkkül edirlər.
    2. Düşmənlər öz fitnə-fəsadlarında məxfiliyi gözləsələr də, Allah hər şeyi bilir, Onun üçün gizlin və aşkar eynidir.
    3. Allahın elminə diqqət insanı fitnə-fəsaddan və gizli qurğulardan çəkindirir.
    AYƏ 5:
    بَلْ قَالُواْ أَضْغَاثُ أَحْلاَمٍ بَلِ افْتَرَاهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِآيَةٍ كَمَا أُرْسِلَ الأَوَّلُونَ
    "(Kafirlər) dedilər: «(Məhəmmədin gətirdikləri vəhy yox,) qatışıq yuxulardır. Ola bilsin ki, dediklərini özündən uydurur. Bəlkə də o bir şairdir. (Əgər doğru deyirsə,) əvvəl göndərilənlər kimi, o da bizim üçün möcüzə gətirsin.”
    Nöqtələr
    "Əzğas” dedikdə toplum, "əhlam” dedikdə isə yuxu mənaları anlaşılır. "Əzğasu əhlam” təbiri isə qatmaqarışıq yuxular mənasını bildirir.
    Kafirlər İslam Peyğəmbərindən (s) Musa və İsanın möcüzələrini gözləyirdilər. Əsl məqsədləri isə göstərişlərdən boyun qaçırmaq idi. Əslində möcüzə seçimi xalqın istəklərindən yox, ilahi hikmətdən asılıdır.
    Bildirişlər
    1. Ziddiyyətli danışıq kafirlərin məntiqsizliyini göstərir.
    2. Düşmən bir böhtanla kifayətlənmir. (Onlar zərbə vurmaq üçün bütün yollardan istifadə edirlər. Əks-təbliğat, ardıcıl böhtanlar düşmənin əsas iş üsullarındandır.)
    3. Düşmən nə qədər böhtan atsa da, daxilən tərəddüddədir.("Qamusul-muhit”. )
    4. Müşriklər də möcüzəni peyğəmbərlik üçün şərt sayırlar.
    5. Xalq hiss üzvləri ilə qavranan möcüzə istəyindədir.
    AYƏ 6:
    مَا آمَنَتْ قَبْلَهُم مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا أَفَهُمْ يُؤْمِنُونَ
    "Bunlardan öncə həlak etdiyimiz bütün varlıqlar (bu sayaq möcüzə istədilər, amma istəkləri yerinə yetəndə) iman gətirmədilər. Yoxsa bunlarmı iman gətirəcək?!”
    AYƏ 7:
    وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلاَّ رِجَالاً نُّوحِي إِلَيْهِمْ فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ
    "(Ey peyğəmbər!) Biz səndən öncə yalnız vəhy etdiyimiz kişiləri (peyğəmbər olaraq) göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.”
    Nöqtələr
    Ötən ayədə kafirlər "bu şəxs sizin kimi bəşərdirmi” deyə soruşurdular. Bu ayədə Allah-təala buyurur: "Nəinki bu peyğəmbər, bütün əvvəlki peyğəmbərlər insanlar idi, onlara vəhy olunurdu.” Bəli, elçinin insan nəslindən olması onun peyğəmbərliyi ilə zidd deyildir.
    Müşriklər kitab əhli ilə yaxşı münasibətdə olduqlarından Allah-təala onlara buyurur: "Kitab əhlindən soruşun.”
    Zikr (kitab) əhlindən sorğu və mütəxəssisə müraciət ağılın tələbidir. Ayədə "zikr əhli” deyərkən yəhudi və məsihi alimləri nəzərdə tutulmuşdur. Rəvayətlərdə tövsiyə olunur ki, çıxış yolu tapmadıqda Peyğəmbər (s) Əhli-beytinə (ə) müraciət edin. Bu böyük insanlar "zikr əhlinin” kamil nümunələridirlər.
    İslam Peyğəmbəri (s) buyurur: "Nə alim sükut etsin, nə də cahil sorğudan çəkinsin.”("Təvilul-ayat”, s. 319.)
    Bildirişlər
    1. Küfr və inadkarlıq olan yerdə Allahın qəzəbi qaçılmazdır. Bu, ilahi bir sünnədir. (İman bəşər cəmiyyətinin hifzi və davamı üçün səbəbdir.)
    2. Tarixə ibrət gözü ilə baxaq.
    3. Bütün peyğəmbərlər kişi cinsindəndirlər.
    4. Bütün peyğəmbərlərə vəhy edilmişdir, onların elmi vəhy qaynağındandır.
    5. Sorğu-sual dinin tövsiyəsidir.
    6. İnsan məsələni anlamaq məqsədi ilə sual verməlidir.
    7. Mütəxəssisə müraciət etməsək, həqiqi bilik əldə edə bilmərik.
    8. Etiqadi və dini məsələlərdə həqiqətə çatanadək axtarış aparaq.
    9. Suallara cavab almaq üçün alim yaxında olmalıdır.
    10. Elm əhli olmaq yox, zikr əhli olmaq mühümdür. (Bir çox alimlər Allahdan qəflətdədirlər.)
    11. Bir işə başlamaq üçün mütəxəssis olmaq lazımdır. Səthi məlumat, təqlidlə nəticə əldə etmək olmaz.
    12. Xalqa yol göstərmək zikr əhlinə vacibdir. Əks-təqdirdə sorğu-sual göstərişi səmərəsiz olar.
    AYƏ 8:
    وَمَا جَعَلْنَاهُمْ جَسَدًا لَّا يَأْكُلُونَ الطَّعَامَ وَمَا كَانُوا خَالِدِينَ
    "Biz onları yemək yeməyən cisimlər yaratmadıq. Onlar əbədi deyildilər.”
    Nöqtələr
    Rəhbərin müvəffəqiyyət rəmzlərindən biri budur ki, o, "rəftarlarından ibrət götürülsün” deyə insanlar arasında və insanlar kimi olsun.
    Bildirişlər
    1. Peyğəmbərlər maddi və insani ehtiyaclar baxımından başqalarından fərqlənmirlər.
    2. Peyğəmbərlərin mələk olması istəyi yersiz istəkdir.
    3. Yemək və ailə həyatından uzaqlıq Allah və ilahi dinlərin tələbi deyil.
    4. Ölüm hamını əhatə edir, hətta peyğəmbərlər də əbədi deyil.
    AYƏ 9:
    ثُمَّ صَدَقْنَاهُمُ الْوَعْدَ فَأَنجَيْنَاهُمْ وَمَن نَّشَاء وَأَهْلَكْنَا الْمُسْرِفِينَ
    "Sonra Biz onlara verdiyimiz vədə vəfa qıldıq. Onlara və istədiyimiz hər kəsə nicat verib, israfçıları həlak etdik.”
    Nöqtələr
    Bu ayə ilə Peyğəmbərə (s) təsəlli verilir. Bildirilir ki, Biz möminlərə verdiyimiz vədə vəfa qılırıq.
    Bildirişlər
    1. Allahın peyğəmbərlərə verdiyi qələbə vədi qətidir.
    2. Allah peyğəmbərlərə nicat verəcəyini və müxalifləri məhv edəcəyini onlara vəd etmişdir.
    3. İlahi cəzalar öz əməllərimizin nəticəsidir.
    4. İsraf məhvə zəmin yaradır. Bütün israfçıların sonu puçdur.
    AYƏ 10:
    لَقَدْ أَنزَلْنَا إِلَيْكُمْ كِتَابًا فِيهِ ذِكْرُكُمْ أَفَلَا تَعْقِلُونَ
    "Həqiqətən, sizə elə bir kitab nazil etdik ki, onda sizin üçün xəbərdarlıq var. Yoxsa düşünmürsünüz?!”
    Nöqtələr
    "Zikrukum” sözü ya xəbərdarlıq vasitəsi, ya da izzət səbəbi mənasını bildirir. "Zikr” sözünün şərafət və şöhrət kimi lüğət mənaları da var.("Dəaimul-İslam”, c. 2, s. 206.)
    İmam Kazim (ə) bu ayə haqqında buyurur: "Fihi zikrukum,” yəni kitabda zikr olunmuşdur ki, peyğəmbərdən sonra imama itaət olunur.”("Təfsire-Safi”. ) Yəni peyğəmbərdən sonra imama itaət sizin üçün izzət və şərəfdir.
    Bildirişlər
    1. Kitab və qanun Allah tərəfindən insan üçün inkişaf və oyanış vasitəsidir.
    2. Quran yüksək mövqe, uca məqama malikdir.
    3. Səmavi kitabın nazil olmasının bir səbəbi də insanlara xəbərdarlıq və onlara kəramət bəxş etməkdir.
    4. İnsanın keçmişi, bu günü və gələcəyi Quranda xəbər verilir.
    5. Ərəb qövmü və Hicaz məmləkəti Quranın bərəkəti ilə əziz və məşhur olmuşdur.
    6. İnsanlar dərindən düşünsələr, hökmən vəhy və səmavi kitaba əl açarlar.
    7. İnsanların inkişaf üçün fitri meyllərindən istifadə edək. (Xoş xatırlanmasını istəyən insan Allahın uyğun buyruğunu nəzərə almalıdır: "Adınız qalsın deyə sizə kitab göndərdik.”)
    8. Peyğəmbərlərin təkzibi düşüncəsizlikdir. Çünki Quran maarifi əqlə uyğundur.
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-25)
    Views: 250 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Məryəm, JamizeLulky
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017