İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 75:
    قَالُواْ جَزَآؤُهُ مَن وُجِدَ فِي رَحْلِهِ فَهُوَ جَزَاؤُهُ كَذَلِكَ نَجْزِي الظَّالِمِينَ
    "Dedilər: "Cəzası belədir ki, peymanə (qab) kimin yükündən tapılsa, o özü oğurluğun cəriməsidir. (Girov və ya qul kimi peymanə sahibinin ixtiyarına verilməlidir.) Biz (Kənan əhli) zalımı belə cəzalandırırıq.”
    Bildirişlər
    1. Bəzi qövmlər arasında oğurluğun cəzası oğrunun qul edilməsidir. "Məcməul-bəyan” təfsirində deyilir ki, oğrunun cəzası bir il qul qalmaqdır.
    2. Qanunda istisna və ayrıseçkilik yoxdur. Oğurluq edən qul olacaq.
    3. Günahı anlatmaq, qanunun və cəzanın bəyanı ilə müttəhimin etirazına cavab verin.
    4. Dəlillər o qədər güclü olmalıdır ki, müttəhim özü ittihamı rahatlıqla qəbul etsin.
    5. Toplum arasında xilafkar olması bütün toplumun xilafkar olmasını göstərmir.
    6. Xarici ölkədə xilafa yol vermiş kəs öz ölkəsinin qanunları əsasında cəzalandırıla bilər.
    7. Oğurluq sitəmkarlığın bariz nümunəsidir.
    Ayə 76:
    فَبَدَأَ بِأَوْعِيَتِهِمْ قَبْلَ وِعَاء أَخِيهِ ثُمَّ اسْتَخْرَجَهَا مِن وِعَاء أَخِيهِ كَذَلِكَ كِدْنَا لِيُوسُفَ مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِي دِينِ الْمَلِكِ إِلاَّ أَن يَشَاء اللّهُ نَرْفَعُ دَرَجَاتٍ مَّن نَّشَاء وَفَوْقَ كُلِّ ذِي عِلْمٍ عَلِيمٌ
    "Qardaşının yükündən öncə o biri qardaşların yükünü axtarmağa başladı. Sonra qabı qardaşının yükündən çıxardı. Biz Yusif üçün bu sayaq tədbir tökdük. Çünki Misir şahının qanununa əsasən Yusif qardaşını tutub saxlaya bilməzdi. Yalnız Allahın istəyi ilə (bu iş mümkün idi). Biz istədiyimiz kəsi yuxarı dərəcələrə qaldırarıq. Hər bir elm sahibinin fövqündə daha biliklisi var.”
    Nöqtələr
    "Kəyd” sözü təkcə məhkum olunmuş mənasında yox, həm də plan mənasında işlədilmişdir.
    Axtarış zamanı Benyamin məsələdən xəbərdar olduğu üçün narahat deyildi. Macəranın mətnində onun etiraz etməsi haqqında məlumat yoxdur. Şübhə doğurmamaq üçün axtarış aparanlar başqalarının yükündən başladılar. Nəhayət, növbə Benyaminə çatdı və qab onun yükündən çıxdı. Öncəki qərara əsasən, o, Misirdə qalmalı oldu. Bu, ilahi plan idi. Yusif Misirin hazırkı qanununa əsasən oğrunu girov saxlaya bilməzdi.
    Bildirişlər
    1. Təhlükəsizlik məmurları elə hərəkət etməlidirlər ki, şəkk-şübhə yaranmasın. Axtarış zamanı Benyamindən yox, başqalarından başladılar.)
    2. İşçilərin fəaliyyətinə məsullar cavabdehdirlər. (Zahirdə Yusifin şəxsən axtarış aparmadığı fikri yaransa da, Quran onun axtarışa başladığını bildirir.)
    3. Hakim ittiham olunanların malında axtarış apara bilər.
    4. Düşüncə, tapıntı, çarə Allahın qeybi yardımlarındandır.
    5. Yusifin planları Allah tərəfindən ilham olunurdu.
    6. Benyaminin Yusif yanında olması Yusifin xeyrinə idi.
    7. Hətta qeyri-ilahi hökumətlərdə qanuna hörmət və riayət lazımdır.
    8. Başçılar da qanuna vəfalı olmalı, onu pozmamalıdırlar. (Yusif Misir qanunlarına əməl etdiyindən qardaşını əsassız yerə saxlamadı).
    9. Mənəvi məqamların dərəcələri və mərtəbələri var.
    10. Elm və agahlıq üstünlük səbəbidir.
    11. Bəşəriyyətin elmi məhduddur.
    Ayə 77:
    قَالُواْ إِن يَسْرِقْ فَقَدْ سَرَقَ أَخٌ لَّهُ مِن قَبْلُ فَأَسَرَّهَا يُوسُفُ فِي نَفْسِهِ وَلَمْ يُبْدِهَا لَهُمْ قَالَ أَنتُمْ شَرٌّ مَّكَانًا وَاللّهُ أَعْلَمُ بِمَا تَصِفُونَ
    "(Qardaşlar) dedilər: "Əgər o oğurluq etsə (təəccüblü deyil), çünki bundan öncə də onun qardaşı oğurluq edib.” Yusif (bu böhtanı) qəlbində saxladı. (Narahat olsa da, onların üzünə vurmadı.) Dedi: "Sizin mövqeyiniz daha pisdir. Allah sizin vəsfinizi (böhtanınızı) daha yaxşı bilir.”
    Bildirişlər
    1. Müttəhim ya ittihamı rədd edib "mən oğru deyiləm” deyir, ya da işinə don geyindirib "nə çox oğru” söyləyir.
    2. Həsədçi insan hətta on illər ötəndən sonra da zərbə vura bilər.
    3. Qardaşın xasiyyəti qardaşa təsir göstərir. (Ananın əxlaqı övlada təsirlidir. Benyamin və Yusif bir anadan dünyaya gəlmişdilər).
    4. Məhəbbət olmayan yerdə ittiham tez qəbul olunur. (Yükdən qabın çıxması Benyaminin oğurluq etməsinə dəlil deyildi. Amma qardaşlar Benyamini sevmədiklərindən dərhal ittihamı qəbul etdilər.)
    5. Məhəbbət olmayan yerdə kiçik səhv böyük günah kimi göstərilir.
    6. Məqsədə çatmaq üçün acı sözlərə dözmək lazım gəlir.
    7. Bəziləri özlərini qorumaq üçün başqalarına böhtan atırlar.
    8. Geniş qəlb rəhbərlik rəmzidir.
    9. Hislərə uyub sirri açmayaq. (Yusif sirri açmamaq xatirinə qardaşlarının oğurluq ittihamına cavab vermədi.)
    10. İfşa etmək zərərli də ola bilər.
    11. Qardaşların həsədi, yalançılığı və nahaq ittihamı Yusifin "sizin mövqeyiniz daha pisdir” sözlərinin səbəblərindən idi.
    12. Benyamin qabı oğurlamış olsaydı belə, qardaşları ondan da pis idi. Çünki onlar öz qardaşlarını oğurlamışdırlar.
    Ayə 78:
    قَالُواْ يَا أَيُّهَا الْعَزِيزُ إِنَّ لَهُ أَبًا شَيْخًا كَبِيرًا فَخُذْ أَحَدَنَا مَكَانَهُ إِنَّا نَرَاكَ مِنَ الْمُحْسِنِينَ
    "(Qardaşları) dedilər: Ey Əziz! Həqiqətən, onun qoca bir atası var. Onun yerinə bizdən birimizi saxla. Həqiqətən, sənin yaxşı əməl sahibi olduğunu görürük.”
    Nöqtələr
    Yusifin qardaşları Benyaminin saxlanacağına əmin olduqdan sonra atalarına verdikləri vəd və Yusifin başına gətirdikləri iş səbəbindən geriyə qayıtmağa çətinlik çəkdilər. Onlar dil tökərək Əzizin qəlbini ələ almağa çalışdılar.
    Bildirişlər
    1. İlahi müqəddərat hər bir daş qəlbli və sitəmkar insanı müəyyən olmuş gündə diz çökdürər.
    2. Nəfspərəstlərin xar etmək istədiyi təqvalıları Allah izzətə çatdırar.
    3. Yusif hətta əvvəldə olduğu zaman onun xarakterindəki xeyirxahlıq parlaq görünürdü.
    4. Dövrün eniş-yoxuşu və müxtəlif dəyişiklikləri yaxşı əməl sahiblərini dəyişmir. (Yusif bütün yerlərdə və bütün şəraitlərdə xeyir əməl sahibi kimi vəsf olunur.)
    Ayə 79:
    قَالَ مَعَاذَ اللّهِ أَن نَّأْخُذَ إِلاَّ مَن وَجَدْنَا مَتَاعَنَا عِندَهُ إِنَّـآ إِذًا لَّظَالِمُونَ
    "(Yusif) dedi: "Malımızı tapdığımız kəsdən başqasını tutmağımızdan Allaha pənah! Çünki bu halda, şübhəsiz, zalımlardan olarıq.”
    Nöqtələr
    Yusifin sözlərinə diqqət yetirdikdə məlum olur ki, Benyamini oğru kimi tanıtdırmaq istəmir. Yusif demir ki, Benyamin oğrudur. Deyir ki, itən şey onun yükündə idi.
    Əgər Yusif Benyaminin əvəzinə bir başqa qardaşı saxlasaydı, qardaşlar Benyaminlə bir oğru kimi rəftar edərdilər. Saxlanılan adam isə nahaq yerə saxlandığını düşünərdi.
    Bildirişlər
    1. Qaydalara hamı əməl etməlidir, qanunu pozmaq hətta Əzizi-Misrə də qadağandır.
    2. Xeyir əməl sahibi qanunu pozmaz.
    3. Qazi hislərin təsiri altına düşməməlidir.
    4. Mühakimə həssas işdir, bu işdə Allaha pənah aparmaq lazımdır.
    5. Yusif iki məqamda Allaha pənah aparır: Züleyxa ilə tək qaldıqda və mühakimə yürüdüləndə.
    6. Qanunu pozmaq zülmdür (onun-bunun istəyi ilə qanunu pozmaq olmaz).
    7. Günahsız insan günahkarın yerinə cəzalandırılmamalıdır. O hətta özü razı olsa da, buna yol vermək olmaz.
    Ayə 80:
    فَلَمَّا اسْتَيْأَسُواْ مِنْهُ خَلَصُواْ نَجِيًّا قَالَ كَبِيرُهُمْ أَلَمْ تَعْلَمُواْ أَنَّ أَبَاكُمْ قَدْ أَخَذَ عَلَيْكُم مَّوْثِقًا مِّنَ اللّهِ وَمِن قَبْلُ مَا فَرَّطتُمْ فِي يُوسُفَ فَلَنْ أَبْرَحَ الأَرْضَ حَتَّىَ يَأْذَنَ لِي أَبِي أَوْ يَحْكُمَ اللّهُ لِي وَهُوَ خَيْرُ الْحَاكِمِينَ
    "Yusifdən əllərini üzdükdən sonra pıçıldaşaraq kənara çəkildilər. Böyükləri dedi: "Bilmirsinizmi ki, atanız onu qaytarmağınız üçün sizdən ilahi əhd alıb? Bundan öncə də Yusifə münasibətdə səhlənkarlıq etmişdiniz. Atam mənə icazə verməmiş və ya Allah haqqımda hökm çıxarmamış buradan gedən deyiləm. O, hakimlərin ən üstünüdür.”
    Nöqtələr
    "Xələsu” – yəni öz dəstələrini başqalarından ayırdılar. "Nəciyyən” – yəni pıçıldaşmağa başladılar. "Xələsu nəciyyən” – yəni nə edəcəklərini müəyyənləşdirmək üçün məhrəmanə məclis qurdular.
    Bildirişlər
    1. Müraciət və istəklər sizi ilahi hökmlərin icrasından və qətiyyətdən uzaqlaşdırmasın.
    2. İnsan günaha yol verdikdə başqaları ondan uzaqlaşır, hətta qohumluq əlaqələrini də nəzərə almırlar.
    3.Bir gün həmin qardaşlar özlərinə güvənmiş halda məşvərət edirdilər ki, Yusifi aradan necə götürsünlər. Bu gün isə çarəsizlik içində pıçıldaşırdılar ki, Benyamini necə azad etsinlər.
    4. Ata olmayan yerdə ailənin məsuliyyəti böyük qardaşın üzərinə düşür.
    5. Ailədə və cəmiyyətdə yaş mövqeləri nəzərə alınmalıdır.
    6. Acı hadisələr zamanı böyüklər daha çox məsuliyyət daşıyır və daha çox xəcalət çəkirlər.
    7. Əhd-peymanı yerinə yetirmək lazımdır.
    8. Ciddi və möhkəm müqavilələr sui-istifadə yolunu bağlayır.
    9. Xəyanət və cinayət sağlam vicdanları ömrün sonunadək incidir.
    10. Məqsədə çatmaq üçün tərifləmək qədim üsullardandır.
    11. Qürbət xəcalətdən yaxşıdır.
    12. Allaha münasibətdə xoşgüman olaq.
    Ayə 81:
    ارْجِعُواْ إِلَى أَبِيكُمْ فَقُولُواْ يَا أَبَانَا إِنَّ ابْنَكَ سَرَقَ وَمَا شَهِدْنَا إِلاَّ بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَافِظِينَ
    "(Böyük qardaş dedi: Mən burada qalıram, amma) siz atanızın yanına qayıdın, deyin ki, ey ata, həqiqətən, oğlun oğurluq edib və biz bildiyimizdən başqa bir şeyə şəhadət vermədik. Qeybi qoruyan (bilən) deyildik.”
    Bildirişlər
    1. İnsan özünü sevəndir. Çoxlu taxıl əldə etmək istədikdə dedilər: "Qardaşımızı bizimlə göndər.” Bu gün isə onu ittiham edirlər: "Sənin oğlun oğurluq edib.” Onlar "bizim qardaşımız” yox, "sənin oğlun” dedilər.
    2. Bilmədən şəhadət vermək olmaz.
    3. Müqavilələrdə öncədən görünməyən hədisələr üçün əlavələr qeyd olunmalıdır.
    4. Öz üzrümüzü aşkar bəyan edək.
    Ayə 82:
    وَاسْأَلِ الْقَرْيَةَ الَّتِي كُنَّا فِيهَا وَالْعِيْرَ الَّتِي أَقْبَلْنَا فِيهَا وَإِنَّا لَصَادِقُونَ
    "(Əgər sözümüzə inanmırsansa) olduğumuz kənddən, gəldiyimiz karvandan soruş. Şübhəsiz, biz doğru danışırıq.”
    Nöqtələr
    "Qəryə” dedikdə təkcə kənd yox, yaşayış məntəqəsi, inzibati ərazi də nəzərdə tutula bilər. "Qəryə” həm şəhər, həm də kənd ola bilər. "Vəsəlil-qəryə”, yəni "qəryə” əhlindən soruş.
    Ərzaq daşıyan karvana "iyr” deyilir.
    Yusifin qardaşları atalarına Yusifi canavarın yeməsi haqqında danışarkən əllərində dəlil yox idi. Amma bu əhvalatda iki dəlil göstərdilər: Misir əhlindən sual və karvan əhlindən sual. Ötən macəranın nəqlindəki "ləv” sözü şəkk-şübhə nişanəsidir. Bu səhnənin bəyanında isə qətiyyət bildirən "innə” hissəsindən istifadə olunur.
    Bildirişlər
    1. Mənfi keçmiş insanın sözünün qəbul olunmasında ona ömür boyu problem yaradır.
    2. İddianın sübutu üçün gözü ilə görən şahidin məlumatı daha mötəbərdir.
    3. Böyük bir cəmiyyətin yalan üçün ümumi razılığa gəlməsi mümkünsüzdür.
    Ayə 83:
    قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًا فَصَبْرٌ جَمِيلٌ عَسَى اللّهُ أَن يَأْتِيَنِي بِهِمْ جَمِيعًا إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ
    "(Yəqub) dedi: (Belə deyil,) əslində nəfsiniz bu məsələni sizin gözünüzdə bəzəmişdir. Gözəl səbir (lazımdır), ümid var ki, Allah bütün qardaşları birlikdə mənim yanıma gətirsin. Çünki O, həqiqətən agahdır və hikmət sahibidir.”
    Nöqtələr
    Qardaşları Yusifin qana bulaşdırılmış köynəyini zahirdə qəmgin olan halda atalarının yanına gətirdikləri vaxt belə dedilər: "Yusifi canavar yedi.” Həzrət Yəqub buyurdu: "Nəfsiniz bu işi gözünüzdə gözəlləşdirmişdir, mən gözəl səbir yolunu tuturam.” Həzrət Yəqub iki sevimli övladından ayrıldığı vaxt da həmin cümləni təkrarlayır. Amma birinci macərada Yusifin qardaşları xəyanət etmişdisə, ikinci macərada xəyanət yox idi. Bəs nə üçün Yəqub hər iki halda eyni tərzdə danışır?
    "Əl-Mizan” təfsirində belə deyilir: "Yəqub” demək istəyir ki, bu iki qardaşın uzaqlığı da sizin Yusiflə bağlı əvvəlki hərəkətinizin davamıdır. Yəni bütün bu səhnələr əvvəlki çirkin işdən törənib. Yəqubun məqsədi bu ola bilər ki, özünü təqsirsiz bilən qardaşlar əslində təqsirkardırlar. Çünki: Nə üçün qabın Benyaminin yükündən çıxdığını gördükdə onu oğru kimi tanıdılar? Bəlkə başqa biri bu qabı həmin yükə qoyubmuş? Nə üçün tez qayıdıb gəldilər? Onlar qalıb məsələni araşdırmalı idilər. Nə üçün oğurluğa cəza kimi girov götürülməsinə razılaşdılar?
    "Əl-Mizan” təfsirində deyilənlər daha münasibdir. Çünki qabın Benyaminin yükündə tapılması bütün xalqın onu oğru saymasına səbəb olmuşdu. Böyük qardaş isə məsələni araşdırmaq üçün Misirdə qalmışdı. Girov məsələsinə gəldikdə isə həmin məntəqədə uyğun günahın cəzası girov idi. Demək, üç məsələdən heç birində nəfsin rolu olmayıb.
    Bəzən səbri doğuran çarəsizlik olur. Necə ki, cəhənnəm əhli deyir: "Səbir etməyin bizim qurtuluşumuz üçün təsiri yoxdur.” Bəzən səbir agah şəkildə Allahın razılığına təslimçilik məqsədi ilə yaranır. Cihad meydanında səbir bu qəbildəndir. Dünyada səbir əslində zöhddür. Günah qarşısında səbir təqvadır. Şəhvət qarşısında səbir iffətdir. Haram mal qarşısında səbr pəhrizdir.
    İnsan bəzən şeytanın təsirindən, bəzən dünya zinətinə bağlılıqdan çirkinliyi gözəl görür. Bəzən də bu işin səbəbi nəfs olur.
    Bildirişlər
    1. Nəfs günaha don geyindirmək üçün çirkin işləri insana gözəl göstərir.
    2. Səbir ilahi insanların səciyyəsidir. Allaha təslimçilik və Onun razılığına xilaf sözlə müşayiət olunmayan səbir isə gözəl səbirdir.
    3. Heç vaxt Allahın qüdrətindən ümidimizi üzməyək.
    4. Yəqub üç övladının (Yusif, Benyamin, böyük qardaş) sağ olduğuna əmin idi və onlarla görüşə ümid edirdi.
    5. Allahın qüdrəti üçün təzə və ya köhnə müşkülün həlli eynidir. Allah qardaşları bir yerə toplamağa qadirdir.
    6. Mömin insan acı hadisələri Allahın hikməti kimi qəbul edir.
    7. Allahın elm və hikmət əsasında iş görməsinə iman və diqqət insanı çətin hadisələr qarşısında səbirli və dözümlü edir.
    Ayə 84:
    وَتَوَلَّى عَنْهُمْ وَقَالَ يَا أَسَفَى عَلَى يُوسُفَ وَابْيَضَّتْ عَيْنَاهُ مِنَ الْحُزْنِ فَهُوَ كَظِيمٌ
    "Yəqub övladlarından üz döndərdi və dedi: "Heyif Yusifdən.” Öz səsini uddu, dərddən iki gözü ağardı (kor oldu).”
    Nöqtələr
    "Əsəf” dedikdə qəzəblə müşayiət olunan qəm-qüssə nəzərdə tutulur. Yəqubun gözündə yaş, dilində "ya əsəfa”, qəlbində qəm vardı.
    İmam Baqir (ə) buyurur: "Atam Əli ibn Hüseyn (ə) Kərbəla hadisəsindən ötən 20 ildə hər münasibətlə ağlayırdı. Bu göz yaşlarının səbəbini soruşdular. Buyurdu: "Yəqubun 11 övladı vardı. Bir oğlu sağ ola-ola uzaq düşdükdə ağlamaqdan gözlərini itirdi. Mən isə atam, qardaşlarım, Peyğəmbər ailəsindən 17 nəfərin şəhid olduğunu gözümlə görmüşəm. Axı necə ağlamayım?”
    Bildirişlər
    1. Həsəd bir ömür təhqirlə müşayiət olunur.
    2. Qardaşlar Yusifi aradan götürməklə atalarının məhəbbətinə sahib olmaq istəyirdilər, amma həsəd onları atalarının qəzəbinə düçar etdi.
    3. Yəqub bilirdi ki, o biri oğluna zülm olunmayıb. Yusifə zülm olunmasına heyfsilənirdi.
    4. Qəm-qüssə və göz yaşı bəzən korluğa səbəb olur.
    5. Göz yaşı, yanğı və eşq üçün mərifətə, ünvanı tanımağa ehtiyac var. (Yəqub Yusifi tanıdığı üçün dərddən kor oldu.)
    6. Müsibətin əhəmiyyəti müsibət görən insanın şəxsiyyətindən asılıdır. (Yusifə olunan zülm başqalarına olunan zülmdən fərqlənir. Ayədə digər iki qardaşın yox, Yusifin adı çəkilir.)
    7. Əzizlərdən uzaqlığa görə ağlamaq, qəm-qüssə çəkmək olar.
    8. İnsanın səbrinin həddi var, bir gün səbir kasası daşa bilər.
    9. Qəzəbi udmaq ilahi insanların səciyyəsi və bəyənilmiş işdir.
    10. Qəm-qüssənin hirsi udmaq və səbirlə ziddiyyəti yoxdur.
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 724 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024